[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılıb.

Məhkəmədə çıxış edən general deyib ki, onu general olduğuna görə həbs ediblər.

Onun sözlərinə görə, məqsəd də “Tərtər işgəncələri” olayında zərərçəkmişlərin və cəmiyyətin “gözündən pərdə asmaq” olub.

“Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib general rütbəsi almışdım. Çox deyir, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdır. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki general da tutmuşuq…”

2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. İşgəncə nəticəsində bir nəfər zabit həyatını itirib. B.Orucov da Tərtərdə yox, Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə suçlanır.

O dövrdə Tərtərdəki korpusun komandanı Hikmət Həsənov, Beyləqan korpusunun komandanı Mais Bərxudarov olub. B.Orucov da Beyləqan korpusunun qərargah rəisi vəzifəsində çalışırmış.

Beyləqandakı olaylar da bütövlükdə “Tərtər işi” adlandırılan cinayət işi çərçivəsində istintaq edilib. Sonda B.Orucov və həmin olaylarda ittiham olunan daha dörd nəfərin işi ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Orucova 9 il 6 ay həbs cəzası kəsilib. Onunla birlikdə mühakimə olunan dörd nəfərdən ikisi – korpusun təlimatçısı olmuş Ülvi Rəşidov və snayper bölüyünün komandiri Ziya Kazımov da 9 il 6 ay azadlıqdan məhrum edilib. Digər iki nəfərə – Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı ora ezam edilmiş İntiqam Məmmədova və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədova isə 6 il 6 aylıq həbs cəzası verilib.

Adları çəkilən beş nəfərin heç biri özünü təqsirli bilmir, hökmü ədalətsiz sayır. Onların hamısı apellyasiya şikayəti verib. Hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“Mən heç kimə pislik eləməmişəm. Adamı tutanda da kişi kimi tutarlar. Ailə üzvlərim müdafiə nazirinin qəbulunda olub. Deyib ki, “mən də bilirəm, Bəkir Orucovun günahı yoxdur, amma əlimdən heç nə gəlmir, ona kömək edə bilmirəm”. Generala bunu eləyirlərsə, görün, adi əsgərin başına nələr gətirərlər”.(Gununsesi.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun müvafiq Sərəncamına əsasən Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.
Məlumat üçün qeyd edək ki, Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. (Dia.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

İmişli rayonu, Qaraqaşlı kənd sakini Muradov Möhsüm Əhmədağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir:
“Mən, Muradov Möhsüm Əhmədağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bilidrirəm ki, 1990-cı ildən 1994-cü ilədək "Yaşma"da yerləşən N saylı hərbi hissədə xidmət etmişəm. 1994-cü ilin aprel ayında Ağdam bölgəsinə getmişəm. Həmin vaxtlarda səhhətimdə ciddi problemlər yaranıb. Yaddaş itkisi ilə yanaşı, qulaqlarımda problem yaranıb və əsəblərimdə gərginlik olub.

O vaxtdan bu günə qədər heç yerdə işləyə bilmirəm, utana-utana yaşayıram. Veteranlığımı da vermədilər. Dövlətdən heç bir vəsait almıram. Dəfələrlə müraciət etsəm də, fayda vermədi.

3 uşaq atasıyam, gələcəyin 2 əsgərini böyüdürəm. 43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik. Səbəb isə odur ki, rayonda su yoxdur. Vəzifədə oturanlar deyirlər ki, kəndlinin torpağı var, əkib-becərsin, ölməsin. Əkib-becərmək üçün sahəni sulamaq lazımdır. Vəzifədə oturanlar əslində yaxşı bilirlər ki, harda vəziyyət necədir, sadəcə vəzifələrindən sui-istifadə edirlər.

Mən və övladlarım nə üçün əziyyət çəkməliyik? Qıraqdan baxana döyüş asan gəlir...".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

Təxminən iki ay əvvəl Azərbaycanın ədliyyə naziri postunu tutan Fərid Əhmədovun faəliyyəti sələfi Fikrət Məmmədovdan xüsusi olaraq seçilmir.

Ötən müddət ərzində yeni nazirin ancaq vətəndaşlarla görüşləri baş tutub ki, bunu sabiq nazir də həyata keçirirdir.

Gununsesi.info-nun araşdırmasına görə, burada yeganə fərq Fərid Əhmədovun vətəndaşlarla görüşündə onları diqqətlə dinləməsi və vətəndaşlara öz dərdini deməsi üçün vaxt məhdudiyyəti qoyulmamasıdır.

Ancaq bu nə zamana qədər davam edəcək, bunu da gələcək göstərəcək.

Bütün bunlarla yanaşı Ədliyyə Nazirliyinin fəaliyyətində xüsusi həllini tapmalı olan bir neçə məsələ var.

Bunlardan biri də Azərbaycanda QHT-lərin dövlət qeydiyyata alınması məsələsidir.

Bu mövzunu xatırlatmağımıza səbəb isə ABŞ Dövlət Departamentinin insan haqlarına dair son hesabatının Azərbaycanla bağlı bölümündə bu problemə xüsusi yer ayrılmasıdır.

Qeyd edək ki, həmin hesabatda Azərbaycanda QHT-lərin qeydiyyatı çətinləşməsindən söhbət açılır.

Bildirilir ki, qanunlar QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Bir sıra qanunvericilik müddəaları siyasi partiyaların, dini qrupların, bizneslərin və QHT-lərin fəaliyyətini məhdudlaşdırırdı, o cümlədən QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Qanun hökumətin QHT-lərin qeydiyyatı ilə bağlı müraciətləri qəbul etdikdən sonra 30 gün ərzində hərəkətə keçməsini tələb etsə də, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları vətəndaşların birləşmək hüququnu məhdudlaşdıran uzun gecikmələrlə nəticələnir.

Yeni nazirin bu problemi həll etməsi üçün iradəsinin olacağını da zaman göstərəcək.

Vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olmaq istəyənlər isə gözləmək qalır.(Gununsesi.info)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində hər gün xaos yaşanır. Sakinlər sıxlıqdan, natəmizlikdən beziblər.

Tribunainfo.az-a yazan sakinlər bildirib ki, əksər yaşayış binaları sıx inşa edilib, bu azmış kimi boş qalan yerlər də qanunsuz zəbt edilərək obyektlər tikilir. Bu da yolu, səkiləri daraldır. Həyətlərdəki maşınları da hesaba qatanda hərəkət etməyə, piyada gəzməyə yer qalmır. Zibil atmaq üçün qoyulan konteynerlər belə avtomobillərin arxasında qalır. Məhz bu səbəbdən bəzən zibil konteynerlərini boşaltmaq üçün gələn zibil maşını geri qayıtmalı olur. Belə olduğu halda da ərazini zibil basır.
Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

Sakinlərin təqdim etdiyi fotodan da aydın görünür ki, ərazidə infrastruktur düzgün qurulmayıb. Sakinlər bildirir ki, ərazini söküb yenidən yığmaq lazımdır.
Sakinlər hər yeni obyekt inşa ediləndə problemlə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, müraciətləri həmişə cavabsız qalıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

2024-cü ilin yanvar-mart aylarında (ilk 3 ayda) Azərbaycanın ən çox ixrac və idxal etdiyi malların siyahısı açıqlanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın əsas ixrac məhsullarında neft-qaz sektoruna daxil olan mallar ilk yerləri tutub. İxracda qeyri-neft sektoruna daxil olan məhsullar isə o qədər də yüksək rəqəm təşkil etmir. Azərbaycanın idxal etdiyi məhsullar sırasında yeyinti məhsulları üstünlük təşkil edib ki, buraya ət, süd, kərə yağı, tərəvəz, meyvə, çay, qarğıdalı, düyü daxildir.

Nə vaxta qədər ixracda kənd təsərrüfatı məhsulları cüzi rəqəmlər təşkil edəcək və yerli istehsal olan bir çox məhsulları idxal etmək məcburiyyətində qalacağıq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”-ə açıqlamasında uzun illərdir ki, Azərbaycanda ixracatın neft-qaz üzərində qurulduğunu bildirib:

“Yəni ölkədə son 20 ili götürsək, Bakı-Tbilisi-Ceyhan boru kəməri fəaliyyətə başlayandan bəri əsasən neft-qaz sektorunu ixracı 90 faiz civarında olub. İldən-ilə 1 faiz artım, yaxud azalma olub.

Ancaq stabil olaraq 90 faiz civarındadır. Bu, onu göstərir ki, 20 il ərzində qeyri-neft sektorunda gözlənilən inkişafa nail olunmayıb. Bu, həm də ona gətirib çıxartdı ki, biz ərzaq məhsulları məsələsində təqribən 70-75 faiz arası xaricdən, müxtəlif ölkələrdən asılıyıq. Bu statistik göstəricilər də ona dəlalət edir ki, özümüzü təmin edə bilmirik”.

Ekspert deyib ki, bunun səbəbləri həddindən artıq çoxdur:

“Burada təbii səbəblər də var. Yəni su, şoran torpaq problemləri də var. İndi işğaldan azad edilmiş bölgələrin potensialından daha çox istifadə etmək imkanı yaranır ki, bununla yerli istehsalı artıra bilərik. Ancaq yəqin ki, buna zaman lazım olacaq. Bundan başqa, aqrar sektorda kreditləşmə yox səviyyəsindədir. Yəni fermerlərə uzunmüddətli, aşağı faizlə kreditlər verilmir. Onların ciddi problemləri var. Bununla bağlı ixrac bazarları məhduddur. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı daha çox, 80-85 faiz civarında Rusiya bazarınadır ki, bu da asılılıq yaradıb”.

Bundan başqa, istehsalın özünün təşkili ilə bağlı problemlər var:

“Keyfiyyətli toxum, gübrə kimi məsələlərin həlli ilə bağlı da bu gün problemlər mövcuddur. Yəni bir çox problemlər ona gətirib çıxarır ki, Azərbaycanın özünü təminat probleminin olması ilə yanaşı, həm də ərzağa görə xaricdən asılılığı yaranır. Elə ərzaq məhsulları növü var ki, orada asılılıq kifayət qədər yüksək səviyyədədir. Göründüyü kimi, bu sahəyə indiyədək ayrılmış vəsait, idarəetmə ilə bağlı yanaşmalar problemləri həll etmir. Yəni problemləri həll etmirsə, deməli, yanaşmalarda dəyişikliklər olunmalıdır. Uzun müddətdir ki, bu haqda danışılır. Məsələn, fermerlərlə bağlı yeni kredit siyasətinə, dövlət banklarının nəzdində aqrar bankçılıq şöbələrinin yaradılmasına ehtiyac var. Kifayət qədər problemlər var və onlardan birini həll edib, digərini həll etməsən, fundamental səbəblər aradan qalxmır. Ona görə də bu aqrar sahəyə yeni baxışa, yeni strategiyaya ehtiyac var”.

Bəzi məhsulların yerli istehsalla yanaşı idxalına da gəldikdə isə ekspert bunun normal olduğunu deyir:

“Biz pomidoru həm ixrac, həm də idxal edirik. Bu, mövsümlər, biznes əlaqələri kimi məsələlərlə bağlıdır. Çünki elə mövsüm olur ki, xaricdən almaq sərf edir. Elə mövsüm olur ki, daxili bazar ixraca doğru yönəlir, çünki qiymətlər bahadır.

Bu, dünyanın bir çox ölkələrində var və o demək deyil ki, bir ölkə pomidor istehsal edirsə, bütün pomidor ehtiyacını özü ödəyir. Bu normaldır. Anormal olan odur ki, Azərbaycanın istehsal potensialı həm xarici, həm daxili bazarı təmin etməyə yetərli deyil. Əsas problem kimi bu məsələnin üzərində fokuslanmalıdır”.

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.
Məlumata görə, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb.
İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.
Xatırladaq ki, TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində keçən ilin avqust ayında rəhbərlik dəyişib. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar.
Klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.(Nocomment)
Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

İmişlidən bir fermer mətbuata müraciət edib. Şikayətçi deyir ki, bütün dövlət təşkilatlarına şifahi və yazılı şikayət edib.

Amma dərdinə əlac tapmayıb. Həmin fermer "Mərhəmət" fermer təsərrüfatının icraçı direktoru Mehtiyev İsmayıl İman oğludur.

O bildirir ki, 2003-cü ildən İmişli rayonunun Aranlı kəndi ərazisində Dövlət Torpaq Fonduna məxsus 250 hektar örüş sahəsi icarəyə götürüb.

Heyvandarlıqla məşğul olub. 2018-ci ildə icarə müqaviləsi yenilənərək müddət uzadılıb. Lakin rayona yeni təyin olunmuş icra başçısı Elçin Rzayev və ətrafı onun fəaliyyətinə hər vəchlə mane olmağa başlayıblar.

Deyirlər, icarə müqavilən əsassızdır. Halbuki 2003-2018-ci illər arası və ondan sonrakı illərdə də bu örüş sahəsinə görə fermer İsmayıl Mehtiyev tərəfindən dövlətə pul ödənilib. Bu barədə bank qəbzləri, haqq-hesab sənədləri var.

İllərlə bu torpaq sahələri örüş kimi istifadə olunub. İndi birdən-birə təyinatını dəyişdirmək fikrinə düşüblər.

Çünki icra başçısı Elçin bəy özünü xan hesab edir. Müavini Ruslan Məmmədovla birlikdə kefləri istədikləri kimi qərar qəbul edirlər.

Bir adam, dövlət orqanı da bunlara dayan demir. Heyvandarlıq üçün ayrılmış əraziləri əkinçiliyə yönəldir.

İş o yerə çatıb ki, İmişlidəki suvarma kanallarına müdaxilə etdirib suyun axınını örüş sahələrini buraxıb oraları batırıb təsərrüfata ziyan vururlar.

Nədənsə respublikanın heç bir baş idarəsi, nazirliyi və s. bunlara qarışmır. Axı cənab Prezident İlham Əliyev dəfələrlə sahibkarlara şərait yaradılmasının, onları həvəsləndirməyin əhəmiyyətini deyib, onların işinə yersiz müdaxilələrin, yoxlamaların qarşısının alınmasının vacibliyini bildirib.

Amma yerlərdə Elçin Rzayev, Ruslan Məmmədov və onların əl buyruqçuları öz qanunlarını işə salıblar.

O qədər harınlayıblar ki, kəndli sahibkarı, əli qabarlı adamları icra başçısının müavini Ruslan Məmmədov kimi məmurlar jurnalistlərin yanında hədələməkdən də çəkinmirlər.

Ruslan bəy fermer İsmayıla ultimatum verib ki, bir aya ərazini tərk et, onsuz da çıxardacayıq. Örüşün ətrafını artıq düyü əkinçilərinə verib. Elə onların əli ilə də "Mərhəmət" müəssisəsinə maneələr yaradır.

İsmayıl Mehtiyev xahiş edir ki, onun şikayətinə əlaqədar təşkilatlar, hüquq-mühafizə orqanları bir daha baxsınlar. Çünki rayon ərazisindəki müxtəlif idarələrin səlahiyyətli şəxsləri icra başçısının sözündən çıxmırlar və ya sadəcə ona qarşı hər hansı tədbir görməkdən çəkinirlər.

Bir neçə gün əvvəl boyukmillet.com olaraq İmişliyə getdik, şikayətçi İsmayıl Mehtiyevi dinlədik, təsərrüfatına baxış keçirdik. İcra hakimiyyətinin qarşısında gileyli adamların çoxluğu diqqətimizi cəlb etdi.

Çox insan hətta korrupsiya ittihamı ilə həbs olunmuş sabiq icra başçısı Vilyam Hacıyevin hazırki rayon rəhbəri Elçin Rzayevdən insaflı olduğunu bildirir, onun ölənlərinə rəhmət oxuyurdular.

Bir sözlə, rayonun indiki durumu çox acınacaqlıdır. Bunun əsas səbəbkarı da heyvandarlıqla əkinçiliyi ayıra bilməyən, yaxud bunu istəməyən icra başçısı Elçin Rzayev və komandasıdır.

Dövlət başçısının tapşırıq və tövsiyələrini qulardına vuran İmişli icra başçısı əvvəl Əmlak Komitəsində, sonra isə Bakının Yasamal rayon İcra Hakimiyyətində birinci müavin postunu tutub.

Daha sonra İmişliyə təyinat alıb. Ölkəyə səs salmış korrupsiya qalmaqalından sonra kresloya oturmasına görə gözləmək olardı ki daha məsuliyyətlə işləyəcək, lap keçmişdə nə edibsə də indi heç olmasa gözü qorxar. Ancaq Elçin Rzayevin gözü doymur desək... daha dəqiq olar.( Dia.az)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO