[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Generalın keçmiş deputat qardaşı TORPAQ QALMAQALINDA - MƏHKƏMƏYƏ VERİLDİ


Keçmiş deputat Hacı Salayevin adı torpaq qalmaqalında hallanır.

DİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, Əliyev Avtandil Talıb oğlu adlı vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib. Hacı Salayev, "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunub.

İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdir. İddialara görə, torpaq mübahisəsi Hacı Salayevlə Avtandil Əliyev arasındadır. Lakin məsələnin təfərrüatları bəlli deyil.

Hacı Salayev Milli Məclisin dördüncü və beşinci çağırış deputatı olub. Deputat seçilənə qədər "Trust” mühafizə şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bəzi məlumatlara görə, şirkətin sahibi də elə Hacı Salayevdir.

Hacı Salayevin qardaşı Baba Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisidir. Bundan əvvəl o, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2017-ci ildə Prezidentin sərəncamı ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həftələrlə ac qaldı, teatrdan qovuldu, qızının ad günündə öldü – “Qırçı Məhəmməd”i kimlər satmışdı?

Bu gün aktyor Fazil Salayevin anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.
Həftələrlə ac qaldı, teatrdan qovuldu, qızının ad günündə öldü – “Qırçı Məhəmməd”i kimlər satmışdı?

Rəssamlığın sonuncu kursunda, 23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.

Ancaq Fazil sənədlərini ovaxtkı Teatr İnstitutuna verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir. Musiqili Komediya Teatrında işə düzəlir.

1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki “Qırçı Məhəmməd” rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.
Həftələrlə ac qaldı, teatrdan qovuldu, qızının ad günündə öldü – “Qırçı Məhəmməd”i kimlər satmışdı?

Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:

“Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hamısı evdəydi. Onun piano çalmağı, oxumağı aləm idi. Hədsiz istedadlı idi. Açıq-saçıq danışan, əhli-kef idi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc… Bir az da cavanlığı idi, indiki ağlım harda idi. Necə deyərlər, çox fərqimiz vardı”.

Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyir:

“Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Salayevin fəxri adı “filan aktyor” idi. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə cərəyan vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı… Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans… O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı”.
Həftələrlə ac qaldı, teatrdan qovuldu, qızının ad günündə öldü – “Qırçı Məhəmməd”i kimlər satmışdı?

Deyilənlərə görə F. Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur, ac qalır. İsrafil İsrafilov Fazil Salayev haqqında deyir:

“Salayevin başlıca səhvi isə heç şübhəsiz ki, içkiyə meyilli olması idi. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibi idi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu “Azdrama”dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi “Muskomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı”.

Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, “Azdrama”da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:

“Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin “Azdrama”dan getməyində böyük “rolu” olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə “satırdı”. Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub”.

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AMEA-da növbəti ÇƏKİŞMƏ – Elmi işçi institut rəhbərini MƏHKƏMƏYƏ verdi


AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova institut rəhbərliyini məhkəməyə verib. Səbəb kimi Lola Hüseynova ilə institutun baş direktoru Abbas Seyidov və Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova arasında bir neçə il əvvəl başlayan şəxsi münasibətlər zəmnindəki problemlərdir.

DİA.AZ bildirir ki, bu iddia ilə Bizim.Media-ya Lola Hüseynova çıxış edib. Bildirdiyinə görə Abbas Seyidov və Leyla Rustəmova vəzifəyə gəldiyi gündən etibarən təzyiqlərə, şantaja məruz qalıb, onu işdən çıxarmaq üçün səfərbər olublar.

Şikayətçinin iddiasına görə rəhbərlik "işdən uzaqlaşdırma planlarını" Leyla Rüstəmovanın köməyi ilə vəzifəyə gətirilmiş İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sədaqət Məmmədlidən istifadə edərək reallaşdırmağa çalışır:

“Abbas Seyidov mənə şiddətli töhmətlə bağlı əsassız qərar verib. Bu günə qədər işimlə bağlı mənə xəbərdarlıq belə olunmayıb. Hesab edirəm ki, şiddətli töhmətin verilməsi işdən uzaqlaşdırılmağım üçün olub.

Qərarda heç bir əsası olmayan məsələlər qeyd edilib. Bildirilib ki, guya mən icazəsiz qazıntı yerini tərk etmişəm. Halbuki işdəkilər də bilir ki, bəlkə də son günə qədər ezamiyyətimdə iştirak edən 10 işçidən biriyəm. Bunu əminliklə deyə bilərəm. Sadəcə mən icazə almışam və direktorun çağırışı ilə instituta gəlmişəm. Şəxsi qərəzdir, belə istəyiblər və ediblər. Amma kimin qərəzi varsa, küçədə aparsın. İnstitut qərəz yeri deyil axı...”

Lola Hüseynovanın sözlərinə görə 6 ilə yaxındır ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışır və nümunəvi işçilərdən sayılır:

“Elə bir ezamiyyəm yoxdur ki, adım sənəddə getsin, özüm isə orada olmayam. Şiddətli töhmətə laqiq deyiləm. Ona görə də məhkəməyə müraciət etmişəm və haqqımı tələb edirəm. Abbas müəllimlə dialoqumuz olmayıb. Direktora hörmətsizlik və sayğısızlığım olmayıb. Əgər institutun direktoru hansısı işçini başqa bir işçidən seçirsə, demək atdığım addımın da bir əsası olmayacaq”.

Lola Hüseynova qeyd edib ki, ən böyük problemi institutun Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova ilədir:

“Maraqlıdır ki, çox yaxşı dost və bir şöbənin əməkdaşı olmuşuq. Sonradan mənlə bağlı həmkarların qondarma iclasını düzənlədilər. Orada da üzümə durdu və and içdi. Şoka düşdüm. Sözün düzü ondan gözləmirdim.

Leyla Rüstəmovanın mənə düşmənçiyi nədir, hələ də bilmirəm. Niyə Abbas Seyidov və Leyla Rüstəmova birləşib Sədaqət Məmmədli üzərindən üstümə gəldilər, anlamıram. Bilirəm ki, işdən getməyimi istəyən elə o iki şöbə yoldaşımdır.

Mən heç kimin çörəyinə bais olmamışam. Bizim Abbas Seyidov, Leyla Rüstəmova və Sədaqət Məmmədli ilə şəxsi problemlərimiz 2 il əvvəl başlayıb. Onlar işə gələn kimi ilk məqsədləri məni işdən atmaq olub. Halbuki Abbas Seyidov sevinməlidir ki, məni kimi işçisi var. Görünür, kimsə direktor haqqında qeybət etmək istəyib.

Bilib ki, bizim də belə problemlərimiz var. Yəqin düşünülmüş şəkildə adımı ortaya salıblar. Amma məhkəmədə də bu məsələlərin açılmasını istəyirəm. Direktorun məni işdən uzaqlaşdırmaq fikri olmasaydı, ilk növbədə mənə xəbərdarlıq verərdi. İşçiyə birinci xəbərdarlıq, ikinci töhmət, daha sonra şiddətli töhmət verilir.

Hətta bir neçə şəxsin yanında “mən onu işdən kənarlaşdırdıqdan sonra ömrünü məhkəmələrdə çürüdəcəyəm” deyib. Olsun, mən həvəsdən düşmürəm və işimdən kənarlaşmamaq şərtilə sonadək gedəcəyəm”.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov məsələyə münasibət bildirib. O, əslində Lola Hüseynovanı işdən azad etmək istəyində olduğunu bildirib:

“O insan işdən azad olunmalı idi. Çünki icazə almadan iş yerini tərk edərək qanundankənar instituta qayıdıb və burada vəzifəli şəxsi təhqir edib. Şöbə müdirini qolundan tutub sürüyüb. Bura qoçuluq meydanı deyil ki, kimsə istədiyini etsin. İş yerini tərk etdiyi, vəzifəli şəxsi təhqir etdiyi və ictimai yerdə xuluqanlıq hərəkəti etdiyi üçün mən onu işdən azad etmək istəyirdim. Bir neçə şəxsə üz vurdu. Onların xahişi və minnəti ilə onu şiddətli töhmətlə işdə saxladıq. Amma belə hərəkətlərini təkrarlasa, biz onu işdən kənarlaşdıracağıq”.

Abbas Seyidov Lola Hüseynova ilə köklü problemi və ya qərəzi olmadığını qeyd edib:

“Şəxsən ona qarşı heç bir prinsipim yoxdur. Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur.

Onları rəhbər olaraq düz yola çəkirəm və işləmək üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bütün işçilər kimi onun da hüququ qorunur. Amma heç kimə icazə verilmir ki, iş yerini buraxıb gəlsin və başqa bir şəxsi təhqir etsin.

Gedib məhkəməyə müraciət etsin. Dövlətin ali orqanı Lola Hüseynova haqqında müsbət qərar çıxararsa, şiddətli töhməti aradan qaldırarıq”, -deyə institut direktoru fikirlərini yekunlaşdırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verildi - SƏRƏNCAM

Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirvandakı “Nənəmin təndiri”nin sahibi Teymur sakinlərə saxta çörək satır… - Qaz sobasında bişən çörəklər təndir çörəyi adı ilə satılır..


AQTA, yaxud İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?

Son 20-30 ildə Azərbaycana nə qədər əcnəbi brendlər gətirilib..?
Bəli, məşhur ərzaq, qida, yaxud geyim brendləri adı altında ölkəmizdə əməlli-başlı bazar açıblar.
Təsəvvür edin ki, məşhur əcnəbi brendin adı altında 5-6 min manata satılan məhsulun “yerli” olduğu və real dəyərinin heç 500 manat olmadığı bəlli olur.
Sözün qısası, bu məsələdə istehlakçıların hüquqlarını qoruyan yoxdur.
Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti boyda dövlət qurumu var. Ki, əsas funksiyası istehlakçıların hüquqlarını qorumaqdır. Və buna görə, yüzlərlə işçi dövlətdən hər ay yüksək maaş alır.
Bu qurum istehlakçıların hüquqlarını qoruyurmu..?
Yaxud o boyda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Ki, istehsal və istehlak olunan qida məhsullarının keyfiyyətinə nəzarət etsin. Bəs nə oldu, axırı…
Təkcə bircə faktı qeyd edək.
Sovet dövründə çörəyin keyfiyyətinə xüsusi nəzarət var idi. Qara çörəkdən, çovdar çörəyindən istifadə edənlər az deyildi.
Ancaq neçə ildir ki, Bakıda hamı saxta qara çörəklərdən şikayətlənir. Təsəvvür edin ki, müxtəlif boyalardan istifadə edərək saxta qara çörəklər istehsal edib əhaliyə baha qiymətə satırlar. Ancaq sonra məlum olur ki, bu çörəklər saxtadır.
Bəli, hər şeyin saxtasına əl uzadan dələduzlar çörəyi də saxtalaşdırıblar.
Belə işbazlardan biri də Şirvanda fəaliyyət göstərən Teymur adlı şəxsdir. Bu adam “Nənəmin təndiri” çörək sexi açıb.
Birincisi, Azərbaycanda məşhur “Nənəmin təndiri” brendi var.
Bu ad altında fəaliyyət göstərmək üçün mütləq icazən olmalıdır. Əks halda səni kiminsə brendini oğurlamaqda ittiham edə bilərlər.
Əlbəttə, biz tanınmış “Nənəmin təndiri” brendinə vəkillik etmək fikrində deyilik, amma bunu qanunlar tələb edir.
Nə isə, keçək əsas məsələyə.
Deməli, Teymurun “Nənəsinin təndiri” Şirvan sakinlərini aldadır.
Belə ki, Teymur sakinlərə çörəyin təndirdə bişirildiyini élan və reklam etsə də, əslində çörəklər qaz sobasında bişirilir və standart və normalara uyğun gəlmir.
Sakinlər Teymurun bu əməllərindən ciddi narazılıq edirlər. Və sakinlər soruşur ki, AQTA-nın rəhbəri Qoşqar Təhməzli, yaxud İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Görəsən, Şirvan boyda şəhərin hüquq-mühafizə orqanları, icra hakimiyyəti niyə bu barədə susur..?
Teymur isə saxta yolla əhalidən qazandığı pulların hesabına “Kənd evləri” deyilən ərazidə təzə, sənədsiz obyektlər tikməkdə davam edir.
Teymur haqqında çox sözlər deyirlər, hətta onun “maloletka”, “türmə” söhbətini edənlər də var.
Amma bizim üçün kiminsə şəxsi problemləri önəmli deyil.
Bizim üçün əsas olan ictimai yüklü problemlərdir. Ki, vətəndaşların pozulan hüquqları təmin edilsin, saxta məhsullar vətəndaşlarımızın evinə yol tapa bilməsin.
Axı, Peyqəmbər Əfəndimiz demişkən, biz yediklərimizin cəmiyik.
gundelik baki.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir videosu yayılan polkovniki və qadın əməkdaşları işdən çıxardı


Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.

Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Məlumata görə, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb.

Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün öncə Zaur Mirzəyevin FHN-in inzibati binasında, xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə intim görüntüləri yayılıb.

Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rüşvəti Mədəniyyət Nazirliyinə gətirən Polad Bülbüloğlu olub”


“Azərbaycanda Mədəniyyət Nazirliyinin pis vəziyyətə gətirilməsini Əbülfəs Qarayevlə bağladılar, amma belə deyildi. Azərbaycanda rüşvəti Mədəniyyət Nazirliyinə gətirən məhz Polad Bülbüloğlu idi. O, nazirlikdə rüşvətxorluğu sistem halına salan şəxs idi...”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Akif İslamzadə deyib. Azərbaycan mədəniyyətinin bugünkü durumu barədə fikirlərini bölüşən sənətçi vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Mədəniyyət naziri dəyişəndən sonra konkret dəyişiklik olduğunu deyə bilmərəm. Heç mən onları tanımıram. İnandırım sizi ki, mən hazırkı Mədəniyyət nazirinin nə adını, nə də soyadını bilirəm. Heç bilmək də istəmirəm!

Mədəniyyətdə problemlər çoxdur, bu gün bunlar müzakirə olunmur, KİV-lər, sosial şəbəkələr qeybətdən, qadına məxsus söhbətlərin müzakirəsindən kənara çıxa bilmir”.

A. İslamzadə həmçinin son dövrlərdə mediada bəzi sənətçilərin efirə çıxmaq üçün qonorar istəməsi ilə bağlı tələblərini də doğru hesab edib:

“Fondda 80-dən artıq mahnım var, hələ indiyə qədər bir qəpik belə almamışıq.

Gedin, telekanallardan soruşun görün televiziyalarda çıxış edən müğənnilərin hansının pulunu ödəyiblər? Barmaqlarını qatlayıb bir müğənni adı çəkə bilərlərmi? Niyə ödəmirlər?

Bu gün bizim cəmiyyətdə ən çox haqqı tapdalanan zümrə məhz musiqiçilərdir. Mən 30-40 ildə hər halda ən azı 100 dəfə televiziyalarda çıxış etmişəm, haçan pulumu ödəyiblər? Söhbət tək məndən getmir, istəyirsiniz, Eyyub Yaqubovdan, Flora Kərimovadan, Aygün Kazımovadan soruşun, görün, haçansa telekanalda qonaq kimi dəvət olunub çıxış etdikləri zaman onlara pul ödənilibmi? Bunları demək lazımdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əməkdar rəssam vəfat ETDİ

Kino rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif Məhərrəmov vəfat edib.

Bu barədə Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib.
Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub.1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 “Erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması labüddür”


“Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür", - məlumatda qeyd edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda NƏ BAŞ VERİR? - İLGİNC İDDİA

Artıq bilənlərə məlumdur ki, ekologiya sahəsində olan yoxlama və kadr məsələləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev öz müavini olan Vüqar Kərimova tapşırıb. O da bu fürsətdən istifadə edərək öz çirkin məqsədlərin həyata keçirtmək üçün qohum-əqraba və dost-tanışların gətirib ekologiya idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Amma maraqlısı odur ki, sözügedən təbiət qatılı bir çox idarələrdən qovulmuş, ekologiya və meşə sahəsinə yad ixtisaslı kadr, ali təhsili olmayan və bir sözlə sözügedən sahədə uzun müddət çalışıb təcrübəsi olmayanları gətirib direktor və yaxud müavini təyin etdirir.

Hardasa ekologiya sahəsində uzun müddət çalışan olsaydı, o zaman hardasa onu başa düşmək olardı kı, bunu təcrübəsi vardır.

Bir qrup Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin Azerinfo.az xəbər portalına verdiyi məlumata əsasən hazır kı, Mərkəzin direktoru cənab Əlzamin Talıbovun müqaviləsinin müddəti 26 iyul 2022-ci il tarixdə bitdiyi üçün, o, tutduğu vəzifədən gedəcək.
İşçilər əlavə edir ki, belə bir söhbət var ki, artıq Vüqar Kərimov qeyri-meşəçi və heç o sahədən anlayışı olmayan bir nəfər tapıb Masallı Regional Meşə Təsərrüfatında direktor təyin etdirmək istəyir.

Buradan göründüyü kimi Vüqar müəllim bütün Regional Meşə idarələrində öz yaxın adamların ona görə, otuzdurub ki, öz çirkin məqsədlərin həyata keçirmək üçün öz bildiyi kimi idarə etsin.

Qarşı tərəfi dinləməyə hazırıq.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...