[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.

Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Prezident İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.

Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmış, ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib.

O da bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnmiş, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı ifşa edildi: "Özü ilə 3 "kassir" gətirmişdi"


Son zamanlar baş verən hadisələr ölkə gündəmini kökündən dəyişsə də, daxildəki bəzi məmurların qanunsuz və rüşvətxor əməlləri ilə bağlı iddiaları, ortada olan faktları və müraciətləri unutmamalıyıq. Məsələn, Şamaxının icra başçısı və onun ətrafına topladığı harın məmurların yarıtmaz fəaliyyəti haqda redaksiyamıza hələ də saysız-hesabsız məlumatlar daxil olur. İcra başçısı Tahir Məmmədovun və onun “qara kassa”sı rolunu oynadığı iddia edilən şöbə müdiri Mərdan Nəhmətovun əməlləri haqda yazdığımız silsilə materiallar saytımızda dərc olunub. Bundan sonra təhqir və təhdid dolu mesaj və zənglər aldığımız haqda isə ictimaiyyətə, eləcə də aidiyyatı orqanlara məlumat vermişik. Lakin bütün hədələrə baxmayaraq insanları dövlətdən incik salan, büdcə pullarını mənimsəyən, xirtdəyə qədər rüşvət və korrupsiyanın içində boğulan məmurlar haqda redaksiyamıza daxil olan məlumatları işıqlandırmaqda israrlıyıq. Bu dəfə bir neçə Şamaxı sakini icra başçısının və onun ətrafına yığdığı harın məmurların vətəndaşları necə incitməsi haqda məlumatları redaksiyamıza göndəriblər. Biz də öz peşə borcumuzu yerinə yetirməkdən dolayı onların bir neçəsi ilə əlaqə saxlamışıq. Öz problemi ilə bağlı Konkret.az-a danışan Şamaxı rayon sakini İbrahimov Kamran Fətəli oğlu uzun illərdir mal-qara saxlamaqla dolandıqlarını bildirib: “Atam Çuxur kolxozunda çoban və briqadir işləyib. Sovet imperiyası dağılan vaxtı fermalar satışa çıxarılanda biz yaylaq aldıq. Yəni hökumət yaylağı 25 illik müqavilə ilə bizə icarəyə verdi. Həmin müddət başa çatdıqdan sonra biz Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək icarə müddətini uzatmaq istədik. Bizə pandemiya olduğunu bildirdilər və torpaq məsələsi ilə bağlı işlərin təxirə salındığını dedilər. Amma hələlik torpaqdan istifadə edə biləcəyimizi vurğuladılar. Hər il torpaqdan istifadəyə görə vergi ödəyirik. Bu il bizi Şamaxı Rayon Polis Şöbəsinə çağırdılar və bildirdilər ki, Abu adlı şəxs bizim mal-qara saxladığımız yaylağı alıb və torpaq artıq ona məxsusdur. Abu adlı bu şəxsin fermaları və yaylaqları var. Bizə bu il yaylağa getməməyi tapşırdılar. Çarəsiz şəkildə İcra Hakimiyyətinə gəldik və qəbula düşmək üçün növbəyə yazıldıq. Lakin 80 yaşlı atamı səhər saat 9:00-dan, axşam saat 16:00-a kimi İcra Hakimiyyətinin qabağında gözlətdilər və sonda heç kim bizi qəbul etmədi”.

Kamran İbrahimov ailədə 6 övlad olduğunu və hamısının təsərrüfatla dolandığını vurğulayıb: “Başqa işləyənimiz yoxdur. Bizə deyirlər ki, Abu adlı şəxs həmin yaylağı alıb, hətta sənəd də göstərirlər. Əgər bu torpağı hökumət icarəyə verirdisə, o zaman niyə bizim özümüzə satmadılar? Uzun müddət bu torpaqdan istifadə etmişik, vergi və sosial ödənişləri vaxtlı-vaxtında vermişik. İcra Hakimiyyətində bir nəfər şəxs bizi başqa şöbə əməkdaşının qəbuluna göndərdi. Lakin nə qədər gözləsək də, heç kim qəbul etmədi. Atam bu gün də İcra Hakimiyyətinə qəbula gedəcək və nəticə haqda sizə məlumat verəcəm”.

Şamaxının 63 yaşlı sakini Təvəkkül Abdullayev də saytımıza açıqlamasında fermer təsərrüfatı ilə məşğul olduğunu deyib: “Mənim 144 baş iribuynuzlu, 300 baş isə xırdabuynuzlu heyvanım var idi. Yay otlaq sahələrini icarəyə götürərək təsərrüfatımı idarə edirdim. Şamaxı Rayon İcra Hakimiyyətindən məni dəvət edərək yay otlaq sahəsi verəcəklərini bildirdilər. Şəxsən başçının özü bu sözü mənə deyib. Lakin Pirsaat çayında 3-5 gün heyvanımı saxladıqdan sonra mənə yer vermədilər. Beləcə təsərrüfatım məhv oldu, qalan heyvanlarımı isə kolbasa sexlərinə dəyər-dəyməzə verməyə məcbur qaldım. Oğlum Abdullayev Adəm müharibə iştirakçısıdır və bir çox rayonların işğaldan azad olunmasında iştirak edib. Cəbhədən qayıdan gündən indiyədək işsizdir. Demək olar ki, hər gün icra başçısının qəbuluna düşməyə çalışıram. Amma heç kim qəbul etmir, icra başçısını yalnız qapıda görüb yaxınlaşıram. Mənə, “get, iş olanda çağırarıq” deyib yola salırlar. Müavinlər isə vətəndaşları “yola vermək”lə məşğuldurlar.”

Təvəkkül Abdullayev 11 nəfər ailə üzvünün və işçi qüvvəsinin hazırda dolanışıqsız qaldığını vurğulayıb: “Məni aldatdılar, yoxsa özüm icarəyə torpaq götürüb mal-qaramı saxlayardım. Heç nədən bütün heyvanlarım tələf oldu. İcra Hakimiyyətinə gələrək mal-qaramı dövlətə təhvil vermək istədiyimi bildirəndə məni az qala həbs etdirəcəkdilər. Problemimlə bağlı başçıya dəfələrlə qapıda yaxınlaşaraq sözümü deməyə çalışmışam. Mal-qaramın tələf olduğunu demək istəyəndə məni təbliğat aparmaqda günahlandırıb. İcra Hakimiyyətinin şöbə müdiri olan Mərdan Nəhmətov isə yaxın qohumum olsa da, uzun illərdir onunla danışmıram. Hələ hərbi komissar işlədiyi vaxtlarda rüşvətxor kimi tanınıb. Mən İsmayıllıda Baş prokurorun da qəbulunda olmuşam, təsərrüfatımı məhv etdikləri haqda məlumat vermişəm. Hələ nəticəsi yoxdur. Heç olmasa 11 nəfər ailə üzvümü dolandırmaq üçün iş istəyirəm”.

Digər şikayətçi, Şamaxı rayon Həmiyəli kənd sakini Rahid Xəlilov isə rayondakı özbaşınalıqlar və hərc-mərclik haqda fikirlərini bölüşüb: “Rayonda hər bir sahədə rüşvətxorluq tüğyan edir. İcra başçısının Mərdan Nəhmətovla birgə qanunsuzluqları pik həddədir. Əvvəllər Şamaxıda səhiyyə şöbəsinin müdiri olan, lakin işində yol verdiyi nöqsanlara görə vəzifəsini itirən Ehtiram Rüstəmzadə adlı şəxs hazırda icra başçısı ilə qohumluq və yaxınlıq əlaqələri sayəsində humanitar şöbədə aparıcı məsləhətçi təyin edilib. Amma özü Bakıda oturub və bir gün də olsa işə gəlməyib. Bu şəxs Bakıda əyləşərək icra başçısı üçün pul toplamaqla məşğuldur. Hələ Şamaxıya Tahir Məmmədov kimi analoqu olmayan icra başçısı gəlməyib. Bu şəxs vəzifəyə təyin olunanda özü ilə bərabər 3 nəfər kassir gətirmişdi. Onlardan Yaqub adlı şəxs ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin müdiri idi və bu sektorda ayrı-ayrı fərdləri işə düzəltmək üçün pul alırdı. Bibisinin həyat yoldaşı olan Akif adlı şəxs isə şəhərin abadlaşdırılmasına nəzarət edirdi və bu sahədə pulları mənimsəyirdi. Araz adlı digər şəxs isə ev tikmək istəyənlərdən pul toplayırdı. İndi isə Tahir Məmmədov özünə Mərdan Nəhmətovu yeni “kassir” təyin edib. Mərdan isə öz qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə məşğuldur. Üstəlik saxta diplom alıb.

P.S. Əldə etdiyimiz son məlumatlara görə, rayon rəhbərliyi müxtəlif vədlər və şirnikləndirici təkliflər verməklə ortada olan fakt və iddiaları təkzib etmək üçün çirkin oyunlar qurmağı planlaşdırır, ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək istəyir. Cənablar, bu, keçməyəcək. Dövləti aldatmaq sizə müyəssər olmayacaq. Yeri gəlmişkən, İcra Hakimiyyətilə dəfələrlə əlaqə saxlasaq da, telefon zənglərinmizə cavab verən olmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Su çatışmazlığı: Bakıda içməli su ilə maşın yuyulur - Problem qiymətdə deyil, yəni...


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. Nazir bildirib ki, temperatur iqlim normasından yuxarıdır, bu da içməli sudan istifadəyə məsuliyyətlə yanaşmanı daha da aktual edir. Digər tərəfdən isə bir müddətdir ki, Bakıda əhaliyə suyun verilişində qənaət rejimi tətbiq edilib. Bütün bunlar içməli su qıtlığının uzaqda olmadığından xəbər versə də, ölkəmizdə şirin sudan texniki məqsədlə istifadə hallarının qarşısı alınmır. Baxmayaraq ki, avtoyuma məntəqələrində, yaşıllaşdırmada, kənd təsərrüfatı məhsullarının becərilməsində şirin sudan istifadə edilməsi içməli su ehtiyatlarımızın tükənməsinə səbəb olur.
Sputnik Azərbaycan içməli sudan texniki məqsədlərlə istifadənin qarşısını necə almağın yollarını araşdırıb.

Sudan texniki məqsədlər üçün istifadə
DİA.AZ-ın məlumatına görə, Xəzər Universitetinin müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, ətraf məsələlər üzrə ekspert, tədqiqatçı Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda içməli sudan başqa su mənbəyi yoxdur. Ona görə də içməli su texniki məqsədlər üçün də istifadə edilir. Onun sözlərinə görə, təmizlənmiş çirkab suları bağ və parkların sulanmasında istifadə etmək olar. Amma bu suyu Hövsandan Bakının bağlarına gətirmək problemdir. Mütəxəssis deyir ki, ona görə də, Bakının hündür yerlərində təmizlənmə qurğuları qurulmalıdır.

Həmsöhbətimiz deyir ki, yağış suları kanalizasiya xətlərinə düşmədən yağdığı ərazilərdə yığılmalı, yaşıllıqların sulanmasında, küçə və sosial ərazilərin təmizlənməsində, yuyulmasında istifadə edilə bilər: "Yağış sularının yığılmasının faydası böyükdür. Bu içməli sudan istifadəni azaltmaqla texniki sudan istifadə həcmini artıracaq. Bu gün Bakıya verilən suyun hamısı içməli sudur. Bu isə içməli su ehtiyatının azalmasına səbəb olur. Bakıətrafında bağlarda, təsərrüfatlarda içməli sudan istifadə edilir. Texniki sudan suvarma məqsədilə istifadə etmək üçün yeni sistemlər yaradılmalıdır. Bu bir qədər çətin olsa da, buna nail olmaq mümkündür. Kollektor drenaj sularını bir yolla suvarmaya yönəltmək olar. Hazırda heç bir texniki su standartı yoxdur".

İtkilər
Tədqiqatçı ekspert onu da bildirdi ki, su şəbəkəsində itkilər də çoxdur.
"Bu itkinin qarşısını almaq üçün köhnə borular dəyişdirilməlidir. Bəzi su xətlərini isə dəyişmək çətindir" deyə R. Abbasov bildirdi.
Onun sözlərinə görə, Bakının ətrafında iri bağlar var ki, onlar da içməli su ilə suvarılır: "Bakıda bağ salarkən iqlimi nəzərə alınmalıdır. Paytaxtda alma bağı salmaq düzgün deyil. Elə bağ salınmalıdır ki, o ağacları tez-tez suvarmaq istifadə edilməsin. Bakıda parklar salınarkən da bu amil nəzərə alınmalıdır. Parklara yaşıllıq üçün elə ağaclar əkilməlidir ki, çox sulamağa ehtiyac olmasın".

Rəsmilərin mövqeyi
"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Sputnik Azərbaycan-ın sualına cavabda Bakıda sudan texniki məqsədlə istifadənin içməli su ehtiyatının azalmasına təsir göstərdiyini təsdiqləyib. O, bildirib ki, Sovet dövründə texniki su istehsal edilərək sənayedə, suvarmada istifadə edilib. 1990-cu ildən sonra texniki su istehsal edən qurğular sıradan çıxıb. Onun sözlərinə görə, həmin vaxtdan sonra paytaxtda yaşıllıqların sulanmasında, avtomobillərin sulanmasında içməli sudan istifadə edilir. V. Kərimov bildirib ki, "Azərsu" ASC hazırda texniki sudan istifadənin artırılması üçün təkliflər hazırlayır. Amma hələki bu məsələ öz həllini tapmadığından əhali abonentlərindən sudan qənaətlə istifadə etmək tələb olunur.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə Sputnik Azərbaycan-ın sualına cavabda bildirib ki, texniki suyun olmaması içməli suya təlabatı artırır. O, bildirib ki, harada imkan varsa içməli suyu texniki su ilə əvəz olunmalıdır. Nazir müavini onu da vurğulayıb ki, artıq Bakıda bəzi ərazilərdə park və yaşıllıqların sulanmasında texniki sudan istifadə edilir. Onun sözlərinə görə, artıq Xocahəsən gölünün ətrafında salınmış yaşıllıq bu göldən götürülərək təmizlənmiş su ilə suvarılır.
Bununla belə V. Kərimov qeyd etdi ki, sudan digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz: "İçməli suyun alternativini təqdim edə bilmiriksə, ondan başqa məqsədlərlə istifadəyə cərimə də tətbiq edə bilmərik". O bildirib ki, vətəndaş istifadə etdiyi suyun tarifini ödəyirsə, ona digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz.

Ölkənin su ehtiyatları
Vüqar Kərimovun sözlərinə görə, hazırda ölkənin 25 milyard kubmetr su ehtiyatı var.
"Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır"deyə nazir müavini bildirib.
Vüqar Kərimov həmçinin qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir: "Azərbaycanın su ehtiyatlarının 70 %-i ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid anasından ETİRAZ: `Kimin hesabına yaşayırsınız?` - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ

Bərdədə qadın "Megastore" mağazalar şəbəkəsinin açılışında təşkil olunmuş şou-proqrama etiraz edib.

DİA.AZ "Unikal"a istinadla xəbər verir ki, şəhid anası olduğu deyilən qadın konsertə toplaşan insanlara irad tutub.

"Şəhid analarını başa düşmürsünüz? Ayıb olsun! Bizim oğulların hesabına yaşayırsınız", - deyə qadın proqramı təşkil edənlərə və əraziyə toplaşanlara qəzəblənib.

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi mart ayının 8-də Bərdə rayonunda şou-proqramın olunduğu barədə məlumat verib.

VİDEO BURADA: bura tıklayın... My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video

Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub. Eyni zamanda, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.

Xalq artisti Əli Nur dünən səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə yaratdığı üçün məsələni bir daha aydınlaşdırıb. Aktyor “Qafqazinfo”ya açıqlamasında səhərdən ona davamlı zənglər gəldiyini qeyd edib:

“Mən onlara da dedim, indi də bildirirəm ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir.”

Əli Nur, həmçinin mədəniyyət naziri vəzifəsini hazırda icra edən nazirin birinci müavini Adil Kərimlinin təyinatından bir neçə gün sonra onunla ad günündə şəxsən telefonla danışdığını əlavə edib: "Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır”.

Xatırladaq ki, son zamanlar ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Novruzun müalicəsi də nazirlik və Heydər Əliyev Fondunun nəzarətində idi. Heydər Əliyev Fondu aktyorun müalicəsini öz üzərinə götürmüşdü. Bir müddət əvvəl Ramiz Novruzun övladları Şəfəq Novruz və Cavidan Novruz sosial şəbəkə hesablarında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya atalarının səhhəti ilə bağlı göstərdiyi dəstək və diqqətə görə təşəkkür etmişdilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Başqa gəlirim yoxdur" - 260 manatla dolanan Əlisa Nicatdan AÇIQLAMA


Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın sosial durumu aktuallaşıb.

87 yaşlı yazıçı sosial təminatının aşağı olması səbəbindən evində yetəri qədər qaz yandıra bilmir. Azərbaycan ədəbiyyatına bənzərsiz töhfələr verən və yüzlərlə tarixi-fəlsəfi əsərlərin müəllifinin yaşayış səviyyəsinin aşağı olması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Bizim.Media-ya danışan Əlisa Nicatın sözlərinə görə sosial durumu ilə bağlı məsələsi paylaşılandan sonra xeyli telefon zəngi alıb və ziyarətinə gələnlər var:

“Dolanışığım yalnız 260 manat pensiyadan ibarətdir. Başqa gəlirim yoxdur. Ara-sıra tərcümələrdən qonarar verilir. Dünəndən şəxsi tanıdığım şəxslərdən və jurnalistlərdın telefon zəngi alıram. Qurumlardan, ictimai birlik və təşkilatlardan hələki axtaran yoxdur.

Kolleqa və həmkarlarımla 20 ildir münasibətlərimiz yoxdur. Onlardan da yardım, dəstək almamışam. 50 ildən çoxdur Yazıçılar Birliyinin üzvüyəm. Onlarla da gediş-gəliş, şəxsi münasibətlər kəsilib. Ümid edirəm, kömək edənlər tapılar və hər şey yaxşı olar”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyindən gələn ildən Əlisa Nicata bir illik təqaüd verəcəkləri açıqlanıb.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəlbəcər məktəblərində ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR!

Kəlbəcər rayon təhsil şöbəsi ilə bağlı şikayətlər və narazılıqlar bitmək bilmir.

Belə ki, Dünyanınsəsi.Az saytının elektron poçt ünvanına gələn bu dəfə ki,şikayətlər dərs bölgüləri ilə bağlıdır.Bu sahədə hər il direktorlarla müəllimlər arsında ciddi narazılıqlar olur. Bu ildə qanun pozuntusu olmaqla yanaşı həm də hər bir direktor saat bölgülərini özlərinin şəxsi biznes mənbəyinə çeviriblər.Məhz buna görə üç aydırki Kəlbəcər rayon müəllimlərinin maaşları avans vəziyyətində verilir.

Şikayətçi Zahid İbrahimov uzun illərdir ki, Tərtər rayonun Şıxarxı kəndində “Tarix və içtimaiyyət” fənnini tədris edir.

Amma iki ildir ki, 127 saylı ümumi orta məktəbinin direktoru Yaşar Məmmədov özünün məktəbdə yaratdığı saxta diplomlu “ailə ansambılı” Zahid İbrahimovun dərs saatlarından məhrum edib. Şıxarxı kəndində şagirdlərə “içtimaiyyət” fənnini tədris edən Z.İbrahimovun əlindən alınaraq başqa texniki ixtisaslı fənn müəllimlərinə veriblər.Sözügedən məktəbin fəaliiyəti eləcə də digər korrupsiya yol açan faktlarla bağlı ümidvarıqki rayon prokuorluğu ciddi araşdırmalar aparıb içtimaiyyətə açıqlama verəcəkdir.

Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir” fikri özünə yer alır və bu açıq-aydın müəllimlərin dərs yükünün 18 saat müəyyən edilməsini özündə etiva edir.

Müvafiq əmək və təhsil qanunvericiliyinin tələbinə görə yalnız müəllimlər ixtisasına uyğun azı bir stavka – aylıq vəzifə maaşı ilə tam yəni 18 saat dərs yükü ilə təmin edildikdən sonra dioqnostik qiymətləndirmənin nəticələrinə uyğun əlavə dərs saatları ilə təmin edilməlidirsə belə olan halda niyə zahid İbrahimovun dərs saatları kəsilib? Şikayətçi qeyd edir ki, əlavə dədrs yükü üçün yuxarılara mütləq şirinlik verməlisən.
Şəmkir rayonunun inzibati ərazi vahidinə aid olan Varlı Həyat kəndi ərazisində faəliiyət göstərən 96 saylı ümumi orta məktəbininin fəaliiyətsizliy barədə də saytımıza şikayətlər daxil olub.
Sözügedən kənddə məskunlaşan Kəlbəcərli və yerli sakinlər bildirirlər ki, yeni dərs ili başlayandan bu günə kimi məktəbin qapıları şagirdlərin üzünə bağlı qalıb.Ancaq ayda bir dəfə direktor Habil Mirağa oğlu məktəbə gəlib jurnalları yazdırıb gedir.
Kənd sakinlər mətbuat vasitəsi ilə Elm və Təhsil Nazirliyinin rəhbərliyindən xahiş edirlər ki, məktəbin fəaliyyətini bərpası üçün aidiyyatı üzrə göstəriş versin.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur yazıçı vəfat etdi


Dünya şöhrətli yazıçı Artur Nikolas Evans dünyasını dəyişib.

Evans "At Pıçıltısı", "Atəş Jumpers", "Qurd İzi" kimi məşhur əsərlər yazıb.

Onun agentliyi bu gün müəllifin ölümünü təsdiqləyib. DailyMail -in xəbərinə görə, Evans infarkt keçirdib.

Qeyd edək ki, 1995-ci ildə nəşr olunan “The Horse Whisperer” bütün dünyada təxminən 15 milyon nüsxə satılıb və 20 ölkədə bestseller olub.

Kitab üç il sonra baş rolda Robert Redfordun oynadığı film lentə alınıb.

XƏBƏR LENTİ

22:26

İsmayıllıda məktəb şagirdi intihara cəhd ETDİ

22:12

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

21:28

Azərbaycanla Ermənistan sülhün astanasındadır - Ceyhun Bayramov

21:17

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi dəyişdi

20:55

Daşkəsən və Ağdam istiqamətində mövqelərimiz atəşə TUTULDU

20:46

İlham Əliyev bu şəxsləri “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI

18:10

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ELAN EDİLDİ

17:57

"İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı QƏRAR VERİLDİ

17:36

Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

17:11

Daha bir məktəbdə rüşvət qalmaqalı: `Məcburuq, direktorun ad günüdür...` - SƏS YAZISI

16:31

İlham Əliyev nazirliyin yeni binasının açılışını etdi - FOTOLAR

11:13

Deputatın şirkəti Heydər Əliyev adına parkda ağacları kəsib – Video

10:47

“Xoca-Həsən İKF” MMC-yə qarşı iddia

10:17

`Bakı Sağlamlıq Mərkəzi` ÖLÜM MƏRKƏZİNƏ ÇEVRLİB... - İTTİHAM VAR!

09:52

İşçisi də Zeynalov kimidir... QOÇULUQ EDİR! - NARAZILIQ VAR!

08:11

'UniBank' yenə də NARAZILIQ YARADIR... - Vətəndaş NƏ ETSİN...

07:37

“Ən bahalı klipləri zamanında mən çəkdirmişəm, qiyməti 14 min dollar idi”

23:19

Ərdoğan üçün kəsilən xatirə pulu qonaqlara hədiyyə edilib - FOTO

22:58

İlham Əliyev Paşinyan, Sinan Oğan və bir sıra şəxslərlə görüşüb - FOTO

17:55

Zaqatala da ekologiya ya vurulan ziyan – KİMDİ CAVABDEH

16:50

Prezident və xanımı Türkiyəyə səfər etdi - VİDEO

16:32

Ərdoğan and içdi - Video

14:56

"Azəralüminium"dan "Khazar Trading Company" şirkətinə 212 minlik sifariş - TENDER NƏTİCƏSİ

14:29

"Həftədə bir neçə dəfə, yarım gün internetin verilişində fasilə yaranır..." - GİLEY

13:50

Bəs deyirdilər, bağ belə, bostan bel... AZAL PUL QIRIR: NOOLDU BƏS? - Kasıb imişlər...

13:30

Prezident İsraillə bağlı olan sazişi təsdiqlədi

13:11

`RabitəBank`ın müştəriləri DİQQƏTLİ OLSUNLAR... - ÇAĞIRIŞ

12:45

Qarabağ veteranı məmurların qurbanına çevrilib - AXI NİYƏ?!

11:47

Mövqelərimiz yenə atəşə tutulur

11:34

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim..." - NARAZILIQ VAR!

10:58

Deyəsən, buralar ÖZBAŞINA QALIB... - Prezidentə müraciət olundu

10:30

Buralar rəsmən DÜŞMƏN 'OBA'SIDIR... - Millətin qəsdinə durublar?

19:22

​​​​​​​Kənd tibb məntəqələrindəki ACINACAQLI DURUM – TƏBİB “problem yoxdur” deyir,

18:53

Məmməd Mahmudov “pojarnı” binasını boşaldıb, ayı 3 min manata məhbuslara icarəyə verir… - ÖZBAŞINALIQ!