[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafa sakini icra başçısından Prezidentə şikayət etdi – Mərkəzi bazarda yolu bağlayıb obyekt tikdirir


Ağstafa şəhər sakini Elçin Əlisgəndərov Rayon İcra Hakimiyyətinin başçısının rayonda abadlıq-quruculuq işləri adı altında yerli infrastruktura xələl gətirən yeni tucarət obyektlərinin tikintisinə rəvac verməsindən şikayətlidir. Dəryaz qəzetinin redaksiyasına müraciət edən Elçin Əlisgəndərov Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunu acıq dərc edilərək ictimailəşdirilməsini xahiş etmişdir:

“Cənab Prezident, Sizə məktubu təkcə öz adımdan deyil, bir kücənin sakinləri adından yazıram və bu məktub vasitəsilə bir sıra iaşə obyektləri və dövlət müəssisələrinin harayını çatdırıram.

Yazıb bildirmək istəyirəm ki, Sizin Ali Baş Komandan olaraq fədakarcasına yuxusuz gecələriniz və siyasətiniz nəticəsində 44 gündə sarsılmaz ordumuza rəhbərliyinizlə işğal altındakı inləyən torpaqlarımız düşmən tapdağından azad edildi. Bu, Sizin necə əzmkar siyasətci olduğunuzun, güclü ordu qurmağınızın bariz nümunəsidir.

Bəllidir, torpaq azad ediriksə, torpağı öz qanı bilib azadlığımız ücün canından kecən şəhidlərimiz də olacaqdı. Oldu da. Onlar da torpağın bir parcasına cevrildilər, baş tacımızdırlar. Rayonlarda vətəndaşları ən cox narahat edən məsələlərdən biri də Sizin rayonlara təyin etdiyiniz icra başcılarının “abadlıq işləri”dir. Maraqlıdır, əgər icra başcısı hər hansı kücədə və ərazidə abadlıq işi görürsə, o ərazidə “nişangahın”a gələn bir iaşə obyekti olur ki, onu da bələdiyyənin əli ilə satmaq və ya icarəyə vermək ücün ücün abadlıq işlərini qabardır. Ağstafa rayonunun Mərkəzi Bazarının sol tərəfində illərdir salınmış yol və sağ və sol tərəfində olan ticarət dükanları da illərdir faliyyət göstərir. Lakin birdən — birə rayon rəhbərinin yadına düşür ki, sən demə, həmin ərazidən kecən yolun elə ortasında bir obyekt yeri qurmaq olar. Tez — bazar qolbəyilərə göstəriş verilir ki, yol avtomobil ücün tamamən bağlansın, ancaq piyada yolu olsun, adı da “ticarət yolu” olsun və nəticədə həmin ərazidə bir neçə yeni ticarət obyekti də inşa edilsin. Düzü, ilk əvvəl bünövrə qazılanda hamının fikrini azdırmaq üçün həmin yerdə fəvvarəli hovuz inşa olunacağı deyilsə də, çox keçmədən əsl niyyət bəlli oldu. Nə yazıq ki, bu işi hər kəs görməzdən gəldi. Hərçənd, yaxın obyekt sahibləri narazılıq etsələr də, hərəsi bir üsulla sakitləşdirildi. Onu da qeyd edim ki, sözügedən ərazidən magistral su və kanalizasiya xətləri keçir, amma “kimdir tələb edən, kimdir sayan” deyib xeyir — dua ilə işə start verildi.

Cənab Prezident, Sizin köməyinizə ağstafalıların ehtiyacı var. Yol bağlamaq bu qədərmi asandır, anlamıram?!

Sizdən xahişim regiona səfəriniz zamanı 100 metrə yaxın uzunluğu olan bu kücəni ziyarətiniz planına daxil etməniz olacaq. Bu, tək mənim yox, demək olar ki, bütün agstafalıların xahişidir. Ərazidə obyekt inşa edilib yekunlaşana qədər bütün aidiyyəti qurumlara müraciət ünvanlayıram, amma müharibədə dəmir iradə nümayiş etdirdiyiniz kimi, bu kimi məsələlərdədə Sizə arxalanırıq.

Hörmətlə, Elçin Əlisgəndərov”. //deryaz.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının xəbərsiz olduğu kənddən narazıçiliq günü gündən artır - VİDEO


"XeberEkspress.az" sayt məlumat verir ki,İsmayıllı rayonunun gözəl güşələrindən biri olan Bizlan kəndi haqqında sizə məlumat vermək istərdik .Ötən il yay-qış fəsillərində dəfələrlə Bizlan kəndində yolların bərbat vəziyyətdə olması ilə bağlı çəkilişlərdə olduq .Çəkilişlərimizin birində Bələdiyyə Sədri Rüfət müəllim on ay öncə bizə söz verdiki kəndin yollarını bərpa edəcək və kənddə olan keçmiş bulağı bərpa edəcək. Kadrlara diqqət etsək keçmiş bələdiyyə binası bərbat vəziyyətdədi .Bu işlərindən kifayətlənməyən Bələdiyyə sədri Rüfət müəllim iş saatı zamanı restaranlarda sipirtli içki qabul edərək iş başına sərxoş halda gəlir.Bir sözlə İsmayıllı rayon İcra Hakimiyyəti Rüfət müəllimin qanunsuz işlərindən xəbərsizdir.("XeberEkspress.az")



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ət bahalaşdı – YENİ QİYMƏT

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

AzadMedia.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Cəlilabaddakı satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub.

Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.

Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bakıya çörək dalınca gəlmişik, rayonda iş yoxdur..." - SORĞU


Aktyor Bəhram Bağırzadənin Bakıya gələnlərlə bağlı dedikləri ölkədə geniş müzakirələrə yol açıb.

Aktyor video müsahibələrindən birində deyib: "Bura gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır".

Bəs Azərbaycanın bölgələrindən insanları Bakıya cəlb edən nədir?

Əminə Məmmədova BBC News Azərbaycanca üçün Bakıda sorğu keçirib.

Daha ətraflı aşağıdakı videoda:


XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...