Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

10:21 25.04.2024 36
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Naxçıvan Muxtar Respublikasının (MR) bir qrup müəllimi adından “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Sizə məktub ünvanlamaqda əsas məqsədimiz bir neçə gündür internet portallarında Naxçıvan müəllimlərinin növbəti dəfə sertifikasiya imtahanından keçməsi xəbərlərinin yayımlanması ilə bağlıdır.

2021-ci ildə Naxçvan müəllimlərinin hamısı növbəli şəkildə sertifikasiya imtahanlarından keçirilmişlər. Biz müəllimləri narahat edən odur ki, niyə Naxçıvan müəllimlərinə qarşı bu qədər haqsızlıq olunur. Azərbaycanın digər bölgələrində, o cümlədən Bakı şəhərində olan müəllimlərin əksəriyyəti bir dəfə də olsun sertifikasiya imtahanına girmədiyi halda, Naxçıvan müəllimləri 3 (üç) il ərzində 2-ci dəfə sertifikasiya imtahanına cəlb olunurlar.

İndiki hakimiyyət əvvəlki imtahanları kecərsiz sayır və Emin Əmrullayevin əmri ilə yenidən imtahan keçirmək fikrindədirlər. Bəs Naxçıvan müəllimləri 2021-ci ildə (44 günlük vətən müharibəsi stressini və gərginliyini atlatmamış tələm-tələsik) sertifikasiya imtahanına cəlb edilərkən Emin Əmrullayev nazir olaraq hara baxırdı? Onun xəbəri yox idi ki, Bakı müəllimlərindən fərqli olaraq, Naxçıvan müəllimlərinə sertifikasiya imtahanı keçirirlər? Əgər bu imtahanlar qanunsuz idisə, sertifikasiya imtahanının keçirilməsinin qarşısını alıb, Naxçıvan müəllimlərinin hüquqlarını qoruyardılar.

Bu imtahanı keçərsiz qəbul etsələr belə, biz müəllimlər həmin vaxt imtahan həyacanını yetərincə keçirmişik. Hətta imtahan həyacanından ürək tutmasından həyatını itirənlər oldu. Eyni zamanda, imtahandan kəsilməyi özünə qəbul etməyərək canına qəsd edənlər də oldu. Əgər bu sertifikasiya imtahanları keçərsiz olacaqdısa biz müəllimlərin sağlamlığına niyə bu qədər zərbə vurulmağına ğöz yumurdular?! Nə qədər stress və həyacan çəkildi. Şəkər xəstəliyinə tutulanların sayı-hesabı yoxdur.

İndiki hakimiyyətin dövründə Naxçıvan Təhsil Nazirliyinin və Təhsil Şöbəsinin aparıcı qüvvələr olan xanım əməkdaşları, əvvəlki hakimiyyətin dövründə də aparıcı qüvvələr olub və sertifikasiya imtahanlarında da yaxından iştirak ediblər. Onlar bu imtahan zamanı müəllimlərin hansı hiss və həyacan keçirdiklərini yaxşı bilirlər. Sertifikasiya imtahanlarını keçərsiz sayanlar niyə imtahandan kəsilənlərə 6 (altı) saatdan artıq dərs verməyiblər? Dərs bölgüsündə isə sertifikasiya imtahanından topladıqları ballara görə müəllimlərə dərs saatları verildi. Amma indi bu imtahan keçərsiz sayılır. Bildirirlər ki, iyul ayında sertifikasiya imtahanları başlayacaq.

Müəllimlərin yeganə istirahəti yay tətilidir. Kimsə harasa istirahətə gedəcəksə, özünün və yaxud övladının müalicəsi, əməliyyat olunması və xeyir işlərini yay tətilinə planlaşdırır. Bunlar amma deyir ki, heç nə etməyin, oturun evinizdə imtahanların nə zaman olacağını gözləyin. Test mərhələsini və müsahibə mərhələsini həyacan çəkərək gözləyin. Sonrada yeni dərs ili başlayacaq. Bəs biz müəllimlər neyləyək? Naxçıvan həmişə təhsil sahəsində fərqlənib. Təhsil göstəriciləri Azərbaycanın digər rayonlarından üstün olub. Bu da sözsüz ki, Naxçıvan müəllimlərinin sayəsində olub. Amma buna baxmayaraq Naxçıvan müəllimləri ikili standartlara məruz qalır və haqsızlığa uğrayırlar. Sertifikasiya ilə bağlı nəsə bir söz deyiləndə də, müəllimlərə belə cavab verilir: Bir dəfə imtahandan keçmisinizsə növbəti dəfə də keçəcəksiniz, niyə qorxursunuz.

Biz demirik ki, sertifikasiyadan keçməyək, bizi imtahan etməsinlər. Sadəcə bizlərin haqlı olaraq tələbi odur ki, Naxçıvan müəllimlərinə qarşı bu qədər haqsızlıq olunmasın. 2026-cı ildə 5 (beş) ilimiz tamam olduqdan sonra normal qaydada sertifikasiya imtahanlarını təşkil etsinlər. Sanki qəsdən belə haqsızlıqlar edib, bu qədər müəllim ordusunu hakimiyqətdən narazı salıb, rəhbərliyin əleyhinə qaldırmaq istəyirlər.

Sizdən xahiş edirik, bu məktubumuzu öz səyfənizdə işıqlandırın və səsimizi lazımı dairələrə çatdırın”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO