[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kafedən yıxılaraq ölənin kimliyi məlum oldu -YENİLƏNİB
Xaçmazda kafenin ikinci mərtəbəsindən yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, dünyasını dəyişən şəxs Xaçmazın Köhnə Xaçmaz kənd sakini Əliyev Səhmana Habil oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Məkan" adlı kafesində qeydə alınıb. Orta yaşlı kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üç uşaq anasından DƏHŞƏTLİ əməl: Özünü binadan atdı
Bakıda intihar hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış binasında baş verib.

3 uşaq anası olan qadın özünü 12-ci mərtəbədən ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib
Qadının hansı səbəbdən özünü öldürdüyü hələ ki məlum deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
82 yaşlı qadın yuxuda qarət edildi
Göygöl rayonunda 82 yaşlı qadın qarət edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girmiş naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Tərtər işi" üzrə 300-ə yaxın zərərçəkən dindirilib - RƏSMİ
"Tərtər işi"ndə zərərçəkənlərin sayı artıb.

Zamantv.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, indiyə kimi "Tərtər işi" ilə bağlı 296 nəfər dindirilib. Onlardan 178 nəfərin işgəncələrə məruz qalması müəyyən edilib.
Hazırda bu iş üzrə istintaq işləri davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumata əsasən, bu iş üzrə aparılan cinayət işinin istintaqı zamanı 281 zərərçəkən olduğu bildirilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda məktəbli öldü - SƏBƏB
Mingəçevirdə 7-ci sinif şagirdi vəfat edib.

Zamantv.az xəbər verir ki, İbadova Şövkət Ceyhun qızının başında olan şiş səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, azyaşlı Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində təhsil alırdı.
Azərbaycanda məktəbli öldü - SƏBƏB
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qadın qohumunun evindən külli miqdarda qızıl oğurladı
Fevralın 8-dən 12-dək olan müddətdə Mingəçevir şəhərindəki evlərin birindən 20.min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv .az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılıb.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rayon sakinlərindən 5 kilodan çox heroin tapıldı
Ağcabədi sakinlərindən külli miqdarda narkotik aşkarlanıb.
Zamantv.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar N.Hüseynov, T.Nuriyev və S.Vahidov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 60 qram heroin aşkar edilərək götürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda 82 yaşlı kişi özünü öldürdü
Gəncədə intihar hadisəsi baş verib.

Zamantv.az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 82 yaşlı Qəzənfər Musayev özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Saxta diplom satan alim həbsdə öldü - BAKIDA
Bakıda həbsxanada daha bir məhkum ölüb.

Zamantv.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən məhkum Mehralı Yusifov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, M. Yusifov alimlik dərəcəsi almış təhsil işçisi olub. O, 2019-2020-ci illərdə saxta diplomların satılması faktı ilə əlaqədar həbs edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə mağaza qəsdən yandırılıb
Kürdəmirdə vətəndaşa məxsus mağaza yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbxana kəndində qeydə alınıb.

Yanğın kənd sakini İsmayılov Kənan Zöhrab oğluna məxsus mağazada baş verib, qısa müddətdə alov dalğası bütöv mağazanı əhatə edib. Nəticədə mağazadakı satış malları yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Mağaza sahibinin sözlərinə görə, obyekt qəsdən yandırılıb və ona ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə mağaza qəsdən yandırılıb
Kürdəmirdə mağaza qəsdən yandırılıb
Kürdəmirdə mağaza qəsdən yandırılıb

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO