[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah qar yağacaq
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Zamantv.az"a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda həkimlər arasında qalmaqal: “Atası yaşındasan, qızı niyə otağa salmışdın?” - VİDEO
Bakıda yerləşən xəstəxanaların birində həkimlər arasında xoşagəlməz hal yaşanıb.

"Zamantv.az" Oxu.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri - Ağca Abbasova və Fizuli Əliyev xəstələrin yanında bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Mübahisə zamanı xanım həmkarına əxlaqsız və tərbiyəsiz deyib.

Fizuli Əliyev hadisəni lentə alıb və xəstələrin yanında həkimin onu təhqir etməsinə etirazını bildirib.

Bu zaman Ağca Abbasova F.Əliyevin xəstəyə tibbi yardım göstərərkən onu öldürdüyünü bildirib:

"Reanimasiyadakı xəstəyə drenajı qoydun, enfizema oldu, öldü".

İttihamlar arasında Aytac adlı xanımın həkimin otağında olması da səsləndirilib.

"Xalqın qızıyla oturdun burada günlərlə. Sən o qızın atası yaşındasan. Niyə o qızı otağına salıb saatlarla danışırdın?", - deyə A.Abbasova bildirib.

Həmkarı isə ittihamlara cavabında bildirib ki, şöbə müdiri həmin xanıma intim münasibətdə olması barədə təklif edib. Və bu barədə onda video da var.

İnstitutdan Oxu.az-a bildirilib ki, artıq yayılan videogörüntü ilə bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin: “Rusiya müharibə istəmir”
Rusiya müharibə istəmir və buna görə də təhlükəsizliklə bağlı ideyalar irəli sürür.

Bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolts ilə danışıqlardan sonrakı mətbuat konfransında bəyan edib.

Kremldən verilən məlumata görə, liderlərin görüşü üç saatdan artıq davam edib.

Danışıqların başlıca mövzusu Ukrayna ətrafındakı gərginlik, qlobal təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlər olub.

Qeyd edək ki, bu, Almaniyanın yeni kanslerinin Rusiyaya ilk səfəridir.

Mənbə: “RİA Novosti”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müəllimi təhqir edən məktəb direktoru İŞDƏN ÇIXARILDI
Gəncədə 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova tutduğu vəzifədən azad olunub.

Zamantv.az-ın APA-ya istinadən məlumatına görə, sosial şəbəkələrdə yayılan məlum videogörüntü ilə bağlı məsələ araşdırılıb və Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbin direktoru Əmiraslanova Vəfa Əmiraslan qızı tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, bir qədər əvvəl Göygöl rayonunda yerləşən Kəlbəcər rayon 111 saylı tam orta məktəbdə məktəb direktoru ilə müəllim arasında baş verən mübahisə ilə bağlı videogörüntülər yayılıb. Video orta məktəbin ibtidai sinif müəllimi İslam Əliyev tərəfindən çəkilib. Görüntülərdə məktəbin direktoru Vəfa Əmiraslanova adıçəkilən müəllimi təhqir edib. Yayılan videoya münasibət bildirən direktor isə deyib ki, görüntülər məqsədli şəkildə çəkilib və montaj olunduqdan sonra yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeniyetməyə qarşı əxlaqsızlıq edən BƏRAƏT aldı
Zamantv.az Bərdə rayon Məhkəməsinin 2022-ci il fevralın 10-dakı hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən rayon sakininə bəraət verilib.

Baş Prokurorluqdan bildirilib ki,hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq Gəncə Apellyasiya Məhkəməsinə protest verib.

Qeyd edək ki, iş üzrə bəraət alan şəxs Cinayət Məcəlləsinin 152.1-ci (onaltı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə təqsirli bilinir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəm qazından zəhərlənən rayon sakini Bakıya gətirildi
Sabirabadda dəm qazından zəhərlənmə qeydə alınıb.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, Sabirabad rayonunun Çığırğan kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Əslan Yusif oğlu vanna otağında dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Toksikoloji Mərkəzə yola salınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kafedən yıxılaraq ölənin kimliyi məlum oldu -YENİLƏNİB
Xaçmazda kafenin ikinci mərtəbəsindən yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, dünyasını dəyişən şəxs Xaçmazın Köhnə Xaçmaz kənd sakini Əliyev Səhmana Habil oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Məkan" adlı kafesində qeydə alınıb. Orta yaşlı kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üç uşaq anasından DƏHŞƏTLİ əməl: Özünü binadan atdı
Bakıda intihar hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış binasında baş verib.

3 uşaq anası olan qadın özünü 12-ci mərtəbədən ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib
Qadının hansı səbəbdən özünü öldürdüyü hələ ki məlum deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buz ana və bir yaşlı körpəsinin başına düşdü - VİDEO
Rusiyanın Veliki Novqorod şəhərində xoşagəlməz hadisə baş verib.

Zamantv.az-ın məlumatına görə, binanın yanından keçən ana və 1 yaşlı körpəsinin başına buz parçası düşüb.

Yerə yıxılan qadının köməyinə ətrafdakılar gəlib. O, başından və belindən yüngül xəsarət alıb. Körpəyə isə heç nə olmayıb.
Həmin anın görüntülərini təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Önəmli Sahədir
Zamantv.az Təhsil önəmli sahədir; dovlətin əsas ictimai resursu bu proses vasitəsilə xarakteriza olunur .Yəni ,hansı dövlətdə təhsil ən başlıca həyat amilidir,orada yüksəliş, sivil və beynəlxalq inkişaf pik həddində olur . Çox sevindirici haldır ki ,ümumimilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə təhsil öz milli strukturunu formalaşdırdı və hazırda ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında da Azərbaycan öz təhsil prioritetləri ilə dünyada tanınır.
Təhsilin inkişaf qaynaqları əsasən məktəblərdir ; yəni harada tədris varsa ,orada təhsil vətəndaşın əsas maraq dairəsinə çevrilir .Nəticədə savadlı insanlar yetişir və ölkə bundan faydalanır.
Bu gün çox sevindirici haldır ki ,respublikamızın bütün təhsil ocaqlarında təhsil yüksək səviyyədədir .Belə təhsil ocaqlarından biri də ,Qaradağ rayononun Lökbatan qəsəbəsindəki 288-saylı tam orta məktəbdir .Bu məktəbdə təhsillə yanaşı təlim -tərbiyə də yüksək səviyyədədir .Hər il bu elm ocaqından onlarla şagird ali məktəbə qəbul olur və müəllimlərinin etimadını qəbul olduğu ali məktəblərdə də doğruldur müxtəlif sahələr üzrə mütəxəssis kimi həyata vəsiqə alırlar.Ozəl olaraq bildirim ki , bu məktəbdə müəllim -şagird münasibəti o qədər doğmadır ki ,valideyin -övlad münasibətindən heç də seçilməyən dərəcədədir . Elə bu yerdə Alman pedoqoqu İohan Hervardın " Müəllim bilik və əxlaq verən nüfuzdur" fikirini xatırlamaq yerinə düşər.
Təhsil Önəmli Sahədir
Təhsil Önəmli Sahədir
Təhsil Önəmli Sahədir



AJB -nin üzvü ."Çapar.info " saitinin Baş redaktorun 1-ci muavini.
Xəyalə İbrahimli .

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO