[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabda qeyri-adi oğurluq hadisəsi-VİDEO
Zərdabda mağazalardan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunla.Az-a məlumat verilib.

Bildirilib ki, Zərdab rayonu ərazisində yerləşən ərzaq və mobil telefon satışı ilə məşğul olan mağazalardan müxtəlif vaxtlarda oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumatlar daxil olub.

Vətəndaşların müraciətləri əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Zərdab rayon sakini Əli Əkbərov saxlanılıb.

Ə.Əkbərovun mağazalardam 3 ədəd mobil telefon və 500 manata yaxın pul oğurladığı müəyyən edilib. Cinayəti əməllərini törədərkən istifadə etdiyi əşyalar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb və Ə.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda ərinə xəyanət edən qadın şantaj olundu
Bakı sakini 27 yaşlı M. A.nı Turan adlı şəxs şantaj edib.

Zamantv.az-ın məlumatına görə, Turan M. A.nın sosial şəbəkədə tanış olduğu Sahid Məmmədovla cinsi əlaqədə olmasını ərinə deyəcəyi ilə hədələyərək ondan pul istəyib. M. A . bundan sonra polisə müraciət edib.

Daxil olan müraciət əsasında polis əməkdaşları müvafiq tədbirlər görüb. Nəticədə S. Məmmədov saxlanılıb.
Bakıda ərinə xəyanət edən qadın şantaj olundu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deyirdilər Əvəzin başı kəsilib, əslində isə... - VİDEO
Dünən saat 16 radələrində tanınmış bloger, eyni zamanda sərbəst jurnalist işləyən Əvəz Hafizli Balaxanı qəsəbəsindəki yaşadığı evdə qətlə yetirilib. Onu qətlə yetirən şəxs isə öz doğma əmisi oğlu olub.

APA TV xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, Əmrulla Güləliyev əmisi oğlu, Əvəz Hafizli kimi tanınan Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Hadisə yerində olarkən qonşular bildirdilər ki, bəzi xəbər saytlarında yayılan informasiyalarda yanlış detallar var. Belə ki, mərhumun cinsi azlıq olduğuna görə öldürülməsi və cinsiyyət orqanının kəsilməsi xəbərləri həqiqət deyil.

Ərazidə yaşayanların fikrincə, Əvəz Hafizlinin LGBT üzvü olmasına görə öldürülməsi cəfəngiyyatdır. Çünki mərhumunun LGBT üzvü olması haqqında daha əvvəldən hər kəsin xəbəri vardı.

Qonşular deyir ki, hadisə baş verən vaxt Əvəz Hafizli evdə tək olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Mərhum bu gün saat 10 radələrində torpağa tapşırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arvadına 22 bıçaq vuraraq öldürən
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yadigar Cəfərova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Zamantv.az” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Cəfərovun həyatını xilas etmək mümkün olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlidə MÜNAQİŞƏ: güllələnən var
İmişli rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini X.İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxıstanda təyyarə yandı
Qazaxıstanda "An-2" təyyarəsi Aralsk şəhərindən on kilometr aralıda eniş edərkən yanıb.

"Zamantv.az" xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat verib.

Bildirilib ki, təcili yardım reysi həyata keçirən təyyarədə 2 ekipaj üzvü və 1 sərnişin olub. Ölən və ya xəsarət alan yoxdur.

Faktla bağlı araşdırmalara başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cinayətkar Baqramyan batalyonunun Qarabağdan biabırçı qaçışı - TARİX
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə yanaşı, erməni separatizminə ağır zərbə vurdu. Amma bu zərbə təkcə rəsmi İrəvanın Qarabağ erməniləri arasında körüklədiyi separatçılıq meyllərinə deyil, qonşu Gürcüstanda bu ideyanın tərəfdarı olan ermənilər üçün də “soyuq duş” rolunu oynadı.

1992-1993-cü il Gürcü-Abxaz Müharibəsi zamanı Abxaziyada yaşayan 75 minlik erməni icması vətəndaşı olduqları Gürcüstan dövlətinə qarşı silah çəkərək, hələ də həll olunmamış münaqişənin geniş miqyas almasında rol oynadıqdan sonra, Azərbaycan haqq savaşına da müdaxilə göstərməyə cəhd edib.

1993-sü il fevralın 9-da yaradılan Baqramyan batalyonu Gürcüstan Ordusu ilə döyüşlərdə, 200 mindən çox etnik gürcünün Abxaziyadan didərgin salınmasında aktiv iştirak edib. Vaqarşak Kosyanın başçılıq etdiyi 1-ci batalyonun ardınca, 1993-cü ilin yayında Qevorq Markaryanın başçılıq etdiyi sayca ikinci Baqramyan batalyonu da yaradılmışdı.
Suxumi şəhəri, Kodor dərəsinin işğal olunmasında hər iki batalyon aktiv iştirak edib, gürcü əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib. Bu “xidmətlərinə” görə batalyonun 20-dən çox döyüşçüsü qondarma “Abxaziya qəhrəmanı” adını alıb.

Ümumilikdə, batalyonun və separatçıların digər hərbi birləşmələrinin sıralarında 2 mindən çox etnik erməni Gürcüstana qarşı aktiv döyüşüb, onlardan 224-ü döyüşlər zamanı ölüb.

Batalyon 2008-ci ilin avqustunda “Beş günlük müharibə” sırasında da Kodor dərəsinin yuxarı hissəsini ələ keçirərək, Gürcüstana qarşı növbəti təcavüzə imza atmışdı.

Qeyd olunmalıdır ki, uzun illər rəsmi Tbilisinin qəzəbinə tuş gəlməmək üçün rəsmi İrəvan Abxaziya erməniləri ilə məsafə saxlasa da, sonradan tərəflər arasında dərin siyasi, maliyyə və hərbi bağların olduğu üzə çıxdı.

Bunun ən bariz nümunəsi 2013-cü il aprelin 9-da Ermənistan prezidenti seçilən Serj Sarkisyanın andiçmə mərasimində Baqramyan batalyonunun yaradıcıları, Abxaziya Erməniləri İttifaqının sədri Xaçik Minasyan və onun müavini Qalust Trapizonyanın iştirakı idi.

Gürcüstanın o zamanki prezidenti Mixail Saakaşvili “Rustavi 2” telekanalına açıqlamasında “bizim Xarici İşlər nazirliyi belə məsələlərə reaksiya verməlidir. Hakimiyyətim dövründə erməni həmkarımla dostluq münasibətlərim var, lakin bu kimi halları həmişə qeyd etmək lazımdı”- deyə baş verənlərdən narazılığını ifadə etmişdi.

Məhz Gürcüstanla müharibədə bir sıra faktorların təsiri ilə qazanılan təsadüfi uğurların eyforiyası altında Abxaziya erməniləri Ermənistan və Rusiyadakı bəzi siyasi dairələrin təklifi ilə Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşə də qoşulmaq qərarı verdi.

Lent.az cinayətkar Baqramyan batalyonunun İkinci Qarabağ müharibəsindəki kiçik iştirakı və rüsvayçı məğlubiyyəti barədə yazını təqdim edir.

2020-ci il noyabrın 6-da Azərbaycan Ordusu artıq Daşaltı kəndini azad edərək Qarabağın mərkəzi sayılan Şuşa uğrunda döyüşlərə başlamışdı. Döyüş meydanında ciddi məğlubiyyətə uğrayan düşmən qüvvələri informasiya cəbhəsində aktivləşməyə, psixoloji üstünlük qazanmağa cəhd etdilər.

Həmin gün milliyətcə abxaz olan Donbas separatçısı, Ukraynaya qarşı döyüşlərdə aktiv iştirak etdiyi üçün qondarma “Donetsk Xalq Respublikasının qəhrəmanı” adını almış Axra Avidzba “Facebook” hesabından etdiyi paylaşımda Baqramyan batalyonunun veteranlarının gənc döyüşçülərlə birlikdə Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşmək üçün yola düşdüyünü yazmışdı. Sözlərinin sübutu olaraq o, Soçi aeroportu önündə toplaşan 30-a yaxın şəxsin yer aldığı şəkil də paylaşmışdı. Onlar arasında Abxaziyadakı erməni icmasının rəhbəri, Baqramyan batalyonunun rəhbərlərindən biri olan Qalust Trapizonyanı da görmək mümkün idi.

“Abxaziya ermənilərindən ibarət könüllülərin ilk qrupu Qarabağa yola düşüb. Könüllülər Soçi aeroportunda İrəvana birbaşa reyslə yola düşüblər. Qrupun əsas hissəsini 1992-1993-cü illərdə Gürcü-Abxaz Müharibəsində Baqramyan batalyonunun sıralarında vuruşan veteranlar təşkil edir. Onlarla birlikdə Abxaziyanın erməni icmasının gəncləri də Qarabağa gedir”, – deyə Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olan hərbi jurnalist “WarGonzo” layihəsinin müəllifi, hərbi jurnalist Semyon Peqov yazmışdı.

Beləliklə, noyabrın 6-dan başlayaraq Abxaziya ermənilərinin “Baqramyan Batalyonu” adını verdikləri qanunsuz silahlı dəstə üzvləri Soçi-İrəvan reysi ilə Ermənistana, oradan isə Gorus-Xankəndi yolu ilə Qarabağa yerləşdirilməyə başlanıldı.

Onların Ermənistana və oradan Qarabağa göndərilməsini erməni mənşəli rusiyalı biznesmen, “Robson” ləqəbli kriminal avtoritet Ruben Tatulyan maliyyələşdirmişdi.

Noyabrın 7-də isə Qarabağ terrorçularının lideri Arayik Arutyunyan öz paylaşımı ilə Baqramyan batalyonunun Qarabağa gəlişini təsdiqləmiş oldu. Facebook səhifəsində paylaşım edən Arutyunyan Abxaziya ermənilərdən ibarət bir qrup “könüllü”nü Xankəndidə qəbul etdiyini və onların səhra düşərgələrində qısa təlim keçdikdən sonra tezliklə döyüşlərə qatılacağını anons etmişdi.

Ermənistanın kapitulyasiya aktı imzalamasından 3 gün öncə paylaşılan bu xəbərdən sonra Baqramyan batalyonunun Qarabağdakı fəaliyyəti barədə heç bir rəsmi açıqlamaya rast gəlinmir.

Abxaziya ermənilərinin cəbhənin hansı istiqamətində döyüşə cəlb olunması, say tərkibi, itkiləri barədə heç bir məlumat yayılmadı.

Sosial şəbəkələrdə yayılan azsaylı şəkillərdən Baqramyan batalyonunun Qarabağa gətirilən üzvlərinin real sayının 100-ü keçmədiyini və onların ümumiyyətlə, döyüşlərə qatılmadığını söyləmək olar.

Bütün bu faktları nəzərə aldıqda Baqramyan batalyonunun Qarabağa gəlişinin psixoloji üstünlük effekti yaratmağa hesablanmış bir piar aksiya olduğunu və batalyonunun hərbi cinayətkarlardan ibarət üzvlərinin Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda döyüşlərə qatılmaqdan imtina edərək Qarabağdan biabırçı şəkildə qaçdığını söyləmək olar.
Cinayətkar Baqramyan batalyonunun Qarabağdan biabırçı qaçışı - TARİX
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda arvad ərini bıçaqladı
Bakıda kişini arvadı bıçaqlayıb.

Zamantv.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini 45 yaşlı Şəfiqə Babaşova aralarında yaranmış münaqişə zəminində əri 48 yaşlı Gəncalı Babaşovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan kişi xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ş. Babaşova saxlanılıb.
Hazırda araşdırma davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda narkotik istifadəçilərinin sayı AÇIQLANDI
Azərbaycandakı narkotik istifadəçilərinin sayı açıqlanıb.

Zamantv.az xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov müsahibəsində deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur:

“2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib”.
Onun sözlərinə görə, Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır:

“Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.

Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranla sərhəddə ATIŞMA: iki sərhədçimiz yaralandı - FOTO
Azərbaycan-İran sərhədində silahlı insident olub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Zamantv.az-a verilən məlumata görə, fevralın 21-də saat 1:05-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu “Mitsubishi “Pajero” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmiş 1 ədəd kisəni götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Onların Astara rayon sakinləri 44 yaşlı Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilib, saxlama zamanı əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan “BLOW-TR-14” markalı travmatik tapançadan bir neçə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər keçirilib, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlayıblar.

Hadisə yerindən götürülən kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilərək, Astara rayon polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilib və qarajında rəflərin arasında gizlədilən 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
İranla sərhəddə ATIŞMA: iki sərhədçimiz yaralandı - FOTO
İranla sərhəddə ATIŞMA: iki sərhədçimiz yaralandı - FOTO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO