ASKEF-in üzvü, AZƏR KİVİHİ KOMİSSİYA üzvü, AJB-nin üzvü, "QIZIL QƏLƏM", "AZƏRBAYCANIN FƏXRİ", "İLİN YAZARI", "DƏMİR YUMURUQ", "PEŞƏKAR JURNALİST" və s. media mükafatı laureatları ilə təltif edilmiş "ŞEİR DÜYAMIZ" ƏDƏBİ MƏCLİSİN SƏDRİ şair - publisist jurnalist Aynurə Ulduz Teymurova "ŞEİR DÜNYAMIZ" ədəbi məclisini açıq elan edərək ədəbin üzvülərini salamlayaraq, canlarıdan, qanlarından keçmiş şücaət göstərərək şəhidlik zirvəsinə ucalan şəhidlərin ruhuna ehtiram olaraq.
Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhid məzarlarını ziyarət edərkən "ŞEİR DÜNYAMIZ" ədəbi məclisi dəvət olunan Şəhid ailələri və Sumqayıt şəhərində yerləşən 38 saylı orta məktəbin şagirdləri ilə görüş keçirdərək tədbiri işıqladırdı.
Qürurla ilə dalğalan!
Bayraqların içində yeganəsən bayrağım!
Üç rənginlə fəxrimsən,əfsanəsən, bayrağım!
Koroğlular,Babəklər öyünc yerim, dayağım
Qoca Şərqə mayaqsan! Qürur ilə dalğalan!
Yadellilər həmişə köks ötürdü,sarsıldı
Torpağıma göz dikdi,lakin sonda basıldı
Əbədi,enməz oldun, paxtaxtımda asıldın
Qoca Şərqə mayaksan! Qürur ilə dalğalan!
Həmişə sadiq olduq Rəsulzadə irsinə
Heydər baba səsini qatdı xalqın səsinə
Aynurə elan etdi bütün yer kürəsinə:
Sən yenilməz, sən haqsan! Qürur ilə dalğalan!
Aynurə Ulduz .
Tədirdə iştirak edənlər.
Şair, jurnalist, AYB-nin, AJB-nin üzvü, Prezident mükafatçısı Rəfail Laçınlı,
şairə Sudabə Qasımova, "Qızıl Qələm" media mükafatı Laureatı Leyli Novruzova, şair, jurnalist Fərhad Neymətov, şairə Sevinc Əliyeva, şairə, jurnalist Maisə Həsənquluyeva, Sumqayıt şəhərində yerləşən
38 saylı məktəbin tələbələri,
Şəhid ailələri.
22.09.2022.
Zamantv.az