[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Şuşanı atəşə TUTDULAR

İyunun 13-ü saat 19:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", açıqlamada deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektorun ailə üzvlərinə məxsus bank cərimələnə bilər - “Muğanbank”da nə baş verir?

"Muğanbank” Açıq Səhmdarı Cəmiyyəti barəsində inzibati protokol tərtib edilib.

Bank İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib.

518.1-ci maddəyə əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

"Muğanbank" ASC-nin səhmdaları Mehtiyev Elmir Maqbet oğlu (67,74 %), Mehtiyev Maqbet Rəhim oğlu (11,58 %), Vəliyeva Vəfa Əhməd qızı (10,65 %) və Mehtiyeva Fəridə Cahandar qızı (10.03 %) olub.

Elmir Mehtiyev "Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkənidir, Vəfa Mehtiyeva onun qızı, Maqbet Mehtiyev və Fəridə Mehtiyeva isə onun qudalarıdır.

Daha sonra səhmdarların tərkibi aşağıdakı kimi dəyişib:

Elmir Mehdiyev (67.7442 %), Fəridə Mehdiyeva (21.6071%) və Vəfa Vəliyeva (10.6487%) olub.

Lakin bu son deyil. Bir neçə gün əvvəl səhmdarların tərkibində yenidən dəyişiklik edilib. Yeni tərkibə görə səhmdarlar Samir Vəliyev (40%), Munir Vəliyev (40%), Fəridə Mehdiyeva (10.8928%), Vəfa Vəliyeva (8.3254%) və Elmir Mehdiyevdir (0.7818%).

Samir və Munir vəliyevlər rektoru Əhməd Vəliyevin oğullarıdır.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir müavininə bağlı şirkət xaricə valyuta ötürüb?


Azərbaycanda mühərrik və sürtkü yağları istehsal edən "Technoil” MMC cərimələnə bilər.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq.

430.4-cü maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.

Şirkətin həmtəsisçilərindən biri Hacıyev Elvin Orucəli oğludur. O, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğludur.

Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC-dən danışarkən bildirib ki, bu şirkət ailəsindən gələn layihədir: "Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" bizim ailədən gələn layihələrdir. "Tecnol"da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik”, - deyə o bildirib.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şərurlu İsfəndiyar” və qardaşı oğluna qarşı iddia - Obyekt qalmaqalı

"Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov və qardaşı oğlu Eldəniz Axundov məhkəməyə verilib.

İddiaçı Qasım İbrahimov adlı şəxsdir. O, adıçəkilən şəxslərlə paralel "HOM-PAŞ Prestij” Mənzil-Tikinti Kooperativi (MTK) barəsində də iddia qaldırıb.

Birinci instansiyanın qərarı Qasım İbrahimovu qane etmədiyinə görə o, apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Fuad Babayevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İşin mahiyyəti qeyri-yaşayış sahəsi üzrə mübahisələrdən ibarətdir.

İsfəndiyar Axundov "Şərur” MKT-nın sahibidir. Bu şirkət əsasən Bakıda yaşayış binalarının inşası ilə məşğuldur.

"HOM-PAŞ Prestij” MKT-yə gəlincə, bu şirkət türk iş adamı Hikmət Yiğitdöl və azərbaycanlı sahibkar Qabil Əliyevə məxsus olub. Sonradan məlum olub ki, şirkətin inşa edildiyi binada bir mənzil bir neçə nəfərə satılıb.

Bundan sonra Hikmət Yığıtdöl həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu işin məhkəmə istintaqının nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur.

Mediada gedən məlumatlardan aydın olur ki, Hikmət Yığıtdöl baş verənlərdə şəriki Qabil Əliyevi ittiham edir. O, Qabil Əliyevin mənzilləri bir neçə nəfər satıb qaçdığını bildirib.

Bundan sonra "HOM-PAŞ Prestij” MTK-nın mənzilləri və mağazaları "Şərurlu İsfəndiyar"a verilib. Hətta tikinti maqnatı şirkətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə məhkəməyə də müraciət edib və prosesi udub.

Hazırda "HOM-PAŞ Prestij” MTK İsfəndiyar Axundovun nəzarətindədir.

AMİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İri marketlər alıcıları necə aldadır? - "Bir ildə müştərilərə 500 milyon ziyan dəyir"
Son vaxtlar alıcılar tez-tez iri market şəbəkələrində ("Araz Market", "Bravo", "BazarStore", "Neptun", "Bolmart" və s) xidmətin keyfiyyətindən narazılıq edirlər.
Belə ki, vitrində bəzi məhsulların endirimdə olduğu yazılır və endirim qiyməti göstərilir, kassada isə həmin məhsul endirim deyil, real qiymətinə satılır. Yalnız kassa çekinə diqqət edən müştərilər bundan xəbər tuta bilirlər. Alıcılar həmçinin endirim kampaniyalarının arxasında da bəzi hiylələr olduğunu, vaxtı keçən və ya keyfiyyətsiz məhsulların qiymətinin aşağı salındığından şikayətlənirlər.
Bundan başqa böyük marketlərdə alıcıların çox olduğu səhər və axşam saatlarında cəmi bir neçə kassa işləyir ki, bu da uzun növbələrin yaranmasına səbəb olur. Hətta əlavə kassalar olsa da, market sahibləri onların açılmasına icazə vermirlər.
Bəs, iri marketlərdə xidmətin səviyyəsinin aşağı olması nə ilə əlaqədardır?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, şikayətləri ümumiləşdirsək, bir ildə marketlər vətəndaşları aldatmaqla təqribən 500 milyon manat qazanc əldə edirlər.
E.Hüseynovun sözlərinə görə, müasir marketlər istahlakçıların hüquqlarının ən çox pozulduğu yerdir:
"Qapıdan girən kimi istehlakçıya potensial oğru kimi baxırlar. Əşyalarını alıb harasa yerləşdirirlər. Orda da bir şey itsə, heç kəs cavabdehlik daşımır. Bütün bunların səbəbi odur ki, marketlər üçün Nazirlər Kabinetinin heç bir qayda-qanunu yoxdur. İstehlakçı problem yaşıyıb dövlət orqanına müraciət edəndə isə deyirlər ki, onların öz ərazisidir, özləri bilər. Vətəndaşlar il ərzində marketlərdə almadıqları mal üçün ümumilikdə 500 milyon manat ödəyirlər. Təkcə məni şəhərin Nizami küçəsində yerləşən "Grand" marketdə bir ildə 100 manata qədər aldatma cəhdi olub. Bu hələ görüb bildiyimdir. Şübhəsiz ki, bilmədiyimiz də var. Cənab prezident daim iqtisadi çıxışlarında ölkədə süni qiymət artımının varlığını dilə gətirir və tapşırıqlar verir. Təchizatçı malı marketə yerləşdirmək üçün bəri başdan külli miqdarda pul verir. Ərzaq malları sektorundan danışsaq, marketlər malın üzərinə təxminən 25% qoyur. Satışdan sonra isə təchizatçılardan 20 % geri alır. Bu zaman təxminən 50 % qiymət artımı baş verir. Bu da süni qiymət artımına gətirib çıxarır".
E.Hüseynov vurğulayıb ki, təchizatçılar bundan xəbərdar olsa da, səslərini çıxarmağa qorxurlar:
"Çünki onları ümumiyyətlə, şəbəkədən çıxarda bilərlər. Belə bir vəziyyətdə əlbəttə, marketlərdə istehlakçıların hüquqlarının pozulması daimi olacaq”.
Eyyub Hüseynov qeyd edib ki, kassalar qarşısında növbələr bilərəkdən yaradılır ki, insanlar aldıqları malın qiymətinə baxa bilməsinlər:
“Xidmətin keyfiyyətindən bizə daim şikayətlər gəlir. Kassalar məsələsində də Nazirlər Kabinetinin qaydaları olmadığı üçün market sahibləri necə istəyir, o cür də qaydalar tərtib edirlər. Ona görə də növbələr əmələ gəlir və bu da istehlakçı narazılığına səbəb olur. Mövcud qaydalar olmadığı üçün belə bir vəziyyət yaranır. Bu da marketlərdə süni qiymət artımında böyük rol oynayır. Ona görə istehlakçılara üzümü tutub deyirəm ki, ərzaq malının keyfiyyətində problem olarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər. Qiymətdə aldadılma hiss edərlərsə, 195 telefon xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.Bakupost.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gömrük Komitəsi məhkəmə qərarını icra eləmir" - GİLEY

Səxavət Mustafayev kiçik sahibkardır. Deyir, Rusiyadan Azərbaycana vaqonlarla şüşə lövhələr gətirirmiş. 2015ci-ildə Dövlət Gömrük Komitəsi onun vaqonlarını içində məhsullarla bərabər təxminən 5 ay gözlədib. Şikayətçinin sözlərinə görə, vaqonların gözlədilməsi ona maddi ziyan vurub.

Məhkəmə qərarı şikayətçinin lehinə çıxarılsa da, icra edilmir. S.Mustafayev deyir, yanvar ayının 10-dan qüvvəyə minən qərarın icrasını hələ də gözləyir.

Bakı İnzibati Məhkəməsi qərarın icrası üçün hansı addımları atıb? Məsələ ilə bağlı məhkəmədən Toplum TV-ə bildirildi ki, mediaya deyil, yalnız vətəndaşın özünə məlumat verə bilərlər. Dövlət Gömrük Komitəsi də Toplum TV-nin sorğusuna cavab verməyib, vətəndaşın müraciətinə yazılı cavablarında isə deyiblər ki, sözügedən cəriməni ödəmək qurumun 2023-cü il büdəsində nəzərdə tutlmayıb. Amma 2024-cü il ərzində bu məbləğ vətəndaşa ödənəcək.

Toplum TV

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Kəlbəcərdə traktoru ATƏŞƏ TUTDU


İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Rəsmi məlumata görə, atəş nəticəsində xəsarət alan olmayıb:

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZCosmetics MMC-də dələduzluq faktoru və yaxud Zeynalovun müştəri ovu... - FOTO, VİDEO

Millitv.az Hefteaz.com-a istinadla xəbər verir ki, Azərbaycanda bəzi özəl şirkətlər onlarla əməkdaşlıq edən müştəriləri belə aldadaraq dələduzluq amilinə əl atmaqla, cinayət törətməyə üstünlük verirlər. Acınacaqlısı budur ki, dələduzluq metodunu seçən bu cür şirkətlərin ucbatından müştərilərə dəyən maddi ziyana görə özlərini günahkar hesab etmək istəmirlər.

Hefteaz.com saytının email poçtuna daxil olan şikayətlərdən belə məlum olur ki, bu cür özəl şirkətlərdən biri olan AZCosmetics MMC satdığı keyfiyyətsiz avadanlıqların ucbatından müştəriyə küllü miqdarda ziyan vurulub. Belə ki, Xəzər rayonun Qala qəsəbə sakini Səfərova Gülnar Məhəmməd qızının saytımız vasitəsilə Dövlət qurumlarına ünvanladığı şikayət məktubunda AZCosmetics MMC-də tərəfindən aldanması ucbatından ona həm mənəvi həm də maddi ziyan dəydiyini bildirir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabadın mərkəzində yaşıllığa qənim kəsilən KİMDİR? - ÖZBAŞINALIQ!

Sabrabad rayon Heydər Əliyev küçəsində iki mərtəbəli binalar adlanan ərazinin qarşısında sahəsi böyük bir ərazini əhatə edən yerdə ticarət mərkəzi tikmək üçün sözü gedən ərazini hasarlayaraq, ağacları kəsərək ekologiyaya ciddi şəkildə ziyan vurulub.

"Azərbaycan Reallığı"na video-şikayət göndərən vətəndaş bildirir ki, ağacların bir hissəsi məhv edilib, digər hissəsi isə bir neçə günə ümumiyyətlə olmayacaq, təxminən 25-30 ilin ağacları hər il insanlar tərfindən qornub saxlanılıb, indi hansısa bələdiyyə sədri bu ərazini satıb, sakinlər icra nümayəndəsinə məktubla müraciət etsələr də icradan deyiblər ki, ərazidə tikinti aparıla bikməz, buna baxmayaraq tikinti işləri davam etdirilir.

ETSN-ə şikayət ediblər, cavab isə qəribə olub, deyiblər, nə zaman ağacların kəsintisin görsəz deyin, gəlib cərimə edək, bir neçə ailə və uşaqları bu ağacların kölgəsində vaxt keçirirdi, amma indi sözü gedən ərazi hasarlanaraq ağaclar məhv olnub - deyə vətəndaş saytmıza göndərdiyi video şikayətdə bildirir.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adil Vəliyev sahibkarın OBYEKTİNİ YERLƏ-YEKSAN EDİB - ÖZBAŞINA QALIB...

Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi, ev 1A sakini, kiçik sahibkarlıqla məşğul olan Rəhilə Abbas qızı Cavadova adıçəkilən rayonun icra başçısı Adil Vəliyevin göstərişi ilə dəmiryolu stansiyası yanında ona məxsus olan 72 kvadratmetrlik dükanın, içərisində 20 min manat dəyəri olan avadanlıqla birlikdə traktorla dağıdıldığını, yerlə bir edildiyini iddia edib.

"Razılaşmaya əsasən icra başçısı sahibkarlara hər kvadratmetr üçün 1200 manat verəcəyini bildirdi, sıra mənə çatanda isə icra nümayəndəsi dedi ki, sizə hər kvadratmetr üçün 800 manat veriləcək"

Üzləşdiyi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini, lakin hələ də problemin həll olunmadığını deyən şikayətçinin sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ona və digər dükan sahiblərinə verdiyi vədə əməl etməyib: "Sabunçu Dəmiryol Stansiyası yanında 100-ə yaxın ticarət obyekti vardı. Həmin cərgədə mənim də 72 kvadratmetr sahəsi olan dükanım var idi. 2013-cü ilin mart ayında Sabunçu rayon icra başçısı tərəfindən bütün mağaza sahibləri görüşə dəvət olundular. Görüşdə Adil Vəliyev bildirdi ki, ərazidə yenidənqurma işləri aparılmalıdır. O dedi ki, mağazalarınız müasir tələblərə uyğun olmadığından sökülüb yerində yeni ticarət mərkəzi tikiləcək. Əlavə etdi ki, söküləcək mağazaların əvəzinə həmin ticarət mərkəzində hər bir sahibkara öz kvadratmetrinə uyğun yer veriləcək və bizimlə qanuni şəkildə üçtərəfli müqavilə bağlanacaq. Tərəflərdən biri Sabunçu Rayon İcra Hakimiyyəti, ikincisi sahibkar və üçüncüsü isə tikinti aparan qurum olacaq. Biz icra başçısından tikinti müddətində nə ilə dolanacağımızı soruşduqda o, qeyd etdi ki, hər bir sahibkara sahib olduğu dükanın sahəsinə uyğun məbləğ təyin ediləcək. Bildirdi ki, həmin məbləğ icra hakimiyyəti tərəfindən veriləcək və müqavilədə əks olunacaq. Adil Vəliyev dedi ki, həmin məbləği dövr etdirib ailənizi dolandırarsınız, ticarət mərkəzi tikilib hazır olanda isə məbləği geri qaytararsınız, biz də mağazalarınızı sizə təhvil verərik. Beləcə, icra başçısının sözlərinə inanıb onunla razılaşdıq. Razılaşmaya əsasən icra başçısı sahibkarlara hər kvadratmetr üçün 1200 manat verəcəyini bildirdi. Mən də daxil olmaqla hər bir sahibkar bu məbləğlə razılaşdıq. Bir neçə gün sonra sıra ilə sahibkarlar müqavilə bağlayıb pullarını aldılar. Sıra mənə çatanda icra nümayəndəsi bildirdi ki, sizə hər kvadratmetr üçün 800 manat veriləcək. Səbəb kimi mağazamın ikinci cərgədə olduğu deyildi. Təbii ki, bununla razılaşmadım. Dedilər ki, bu, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin tapşırığıdır. Bununla bağlı dəfələrlə icra hakimiyyətinə üz tutsam da, heç bir xeyri olmadı. Nəhayət, bir dəfə icra başçısı məni qəbul etdi. Ona narazılığımı bildirdim və ailə vəziyyətim haqda məlumat verdim. Dedim ki, 5 övladımdan ikisi I qrup əlil, digəri isə İkinci Qarabağ savaşı - Vətən Müharibəsi qazisidir. Çox ağır durumda olduğumu qeyd etdim. İcra başçısı isə bunlara məhəl qoymadan "Hara istəyirsən şikayət et" deyərək, məbləği artırmayacağını bildirdi. Bu zaman "Mənə də hamı kimi hər kvadratmetr üçün 1200 manat verilməyincə mağazamın sökülməsinə icazə verməyəcəm" dedim. Ancaq bunun heç bir faydası olmadı, bir ay sonra xəbər çatdı ki, icra başçısı obyektimi yerlə-yeksan edib. İnsan nə qədər qəddar olmalıdır ki, mağazanı içərisi 20 min manat dəyərində avadanlıqla birlikdə traktorla dağıtsın".

"İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizov "Kimə şikayət etsəniz də heç bir nəticəsi olmayacaq. Ancaq başçının dedikləri olacaq. İstər məhkəmədə, istərsə də prokurorluqda tanışları var. Boş yerə pul xərcləyəcəksiniz", deyə cavab verdi"

Bundan sonra həyat yoldaşı ilə birlikdə icra başçısının qəbuluna düşməyə çalışdığını vurğulayan Rəhilə Cavadova qeyd edib ki, Adil Vəliyevlə görüşə bilməsə də, icra hakimiyyətindən onlara bu işin birbaşa başçının nəzarətində olduğunu bildiriblər: "Bir-neçə dəfə get-gəldən sonra icra başçısının qəbuluna düşə bildik. Adil Vəliyev məbləği bir qədər artıraraq, bizə hədə-qorxu gələrək son olaraq 65 min manat verəcəyini dedi. Biz razılaşmayıb otağı tərk etdik. Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizovun qəbuluna getdik. O, bizi normal qarşılasa da, bu işlə bağlı köməklik edə bilməyəcəyini qeyd etdi. Neyman Əzizova icra başçısından şikayət edəcəyimizi dedik də isə "Kimə şikayət etsəniz də heç bir nəticəsi olmayacaq. Ancaq başçının dedikləri olacaq. İstər məhkəmədə, istərsə də prokurorluqda tanışları var. Boş yerə pul xərcləyəcəksiniz", deyə cavab verdi. Beləcə, Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası bizə 65 min manatı alıb sakit durmağı məsləhət gördü".

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin əməllərini vəzifədən sui-istifadə edib sadə vətəndaşları əzmək, onların hüquqlarını tapdamaq kimi qiymətləndirən şikayətçi iddia edir ki, icra hakimiyyətində onun həyat yoldaşı şantaja, təhdidə məruz qalıb: "Sabunçu Rayon İcra Hakimiyyətinin yetkili şəxsləri həyat yoldaşıma hədə-qorxu gəlib, onu həbslə şantaj ediblər. Belə ki, icra nümayəndəsi Adil Vəliyevin birinci müavini Şakir Alıyevə "İcra başçısı bildirib ki, əgər həmin məbləğlə razı olmasa, narazılıq edib şikayət etsə, əlimizdə - 13-cü polis bölməsində onun həyat yoldaşı haqda video kaset var. Zəng edin polisə və tapşırıq verin ki, onun haqqında cinayət işi qaldırsınlar", deyə təhdid ediblər. Həyat yoldaşım bilib ki, onu şərləyib, şantaj edib obyekti əlimizdən almaq istəyirlər. Bu səbəbdən də dərhal icra hakimiyyətini tərk edib. Bir müddət sonra yenidən icra başçısının birinci müavini Şakir Alıyevin qəbulunda olduq. O, Sabunçu Dəmiryol Stansiyası yanındakı ticarət mərkəzinin tikintisinin 5-6 il çəkəcəyini bildirdi və bu səbəbdən də Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində 1 il ərzində tamamlanacaq yeni ticarət mərkəzində istədiyimiz mağazanı seçə biləcəyimizi dedi. Beləcə, çarəsiz qalıb bu təkliflə razılaşdıq və oradan mağaza götürdük. Bununla da M.Fətəliyev küçəsində tikilən ticarət mərkəzinin layihəsində 1-ci və 2-ci mağazanın üstünə bizim adımızı yazdılar. Lakin aramızda əladə olunan bu razılaşmaya dair sənəd təqdim etmədilər. Nəhayət, 10 ay sonra Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizov bizi qəbula çağırdı və dedi ki, sizə verilən pulun hamısını gətirin, sənədləşmə işlərinə başlayırıq. Bildirdim ki, hələ mağazaların təmiri qalıb, suvağı, işığı, suyu yoxdur, yollar çəkilməyib. Qeyd etdi ki, 1-2 aya hamısı düzələcək. Onda dedim ki, sizə 65 min yox, 55 min verəcəm, tam hazır olanda isə yerdə qalan 10 mini də verərəm. Neyman Əzizov razılaşdı və pulu ona verdim. Lakin bunun üzərindən 5 ay keçdikdən sonra gördüm ki, başqa biri bizə ayrılan mağazanı təmir edir. O dedi ki, mağazanı icra başçısı Adil Vəliyevdən alıb. Bu barədə Neyman Əzizovlə söhbət zamanı o dedilənləri təsdiqlədi və bütün məsuliyyəti icra başçısının birinci müavini Şakir Alıyevin üstünə atdı. Həmin vaxt Şakir Alıyevin 4-5 ay əvvəl işdən azad olunduğunu öyrəndik".

Məhz bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə aldadıldığını, digər mağazanın veriləcəyinə dair çoxsaylı vədlər verildiyini, lakin heç birinə əməl olunmadığını vurğulayan şikayətçinin sözlərinə görə, üzləşdiyi haqsızlıqla bağlı birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etsə də, heç bir nəticəsi yoxdur: "Odur ki, "Hürriyyət" vasitəsi ilə yenidən adıçəkilən rəhbər şəxslərə və digər müvafiq qurumların yetkililərinə müraciət edərək, onlardan ailə vəziyyətimizin ağır olduğunu, o cümlədən 5 övladımdan ikisinin I qrup əlil, digərinin isə Vətən Müharibəsi qazisi olduğunu nəzərə alaraq, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən bizə qarşı edilən haqsızlıqların aradan qaldırılmasına yardım etmələrini xahiş edirəm".

"Hürriyyət"

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO