[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğanın şərəfinə “Gülüstan” sarayında ziyafət verilir


Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir.

Tədbir konsert proqramı ilə davam edir.
Ərdoğanın şərəfinə “Gülüstan” sarayında ziyafət verilir

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Azərbaycana gəldi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Ərdoğan Azərbaycana gəldi
Ərdoğan Azərbaycana gəldi


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda minik avtomobili yanaraq kül OLDU

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib, minik avtomobili yanaraq kül olub.

Hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, ancaq hadisə nəticəsində Misir Tağıyevə məxsus “VAZ” markalı minik avtomobili yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Report
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ixtisaslar üzrə imtahan keçiriləcək

17 iyun 2023-cü il tarixindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət tələb edən Musiqi sənəti, Təsviri sənət və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə ixtisasların imtahanları keçiriləcək.

Abituriyentlər 12 iyun 2023-cü il tarixindən etibarən cədvəldə verilmiş imtahan tarixlərinə uyğun buraxılış vərəqələrini çap edə bilərlər.

Cədvələ daxil edilməyən digər imtahanlar haqqında məlumatlar mütəmadi olaraq DİM-in saytında veriləcək.

İmtahanlar Bakı, Gəncə, Şəki, Bərdə, Lənkəran və Naxçıvan şəhərlərində təşkil olunacaq.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış ola bilərsiniz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Böyük hücuma hazırlıq gedir - Ukrayna ordusunun Donbasla bağlı planları


“Ukrayna yaxın günlərdə Donbasda böyük hücuma keçə bilər”.

Bunu Britaniya Parlamentinin Müdafiə Komitəsinin rəhbəri Tobias Ellvud deyib.

“Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücuma hazır olmalıyıq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “tədqiqat və formalaşdırma əməliyyatları” aparırlar.

“Ukrayna potensialının əsas hissəsi isə bu hücuma hazır vəziyyətdə hələ də ehtiyatda saxlanılır”, - deyə o əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Boşandığı həyat yoldaşının silikonlarını partlatdı, həbs olundu


Türkiyədə maraqlı hadisə baş verib. Boşandığı həyat yoldaşının silikonlarını deşici əşya ilə partladan keçmiş ər saxlanıldıqdan sonra yaralanma ittihamı ilə həbs edilib.

Dursun K. evli olduğu zaman həyat yoldaşının daha gözəl görünməsi üçün sinəsinə silikon taxdırıb. Bir müddət sonra Dursun K. 10 ildir evli olduğu Elif K.-dan aralarında fikir ayrılığı olduğunu əsas gətirərək boşanıb.

Elif K. boşandıqdan sonra ona zəng edən keçmiş həyat yoldaşı Dursun K.-ya "Sevgilim var. İndi mənə zəng vurma", "Sənin düzəltdiyin sinələrə başqası toxunur" sözləri ilə mesajlar göndərib. Bu açıqlamalardan hiddətlənən Dursun K. dəhşətli plan qurub. İyunun 5-də Kağıthanedə keçmiş həyat yoldaşının mənzilinin qarşısında gözləməyə başlayan Dursun K. ağzın Elif K.-ni binaya buraxıb. Elif K.-nın silikonlarını əlindəki deşici əşya ilə partladan Dursun K. daha sonra qaçıb. 112 Təcili Xidmətə zəng edərək kömək istəyən Elif K.-ya xəstəxanada tibbi yardım göstərilib. Silikonları çıxarılan Elif K. keçmiş həyat yoldaşından şikayət edib.

O, törətdiyi cinayəti etiraf edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə TUTULDU


İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maliyyə Nazirliyindən "İnfinitech" şirkətinə 1 ilyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ

Maliyyə Nazirliyi "Maliyyə Nazirliyinin video-müşahidə sistemlərinin işləkliyini təmin edən avadanlıqların, elektron poçt sistemi lisenziyalarının, həmçinin bir sıra yeni zəruri avadanlıq və lisenziyaların satın alınması" tenderinin nəticələrini elan edib.

Tenderin qalibi "İnfinitech" MMC (VÖEN: 1300226131) seçilib.

Şirkətlə 1 027 466 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

"İnfinitech" MMC daha öncə Dövlət Xəzinədarlığı Agentliyinin 2 203 532 manat dəyərindəki "İKT avadanlıqlarının alınması" tenderinin qalibi seçilib (02.05.2023).

Xatırladaq ki, "İnfinitech" MMC 22.03.2002 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 250 020 manatdır. Qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı Az1002, Bakı Şəhəri Nizami Rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107-də yerləşir

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Məqsədimiz taksi xidmətinin səviyyəsini yüksəltməkdir" - Rəşad Nəbiyev


“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi ilə bağlı ictimai narazılığı aradan qaldırmağa çalışır”.

Bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklərlə bağlı çıxışı zamanı deyib.

Nazir bildirib ki, məqsədimiz taksi xidmətinin səviyyəsini yüksəltməkdir: sərnişinlərə saz avtomobildə hazırlıqlı sürücülərlə xidmət göstərilməsinə çalışırıq”.

Bununla yanaşı, biz taksi sürücülərinin əmək qanunvericiliyinə uyğun işləyib-yaşamasını təmin etməyə, əmək hüquqlarının təmin olunmasına səy göstəririk, - deyə Rəşad Nəbiyev vurğulayıb.

Qeyd edək ki, bazarda mövcud olacaq taksilərin qiymətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən deyil, bazarın tələb və təklifinə görə tənzimlənəcək. Eyni zamanda müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklər paketində taksilərin qiymətlərinə dair müddəalar əksini tapmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
" “MedEra hospital” uşağın qida borusunu deşdi, oğlumu şikəst etdi" - Daha bir ŞİKAYƏT

Bir neçə gündür sosial şəbəkələrdə övladı ağır vəziyyətdə olan ana fəryad edərək dəstək və yardım istəyir.

Belə ki, oğlu ağır yataq xəstəsi olan qadın xəstənin bu vəziyyətə düşməsində həkimləri və konkret olaraq, MEDERA hospitalın neyrocərrah və həkimlərini ittiham edir.

DİA.AZ “Medicina”ya istinadla xəbər verir ki, aadının sözlərinə görə, onun övladını Medera Hospitalın cərrah və həkimləri səhv əməliyyat edib və sağaltmaq əvəzinə, əksinə daha da ciddi fəsadlar yetiriblər.

16 yaşlı oğlum avtomobil qəzasına düşmüşdü. Onu Semaşkoya aparmışdılar. Orda saxlamayıb, özəl xəstəxanaya köçürdüm ki, orda daha yaxşı şərait var və həkimlər mənə söz verdi ki, bura gətir, bir sağaldacağıq. Semaşkoda ölməsin deyə, onu Medera hospitala köçürdüm.

Orda nə pul istədilər verdim, pula görə onun beynini əməliyyat etdilər. Beyin qapağını açdılar. Nəfəs alması üçün traxeyadan dəlik açanda, vurub boğazını, qida borusunu da deşdilər.

Mən Mehriban xanıma, prezidentə müraciət edirəm. Məni həkimlər və klinika aldadıb. Hər dəfə bu ay yaxşı olacaq, gələn ay sağaldacağıq deyə-deyə uşağımı əridib, koma vəziyyətində mənə verdilər. Uşağımın başında problem yox idi. 90 kiloluq uşaqdan 30 kilo qalıb.

" “MedEra hospital” uşağın qida borusunu deşdi, oğlumu şikəst etdi"

MedEraya gedib gəldim, uşağımı müalicə edin dedim, məni polislə ordan uzaqlaşdırdılar. Əvvəl 10 min təklif etdilər. Amma mən istəmədim. Çünki mənim övladımın dərdi 10 minlə sağalmır.

Məni aldatdılar ki, Azərbaycanda dərdinə dərman olmasa, Türkiyəyə göndərəcəyəm. Amma indi məni qapıdan qovurlar. Hər şeyi boyunlarından atırlar. Qida borusu salamat uşağımı deşiblər, nə yemək yeyə bilir, nə su. Əriyib gedir. Beyni salamat idi, beynini açıb qarnına tikdilər. Uşağımın sağalması üçün yalvarıram. Medera hospital məniçm evimi yıxdı”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO