[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ələt-Astara magistralında ölümlə nəticələnən qəza
Ələt-Astara magistralında baş verə qəzada ölən və yaralılar var

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ər arvadını bıçaqlayıb...
Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Rayon Prokurorluğundan Zamantv.az-a verilən məlumata görə, fevralın 17-i saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Orduda HƏBSLƏR davam edir: Daha bir polkovnik tutuldu - EKSKLÜZİV
Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub.

Ona, Cinayət Məcəlləsinin 313-cü (vəzifıə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində həyata keçirilən həbslərlə bağlı xəbər yaymışdıq.

Belə ki, nazirlikdə qeydə alınan maliyyə pozuntuları ilə bağlı Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda DƏHŞƏT: Bir ailənin beş üzvünün meyiti tapıldı - YENİLƏNİB
Qusarda dəm qazından zəhərlənənlər bir ailənin üzvüdür.

Zamantv.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində qeyd alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a fakt təsdiqlənib.

Bildirilib ki, hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

İlhamə Əbülfət

16:14

Qusar rayonunda bir evdən beş nəfərin meyiti tapılıb.

APA-nın şimal bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda arvadını qətlə yetirən şəxsə hökm oxundu
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramil Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zamantv.az- ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən R.Səfərov 14 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il oktyabrın 15-də saat 09:00 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adına şirkət qurulduğunu öyrənən kişinin intiharı ilə bağlı cinayət işi açıldı
Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 15 fevral 2022-ci il tarixində Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, ölümündən bir neçə gün öncə mərhum Zaur Sovqatov aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc oğlanı boynundan bıçaqladılar
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Vahabov Elşad Elnur oğlu tanışı ilə dava zamanı boyun və döş qəfəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nəcməddin Sadıkov qəzaya düşdü
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

Zamantv.az Bakupost.az-a istinadla bildirir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10 ünvanında baş verib.

Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N.Sadıkov öndəki “Toyota Prius” markalı maşını vurub. Həmin avtomobil də qarşısındakı digər maşına çırpılıb. General-polkovnikin maşını zirehli (bronirovannıy) olduğundan zədələnməyib, lakin “Toyota Prius” yararsız hala düşüb.
Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.

N.Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.

Şahidlərin bildirdiyinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.

Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o, ittihamlara reaksiya verməyib.
Nəcməddin Sadıkov qəzaya düşdü
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeniyetməyə qarşı əxlaqsızlıq edən BƏRAƏT aldı
Zamantv.az Bərdə rayon Məhkəməsinin 2022-ci il fevralın 10-dakı hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən rayon sakininə bəraət verilib.

Baş Prokurorluqdan bildirilib ki,hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq Gəncə Apellyasiya Məhkəməsinə protest verib.

Qeyd edək ki, iş üzrə bəraət alan şəxs Cinayət Məcəlləsinin 152.1-ci (onaltı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə təqsirli bilinir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəm qazından zəhərlənən rayon sakini Bakıya gətirildi
Sabirabadda dəm qazından zəhərlənmə qeydə alınıb.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, Sabirabad rayonunun Çığırğan kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Əslan Yusif oğlu vanna otağında dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Toksikoloji Mərkəzə yola salınıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO