İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:59 25.04.2024 141
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO


Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, “Bakı”, “Dostluq”, “Moskva”,”Nizami”, “Qələbə”, “Savalan”, “Sülh”, “Şəfəq” və s. kimi adlar adı altında kinoteatrlar fəaliyyət göstərirdilər. Həmin illərdə insanlar müxtəlif məzmunlu filmlərə baxmaq üçün kinoteatrlara üz tutardılar. Elə ki, SSRİ dövləti süquta uğradı və gündəlik qayğılar çoxaldı, o halda insanların kinoteatralara getməyə imkanları məhdudlaşdırıldı. Belə bir səbəbdən də, tamaşaçı üzünə həsrət qalan kinoteatrlar boş qaldılar və fəaliyyətlərini dayandırmağa məcbur oldular. Çox keçmədi ki, yaranmış fürsətdən sui-istifadə edən bəzi işbazlar həmin kinoteatrları bu və ya digər yollarla ələ keçirib özəlləşdirdilər. Hətta, bəzi kinoteatrlara məxsus binaları yerlə-yeksan edib, onların yerində hündür mərtəbəli yaşayış binaları da inşa etdilər. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Bəzi kinotetrları isə kafeyə, mağazaya, internet-kluba və s. çevirdilər. Bir sözlə, ayrı-ayrı işbazlar öz düşüncə və yanaşmalarına uyğun olaraq kinoteatrlara qənim kəsildilər. Diqqət yetirək ki, bu sırada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı da, məhz “işbazların təcavüzü”nə məruz qalan kinoteatrlardan biri olur. Qeyd edək ki, bu mədəniyyət abidəsi əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olsa da, hansısa qüvvələrin verdiyi dəstək sayəsində 2017-ci ildə özəlləşdirilir. Elə ki, bu ilin əvvəllərində “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı addımların atılmasına hazırlıq işləri görülür, o halda işbazlar elə bir ictimai təpki ilə üzüzə qalırlar ki, son anda onlar öz məqsədlərindən daşınmalı oldular. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Söz yox ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəsmlərinin verdikləri qərar da, bu məsələdə mühüm rola malik olur. Yəni, ictimai rəyi nəzərə alanlar kinoteatr binasının sökülməsinə icazə vermirlər.  Heç də məsələ bununla bitmir və bəzi işbazlar bu yöndə fəaliyyətlərini davam etdirməkdə qərarlı olurlar. Məsələn, bir qədər vaxt keçdikdən sonra oxşar aqibətlə üzüzə qalan kinoteatrlardan biri də, Nəsimi rayonu, Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən "Moskva" kinoteatrı oldu. Amma, bu dəfə fərqli formada. Qeyd edək ki, bu mədəniyyət abidəsi 2006-cı ildən fəaliyyətini tamamilə dayandırır və binanın giriş qapıları bərk-bərk qıfıllanır. Yəni, “Moskva” kinoteatrının binası uzun illər ərzində fəaliyyət göstərmədiyindən yararsız hala düşür və kinoteatrın ətrafında insanların asudə vaxt keçirmələri üçün salınan parkdan da əsər-əlamət qalmır.
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Qeyd edək ki,  Əbülfəs Qarayevin nazir təyin olunduğu il, yəni 2006-cı ildə “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılır və həmin bina Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilir. Bir neçə həftə bundan əvvəl isə mediada "Moskva" kinoteatrına məxsus binada söküntü işlərinin dayandırılması haqda məlumatlar yayıldı. Aidiyyəti dövlət qurumları söküntü ilə əlaqədar icazə alınmadığı üçün, söküntü işlərinin dayandırıldığını açıqladılar. Təəssüf doğuran hal odur ki, hal-hazırda bu mədəniyyət obyekti sökülüb və verilən məlumatlarda isə qeyd olunur ki,“söküntü” dayandırılıb. Görəsən bu yöndə məlumatlar hansı “başbilənlər”in hansı maraqları əsasında  dövriyyəyə ötürülür? (Qeyd: Təqdim etdiyimiz videodan da görünür ki, "Moskva" kinoteatrı tamamilə tarmar edilib) 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Hal-hazırda müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, "Moskva" kinoteatrı Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nın sahibi Rasim adlı şəxslə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qurduqları işbirliyi nəticəsində tarmar olunub. Yəni, hər iki şəxsin yaxın vaxtlarda bu kinoteatra məxsus binanın yerində yeni yaşayış binası tikməyi planlaşdırdıqları danışılır. Bütün bunlar onu söyləməyə əsas verir ki, sabiq aparat rəhbəri Ramiz Mehdiyev uzaqgörənlik edir və o, belə bir strateji əhəmiyyət kəsb edən mədəniyyət obyektinin ələ keçirilməsi üçün, vaxtında öz dəstəyini əsirgəmir. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Sual oluna bilər ki, nəyə görə "Moskva" kinoteatrının söküntü işlərində başqa şəxs(lər)in deyil, birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və bu şəxslə işbirliyi olan “Maşın bazarı”nın sahibi Rasim adlı şəxsin adı hallanır? Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”. Deməli, bu tarixi mədəniyyət abidəsinin tarmar olunmasında hər iki şəxsin adının hallanmasının əsaslı səbəbləri var.
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Bəli, yuxarıda qeyd etdiyimiz kimi "Moskva" kinoteatrının “qara günləri”nin əsası 2006-cı ildən qoyulur. Belə ki, həmin ildə Mədəniyyət Nazirliyi bu dövlət əmlakını daha səmərəli istifadə etmək məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verir. Daha sonra bu Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, 27.05.2011-ci il tarixdə icarəçi tərəfindən özəlləşdirilir. Maraqlı hal o odur ki, həmin vaxtlarda bu dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dərc olunmalı məlumatlar sırasında alıcının adı qeyd olunmur. Yəni, həmin şəxsin (sahibkarın) kimliyi, hansı işlə məşğul olması haqda heç bir xəbər verilmir. Bir sözlə,“Moskva” kinoteatrının gələcək taleyi onu özəlləşdirən şəxsin ixtiyarına verilir. Bugünkü mənzərə də, məhz bu kinotetrın “qara günlər”inin əyani sübutudur. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Əslində, bu cür oyun qaydalarının qurulması birbaşa xalqımızın tarixinə, onun mədəniyyətinə, mədəni irsinə və s. edilən qəsdir. Yəni, buna başqa bir ad vermək olmaz. Hal-hazırda bu mədəniyyət abidəsi tamamilə tarmar edilib və atılan addımlara da kimlərsə göz yumub. Bir sözlə, olan olub, keçən keçib. Yaxşı olmazmı ki, “Moskva” kinoteatrının əhatə etdiyi ərazidə yaşıllıqlar salınsın, insanların asudə vaxtlarında istirahət etmələri üçün park yaradılsın. Eyni zamanda, bu işlərə cavabdehlik daşıyan və göz yuman hər kəs hüquqi müstəvidə məsuliyyətə də cəlb olunsunlar. Yəqin ki, o halda haqq-ədalət öz yerini tapacaq (GundemXeber)
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO