[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rabitə və Nəqliyyat Kollecində şübhəli satınalmalar davam etdirilir - İLGİNC FAKTLAR


Ötən ilin dekabrında yaydığımız bir məqalədə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən dövlət satınalmalarında yol verilən qanun pozuntularına toxunmuşduq. Qeyd etmişdik ki, Kollecdə hər il əsaslı və cari təmir işlərinə, avadanlıqların alınmasına satınalmalar yolu ilə külli miqdarda vəsait ayrılır. Amma dövlət satınalmaları haqqında qanunun tələblərinə uyğun deyil, buradakı səlahiyyət sahiblərinin bildiyi kimi. Yəni, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməklə, habelə satın alınan malların və xidmətlərin qiymətlərini süni şəkildə şişirtməklə, özlərinə yaxın şirkətlərlə bağladığı müqavilələri ictimaiyyətdən gizlətməklə. Yəni. mövzu ondan ibarət idi ki, burada satınalmalar şəffaf keçirilsəydi, nəticələri də hər yerdə olduğu kimi ictimaiyyətə açıqlanardı.

Bu il Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci keçirdiyi kotirovka sorğularının nəticələrini açıqlayıb. Yəni bununla demək istəyirlər ki, biz şəffaf işləyirik. Amma kollecin səlahiyyyətliləri bilmirlər ki, bu ilki açıqlamalarla ötən il satınalmalarda yol verdikləri qanun pozuntularını bir daha təkrar ediblər və bizim yazdıqlarımızı təsdiq etmiş olublar. Biz ötən il tikili və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat xərcləri, əsas vəsaitlərin və azqiymətli və tez köhnələn əşyaların dəyərinin müəyyənləşdirilməsi, digər malların alınması, mətbəə məhsulları üzrə xərclər, maşın və avadanlıqların alınması, əyani vəsait, kitab, digər malların alınması üzrə Kollec tərəfindən keçirilmiş kotirovka sorğularının qaliblərinin kimlər olduğunu müəyyən edə bilməmişdik.

Amma bu il məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci səlahiyyətlilərinin biznes tərəfdaşları Sumqayıt şəhərində bir ünvanda, iki-üç ay əvvəl dövlət qeydiyyatına alınmış, iki nəfərə məxsus MMC-lərdir. İndi Kollecin səlahiyyət sahibləri sübut etsinlər ki, ötən il də satınalma müqavilələri onlarla bağlanmayıb.Yaxud da, onların adına olan başqa MMC-lərlə işbirliyində olmayıblar.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollec sair torpaq, tikili və avadanlıqların satınalınması üzrə keçirdiyi kotirovka sorğusuna noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22 124 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

Rabitə və Nəqliyyat Kolleci mətbəə məhsullarının satın alınması üzrə keçirdiyi kotirovka sorğusuna da noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 445 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

İndi gəlin görək bu MMC-lər kimə məxsusdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 5/24, m. 7, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən noyabrın 16-da daha bir kotirovka sorğusuna da yekun vurulduğu açıqlanıb. Abadlaşdırma işlərinin satın alınması üzrə keçirilmiş bu kotirovkada isə “RPS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12 150 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığı elan edilib. Bəs bu MMC kimə məxsusdur? Abdullayeva Sədaqət Həsən qızının qanuni təmsilçisi olduğu “DİSCOVERY AA” MMC ilə eyni ünvanda, SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59-da dövlət qeydiyyatına alınmış Əliyev Babək Ceyhun oğluna.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən pardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci qanuni təmsilçisinin Əliyev Babək Ceyhun oğlu olduğu MMC-lərlə iyul ayında da iki satınalma müqaviləsi bağlayıb.

Mətbəə məhsulları üzrə “AB İNTER SERVİS G” MMC ilə 8470 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Abadlaşdırma işlərinin satınalınması üzrə keçirilmiş kotirovkada isə “RPS” MMC ilə 9799.5 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RPS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AB İNTER SERVİS G” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.03.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 18, ev 2/29, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Göründüyü kimi Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci son beş ayda iki nəfərə məxsus ayrı-ayrı MMC-lərlə ümumi olaraq 62 988 manat məbləğində satınalma müqavilələri bağlayıb. Hamısında da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulub,demək olar ki, müvafiq sahədə peşəkarlığı, təcrübəsi,texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı nəzərə alınmayıb. Ötən il olduğu kimi şübhəli satınalmalar bu il də davam etdirilib. Kollecin səlahiyyət sahibləri deyə bilər ki, bunlardan xəbərimiz yoxdu, elektron satınalma yolu ilə keçirilib. Amma necə olur ki, iki nəfərə məxsus ayrı-ayrı adlı MMC-lər eyni vaxtda məhz Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin keçirdiyi kotirovka sorğusunun qalibi olublar? Maraqlı olan da məhz burasıdır.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (Azərbaycan və ingilis dillərində) sənədli filminin çəkilməsi” adlı layihənin təqdimatı keçirilib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə Dövlət Himini səsləndirilib və şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Pərviz Həmzəyev Xurşidbanu Natəvan irsinin öyrənilməsi və mənimsənilməsinin vacibliyindən danışıb və belə filmlərin çəkilməsinin əhəmiyyətini vurğulayıb.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Etibar Məmmədov qeyd edib ki, layihə çərçivəsində hazırlanan “Xan qızı” sənədli filmi Azərbaycanın ədalətli, haqlı, tarixə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyaya səmərəli və başa düşülən şəkildə çatdıracaq.

Sonra “Xan qızı” filminə baxış keçirilib.

Milli Məclisin deputatı, Xurşidbanu Natəvanın kötücəsi Aqiyə Naxçıvanlı vurğulayıb ki, Xurşidbanu Natəvanın irsini qorumaq, araşdırmaq və gələcək nəsillərə çatdırmaq milli-mənəvi dəyərlərimizin zənginləşdirilməsi baxımından həyati vacib əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsi nəticəsində işğal altında olan tarixi torpaqlarımızı, o cümlədən mədəniyyətin beşiyi olan Şuşanı işğaldan azad etməsini tarixi hadisə adlandıran deputat bildirib ki, bu eyni zamanda Natəvan irsinin düşmənin əsarətindən xilas olunması deməkdir. Nənəsi Xurşidbanu Natəvan haqqında bir sıra faktları açıqlayan Aqiyə Naxçıvanlı əminliklə bildirib ki, Azərbaycanın mənəvi dəyərlərini təbliğ edən belə filmlər bundan sonra da çəkilərək geniş ictimaiyyətə təqdim olunacaq və gəncliyimizin vətənpərvərlik ruhunda maariflənməsində əhəmiyyətli yer tutacaq.

Xan qızı Natəvan mükafatının laureatı, Xurşidbanu Natəvanın yadıcası Fəridə Hicranın sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında əvəzsiz rol oynamış Azərbaycan əsgərini irəli aparan həm də Natəvanın yaratdığı irs, mənəvi dəyərlər olub. Onun sözlərinə görə, bu dəyərlərin üzərində böyüyən yeni nəsillər artıq heç vaxt Azərbaycan torpaqlarının yadlar tərəfindən işğal olunmasına imkan verməyəcək.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova bildirib ki, vətənpərvərliyi, milli-mənəvi dəyərləri, xeyriyyəçilik ənənələrini təbliğ edən belə layihələr davam etdiriləcək. O həmçinin deyib ki, “Xan qızı” sənədli filminin ingilis dilində olan versiyası üzərində iş artıq yekunlaşmaq üzərindədir və ən yaxın vaxtlarda işıq üzü görəcək.
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anar Hüseynov KTN-də FETÖ-nu TƏMSİL EDİR... - Bunu bir araşdıran olsa...


Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı DİA.AZ-ın təqdim etdiyi araşdırma materialları kifayət qədər ictimai diqqətə səbəb olsa da, nədənsə əlaqədar diarələr bu faktlarla bağlı hüquqi təftişi yubadır. Hər halda görünəni və ortalıqda olan mənzərə bundan ibarətdir.

Qeyd edək ki. keçən günlərdə Anar Hüseynovun "faizə oturdulduğu" faktını ictimaailəşdirmişdik...

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarada qeyd olunur ki, adı Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə birgə hallanan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov əslində həm də KTN-dəki kadr islahatlarına kifayət qədər təsir imkanları olan şəxsdir.

Məlumatlı mənbə iddia edir ki, Anar Hüseynovun əli ilə KTN-dəki tenderlərdən pay qoparmağa müvəffəq olmaq FETÖ üçün nə qədər asandırsa, eyni zamanda KTN-də vəzifə tutmaq da bir o qədər rahatdır. Mənbənin dia.az-a söylədikləri:

"Bu gün KTN-nin ayır-ayrı strukturlarında məhz Anar Hsüeynovun xətti ilə FETÖ ilə birbaşa və yaxud da dolayısı ilə əlaqədə olan 30-dan artıq kadr mühüm vəzifə tutmaqdadır. Burada maraqlı olanı həm də odur ki, Anar Hüseynov öz əqidəıdaşlarını vəzifəyə gətirərkən də "şirinılik" alıb. Yəni "slujba, slujba... drujba, drujba..." misalı..."

DİA.AZ qeyd edir ki, bu gün Səmərqənddə Türk dövlətlərinin keçirilən Zirvə Görüşündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkəyə açıq təhdid hesab olunan FETÖ terror təşkilatı ilə mübarizədə digər türk dövlətlərinin də dəstəyinə ümid etdiyini bildirib.

Bu faktdır ki, FETÖ-nun rahat şəkildə barındığı ölkələr sırasında maləsəf, Azərbaycanımız da var. Və elə yuxarıda qeyd etdiyimiz faktı təftiş edərək qardaş Türkiyəyə VƏFA BORCUMUZU vermiş olarıq...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Əvvəl Qərb “qatara gecikmişdi”, indi Rusiya “qatarın dalınca qaçır”” - Qarabağ gündəmi


Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində Qərbin aktivliyi, Rusiyanın isə passivliyi müşahidə olunur. Azərbaycan və Ermənistan liderləri arasında son təmaslar, əldə olunan müəyyən razılaşmalar Qərbin vasitəçiliyi ilə aparılır. İkinci Qarabağ müharibəsindən sonra əsas dominant vasitəçi Moskva olsa da, hazırda təşəbbüsün Avropaya keçdiyi göz önündədir.

Düzdür, qeyri-rəsmi məlumatlara görə, yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş təşkil ediləcək. O da məlumdur ki, Rusiyanın vasitəçiliyi ilə hazırda sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiyaların blokdan çıxarılması istiqamətində Baş nazir müavinləri səviyyəsində görüşlər keçirilir. Amma məsələlərlə bağlı konkret nəticələrin əldə olunmasının şahidi deyilik.

Bu zaman ortaya sual çıxır: Rusiya estafeti Qərbə ötürüb?

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq Anar Həsənov maraqlı nüanslara toxunub:

- Xatırlayırsınızsa, 44 gün davam edən hərbi əməliyyat vaxtı və postmüharibə dövründə Avropa “qatara gecikmiş sərnişin”i xatırladırdı. 24 fevral 2022-ci ilə qədər Azərbaycanla Ermənistan arasında bağlanmış hər 3 sənədin vasitəçisi Avropa yox, Rusiya idi. Amma Ukraynadakı hadisələrin fəsadları Rusiyanı o günə saldı ki, indi Moskva “gedən qatarın dalınca qaçan sərnişin” durumundadır.

- Avropanın vasitəçiliyi ilə sülh sazişinin imzalanması gözlənilirmi?

- Avropanın təklif etdiyi sülh sazişinin imzalanmağa şansı ola bilərdi, əgər bu məsələdə Naxçıvana gedən yolun dəhliz statusu təmin edilsəydi. Azərbaycan istəyir ki, Bakı ilə Naxçıvanı birləşdirəcək yol erməni gömrüyünü, sərhədçisini, fitosanitar yoxlamalarını görməsin. Ermənistan isə bu təklifi qətiyyətlə rədd edir. Məncə, Bakı bu mövzuda güzəştə getməyəcək ki, bu da sülh sazişinin imzalanmasını şübhə altında qoyur. Bundan başqa, problem fonunda vacib məsələ Laçın dəhlizi mövzusudur. Avropalıların sülh sazişındə Laçın dəhlizi mövzusuna toxunulmayacaq. Çünki o, faktiki Rusiyanın nəzarətindədir. Deməli, bu sənədin imzalanması maraqlarımızı tam təmin etmir. Bu hipotetik saziş baş verərsə, o, daha çox Ermənistanı şərti sərhəddə torpaq və insan itkisindən xilas etmiş olacaq. Hərçənd ki, Azərbaycan işğaldakı ərazilərin böyük qismini qaytarsa da, bir çox problemlər həllini tapmır. Yəni ki, erməni yaraqlıları Qarabağda, Laçın dəhlizi Rusiya nəzarətində olacaq ki, deməli, “əsəb müharibəsi” davam edəcək. Odur ki, sazişin bağlanmasına şübhə edirəm.

- Qarabağın gələcək taleyi ilə bağlı fikirləriniz necədir?

- Qarabağın taleyini Azərbaycan Rusiya ilə danışmalıdır. Rusiya hazırda Azərbaycan və Türkiyə ilə münasibəti korlayacaq gücdə deyil. Rusiya Qarabağa beynəlmiləl qüvvələrin də gəlişini istəmir, çünki bu, baş verərsə, Türkiyə Azərbaycana açıq dəstək verməklə Bakı və Ankaranın Qarabağda birgə antiterror əməliyyatına start veriləcək, Azərbaycan bütün vasitələrlə Qarabağın nəzarətsiz hissəsindəki həyatı cəhənnəmə çevirəcək. Düşünürəm ki, Qarabağın Azərbaycana inteqrasiyası üçün qapalı danışıqlar, sövdələşmələr aparılacaq. Nəticə ürəkaçan olmadığı təqdirdə, Bakı inteqrasiyaya maneə olan subyektlərə qarşı Qarabağda addım-addım irəliləmək siyasətini davam etdirəcək.

- Dediniz ki, Azərbaycan Qarabağın taleyini Rusiya ilə müzakirə etməlidir. Müzakirənin müsbət nəticəsi ola bilərmi?

- Rusiya ilə Azərbaycanın danışıqlarının uğuruna inanıram. Niyə? Əvvəla, Rusiya Naxçıvana gedəcək yola nəzarət etməklə regiondadır və bu yola Rusiyanın nəzarəti müddətsizdir. İkincisi, Rusiya qoşunları Ermənistandadır. Azərbaycanla danışıq əsasında Qarabağdan getmək Rusiyaya orda qalmaqdan daha çox sərf edir. Çünki Qarabağı tərk etməklə əslində ermənilərlə azərbaycanlılar arasındakı münaqişəsini Avropa yox, Rusiya nizamlamış olur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY


Ötən il Meydan TV Masallının Şərəfə kəndinin bir hissəsində mavi yanacağın olmamasından yazıb. Həmin vaxt Masallının icra hakimiyyətindən bildirmişdilər ki, kənddə qaz var, barəsində danışılan yaxınlıqdakı yeni massivə də qaz xətti çəkiləcək.

İndi sakinlər təkrar müraciət ediblər və deyirlər ki, növbəti qış qapıdadır, qaz xətti isə hələ də yoxdur. Bu dəfə sakinlər üstəlik yol və işsizlikdən də şikayətçidir.

Musa İmanov deyir, yaşadıqları yaşayış massivinin mavi yanacaq problemiylə bağlı dərc olunmuş yazını oxuyarkən, icra hakimiyyətinin verdiyi cavaba təəccübləniblər: "Deyirlər ki, yeni yaşayış massivinin qaz problemi… Yeni yaşayış massivi 3-5 ilin yaşayış yerinə deyilir. Buradasa 30 ildən çox yaşayan ailələr var, mən özüm 1997-ci ildə ev tikib, buraya köçmüşəm. İllər ötdü, burada evlər artdı, insan sayı artdı, ancaq nə yolu oldu, nə qazı, nə normal suyu, işığı… Elə bil cəngəllikdə yaşayırıq”.

"Hökumət çıxış yolu göstərsin”

Sakin Vəzifə Fərəcova deyir, qaz xətti yaşayış massivinin yaxınlığından keçir, ancaq xətti evlərə qədər uzatmaq və digər işlər üçün ödəniş çox bahadır deyə, heç kim bunu edə bilmir: "2500 manata başa gəlir. Kənd yerində kimdə bu qədər pul var? Həyat yoldaşımla mənim aylıq qazancım toplam heç 400 manat etmir. Hələ söhbət işləyib maaş alan ailədən gedir. Belə ailələrsə kənddə çox azdır”.

Başqa kənd sakini Zivər Bağırova da belə yaşayışdan cana doyub. Deyir, 30 ilə yaxındır ki, odun ümidinə yaşayırlar. Odunsa ilbəil bahalaşır: "Dünən bir qiymətə satan, sabah başqa qiymətə gətirir. Həyətimizdəki ağacları da kəsməyə qoymayan hökumət bizə bir çıxış yolu göstərsin”.

"İşsizlik taleyimizə yazılıb”

Yaşayış massivinin yolu da bərbaddır. Sakinlərin sözlərinə görə, məktəblilər yaşayış massivindən kənd məktəbinə çatmaq üçün palçıqla addımlamalı olurlar.

Sakinlər işsizlikdən də şikayətçidilər. Burada işsizlik sanki hər kəsin taleyinə yazılıb. Gənc nəsil kənddə qərar tuta bilmir, ya paytaxta, ya da başqa bölgələrə üz tutur: "Yaşlı nəsildə yerə-yurda bağlılıq var, dözüb otururuq, gənc nəsil belə yaşamaq istəmir, dəyişiklik, yaxşı şəraitdə yaşamaq arzusu var. Ancaq əlindən bir şey gəlməyəndə məcburdur ki, boxçasını yığıb, harada azca güzəran qura bilərsə, ora köçsün. Hansı qapını döysəniz, bunun şahidi olarsınız. Təhsil, iş dalınca gedənlər geri qayıtmır”.

Masallı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirlib ki, Şərəfədəki qeyd olunan yaşayış massivinin qaz, yol probleminin həlli üçün aidiyyəti qurumlara müraciət olunub: "O yaşayış massivinin sakinləri hər yerə şikayət edir. Biz də aidiyyəti qurumlara müraciət edirik. İcra hakimiyyəti qaz çəkmir, yol salmır. Kəndiçi yolları bələdiyyə düzəltməlidir. Qaz xəttinə gəlincə, həmin ərazidən qaz xətti keçir, ancaq qanuna görə, abonent özü podratçı şirkətlə müqavilə bağlayıb, müəyyən ödəniş edib, ana xətdən yaşadığı ünvana qaz xətti çəkdirə bilər”. //Meydan TV//
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan” qəzetindən rüsvayçılıq - Dövlətçiliyə aid yazılar “copy-paste” çıxdı


"15 oktyabr 2003-cü ildə İlham Əliyevin prezident seçkilərində parlaq qələbəsi ilə Azərbaycan tarixinin inkişaf, tərəqqi və möhtəşəm zəfərlərlə zəngin yeni mərhələsinin əsası qoyuldu. Bu tarixi hadisənin 19-cu ili ölkə mətbuatının diqqət mərkəzində oldu, nüfuzlu qəzetlər bu gün münasibəti ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın bu dövr ərzində keçdiyi inkişaf yoluna redaksiya məqalələri həsr etdilər. Ənənəvi sovet qəzetçiliyi tərzini israrla davam etdirməkdə olan parlamentin orqanı – “Azərbaycan” qəzeti isə 15 oktyabr tarixli sayı başqalarından fərqli olaraq daha böyük həcmdə 24 səhifə çıxdı. Kaş ki, bu həcm göstəricisi həcv göstəricisi olmayaydı. Kaş ki, qəzetdə yer alan rəsmi şəxslərin məqalələri və ya onların imzası ilə verilmiş yazılar qalib ölkənin rəhbərinin adına layiq olaydı. Amma olmadı… Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin hamısı ucdantutma plagiat, oğurluq çıxdı".

AMİA.AZ xəbər verir ki, bu barədə Konkret.az-ın Analitik Qrupunun dərc etdiyi araşdırma yazıda bildirilir. Həmin yazını əlavə şərh vermədən oxuculara təqdim edirik:

"Elə məqalələr var ki, beşinci dəfədir ki, müxtəlif başlıq altında və ya müxtəlif şəxslərin imzası ilə təzədən çap olunur. Elə məqalələr var ki, birinci cümləsini axtarışa verəndə hətta 10 il bundan qabaq hansısa qəzetdə dərc olunmuş yazılar çıxır. Budurmu rəsmi dövlət qəzetinin dövlət başçısına münasibəti? Prezident İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında tarixi xidmətləri haqqında “Azərbaycan” qəzeti yazmağa yeni söz tapmır? XXI əsrdə sovet düşüncəli qəzet buraxmağa davam edən, 20 ilin əbədi baş redaktoru Bəxtiyar Sadıqovun sözümü qurtarıb? Bəs dövlətin böyük məmurları bu plagiata, bu oğurluğa, başqalarının intellektual əməyinin öz adlarına çıxılmasına niyə razı olublar? Bəlkə elə bilirsiniz palaz boyda yazıları heç kim oxumayacaq? Yanılırsınız! Cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın adı keçən bütün yazdıqlarınızı, yazdırdıqlarınızı oxuduq, təhlil etdik, müəllif hüquqlarını ayaqlar altına atan tavtologiyanızdan utandıq. Və haqlı olaraq bir sual vermək istəyirik – Azərbaycan dövlətinə belə qəzet lazımdırmı?

Qəzetin bütöv 7-ci səhifəsini tutan Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin “Azərbaycanı xoş gələcəyə aparan komandan” məqaləsinin təhlilinə keçək; məqalənin giriş hissəsində yer alan Hegeldən gətirilmiş gurultulu sitatı axtarışa verdik, nəticədə “Kaspi” qəzetinin 12 dekabr 2017-ci il sayında dərc olunmuş “Tarix yazan qüdrətli şəxsiyyət” sərlövhəli ulu öndərin anım günündə yazılmış məqalə tapıldı.Yazının 3-cü abzasını axtarışa verdikdə isə “Yeni Azərbaycan” qəzetinin 24.12.2020 tarixili sayında çap olunmuş “Müstəqil və qüdrətli Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır” sərlövhəli fərqli müəllifin məqaləsi çıxır .

Axtarışlara davam edib sonrakı abzasa keçdikdə isə “Xalq qəzeti”ndə keçən ilin dekabrın 26-da “Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq” sərlövhəli müəllif məqaləsinin bütün cümlələri peyda olur. Başdan-ayağa hibrid məhsul olan vitse-spiker adından verilmiş yazının sonrakı hissələrini oxumağa vaxt itirmək isməsək də, maraq üçün yazının ortasından bir cümlə götürüb axtarışa verdik ki, məqalədə heç olmasa çalaq edilməmiş nəsə tapaq, amma bu dəfə də bəxtimiz gətirmədi. Sən demə, “Bu reallıqda Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir” – cümləsini Fəzail müəllimdən qabaq onun digər tarixçi deputat həmkarı Elman Nəsirov yazıbmış. Özü də Elman müəllim də bu məqaləsini fərqli başlıqlarla ayrı-ayrı vaxtlarda iki dəfə çap etdiribmiş, birinci dəfə Yeni Azərbaycan Partiyasının rəsmi saytında 10 noyabr, 2021-ci il tarixində, ikinci dəfə isə 11 aprel 2022-ci il tarixində APA-dakı bloqunda .

Keçirik qəzetin bütün 6-cı səfihəsini tutmuş Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədovun “2003-cü ildən başlayan yüksəliş və zəfər yolu” məqaləsinə. Heç uzağa getmədən təkcə yazının birinci cümləsini axtaranda elə Əli müəllimin ötən il “Azərbaycan” qəzetində dərc olunmuş “Böyük siyasətin möhtəşəm zəfəri” başlıqlı məqaləsi çıxır, bir az da axtarışı dərinləşdirəndə “Yeni Azərbaycan” qəzetinin 24.12.2020-ci il tarixli sayında işıq üzü görmüş “Müzəffər sərkərdə və onun şanlı zəfəri” sərlövhəli digər bir yazı çıxır, insafən deyək ki, onun da müəllifi elə Əli müəllim özüdür.

Sonrakı axtarışlarımızda isə məqalədə yer alan fikirlər özünün ilk ünvanına 22 dekabr 2021-ci ilə istiqamətlənir, daha dorğusu, “Qalib ölkənin və qəhrəman xalqın lideri” məqaləsinə. Təbii sual yaranır, cənab Prezidentin fəaliyyəti ilə bağlı eyni fikirlərin fərqli başlıqlar altında və təkrar-təkrar tirajlanmasına nə ehtiyac var? Yəni deməyə sözünüz yoxdursa, bəlkə yazı yazmağı jurnalistlərin öhdəsinə buraxasınız?

Qudası Əli Həsənovun vaxtından bəri ürək dostu Bəxtiyar Sadıqovun iyirmi ildir özəlləşdirdiyi qəzetində daimi publisist obrazında peyda olan Həmkarlar İttifaqları Konfederasiyasının əbədi sədri Səttar Möhbalıyev imzası ilə dərc olunmuş “Qüdrətli, qətiyyətli, qurucu lider” məqaləsi isə təkcə qəzetin bütün 9-cu səhifəsini tutmasına görə deyil, plagiat faizinə görə müəllif hüquqlarına dair dərsliklərə düşəcək bir “əsərdir”.

Məqalə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytında yerləşdirilmiş “Tarixin ən qüdrətli Azərbaycanı: Heydər Əliyevdən İlham Əliyevə”, “Yeni Azərbaycan”, “İki sahil” qəzetlərinin 23 dekabr 2021-ci il tarixli sayında çap olunmuş YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirovun “Qalib və qurucu lider” yazısının və Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun keçən il elə “Azərbaycan” qəzetində dərc olunmuş “Müzəffər Komandan, Qüdrətli, Qurucu Lider” başlıqlı müsahibəsinin hibrididir. “Səttar Möhbalıyev” brendi arxasında gizlənmiş müəllifin yaradıcılığını daha ətraflı təhlil predmetinə çevirməyə hacət görmədik.

Qəzetin 4-5-ci səhifələrində yer almış Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın “Tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı” məqaləsini redaksiya öz “orijinallığına” görə fərqləndirdiyi üçün manşetdən vermişdir, lakin bu, orijinallığı müəyyən etmək elə də çətin olmadı. Məqalə elə birinci cümləsindən professor Misir Mərdanovun “525-ci qəzet”in 7 noyabr 2020-ci il tarixli sayındakı “Böyük zəfər tezliklə bizim olacaq” məqaləsinə, ikinci abzasda isə Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbovun “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” sərlövhəli məqaləsinə gedib çıxdı.

Məqalənin 3-cü abzası isə “Azərbaycan” qəzetinin 1 oktyabr, 2010-cu il sayında dərc olunmuş “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılovun “Heydər Əliyev: “Mən Ona özüm qədər inanıram”” başlıqlı yazısını soraq verdi. Görünür, “Azərbaycan” qəzetində kimdirsə ən azı 2010-cu ildən “prorektor”, “ictimai birlik sədri”, “professor” və s. imzalarla yazmaqda daha doğrusu, məqalə istehsal etməkdə davam edir, bu dəfə isə köhnə mövzuda “spiker” imzası ilə “debüt” edib.

Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin “Möhtəşəm tarixi uğurlarımızın müəllifi” sərlövhəli özünəməxsus yazı tərzi isə nədənsə qəzetin bir əməkdaşının bu ilin 26 iyulunda çap olunmuş “Müstəqil siyasətin beynəlxalq nailiyyətləri” başlıqlı yazısını xatırlatdı, xatırlatdı yox, elə bil bir almanı ikiyə bölmüsən. Bu yaradıcı ikiləşmənin genetikasını gələcəkdə gen mühəndisləri üçün maraqlı araşdırma mövzusu ola biləcəyini istisna etmirik.

“Azərbaycan” qəzeti ölkənin təkcə üzərinə “rəsmi dövlət qəzeti” yazılmış yeganə qəzeti deyil, həm də saytında yerləşdirdiyi heç bir məqaləsinə, hətta informasiyalara belə dərc olunma tarixi qoymayan yeganə mediasıdır. Ona görə də hansı yazının hansı gündə, hansı ildə çap edilməsini müəyyənləşdirmək sadəcə mümkün deyil. Görünür bu, Bəxtiyar Sadıqovun kreativ redaksiya siyasətidir və belə baxanda düzgün yanaşmadır, yəni aşağı-yuxarı qəzetin bütün yazıları bir-birinin təkrarı, bir-birinin calağıdırsa, onun altına tarix qoymağın nə mənası?

Beləliklə, təhlil predmetinə çevirdiyimiz yazıların sayını kifayət qədər uzatmaq olar. Amma biz tavtologiya həvəskarı deyilik. Utanmaq üçün elə bunlar da yetər! Hamıdan çox isə sözü də, özü də tükənmiş, Ramiz Mehdiyev dövrünün zərbəçi-mirzəsi Bəxtiyar Sadıqov utanmalıdır. Qalib ölkənin dövlət başçısına belə “ayı xidməti” elə xəyanətə bərabər deyilmi? Və yazımızın əvvəlində verdiyimiz sualı bir daha təkrarlamaq istəyirik – Azərbaycan dövlətinə belə qəzet lazımdırmı?"

Qeyd edək ki, Bəxtiyar Sadıqov "Azərbaycan" qəzetinə 20 ildən artıqdır ki, rəhbərlik edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəbrayıl icra hakimiyyəti hansı qanunla işləyir? - GİLEY


Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, mənzil 61 ünvanında yaşayan Niftalıyeva Zərnişan Rövşən qızı ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Niftəliyev Zaur Nadir oğlu ilə 13 may 2014-cü ildə rəsmi nikaha girərək ailə qurmuşam. Onunla birgə nikahımızdan 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlu adlı iki övladımız olmuşdur.

Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış nikahın pozulması və qarşı tərəf məni aldadaraq azyaşlı övladlarımın onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda bir ildən çoxdur övladlarımı görə bilmirəm, bir ana kimi çox çarəsizəm, məni eşidən yoxdur.

Mən, azyaşlı övladlarımla görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsəm də, cavabdeh bizim görüşümüzə mane olur, öz övladlarımla görüşməyim üçün mənə şərait yaratmır.

Nigah pozulandan bu vaxta qədər uşaqlarla görüşməmişəm. Bu isə, azyaşlı övladlarımın psixoloji vəziyyətinə çox pis mənfi təsir göstərir.

Belə ki, azyaşlı övladlarım atası tərəfindən mənimlə mütəmadi və sistemli görüşə buraxılmadıqlarına görə vaxtlı-vaxtında ana qayğısı görmədiyi və normal mühitdə yaşamadıqları üçün narahat ola və ya xəstələnə bilərlər.

Uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə Cəbrayıl rayon Məhkəməsinə müraciət etdim, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının rəy verilməsi barədə qərardad qəbul etdi.

Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası rəy verərkən bir çox qanuna zidd hərəkətlərə yol vermişdir, belə ki, ana ilə övladları olan 6 və 4 yaşlı uşaqlarla heç bir ünsiyyət yaratmadan saxta və qaranlıq yollarla rəy vermişdir ki, guya ana ilə hər iki uşaq imtina etdiyi üçün ünsiyyətdə olmağı uşaqların mənafeyinə uyğun hesab etmir.

Hörmətli İcra Başçısı Kamal müəllim nəzərinizə çatdırmaq istəyirəm ki, vəzifəsinə uyğun olmayan Orxan Məmmədov birinci müavin olmaq abu havası ilə yaşamaqla biz vətəndaşların hüquqların ayaq altda atıb tapdalayır. Hansı ki, hər dəfə məhkəmə vaxtı keçmiş qaynatam Nadir atam Rövşənə dediyi sözləri Orxan Məmmədov adlı vəzifəsinə uyğun olmayan məmur saxta rəydə qeyd etməklə məhkəməyə göndərmişdir, atam bir çox alternativ yerlərdən maraqlanan zaman bizə məlum oldu ki, bizə gəlib söbət aparanın rəyini Orxan Məmmədov saxta yollarla dəyişərək saxta bir rəy yazaraq məhkəməyə göndərmişdir, bu etdiyi əməlləri inşAllah gələcəkdə öz qarşısına çıxacaq onda mənim nə çəkdiyimi o çəkəndə bugünkü səf əməlləri qarşısına çıxacaqdır.

Ay bu vəzifələrə layiq olmayan məmur Cəbrayıl rayon İcra Hakimiyyətinin Hüquq şöbə rəisi Orxan Məmmədov və digərləri Siz nə zaman vəzifənizi yerinə yetirib, ana ilə uşaqlar arasında ünsiyyət yaratdız ki, uşaqlarda imtina etdi. Bu səbəbdəndə bu saxta rəy ləğv edilməli və yeni düzgün real digər qadın vəzifəli şəxslər tərəfindən rəy verilməsinə ehtiyac vardır. Bu saxta rəyləri yazan məmurlarda ciddi cəzalandırılmalıdır.

Bu barədə hal-hazırda Sabunçu rayon Məhkəməsində və Cəbrayıl rayon Məhkəməsində qarşı tərəfə qarşı iddia tələbim üzrə iş gedir. Ancaq heç bir müsbət qərar qəbul edilməyib.

Xahiş edirəm ki, Sabunçu rayon Məhkəməsi tərəfindən Azyaşlı övladlarım 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlunun özümə qaytarılmasına, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının saxta rəyinin ləğv edilməsinə, bu saxta rəyi yazan məmurun ciddi cəzalandırılmasına, yeni rəy verilməsi üçün qadın mütəxəsislər cəlb edərək yeni rəy verilməsinə köməkdarlıq edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? - NARAZILIQ VAR!


Azərbaycanda insan əməyini istismar edən şəxslərə qarşı cəza tədbirləri həddən artıq sərtdləşdirilsədə ancaq bu qanunlar Ağcabədi rayonunda işləmir.
Bu haqda Dünyanınsəsi.Az saytına Ağcabədi rayonun Şərəfaxnlı kənd sakini Babayev Elnur Səfiyyədin tərəfindən şikayət gönərilib.
Şikayətçi qeyd edir ki, onun həyat yoldaşı Babayeva Bahar Vidadi qızı və digər 19 nəfər şəxs 2021- ci ilin Sentyabr ayından 2022-ci ilin Avqust ayının 28-nə kimi Ağcabədi rayonun ərazisndə yerləşən böyük soyuducu anbarında çalışıblar.Onların gördükləri iş ancaq xurma meyvələrinin doğranması eləcədə qablaşdırmaqdan ibarət olub.Soyuducu anbar kompleksində 20 nəfər Ağcabədili xanım səhər saat 8-00-dan axşam 19-00 -a kimi əməkləri istismar edilməklə çalışdırılıb.Amma 3 aydır ki, ümumi məbləği 5485 manat əməkhaqqlarını ala bilmirlər.
Bu soyuducu anbar kompleksinin rəhbəri olan Camalov Azər Fehruz oğlu işçilərə deyir ki, kimə və hara şikayət edirsinizsə edin.Sizə bir manatda olsun belə pul verilməyəcək.Səbə isə odur ki, bu rayonda deməli “Dərə xəlvət, Tülkü bəydir”?! Qanunlar işləmir, kim nəyi istəyirsə onu da edir.
Xəbər portalı olaraq Dövlət Əmək müfəttişliyi Xidmətinin insan əməyini istismar edən şəxslərə cəza tədbirləri həddən artıq sərtdir: “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir. Əgər işə götürən əcnəbi ilə belə rəftar edibsə, cərimə 35 min manata qədərdir”.

Ümummiyətlə,alın təri ilə balasına çörək qazanan qabarlı əllərin haqqını yeyən məzluma zalim olan şəxsin cəzası Allah qatında belə ən böyükdür.
Redaksiya olarq inanırıq ki, bu sahəyə məsul olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti Ağcabədi sakinlərinin şikayətlərini araşdırıb qanunamüvafiq formada ölçü göptürəcəkdir.
Sonda Ağcabədi sakini mətbuat vasitəsi ilə müvafiq dövlət qurumlarının rəhbərliklərindən Camalov Azər Fehruz oğlunun özbaşınalığına son qoyularaq əməkhaqqlarının verilməsinə yardım etmələrini xahiş edir.
Əmək müqaviləsinin bağlanmaması ilk növbədə vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər yerinə yetirilmir, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq dövlətin büdcəsinə milyonlarla ziyan dəyir.Verginin ödənilməməsi, həmçinin vətəndaşın gələcəkdə sosial müdafiəsinə ciddi zərbə vurur. Çünki hər bir vətəndaşın sosial təminatının gələcəyi öz əlindədir və vətəndaş bilməlidir ki, pensiya-müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Ancaq təəssüflər olsun ki, əmək müqaviləsinin bağlanmaması vətəndaşın bütün bu imkanlarını əlindən alır.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik. //Dünyanınsəsi.Az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid anasından ürəkdağlayan vəsiyyət – VİDEO


Baku TV Vətən müharibəsində Kəlbəcərdə hakim yüksəkliklər uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Həsənağa Abdullazadənin ailəsinin evində olub.

Ailəsi Həsənağanın şəhadətə ucalmasından iki il keçməsinə baxmayaraq, hələ də onun yoxluğu ilə barışa bilmədiyini deyir.

“Dedim, ay Həsənağa, sən nə danışırsan, nə müharibə?! Bilmirsən, sənə bir şey olsa, ölərəm? Ömründə ilk dəfə üstümə qışqırdı. Dedi ki, ana, sənə müharibə lazım deyil, mənə lazımdır. Niyə müharibə bizdən sonrakılara qalsın?” – deyə şəhid anası Səmilə Abdullayeva deyib.

Şəhid anası öz başdaşına ölüm tarixi kimi oğlunun şəhadət gününün yazılmasını vəsiyyət edib.

“Bu yükü çiynimdə gəzdirə biləcəyimə inana bilməzdim. Amma baxıram ki, mən güclü insanam”, – deyə şəhidin atası Şakir Abdullayev qeyd edib.

Ətraflı süjeti təqdim edirik:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO