[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar olaraq Lənkəran Dövlət Dram Teatrında hazırlanmış “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış keçirilib.Zamantv.az AZpress.AZ- a istinadən xəbər verir ki, Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunan bu səhnə əsərinə yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı Qarabağ qaziləri də tamaşa ediblər.
Tamaşanın baş rejissoru Anar Babalının sözlərinə görə, bu səhnə əsəri qısa müddətdə hazırlanaraq ərsəyə gətirilib. Tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.
Səhnə əsərində həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özününyüksək əhval-ruhiyyəsi iləəzmkarlıq nümayiş etdirərək30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından azad etdi.
Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış

Coşqu ilə qarşılanan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları teatrın gənc aktyor və aktrisalardan Gülər Kərimova, Səyyad Əliyev, Emil Rzayev, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa ediblər.
Tamaşadan sonra keçirilən müzakirələrdə Qarabağ qaziləri belə bir tamaşanın hazırlanmasından məmnun qaldıqlarını bildirərək, yaradıcı kollektivə uğurlar diləyiblər.
Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, “Haqqın 44 günü” tamaşası "Şuşa ili" çərçivəsində respublikamızın bütün bölgələrində nümayiş etdiriləcək. 10 mart Milli Teatr GünündəisəLənkəran teatrının səhnəsində tamaşanın premyerası keçiriləcək.
Ağaddin BABAYEV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsu Yazarları Ədəbi Birliyinin almanaxı təqdim olundu
Zamantv.az:- 5 mart 2022-ci ildə Ağsuda - dağlarla əhatələnmiş «Tural» şadlıq sarayında Ağsu Yazarları Ədəbi Birliyinin və Birliyin yenicə işıq üzü görmüş Almanaxının təqdimat mərasimi keçirildi. Tədbirin aparıcısı şair Hikmət Məlikzadə iştirakçıları salamladıqdan sonra adıçəkilən birlik barədə qısa məlumat verdi, sonra sözü birliyin sədri şair Raqif Nazimoğluna verdi. Raqif müəllim tədbirə gələnlərə təşəkkür etdi və görəcəkləri işin mahiyyətini anlatdı, almanaxda şeirləri dərc olunmuş şairlər haqqında xoş fikirlər səsləndirdi.
Sonra söz ardıcıl olaraq tədbirə təşrif buyurmuş şəxslərə verildi. Tanınmış pedaqoq-şair Abbasəli Əhmədovun xeyir-dualı çıxışına satirik şair Vaqif Osman, jurnalist Xəyalə İbrahimli, qazi-şair Əmrah Məmmədov, şair Xəyal İmrə, şair Mədaxid Cavadlı, «Aşıq Pəri» Məclisinin üzvləri Minirə Dadaşqızı və Mərziyyə Sarvan, şair-tənidçi Xaqani Abbasəli Öztürk, şair Rasim Hüseynazdə, şair Əliyar Mərdiyev, şair Əlibala Ağayev, gənc şairlərdən Yusif Duman, Nicat Novruzoğlu, Teymur Valeh, Rəvan Əliyev, Zaur Baxışlı, Mirəli Miriyev öz məzmunlu çıxışları ilə dəstək oldular, söylədikləri şeirlərlə duyğulu anlara şahidlik etdilər.
Məlahətli səs sahibi Həsənağanın ifa etdiyi mahnılar, qazi Əmrahın saz havaları tədbirə əlavə rəng qatdı.
Üç saatdan çox davam edən tədbir öz möhtəşəmliyi ilə diqqət çəkdi və hər kəsdə xoş ovqat yaratdı.
Ağsu Yazarları Ədəbi Birliyinin almanaxı təqdim olundu
Ağsu Yazarları Ədəbi Birliyinin almanaxı təqdim olundu

Xəyalə İbrahimli
AJB -nin üzvü.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Zelenskini öldürmək istəyən elit çeçen dəstəsi zərərsizləşdirilib
Ukrayna prezidenti Volodimir Zelenskini aradan götürmək istəyən “Kadırovçular” zərərsizləşdirilib.

Bu barədə Ukrayna Təhülkəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafon zamanı məlumat verib.

O, bildirib ki, dəstə barədə məlumatları Ukrayna tərəfinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) müharibə əleyhinə olan əməkdaşları ötürüb.

Elit qrupun Qostomel yaxınlığında məhv edildiyi bildirilib.

Mənbə: novyny.live
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əlibaba Məmmədov vəfat etdi
Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədov bu gün vəfat edib.


Zamantv.az-ın xəbərinə görə, bu barədə APA-ya Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi məlumat verib.


Əlibaba Məmmədov 1930-cu ildə anadan olub. 1953–1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988 illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb.


Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV-nin Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar xanəndələrin repertuarlarına daxil edilib.


Allah rəhmət eləsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Həyat yoldaşım məni cavan oğlanlara qısqanırdı" - VİDEO
Aşıq Zülfiyyə həyat yoldaşından danışıb.

Zamantv.az-ın məlumatına görə, aşıq "Qonağım ol" verilişində deyyib: "Yeni evlənəndə müəyyən qısqanclıqları olurdu. Cavan oğlanlar gül gətirirdi. Deyirdi ki, görürsən, gül gətirən cavan oğlandır, səhnədən çıx. Deyirəm, ayıbdır. Ona görə davalar olurdu.

Görürdüm ki, çəkilişdən, konsertdən gələndə inciyir, məni danışdırmır. Deyirdi, o adam gələnə qədər səhnədən çıxa bilərdin. Amma dayanıb gözləyirsən. Cavab verirəm ki, axı yaxşı deyildi. Hətta bir dəfə qayınatama dedim ki, əgər biri mənə gül gətirirsə, səhnədən çıxmağım tərbiyəsizlik deyilmi? O da qayıtdı ki, qətiyyən, olmaz. Ondan sonra bu mövzu bağlandı".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərinin yanında başqa kişi ilə tanış oldu - Zaurun verilişində ŞOK - VİDEO
ATV-də “Bizimləsən” verilişində hər kəsi şoka salacaq hal yaşanıb.

Zamantv.az-ın məlumatına görə, aparıcı Zaur Baxşəliyevdən yardım istəyən Elşad adlı şəxs və xanımı verilişə gələn digər kişi ilə sevgi münasibətlərinə başlayıb. Onların xəyanəti verilişdə açıqlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkir: "Mənə də çarə tapılar"
Əməkdar artist Ehtiram Hüseynov Dağnıq skleroz xəstəliyindən əziyyət çəkir.

Zamantv.az-ın məlumatına görə, bu barədə 41 yaşlı muğam ifaçısının özü bildirib. O, Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın dediyi “Ms xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı olub, sabah pis olursan. Növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən”, sözlərini "Instağram" səhifəsində paylaşıb. Ehtiram paylaşıma, “İnşallah mənə də çarə tapılar” sözlərini əlavə edib.
Qeyd edək ki, Dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.
Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəbnəm Tovuzlu pərəstişkarının evini təmir edəcəkdi, amma vaz keçdi - "...çox yuxarıdan getdi"
Bir müddət əvvəl pərəstişkarlarından birinin ev şəraitini yaxşılaşdırmaq qərarına gələn müğənni Şəbnəm Tovuzlu fikrindən daşınıb. Zamantv.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə o, “MTV Xəbər”ə müsahibəsində danışıb. İfaçı addımını bununla izah edib: “O ev söhbətinə canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Adam göndərdim, evin ətrafına baxdılar. Bu insan başqa bir şey istədi. 2 otaqlı ev, kuxna, hamam. Hesabladım, 18-20 min manata gəlib çıxdı. O zaman dedim ki, qardaş sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetik edəcəkdim. Açığı, vaz keçdim. Çünki o insan başqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm”.

Tovuzlu, həmçinin yutub kanalından əldə etdiyi gəlirini açıqlayıb: “Oradan gələn gəlirə heç bir şübhəm yoxdur, çünki mənim milyonluq kliplərimin gəliridir. Ən azı 5000 dollar olur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənim üçün pul bir alətdir" - Emin Ağalarov
Xalq artisti Emin Ağalarov "YouTube"da yayımlanan "Историс - Откройте, Давид!" layihəsinin qonağı olub.

"Zamantv.az" xəbər verir ki, müğənni ilk qazandığı məbləğdən danışıb.

"Mənim üçün pul bir alətdir, ideyalarımı gerçəkləşdirmək üçün vasitədir. Pul heç vaxt çatmır, çünki ideyalar çoxdur. Onların gerçəkləşdirilməsi üçün böyük məbləğ lazım olur",- deyə, Emin bildirib.

Emin Ağalarov həmçinin Amerikada yaşadığı ərəfə qazandığı məbləğdən söz açıb:

"İlk işim benzindoldurma məntəqəsində olub. Saatıma 5 dollar ödəyirdilər. İlk pulumu Ebay-dakı hərrac vasitəsilə əldə etmişəm. Əvvəlcə kiçik gəlirlər əldə edirdim, sonra məbləğ böyüdü. Amerikada qarderobda çalışırdım. İnsanlar var ki, geyindirirsən, sağ ol deyib, pul verirlər, elələri də var heç sənə fikir vermirlər".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İllər sonra efirdə BARIŞDILAR
Uzun illər küsülü olan müğənnilər Cavad Rəcəbov və Qədir Məmmədov barışıblar.

Zamantv.az-ın məlumatına görə, onların barışığı "Həmin Zaur" verilişində baş tutub.

Aparıcı Zaur Kamal telefonla Qədir Məmmədova zəng edib, onu Cavad Rəcəbovla danışdırıb.
Müğənnilər bir-biriləri haqda xoş sözlər deyib, barışdıqlarını bəyan ediblər.

Xatırladaq ki, 2014-cü ildə “Sevimli şou” verilişinin reklam fasiləsində hər iki müğənni əlbəyaxa olmuşdu.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO