[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bakı Şəhər Tikinti və Təmir” MMC tender pullarını BELƏ SƏPƏLƏYİR - BU DA FAKT!!!


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi "Xezer Construction" MMC (VÖEN- 1603218151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə "Xezer Construction" MMC “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nabatat Bağı"nın abadlaşdırılması işlərini həyata keçirəcək.

Abadlıq işləri üçün Bakı Şəhər İcra Hakimiyyəti "Xezer Construction" MMC-yə 57 milyon 999 min 905 manat 91 qəpik ayıracaq.
Məlumat üçün bildirək ki, “"Xezer Construction" MMC 26.02.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/8-də (Adore Plaza) yerləşir. Şirkətin qanuni təmsilçisi Abışov İslam Məhəmməd oğludur.

Onu da qeyd edək ki, “Bakı Şəhər Tikinti və Təmir” MMC bu yaxınlarda “Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərini hazırlamaq üçün “Feniks-AA” MMC (VÖEN- 2000094981) ilə 580 min 300 manat dəyərində müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.
Onu da bildirək ki, Aydınlı Aydın İlqar oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Aydın oğlu İsbatovun oğludur. “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “COVİD bazarlığı” - NARAZILIQ!


"Səhiyyə Nazirliyinin səlahiyyətlərinin böyük hissəsinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ,
onun yaratdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilməsi ilə əhalinin sağlamlığının
qorunmasının effektivliyinin artırılması amacı güdülür(dü). Nə yazıq, tam əksi baş verib. Xəstələr
Agentliyin, TƏBİB -in “xidmətlər zərfinə daxil edilməyən” qanunsuz ödənişlərindən sığorta
olunmayıblar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqlədə daha sonra bildirilir: "Elə xidmət(sizliy)ə görə ödəniş ödənilməsi tələb edilir ki, Səhiyyə Nazirliyi heç vaxt
bunu etmir(di). Hətta özbaşına özəl etdikləri dövlət tibb müəssisələrinə göndəriş verilməsi də
ödənişlidir. Agentlikdən bildirildiyinə görə, bu ödəniş onların cibindən getdiyindən (?) , xəstələrin
keyfiyyətli müaliciə alması üçün göndəriş verilməsindən imtina edilir.
Əlilliyi olan şəxslərin icbari tibbi sığortasına, tibbi xidmətlə təminatına gəldikdə isə, hər şey yaxşılığa
doğru getmir. Əvvəllər nəinki müharibə ilə bağlı əlilliyi olan şəxslərin, eləcə də digər əlillərin bütün
dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaları hüquqları qanunla
legitimləşdirilmişdisə , hazırda bu legitimlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
göndərişindən asılıdır. Onu da, vurğuladığımız kimi, vermirlər ki, Agentlik xərcə düşür. Anlamaq
olmur, bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nədən ötrüdür , niyə yaradılıb? Bəs vətəndaşların
Respublikadan kənarda müalicəyə göndərilməsi kimin, hansı dövlət qurumunun büdcəsi hesabına
həyata keçirilir? Axı hamı deputat, məmur deyil ki, adi sidik analizi verməyə də xaricə getsin! ?
Ədalət adına deyək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Respublikadan kənarda
müalicəyə göndərilməsinə rəy verilməsində əlindən gələni edir. Müalicə xərclərinin ödənilməsi isə ya
xəstənin özünün üzərinə düşür , ya da sosial müdafiə qurumlarının. Ən yaxşı halda, yaxın xaricdəki
dost – tanışlarına ümid bağlayan xəstələrə qayıtdıqdan sonra yol xərcinin ödənməsinə söz verilir. 1-ci
dərəcəli əlillərə gəldikdə isə, onları müşayiət edən şəxslərin yol xərcinin ödənməsi də həyata keçirilir.
Vurğuladığımız kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəy verməklə yaxasını kənara çəkir.
Hətta covid testinə görə ödənişdə də güzəşt edilmir! (?) Təsəvvür edin, Agentlik özünün xaricə
göndərdiyi əlillərdən zorla 40 manat məbləğində “test haqqı” alır! “Zorla”nı ona görə vurğulayırıq ki,
AZAL bu “uçuş testi” olmasa, uçmağa qadağa qoyduğundan , əlil ödəniş etməyə zorlanır.
Ötən gün ən ucuz - 40 manatlıq “uçuş testi” həyata keçirən üç tibb müəssisəsindən Nizami
rayonundakı 18 saylı xəstəxanada xaricdə müalicəyə gedən Qarabağ qazisinə güzəştdən imtina
olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rüsum məsələsində hamıya “bir gözlə baxır” .
Uçuşa buraxılmayacağından çəkinən əlil onu xaricə göndərən tibb müəssisəsinə ödəniş etmək
zorunda qalıb.
Maraqlıdır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müalicəyə gedənlər bir yana, müalicəyə
göndərdiyi şəxslərdən adi bir testə görə ödəniş almaya bilməz? Özü də, heç demə, uçuşa test
qadağası ləğv olunubmuş.

P. S. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qanunsuzluğunu “uçuş testinə” görə ödənişin
xidmətlər zərfinə daxil olunmaması ilə izah edir. Lap tutaq ki, belədir, bəyəm bu yekəlikdə
Agentliyin xaricdə müalicəyə gedən Qarabağ qazisinə 40 manatlıq güzəşt etmək hüququ da zərfə
salınmayıb. Dılğır bir test niyə belə baha xərc tələb etsin ki?!Eyni zamanda, Qarabağ qazilərinin
hərbi tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmalarına da “zərf qadağası” qoyulub.
Dövlətin bütün tibb müəssisələrini dövlət məmurları hansı qanunla, hansı bazarda, hərracda satın
alıblar ki, bizim xəbərimiz yoxdur? Qarabağ qazisinə müalicə , sağlamlığın qorunması lazımdır,
müalicəyə bürokratik qadağa qoyulması yox!"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda sakinlərin həyatı TƏHLÜKƏDƏ... - İcra başçısı ortalıqda görünmür


Son zamanlar Lənkəranda sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Onlar sürü halında binaların həyətində, parklarda, küçələrdə, ictimai yerlərdə gəzirlər. TİA.Az xəbər verir ki, itlərin “əlindən” nəinki məktəblilər, hətta böyüklər də narahatdırlar. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalırlar.
Lənkəran sakinləri şəhərdə sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı şikayət ediblər. Sakinlərin sözlərinə görə, nə gündüz, nə də gecə vaxtı çölə çıxmaq mümkündür.
“Küçə itləri gecə vaxtı daha da təhlükəli və qorxulu olurlar. Buna görə Lənkəranda gecə vaxtı çölə çıxmağı qəhrəmanlıq saymaq olar. Lənkəranda il ərzində it dişləməsi çox baş verir. Bu məsələ yalnız ölüm faktı olduqda gündəmə gəlir. Sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsilə tutulub ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarda yerləşdirilməlidir. Qonşu Masallıda artıq sığınacaq quraşdırılıb. Nə olar ki, bizdə də bu təşəbbüs reallaşsın”, – deyə sakinlər bildiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYB-nin qurultayı: Komissiyanın sədr və üzvləri seçilidi

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.

Qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

KONKRET.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələdə İBTİDAİ-İCMA QURULUŞU ŞƏRTLƏRİ... - GİLEY


“Qaz, yol, məktəb, uşaq bağçası, tibb məntəqəsi, ictimai nəqliyyat yoxdur, işıq dirəkləri aşır, əsasən yayda su qıtlığı hökm sürür”.

Qəbələnin Bəyli və Quşlar kəndlərinin sakinləri Meydan TV-yə kənddəki sosial problemlərdən danışıblar.

Onlar bildiriblər ki, hər iki kənddə yaşayış üçün vacib şərtlər olmadığından, insanların güzəranı olduqca ağır keçir. Bəylidə 75, Quşlarda da təqribən o civarda ailə yaşayır. Sakinlərin sözlərinə görə, Sovet vaxtı Qəbələnin kəndlərində, o cümlədən, Bəyli və Quşlarda mavi yanacaq olub. 1990-cı illərin əvvəllərində kəndlərə mavi yanacağın verilişi dayandırılıb. Mavi yanacağın verilməsi son illərdə başqa kəndlərdə bərpa olunsa da, bu iki kənddə hələ də adamlar qaz xətlərinə baxıb, köks ötürürlər.

Bəyli sakini İntiqam Quliyev danışır:

“Sovet vaxtı Ağdaş istiqamətindən gələn qaz borusu ilk bu kənddən keçib, bizdən Quşlara, oradansa başqa kəndlərə gedib. İndi də qaz xətləri yerindədir, bir az qırıq yerlərin təmir-bərpasına ehtiyac var. Ancaq qaz verilmir. Qaz qonşuluqdakı Savalan kəndinədək gəlir, ordan bu tərəfə xətt bağlıdır, verilmir. Məsələn, Quşlardan sonrakı kəndlərdə qaz var, o kəndlərə başqa istiqamətdən gəlir. Bir sözlə, ətraf kəndlərin hamısında qaz var, iki kənd qalıb ortada…”.

Bəyli və Quşlarda qış sərt keçir. Ancaq bir neçə ildir ki, kəndlilər evlərini isitmək üçün meşədən çör-çöp də yığa bilmirlər. Nəticədə baha qiymətə odun almalı olurlar. Odunun qiyməti ilbəil artır ki, bu da büdcəsi olmayan kəndliyə uyğun deyil.

Hər iki kəndin enerji təminatı bərbaddır. Qəzalı vəziyyətdə olan naqilləri saxlayan 30-40 ilin çürümüş taxta dirəklər aşmasın deyə, kəndlilər onların dibinə əlavə dirəklər basdırıblar. Qışda isinmək üçün qızdırıcılardan istifadə olunduğuna görə, naqillərdə qısaqapanmalar olur, köhnə ötürücü şitlər sıradan çıxır, nəticədə bu iki kənd tez-tez işıqsız qalır.

Təhsil məsələsi də hər iki kənddə problemlidir. Bəyli kəndinin uşaqları 2-3 kilometr qol qət edərək Quşlardakı məktəbə gedir. Halbuki, heç bu məktəb də istifadəyə yararlı deyil. Bina köhnədir, dərs ləvazimatları, avadanlıqlar yararsızdır.

Bəylidə tibb məntəqəsi yoxdur, Quşlardasa tibb məntəqəsi adına Sovetdənqalma bir tikili var – dağılmış, qapısı qıfıllı…

Sakin İlhamə Səfərova danışır: “Əvvəllər Bəyli ilə Quşlar eyni sovetlikdə idi, indi ayırıblar. Tibb məntəqəsi Quşlarda olub, Bəyli kəndinin sakinləri də həmin tibb məntəqəsindən istifadə edib. Uzun illərdir ki, tibb məntəqəsindən geriyə uçuq-sökük bir daxma qalıb. Hər iki kəndin xəstələri ən aşağı tibbi xidmət almaq üçün də rayon mərkəzinə getməlidir. Hər dəfə sistem qoşdurmaq üçün 10 manat o başa, 10 manat bu başa xərcləməlisən. Çoxu xəstələnir, imkansızlıqdan tibbi xidmət ala bilmir, dünyasını dəyişir”.

Bu kəndlərdə yol da bərbaddır. Yağış yağanda palçıq dizə qalxır, uşaqlar məktəbə gedəndə ayaqlarına sellofan bağlayır.

Kəndliləri narahat edən məsələlərdən biri də işsizlikdir. Bəyli və Quşlarla rayon mərkəzi arasında 30 kilometr yol var. Ancaq sakinlərin mərkəzə gedib-gəlmələri üçün ictimai nəqliyyat yoxdur. Taksiylə gedib-gəlmək təxminən 20 manata başa gəlir:

“Kəndlərdə iş yoxdur, məşğuliyyətimiz maldarlıqdır, əkindir, ancaq bu işlərlə məşğul olmağa şərait, su yoxdur. Əkinçilik aşağı səviyyədədir, baha başa gəldiyi üçün kəndlilər əkin işinə girişmir. Qalır bircə heyvandarlıq, o da orta səviyyədədir. İş yalnız rayonun özündə tapmaq mümkündür, ancaq ictimai nəqliyyat olmadığından, adamlar kənddən kənara çıxa bilmir”.

Məsələn, Bəylidə yalnız bir üzümçülük təsərrüfatı var, kəndlilərin bir qismi orada işləyir, o da mövsümi işdir. Üstəlik, bu iş bütün ailələri əhatə etmir.

Hər iki kəndin sakinləri uzun illərdir ki, sadalanan problemlərin həll olunması üçün aidiyyəti qurumlara yazır, ayaq döyür. Hər dəfə də eyni sözləri eşidirlər – növbəti ildən hər şey yaxşı olacaq:

“Deyirlər, gələn ay yol çəkiləcək, o biri ay qaz veriləcək… Artıq bu boş vədlərdən boğaza yığılmışıq”.

Qəbələ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumun nümayəndələri tez-tez həmin kəndlərdə olur, problemləri qeydə alır. İcra hakimiyyəti problemlərin aradan qaldırılması üçün digər aidiyyəti qurumlara rəsmi müraciətlər edir. Kəndlərdə ilk növbədə qaz və yol problemlərinin həlli nəzərdə tutulub. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident gürcüstanlı naziri qəbul etdi - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

Dövlət başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirib, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyini deyib. Prezident İlham Əliyev qeyd etdi ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir. Dövlət başçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev Mixeil Çxenkelinin səfərinin ölkələrimizin müvafiq nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.


Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlət başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd etdi və əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını dedi. Qonaq ölkələrimizin Təhsil və Elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

13:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir yüksək vəzifəli polkovniki təqaüdə göndərdi - Yeni TƏYİNAT


Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşfiq Aslanov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Digər əmrlə polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilən Emil Comərdov bundan əvvəl Çevik Polis Alayında çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsaqqallar Şurasının sədr müavini ağsaqqallıq edə bilmədi-MƏHKƏMƏ ÇƏKİŞMƏSİ


Bakıda daha bir məmur və iş adamı ilə bağlı qalmaqal gündəmə gəlib. AFN.az-a məlumat verən mənbə bildirir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə edib və etməyə də davam edir. Belə ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzilin və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlunun öz şəxsi adına “rəsmiləşdirilmiş”, lakin heç bir hüquqi qüvvəsi olmayan və səlahiyyətsiz şəxs tərəfindən imzalanmış bu müqavilələrdə 25 ədəd mənzil maya dəyərindən xeyli ucuz – 1 kv.m-i 400 manata dəyərləndirilib. Halbuki həmin vaxt o ərazidə mənzilin 1 kv.m-i 700 manat olub.
“Bir gündə 10-15 mənzilin qeyri-qanuni yolla sənədləşməsini aparıblar” – deyən mənbənin sözlərinə görə, Bayram Yusifov N.Hacıyevi aldadaraq və ona təzyiqlər edərək, binadakı qeyri-yaşayış sahəsinin də real dəyərindən uyğun sənədləşdirilməsinə nail olub – bir kvadratmetri 1500 manat olduğu halda, 800 manata: “Eyni zamanda, Bayram Yusifov Heydər Əliyev prospektində yerləşən binadan da saxta sənədlərlə mənzil və qeyri-yaşayış sahəsi əldə edib. Belə ki, həmin ərazidə 32 ədəd mənzili maya dəyərindən ucuz – kvadratmetrini 400 manata sənədləşdiriblər. Halbuki həmin vaxt orada mənzilin kvadratmetri 700 manatdan aşağı olmayıb. Həmçinin kvadratmetri 1500 manatdan aşağı olmayan 300 kv.m qeyri-yaşayış sahəsini 800 manata sənədləşdiriblər. Bayram Yusifov Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən 5 bloklu binadan 10 mənzil, H.Əliyev prospektində yerləşən binadan isə 20 mənzil olmaqla 30 mənzil satıb. B.Yusifov mənzilləri vətəndaşlara satan zaman qanunsuz olaraq öz adına olan sənədləri ləğv etdirməyib və vətəndaşları aldadıb. Bunu etməklə o, gələcəkdə həmin mənzillərə iddia qaldırmaq imkanını özündə saxlayıb. Halbuki mənzil alan insanların o zaman bundan xəbəri olmayıb. Artıq onlar bu haqda məlumatlıdırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər”.
B.Yusifovun N.Hacıyevi aldatması və təzyiqləri nəticəsində 57 mənzil, 1000 kv.m qeyri-yaşayış sahəsi qeyri-qanuni yolla sənədləşdirilərək vətəndaşlara “satılıb”. Bu isə ümumilikdə mənzillər üzrə 3 999 000 manat, qeyri-yaşayış sahəsi üzrə isə 1 500 000 manat ziyan deməkdir: “Nəticədə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, “Çinar AN” MTK-ya məxsus 105 mənzilli yaşayış binasında işlərin tamamlanması yarımçıq qalıb. Belə ki, kommunikasiya işlərinin heç birisi tamamlanmamış qalıb. Hesablamalara görə ümumilikdə təxminən 500-600 min manat vəsait lazımdır. Həmin binada 800.000 manat vergi borcu yaranıb.
Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus 10 girişli binanın vergiyə olan borcu 2 milyon 200 min manat, Əmək Müfəttişliyinə olan borcu 120 min manatdır. Dövlət büdcəsinə bu borcların yaranmasının və tikintinin başa çatdırılmamasının əsl səbəbkarları Bayram Yusifovdur. Bütün bunlara görə də vətəndaşların haqlı narazılığı yaranıb və onlar hüquq-mühafizə orqanlarına, ölkə başçısına müraciət etməyə hazırlaşırlar”.
Qeyd edək ki, Hacıyevlə Yusifov əvvəllər yaxın münasibətdə olub. Daha sonra aralarında yaranmış borc mübahisəsi zamanı Hacıyev borcu qaytara bilməyib və Yusifovun təzyiqləri ilə üzləşib. Sonda isə Hacıyev canını qurtarmaq üçün “Çinar AN” MTK-ya məxsus olan binadan yuxarıda qeyd olunan mənzilləri və qeyri-yaşayış sahələrini qeyri-qanuni yolla Bayram Yusifovun adına sənədləşdirməyə məcbur olub.
Mənbəmiz məsələ ilə bağlı daha detallı məlumatlar verib. Aydın olur ki, bütün bu proseslərin arxasında iri məmurlardan biri dayanır. Elə həmin əlaqələrindən istifadə edərək, Bayram Yusifov Abşeron rayon Məhkəməsinin köməkliyi ilə öz qanunsuz əməllərinə qanuni don geyindirməyə, dəyəri 10.000.000 (on milyon) manata yaxın olan 25 ədəd mənzil və 1000 kv. metr qeyri-yaşayış sahəsini sahiblənməyə çalışır və hələ ki, buna qismən də olsa nail olur.
Növbəti yazılarımızda bu haqda da müfəssəl yazacağıq.
Bu yazıda qeyd edilənlərlə bağlı B.Yusifovla əlaqə saxlayıb mövqeyini almaq istəsək də, zəngimizə cavab vermədi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzuldiə təhsil adına BİABIRÇI MƏNZƏRƏ - BU NƏDİ BELƏ?


Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Şahin qızı Məmmədova barəsində müxtəlif media orqanlarında yazılan “xanım tərifini” oxuyanda adam xəcalət çəkir və demək istəyirsən ki, “Vəsf zamanı deyil, Ramella Şahin qızı..”.
Doğrudan da, ölkə təhsilinin nə səviyyədə olduğu, məktəblərdəki nizam-intizam, mənəvi atmosferin az qala hamıya bəlli olduğu bir zamanda Ramella Məmmədovadan “örnək” düzəltmək ən azı gülüncdür. Həm də nəzərə almalıyıq ki, Ramella Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən dövlət qurumlarına, Təhsil Nazirliyinə ünvanlanan şikayətlərin arası dayanmır. Yeri gəlmişkən, Füzuli rayon Təhsil Şöbəsindəki 400 minlik mənimsəməyə görə, əvvəlki müdirə vəzifəsindən uzaqlaşdırılmışdı. Və Füzuli camaatı ümid edirdi ki, Ramella Məmmədova rayonun təhsil sahəsində müsbət dəyişiklik edəcək. Amma tam əksi oldu.
Belə ki, mətbuatdan bəlli olduğu kimi Ramella Məmmədovanın razılığı ilə bəzi məktəb direktorları məktəbin həyətyanı sahəsini öz şəxsi mal-qaralarının örüş yerinə çeviriblər.
Problem örüş yeri ilə bitmir. Ramella Məmmədova öz yaxınlarına deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam.
Onu da qeyd edək ki, Ramella Məmmədovanın tabeçiliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfərdir. İndi özünüz hər ay müəllimlərdən yığılan pulun miqdarını təxmini hesablayın. Hər müəllimin maaşından 10-15 manat tutulsa, bu 30 min manatdan çox pul edir. Bu hələ harasıdır..?
Təsəvvür edirsiniz, 80 məktəbə ayrılan idman və digər avadanlıqlar satılaraq pulu Ramella Məmmədova tərəfindən mənimsənilib. Ramella Məmmədovanın korrupsiya mexanizmi bununla bitmir. Dövlət tərəfindən rayon Təhsil Şöbəsinə ayrılan vəsaiti mənimsəmək üçün Ramella Məmmədova saxta tenderlər keçirir və külli miqdarda “otkat”lar alır. Füzuli rayon məktəblərində çalışan müəllimlər yazır ki, Ramella Məmmədova müəllimlərin hər birinin məzuniyyət pulundan 100 manat alır, məktəb direktorlarının isə hər birindən 5 min manat gətirməyi tələb edir. Və direktorlara deyir ki, böyük miqdarda məmisəmə ortaya çıxıb, onu “bağlamaq” istəyirəm. Müəllimlər deyir ki, onsuz da maaşımız azdır, nə üçün Ramellaya 100 manat verməliyik.
Bütün bunlar azmış kimi, rayonun məktəb direktorları, müəllimləri arasında saxta diplomla çalışanlar da var. Məsələn, saxta diplomla məktəbdə müəllimə işləyən Pərvanə Quliyeva həm də məktəb direktorunun müavinidir və qeyri-qanuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.
Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Rayondakı məktəb direktoru, müavinlərin çoxu qohum-əqrəba, baldız, qayın, kirvədir. Məsələn, Təhsil Nazirliyindən attestasiyadan keçməyən İlahə Qəmbərova direktordur. Çünki icra başçısı Alı Alıyevin baldızı qızıdır. Bakı şəhərində yerləşən 2 N-li məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədovadır. Qayıdış 2 N-li məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızıdır. Qayıdış 5-Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. Zobucuq 27 saylı məktəbin direktoru isə Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşaddır. Onu kiminsə xahişi ilə məktəbə direktor təyin ediblər. Bu siyahını kifayət qədər uzatmaq olar. Amma nə ehtiyac var..?
Ramella Məmmədova yüksək vəzifəli şəxslərin adını tez-tez çəkdiyi üçün məktəb direktorları və müəllimlər ondan qorxurlar. Ramellanın sirrli macəraları bununla bitmir. Bu yazıları başqa xəbər saytlarından götürmüşük. Amma növbəti yazıda geniş mövzulara toxunacağıq.
Redaksiyamıza daxil olan məlumata görə, Ramella Məmmədova bütün sənədlərinə əl gəzdirərək, bütün düzəlişləri edib. Saxtalaşdırma tək bununla bitmir. Ramella Məmmədova Dövlət İmtahan Mərkəzini-zadı saya salmır, kimi istəyirsə müsabiqədən keçmədən vəzifəyə təyin edir. Bizim hazırda apardığımız araşdırma Ramella Məmmədovanın diplomunun axtarışı ilə bağlıdır. Və Ramella Məmmədovanın diplomunu tapan kimi, yaxın xarici ölkələrdən birinə rəsmi sorğu ünvanlayacağıq.
P.S. Deyirəm, Ramella xanım yaman yerdə axşamlamısan, çünki hər şeyi saxtalaşdıra bilsən də, ləğv olunmuş məktəblərin diplomunu dəyişə bilməzsən. Çətindir, elə deyilmi? Biz heç vaxt dövlətimiz və dövlətçiliyimiz üçün lazım olan məsələlərdə güzəştə getmirik. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Əvvəl Qərb “qatara gecikmişdi”, indi Rusiya “qatarın dalınca qaçır”” - Qarabağ gündəmi


Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində Qərbin aktivliyi, Rusiyanın isə passivliyi müşahidə olunur. Azərbaycan və Ermənistan liderləri arasında son təmaslar, əldə olunan müəyyən razılaşmalar Qərbin vasitəçiliyi ilə aparılır. İkinci Qarabağ müharibəsindən sonra əsas dominant vasitəçi Moskva olsa da, hazırda təşəbbüsün Avropaya keçdiyi göz önündədir.

Düzdür, qeyri-rəsmi məlumatlara görə, yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş təşkil ediləcək. O da məlumdur ki, Rusiyanın vasitəçiliyi ilə hazırda sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiyaların blokdan çıxarılması istiqamətində Baş nazir müavinləri səviyyəsində görüşlər keçirilir. Amma məsələlərlə bağlı konkret nəticələrin əldə olunmasının şahidi deyilik.

Bu zaman ortaya sual çıxır: Rusiya estafeti Qərbə ötürüb?

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq Anar Həsənov maraqlı nüanslara toxunub:

- Xatırlayırsınızsa, 44 gün davam edən hərbi əməliyyat vaxtı və postmüharibə dövründə Avropa “qatara gecikmiş sərnişin”i xatırladırdı. 24 fevral 2022-ci ilə qədər Azərbaycanla Ermənistan arasında bağlanmış hər 3 sənədin vasitəçisi Avropa yox, Rusiya idi. Amma Ukraynadakı hadisələrin fəsadları Rusiyanı o günə saldı ki, indi Moskva “gedən qatarın dalınca qaçan sərnişin” durumundadır.

- Avropanın vasitəçiliyi ilə sülh sazişinin imzalanması gözlənilirmi?

- Avropanın təklif etdiyi sülh sazişinin imzalanmağa şansı ola bilərdi, əgər bu məsələdə Naxçıvana gedən yolun dəhliz statusu təmin edilsəydi. Azərbaycan istəyir ki, Bakı ilə Naxçıvanı birləşdirəcək yol erməni gömrüyünü, sərhədçisini, fitosanitar yoxlamalarını görməsin. Ermənistan isə bu təklifi qətiyyətlə rədd edir. Məncə, Bakı bu mövzuda güzəştə getməyəcək ki, bu da sülh sazişinin imzalanmasını şübhə altında qoyur. Bundan başqa, problem fonunda vacib məsələ Laçın dəhlizi mövzusudur. Avropalıların sülh sazişındə Laçın dəhlizi mövzusuna toxunulmayacaq. Çünki o, faktiki Rusiyanın nəzarətindədir. Deməli, bu sənədin imzalanması maraqlarımızı tam təmin etmir. Bu hipotetik saziş baş verərsə, o, daha çox Ermənistanı şərti sərhəddə torpaq və insan itkisindən xilas etmiş olacaq. Hərçənd ki, Azərbaycan işğaldakı ərazilərin böyük qismini qaytarsa da, bir çox problemlər həllini tapmır. Yəni ki, erməni yaraqlıları Qarabağda, Laçın dəhlizi Rusiya nəzarətində olacaq ki, deməli, “əsəb müharibəsi” davam edəcək. Odur ki, sazişin bağlanmasına şübhə edirəm.

- Qarabağın gələcək taleyi ilə bağlı fikirləriniz necədir?

- Qarabağın taleyini Azərbaycan Rusiya ilə danışmalıdır. Rusiya hazırda Azərbaycan və Türkiyə ilə münasibəti korlayacaq gücdə deyil. Rusiya Qarabağa beynəlmiləl qüvvələrin də gəlişini istəmir, çünki bu, baş verərsə, Türkiyə Azərbaycana açıq dəstək verməklə Bakı və Ankaranın Qarabağda birgə antiterror əməliyyatına start veriləcək, Azərbaycan bütün vasitələrlə Qarabağın nəzarətsiz hissəsindəki həyatı cəhənnəmə çevirəcək. Düşünürəm ki, Qarabağın Azərbaycana inteqrasiyası üçün qapalı danışıqlar, sövdələşmələr aparılacaq. Nəticə ürəkaçan olmadığı təqdirdə, Bakı inteqrasiyaya maneə olan subyektlərə qarşı Qarabağda addım-addım irəliləmək siyasətini davam etdirəcək.

- Dediniz ki, Azərbaycan Qarabağın taleyini Rusiya ilə müzakirə etməlidir. Müzakirənin müsbət nəticəsi ola bilərmi?

- Rusiya ilə Azərbaycanın danışıqlarının uğuruna inanıram. Niyə? Əvvəla, Rusiya Naxçıvana gedəcək yola nəzarət etməklə regiondadır və bu yola Rusiyanın nəzarəti müddətsizdir. İkincisi, Rusiya qoşunları Ermənistandadır. Azərbaycanla danışıq əsasında Qarabağdan getmək Rusiyaya orda qalmaqdan daha çox sərf edir. Çünki Qarabağı tərk etməklə əslində ermənilərlə azərbaycanlılar arasındakı münaqişəsini Avropa yox, Rusiya nizamlamış olur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO