[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda çörəyin içindən ELEKTROD çıxdı - VİDEO
Azərbaycanda çörəyin içindən elektrod çıxıb.

Zamantv.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Xırdalanda yaşayan İsrafil Cəbrayılovun aldığı çörəyin içindən qaynaq işlərində istifadə olunan elektrod çıxıb.

Çörəyi istehsal edən sex müdiri Elçin adlı şəxs isə məsələ ilə bağlı araşdırmalara başladıqlarını və bunun qəsdən edildiyini bildirib.
Daha ətraflı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.

Zamantv.az APA-ya istinadən verdiyi xəbərə görə, o, bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.

Türkiyəli nazir Ceyhun Bayramovu COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə planlaşdırılan Azərbaycan səfərini təxirə salmaq məcburiyyətində qaldığına dair məlumatlandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Uşaqları çubuqla döyən direktorun səsyazısı yayıldı: - "Kökünüzü kürüyərəm"
Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döydüyünu əks etdirən kadrların ardınca kobud rəftarı ilə bağlı səsyazısı yayılıb.

Zamantv.az-ın məlumatına görə, Cebhe.info-ya daxil olan səsyazısında direktor ətrafdakı insanlara "Rədd edərəm hamınızı, itirərəm. Sizin boyunuzu yerə soxum. Məsələ qaldıraram, kökünüzü kürüyərəm burdan",- deyir.

Səsin məktəbdə qeydə alındığı deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazovdan yeni TƏYİNAT - ƏMR
Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Zamantv.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Ələddin Musayev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oqtay Şirəliyev bu xəstəxananı öz adına keçirdi - FOTO
Respublika Diaqnostika Mərkəzinin yeni qanuni təmsilçisinin adı müəyyənləşib. Zamantv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nizamnamə kapitalı 2 milyon 415 min 646 manat olan Respublika Diaqnostika Mərkəzi qanuni təmsilçisi sabiq Səhiyyə naziri Şirəliyev Oqtay Kazım oğlu olub.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzinin saytında hələ də baş direktor Rəşid Vəzirov göstərilir.

Xatırladaq ki, "Qaynarinfo" bir müəddət əvvəl Oqtay Şirəliyevin Respublika Diaqnostika Mərkəzinin baş direktoru təyin olunması ilə bağlı məlumat yaymışdı.

Oqtay Şirəliyev 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilə qədər isə Səhiyyə naziri vəzifəsini tutub.
Oqtay Şirəliyev bu xəstəxananı öz adına keçirdi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyərti satana 140 manat cəriməni KİM YAZIB? - AQTA yaxsını KƏNARA ÇƏKDİ
“Milli Məclisin ötən gün keçirilən iclasında millət vəkili Tahir Kərimlinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər tərəfimizdən araşdırılıb”. Zamantv.az xəbər verir ki, bunu AQTA-nın mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib. O deyib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil:

“Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bugünədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq.

Qeyd edək ki, AQTA özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, qida zənciri boyu qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir” – o deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Separatçıların “müstəqilliyinin” TANINMASI: - Rusiyaya daha bir xəbərdarlıq edildi
ABŞ dövlət katibi Entoni Blinken Rusiyada Ukraynanın Donbas bölgəsindəki separatçı rejimlərin tanınması çağırışlarına reaksiya verib. Zamantv.az yenicag.az-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiya tərəfindən Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki separatçı rejimlərin tanınmasının doğura biləcəyi nəticələrlə bağlı Moskvaya xəbərdarlıq edib.

Onun bu barədə fikirləri ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Blinken bildirib ki, Rusiyanın ata biləcəyi o addım Ukraynanın ərazi bütövlüyünə qəsd, eyni zamanda, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndiriləcək.

Dövlət katibinin sözlərinə görə, Rusiyanın qeyd olunan separatçı rejimləri tanıması Moskvanın dialoq istəyinin qeyri-səmimi olduğunu göstərəcək. Bu halda ABŞ öz müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı sürətli və qəti cavab vermək məcburiyyətində qalacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ziya Məmmədovun şirkətinin dövlətə borcu var - 681 min manat...
Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən, "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baghlan Group"a bağlı olan "Transqeyt" MMC-nin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb. Zamantv.az qaynarinfo-ya istinadla xəbər verir ki, qanuni təmsilçisi Bayramov Elsevər Məşkur oğlu olan MMC-nin bu günə olan vergi borcu 681 min 942 manat 35 qəpikdir.

Qeyd edək ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. MMC-nin nizamnamə kapitalı 9 milyon 586 min 400 manatdır.

Bu arada "Transqeyt" MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsinə görə məhkəməyə verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada məhkəmə Ermənistan vətəndaşının Azərbaycana deportasiyasına qərar verdi
Rusiyada inzibati qanun pozuntusu törədən Ermənistan vətəndaşının deportasiyasına qərar verilib.

Lakin müvafiq qərarı qəbul edən məhkəmə qərarda “kiçik” bir səhvə yol verib. Belə ki, sözügedən şəxs Azərbaycanda anadan olub. Məhkəmənin verdiyi deportasiya qərarında səhvən onun Azərbaycana deportasiyasına göstəriş verilib.

Məsələyə son anda Ermənistanın Baş Prokurorluğu qarışıb və Rusiya tərəfinə qərardakı yanlışılıq çatdırılıb. Bundan sonra sözügedən şəxsin Azərbaycana deportasiyası baş tutmayıb.

Mənbə: Sputnik Ermənistan
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UNESCO Ermənistanın başına “süni buynuz” əkir - TƏHLİL
Ermənistan UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı manipulyasiya edərək yenidən “buynuz” çıxarmağa çalışır.

Bu “buynuzu” süni yolla əkən addımlara keçməzdən öncə xatırladaq ki, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Görüşdə UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilib.

Ancaq UNESCO deyəsən erməni lobbisinin təsirinə düşərək hər yerdə “məhv edilmiş erməni mədəni irsi” axtarmağa çalışır. Bax, bu, Ermənistanın başında süni şəkildə “buynuz əkmək” cəhdidir.

UNESCO-nun sözçüsü Tomas Mallard “Armenpress”ə deyib ki, qurum Dağlıq Qarabağa müstəqil texniki missiya göndərmək üzərində işləyir.

İşlətdiyi “Dağlıq Qarabağ” ifadəsi böyük bir yanlışdır. Bu səhvi bəlkə də bağışlamaq olardı, düşünə bilərdik ki, cənab Mallard özünün lüğət leksikonunu Cənubi Qafqazdakı yeni reallığa uyğunlaşdıra bilməyib.

Ancaq səbəb nə olursa-olsun, dəxli yoxdur, UNESCO Mallardın timsalında Azərbaycanın haqlı hədəf tablosuna çıxır.

Birincisi, UNESCO-nun nümayəndəsi Dağlıq Qarabağ dedikdə nəyi nəzərdə tutur? Axı belə bir ərazi vahidi yoxdur. Onun dediyi Azərbaycanın suverenliyinə hörmətsizlik, erməni təbliğatına xidmətdən başqa bir şey deyil.

İkincisi, UNESCO nə vaxtdan siyasi bəyanatlar verməyə başlayıb? UNESCO özünü Fransa Xarici İşlər Nazirliyinin bir departamenti kimi aparır və həmin qurumun açıq-aydın erməni maraqlarına xidmət etdiyi görünür.

“Dağlıq Qarabağ” ifadəsini də keçdik. Mallardın dediklərində gizlənən digər mahiyyəti də əfv etmək adekvat davranış olmaz.

Azərbaycan belə bir missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb.

Ancaq UNESCO özü 2005-ci il üzrə hesabatında etiraf edib ki, Ermənistan bu səfərin qarşısına sədd çəkib. Belə əsaslandırma aparıb ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır və səfərin məhz Ermənistan tərəfindən qarşısı alınıb.

Qısası, UNESCO Azərbaycan torpaqlarının işğalda olduğu müddətdə Bakının müraciətlərini qulaqardına vurub, indi isə fevralın 4-də əldə edilmiş razılığı saxta erməni tarixinin xeyrinə yönəldən birtərəfli operativlik nümayiş etdirir.

Həmin müraciətlərə biganə qalan UNESCO indi, tez bir şəkildə ilk olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “tarixi erməni izləri”ni axtarmağa çalışır.

Cənab Mallard qeyd edir ki, mədəni irs mövzusu siyasi alətə çevrilməməlidir, amma belə qərəzli operativliklə mövzunu ermənilərin xeyrinə calamağa çalışır ki, bunun özü siyasi ədəbsizlikdir.

XATIRLATMA: 1949-cu il avqustun 12-də İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilib.

Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

Bunlar beynəlxalq humanitar hüququn əsas sənədləri sayılır ki, burada silahlı münaqişələrlə bağlı qayda və hüquqlar yer alıb.

Cenevrə konvensiyalarına 1977 və 2005-ci illərdə üç protokol əlavə edilib. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır ki, bunlar Cenevrə hüququ və Haaqa hüququdur.

Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir.

Haaqa hüququ isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır.

Ermənistan isə 1990-cı illərdə tüğyan edən müharibədə bütün bu qaydaları pozub, Azərbaycanın mədəni irslərinə qarşı vandallıq həyata keçirib, tarixi-dini abidələri məhv edib. Üstəgəl, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də mülki əhalini atəşə tutub.

Görəsən, UNESCO bunların özünə aid olan hissələrini bilirmi? Bilir, görür, amma Ermənistana qarşı çıxış etmək cürətinə sahib deyil. Ən azından indiki situasiyadakı davranışı belə deməyə əsas verir.

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT