[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda mənzildən qadın meyiti tapıldı
Bakıda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 82 yaşlı Mahmudova Qızbikə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kütləvi dava - qətlə yetirilən var
Bakıda qətl hadisəsi törədilib.

"Zamantv.az" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Təbriz küçəsində kütləvi dava zamanı 1993-cü il təvəllüdlü Alirzayev Fərid Adil oğlu ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.(report.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ev YANDI
Bakıda yanğın olub.

"Zamantv.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsxananı yanğından qoruyan "qanuni oğru"ya RƏDD CAVABI
Moskva Apellyasiya Məhkəməsi 55 yaşlı “qanuni oğru” Sumbat Abbasovun apellyasiya şikayətini təmin etməyib.

Zamantv.az Rusiya KİV-ə istinadla bildirir ki, Abbasov 2020-ci ilin sonunda Ukrayna sərhədini qeyri-qanuni keçməkdə günahkar bilinir.

Bundan başqa o, cinayətkar qruplaşma yaratmaqda ittiham olunur.
Kriminal aləmdə “Sumbat Tbilisiski” kimi tanınan “qanuni oğru” milliyətcə yezidi kürddür.

Qeyd edək ki, məlumata görə, o, cəza çəkdiyi həbsxananın yandırılmasının qarşısını alıb. Həbsxanada baş verən qanunsuzluqlara qarşı etiraz edən gənc dustaqlar yanğın törətmək istəsə də, onların qarşısına çıxan Abbasov buna imkan verməyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda kişi FACİƏLİ şəkildə öldü
İmişlidə kişi uçqunun altında qalaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, rayonun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 38 yaşlı Xələfov Maqsud İlham oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində M.Xələfovun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qusarda və Sumqayıtda baş verən faciədə ölənlər QOHUM İMİŞ - ŞOK
Bu gün Qusarda baş verən ailə faciəsi ilə bağlı xəbər vermişdik.

Zamantv.az-ın məlumatına görə, Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının meyitləri aşkar edilib. Onların dəm qazından boğulduğu bildirilir.

Həmin hadisədən bir saat sonra Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Belə ki, "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 34 yaşlı Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 23 yaşlı Ələkbərova Fidan Mövsüm qızı və onların bir yaşlı övladları Həmzə hadisə yerində ölüblər.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hər iki ailə faciəsi bir-biri ilə əlaqəli olub. Belə ki, yol qəzasında həyatını itirən Fidan Ələkbərovanın Qusarda dəm qazından boğularaq ölən Əminənin bacısı olduğu bildirilir. Fidan ailəsi ilə birlikdə Qusara bacısının yasına gedirmiş
Qusarda və Sumqayıtda baş verən faciədə ölənlər QOHUM İMİŞ - ŞOK
Qusarda və Sumqayıtda baş verən faciədə ölənlər QOHUM İMİŞ - ŞOK
Qusarda və Sumqayıtda baş verən faciədə ölənlər QOHUM İMİŞ - ŞOK
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qonşusunun ayağına 3 bıçaq zərbəsi vurdu -YENİLƏNİB
Göygöldə qonşusunu bıçaqlayan şəxsin kimliyi məlum olub. Lent.az-ın APA-ya istinadla məlumatına görə, təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü Muradov Xəyyam Alagöz oğludur. Onun saxlanılması istiqamətində axtarışlar davam edir.
Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Mübariz Yusibov ayaq budunun yuxarı iç səhtin 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə M.Yusibov qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə narkokuryer saxlanıldı
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Zamantv.az-ın xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Anar Qarayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Bakı şəhəri ərazisində gizlədilən narkotik vasitəni 300 manat qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman avtomobildən çəkisi 203 qram olan “heroin” aşkar olunaraq götürülüb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlandı - VİDEO
Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Binəqədi və Bakı şəhərinin müxtəlif rayonlarında avtomobil yollarında quraşdırılan su ötürücü avadanlıqların dəmir barmaqlıqları naməlum şəraitdə oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Təvəkkül Nuriyev və Seymur Əhmədov saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisindəki yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını oğurladıqları müəyyən edilib.
Saxlanılan zaman onlardan şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkar edilib.

Faktlarla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Təvəkkül Nuriyev və Seymur Əhmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlandı - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kütləvi dava: 2 ölü -FOTO
Bakının Nərimanov rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqla qətlə yetirilib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb. Əlirzayev Fərid Adil oğlu və Şahin Qurbanov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO