[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın axtarışa verdiyi dələduz bu ölkədə TUTULDU
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 1993-cü il yanvarın 22-dəki Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu təmin edib.

Baş Prokurorluqdan Zamantv.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində 2017-ci il noyabrın 17-də həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

N.Kərimov bu il yanvarın 13-də Ukraynada müəyyən edilərək saxlanılıb.

Fevralın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Orduda HƏBSLƏR davam edir: Daha bir polkovnik tutuldu - EKSKLÜZİV
Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub.

Ona, Cinayət Məcəlləsinin 313-cü (vəzifıə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində həyata keçirilən həbslərlə bağlı xəbər yaymışdıq.

Belə ki, nazirlikdə qeydə alınan maliyyə pozuntuları ilə bağlı Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan diasporu üzr istədi, qubernator 4 gün vaxt verdi, həbslər var - YENİLƏNİB
Yekaterinburqda ana və qızının döyülməsində iştirak edən Azərbaycan vətəndaşının kimliyi məlum olub. Həmin şəxs əslən Masallı rayonunun Sığdaş kəndindən olan Röyal Qasımovdur. O, Ural Dəmiryolları Texnikmunda təhsil alır..

R. Qasımov hazırda həbs edilib.
“Üzr istəyirik. Azərbaycanlıların mentalitetində qadınlara xüsusi münasibət var. Qadına hörmət etməyən azərbaycanlı, azərbaycanlı deyil. Bizi belə tərbiyə ediblər, bu, bizim mənəvi dəyərlərimizdi”.
Zamantv.az-ın məlumatına görə, bu sözləri Rusiya KİV-ə Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun lideri Şahin Şıxlınski bildirib.

Yekaterinburq şəhər Sortirovka rayonunda bir qrup gənc yerli sakinləri, ana və onun qızını döyüblər. Nəticədə hər ikisi ağır xəsarət alıb. Onlara hücum edənlərdən biri isə azərbaycanlı tələbə olub.

Şıxlınski bildirib ki, artıq həmin azərbaycanlı tələbənin dayısıyla söhbət aparıb. Həm özü, həm də dayısı həmin ailədən üzr istəyiblər “Eləcə də biz diaspora olaraq zərər çəkən ana və qızına hər cür mənəvi və maddi dəstəyi verməyə hazırıq”.

Diaspora lider onu da qeyd edib ki, vilayətdə yaşayan bütün azərbaycanlı gənclərlə profilaktik iş aparılacaq.

Bu arada vilayətin qubernatoru Yevgeni Kuyvaşev qadınlara hücum edənləri “bandit dəstəsi” adlandırıb. O, hökumət üzvlərinə tapşırıq verib ki, diaspora rəhbərləri ilə təcili görüşlər keçirsinlər. “Biz belə hallara qarşı sərt olacağıq. Dörd gün vaxt verirəm. Tədbir görün və mənə məlumat verin” deyə, o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda maşın aşdı: Kişi öldü, arvadı yaralandı
Tovuzda yol-nəqliyyat hadisəsi bar verib.

Zamantv.az -ın məlumatına görə, “Nissan” markalı avtomobil idarəetməni itirərək, hasara çırpılıb və aşıb.

Baş verən qəza zamanı sürücü Mahir Nağıyev dünyasını dəyişib, onun həyat yoldaşı olan Gülnarə Nağıyeva isə xəstəxanaya yerləşdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda DƏHŞƏT: Bir ailənin beş üzvünün meyiti tapıldı - YENİLƏNİB
Qusarda dəm qazından zəhərlənənlər bir ailənin üzvüdür.

Zamantv.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində qeyd alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a fakt təsdiqlənib.

Bildirilib ki, hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

İlhamə Əbülfət

16:14

Qusar rayonunda bir evdən beş nəfərin meyiti tapılıb.

APA-nın şimal bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DANX rəisi nazirdən xəbərdarlıq alması ilə bağlı iddialara CAVAB VERDİ
“Nazir tərəfindən bu hadisə ilə bağlı xəbərdarlıq almağıma dair yayılan məlumatlar doğru deyil”.

Zamantv.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq almasına dair yayılan iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mənə xəbərdarlıq olunmayıb, şöbə müdiri də işdən ayrılmayıb:

“Hətta şöbə müdiri bundan 10 gün öncə məzuniyyətə çıxıb. Məsələ ilə bağlı əlbəttə ki, rəhbərlik tərəfindən mənə suallar verilib. Sualları da cavablandırmışıq. Operativ şəkildə bütün məlumatlar toplanıb və rəhbərliyə çatdırılıb. Bu dəqiqəyə kimi dediyiniz xəbərdarlıqla bağlı heç nə baş verməyib. Bu məlumatların mətbuatda necə yayıldığını bilmirəm. Həqiqətən də mənə xəbərdarlıq edilməyib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DİN-dən xəbərdarlıq: “Yüksək səslə sərnişinləri çağıranlara qarşı tədbirlər görüləcək”
“Yüksək səslə sərnişinləri çağıranlara qarşı tədbirlər görüləcək”.

Zamantv.az : - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev deyib.

O bildirib ki, paytaxt ərazisində sərnişinlərin, piyadaların, həmçinin avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir:

“Növbəti bu kimi tədbir Binəqədi rayonu ərazisi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında baş tutub. Rayonlararası sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Sözügedən ərazidə 24 saat polis əməkdaşları xidmət göstərir”.

“Yalnız Binəqədi rayon ərazisi deyil, paytaxtın digər ərazilərində də sərnişindaşıma ilə məşğul olan sürücülər bu cür neqativ hallara yol verməməli, yolun hərəkət hissəsində avtomobillərini park etməməlidirlər. Yüksək səslə sərnişinləri çağırmaqla digər şəxslərə mane törədirlər. Bu cür neqativ halların qarşısını almaq üçün tərəfimizdən lazımi tədbirlər görüləcək”, - o bildirib.

Qeyd edək ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan avtomobillər üçün xüsusi yerlər ayrılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarixi minarənin bərpası ətrafında milyonluq qalmaqal: Məsuliyyət kimin üzərindədir? - AÇIQLAMA
Şəki şəhərində yerləşən Gileyli məscidinin minarəsində həyata keçirilmiş bərpa işlərində uyğunsuzluqları araşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Komissiya yaradılıb.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Hesablama Palatasının hesabatında qeyd edilən məsələyə münasibət bildirilərkən deyib.

Bildirilib ki, yaradılan Komissiyanın üzvləri həmin obyektə baxış keçirilməsi məqsədilə Şəki şəhərlərinə ezam olunublar.

Müvafiq işləri yerinə yetirən podratçı təşkilata çatışmazlıqlar barədə bildirilmiş və podratçı təşkilat xoş məram nümayiş etdirərək qeyd olunan nöqsanların aradan qaldırılacağını bildirib.

Auditin bərpa və abadlıq işlərindən çox müddət keçdikdən sonra aparılması hər iki obyektdəki uyğunsuzluqlarla bağlı intizam və digər inzibati tədbirlərin görülməsini istisna edib.

Qeyd olunur ki, Şəki şəhərində yerləşən Gileyli məscidinin minarəsi “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun nəzarətindədir və qeyd olunan Qoruq 2018-ci ilin 7 iyun tarixindən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurum kimi fəaliyyətini davam etdirir.

Dövlət Xidmətində 2014-2020-ci illər ərzində yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılmasının gündəmdə olduğu bildirilir.

Xatırladaq ki, Hesablama Palatasının auditinin nəticələrinə əsasən, Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş 1 099 707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işlərində çatışmazlıqlar müəyyən edilib. Belə ki, minarənin pilləkəninin bərpası üzrə taxtadan əltutan və üzlük lövhələrin hazırlanması, bərk cinsli pəncərə bloklarının qoyulması, taxta döşəmənin bərpası və plintusların vurulması, taxta balyansinlərin qurulması, II dərəcəli oyma işlərinin görülməsi və həmin hissələrin laklanması üzrə müqavilədə cəmi 12 827,1 manat, minarənin ətrafında 25 kvadratmetr sahədə yaşıllıq işləri üzrə cəmi 6 008 manat, ümumilikdə 18 835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.

Audit Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 22 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014 - 2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubada silah-sursat aşkarlanıb
Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun bildirdiyinə görə Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə, şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

XƏBƏR LENTİ

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək