[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Partlayışda azərbaycanlı müğənni də yaralanıb
Bakıda "Location" adlı gecə klubunda güclü partlayışda müğənni Nicat Məhərrəmov da xəsarət alıb.

Zamantv.az-ın məlumatına görə, ifaçı bu barədə socsal şəbəkədəki səhifəsində paylaşım edib:

"Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi, ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan şəfa diləyirəm. Məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya gəlib, yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın".
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüsaləni, Zauru və digər aparıcıları TƏNQİD ETDİ: "Qabiliyyəti yoxdur"
Aparıcı-aktyor Sərxan Kərəmoğlu Azərbaycan televiziyalarında olan aparıcıları tənqid edib.

Zamantv.az-ın məlumatına görə, Sərxan "MTV Azərbaycan" a açıqlamasında bu sözləri vurğulayıb:

"Səhnədə mədəniyyət yoxdur. Oxuyan var, oxumağı tutub, amma səs o deyil. Səhnənin mədəniyyəti başqadır. Oxuyan var baxırsan səhnədə şalvarı ütülənməyib, dırnağın kiri görünür, pencək qırış-qırışdı. Bunu kişilik bilirlər. Kişilik toyda oynayan xanıma, kiminsə anasına, bacısına baxmaq, murdarçılıq, natəmizlik, siqaret iyi gəlmək deyil. Səhnədə, televiziyada tanınanları unudublar. Tamaşaçının qiymətləndirmə qabiliyyəti yoxdur.
Ərindən, arvadından boşanan, bir adam tapan veriliş açır. Danışanların özü də savadlı deyil. Vüsalə Əlizadənin aparıcılığı 40-cı ildə qalıb. Əsl aparıcı sözünü deyə bilmir. Vüsalənin xanımlığını sevirəm. Amma 25 il əvvəl nə danışıbsa, indi də onu deyir. Elə bil qonaq bir söz deyir, o isə başqa məsələdən danışır. Biri var böyük, biri də kiçik kütlənin aparıcısı. İndi tərsinə olub, bunun da sonu qeyri-peşəkarlıq olub.
Zaur Kamal isə "Hozu"dur. Bizim aparıcılarımız var ki, danışanda elə bil hinduşka qukkuldayır. Zaur onların yanında yaxşıdır.
Afaq Gəncəlinin hər şeyi uyğun gəlir. Amma iki saat veriliş aparmağı uyğun gəlmir.
Zümrüd Bədəlova isə elə bil qazlı suyun içinə dərman atırsan fışkırır. Səs tonu uyğun gəlmir, amma yaxşıdır. Mikrofona aparıcının səsi düşməlidir, onun düşmür".
Sərxan Nanə Ağamalıyevaya təriflər yağdırıb. O, Mətanət Əliverdiyevanı isə məktəb adlandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Saxtakarları anlaya bilmədinsə, günah özündədir"
Xalq artisti Brilliant Dadaşova özünə qarşı olan münasibətlərdən gileylənib.

Zamantv.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: "Hələ anlaya bilmədinsə saxtakarları, günah özündədir. Qınama riyakarları...

Nişan alıb yüksək hədəfi onların fırıldaq vücudları. Mənəvi dəyərlər? Əzib keçərlər, anlamaz başları, zəif yaddaşları. Boş ver cinsi məfrağları. İstisna yox, məqsədə varmaq üçün hər kəsi tapdalayıb keçər ayaqları".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sərxan Manafı TƏHDİD ETDİ: “Üzünə “kislota” töküb səni yandıraram”
Manaf Ağayevin dostları ilə bağlı dediyi sözlərə cavab verən növbəti sənətçi aparıcı, aktyor Sərxan Kərəmoğlu oldu.

O, şəxsi “Instagram” hesabında paylaşım edərək bildirib ki, Manaf ondan inciyib:

“Gözünüz aydın, Manaf məndən də küsüb. Manaf, sənin üçün Vasif deyiləm. Gələrəm Bakıya, üzünə “kislota” töküb səni yandıraram.

Sənin haqda pis bir şey yazmamışam. Buradan sənə bəyan edirəm ki, yazdıqlarımı savadlı adama göstər və o, sənə düşmən, yaxud da dost olduğumu desin. Sən qardaşımsan və məndən üz döndərməyinə razı ola bilmərəm. Elə yaşımdır ki, əziz bildiklərimi itirə bilmərəm. Vaxtı ilə çox şey itirdim, artıq yetər”.

Qeyd edək ki, Manaf Ağayev verilişlərin birində həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb. Sənətçinin həbs olunduğu günlərdə isə Sərxan Kərəmoğlu müğənniyə yazılan tənqidi şərhlərə sosial şəbəkədə münasibət bildirmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Flora Kərimova məhkəmədə gözlədi, Afət Fərmanqızı gəlmədi
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı bu gün keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.

Zamantv.az-ın xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilməsi nəzərdə tutulan bugünkü prosesin təxirə salınmasına səbəb müğənni Afət Fərmanqızının və müdafiəçisinin məhkəməyə gəlməməsi olub.

Belə ki, müğənninin vəkili bu gün məhləməyə bildiriş göndərərək səhhətində problem yarandığını, A.Fərmanqızının isə ölkə xaricində olduğunu bildirib.

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Babayevdən XƏBƏRDARLIQ: - “Heç kimə güzəşt olunmayacaq”
“Heç kimə güzəşt olunmayacaq. Bunu əvvəlcədən deyirəm. Kim layiqdir, o da seçiləcək”. Zamantv.az xəbər verir ki, bunu Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətində təmsil olunan ustad xanəndə, Xalq artisti Arif Babayev Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə müsabiqə ilə bağlı təəssüratlarını bölüşərkən şərtləri də açıqlayıb:

“Yəqin, münsiflər heyətində təmsil olunan sənət adamlarının tələbələri də iştirak edəcək. Amma, “Bu, kiminsə tələbəsidir, ona səs verək”, – deyə bir şey olmayacaq. Əsas şərt səs və ifa ilə bağlı tələb olunan məqamlardır. Kiminsə tələbəsi gözəl oxuyacaqsa, şərtlərə tam cavab verəcəksə, münsfilərin yüksək balını da alacaq. Biz muğam sənətini yaşatmalıyıq. Yaşatmalıyıq və istedadlı gəncləri seçməklə muğamatı daha da yüksək zirvələrə çatdırmalıyıq. Bu gün sirr deyil ki, musiqimizdə bayağılığın da artdığının şahidi oluruq. Bunun qarşısını almalıyıq. Bunun üçün də keyfiyyətli musiqiyə və savadlı, istedadlı gənclərə meydan verməliyik. Bu meydan onlara müsabiqə vasitəsi ilə verilib. İnşallah, nəticəsi də uğurlu olacaq. Builki münsif heyətində dəyişikliklər də var. Gənc muğam ifaçısı Fərqanə Qasımova, yetirməm Nəzakət Teymurova, Teyyub Aslanov da müsabiqənin münsif kürsüsündə təmsil oulnacaqlar”.

Xalq artisti səhhəti barədə də danışıb. Uzun müddətdir ki, sağlıq durumu ilə əlaqədar efirlərdən, səhnələrdən uzaq düşən və müalicə olunan Arif Babayev səhhətinin yaxşı olduğunu bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naibə Allahverdiyeva Afət Fərmanqızına: “Ayıb olsun, həddinizi aşmayın”
Xalq artisti Naibə Allahverdiyeva Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı arasındakı məhkəmə qalmaqalına münasibət bildirib.

Zamantv.az xəbər verir ki, aktrisa bunla bağlı sosial şəbəkədə paylaşım edib. N.Allahverdiyeva ad çəkmədən Afətin ünvanına bunları yazıb:

"Bunu yazmasam ürəyim partlayar. Xalq artisti, əvəzolunmaz, korifey, vətənpərvər sənətkar Flora Kərimova... Flora xanımın istedadının hüdudları yoxdur. Bu gün isə eşidirik ki, Flora xanım deyir, məni təhqir edib, şərəf və ləyaqətimi alçaldıblar. Bu, dəhşətdir. Sənətdə subardinasiya itib. Biz gəncliyimizdə özümüzdən böyük sənətkarları, Xalq artistlərini görəndə özümüzü yığışdırırdıq, yaxınlaşıb "salam" verməyə utanırdıq, onlardan sənətin sirlərini öyrənməyə çalışırdıq. Arzu edirdik ki, biz də onlar kimi sənətdə iz qoyaq, tamaşaçıların məhəbbətini qazanaq. Bu gün də özümdən böyük sənətkarları görəndə ayağa qalxıram. Bunu özümə borc bilirəm. Amma bu gün nə görürük, sənətin əlifbasını belə bilməyənlər, Azərbaycan musiqisini bərbad günə qoyanlar Flora xanım kimi sənətkara hörmətsizlik edirlər. Ayıb olsun! Flora Kərimova Xalq artisti, xalqın sevdiyi, hörmət etdiyi sənətkardır. Azərbaycan musiqi tarixinə öz imzasını qoymuş sənətkardır. O, bir brenddir. Azərbaycan musiqisi yaşadıqca, Flora xanımın oxuduğu əsərlər (hər mahnısı bir əsərdir) yaşayacaq. Sən kimsən? Hansı titulun sahibisən? Hansı oxuduğun musiqilərlə imza atmısan? İki badam, bir qoz? Xalq artisti öz sənətinin generalıdır. Sənin borcundur ona hörmət etmək. Susduqca, həddinizi aşmayın".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayramınız Mübarək
8 Mart Sovetlər dövründən qalma bayram olsa da Azərbaycanda indiyədək qeyd edilir .Məhz qadınların kütləvi şəkildə savadlanmasi müəyyən hüquqlara malik olması həmin təsadüf edir.Bəlkə də buna görədir ki, 8 mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq artıq müstəqillik qazanmış keçmis SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998 -ci ildə Azərbaycanda Qadın Problemlərı üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa şurasının qadınlarla bağlı bürosunda təmsil olunur.BMT -nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür .1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə
ayrıseçkinliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçımız 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik unvanlayır bir qrupuna fəxri adlar,orden,medallar verir və təbrik edir .Mən də "Çapar info" saitinin kollektivi adından bu bayram münasibəti ilə bütün Azərbaycan qadınlarını təbrik edərək deyirəm -Bayramıniz mübarək əziz qadınlar.

Xəyalə İbrahimli
"Çapar.info"
saitinin baş redaktorunun 1-ci müavini.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın"Avrovizya"dakı mahnısı müəyyənləşdi
Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnı müəyyənləşib.

Zamantv.az-ın xəbərinə görə, bu barədə bu il Azərbaycanı mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmli məlumat yayıb.

Mahnının adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsi Turində baş tutacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO