[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Döyüldüyü deyilən İcra başçısının xanımı vəzifədən çıxarıldı


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun həyat yoldaşı Nərmin Seyidovanın vəzifəsindən azad edildiyi xəbəri yayılıb.

Missiya.Az xəbər verir ki, O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışırdı.

Onu da vurğulayaq ki, bu gün icra başçısının rayon sakinləri tərəfindən döyülməsi xəbəri yayılıb.
Döyüldüyü deyilən İcra başçısının xanımı vəzifədən çıxarıldı

Missiya.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacıqabulda Gədəbəy ssenarisini kimlər hazırlayır?... Muğan qəsəbəsində “su qiyamı” gözlənilir

Redaksiyamıza Hacıqabul rayonu Muğan qəsəbəsi Ə.Eynullayev küçəsində yaşayan bir qrup sakin tətəfindən şikayət ərizəsi daxil olub. Vətəndaşların sözlərinə görə Hacıqabul rayon su idarəsinin rəisi Hüseynov Anar Əlisuvar oğlu insanlara yayın qızmar çağinda “cəhənnəm əzabı” yaşadır. Sakinlərin dediklərinə görə, hər il may ayından etibarən əhaliyə verilən su xətləri müəmmalı şəkildə bağlanılır. Noyabr ayında isə, içməli suyun verilişi bərpa olunur. Vətəndaşlar üzləşdikləri dözülməz vəziyyətlə bağlı Anar Hüseynova dəfələrlə müraciət etsələr də, rəis onları müxtəlif bəhanələrlə yola verib. Bu azmış kimi, vətəndaşlara məsləhət görürki, maşını 40 manata satılan sudan alaraq istifadə edə bilərlər. Kasıb əhalinin 40 manata aldığı su onların bir neçə günlük tələbatını güclə odəyir. Əhalinin kasıb təbəqəsinin məskunlaşdığı ərazilər yay aylarında əsl cəhənnəmə çevrilir. Susuz qalan kasıb məhəllələrinin bir addımlığında isə, imkanlı şəxslərə məxsus iaşə obyektləri və avtoyuma məntəqələri gecə-gündüz suyu israf etməkdədirlər. Bu ədalətsizliyə Hacıqabul rayonunun rəhbər şəxsləri nəinki göz yumurlar, hətta susuzluqdan əziyyət çəkən körpə, uşaq, ahıl və xəstələrin ah-naləsinə kənardan rişxəndlə tamaşa edirlər.

Yuxarı instansiyaların susqunluğu və biganəliyi isə Su idarəsinin rəisi Anar Hüseynovu daha böyük və dəhşətli cinayətlərə sövq edir. Cəzasızlıq mühiti bu balaca məmuru o həddə çatdırıb ki, boğaza yığılan insanların kütləvi şəkildə etiraz aksiyalarına hazırlaşması barədə gəzən informasiyalar belə onu qətiyyən narahat etmir. Hər yerdən əlləri üzülən sakinlərdən aldığımız məlumatlardan belə aydın olur ki, yüzlərlə insanın iştirakı gözlənilən etiraz aksiyası yaxın günlərdə reallaşacaq. Anar Hüseynova isə elə gəlir ki, əyləşdiyi kreslo ona atası Əlisuvar kişidən miras qalıb. Bu məntiqlə də, dövlətin ona etibar etdiyi strateji vəzifəni çirkli məqsədləri üçün istifadə etməkdədir. Qanunsuzluq və özbaşınalıq o həddə çatıb ki, əhaliyə ancaq payız və qış aylarında su verilməsinə baxmayaraq, yaz və yay aylarında verilməyən suya görə də əhalidən pul yığılır. Çünki, ərazidə sayğaclaşma aparılmayıb. Məhz bu və digər amillər imkan verib ki, Anar Hüseynov külli miqdarda var-dövlət toplaya bilsin. Bizi məlumatlandıran mənbənin sözlərinə görə, Anar Hüseynov rüşvət və korrupsiya əməlləri ilə rayonda ad çıxarıb. Belə ki, əvvəllər “SOCAR”ın nəqliyyat idarəsində qaraj müdiri vəzifəsində işləyən Anar Hüseynov külli miqdarda yeyintiyə yol verdiyinə görə barəsində cinayət işi açılıb. Həbsdən çıxandan sonra müəmmalı şəkildə “Azərsu”da sex rəisi postuna yiyələnib. Korrupsiyanın səviyyəsinə görə ön sıralarda qərar tutan “Azərsu”da Anar Hüseynov kimi kadrlara”ciddi ehtiyac”olduğundan bir müddət sonra Saatlı rayon su idarəsinə rəis göndərilir. Saatlıda rüşvət və korrupsiya əməllərinə görə qısa müddətdə ad çıxardığına görə Hacıqabul rayonuna transfer olunur. Mənbəmizin məlumatlarına görə, Anar Hüseynovun vəzifə yüksəlişlərində doğma dayısı Eldəniz Həsənov böyük rol oynayıb və bu gün də “daydaylıq”missiyasını “ləyaqətlə”yerinə yetirir. Bilirsinizmi Eldəniz Həsənov harada işləyir???.. Kür Su Kəmərləri İdarəsinin rəsi vəzifəsində... Dayı-bacıoğlu cütlüyü əl-ələ verərək dövlətin və əhalinin pullarını dədə malı kimi sormaqdadırlar. Bunları dövlətin və xalqın maraqları qətiyyən narahat etmir.

Hal-hazırda dayı-bacıoğlu cütlüyünün topladığı var-dövlət ətrafında araşdırmalarımız davam edir. Hacıqabulun Talış kəndindəki iki mərtəbəli villa, Şirvan şəhərində 3 otaqlı mənzil, yeni model Hunday Sonata və Kia Sports və digər əmlaklar gələn yazılarımızın mövzusu olacaq. Bizi izləyin ki, küçələrə tökülərək bir qurtum su üçün ah-nalə qoparan insanların qarğışı üzərindən milyonlar qazanan kiçicik məmurların əməllərindən sizlər də agah olasınız.

Məqalə çapa getməzdən əvvəl Anar Hüseynovla əlaqə saxladıq. Vətəndaşların şikayətini votsapp vasitəsilə ona göndərərək qarşı tərəf kimi mövqeyini öyrənməyə cəhd etdik. Amma, aydın oldu ki, bu adam həqiqiqətən də cənab Prezidentin söylədiyi kimi ”harınlamış məmurlar” kateqoriyasına aiddir. Nə qarşı tərəf kimi mövqe bildirdi, nə də növbəti zənglərimizə cavab verdi... Görünən dağa nə bələdçi....

Ardı var.........

Adekvat.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda çörəyin qiyməti UCUZLAŞDI


Azərbaycanda çörəyin qiymətində azalma müşahidə olunub.

İyunun 22-dən etibarən pərakəndə satış məntəqələrində 650 qramlıq çörək 65 qəpiyə yox, 60 qəpiyə satılır.

Qeyd edək ki, qiymətin azalması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda qazilrin imtiyazları ləşv edilir? - Avtomobilləri əllərindən alınır....


Naxçıvanda əlilliyi təsdiq olunmuş bir qrup qazi yenidən həkim komissiyasından keçirildikdən sonra, onlar üçün nəzərdə tutulan bir sıra imtiyazlar ləğv olunub. Bura əsasən döyüşdə əlini, gözünü itirmiş, ağır yaralanmış qazilərin avtomobillə təmin olunmaları haqda verilən qərarların ləğvi daxildir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup qazi məlumat verib. Onların sözlərinə görə, artıq avtomobillə təmin olunmuş bu kateqoriyadan olan qazilərə isə, avtomobilləri geri qaytarmaları ilə bağlı xəbərdarlıq olunub. Yeni qaydaya əsasən, yalnız ayağını itirmiş qazilər avtomobil almaq hüququna malikdirlər.
Qazilər bildirir ki, bununla bağlı tapşırığı Naxçıvanın yeni ƏƏSM nazri Ceyhun Cəlilov verib:
„Döyüşdə hər hansı əzasını itirmiş naxçıvanlı qazilərin hamısının əllillik sənədinə „Avtomobillə təmin olunmalıdır“ qeydi yazılıb. Bu haqda göstərişi o vaxt Vasif Talıbov vermişdi. Hər əlamətdar gündə onların bir neçəsi növbə ilə avtomobil alırdı. Yeni nazir gələndən, bu qaydalar dəyişdirildi. İyunun 15-i qazilərin hamısını yenidən komissiyadan keçirib, bu imtiyazları ləğv etdilər. Yeni qaydaya əsasən, yalnız ayağını itirənlər avtomobillə təmin olunacaqlar. Bu kriteriyaya cavab verməyən qazilərin imtiyazı geri alınıb. Avtomobillə təmin olunmuş qazilərə isə xəbərdarlıq olunub ki, onlara verilən avtomobillər məhkəmə yolu ilə geri alınacaq“.
Naxçıvanlı qazilər prezident İlham Əliyevə müraciət edərək, ləğv olunan imtiyazlarının geri qaytarılmasını xahiş edirlər:
„Biz cənab prezidentin əmri ilə canla-başla döyüşüb, əlimizi, gözümüzü, sağlamlığımızı itirmişik. Bu cür qazilərə indi bir avtomobili çox görürlər. Əgər, bizə avtomobil düşmürdüsə, niyə o qərarı vermişdilər? Naxçıvanda hakimiyyət dəyişəndə ümid edirdik ki, qazilərin şəraiti daha da yaxşılaşdırılacaq. Ancaq, tam əksinə oldu. İndi, bizə veriləni də əlimizdən alırlar. Cənab prezidentdən xahiş edirik ki, imtiyazlarımızın geri qaytarılmasında bizə gömək etsin“.
Ceyhun Cəlilov bu ilin mart ayında Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazri vəzifəsinə təyin olunub. O, işə başlayanda ilk açıqlamasıda bildirmişdi ki, Naxçıvanda şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması onun üçün prioritet məsələ olacaq.„Gündəlik Naxçıvan“
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid və Qarabağ Qazisi anası Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT


Tovuz rayonu,Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova
Ceyran Məhəmməd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA,AZ-a daxil olan müraciətdə deyilir:
"Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xdmətlər
Agentliyinin Laboratoriya, Ekspetiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru,
ixtisasca neft mühəndisi olan, işlədiyi təşkilatı tamamilə rüşvətxorluq və korrupsiya
yuvasına çevirərək bərbad vəziyyətə salan, dövlət büdcəsini rəsmən qarət edən
Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilmədiyimizə görə
peşəkar mütəxəssis, alim-aqronom olan oğlum Həsənov Naməddin Tofiq oğlunun
əmək müqaviləsinə 01.10.2021-ci il tarixindən müqavilənin müddətinin başa
çatmasını əsas götürərək xitam veriblər. Qeyd edim ki, oğlumun üç azyaşlı uşağı var
və qoca, xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası onun himayəsində
yaşayır, ailədə yeganə işləyən oglum idi. Min dəfələrlə qeyd etdiyim kimi bu qeyri-
qanuni hərəkətdir. Çünki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı
qərarının 3.2.9 bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid
ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu
halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. Bildirirəm ki, Nazirlər
Kabinetinin, yəni hökumətin qərarında yazılanlara istisnasız əməl edilməlidir və
qeyd edirəm ki, oğlumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib, əksinə idarə
daha da genişləndirilib və oğlumun yerinə heç bir təcrübəsi olmayan, vətən
müharibəsində iştirak etməyən, Rəşad Vahabzadənin maraqlarını ödəyən birini
təyin ediblər.
Mənə pis təsir edən isə odur ki, həmin təşkilatda yeganə şəhid və Qarabağ
veteranı qardaşı mənim oğlum idi və onu da işdən azad etdilər. Əksinə müharıbədə
iştirak etməyənlər, qeyri-peşəkarlar, qeyri- ixtisas sahibləri, neft mühəhdisləri və
hətta hərbi xidmətdə belə olmayanlar həmin təşkilatda iş başındadırlar. Bu isə
məndə belə bir şübhə yaradır ki, yəqin mənim övladlarım ermənilərə güllə
atmaqda səhv ediblər və ona görə də şəhid ailəsini cəzalandırırlar.
Bildirirəm ki, bu günə qədər etdiyimiz minlərlə müraciətimizə cavab olaraq Kənd
Təsərrüfatı nazirliyinin sabiq Aparat rəhbəri, hal-hazırda Aqrar Xidmətlər
Agentliyinin sədr müavini, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara
kassası, Biləsuvar rayonunda min hekterlarla torpaq sahəsini qucaqlayan, Bakı
şəhərində 150000 manat dəyəri olan maşınla at oynadan oğlunu "komissovat"
etdirib "neqodnı" hərbi bilet alan, həmin oğlunu Dövlət Qulluğu haqqında qanunun
tələblərini pozaraq Kənd Təsərrüfatı nazirliyinin kadrlar şöbəsinə baş məsləhətçi
təyin etdirən, sonra isə bu məsələnin içtimailəşməsindən çəkinərək oğlunu Milli
Banka köçürmə yolu ilə işə düzəldən Rəfael Quliyev bildirir ki, oğlunuzun əmək
müqaviləsinin uzadılmasını məqsədə uyğun hesab etmirik, amma vətən uğrunda
ölməyiniz məqsədə uyğundur.
Cənab Prezident!
Artiq Rəşad Vahabzadə və Rəfaei Quliyev kimi üzdəniraq məmurlar bizim
uğrunda canımızı verdiyimiz ölkəmizdə yaşamağımıza imkan vermirlər. Ona görə
Sizdən xahiş edirəm ki,mənim və ailə üzvlərimin ölkə vətəndaşlığından imtinamızı
qəbul edəsiniz.
Cənab Səfir!
Xahiş edirəm mənim və ailə üzvlərimin İsrail Dövlətinin vətəndaşlığına qəbul
edilməyimizə köməkdarlıq edəsiniz.
Həsənova Ceyran Məhəmməd qızı.
Şəhid və Qarabağ veteranı anası.
Tovuz rayonu, Vahidli kəndi".

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İnternational Medical Centre” və nevroloqundan şikayət

"İnternational Medical Centre” məhkəməyə verilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, məhkəmə iddiası Rzayeva Şövkət Hacıbaba qızı tərəfindən qaldırılıb.

Məhkəmədə cavabdeh qismində xəstəxanın nevroloqu, proloterapiya uzmanı Heydərova Sevinc Abisalam qızının da iştirakı nəzərdə tutulur.
“İnternational Medical Centre” və nevroloqundan şikayət

Ehtimal edilir ki, Şövkət Rzayeva pasiyent qismində xəstəxanın xidmətlərindən narazı qalıb. Şikayətçi xəstəxanadan və Sevinc Heydərovandan ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun sədrliyi ilə baxılacaq.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydəki həmin şirkətin fəaliyyətində ciddi pozuntular üzə çıxır

Gədəbəy rayonunda hadisələr səngisə də, baş vermiş insidentin təfərrüatı yeni açılmağa başlayır. Bir neçə gün əvvəl toqquşma baş verəndə ictimaiyyətdə polisin qeyri-adekvat davranışı barədə rəy formalaşdı və buna görə də ictimai qınaq özünü çox gözlətmədi. Lakin sonradan məsələ ilə əlaqədar yeni məlumatlar, görüntülər, səs yazıları yayıldı və məsələnin düşünüldüyü qədər də sadə olmadığı aydınlaşdı.

Dünən mediada yayılan məlumatlar prosesin idarə olunduğunu aydın şəkildə göstərdi. Digər tərəfdən, orada iş aparan şirkətlə bağlı yayılmış məlumat kimlərinsə davamlı şəkildə dövriyyəyə buraxdığı dedi-qodulara son qoydu.

Hazırda Nazirlər Kabinetinin yaratdığı Komissiya hadisə yerində işləyir. Artıq komissiyanın rəhbəri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilk açıqlamalarını da verib.

Dünən “Qafqazinfo”nun yaydığı məlumatda Gədəbəydə işlərin Böyük Britaniyada qeydiyyatdan keçmiş "Anglo-Asian Mining" şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən aparıldığı bildirilmişdi, problemin yaranmasında şirkətin məsuliyyət dairəsinin müəyyənləşdiriləcəyi barədə xəbər verilmişdi.

Əldə etdiyimiz məlumata görə, artıq şirkətin fəaliyyətində müəyyən pozuntulara yol verilməsinə dair ciddi şübhələr var.

Təbii ki, mədən, hasilat və s. bu kimi məsələlərdə xarici tərəfdaşlarla bağlanan müqavilələrdə ekoloji məsələlərdən tutmuş sosial öhdəliklərə qədər hər şey nəzərə alınır və razılaşmada öz əksini tapır. Bu günə kimi “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən həmin ərazidə hər hansı sosial layihənin icra edilməsinə dair məlumat yoxdur və ehtimal etmək olar ki, şirkət bu istiqamətdə heç bir iş görməyib. Baxmayaraq ki, adətən başqa dövlətin ərazisində fəaliyyət göstərən şirkətlər sosial infrastruktur obyektləri yaradır, uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri və s, obyektlər tikir və əhalinin istifadəsinə verirlər.

Bu istiqamətdə hər hansı nəzərəçarpacaq iş görməyən “R.V.İnvestment Group Services, LL USA” şirkətinin üstəlik ekoloji problemlərin yaranmasına və vətəndaşların narazılığına səbəb ola biləcək pozuntulara yol verməsi həm müqavilənin şərtlərini, həm də Azərbaycan qanunlarını pozması kifayət qədər düşündürücü məqamdır.

Hələlik komissiya öz sözünü deməyib və qənaətini bölüşməyib. Amma buna rəğmən təkcə “R.V.İnvestment Group Services, LL USA” deyil, ölkəmizdə fəaliyyət göstərən istənilən şirkət məsuliyyətli olmalı, qanunların tələblərini yerinə yetirməli, problem yaranıbsa, onu qısa zamanda aradan qaldırmalıdır. Onlar təkcə gəlirləri haqqında deyil, ən azından öz nüfuzları haqqında da düşünməlidirlər. Çünki belə hallar təkcə cərimə və digər sanksiyalara gətirib çıxartmır, həm də şirkətlərin istənilən yerdə layihələrə cəlb olunma imkanlarını məhdudlaşdırır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xətai rayon İcra Hakimiyyətinin baş memarı məni intihara sürükləyir” - QARABAĞ QAZİSİNDƏN “İNTİHAR ANONSU”

Birinci Qarabağ Müharibəsinin qazisi Ağayev Teymur İmran oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2000-ci ildə Xətai rayon rəhbərliyi tərəfindən ev tikmək məqsədilə ona ayrılan torpaq sahəsini hazırda rəsmi şəxslər ələ keçirməyə çalışırlar:

“Mən birinci qrup Qarabağ Qazisiyəm. Xətai rayon İcra Hakimiyyətinin baş memarı məni intihara sürükləyir.

Belə ki, 14.09.2000-ci il tarixdə, 271 saylı sərəncamla fərdi ev tikintisi üçün mənə üç sot torpaq sahəsi ayrılıb. Yaşayış yerim yoxdur, həmin ərazidə fərdi yaşayış evi tikmək istəyirəm. Lakin memar mənə ayrılan torpaq sahəsinə göz dikib və yerləşmə cizgisini təsdiq etməkdən imtina edir.

Mən Ağayev Teymur İmran oğlu, intihar etməyə məcburam. “Bomj” kimi yaşamaq Qarabağ Qazisinə yaraşmır.

Xahiş edirəm, fəryadımı eşidib, bu problemin həllinə dəstək olun”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Özünə ikinci dəfə toy çaldıran baş həkim və... - İLGİNC FAKTLAR

«Təzadlar»a ötən sayında tanınmış araşdırmaçı-alim Cabbar Məmmədovun TƏBİB-in fəaliyyətindəki görünən və görünməyən problemlər barədə ciddi araşdırma məqaləsi çap olunmuşdur.

C.Məmmədovun bu məqaləsindən sonra 5 saylı Klinik Xəstəxana barədə redaksiyamıza olduqca ciddi material daxil olmuşdur. «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq xəstəxananın baş həkimi Fazil Alməmmədovla əlaqə saxlamaq istədik. Bildirildi ki, baş həkimin başı bərk qarışıqdır: «Toyu olacaq, başı qarışıqdır, toydan sonra zəng edin…».

«Bəs toy nə vaxtdır?» sualımıza isə «Heç kim dəqiq bilmir» müəmmalı cavabdan sonra düşündük ki, 42 yaşında özünə yenidən toy edən baş həkim Fazil Alməmmədovdan elə toydan sonra da mövqe soruşarıq…

Toydan sonra… qalmaqal…

Toy dedik, yadımıza Fazil Alməmmədovun yaxın dostu və onun vəzifəyə gəlməsinə can qoymuş (Fazil Alməmmədov səhiyyə naziri Oqtay Şirəliyevin 2017-ci ilin oktyabrın 10-da imzaladığı əmrlə 5 saylı Klinik Xəstəxanasına baş həkim təyin edilib) TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun qızına etdiyi möhtəşəm, həm də qalmaqallı toy mərasimi düşdü. Və V.Qurbanovun qızı Aygül Qurbanovanın toy mərasimi Bakıda dəbdəbəli restoranlardan birində baş tutub. Məclisə qonaq qismində nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıblar. Toyda müğənni Zamiq, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və çoxsaylı (təxminən 25 ) sənətçilər, rəqs qrupları iştirak ediblər. Reklam olmasın deyə, adını çəkmədiyimiz həmin şadlıq sarayında menyu 300 manatdan başlayır…

Azərbaycanın müvafiq dövlət qurumunun araşdırdığı toy…

Onu da deyək ki, belə dəbdəbəli toy 44 günlük Zəfər müharibəsində canını Vətən yolunda qurban vermiş 3 mindən çox şəhidimizin (hələ də şəhid verməkdəyik) yas ağrıları soyumamış, qazilərimizin yaralarının qaysaqlanmadığı bir vaxtda yüksək vəzifəli şəxsin dəbdəbəli toy etməsi başadüşülən deyil. Yeridir deyək, media yazdı ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin bu yaxınlarda toyu oldu. Olduqca sadə və səs-küysüz. Başqa vaxtı kabinetində-başının üstündə portretini asıb «Biz Prezidentin əsgəriyik, ölkə başçısından nümunə götürürük, tövsiyyələrinə can-başla əməl edirik!», - deyən bu məmurlar nədən belə incə mətləblərdə Prezidentdən nümunə götürmürlər??? Və aldığımız məlumata görə, belə dəbdəbəli və ictimai qınağa səbəb olmuş təntənəli toy mərasiminə görə TƏBİB rəhbərini adını çəkmək istəmədiyimiz yüksək Dövlət orqanına dəvət edib yol verdiyi günahını «başa salıblar». İndi onu tövsiyyəsini yerinə yetirmədiyi Prezident İlham Əliyevin Sərəncamlı cəzası gözləyir!!!

Dostundan qalma dala…

Nəhayət, redaksiyamızın elektron poçtuna daxil olan materialda o da vurğulanır ki, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədov da 42 yaşında özünə ikinci dəfə toy edir. Toy yaxşı əlamətdir. Amma bu xəstəxanadan öyrəndik ki, baş həkim təyin ediləndən bu təyinatı ilə xəstəxananın da başına toy tutmaqdadır. Xəstəxanadan bizə onu da bildirdilər ki, Fazil Alməmmədov xəstəxanada çalışan Aygün Qulamqızı (Alməmmədova) ilə ailə həyatı qurur.

Allah xoşbəxt eləsin!

***

Qısa arayış: F.Alməmmədov ikinci dəfədir özünə toy edir. Onun birinci həyat yoldaşı ilə boşanması isə qalmaqallarla müşahidə olunub. Belə ki, əslən Tovuzdan olan F.Alməmmədov keçmiş qayınatasından mülk və bahalı avtomobil hədiyyə alıbmış. Boşanmadan sonra hədiyyə geri tələb edilib, baş həkim vermədikdə isə qayınata avtomobili tibb mərkəzinin parkinqindən evakuatorla aparıb.

F.Alməmmədov bundan öncə Səhiyyə Nazirliyində çalışıb… Amma bu vəzifəyə gələndən Tovuzda və Bakıda qohum-əqraba qoymayıb, hamısını ixtisası və peşəsi uyğun gəldi-gəlmədi, vəzifələrə təyin edib (Siyahı təqdim olunacaq).

Amma elə bu cür qohum-əqraba təyinatına görədir ki, xəstəxananın həkimi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 83, mənzil 22-də yaşayan Nəbiyeva Hökümə Vəli qızı F.Alməmmədovun qanunsuz hərəkətindən Prezidentə şikayət etməli olub (Bu barədə də növbəti yazıda). Hətta F.Alməmmədov qohumu olan sürücüsünə-Alməmmədov Laçın Talıb oğluna Səhiyyə Nazirliyinin «Səhiyyə əlaçısı» döş nişanı da verdirib.

Gülməlidir, deyilmi??!

Bu azmış kimi, o, 2011-ci ildə «Semaşko» xəstəxanasında dializ şöbəsinin müdiri işləyib… Və ta 2013-ə kimi. Orada şöbənin Mirvari adlı tibb bacısı ilə olan qalmaqallı əməlinə görə xəstəxanadan uzaqlaşdırılıb…

-Bəs Fazil Alməmmədov 5 saylı Xəstəxanaya necə baş həkim göndərilib?

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO