[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanda Njdenin heykəlinə “Xamneiyə ölüm” yazdılar


Ermənistanda faşist Qaregin Njdenin heykəli rəngli boya ilə yazılıb.

Bu barədə erməni politoloq Abraham Qasparyan özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, heykəlin üzərində farsca “Xamneiyə ölüm” şüarı yazılıb.

İranın ali dini rəhbəri barədə şüarın kim tərəfindən yazıldığı məlum deyil. Ermənistan rəsmiləri məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıblar.

Qeyd edək ki, Qaregin Njde İkinci Dünya müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

Ermənistanda Njdenin heykəlinə “Xamneiyə ölüm” yazdılar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib? - ŞOK FAKTLAR


29 dekabr 2006-cı ildə prezident İlham Əliyev 222-IIIQ saylı “Teatr və teatr haqqında Azərbaycan Respublikası Qanunu”nu imzalayıb. 98 maddəlik qanunda faktiki olaraq, milli teatrımızın inkişafı adına hər şey demokratik biçimdə öz yerindədir. Prezident İlham Əliyev 18 may 2009-cu il tarixdə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 277 saylı sərəncamı ilə mədəniyyətə və teatra verdiyi dəyəri daha da gücləndirib.

Ölkənin “Ana Teatrı”nı kim bərbad hala salıb?

Azərbaycan Milli Teatrının siması Akademik Dövlət Dram Teatrı hesab olunur. Ancaq bu qocaman teatrın direktoru, bədii rəhbəri və baş rejissoru statusunu daşıyan Azərpaşa Nemətovun kəraməti sayəsində 145 illik böyük ənənələri olan Akademik Teatr “Kukla Teatrı”na çevrilib. Bunun səbəbi odur ki, Azərpaşa Nemətov uzun illər “Gənc Tamaşaçılar Teatrı”nda işlyib. Bu teatrın profili gənclər və uşaqlar üçün tamaşalar hazırlamaq olub. Halbuki, Akademik Teatrımız çağdaş teatrın estetik-fəlsəfi, sosial-ictimai xarakteri ilə zamanın ritmini irəli sürməlidir. Bu düşüncə ilə teatr prosesinə təkan verməlidir. Zamanın ritminin fəlsəfi baxımdan və şüuraltı qatlarının sosiumunu anlatmağı önə çəkməlidir. Bütün bunları Azərpaşa Nemətov bilmirsə, deməli Akademik Teatrındakı problem elə onun özüdür.

Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib?

2003-cü ildə Azərpaşa Nemətov Azərbaycan teatrı və kinosunun müqtədir sənətkarı, xalq artisti Həsənağa Turabov dünyasını dəyişdikdən sonra, 1866-cı ildən fəaliyyət göstərən bu qocaman sənət ocağının, Teatr Xadimləri İttifaqının sədri vəzifəsinə keçdi. Elə bu dönəmdən başlayaraq, “Aktyorlar Evi”nin çırağı da söndü. Daha doğrusu “səssiz məzarlığa” çevrildi. Ona görə ki, Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi”nə rəhbərlik edən Azərpaşa Nemətov və onun “komandası” istedadsız adamlardan ibarət idi. Onlar istedadlı rejissorlardan, dramaturqlardan və təbii ki, aktyorlardan çox qorxurlar. Bununla yanaşı, ölkə teatrlarının festivallarının keçirilməsi və mədəni mühitimiz üçün gərəkli olan digər addımlar da dolayı yolla yasaq edildi.

Əlbəttə, Azərpaşa Nemətov adını daşıyan vətəndaşla ilgili bizim hansısa bir sorunumuz yoxdur. Biz onun daşıdığı ictimai yükə uyğun olmadığını dilə gətiririk. Ona görə ki, hər bir xalqın mədəniyyətinin inkişafı həm də onun mədəni səviyyəsinin ölçüsü hesab olunur. Ortabab düşüncə tərzi ilə böyük sənət iddiasında bulunmaq hər zaman fəlakətlərin təməli sayılıb. Biz bu fəlakətləri gördüyümüz üçün Azərpaşa Nemətovu zaman-zaman tənqid etmişik. 20 ilə yaxındır Teatr Xadimləri İttifaqının sədri olduğu dönəmdə bircə dəfə də olsun teatr xadimlərinin problemləri ilə ilgilənməyib. O, bu qurumu da özünün biznes obyektinə çevirib. Halbuki, qanunla Teatr Xadimləri İttifaqına məxsus mülkiyyətin satılması, hədiyyə edilməsi və icarəyə verilməsi, eyni zamanda bu qurumun rəhbərliyinə təyinat ancaq qurultayın səlahiyyətindədir.

Ancaq Teatr Xadimləri İttifaqının (TXİ) əvvəllər idarə heyətinin sədri və bu gün ümumi rəhbərliyin sədri statusu ilə Azərpaşa Nemətov qanunsuzluq edərək qurumun fəaliyyətində çoxsaylı problemlərin yaranmasına səbəb olub. Belə ki, onun əməlindəki cinayət tərkibinə daxil olan məsələlərdən biri də “TeaFond”a məxsus olan əmlakı vaxtilə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovla əlbir olaraq, “Muradlı” şirkətinə satıblar. Beləliklə, şəhərin mərkəzində dəyəri milyonlarla dollar olan 67 sot ərazi zəbt edilib. Axı “TeaFond” QTSC ləğv olunmayıb, Ədliyyə və keçmiş Vergilər Nazirliyində qeydiyyatı olan bir şirkətdir. Bununla yanaşı, şirkət gəlirindən hər ay dövlətə vergi ödəyir.

Məhkəmənin ədalətsiz qərarı…

Bütün cinayətləri görən “Teafond” İKM-in rəhbərliyi hüquq pozuntusunun qarşısını almaq və öz əmlakına sahib çıxmaq üçün yenidən məhkəməyə müraciət edir. AR İqtisad Məhkəməsi hakimlər S.Seyidova, A. Hüseynov və R. Ataşovadan ibarət tərkibdə işə baxaraq “Teafond” İKM-nin iddiasını təmin edir. İqtisad Məhkəməsinin 5-6 fevral 1998-ci il tarixli 24/11-30 saylı qətnaməsi və xüsusi qərardadı ləğv edilərək “Teafond” QTSC-nın hüquqi statusunu bərpa edir. Bu qətnamədən sonra Bakı Şəhəri İHTİ və MHQİ TXİ-nə verdiyi 000588 saylı qeydiyyat vəsiqəsini ləğv etməli idi. Hakim S. Seyidova qeydiyyat vəsiqəsini ləğv etmək barədə idarənin rəisi Arif Qaraşova məktub göndərsə də qarşı tərəf əvvəlki qanunsuz əməllərini davam etdirərək hər şeyi qulaq ardına vurub. İqtisadi Məhkəməsinin qeyd edilən qətnaməsində göstərilir ki, 3 saylı dəyirman kompleksinin binası TXİ- nin deyil, “Teafond” QTSC-nin əmlakıdır. Beləliklə, TXİ- İH 8/1 saylı qərarı qəbul edərkən müstəqil hüquqi şəxs kimi “Teafond”-un hüququnu pozmuşdur. Baxmayaraq ki, TXİ 26 iyun 1996- cı il tarixli 01 saylı əqdlə 3 saylı dəyirman binasının “Teafond” İKM-yə məxsus olduğunu yazıb və möhürlə təsdiq edib. Qeydiyyatı bərpa olunan “Teafond” QTSC-nın rəhbərliyi TXİ-nə verilmiş QYM seriyalı 000588 saylı qeydiyyat vəsiqəsinin ləğv olunması, “Teafond” QTSC-nin 3 saylı dəyirman kompleksinə hüququnun tanınması, həmin mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilməsinin Tİ X və MHQİ-nin üzərinə qoyulması və TXİ-nin 3 saylı dəyirman kompleksindən çıxarılması barədə qərar çıxarılması iddiası ilə 1 saylı İqtisad Məhkəməsinə müraciət edir. Hakim Ülvi Mayilovun sədirliyi ilə keçən prosesdə qeyri-adi hadisə baş verir. Yerli məhkəmə 18 noyabr 2002-ci ildə çıxartdığı 1833/5-346 saylı qətnaməsinə əsasən Azərbaycan məhkəmələrinin tarixində ilk dəfə Ali Məhkəmənin qərarını ləğv edir. Beləliklə də məhkəmənin sifarişlə hərəkət etməsi faktı ortaya çıxır.

Ülvi Mayilov məhkəmədə kobud qanun pozuntusuna yol vermiş və məhkəmədə öz həllini tapmış Ali Məhkəmənin qərarı ilə təsdiq olunmuş və Ədliyyə Nazirliyində 2055 saylı Şəhadətnamə verildiyi gündən qüvvəyə minməsinə baxmayaraq hakim cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qarşılıqlı iddianı rədd etmək əvəzinə, vəzifəli şəxslərin sifarişlərini yerinə yetirib. Belə ki, Prezident Administrasiyası humanitar məsələlər şöbəsinin sabiq müdiri Fatma Abdullazadə hakim Ü. Mayilova zəng edərək ona təzyiq göstərib. Nəticədə Ü.Mayilov belə əcaib qətnamə çıxartmaq məcburiyyətində qalır. Onun çıxartdığı qətnamədə göstərilən bir sıra faktlar əslində iş materiallarında yoxdur.

Tarixi saxtakarlıq…

Qətnamədə qeyd edilir ki, həmin binanın dəyərini ödəmək üçün Az TXİ-nin müraciətinə əsasən keçmiş SSRİ TXİ tərəfindən vəsait ayrılmış, həmin vəsait Azərbaycan Teatr Xadimləri İttifaqının hesabına köçürmüş sonradan TXİ-nin hesabından guya “Teafond” İB hesabına köçürülmüşdür. Halbuki iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazir ki, TXİ-nin sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə “Teafond” İstehsalat Birliyinin hesabına köçürülmüşdür. Halbuki, iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazır ki, TXİ sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə “TeaFond” İB-nin hesabındakı həmin vəsaitdən 372.880 manat 12 dekabr 1990-cı il tarixli 60 saylı ödəniş tapşırığı ilə “Teafond” İB hesabından Taxıl Məhsulları Nazirliyinin hesabına ödənilib. Vəsait SSRİ TXİ tərəfindən deyil, keçmiş Oktyabr rayon bankından istehsalatı genişləndirmə fondundan köçürülüb. Hakim isə bir-birinə zidd qərar çıxarıb. Bundan başqa dəyirman binasının yerləşdiyi torpaq sahəsi 1990-cı ilin iyulunda 90/262 saylı aktla TXİ-yə təhvil verilmişdir. 10 oktyabr 1990-cı il tarixdə Az TXİ –nin adına inşaat pasportu verilmişdir. Amma hakim onu nəzərə almır ki, 90/262 saylı akt TXİ –yə 3 saylı dəyirman binasında Mədəniyyət Ticarət Mərkəzi yaratmaq üçün “Tikinti Pasportu” verilib. Bakı şəhər Baş Memarlıq İdarəsi pay torpağı ayırmaqla məşğul olmur. Belə hüquqa zidd qərardan narazı qalan “Teafond”QTSC-nın rəhbərliyi bir daha məhkəməyə müraciət edir. İqtisad Məhkəməsi iddiaya baxaraq 25 fevral 2003-cü ildə 758 A / II -220 saylı qətnamə qəbul edib. Hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət məhkəmə tərkibi bu dəfə də ciddi qanunsuzluqlara yol verib. İlk növbədə hakimlər əvvəlki prosesdə Ülvi Mayilovun buraxdığı səhvlərin iş materiallarında olub olmadığını araşdırmayıblar. İkincisi, prosesdə iştirak edən hakimlər “Teafond” QTSC ilə TXİ arasında davam edən əvvəlki məhkəmə baxışlarında da iştirak ediblər. Sədr E. Nağıyeva TXİ ilə “Teafond” İKM arasında baş verən 02 aprel 1998- ci il tarixli məhkəmə prosesində, Baş Prokurorluğun protestindən 29.09.1998-ci il tarixli İqtisad Məhkəməsinin Rəyasət Heyətində hakim R. Ataşova TXİ ilə “Teafond” QTSC arasında baş verən 07.03.2002-ci il tarixli məhkəmə prosesində, eləcə də A Hüseynov həmin prosesdə hakim kimi iştirak ediblər. Müasir Azərbaycan qanunvericiliyinə görə bir prosesdə iştirak edən hakimin aidiyyatı iş üzrə başa çatmış məsələyə yenidən baxmaq hüququ yoxdur. Buna baxmayaraq hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət tərkib prosesdə iştirak edərək “Teafond” QTSC-nin apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı yerli İqtisad Məhkəməsinin 1833/5-346 saylı 18 noyabr 2002- ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarıblar. Göründüyü kimi hal-hazırda Ali məhkəmənin qüvvədə olan bir-birinə zidd iki qərarı var. Birinci qərarda hakimlər S. Seyidova, A. Hüseynov və Rəbiyyət Ataşova. Ziddiyyətdə olan qətnamədə hakimlər E. Nağıyeva, A. Hüseynov və R. Ataşova. Belə qətnamələr heç bir ölkədə yoxdur.

Şamil Ağayev pozulmuş hüquqlarına görə məhkəmələrdə davasını davam etdirir

“Teafond” QTSC-nin direktoru Şamil Ağayevin dediyinə görə, Teatr Xadimləri İttifaqının sədri A.Nemətovun yol verdiyi qanun pozuntuları bununla bitmir: “Azərpaşa Nemətov mənim işdən çıxarılmağım haqda saxta sərəncam verib. 25 oktyabr 1994-cü il, 27 saylı sərəncamda göstərilir ki, guya mən öz ərizəmə əsasən işdən azad edilirəm. Əslində mən heç bir ərizə yazmamışam və indiyə qədər TXİ üzvü olaraq qalıram. A. Nemətov qanunsuz olaraq sədri olduğu təşkilatda işləməyən qohumları Arif, Sevil, Nərminə Nemətlovların təyyarə ilə gediş haqqını TXİ-nin hesabına ödəyib. Bu cinayətlərə hüquq mühafizə orqanları biganə qalmamalı və layiqli qiymət verməlidir. Çünki A. Nemətov mənim işdən çıxarılmağım barədə saxta sərəncam verməklə AR Əmək Məcəlləsini pozub. A. Nemətov həmçinin TXİ ilə “Natavan” firma mağazası arasında bağlanmış 28. 08. 1997- ci il tarixli müqavilənin şərtlərini pozduğuna görə ARCM – nin 172 və 194 –cü maddələri ilə onun özünə qarşı cinayət işi qaldırılmışdır. Bundan başqa, A. Nemətov Ali İqtisad Məhkəməsinə yazır ki, guya “Teafond” İKM-nin QTSC çevrilməsi barədə iclasda tamam başqa qərarlar qəbul edilib. QTSC-nın dövlət qeydiyyatından keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət məqsədi ilə iclas isə ümumiyyətlə olmayıb. Lakin Səbail rayon Prokurorluğunun apardığı araşdırma A. Nemətovun yalanını üzə çıxarıb”.

(Ardı var)
“Hürriyyət”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (Azərbaycan və ingilis dillərində) sənədli filminin çəkilməsi” adlı layihənin təqdimatı keçirilib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə Dövlət Himini səsləndirilib və şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Pərviz Həmzəyev Xurşidbanu Natəvan irsinin öyrənilməsi və mənimsənilməsinin vacibliyindən danışıb və belə filmlərin çəkilməsinin əhəmiyyətini vurğulayıb.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Etibar Məmmədov qeyd edib ki, layihə çərçivəsində hazırlanan “Xan qızı” sənədli filmi Azərbaycanın ədalətli, haqlı, tarixə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyaya səmərəli və başa düşülən şəkildə çatdıracaq.

Sonra “Xan qızı” filminə baxış keçirilib.

Milli Məclisin deputatı, Xurşidbanu Natəvanın kötücəsi Aqiyə Naxçıvanlı vurğulayıb ki, Xurşidbanu Natəvanın irsini qorumaq, araşdırmaq və gələcək nəsillərə çatdırmaq milli-mənəvi dəyərlərimizin zənginləşdirilməsi baxımından həyati vacib əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsi nəticəsində işğal altında olan tarixi torpaqlarımızı, o cümlədən mədəniyyətin beşiyi olan Şuşanı işğaldan azad etməsini tarixi hadisə adlandıran deputat bildirib ki, bu eyni zamanda Natəvan irsinin düşmənin əsarətindən xilas olunması deməkdir. Nənəsi Xurşidbanu Natəvan haqqında bir sıra faktları açıqlayan Aqiyə Naxçıvanlı əminliklə bildirib ki, Azərbaycanın mənəvi dəyərlərini təbliğ edən belə filmlər bundan sonra da çəkilərək geniş ictimaiyyətə təqdim olunacaq və gəncliyimizin vətənpərvərlik ruhunda maariflənməsində əhəmiyyətli yer tutacaq.

Xan qızı Natəvan mükafatının laureatı, Xurşidbanu Natəvanın yadıcası Fəridə Hicranın sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında əvəzsiz rol oynamış Azərbaycan əsgərini irəli aparan həm də Natəvanın yaratdığı irs, mənəvi dəyərlər olub. Onun sözlərinə görə, bu dəyərlərin üzərində böyüyən yeni nəsillər artıq heç vaxt Azərbaycan torpaqlarının yadlar tərəfindən işğal olunmasına imkan verməyəcək.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova bildirib ki, vətənpərvərliyi, milli-mənəvi dəyərləri, xeyriyyəçilik ənənələrini təbliğ edən belə layihələr davam etdiriləcək. O həmçinin deyib ki, “Xan qızı” sənədli filminin ingilis dilində olan versiyası üzərində iş artıq yekunlaşmaq üzərindədir və ən yaxın vaxtlarda işıq üzü görəcək.
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş deputat 7 vətəndaşı mənzilindən çıxarır - TƏFƏRRÜAT


Tikinti şirkəti "Pilot-16” MMC 7 vətəndaşı məhkəməyə verib.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət məhkəmədən həmin şəxslərin mənzillərindən çıxarılmasını xahiş edir. İş hazırda apellyasiya mərhələsindədir.

"Pilot-6” MMC 18 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynli Məhyəddin Qafar oğludur.

Bir neçə ay əvvəl "Pilot-16” MMC Azərbaycanda yaşayan və həkim kimi fəaliyyət göstərən Norveç vətəndaşı Parvaresh Assadollah Hossein oğlunun Bakıdakı obyektinı dağıtmaqla gündəmə gəlib. Parvaresh Assadollahın Nəsimi rayonunda yerləşən mülkiyyətinin ümumi sahəsi 370 kvadrat metr olub. O, həmin ünvanda Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında "Dental House” klinikasını işlədib.

2021-ci ildə "Pilot-16” şirkətinin nümayəndələri qeyd edilən ünvana gedərək ona obyektin söküləcəyini deyiblər. Bu danışıqlarda Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edib.

Parvaresh Assadollahın mediada dərc edilən müraciətində qeyd edilir ki, şirkətdən və İcra Hakimiyyətindən ona ərazinin söküləcəyini və yerində bina tikiləcəyi deyilsə də, kompensasiya barədə razılaşma olmayıb: "14 may 2021-ci il tarixdə, saat 19:00 radələrində 10-dan çox polis əməkdaşı və 20-yə yaxın fəhlə obyektimə gələrək qanunsuz şəkildə mülkiyyətimə daxil oldular. Fəhlələr obyektimin divarını, şüşələrini sökməyə başladılar. Mən etiraz etdikdə polisə aparıldım. Bir neçə saat sonra sərbəst buraxılanda mülkiyyətim yerlə-yeksan edilmişdi. Gördüm ki, "Pilot-16”nın rəhbərliyi öz əməllərinin ifşa olunmaması üçün tikilidə yerləşən bütün kameraları sındırıb, otağımdakı DVR video qeydiyyat yaddaş cihazının kabellərini kəsərək oğurlayıb. Mənə məxsus avadanlıqlar, implant diş üçün lazım olan bahalı materiallar yararsız hala salınıb”.

Onun sözlərinə görə, obyektdən həmçinin 50000 ABŞ dolları məbləğində pul oğurlanıb.

Mediada gedən məlumatlara görə, "Pilot-16” MMC-nin əsl sahibi keçmiş deputat Əsabil Qasımovdur. Bu məlumat keçmiş deputat tərəfindən təkzib olunmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın Qarabağa `AMAZON` HƏMLƏSİ... - İLGİNC


96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən 2020-ci ildə deputat seçilən Anar Məmmədovun şəxsən rəhbərlik etdiyi “Amazon” şikəti Qarabağdakı tenderlərə özünü soxuşdura bilib. Sözügedən şirkət ayrı-ayrı şəxslərdən texnika alaraq işlədib, dövlətdən pulunu mənimsəyib, iş bitdikdən sonra isə texnika sahiblərinə qırıq-salxaq texnikaları təhvil verib, qarşılığında isə heç bir ödəniş etməyib.

Tribuna.Az xəbər verir ki, deputat kimi öz səlahiyyətlərindən xəbəri olmayan bu şəxs qaynatası ilə birgə fırıldaqla məşğuldur. Surətlə tikinti maqnatına çevrilməkdə olan millət vəkili bu işi həm də fırıldaq yolu ilə görür. Qarabağda görülməli olan müəyyən işlər üçün dövlət büdcəsindən küllü miqdarda pul mənimsəyən A.Məmmədov işləri ayrı-ayrı şəxslərin texnikası hesabına həyata keçirir.

Məlumata görə, görülməli olan işlərlə əlaqədar bir şəxsə kran sifariş verib və bunun üçün rəsmi müqavilə bağlanıb, aylıq icarə də müəyyən edilib. 4 ay sonra isə A.Məmmədovun adamları artıq istifadə etmədikləri kranı aldıqları şəxsin həyətinə ataraq, aradan çıxıblar. Rəsmi müqavilə bağlansa da, kran sahibinə heç bir ödəniş ediməyib.

Biznes fəaliyyəti ilə məşğul olan millət vəkilinə bu işlərdə qaynatası da köməklik edir. Gənc bir millət vəkilinin bu cür özbaşınalığı birbaşa YAP-dakı islahatları puç edir, yeni, xüsusilə də gənc kadrlara olan inamı sıfıra endirir.

Tribuna.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çinarlıda ağacın dibinə tökməyə bir qurtum su da tapılmır... - Kəndli dərdini KİMƏ DESİN?


Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakinləri yenə də susuzluqdan əziyyət çəkirlər.

DİA.AZ bildirir ki, Yenicag.az-a daxil olan şikayətə görə, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bütün əkin sahələrinə su verilməməsi ilə bağlı etiraz edirlər.

Şikayətçilərin sözlərinə görə, əvəllər yonca əkilən 152 hektar ərazidə hazırda taxıl əkilib. Sadəcə 2,3, 4 və 5 hektar olan ərazilərin sulanması üçün şərait yaradılsa da, digər ərazilərə su verilmir. Su tələb edən fermerləri isə danışığa çağırırlar. Baxmayaraq ki, ərazi üçün tələb olunan sığorta və ödənişlər rəsmi şəkildə yerinə yetirilib. Ərazilərə su verilmədiyinə görə sahələr susuzluqdan yanır.

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini Məhəmməd Zeynalzadə saytımıza şikayətində bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Çinarlı qəsəbəsindəki müdiri yaranan vəziyyətə laqeyd yanaşmaqla fermerləri incidir:

“Şikayətimiz su problemi ilə bağlıdır. Biz 152 hektar ərazidə taxıl əkmişik. Taxılı oktyabrın 12-də səpmişik. Bu günə qədər idarədən su ala bilmirik. Bizdən başqa, hər kəs öz ərazisini sulaya bilir. Bu yaxınlarda Su İdarəsinin müdirinin qəbulunda olduq. Bizə dedilər ki, hesab nömrəsi açılacaq. Lakin ortada nə hesab nömrəsi, nə də su var. Müdirin müsahibi bizə deyir ki, yağış yağsa sizə su verəcəyik, yağmasa verməyəcəyik. 20 nəfərə yaxın adam şikayətə getmişdik. Kəndimizdə bizdən başqa hər kəs öz əkin ərazini sulaya bilir. Təkcə bizə su verilmir. Həmin Su İdarəsinin ucbatından 42 hektar yoncamızı şumlamışıq. Fikirlərini və məqsədlərini anlaya bilmirik. Bir aydır ki, toxum səpmişik, amma bizə su verilmir. Su idarəsi bizə heç bir səbəb də demir. Ölkə başçısı hər çıxışında bildirir ki, kənd təsərrüfatına, xüsusilə də taxıl əkininə qayğı göstərin. Halbuki müvafiq qurum ölkə başçısının bu çıxışlarını vecinə almır”.

Mövzu ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Çinarlı qəsəbəsi üzrə su idarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.

Xatırladaq ki, Çinarlı sakinlərinin şikayətləri bir neçə ay bundan öncə Yenicag.az-da işıqlandırılmış, daha sonra problem həll edilmişdi. Məsələ tərəfimizdən ictimailəşdirildikdən sonra Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İdarə müdiri Firdovsi Qafarovun şərikli SANATORİYA TİKDİRDİYİ DEYİLİR - ŞOK İDDİA


62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovun şərikli sanatoriya tikdirdiyi deyilir.

İdarə müdirinin şəriki “Sehirli Naftalan” sanatoriyasının rəhbəridir.

Onların eyni zamanda quda olduğu bildirilir.

Məlumata görə, “Sehirli Naftalan” sanatoriyasının yanında yeni inşa edilən sözügedən 3 mərtəbəli sanatoriyanın tikintisi zamanı 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin texnikalarından istifadə olunub.

Artıq istifadəyə verilən yeni sanatoriya kompleksinin qanunsuz olduğu iddia edilir. Belə ki, bu kompleksin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alındığı, lakin sanatoriya kimi fəaliyyət göstərdiyi bildirilir.

Digər maraqlı məqam isə fərdi ev kimi dövlət komitəsində qeydiyyata alınan obyektin tibbi vannaların qoyulması və naftalan nefti xətti ilə təchiz olunmasıdır.

Tibbi xidmət yönümlü sanatoriyaların naftalan nefti ilə təmin olunması Səhiyyə nazirliyinin verdiyi xüsusi lisenziya ilə mümkündür.

Bu cür lisenziyaların fərdi evlərə yox, yalnız tibbi xidmət göstərən, tələb olunan standartlara cavab verən müəssisələrə verilir.

Məsələ ilə bağlı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovdan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.Arqument.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu