[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı metrosunda FACİƏ: ölən var
Bakı metrosunda ölüm hadisəsi baş verib.

Zamantv.az-ın məlumatına görə, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Orada elektrik mexanik işləyən 63 yaşlı Məlikəli Nufəli oğlu Əliyev iş otağında yıxılıb. Başından xəsarət alan elektrik xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

Zamantv.az - Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Nəsimi Abbaszadə saxlanılıb. Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni qonşusundan aldırdığını bildirib.

DİN-dən verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Abbaszadəyə narkotik maddəni 70 manata satan Şəmkir rayon sakini Sabir Yusifov saxlanılıb. Üzərindən narkotik vasitə aşkar edilən Sabir Yusifovun yaşadığı fərdi yaşayış evindən isə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kərəm Həsənovun bacısının milyonlarını ələ keçirən falçılara HÖKM OXUNDU
Külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. DİA.AZ APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva isə 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror C. Zeynallıya 13 il , Ş. İsmiyevaya isə 10 il 6 il həbs cəzası tələb etmişdi.
Rəsmi məlumata görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirli biliniblər.
İttihamda qeyd olunub ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş şəxsdən 1 milyon 998 min manat pul alıb. Dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.
Ş.İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törətdiyini bildirib. O, məbləğin boyük hissəsini Ceyhuna verdiyini iddia edib.
Ceyhun Zeynallı isə cinayət işi üzrə özünü təqsirli bilməyərək, Şəfəq İsmiyevanın böhtan atdığını deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“MN-də daha böyük həbslər olacaq” - GƏLİŞMƏ
“Həbs olunan, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd keçmiş qərargah rəisi Nəcməddin Sadıkovun yaxınıdır. Düşünürəm ki, N. Sadıkovun orduya təsirini azaltmaq üçün, onun kadrlarını ordudan tam təmizləmək lazımdır. Çünki o yerində dinc dayanmır”. Zamantv.az xəbər verir ki, bu sözləri Bakupost.az -a Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Müdafiə Nazirliyindəki həbslərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə N. Sadıkovun orduda olan kadrları ona hansısa məlumatları ötürürlər:

“Vətən Müharibəsindən əvvəl N. Sadıkovun Müdafiə Nazirliyində korrupsiya, rüşvətxorluqla bağlı əməlləri tez-tez mətbuatda yazılırdı. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindəki həbslərin hamısı daha keçmişə qaynaqlanır. İnanmıram ki, DTX onları bu gün aşkarlayıb. Fikrimcə, bunlar çoxdan nəzarətdə idi. Onlar haqqında qəti qərar qəbul olunması üçün materiallar toplanırdı”.
Hərbi ekspert bildirib ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf N. Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir:
“Ondan əvvəl köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf N. Sadıkovun kadrı idi. Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Hesab edirəm ki, onları tam şəkildə təmizləmək lazımdır. Bu gün o kadrlar öz köhnə rəislərinə hansısa məlumatları ötürür. N. Sadıkovun sağ əli Zahid vardı və orduda onu “Şlyapa Zahid” kimi tanıyırdılar. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıqova bağlı insan idi”.

R. Məhərrəmov satınlamlarla bağlı məsələyə də aydınlıq gətirib:
“Satınalma idarəsi ilk dəfə Müdafiə naziri Zakir Həsənovun vaxtında sərbəst bir qurum kimi yaradılıb. Amma Səfər Əbiyevin vaxtında belə bir qurum yox idi. Onun dövründə komissiya vardı və belə məsələlər ilə o məşğul olurdu. Daha sonra bunu sərbəst qurum kimi yaratdılar. Bütün sənədlər satınalmadan keçirdi. Əvvəllər idarə rəisləri Müdafiə Nazirliyindən kənarda özləri bunu sərbəst alır və sərbəst paylayırdılar. Daha sonra bunu mərkəzləşmiş formada etdilər. Görünür ki, burada çox ciddi problemlər var”.

Ekspert qeyd edib ki , DTX tərəfindən bu maliyyəçilərin həbs olunması, bu qədər cinayətlərin üstünün açılması Müdafiə Nazirliyindəki nəzarətsizlikdən irəli gəlir:
“Maliyyəçi hansısa hərbi hissənin maliyyə tələbatı haqqında Müdafiə Nazirliyinin Maliyə İdarəsinə sifariş verir. Həmin Maliyə İdarəsi isə verilən sifarişi yoxlamalıdır ki, tələbat verilən sifarişlə üst-üstə düşsün. Əgər üst-üstə düşmürsə, onlar yenidən əsaslandırılmış sifariş tələb etməlidirlər. Görünür, burada Maliyə İdarəsinin özündə bilərəkdən buna göz yumublar və bu qədər yeyintilər ortaya çıxıb. Hər bir halda Müdafiə Nazirliyinin Maliyə və Büdcə idarəsi nəzarət etməli idi. Yəqin ki, bunlar əlbir olublar”.
Sabiq rəisin sözlərinə görə, daha dərin yoxlasalar, həbslərin sayı artacaq:
“Düşünürəm ki, Müdafiə Nazirliyindəki başqa sahələr, məslən, Maddi-Texniki Baş İdarəsi də yoxlanılmalıldır. Onların da satınalmaları, tikintiyə xərclədiyi pulları var. Bu yoxlamalarla bərabər həbslərin sayı da çoxala bilər. Axırıncı hadisələr ondan xəbər verir ki, təkcə DTX deyil, Hərbi Prokurorluq da öz vəzifəsini yerinə yetirir və öz sahəsində ciddi yoxlamalar həyata keçirir. Yoxlamaların da nəticəsi göz qabağındadır. Bir satınalmada 3.5 milyon manat yeyintinin aşkar olunması çox pis olaylardan xəbər verir. Müdafiə Nazirliyi elə bir qurumdur ki, bu hallar orada olmamalıdır. Çünki bu, insanların büdcəyə toplanan pullarıdır. Torpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz var. Yəni, Müdafiə Nazirliyi İdman Nazirliyi deyil. Bu nazirlikdə ciddi surətdə nəzarət olmalı və orduda təmizlik işləri aparılmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc oğlan özünü BIÇAQLADI
Sabirabad sakini özünü bıçaqlayıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb. Kənd sakini 1999-cu il təvəllüdlü Səfərov Ələddin Dağıstan oğlu bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlib.

Qeyd edilir ki, Ə.Səfərov bıçaq xəsarətini özü-özünə yetirib.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə narkotik çəkib maşın sürənlər tutuldu
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında “Opel” markalı avtomobil idarə etməkdə şübhəli bilinən Seymur Cəfərov saxlanılaraq barəsində qanunamüvafiq tədbir görülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlərlə “VAZ” markalı avtomobil ilə toy karvanında təhlükəli manevrlərlə edən avtoxuliqanlıq edən Nağı Quliyevin də əməllərinə hüquqi qiymət verilib.
Qeyd edək ki, ötən həftə ərzində Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb. Belə ki, həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.
Gəncədə narkotik çəkib maşın sürənlər tutuldu

Gəncədə narkotik çəkib maşın sürənlər tutuldu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda öldürülən ana və övladlarının FOTOSU
Bakıda ötən gün öldürülən ana və övladlarının görüntüləri yayılıb.

Zamantv.az həmin görüntüləri təqdim edir:
Bakıda öldürülən ana və övladlarının FOTOSU

Bakıda öldürülən ana və övladlarının FOTOSU

Qətlə yetirilən ana və övladları

Qeyd edək ki, məlum qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş məhkum həmkəndlisini GÜLLƏLƏDİ
Astara rayon Polis Şöbəsinə fevralın 19-da Siyətük kənd sakini Ü.İmaməliyevin odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ü.İmaməliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov saxlanılıb, ondan qanunsuz saxladığı “İJ-26” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəhşətli qətlə görə xidməti yoxlamaya BAŞLANDI
Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı dəhşətli qətllə bağlı daha bir açıqlama yayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Zamantv.az"a bildirib ki, törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır. Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır.

Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.

Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir",- deyə o qeyd edib.

Qeyd edək ki, dünən Bakıda ana və iki azyaşlı övladı qətlə yetirilib. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO