[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çin yer müşahidə peykini orbitə buraxdı


Çin kosmosa yüksək ayırdetməli optik yer müşahidə peykini “Gaofin-13 02” buraxıb.

“Sinxua” agentliyinin məlumatına görə, peyk Sıçuan əyalətindəki Sinxua Peyk Mərkəzindən “Long March 3D” daşıyıcı raketi ilə

Bildirilib ki, peyk buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqedə qərarlaşıb.

Peykin torpaq ehtiyatlarının izlənməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, meteoroloji proqnozlaşdırma və erkən xəbərdarlıq, habelə fəlakətlərin monitorinqi və qarşısının alınması sahələrində istifadəsi nəzərdə tutulub.

Buraxılış “Long March” raketləri ilə 468-ci uğurlu nəqliyyat missiyası olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nikola cavab: Bakı da imtina edəcək - Başqa yolu YOXDUR!


Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər demaqogiyadır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Professor rəsmi İrəvanın belə davam edəcəyi halda Azərbaycanın da öz öhdəliklərindən imtina etmək haqqına sahib olduğunu vurğulayıb:

“Ortada üç dövlətin imzaladığı açıq və konkret 10 noyabr bəyannaməsi var. Azərbaycanın mövqeyi bəllidir, Ermənistan da üzərinə öhdəliklər götürüb. Üçtərəfli Bəyannamədə hər hansı əlavə missiyadan və s. bəhs edilmir. Üstəlik heç bir yer blokadada saxlanılmır, Laçın da, Qarabağ da Azərbaycan ərazisidir. Bu Üçtərəfli Bəyannamədə də aydın şəkildə göstərilib. Əgər Ermənistanın hansısa əlavə iddiaları var idisə, onda niyə Paşinyan sənədə imza atırdı? Beynəlxalq hüquqda dövlətlər arasında imzalanan sənədlər önəmlidir. Əgər imza atıb öhdəlik götürübsənsə, yerinə yetirməlisən. Müzakirə tələb edən məsələlər isə növbəti mərhələyə keçirilir. Rəsmi İrəvan Üçtərəfli Bəyannaməni qəbul etmirsə, Bakının da bütün öhdəliklərdən imtina etmək haqqı var. Laçın dəhlizində təhlükəsiz hərəkətin təmini o deməkdir ki, sərhəd-keçid məntəqəsindən qəbul olunan qaydalar əsasında Azərbaycan ərazisinə daxil olduqdan sonra hər bir normal xarici vətəndaşın sərbəst hərəkətinə imkan yaradılır. Yəni Azərbaycan sərhədə öz postlarını qurmalı və Ermənistanın Zəngəzur məsələsindəki davranışına adekvat cavab verilməlidir. Bunun başqa yolu yoxdur. Diplomatik təzyiqlərimizi artırılmalı və bəhs etdiyimiz məsələ şərt kimi Ermənistanın qarşısına qoyulmalıdır. Azərbaycana müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların fəaliyyət müddəti beş ildir. Demək ki, sənəddə göstərilən bütün öhdəlik və əsas məsələlər bu müddət içərisində yerinə yetirilməli və həllini tapmalıdır”.

Toğrul İsmayıl Ermənistanın KTMT-nin apardığı işğalçılıq siyasətini dəstəkləmədiyinə görə tənqid etməsini absurd hesab edib:

“Ermənistanın KTMT-də qalması, yaxud oradan çıxması onun öz işidir. Lakin bu dövlətin digər üzv dövlətlərdən apardığı işğalçılıq siyasətinə görə dəstək istəməsi başadüşülən deyil. KTMT və ya NATO-ya üzv olmaq olar, lakin bu işğalçılıq üçün əsas qəbul edilə bilməz. Normal dövlətlər işğala etiraz edirlər. Hətta fikrimcə, işğalçılığına görə Ermənistan təşkilatdan qovulmalıdır. Amma Rusiyanın maraqlarına görə bu ölkə hələ də KTMT-dədir”.

Alim Ermənistanı və onu dəstəkləyən ölkələri beynəlxalq hüququ və imzalanan sənədləri yenidən nəzərdən keçirməyə çağırıb:

“Paşinyanın Fransa ilə yanaşı, Almaniya və ABŞ-ın da danışıqlar prosesinə daxil edilməsi barədə təklifi onların danışıqları uzatmaq niyyətindən xəbər verir. Fransa, ABŞ və Almaniyanın burada nə işi var? Ermənistan Azərbaycan ərazisinə hansı haqla beynəlxalq faktaraşdırıcı missiya tələb edir? Əslində Ermənistan baş naziri öz “təklif”i ilə idarə etdiyi dövlətin başqalarının ağzına baxdığını, kukla dövlət olduğunu göstərir. Əvvəl də bildirdiyim kimi, eyni zamanda 1991-ci il MDB bəyannaməsi və orada təsbit olunan prinsiplər, beynəlxalq hüquq bizim tərəfimizdədir. Paşinyan və komandası, onları pərdə arxasından idarə edənlər sadaladığımız məqamları diqqətlə nəzərdən keçirməlidirlər. Əgər Ermənistan ağlını başına toplamasa, anladığı dillə ona vəziyyəti izah etmək və müzakirə masasına oturtmaq lazımdır”.

Axar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Danimarka Ukrayna üçün 1 milyardlıq yardım fondu yaradacaq


Danimarka hökuməti Ukraynaya 7 milyard kron (1 milyard dollardan çox) məbləğində yardım fondunun yaradılması haqqında saziş imzalayıb.

Bu barədə Danimarka Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Siyasi partiyalarla saziş Danimarka parlamenti üzvlərinin əksəriyyətinin dəstəyi ilə bağlanıb. Onu Danimarka Demokratik Partiyası, Danimarka Liberal İttifaqı, Danimarka Mühafizəkar Xalq Partiyası, Radikal Sol, Danimarka Xalq Partiyası və Yeni Vətəndaşlar dəstəkləyib. Sazişin tərəfləri Danimarkanın Ukraynaya yardım göstərən aparıcı ölkələr sırasında qalması fikrində həmrəy olduqlarını bildiriblər.

“Ukrayna Fondu sayəsində biz Danimarkanın Ukraynaya dəstəyini yeni səviyyəyə qaldırırıq. Bu, ən azı biznes sektoruna aiddir. Danimarka şirkətləri içməli su, istilik və yemək kimi Ukraynanın çatışmayan çox hissəsini təmin edə bilər. Arxamızda olan bir fondla biz, başqa şeylərlə yanaşı, Danimarka şirkətlərinin Ukrayna bazarına daxil olmasını asanlaşdırmaq və riskli şirkətlər üçün daha yaxşı şərait yaratmaq, daha çox pul ayırmaq üçün Xarici İşlər Nazirliyinin səylərinə daha çox güc verə bilərik. ”

Fondun vəsaitlərinin böyük hissəsi Kiyevə hərbi yardıma yönəldiləcək - 778 milyon dollar. Daha 173 milyon dollar humanitar məqsədlərə, cəmi 57 milyon dolları isə Ukrayna ilə əməkdaşlıq edən Danimarka şirkətlərini dəstəkləmək üçün ayrılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Fransa korsikalıları danışmaq hüququndan məhrum edir” - RƏY


“Fransa korsikalıları danışmaq hüququndan məhrum edir”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Fransa Məhkəməsinin Korsikadakı dövlət müəssisələrində yerli dilin qadağan edilməsilə bağlı qərarı insan hüquqlarının kobud şəkildə pozulmasıdır:

“Çünki korsikalılar fransız deyillər, onlar fərqli dilə, fərqli mədəniyyətə malikdirlər. Fransa dövləti isə Korsikanı koloniya kimi idarə etmək istəyir. Bu qərar Parisin radikal-milliyyətçi simasını ortaya çıxarır və bu, açıq şəkildə Korsikanın seçilmiş nümayəndələrini danışmaq hüququndan məhrum etmək deməkdir”.

“Ümumiyyətlə, Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsi çağırışına görə Fransada siyasi məhbusa çevrilmiş fəallar kifayət qədərdir. Bir neçə ay əvvəl İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda onlarla insanın xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaratdı. Fransanın ən yoxsul bölgəsi olan Korsika əhalisi Konstitusiyada Korsika üçün xüsusi yer ayrılması, “Korsika dili”nin ölkə konstitusiyasında rəsmi dil kimi təsbit olunması, yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsini tələb edir. Rəsmi Paris isə bu tələblərin hər birini sərt şəkildə rədd edir. Fransanın Etnik Azlıqlarla bağlı Konvensiyaya qoşulmaması da bu ölkənin insan hüquqları və demokratik dəyərlərlə öyünməsilə ziddiyyət təşkil edir. Ziddiyyət həm də budur ki, korsikalıları ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir” -, o, vurğulayıb.

Deputat bildirib ki, Fransa Şimali Afrika ölkələrində törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır:

“Əlcəzairin azadlıq mübarizəsi zamanı 1,5 milyon insan qətlə yetirilsə də, Fransa bu rəqəmin 140 min olduğunu iddia edir və müharibə cinayətlərinə görə məsuliyyətdən boyun qaçırır. Müstəmləkə illərində edam edilmiş şəxslərə dair sənədləri də gizlədir. İtkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi üçün arxivləri açmaqdan yayınır. Afrikada keçirdiyi nüvə sınaqlarının qurbanlarının ailələrinə təzminat ödəməkdən də boyun qaçırır”.

K.Nurullayeva qeyd edib ki, Fransa müstəqillik qazanmış keçmiş koloniyalarının suverenliyinə açıq şəkildə hörmət etmir:

“Təsadüfi deyil ki, son dövlət çevrilişinə qədər Malidə ölkə daxilində uçuşlara fransızlar icazə verirdi. Afrikadakı koloniyalıların təbii sərvətləri uzun müddət amansızcasına Fransa tərəfindən istismar edilib və həmin ölkələrin sərvətləri Fransaya daşınıb. Görünən budur ki, Fransanın neomüstəmləkəçilik siyasəti davam edir. Korsikaya qarşı həyata keçirilən siyasət isə ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya taxıl müqaviləsinin uzadılmasına razıdır, ancaq...

Rusiya Ukrayna ilə taxıl sazişinin imzalanmasının əleyhinə deyil, ancaq Moskva müqavilənin cəmi 60 gün uzadılmasını istəyir.

Bunu Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Onun sözlərinə görə, Rusiya sövdələşmədən təkcə Ukraynanın deyil, Rusiyanın da qazanc əldə etməsini arzulayır. Nazir müavini bildirib ki, sövdələşmə müddətinin uzadılması onun “sözdə deyil, əməldə” necə həyata keçiriləcəyindən asılıdır.

Verşinin əlavə edib ki, Rusiya Tolyatti-Odessa ammonyak boru kəmərinin yenidən açılmasını və kənd təsərrüfatı məhsullarının ixracının “normallaşdırılmasını” istəyir.

Məlumat üçün bildirək ki, taxıl müqaviləsi 2022-ci ilin iyununda bağlanıb və noyabrda müddəti uzadılıb. Ukrayna martın 18-də başa çatacaq müqavilənin daha bir il uzadılmasını təklif edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının köməkçisi özünə niyə qəsd edib? - Atasından açıqlama


Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.

Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev "Unikal"a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib:

"Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı".

Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda 39 milyondan çox insanın həyatı risk altındadır


İranda torpaq çökməsi kritik vəziyyətə çatıb.

Bu barədə İranın Yol və Şəhərsalma Araşdırma Mərkəzinin akademik heyətinin üzvü Əli Beytullahi bildirib.

Onun sözlərinə görə, torpaqların çökməsi 39 milyondan çox insanın həyatını risk altında qoyur: "Ölkədə torpağın çökməsi riski altında olan insanların sayı 39 milyon nəfər olaraq qiymətləndirilir ki, bu da bütün ölkə əhalisinin 49%-ni əhatə edir. 380 şəhər və 9200 kənd yerin çökməsi təhlükəsi ilə üzləşib, bəzi hallarda şəhərlərin bütün ərazisi, bəzi hallarda isə şəhər sərhədlərinin bir hissəsi çökmə zonalarına yerləşdirilib".

Məlumatda İranın paytaxtı Tehran da çökmə riski ilə üzləşən bölgələr sırasındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə zəlzələdə ölənlərin sayı 48 min nəfərə çatır


Türkiyədə fevral ayının 6-da baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.

Onun sözlərinə görə, ölənlərin sayı artaraq 47 975 nəfərə çatıb. 935 722 şəxs isə zəlzələ bölgəsindən təxliyə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tiflisdə parlament binası yaxınlığında mitinq keçirilir


“Qirçi” müxalifət partiyası Tiflisdə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı mitinq keçirir.

“Biz məcburi qarovulun (həbsxanalarda qarovul xidmətinin) ləğvini tələb edirik. Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta islahatdan əl çəkməli, heç kimi zorla orduya gətirməməkdən, əsgərlərə normal məvacib verməkdən, onlara şərait yaratmaqdan başlamalıyıq”, - parlamentdəki “Qirçi” siyasi qrupunun rəhbəri İaqo Xviçia bildirib.

Aksiyada yüzlərlə insan iştirak edir, onların çoxu tələbələrdir. Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti açıqdır.

Aksiya dinc şəraitdə keçirilir.

Qeyd edək ki, cümə günü Müdafiə Nazirliyi parlamentin Gürcüstanın yeni Müdafiə Məcəlləsini nəzərdən keçirdiyi barədə bəyanat yayıb.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili orduya çağırış sisteminə yenidən baxılması zərurətini bəyan edib. Yeni qaydalara əsasən, xidmət 6, 8 və 11 ay müddətinə tətbiq ediləcək. 10 min lari (təxminən 3700 dollar) ödəməklə ildə bir dəfə ordudan möhlət almaq mümkün olacaq.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bulvar İdarəsi ilə əməkdaşları arasında XƏBƏRSİZLİK: Beş dəqiqə giriş etmək üçün niyə ödəniş tələb olunur?


Dənizkənarı Bulvar İdarəsi bulvara girişdə artıq pul alır.

Dənizkənarı bulvar daxilində yerləşən restoranlardan birinə getmək üçün idarə əməkdaşları iki manat pul tələb edirlər. Onlar üçün maşının oradan bir saata, 5-10 dəqiqəyə çıxmasının əhəmiyyəti yoxdur.

Əməkdaşlara taksi sürücüsünün müştərini düşürüb çıxacağı bildirilsə də, pul ödənilmədən əraziyə buraxmırlar. Əməkdaşlar deyirlər ki, bunun üçün idarə çek verir, vergi ödəyir. Yəni buna görə mütləq pul ödənilməlidir.

Qeyd edək ki, bir müddət öncə də bu məsələ gündəmə gəlmişdi. Dənizkənarı Bulvar İdarəsindən Oxu.Az-a açıqlama verilmişdi ki, əraziyə beş dəqiqəlik girib-çıxmaq üçün heç bir ödəniş tələb olunmur.

Hətta idarənin əməkdaşları tərəfindən bu cür münasibətin göstərilmədiyi bildirilmişdi. İdarə ilə əməkdaşları arasında heç bir əlaqə yoxdur: idarə tərəfindən mediaya açıqlama verilir ki, iki manat tələb edilmir. Əməkdaşlar isə deyirlər ki, idarə rəhbərliyi belə açıqlama veribsə, bizə özləri zəng edib bildirsinlər ki, maşının 5-10 dəqiqəlik əraziyə girməsi üçün vətəndaşdan pul almayaq.

XƏBƏR LENTİ

10:38

Mehriban Əliyevadan Novruz bayramı paylaşımı

10:21

Azərbaycanda Novruz bayramıdır

10:06

Düşmən Zəngilanda mövqelərimizi atəşə tutdu - YARALIMIZ VAR

09:53

Azərbaycan Prezidentindən Novruz bayramı ilə bağlı paylaşım - FOTO

23:10

Günün fotosu...

22:56

İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı - Fotolar

22:16

“Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə

21:43

Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu

16:30

Hava nəqliyyatı ilə sərnişin daşımaları 50%-dən çox artıb

16:08

Çin yer müşahidə peykini orbitə buraxdı

15:47

“Baku City Hospital”ın saytında bu cümlələr yazıldı - “Borcunu ödəməyə pul tapmır” - Foto

15:34

"Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik" - Prezident

15:07

Göyçay sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR - ETİRAZ VAR!

14:46

"Novruz təbriklərimi Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

13:20

Jurnalist icra başçısı ilə ÇƏKİŞMƏDƏ - Baş prokurorluğa TƏŞƏKKÜR ETDİ

13:00

DTX-nin tutduğu gömrük generalları AZADLIĞA BURAXILDI

13:00

"Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm" - Elməddin Cəfərov

12:46

İlham Əliyev Talış kəndinin Baş planı ilə tanış oldu

12:32

Prezident ailəsi ilə birlikdə Talış kəndinə getdi

12:00

Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur? - ARAŞDIRMA

11:40

Xəzər İcra Hakimiyyəti ilə qum dəllalları arasında toqquşma - TƏFƏRRÜAT

11:20

Taleh Qaraşovun yaxın kadrı MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR - Başçı işçisini qurtara biləcəkmi?

11:00

Laçın yolunda ekoaksiyanın 97-ci GÜNÜ

10:00

Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı - FOTOFAKT

09:40

Tovuzda məmurlar BELƏ YEYİR... - BU DA FAKT!!!

09:20

Bu gündən Azərbaycanda 9 günlük Novruz tətili başlayır

09:00

Rektor Fuad Hacıyev və ATEF rəhbəri Talıb Əlixanbəyovun adı SAXTA YOLLA MİS ALQI-SATQISINDA HALLANIR - İLGİNC İDDİALAR...

22:31

Zakir Fərəcov – bir oliqarxın çöküşü: İcra başçısının cinayət dosyesi

22:18

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

21:50

“Nə pulumu qaytarırlar, nə maşınımı” - Vətəndaş məmurlardan narazıdır

21:31

"Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır" - İlham Əliyev

21:11

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

20:01

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:37

Prezident Rəhim Məmmədovu ordenlə təltif etdi