[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda mənzildən qadın meyiti tapıldı
Bakıda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 82 yaşlı Mahmudova Qızbikə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 5 marşrutun hərəkəti dəyişdirilir
Sabah Bakıda bir neçə marşrut xəttinin hərəkəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Zamantv.az-a verilən xəbərə görə, fevralın 19-da saat 9:00-dan 21:00-dək Ə.Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu səbəbdən 7A, 7B, 67, 199 və 211 saylı marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobusların hərəkət sxemləri Ziya Bünyadov prospekti istiqamətində dəyişdirilərək Tbilisi prospekti və Alı Mustafayev (3-cü mkr bazarı) küçəsindən keçməklə təşkil ediləcək və daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
And içmişdi o qızı qaçırdacaq, amma başqasını... - MÜHARİBƏ VİDEOSUNUN İZİYLƏ
“Qızı mənə vermirlər. Bir evliliyin ki sonu düşmənçiliklə bitir, mən onu istəmirəm. Allah günahımdan keçsin, mən orada and içmişdim ki, qızı qaçırdacağam. Amma artıq qaçırmayacağımı qərara aldım. Çünki anası məni özünə düşmən bilir. Mənim düşmənim isə ancaq ermənidir. Başqa kiminləsə düşmən olmaq istəmirəm”.

Bu sözləri müharibə zaman sevdiyi qızın anasına səslənən hərbçi Ayaz Orucov deyib. Bunu deməsinə səbəb isə sevdiyi qızı ona verməmələri olub.
Vətən Müharibəsi zamanı sevdiyi qızın anasına video müraciət edən hərbçi “qızı mənə verməsən onu qaçırdacam” demişdi:

“Mən bir qız istəyirdim. Həmin qıza elçi göndərdim və onu mənə vermədilər. İndi o qızın anasına səslənirəm. 30 il Ermənistana vaxt verdik ki, torpaqları qaytarsın. Onlar da qaytarmadı, amma sonra rəşadətli ordumuz aldı torpaqları. İndi mən nə qədər ki, hərbi xidmətdəyəm fikirləş. Yoxsa, qızına Paşinyan Qarabağa binoklla baxdığı kimi baxacaqsan”.
Bu sözlərə də məhəl qoymayan qız anası yenə də inadından dönməyib və qızının A.Orucovla evlənməsinə izin verməyib.

Lent.az xəbər verir ki, həmin hərbçi başqa qızla evlənib. O, sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, indi başqa bir xanımı qaçırdıb:

“Həmin qızla alınmadı. Allah böyükdür, bəlkə də belə məsləhətmiş. Allah o insanı da xoşbəxt etsin, bizi də. İndi mən qız qaçırtmışam. Qaçırtdığım qızın anasına da deyirəm ki, Paşinyan Qarabağa binoklla baxdığı kimi qızınıza elə baxmayacaqsınız. Ürəyiniz istədiyi vaxt görə bilərsiniz. Bütün şəhid analarının əllərindən öpürəm. Allah sizləri bizə çox görməsin”.

Qeyd edək ki, A.Orucov müharibəyə könüllü olaraq gedib. Artıq onun qaçırtdığı qızla toy mərasimi də baş tutub.

Həmin toydan görüntüləri təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda fəhlələrin fəryadı: Kreslolarınızı başınıza yıxacağıq
İranın Xuzestan vilayətində poladəritmə zavodunun fəhlələri etiraz aksiyası keçiriblər.

“Azad İran” Telegram kanalının xəbərinə görə, çıxış edən narazı fəhlələrdən biri bu dünyada həm cənnət, həm də cəhənnəmin olduğunu, lakin hökumətin törətdikləri əməllərlə özləri üçün cəhənnəm hazırladıqlarını bildirib.

Onlar haqlarının bərpa olunmamasından, maaş azlığından və şirkət rəhbərliyinin onların dərdinə biganə yanaşmasından narazıdırlar.

Sonda etirazçı gənc bir gün mütləq idarəçi şəxslərin öz kreslolarından düşəcəklərini və o zaman heç nəyin onların xeyrinə olmayacağını qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyev bütün əhalinin təxliyəsinə hazırdı
“Döyüş əməliyyatları” Ukrayna paytaxtına qədər gəlib çatacağı halda, şəhər tam təxliyə edilməyə hazırdır.

Kiyev Şəhər Dövlət Administrasiyasının departament direktoru Roman Tkaçuk bildirib.

“Döyüş fəaliyyətləri olacağı halda təxliyə həyata keçiriləcək. Şəhərdə sadəcə kritik infrastruktur əməkdaşları və Ukrayna Silahlı Qüvvələri qalacaq”, - deyə o bildirib.

Mənbə: Gazeta.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda qazdan və sudan istifadə qaydaları dəyişib
Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 12 may 2011-ci il və “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 17 iyul 2014-cü il tarixli qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan bu qədər xərci NECƏ ÖDƏYƏCƏK? - GƏLİŞMƏ
Ermənistan tərəfi yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamaq niyyətində olduğunu açıqlayıb. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, hazırda Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görülür:

“Texniki işlərə başlanılıb. Ümid edirik, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”. Paşinyanın sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisinə başlamaq üçün tender elan edəcək: “Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”. Zamantv.az -ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycanla Ermənistan arasında dəmir yollarının tikintisi ilə bağlı əsas problem İrəvanın maliyyə çatışmazlığı ilə bağlıdır. Analitik vurğulayıb ki, Zəngəzur dəhlizinin işə düşməsi üçün təxminən 3 il zaman lazımdır:

“Dəhlizin inşası üçün 200 milyon dollara ehtiyac var. Hazırda prosesi dalana dirəyən əsas səbəb budur. Amma yaxın vaxtlarda problemin həll olunacağı şübhəsizdir. Hətta Ermənistan tərəfi investisiya ilə bağlı Azərbaycana müraciət edə bilər. Bu da gözləniləndir. Dəmiryolunun işə düşməsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ona görə İrəvan da bu layihənin gecikdirilməsini istəmir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov polkovnikə yeni VƏZİFƏ VERDİ - ƏMRVilayət Eyvazov polkovnikə yeni VƏZİFƏ VERDİ - ƏMR
Səbail Rayon Polis İdarəsində yeni təyinat olub. Zamantv.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Mərdan Məmmədov Səbail Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Putinin Qarabağ haqda bəyanatı xoşuma gəlmədi, amma..." - Köçəryan
"Putinin Qarabağla bağlı bəyanatı xoşuma gəlmədi, amma özünüzü onların yerinə qoyun: Ermənistanın özü reaksiya vermirsə, başqalarından tələb etməyə haqqımız varmı?" Zamantv.az moderator.az-a istinadla xəbər verir ki, bunu fevralın 17-də keçirdiyi mətbuat konfransında Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması ilə bağlı sözlərinə niyə reaksiya vermədiyi və bu bəyanatla razı olub-olmaması ilə bağlı sualına cavab verərkən söyləyib.

R.Köçəryan izah edib ki, Putinlə ünsiyyət saxlamaq imkanı olub, lakin belə ünsiyyətdən danışmaq vərdişi yoxdur.

“Və siz bilmirsiz ki, söhbət zamanı Qarabağ haqda fikir bildirmişəm, ya yox. Biz başqalarından bizim hakimiyyətdən daha çox ermənipərəst olmağı tələb etməməliyik”, - deyə Köçəryan bildirib.

Onun fikrincə, Rusiya prezidentinin belə bəyanat verməsinin səbəbi həm də müharibə zamanı və ondan sonrakı reallıqlardadır.

“Əgər ölkəmizin hakimiyyət orqanları Əliyevin məsələnin, nəhayət, həll olunduğu ilə bağlı bəyanatlarına cavab vermirsə, o zaman Ermənistandan Rusiyanın dediklərinə cavab gözləyirsiniz? Rusiya prezidenti Əliyevin, Türkiyənin xarici işlər naziri Ərdoğanın açıqlamalarını dinləyir və Ermənistandan heç bir reaksiya eşitmir. Siz istəyirsiniz ki, Rusiya prezidenti Ermənistanın baş nazirindən daha çox erməni olsun, Rusiya XİN rəhbəri Ermənistan XİN rəhbərindən daha çox erməni olsun?”, - deyə Xocalı qatili izah edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan ordusu rus qırıcıları ilə birgə hərbi təlimlər keçirib
Ermənistanda Rusiya hərbçiləri ilə birgə təlim təşkil edilib. Zamantv.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın Erebunidəki hərbi aviasiya bazasının pilotları və Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının hava hücumundan müdafiə hissələrinin zenit bölmələri birgə təlim tapşırıqlarını yerinə yetiriblər.

- Hava Hücumundan Müdafiə bölmələrinin hərbi qulluqçuları döyüş növbəsi ilə hava məkanının mühafizəsi üzrə tədbirlər hazırlayıblar. Növbətçi növbələrin təlim uçuşları 50-dən 6 min metr hündürlük aralığında identifikasiya sistemlərini söndürülməklə müxtəlif sürətlərdə həyata keçirilib, - məlumatda deyilir. .

Bildirilir ki, təlimlər zamanı hava məkanını pozanları imitasiya edən şərti hava hədəflərinin aşkarlanması və tutulması üzrə tədbirlər hazırlanıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO