Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 15 fevral 2022-ci il tarixində Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.
Qeyd edək ki, ölümündən bir neçə gün öncə mərhum Zaur Sovqatov aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.
Zamantv.az