[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan İranda yaşayan soydaşlarımıza dəstək verir – VİDEO

Azərbaycan və Türkiyənin bölgədə aparıcı qüvvə olduğu bütün dünya tərəfindən qəbul edilən faktdır.

Bu barədə Baku Tv-nin süjetində məlumat verilir.

“Bu qüvvənin əsas amalı bölgədə sülh və sabirliyin təmin olmasına, regionun inkişafına töhfə verməkdir. Ötən il imzalanan Şuşa bəyannaməsi hər iki dövlətin müttəfiqliyini rəsmi şəkildə təsdiq etdi. Bundan sonra hər hansı bir üçüncü qüvvə ölkəmizə qarşı ədalətsiz mövqe tutarsa qarşısında Türkiyə və Azərbaycan birliyini görəcək”, - deyə videomaterialda bildirilir.

Süjetdə həməçinin, millət vəkili Cavid Osmanlı və siyasi şərhçi Tural İsmayılovun məsələ ilə bağlı şərhləri də təqdim olunur.

Daha ətraflı Baku TV-nin videomaterialında:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda “yaşıl soyqırım”: Nazirliyin binası qarşısında ağacları kəsdilər – Foto, Video

Ərazidə yaşayan sakinlər bildirdilər ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hər ay burda 4-5 ağac kəsirlər…

Bakının Yasamal rayonu, Mikayil Müşfiq küçəsi 78 ünvanında şam ağacları kəsilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə dünən axşam Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey və Fövqəladə Hallar Nazirliyinin binası ilə üzbə-üz ərazidə baş verib.
Belə ki, dünən səhər əraziyə gələn Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacları budamaq adı ilə orada iş aparıblar. Qurumuş ağac adı ilə ərazidə 6 şam ağacı kəsilib. Üstəlik kəsilən ağacların dibi yumuşaldılmamış yerinə kiçik şam tingi basdırıblar. Apardığımız araşdırma zamanı sözügedən ərazidə ümumilikdə 15-dən çox ağacın kəsildiyi məlum oldu.
Ərazidə yaşayan sakinlər bildirdilər ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hər ay burda 4-5 ağac kəsirlər. Belə gedişlə ilin sonuna qədər ərazidə ağac qalmayacaq. Kəsdikləri ağacların yerinə isə kiçik bir tingi bərkidirlər. Bir neçə aya onlar da quruyub gedir. Eyni üsulla yenə də kəsilənlərin yerinə “ağac əkimi” həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır. Nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
veriləcək.

Qaynarinfo
Bakıda “yaşıl soyqırım”: Nazirliyin binası qarşısında ağacları kəsdilər – Foto, Video
Bakıda “yaşıl soyqırım”: Nazirliyin binası qarşısında ağacları kəsdilər – Foto, Video
Bakıda “yaşıl soyqırım”: Nazirliyin binası qarşısında ağacları kəsdilər – Foto, Video

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT

ABU-nu sabiq rektoru, vətənini sataraq Avropaya sığınan Elşad Abdullayevin Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən edilən hücumda əli olduğu haqda faktlara söykənən yazı yayımladıq. Bu yazıda Abdullayevin Fransa səfirliyinə hücumda iştirak edən şəxslərlə daha öncədən görüşdüyü haqda Avropadakı etibarlı mənbələrimizdən məlumat da daxil oldu. Aydındır ki, Elşad Abdullayev uzun illər ərzində Azərbaycan Beynəlxalq Universitetində tələbələrin, gənclərimizin haqqını yeyərək milyonlara sahib olduqdan sonra, ölkəsi haqda da qarayaxma kampaniyalarında iştirakdan çəkinməyib və öncədən planlı şəkildə çəkdirdiyi məlum videoları yayaraq Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışıb. Mənfur planı fiaskoya uğradıqdan və özünün ifşa edildiyini gördükdən sonra isə vətəninə xəyanət yolunu seçərək Fransaya sığınıb. Abdullayevin burada da sakit dayanmadığı və Azərbaycana qarşı mənfur düşmənlərimizlə birləşdiyi göz qabağındadır. Bunu sübuta yetirən yazılar yerli mediada dəfələrlə dərc edilib. Amma görünən odur ki, Elşad Abdullayevə bu işdə özündən geri qalmayan oğlu Elşən Abdullayev də ciddi dəstək verir.

Gündəmtv.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, oğul Abdullayev də atası kimi mənfur düşmənimiz olan ermənilərə xüsusi simpatiyası ilə seçilir. Necə deyərlər, Belə ki, 1987-ci il təvəllüdlü Elşən Abdullayevin 1961-ci ildə Bakıda doğulan erməni əsilli Şaxramanova Susanna Şaqenovna ilə əlaqələrinin olmasına dair fotolar redaksiyamıza göndərilib. Əldə etdiyimiz məlumata görə, 2014-cü il dekabrın 27-də tərəflər arasında boc müqaviləsi imzalanıb və oğul Abdullayev erməni qadına hazırkı məzənnə ilə təxminən 72 min ABŞ dolları borc verib. Həmin sənədə hər iki tərəfin qol çəkməsinə və şəhərin notariusu Tatyana Kuzovkova Nikolayevnanın möhür vurmasına dair fotolar da mövcuddur.

Bütün bunlar Elşad Abdullayev kimi oğlu Elşən Abdullayevin də vətəninə qarşı xəyanət yolunu tutduğunu, həmçinin mənfur düşmənlərimizlə sıx iş birliyi yaratdığını sübuta yetirir. Elşən Abdullayev nəinki Azərbaycana, həmçinin vətəndaşı olduğu Rusiya Federasiyasına qarşı da xəyanət yolunu tutaraq əsl simasını ortaya qoyur. Belə ki, qanunla 35 yaşlı Rusiya vətəndaşı Elşən Abdullayev Rusiyadakı səfərbərliyə qoşulmalı və müharibədə iştirak etməli olduğu halda, bundan yayınır. Doğulduğu vətəni Azərbaycana qarşı xəyanət yolunu tutan Elşən Abdullayevdən bundan başqa bir şey gözləmək də doğru deyil. Odur ki, Rusiyanın hüquq mühafizə orqanları ayıq-sayıq olmalı və Elşən Abdullayevin ordudan yayınmaq və ölkədən çıxmaq kimi niyyətlərinin qarşısını almaq üçün əlindən gələni etməlidir.

Gündəmtv.az
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SƏHIYYƏ NAZIRLIYINƏ TƏMIR-TIKINTI IŞLƏRI ÜÇÜN DÖVLƏT BÜDCƏSINDƏN AYRILAN VASAITLƏR NECƏ “PAY-PÜŞK” EDILIR

Prezident İlham Əliyev keçən ilin sentyabr ayının 14-də Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən, tender prosedurlarının kobudcasına pozulmasından danışmışdı: “Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır». Dövlət başçısı 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə də işğaldan azad edilmiş ərazilərdə görüləcək tikinti işlərindən danışanda bu məsələyə toxunmuşdu: “Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”.
Ayrı-ayrı vaxtlarda ölkənin söz sahibi olan başqa tanınmış ziyalıları, millət vəkilləri də tenderlərin formal xarakter daşıdığını dilə gətirmişlər. Məsələn, Milli Məclisdə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, bizim qanunlar deklarativ xarakter daşımamalı, yəni nəzəri olmamalıdır: “Qanunların işləməsi üçün mexanizmlər işlənib hazırlanmalıdır. Biz mətbuatdan korrupsiya ilə bağlı xəbərlər oxuyuruq. Korrupsiyanın azalması üçün mexanizmlər işlənməlidir. İkincisi, hamımız Azərbaycan reallığında yaşayırıq. Tenderlər Azərbaycanda formal xarakter daşıyır və tenderin qalibi əvvəldən məlumdur. Tenderlərin keçirilməsi üçün daha şəffaf mühit yaradılmalıdır. Azərbaycanda ictimai münasibətlər sistemi Qərb reallıqlarına cavab vermir, amma bizim qanunları Qərb reallıqlarına uyğunlaşdırırlar. Ona görə də deyirlər ki, icra olunan pis qanun daha yaxşıdır, nəinki icra olunmayan yaxşı qanun”.
İndi isə gəlin Azərbaycanda icra olunmayan yaxşı qanunlardan birinin məmurlar tərəfindən tez-tez pozulan vacib müddəasına nəzər yetirək:
Dövlət satınalmaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər öz əksini tapıb. Belə ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: 6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması; 6.2.2. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması; 6.2.3. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; 6.2.4. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; 6.2.5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; 6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; 6.2.7. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Amma reallıqda nəinki 5 il, hətta tenderdən 5 gün əvvəl yaradılmış, Nizamnamə kapitalı qəpik-quruş olan oyuncaq müəssisələrin adlarının qutudan qalib çıxarıldığının şahidi oluruq. Belə qanunsuzluqlara rəvac verən məmurlardan biri də 2021-ci ilin noyabr ayında Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru vəzifəsinə təyin olunmuş Elşad İbrahim oğlu Hacıyevdir. Mediatv.az saytında indiyədə Elşad Hacıyevin barəsində şikayət xarakterli informasiyalar əsasında “Səhiyyə Nazirliyində yeni qalmaqal — Elşad Hacıyev büdcə talançılığında ittiham olunur”, “Tikilməkdə olan müəssisələri yıxan direktorun 100 günü” sərlövhəli tənqidi məqalələr dərc olunub. Həmin məqalələrin qayəsini təşkil edən məlumatlarda bildirilib ki, E.Hacıyev bu vəzifəyə təyin olunandan sonra idarənin tənəzzülü başlayıb, ixtisasca inşaat mütəxəssisi deyil və müəssisəyə ayaq basan gündən bütün işçiləri qorxu altında saxlamağa, insanlar arasında nifaq yaratmağa çalışıb. Ciddi səbəb olmadan xeyli işçini vəzifədən qovub. Elədiyi bütün qanunsuzluqları, hüquqpozmaları “yuxarıdan” gələn göstəriş əsasında həyata keçirdiyini deyir. Şikayətçilər konkret faktlar sadalayaraq iddia ediblər ki, Hacıyev fürsət tapıb öz adamlarını tenderdə iştirak etdirə bilməyəndə, ümumikdə tenderi ləğv etdirir. Tərəf müqabili olaraq seçdiyi, tender qutularından qalib çıxardığı firmalar isə səhiyyə sahəsində heç bir təmir-tikinti təcrübəsi olmayan, nəinki profilləri və maliyyə vəziyyətləri, hətta sənədləri belə tender şərtlərinə uyğun gəlməyən oyuncaq müəssisələrdir. Bu uyğunsuzluqları görüb narazılıqlarını bildirən işçilərə isə hədə-qorxu gəlir.
Bu günlərdə Mediatv.az redaksiyasına Elşad Hacıyevin passivinə yazılacaq növbəti məlumatlar daxil olub. Məlumatda bildirilir: “2021-ci ilin avqust ayında tikinti işlərinin qurtardığı Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum evi və Səbail Rayon Badamdar qəsəbəsində Mərkəzi Xəstəxananın mebel avadanlığı, oksigen xətti va tibbi avadanlıq üzrə tender elan edilmişdir. Lakin Elşad Haciyev müəssisəyə təyin edilən kimi həmin tenderləri ləğv etdi. Sonra uzun müddət müəssisədə işləyən 14 nəfər işçini işdən azad etdi. Onların yerinə heç vaxt tikintidə işləməyən, Rusiya bazarlarında meyvə satışı ilə məşğul olanları və Gürcüstan vətəndaşlarını işə qəbul etdi.
2021-ci ildə dövlət büdcəsindan Cənab Prezidentin sərəncamı ilə ayrılan 15 000000 (on beş milyon) manat vasaitli tenderi ləğv edərək 2022-ci ilə saxladı. Ondan sonra özü üçün sərf edən müəssisələri tenderə dəvət etməyə başladı. 2021-ci ilin sonunda birbaşa müqavilə ilə 600 000 (altı yüz min) manatlıq vəsaiti Hematologiya va Transfiziologiya İnstitutunun təmir işlərinə görə birbaşa müqavilə ilə öz tanıdığı müəssisəyə verdi. 2022-ci ilin oktyabr ayına qədər bu işləri qurtarmamışdır. Gəlib bu işləri yoxlamaq da olar.
2022-ci ildə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum evi və Səbail Rayon Badamdar qəsəbəsində Mərkəzi Xəstəxanasının təhvil verilməsi üçün yenidən vəsait ayrıldı. Elşad Hacıyev bu günə, yəni oktyabr ayına qədər öz tanıdığı müəssisələrlə sövdələşmələr apararaq oksigen xətti, mebel avadanlıqları va tibbi avdanlıqları 3 hissəyə bölərək ayrı — ayrılıqda öz tanıdığı şirkətləri qalib elan etmişdir. O, bütün işləri öz tanıdığı müəssisələrə verməklə, Səhiyyə Nazirliyində görülən işlər üçün təcrübə yığmağa hazırlayır. Halbuki o, tenderlərə girmək istəyən müəssisələrin rəhbərlərini bir-bir qəbul edir və onlara söz verir ki, bu il tenderlərə sənəd verməyin, gələn il sizlərə iş verəcəm. Bəs ondan soruşan yoxdur ki, tikintisi qurtarmış obyektlərin tenderlərini niyə etmirsiniz? Soruşanda deyir ki, ilin sonunda Satınalma təşkilatı məcbur olub mənim tanıdığım müəssisələrə birbaşa müqavilə ilə verəcəklər.
Tibb avadanlıqları üçün tender olanda cəmi 3 şirkət iştirak etdi. Niyə görə əlavə şirkət olmadı? Bu gün tender olan avadanlıqları xarici ölkələrdən hansı müəssisə ilin sonuna qədər gətirə bilər? 2021-ci ilin sonunda tamir işləri üçün ayrılan 600 000 (altı yüz min) manat vəsaiti hissələrə bölərək öz tanıdığı müəssisələrə verib. Ancaq həmin işlər çoxdan görülmüşdür. O, müəssisəyə rəhbər gələndən sonra tender komissiyasını ləğv etdi. Tender komissiyasına yalnız yeni işə qəbul etdiyi işçiləri təyin edib. Tender komissiyasının sədri isə onun baş mühasibidir. Bu necə olur? Bu ixtiyarı ona kim verib?”
Öz növbəmizdə bu sualları səhiyyə nazirliyində səlahiyyət sahiblərinə və başqa aidiyyəti qurumların rəhbər vəzifəli şəxslərinə ünvanlayırıq.

Mediatv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Fövqəladə Hallar Nazirliyinin tibb sahəsi üzrə formalaşdırılan üç qurumunun birləşdirilməsi üçün işlərə başlanılıb.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, FHN-nin Tibb Xidməti, Tibb Mərkəzi və Xüsusi Həkim Ekspertiza Komissiyasının vahid qurum kimi fəaliyyət göstərməsi üçün layihə hazırlanır. Layihənin hazırlanması isə FHN-nin Tibb Mərkəzinin yeni rəisi təyin olunan polkovnik Xanım Sofiyevaya həvalə olunub.

Xanım Sofiyeva artıq sənədləri hazırlayaraq təsdiqlənməsi üçün FHN-in hüquq idarəsinə göndərsə də, müvafiq çatışmazlıqlar səbəbindən geri qaytarılıb. İndi Xanım Sofiyevanın rəhbərliyi altında bu sənədin yenidən hazırlanması istiqamətində işlər aparılır. Burada ştat cədvəllərinin artırılması da nəzərdə tutulur. Vahid tibb xidməti ilə bağlı sənəd təsdiqlənərsə, bu qurumun rəhbəri olacaq şəxsin rütbəsi də generala kimi yüksələcək.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Xanım Sofiyeva

Qeyd edək ki, 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışını edib. Üstündən 8 il keçməsinə baxmayaraq, bu qurumda tibb sahəsi üzrə ciddi maddi-texniki çatışmazlıqlar var. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün də külli miqdara maliyyə vəsaiti ayrılıb və iş Xanım Sofiyevaya tapşırılıb.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Tibb Mərkəzinin yeni inzibati binasının açılış mərasimi

Buna cavabdeh olan şəxslər (Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəis müavini Namiq Qayibov) vəzifələrini möhkəmləndirmələrinə baxmayaraq, Tibb Xidməti və Tibb Mərkəzində xeyli sayda yüksək rütbəli şəxslər istefa verməli olublar. Bəziləri isə vəzifələrindən çıxarılıblar.

İddia edilir ki, vahid tibb mərkəzi təsdiqləndikdən sonra bu qurumun başına rəhbər gətirləcək polkovnik Xanım Sofiyeva ona mane olan bütün işçiləri də vəzifəsindən uzaqlaşdıra bilib. Həmin quruma rəhbər vəzifəsinə namizəd ola biləcək Tibb Mərkəzinin sabiq rəisi, tibb xidməti polkovniki Kamal Namiq oğlu Əliyev, tibb xidmətinin iqtisadi işlər üzrə rəis müavini - polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızını da uzaqlaşdırmağı bacarıb.

Xatırladaq ki, Kamal Əliyev mərhum akademik Namiq Əliyevin oğlu, Aida Mirzəyeva nazirin 1-ci müavini, general-leytenant Rəfail Mirzəyevin qızıdır. Rəfiq Mirişlinin atası, professor Faiq Mirişli uzun illər Naxçıvan Dövlət Universitetinin prorektoru olub və xalq artisiti Ramiz Mirişlinin qardaşı oğlu, eyni zamanda "Dan ulduzu" ansamblının rəhbəri olmuş mərhum Həsənağa Qurbanovun bacısı oğludur.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Kamal Əliyev

Onların arasında bu ilin aprel ayında vəzifələrindən azad olunaraq, sərəncama göndərilən maliyyə şöbəsinin rəisi Anar Ələkbərov, dərman şöbəsinin rəisi polkovnik-leytenant Rəşad Feyzullayev, öz istəyi ilə işdən gedən statistika şöbəsinin rəisi Afaq Hüseynova da var.

Onu da bildirək ki, hazırda FHN-nin Tibb Xidməti ümumi şöbəsinin rəisi mayor Sevər Hacıyeva FHN-nin Tibb Mərkəzinin Zığdakı Modul Tipli Hospitalından da qeyri-rəsmi olaraq 1000 manat əmək haqqı almaqlda orda da işə çıxıbmış. Sevər Hacıyevanı bura sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu İlyas Həsənov aparıb. İlyas Həsənov "Synergy Group" MMC-nin icraçı direktoru vəzifəsində də çalışıb.

Sevər Hacıyeva bir neçə ay əvvəl (dəfələrlə təkrarlanıb) restoranların birində rəsmi formada qəlyan çəkərkən FHN-nin mayoru, Yanğın Nəzarəti Xidmətinin Nümayim adlı əməkdaşının etirazı üzləşib. Nümayim ona restoranda FHN-nin formasında belə hərəkət etməsinə görə irad bildirib. Daha sonra FHN-nin xanım və kişi əməkdaşının mübahisəsi təmsil etikləri qurumda da davam edib. Həmin günün səhəri qurumun binasının liftində onlar yenidən mübahisə ediblər.

Bundan qəzəblənən Sevər Hacıyeva Nümayim haqqında müvafiq vəzifəli şəxslərə şikayət edərək, onu vəzifəsindən qovdurmağı bacarıb. O, Nümayimlə aralarında olan mübahisəni avtomobilində video görüntüyə də çəkib. Hazırda Nümayim tapdalanmış haqqını bərpa elətdirmək üçün Sevər Hacıyevanı məhkəməyə verib və bu işlə bağlı məhkəmə çəkişməsi gedir.

İddiaya görə, Sevər Hacıyeva Nümayimi qovdurmaqda general-mayor Sevda Şirinovanın, daxili təhqiqat mayoru Tural Məmmədovun, nəzarət təftiş xidmətinin əməkdaşı Nicat Ağayevin dəstəyindən istifadə edib. Nicat Ağayevin "Gömrük işi"nə görə həbsdə olan general-mayor Ehtiram Xəlilovun yaxın qohumu olduğu da deyilir. Sevər Hacıyeva həm də Xanım Sofiyevaya ilə yaxındır. Sevər Hacıyevanın yuxarıda adını sadaladığımız şəxslərə arxayın olub qurumda istədiyini edə bildiyi deyilir.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Qəşəm Məmmədov

Sevər Hacıyevaya digər vəzifəli şəxslər - nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli Qəşəm Məmmədov, Mülki Müdafiə Qoşunlarının məntəqə həkimi, FHN-nin Tibb Mərkəzinin sabiq rəisi Ərəstun Əliyev də ona dəstək verirlər. Hazırda qeyri-rəsmi olaraq Ərəstun Əliyev FHN-nin Tibb Mərkəzinin Zığdakı Modul Tipli Hospitalı üzrə cavabdeh şəxsdir. Ona xidməti avtomobil də Xanım Sofiyeva təşkil edib. Xanım Sofiyevaya yalnız yüksək vəzifəli generalların tapşırığı ilə vəzifə tutan şəxslərlə yaxınlıq edir.

İddiaya görə, Ərəstun Əliyev FHN-nin Tibb Mərkəzinin rəisi vəzifəsindən azad olunduqdan sonra ondan üz döndərən işçilərdən "qisasını” Xanım Sofiyevanın əliylə almağa çalışır.

Tibb Mərkəzinin rəisinin müavini, polkovnik Eydun Rzayev, Mərkəzin kadrlar şöbəsinin rəisi, mayor Adil Aqilov vəzifəsindən kənarlaşdırılıb. Aqil Aqilovun nazir müavini, general-mayor Teymur Mehdiyevin köməkçisi olan qardaşı da vəzifəsindən uzaqlaşdırılıb. Maliyyə şöbəsinin əməkdaşı, baş leytenant Əliqulu Quluzadə, həkim Rəfail, fizioterapist Şəhla da işdən çıxarılıblar. Xanım Sofiyeva öz əvvəlki yerinə - Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə kosmetoloq Pərvanə Babayevanı təyin elətdirib.

Bir sözlə Xanım Sofiyevə uzun müddətdir işə çıxmayan, səhhətində ciddi problem yarandığı deyilən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin dəstəyi ilə bugünki vəzifəsinə gəlib çıxıb. Hazırda isə Xanım Sofiyeva deyilənə görə general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin ən böyük rəqibinə çevirilib.

Yeri gəlmişkən FHN Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevin də yaxın vaxtlarda təqaüdə göndəriləcəyi ilə bağlı ehtimallar var. Çünki xidmetkeçmənin son yaş həddindən 4 il ötüb. Hazırda Pərviz Vəliyevin də Xanım Sofiyevanın rəqibinə çevrilməsinə baxmayaraq, nazirlikdə güclü nüfuza sahib adam kimi tanınır.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Məhbubə Vəliyeva

Pərviz Vəliyevin anası Məhbubə Vəliyeva ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiridir. O, nazirin həyat yoldaşı Ruhəngiz Heydərova ilə birgə hazırladıqları "Biyan” adlı dərman preaparatları müssisəsinə sahibdirlər. Onlar hazırda biyan əsasında 60 Avroasiya və milli patentin sahibidir.

Onu da bildirək ki, 2019-cu ildə "Babasil əleyhinə vasitənin alınma üsulu” Avroasiya patenti №024167 Patentin sahibləri - Heydərova Ruhəngiz Muxtar qızı, Vəliyeva Məhbubə Nəbi qızı və Vəliyev Pərviz Mustafa oğlu qızıl medala layiq görülüblər.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Bir sözlə, bu yolla yüksək vəzifə tutan Pərviz Vəliyev Bakıda və rayonlarda kifayət qədər böyük biznesə, mülklərə malikdir. Onun Bakının Mərdəkan qəsəbəsində qiyməti milyonlarla dəyərləndirilən 3 mərtəbəli bağ evi, Badamdar qəsəbəsində bir villası, Maştağa qəsəbəsində iki mərtəbəli evi, heyvandarlıq təsərrüfatı obyekti, Qaxda arıçılıq təsərrüfatı, Binəqədidə, Heydər Məscidinin yanında bir evi olduğu halda, dövlətin mənzil-kirayə pulundan da yararlanır. Polkovnik qeyri-qanuni olaraq illik FHN-dən 6900 manat kirayə pulu da alır.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Pərviz Vəliyev

İddiaya görə, son yaş həddinin xidmət müddəti 7 il keçmiş FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı Salman Məmmədov ve digər tibb xidmətinin əməkdaşları evləri olduğu halda, saxta sənəd düzəldərək küli miqdarda kirayə pulu alıblar. FHN nəzarət təftiş idarəsinin rəisi Qəşəm Məmmədov da buna olaraq göz yumub.

Onların bu güzəştlərdən yararlanması FHN-nin sözügedən qurumlarının əməkdaşları arasında ciddi narazılıqlarla qarşılanıb. Bir neçə gün əvvəl Kəmaləddin Heydərov Tibb Mərkəzinə gələrək, oradakı catışmamazlıqlara görə mərkəz rəhbərinin müavini, Davud adlı şəxsi danlayıb. Nazir onun vəzifə və rütbəsini bir pillə aşağı salmaq haqqında göstəriş versə də, Xanım Sofiyeva öz kadrı olan Davudu Sevda Şirinovanın dəstəyi ilə qoruya bilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY

Ötən il Meydan TV Masallının Şərəfə kəndinin bir hissəsində mavi yanacağın olmamasından yazıb. Həmin vaxt Masallının icra hakimiyyətindən bildirmişdilər ki, kənddə qaz var, barəsində danışılan yaxınlıqdakı yeni massivə də qaz xətti çəkiləcək.

İndi sakinlər təkrar müraciət ediblər və deyirlər ki, növbəti qış qapıdadır, qaz xətti isə hələ də yoxdur. Bu dəfə sakinlər üstəlik yol və işsizlikdən də şikayətçidir.

Musa İmanov deyir, yaşadıqları yaşayış massivinin mavi yanacaq problemiylə bağlı dərc olunmuş yazını oxuyarkən, icra hakimiyyətinin verdiyi cavaba təəccübləniblər: "Deyirlər ki, yeni yaşayış massivinin qaz problemi… Yeni yaşayış massivi 3-5 ilin yaşayış yerinə deyilir. Buradasa 30 ildən çox yaşayan ailələr var, mən özüm 1997-ci ildə ev tikib, buraya köçmüşəm. İllər ötdü, burada evlər artdı, insan sayı artdı, ancaq nə yolu oldu, nə qazı, nə normal suyu, işığı… Elə bil cəngəllikdə yaşayırıq”.

"Hökumət çıxış yolu göstərsin”

Sakin Vəzifə Fərəcova deyir, qaz xətti yaşayış massivinin yaxınlığından keçir, ancaq xətti evlərə qədər uzatmaq və digər işlər üçün ödəniş çox bahadır deyə, heç kim bunu edə bilmir: "2500 manata başa gəlir. Kənd yerində kimdə bu qədər pul var? Həyat yoldaşımla mənim aylıq qazancım toplam heç 400 manat etmir. Hələ söhbət işləyib maaş alan ailədən gedir. Belə ailələrsə kənddə çox azdır”.

Başqa kənd sakini Zivər Bağırova da belə yaşayışdan cana doyub. Deyir, 30 ilə yaxındır ki, odun ümidinə yaşayırlar. Odunsa ilbəil bahalaşır: "Dünən bir qiymətə satan, sabah başqa qiymətə gətirir. Həyətimizdəki ağacları da kəsməyə qoymayan hökumət bizə bir çıxış yolu göstərsin”.

"İşsizlik taleyimizə yazılıb”

Yaşayış massivinin yolu da bərbaddır. Sakinlərin sözlərinə görə, məktəblilər yaşayış massivindən kənd məktəbinə çatmaq üçün palçıqla addımlamalı olurlar.

Sakinlər işsizlikdən də şikayətçidilər. Burada işsizlik sanki hər kəsin taleyinə yazılıb. Gənc nəsil kənddə qərar tuta bilmir, ya paytaxta, ya da başqa bölgələrə üz tutur: "Yaşlı nəsildə yerə-yurda bağlılıq var, dözüb otururuq, gənc nəsil belə yaşamaq istəmir, dəyişiklik, yaxşı şəraitdə yaşamaq arzusu var. Ancaq əlindən bir şey gəlməyəndə məcburdur ki, boxçasını yığıb, harada azca güzəran qura bilərsə, ora köçsün. Hansı qapını döysəniz, bunun şahidi olarsınız. Təhsil, iş dalınca gedənlər geri qayıtmır”.

Masallı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirlib ki, Şərəfədəki qeyd olunan yaşayış massivinin qaz, yol probleminin həlli üçün aidiyyəti qurumlara müraciət olunub: "O yaşayış massivinin sakinləri hər yerə şikayət edir. Biz də aidiyyəti qurumlara müraciət edirik. İcra hakimiyyəti qaz çəkmir, yol salmır. Kəndiçi yolları bələdiyyə düzəltməlidir. Qaz xəttinə gəlincə, həmin ərazidən qaz xətti keçir, ancaq qanuna görə, abonent özü podratçı şirkətlə müqavilə bağlayıb, müəyyən ödəniş edib, ana xətdən yaşadığı ünvana qaz xətti çəkdirə bilər”. //Meydan TV//
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Ədliyyə Nazirliyi Penitensir Xidmətinin nəzarətində olan həbsxanalarda baş verən qanunsuzluqlar, özbaşınalıqlarla bağlı redaksiyamıza dəfələrlə şikayət məktubları daxil olub. Qafqaz.media olaraq, hər dəfə bu şikayətləri saytımızda dərc etməklə, müvafiq qurumların diqqətini məlum problemlərin həllinə yönəltməyə çalışmışıq. Məsələn, sonuncu dəfə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində Çingiz adlı nəzarətçinin məhkumla görüşə gələn xanıma qarşı əxlaqsız hərəkəti barədə məlumat vermişdik. Qeyd etmişdik ki, nəzarətçinin tanış olmaq məqsədilə həmin xanımdan telefon nömrəsi istəməsi “zon”da böyük qalmaqala səbəb olub və məhkumlar Çingizin cəzalandırılmasını tələb ediblər. Nətiəcədə, 1 saylı cəzaçəkmə müəssisəsində üsyan çıxacağından ehtiyat edən rəis Emin Həsənov onu vəzifəsindən uzaqlaşdırmağa məcbur olub.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Penitensiar Xidmət rəhəbərliyində təmsil olunan şəxslərlə bağlı Qafqaz.media-ya şikayət bu dəfə həbsxanada cəza çəkən məhkumlardan deyil, qurumun öz əməkdaşı tərəfindən göndərilib. Bəlli səbəblərdən adının hələlik açıqlanması istəməyən şikayətçi, saytımız vasitəsilə Prezident İlham Əliyevə və digər müvafiq qurumların rəhbərlərinə müraciət edərək, Penitensiar Xidmətdə baş verən rüşvət və korrupsiya halları ilə bağlı məlumat verib:

“Konvoy taboru cəngəllik qanunları ilə idarə edilir”
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

“Hörmətli cənab Prezident! Nəzərinizə çatdırmaq istərdim ki, mən 15 ildir Penitensiar Xİdmətin Konvoy taborunda mühafizəçi kimi xidmət edirəm. Son dövrlər ölkəmizdə aparılan abadlıq, quruculuq işləri, ölkəmizin inkişafı hamı kimi məni də sevindirir. Lakin aparılan islahatlara, ən əsası Sizin hər çıxışınızda qeyd etdiyiniz korrupsiyaya qarşı mübarizə sahəsinə ləkə gətirən - xidmət etdiyim Konvoy taboru haqqında bir neçə faktı diqqətinizə çatdırmaq istərdim.

Tabor komandiri mayor Mirzəyev Ruslan, müavini polkovnik-leytenant Əzizov Elçin, Avtomobil xidmətinin rəisi, baş leytenant Mirzəzadə Elmir taboru cəngəllik qanunları ilə idarə edirlər.

Belə ki, rüşvət və korrupsiya adi hal kimi həyat tərzimizə çevrilib. Kiçik bir araşdırma aparılsa, məlum olar ki, hal-hazırda tabor daxilində əlavə xidmət yaradaraq, 16 nəfər şəxsi heyət üzvü rüşvət hesabına ora cəlb edib. Yəni 4 nəfərdən ibarət yeməkxana naryadı, 4 nəfərlik nəzarət-buraxılış məntəqəsi naryadı, 4 nəfərlik avtopark naryadı, 4 nəfərlik tabor ərazisi naryadı yaradıb ki, əvvəllər bu cür naryadlar mövcud olmayıb.

Məsələn, Qarayev Ülvi mühafizəçi olduğu halda, sürücü kimi xidmətə cəlb olunur. Sürücü Vəliyev Samir “aylıqda”dır. Avtobölüyün xidmət dəftərində araşdırma aparılsa, bu və digər qanunsuzluqlar aşkara çıxarılacaq”.

Xidmətə məxsus maşınların katalizatorları sökülür...
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Şikəyətçi bildirir ki, Konvoy taboruna aid avtomobillərin katalizatorları sökülür, maşınların təmiri adı altında külli miqdarda pullar mənimsənilir: “Konvoy maşını üçün nəzərdə tutulan “Prado”, “Fiat” avtomobillərinin katalizatoru 3000 manata satılır və təmir adı ilə kifayət qədər pullar silinir. “Fiat Ducato” avtomobillərinin kondisionerləri də çıxarılaraq satılıb”.

Onun sözlərinə görə, Apellyasiya, Ağır Cinayətlər və Binəqədi məhkəmələrində olan qarovul rəisləri dustaqlarla görüş müqabilində rüşvət toplayır və bundan tabor komandiri Ruslan Mirzəyevə hər gün haqq ödəyirlər: “Bundan əlavə, Gəncə reysinə dustaq etapı üçün getməli olan maşınlardan hər həftə 2 və ya 3 avtomobil naryada artıq yazılır, konkret olaraq 10 AO 362, 10 AO 248 dövlət nömrə nişanlı avtomobillər etapa göndərilmir. Lakin yol vərəqəsi yazılır və xüsusi avadanlıq vasitəsilə onların kilometrajı süni şəkildə reysdə olan maşınların kilometrajı ilə uyğunlaşdırılır. Nəticədə, qalan avtomobillərin yanacaq və yol xərci öz xeyirləri üçün silinir”.

Avtomobillərin kilometrajları süni şəkildə artırılır
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Penitensiar Xidmət əməkdaşı yazır ki, “məhbus etapı”na göndərilməyən avtomobillərin kilometrajlarının süni şəkildə artırılması yolu ilə əldə olunan vəsait öncə sürücülərin yanacaq kartına köçürülür, daha sonra avtobölüyün Prəviz adlı əməkdaşı (baş gizir) həmin vəsaitləri onlardan toplayır.

İcazə almaq 250 manatdır
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Şikayət məktubunda o da deyilir ki, Konvoy taborunun əməkdaşları bu və ya digər səbəblərdən icazə almaq istəsə, işə gəlməməyin qarşılığında pul ödəməli olurlar: “Hər bir əməkdaşa icazə verilmir. Ailə vəziyyəti ağır olan əməkdaşlar kənarda qalır, kim 250 AZN ödəyirsə, həmin şəxsə icazə verirlər”. Məlumata əsasən, xəstəlik üçün nəzərdə tutulan müavinətlər də rəislə ikiyə bölünür: “Yəni həmin müavinətlər yarı-yarıya rəislə bölündüyü halda əməkdaşa ödənilir”.

Saz avtomobillər “təmir” adı altında sökülür və...
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Konvoy taborunun əməkdaş onu da vurğulayır ki, Penitensiar Xİdmətin Konvoy taborunda pul qazanmaq üçün saz vəziyyətdə olan avtomobillər də zaman-zaman “təmirə” göndərilir: “Təzə “Ford” avtomobillərinin mühərriklərini öz ustalarına sökdürüb, yenidən yığdırırlar, nəticədə kifayət qədər vəsaiti “silirlər”. Halbuki, həmin avtomobillərin təmirə ehtiyacı yoxdur”. Şikyətçinin dediyinə əsasən, bu maxinasiya zamanı icazələrin verilməsi və pulların yığılması avtobölüyün rəisi, baş leytenant Elmir Mirzəzadə tərəfindən həyata keçirilir.

Məhkəmə qapılarında rüşvət toplanır
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Məlumata görə, Rəşad Mehdiyev adlı əməkdaş Ağır Cinayətlər Məhkəməsinin giriş qapısında “haqq” yığır. Apellyasiya, Ağır Cinayətlər məhkəmələrinin qarovul rəisləri və Rəşad Mehdiyev bu toplanan pullar müqabilində 6-cı günlər xidmətdən azad edilirlər.

Şikayətçi sonda onu da bildirir ki, yuxarıda qeyd oluna faktlar Penitensiar Xİdmətin Konvoy taborunda baş verən rüşvət və korrupsiya hallarının kiçik hissəsidir, araşdırılma aparılsa, daha ciddi qanunsuzluqlar ortaya çıxacaq: “Cənab Prezident, yuxarıda sadaladığım faktlar burada baş verən qanunsuzluqların kiçik bir hissəsidir. Xahiş edirəm, bu qanunsuzluqlara son qoymaq üçün ciddi tapşırıq verəsiniz”.

Qafqaz.media

P.S. Qeyd edək ki, mövzu ilə bağlı araşdırmamız davam edəcək. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.P.S. Rəsmi qurumların diqqətinə onu da çatdırırıq ki, sadalanan faktlarla bağlı araşdırma aparmaq zərurəti yaranarsa, özünün razılığı ilə, redaksiyamıza müraciət edən şəxsin kimliyini onlara açıqlaya bilərik...

Mənbə: Qafqaz.media

“Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyev həbs olunmalıdır… - Rauf Əliyev bir mənzili bir neçə nəfərə satıb…

Biz bir media olaraq bütün araşdırma yazılarımızda təkcə problemləri sadalamaqla kifayətlənmirik. Və daha çox çalışırıq ki, problemin yaranma səbəblərini ortaya qoyaq, vətəndaşlara məsələ ilə bağlı hüquqi bilgilər verək. Ki, aldadılan vətəndaşlarımız az olsun, vətəndaşlar öz hüquqlarını müdafiə edə bilsin və s.

Ona görə də Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı oxucularımıza qısa bir bilgi verək. Mənzil-Tikinti Kooperativləri nədir?

Mənzil-Tikinti Kooperativləri fiziki və hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-Tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər. Mənzil-Tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir?

Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən:

1. Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli;
2. Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı;
3. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı;

4. Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli;

5. Alıcı, mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli;

6. Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli;

7. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub – olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir.
Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var. Bəli, bu qısa bilgidən sonra keçək əsas problemə.

Redaksiyamıza müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın payçıların başına açdığı oyunlardan şikayət etdi. Şikayətçinin dediyindən bəlli oldu ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib.

Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.

Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəli olur ki, MTK rəhbərliyi mənizlləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.

Sözün düzü araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Payçıların çoxu vaxtilə ödənişi ABŞ dolları ilə etdiklərini və son 10 ildə manatın məzənnəsinin necə dəyişdiyini deyərək, bu illər ərzində nə qədər ziyana düşdüklərini bildirirlər. Bəzi payçılar pullarını geri tələb edirlər.
Görəsən pul qaytarılsa, hansı kursla qaytarılacaq..? 2022-ci il, yoxsa 2009-cu il kursu ilə..?

Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil.gundelik-baku.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO