[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada qaçaq oliqarxların aktivlərinin mənimsənilməsi təklif olundu- Aralarında Vardanyan da var...


Rusiya parlamentinin yuxarı palatası sayılan Federasiya Şurasının İqtisadi siyasət komitəsinin rəhbəri Andrey Kutepov Ukraynaya qarşı başladılan müharibədən sonra ölkəni tərk edən oliqarxların aktivlərinin dondurulmasını istəyib.

Rusiyalı senator oliqarxlardan əldə edilən gəlirlərin müharibənin maliyyələşdirilməsinə yönəldilməsini təklif edib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra beş böyük iş adamı Rusiya pasportundan imtina edib. Bunlar “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov, investor Yuri Milner, “Revolut” şirkətinin həmtəsisçisi Nikolay Storonski, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyan və “Freedom Finance” investisiya fondunun təsisçisi Timur Turlovdur.

Onlardan əlavə, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra “Alfa-Bank”ın ortaq sahibləri Mixail Fridman və Pyotr Aven, habelə “Rosnano” dövlət korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Rusiyanı tərk ediblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Ağdam və Xocalıda təxribata CƏHD ETDİ


Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.

“Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb”, - məlumatda qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda icra başçısının birinci müavini vəzifəsindən azad edildi


Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib.

"Report"un Cənub bürosunun məlumatına görə, o öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Təhsil Nazirliyində adamım var, 400 min gətir..." - ŞOK FAKTLAR


Beynəlxalq axtarışa verildikdən 1 il sonra Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən Mövsüm Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mövsüm Mövsümov Nabil Zeynalova Şəki şəhərində smeta dəyəri 6.200.000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı tender müsabiqəsində yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən, şəxsiyyəti istintaqa bəlli olmayan tanışı vasitəsi ilə qalib etdirəcəyi barədə yalan vəd verib. O, 1 dekabr 2020-ci ildə 240.000 manatını alaraq ona qarşı dələduzluq edib.

Cinayəti törədən Mövsüm Mövsümov daha sonra Ukraynaya qaçıb, 2021-ci ilin noyabrın 26-da Azərbaycana ekstradisiya olunub.

İstintaq orqanı tərəfindən Mövsüm Mövsümovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mövsüm Mövsümov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Mövsüm Mövsümov bilidirib ki, Nabilli uzun müddət dost olublar: “Anam 2020-ci ilin 11 yanvar tarixində vəfat elədi və hüzr mərasimində Nabil də iştirak etdi. Hüzr mərasimində həmin zaman Təhsil Nazirliyində yüksək vəzifədə işləyən orta məktəb sinif yoldaşımla bir masada əyləşmişdim. Nabil bunu bildikdən sonra mütəmadi olaraq məndən dostumdan onun üçün orta məktəb tikintisi işi götürməsini xahiş etdi. Lakin razılıq vermədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində Nabil ondan uşağının təhsil məsələsi ilə əlaqədar 10 000 manat borc alıb: “Təxminən 10 gün ərzində pulu qaytararkən mənə Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostumla orta məktəb tikintisi ilə bağlı müsbət cavab alacağım təqdirdə pul tapa biləcəyini bildirdi.

Bir müddət sonra Nabilə zəng etdim. Təhsil Nazirliyində işləyən dostumla danışıb razılıq aldığımı, 150 000 dollar gətirməli olduğunu bildirdim. Təxminən 1 ay yarım Nabillə bir neçə dəfə görüşdüm, işlə bağlı söhbətlər apardım. Sonda dekabrın 1-də, təxminən saat 15 radələrində Bakı şəhəri Babək prospektində yerləşən restoranların birində Nabillə görüşdük.Nahar etdikdən sonra birlikdə Xətai rayonu Ağ şəhər ərazisində dostum Paşanın yaşadığı binaya gələrək həmin binanın zirzəmi qarajına daxil olduq. Nabilin oğlu da arxamızca gəldi. Orada Nabil mənə paketin içərisində 100 000 dollar və 70 000 manat verdi. Həmin vaxtlar mobil telefon vasitəsilə kazino oyunu oynadığımdan Nabildən götürdüyüm puldan təxminən 10 000 min manatı həmin gün uduzdum. Sonrakı günlərdə yenə də kazino oyunu oynamağa davam etdim ki, uduzduğum pulu geri qaytarım. Ancaq demək olar ki, pulların hamısını uduzdum. Təxminən 43-44 min dollar qaldı”.

Mövsüm qeyd edib ki, bundan sonra Ukraynaya gedib: “Ukraynaya getdikdən sonra qərara gəldim ki, əlimdə qalan pulla iş qurub, pul qazanım, Nabilin pulunu qaytarım. Əvvəllər ABŞ-ın Nyu-York ştatında uzun illər yaşadığımdan oradakı tanışım İlqara 28 000 dollar göndərdim ki, xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin, mən də orada “Sekond Hand” mağazalarına paylamaqla satıb gəlir əldə edim. İlqar ABŞ-da xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başladı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 28 may 2021-ci ildə Ukraynanın Rovno vilayət polis idarəsinə imiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanılıb: “Mənə məlum oldu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat İdarəsi tərəfindən barəmdə axtarış elan edilib. Təxminən 6 ay Ukraynanın Rovno vilayətində İstintaq Təcrİdxanasında saxlanıldıqdan sonra məni Bakı şəhərinə köçürdülər”.

Mövsüm ifadəsində Nabilə Şəki şəhərində 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı tenderdə sonuncunun yaradacağı şirkəti qalib etdirəcəyi təqdirdə ondan 400.000 manat yox, 150.000 dollar istədiyini, eləcədə Nabilin yaradacağı şirkəti qalib etdirəcəyi ilə bağlı Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostundan razılıq almadığını bildirib.

Təqsirləndirilən şəxs deyib ki, Ukraynada olarkən zərərçəkmiş şəxsin tanışları tərəfindən döyülüb, həmin ərəfədə aldığı pulun 120.000 dolları zərərçəkmiş şəxsə qaytarmaq məqsədi ilə tanımadığı həmin şəxslərdən birinə verib: “Tanışım Milana adlı xanım baş verənlərə şahid olub. Məni döyən və pulu verdiyim adamların anket məlumatlarını bilmirəm”.Ətraflı
Cinayət işi üzrə zərərçəkmiş Nabilin sözlərinə görə, təxminən 1 il əvvəl uzun zaman görüşmədiyi tələbə yoldaşı Mövsüm ona zəng edib, anasının vəfat etdiyini deyib: “Mən də başsağlığı verərək mərasimin yeri və vaxtı barədə məlumat aldım, həmin mərasimdə iştirak etdim. Bundan sonra Mövsümlə mütəmadi əlaqə saxlamağa başladım.

Təxminən 1-2 ay sonra Mövsüm mənə zəng edərək Təhsil Nazirliyi ilə əlaqəli olan bir şirkətə işə düzəldiyini və bu gün həmin şirkətin rəhbərliyilə görüşməli olduğunu bildirdi, onu avtomaşınımla həmin şirkətə aparmağımı xahiş etdi. Mövsümü avtomaşınımla Xətai metrostansiyası yaxınlığında yerləşən “Ağa Plaza”nın qarşısına gətirdim.

Mövsüm həmin şirkətə işə düzəldikdən sonra mütəmadi olaraq mənimlə əlaqə saxladı. Onun yeni işlədiyi şirkət Təhsil Nazirliyinin təchizatı ilə məşğul olurdu. Hətta bir neçə dəfə Mövsüm mənə görüntülü zəng edərək orta məktəblər üçün partaların anbara boşaldılmasını da göstərdi. O, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olması barədə mənə məlumat verdi. O, təchizat işi ilə bağlı birlikdə iş görməyimizi təklif etsə də, təchizat sahəsində anlayışımın olmadığını, ancaq orta məktəb tikintisi ilə bağlı təklif olacağı təqdirdə qəbul edəcəyimi bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, təxminən 2020-ci il oktyabrın əvvəllərində Mövsüm ona Şəki şəhərində smetası 6 200 000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikiləcəyini və həmin tenderi qazanmaq üçün 400 000 manat verməli olduğunu bildirib: “Mövsümə bu barədə fikirləşərək cavab verəcəyimi dedim. Bir neçə dəfə Mövsümlə görüşüb, həmin işlə bağlı bəzi müzakirələr apardıq. Ölçüb-biçdikdən sonra bu işin sərfəli olduğu qənaətinə gəldim, Mövsümə razılığımı bildirdim.Belə razılaşdıq ki, Şəki şəhərində tikiləcək 960 şagirdlik orta məktəbin tikintisinin tenderini qazanmağım müqabilində tələb olunan 400 000 manat pulun 240 000 manatını əvvəlcə verəcəm, yerdə qalan hissəni isə tenderi qazanıb müqavilə bağlandıqdan sonra çatdıracam”.

Nabil qeyd edib ki, 30 noyabr 2020-ci ildə Mövsüm ona zəng edib, pulu istəyib: “Sabahı gün saat təxminən 15 radələrində oğlum İlkinə zəng etdim, qabaqcadan sayıb paketə yığaraq evdə saxladığım 100.000 dolları və 70.000 manatı Babək prospektində yerləşən avtosalonuma gətirməyi tapşırdım. Avtosalonda avtomaşınlara baxdıqdan sonra qərara gəldim ki, birlikdə nahara gedək. Oğlum İlkinə zəng etdim, “Qəbələ” restoranına gəlməsini bildirdim.

Biz restorana oğlum İlkinlə demək olar ki, eyni vaxtda çatdıq. Həmin vaxtı Mövsümə də zəng vurdum, onu da restorana dəvət etdim. Birlikdə nahar etdikdən sonra Mövsümün “Honda Pilot” markalı avtomaşınına əyləşdim, oğlum İlkinə bildirdim ki, arxamızca gəlsin.

Mövsüm mənə avtomobilin dostu Paşanın olduğunu və onun evinə gedəcəyimizi bildirdi. Təxminən saat 16 radələrində birlikdə Mövsümün dostu Paşanın yaşadığı Ağşəhər ərazisindəki binanın qarajına daxil olduq.

Qarajda oğlum İlkin avtomaşının baqajından pulu götürərək bizə yaxınlaşdı. Ona paketi avtomaşının arxa oturacağına qoymağı tapşırdım. Sonra 240 000 manatı sayaraq ona verdim. Mövsüm pulu məndən aldıqdan sonra 10 iş günü ərzində müqaviləni alacağını bildirdi”.

Nabil qeyd edib ki, bundan sonra onlar demək hər gün Mövsümlə zəngləşiblər: “8 dekabr 2020-ci ildə Mövsümə zəng etdim. O, daha telefona cavab verməməyə başlamışdı. Bir neçə zəngdən sonra iclasda olduğunu, danışa bilmədiyini və özünün mənə zəng edəcəyini bildirdi. Həmin gün axşama kimi onun zəngini gözlədim.

Səhərisi gün Mövsümün yaşadığı evə getdim, amma onu evdə tapmadım. Yaşadığı binanın komendantındanda onu soruşdum. O da Mövsümü bir neçə gündür görmədiyini bildirdi. Sonradan başa düşdüm ki, telefon rouminqdədir, yəni Mövsüm ölkə xaricindədir. Sonradan Mövsümün dostu Paşa adlı şəxsdən öyrəndim ki, Mövsüm Ukrayna Respublikasının Kiyev şəhərindədir”.

Mövsüm Mövsümov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR Müşahidə Şurasına yeni üzv təyin edildi


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Anar Axundov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Odunla qızdırılan məktəblərin siyahısı hazırlandı

Şair, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm - cərəyanının nümayəndəsi Abbas Səhhət yazırdı ki, bir xalqı çökdürmək üçün onu silahla, topla, tüfənglə qırmağa ehtiyac yoxdur.

Daha rahat yol var - savadsızlıq. Təhsil pula çevrilərsə, savadsızlıq çoxalar, mütaliə azalar. Zəkalı, ziyalı insanlara hörmət və rəğbət aradan qaldırılar. Lazımsız və yersiz zarafatlara ehtiyac artar. (Yeri gəlmişkən bu gün sosial şəbəkələrdə savadsızlıqdan qaynaqlanan və real həqiqətləri inkara çağırışlar, müzakirələr təəssüf ki, aktualdır). Hazırda təhsilsizlikdən qaynaqlanan vəziyyət sosial şəbəkələrdən tutmuş, ictimai nəqliyyatdan istifadə daxil, hər yerdə özünü mənfilərlə biruzə verir. Həqiqətən də, bir çox mütəfəkkürlərin bildirdiyi kimi, Abbas Səhhətin də təhsillə bağlı fikirləri günümüzün reallığıdır.

Çünki, istənilən şəxs təhsil şöbəsinə müdir, məktəbə direktor təyin ediləndə "yaxşı pul qazanacaq" kimi düşünür və sonrakı mərhələdə bu praktik cəhətdən mümkünləşir. Bu fikirlərimizi mövcud vəziyyətdə əksəriyyət rayon, şəhər təhsil şöbələrinə şamil etmək olar, o cümlədən, Ağstafa rayon Təhsil Şöbəsinə. Təhsil naziri Emin Əmurullayevin Ağstafa Təhsil Şöbəsinə müdir təyin etdiyi Mədət Zeynalovu da bir çox rayonların təhsil şöbə müdirləri kimi təhsil, onun inkişaf meyilləri, istedadlı şagirdlərin aşkarlanması, həvəsləndirilməsi və onlara şərait yaradılması maraqlandırmır. Adam kabinet aşiqi,olub, telefon başında çıxarlarını qarşılamaqla məşğuldur. Necə ki, ondan əvvəlki təhsil şöbə müdiri də eynən həmin davranışı sərgiləyirdi.

Daha kənd məktəblərinə getsin, şağirdlərin nizam-intizam işi ilə maraqlansın, siniflərdə istiliyin olub-olmadığını müəyyənləşdirsin kimi, idarəçilik metodu ona yaddır. Bu da bir yana,Mədət Zeynalov rayon təhsil şöbəsinə rəhbər gətirilər-gətirilməz məktəblərdə konfliktlər baş qaldırdı.Bir sıra məktəb direktorlarına "mesaj" göndərildi, Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova 2 saat dərs hay-həşirinə qurban verildi, bir neçə aydır ki, Köhnə Qışlaq kənd orta məktəbinin direktoru Mahirə Əsədovanın da başı üzərində "qara buludlar" əsdirir.

Yəqin elə zənn edir ki, o toxunulmaz qalacaq və bir gün uşaq bağçalarına verilən ərzağın 50/50-yə prinsipi ilə təminatına, məktəblərdə katibə ştatında işləyənlərin sistemə vurulmasına görə, "bir limon"un müəyyənləşdirilməsinin hesabı soruşulmayacaq.Eləcə də, rayon məktəblərində texniki işçilərin nə vaxtdan işlərinin başında olub-olmamaları və yaxud "kitabxana köməkçisi", "informatika lobarantı"nın necə xadiməyə çevrildiyi öyrənilməyəcək.Yəni, Regional Təhsil İdarəsinin müdiri Aslan Hacıyev, təhsil naziri Emin Əmurullayev olan yerdə heç kim, hətta Maliyyə Nazirliyinin müfəttişləri belə hər şeyə göz yumacaq?

Bəlkə də hesab edilir ki, ştat vahidlərinə görə artıq ödəmənin olub-olmaması, təyinatdan yayındırma, dərs yükünün düzgün paylanılıb - paylanılmaması,siniflərdə aparılmalı olan kompleksləşmə, mərkəzləşmiş istilik sistemindən kənar məktəblərdə istilik üçün xərclənən vəsaitlərin miqdarı və s.vəsaitlərə dair maliyyə yoxlaması aparılmayacaq. Amma bəzən hər şey yazıldığı və proqnozlaşdırıldığı kimi də olmur.Gözlənilməyən hadisələr baş verə bilir.

Necə ki,"2 saat dərsin pulunu məndən istədi" səs yazısı respublika ilə bir edildi və bu hadisə müəyyən araşdırmaların aparılmasına səbəb oldu. Bir müddət əvvəl isə xəbərlər yayıldı ki, məktəb direktoru Mətanət Məmmədovaya Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindəntəkrar istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindənsui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Deməli, Ağstafa təhsili şəffaflaşdırılır və bu davamlı olacaqdır. Bu halda növbəti maliyyə yoxlaması bir az əvvəl yuxarıda qeyd etdiyimiz önəmli faktorları da əhatə etməklə, rayon təhsilinin daha şəffaf fəaliyyətini təmin etmək istiqamətində öz töhfəsini verəcəkdir.

FAKTİNFO.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alimpaşa Məmmədovun `SAĞ ƏLİ` direktor göndərilir - İDDİA


Bu günlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edilən Qüdrət Əliyevə yeni vəzifə veriləcək.

Publika.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun "sağ əli" Qüdrət Əliyev Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyə direktor göndərilir.

Məlumatlara görə, Alimpaşa Məmmədovun dövründə uzun müddət icra başçısının birinci müavini işləmiş Qüdrət Əliyev heç vaxt pedaqoq kimi fəaliyyət göstərməyib və müəllim kimi şagirdlərin qarşısına çıxmayıb.

Qeyd edək ki, keçmiş icra başçısı Alimpaşa Məmmədov DTX tərəfindən həbs olunarkən, Qüdrət Əliyev də saxlanılmışdı.

Publika.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Balakəndə camaata qənim kəsilən KİMDİR? - GİLEY
.

Balakən rayonunun Meşəşambul kəndinin pay torpaqlarına Balakən Kərpic İstehsalı Müəssisəsi qənim kəsilib. Fevral ayında rayonun qum-çınqıl yataqlarından istifadə qaydasını pozduğuna görə 1 milyon manatdan çox cərimə edilən MMC rəhbəri Əsgər Əsgərov qanunları pozmağa davam edir.

Bu barədə Tribuna.az-a kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, BKİM rəhbəri kəndlilərə əkin üçün verilməsi nəzərdə tutulan pay torpaqlarını pulla alaraq zavoda daşıyır. Olduqca məhsuldar torpaq olan sarı torpaqdan kərpic bişirilməsində istifadə edilir.

Sakinlər bildirir ki, zavodun ağır texnikası və yük maşınları gecə saat 2-3 radələrində qazıntı işləri aparır və torpaq daşıyır:

“Yük maşınlarının səsindən yatmaq olmur. Evlərimiz silkələnir”.

Qazıntı işləri səbəbindən ərazidə dərin və böyük çökəklik, dərə əmələ gəlib. Kənd camaatı heyvanını otarmağa yer tapmır. Mal-qaranı örüşə buraxmağa da ehtiyat edirlər. İşlərinə mane olmaq üçün bir neçə dəfə kənd camaatı yolu kəsib. Lakin müəssisə rəhbərliyi əraziyə polis göndərərək kənd sakinlərini ərazidən uzaqlaşdırıb. Camaata bildirilib ki, ərazidə qazıntı aparmaq və torpaq daşımaq üçün əllərində rəsmi sənəd var. Kənd sakinləri bildirir ki, qış aylarında bu ərazilərə yağıntı çox düşür. Belə olduğu təqdirdə ərazidə sürüşmə olma ehtimalı yüksəkdir. Qazılmış dərəyə dəfələrlə kənd camaatının heyvanı düşərək tələf olub. Yaralanmış heyvanı isə oradan çıxarmaq mümkün olmur.

Xatırladaq ki, bu ilin fevral ayında Balakən rayonu ərazisində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması səbəbindən “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC rəhbəri əsgər Əsgərov 1 milyon 137 min manat cərimə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident onu özünə köməkçi TƏYİN ETDİ - FOTO


Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə, Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
Prezident onu özünə köməkçi TƏYİN ETDİ - FOTO


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AzTU-da narazı salınmış müəllimlər yenidən şikayət etmək fikirinə düşüblər - NƏ BAŞ VERİR?


Son illər şikayət olunan, müəllim və professor heyətinin narazı salındığı ali təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universitetidir.
Bunu mətbuata göndərilmiş və dərc edilmiş məqalələrin məzmunundan da müəyyənləşdirmək olar, məlumatda deyilir.

Bu barədə Faktinfo.az saytına məlumat verən mənbə bildirir ki, son aylarda bir neçə ali təhsil müəssisəsi rektorunun vəzifədən kənarlaşdırılması onlarda müəyyən əminlik yaradıb. Aylar əvvəl AzTU-da qarşılaşdıqları haqsızlıqlarla bağlı ölkə rəhbərliyinə ünvanladıqları şikayət məktublarını yenidən təkrarlamaq fikrindədirlər.
Sayta verilən məlumatda o da bildirilir ki, ölkə rəhbərinə ünvanlanacaq müraciətin surəti bir sıra media quruluşlarına da göndəriləcək.

Qeyd edək ki, Ədalət Vəliyev AzTU-ya rektor təyin edildikdən bir neçə ay sonra universitetdə kafedra müdirləri, dekanlar, prorektorlar yenilənib, orada müəyyən struktur dəyişiklikləri həyata keçirilib. Bu müddət ərzində rektoru universitetin profilini dəyişməkdə, ora iqtisadçıları gətirməkdə ittiham edənlər bu aspektdə saytlara məqalələr də göndəriblər.

FAKTİNFO.AZ

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO