[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Sərəncam imzaladı

Prezident İlham Əliyev “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsili üçün Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi qrant proqramları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr vermişdir.

Həmin təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında xarici ölkə vətəndaşlarına təhsil qrantının verilməsi istiqamətində növbəti mərhələyə keçid beynəlxalq sülh və əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artmasına, beynəlmiləlləşməsinə və ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafi müxtəlifliyinin genişlənməsinə də müsbət təsir edəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının layiqli mövqe qazanmasında müstəsna rolunu nəzərə alaraq, ali təhsil müəssisələrində əcnəbilərin təhsilinə dəstək vermək məqsədilə qərara alıram:

1. Aşağıdakı ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilsin:

1.1. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr;

1.2. Qoşulmama Hərəkatına üzv ölkələr;

1.3. İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr;

1.4. xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələr.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı:

2.1.2024-2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 (beş) il müddətində verilir;

2.2. Azərbaycan Respublikasının hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və təhsil qrantı alacaq şəxslərin ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantfnın verilməsi qaydasını və həmin təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, hər il may ayının 1-dən gec olmayaraq, bu Sərəncamın 1.1-1,4-cü bəndləri üzrə təhsil qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında təhsil qrantı alacaq şəxslərin siyahısını müəyyənləşdirsinlər.

5. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə əcnəbilərin təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və 2024-2025-ci tədris ilindən başlayaraq həmin ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının dövlət büdcəsindən bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin ödənilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görsün.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur Türk aktyor xərçəngdən ÖLDÜ


Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib.

Bununla bağlı məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında bildirib.

Aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, 69 yaşlı türkiyəli aktyorda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı.

Xatırladaq ki, Özkan Uğur bir zamanların məşhur "Cennet mahallesi" serialında "Beter Ali" obrazını canlandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Park Azure”də ev aldı, liftdən istifadəyə icazə verilmədi - Məlumat lövhəsini qırdığı üçün saxlanıldı

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində "Yeni Həyat Şirkətlər” Qrupunun inşaa etdirdiyi "Park Azure” yaşayış kompleksində yaşan şəxs liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atdığı üçün polis tərəfindən saxlanılıb.

Buna səbəb isə vətəndaşın yaşadığı binanın 12-ci mərtəbəsinə qalxması üçün lift katının deaktiv edilməsi olub.

1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş Samir Əliyev (ad-şərti) yaşadığı binada 2 aydır ki, qanunsuz olaraq lift kartı deaktiv edilib. "Park Azure”a rəhbərliyi lift daxilində onun məlumatını yerləşdirərək göstərmədikləri xidmət haqqına görə pul tələb edib. O, həmin məbləği ödəməkdən imtina etdiyi üçün lift kartı deaktiv edilib.

İki ay müddətində özü və 3 uşağı yaşadığı 12-ci mərtəbəyə hər gün piyada düşüb-qalxmağa məcbur olublar. Dəfələrlə səlahiyyətli şəxslərə müraciət etsə də, problemi həll etməkdən imtina ediblər.

Bu hadisələrdən təngə gələn Samir 24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb. "Reception” bölməsində işləyən Nuranə adlı işçini isə tənqid edib.

"Park Azure”a rəhbərliyi Samirin hərəkəti ilə bağlı polisə məlumat verib. Polis onu saxlayıb və protokol yazaraq, baxılması üçün məhkəməyə göndərib.

Samir Əliyev bildirib ki, "Park Azure” rəhbərliyinin liftə məhdudiyyət qoyması qanunsuzdur: "Tamerlan Əliyev və Elina Əliyeva adlı 2 azyaşlı uşağım var. Bir övladım da Vətən müharibəsi iştirakçısıdır və "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib".

"Yeni Həyat Şirkətlər Qrupu”nun sədri vəzifəsini müvəqqəti icra edən Babək Babayev bildirib ki, vətəndaşın 1700 manat kommunal xidmətlərə görə yaranmış borcunu siliblər, lakin liftdən istifadəyə görə borcu ödəmədiyinə görə lift kartı deaktiv edilib: "24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb, "reception” bölməsində işləyən Nuranə adlı işçi ilə mübahisə edib, nalayiq ifadələr işlədib, bukletləri götürərək nümaişkarcasına yerə atıb”.

Məhkəmənin qərarı ilə Samir Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, şirkət Bakı şəhərində "Grand Hayat”, "Park Azure”, "Yeni Hayat Residence”, "Yeni Hayat Plaza”, "Azure” və "MegaFun” kimi iri daşınmaz əmlaklara sahibdir.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BİR İLDƏ 3 ÖLÜM FAKTI: Lənkəran Regional Perinatal Mərkəzindən şikayət - "Bu müəssisədə işin təşkilində..."

7 iyul 2023-cü ildə Lənkəran Regional Perinatal Mərkəzində daha bir ana ölümü baş verib.

Bu barədə Kərimova Könül Fərhad qızının “AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçinin sözlərinə görə, ötən il fəaliyyətə başlayan xəstəxanada artıq 3-cü ölüm faktı qeydə alınıb: “Lənkəran Regional Perinatal Mərkəzi 2022-ci ilin yanvar ayından fəaliyətə başlayıb. Bu qısa müddət ərzində artıq 3-cü ana ölümünün baş verməsi bu müəssisədə işin təşkilində ciddi nöqsanların olmasını göstərir. Belə ki, bundan əvvəl 15 avqust 2022-ci il tarixdə Astara rayon, Rudəkənar kənd sakini Əhədli Elmira Elşən qızı, 8 aprel 2023-cü il tarixdə isə Lənkəran rayonunun Ləj kənd sakini Gülnar Xanhüseyn qızı Fərzəliyeva qeysəriyyə əməliyyatından sonra dünyalarını dəyişiblər”.

“Bütün bu əməliyyatlar xəstəxanın şöbə müdiri cərrah Quliyev Məsləhət tərəfindən aparılıb. Yəqin ki, işlər belə getsə, bu müəssisədə hələ çox ana ölümləri ilə üzləşəcəyik”,-deyə şikayət məktubunda bildirilir.

Qeyd olunanlarla bağlı Lənkəran Regional Perinatal Mərkəzin də mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Komitəsinin TENDER HOQQASI... - İcazə verin, şübhələnək...

Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

DİA.AZ bildirir ki, 32gun.az-ın məlumatına görə, tenderin qalibi "Real-İnşaat” MMC olub.
Dövlət Komitəsinin TENDER HOQQASI... - İcazə verin, şübhələnək...

Tenderin qalibinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 2.052.700,77 AZN ödəniləcək.

Əldə etdiyimiz məlumata görə, "Real-İnşaat” MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Şirkətin vergi borcu hazırda 320 min manatdan çxodur (320898.37 AZN)

Bildirək ki, adıçəkilən şirkətin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi NİZAMİ ALLAHVERDİYEV NÜSRƏT OĞLUdur. 13.06.2005-ci il tarixində dövlət qeydiyyatına alınan MMC Ağdam Rayon Vergilər Şöbəsi tərəfində Vergi uçotuna alınıb.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Penitensiar xidmətin rəhbərliyi BUNU GÖRMÜRMÜ?: Həbsxana ərazisi satılıb... - Burası AZƏRBAYCANDIR!

7 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinin ərazisinin bir hissəsi zəbt olunaraq yerində qeyri-yaşayış obyekt tikilib. Bu barədə "Azərbaycan Reallığı"na sözügedən ərazidə yaşayan sakin fotoşəkil göndərib. Adının çəkilməsini istəməyən vətəndaş bildirir ki, fotoda gördüyünüz bir neçə kvadratmetrlik tikintisi olan obyek qeyri-qanuni tikilib.

Buna etiraz edəndə isə qəribə cavab alıblar. Tikinti sahibi bildirib ki, buranı bizə həbsxana rəisi satıb. Göründüyü kimi yeni tikili obyektin üzərinə çıxsan həbsxanaya rahatlıqla daxil olmaq olar. Həmçinin həbsxana ərazisində mühafizə edən əsgərin mühafizə zolağının cəmi bir neçə metrliyindədir. Bir sözlə, həbsxana üçün ciddi fəsadlar və problemlər törədilməsi mümkündür.

Ümidvarıq adiyyəti qurumlar məsələni araşdıracaq
Penitensiar xidmətin rəhbərliyi BUNU GÖRMÜRMÜ?: Həbsxana ərazisi satılıb... - Burası AZƏRBAYCANDIR!
Penitensiar xidmətin rəhbərliyi BUNU GÖRMÜRMÜ?: Həbsxana ərazisi satılıb... - Burası AZƏRBAYCANDIR!
Penitensiar xidmətin rəhbərliyi BUNU GÖRMÜRMÜ?: Həbsxana ərazisi satılıb... - Burası AZƏRBAYCANDIR!
Penitensiar xidmətin rəhbərliyi BUNU GÖRMÜRMÜ?: Həbsxana ərazisi satılıb... - Burası AZƏRBAYCANDIR!

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident onlara diplomatik rütbələr verdi - Siyahı


Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:

Fövqəladə və səlahiyyətli səfir

Bayramov Ceyhun Əziz oğlu

Məmmədov Elnur İsrafil oğlu

Rzayev Fariz Fikrət oğlu

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Musayev Tofiq Fuad oğlu

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Səfərov Emil Firdovsi oğlu

Şərifov Samir Ənvər oğlu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə Ekspertizası Mərkəzi büdcə pulunu KİMLƏRƏ ÖTÜRÜR? - İLGİNC FAKTLAR

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında cari təmir işlərinin satınalınması üzrə 24.01.2023-cü il tarixdə başlanılmış tender müsabiqəsinə yekun vurulub və “SİRR-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 275.885,27 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə 06.07.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında məlumat verilib.

Məlumatdan da görsəndiyi kimi, açıq tender müsabiqəsinə 24.01.2023-cü il tarixində başlanılıb. Tendrdə zərflərin açılış tarixi isə 23.02.2023-cü il tarixə müəyyən edilib. Tenderin şərtlər toplusuna görə MMC Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 18 ünvanda yerləşən inzibatı binasında təmir işləri aparmalıdır.

Burada maraqlı məqamlar var. Tender zərfləri 23.02.2023-cü il tarixdə açılıbsa, məlumat nə üçün qanunvericiliyin tələblərinə uyğun olaraq 10 bank günü ərzində ictimaiyyətə açıqlanmayıb, üstündən üş ay keçdikdən sonra, 06.07.2023-cü il tarixdə açıqlanıb?

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi “SİRR-M” ilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən inzibati binalarında cari təmir işlərinin satınalınması üzrə 276.295,14 manat məbləğində bir satınalma müqaviləsi də 17.11.2022-ci ildə bağlayıb. Tenderin şərtlər toplusunda aparılacaq bu təmir işlərinin də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 18-də aparılacağı göstərilir. Buradan belə çıxır ki, Ekspertiza Mərkəzi göstərilən ünvanda təmir işlərinin aparılması üçün “SİRR-M” ilə ümumi olaraq 552 280 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Bəs “SİRR-M” haqqında nə kimi məlumatlar var? Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİRR-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 03.06.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MASALLI RAYONU, YEDDİOYMAQ Ə/V, qanuni təmsilçisinin isə Qulamov Vüsal Nəsrəddin oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmalarda məlum oldu ki, “SİRR-M” MMC-nin adı 2016-cı ilə qədər “BAYRAM-M” MMC olub. Dövrü mətbuatın 2014-cü ildə yaydığı məlumatda “BAYRAM-M” MMC-nin 25 kilometrlik Şorsulu-Xırmandalı yolunun çəkilişini 200 milyon manata həyata keçirməsi və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində iştirakçı olduğu bildirilir. Məlumatda həmçinin qeyd edilir ki, Şirkətin təsisçisi Ramazan Zeynalovdur. Arayış üçün bildirək ki, R.Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın qohumu, ölkənin tanınmış iş adamlarından sayılan Hacı Mazandır. İş adamı ictimai rəydə rəsmi ad və soyadı ilə yox, məhz Hacı Mazan kimi tanınır. Rəsmi olaraq şirkətin ticarət avadanlıqlarının idxalı, satışı və təmiri ilə məşğul olub. Yəni şirkət yol tikintisi üzrə ixtisaslaşmayıb. Bu halda şirkətin hansı yolla 200 milyon manatlıq tenderi udmasının özü qaranlıq məqamlardan biri və birincisidir.

Aktualinfo.org-un Dövlət Vergi Xidmətinin reyesr məlumatları üzərindən apardığı araşdırmada məlum oldu ki, Zeynalov Ramazan Hüseyn oğlu 2018-ci ildə “SİRR-M” MMC-nin qanuni təmsilçisi kimi göstərilib. Bundan başqa, MMC -nin qanuni təmsilçilərindən biri də Əliyev Sahibəli İmran oğlu olub. Sözügedən şəxs Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova Məhəbbət Seyfəddin qızı və mühasibi İbrahimova Şəlalə İsgəndər qızından ibarət mütəşəkkil dəstə təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edərək filialın külli miqdarda əmlakını, yəni 612.746 manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.

Göründüyü kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin qalib elan etdiyi “SİRR-M” MMC haqqında çoxsaylı qaranlıq məlumatlar var. “BAYRAM-M” MMC kimi yol tikintisinə heç bir aidiyyatı olmayan şirkətinin 200 milyon manatlıq layihəni “udması”, sonra da, “SİRR-M” MMC kimi Məhkəmə Ekspertizası Mərkəzinin eyni ünvanda yerləşən bir inzibatı binanın təmiri üzrə iki dəfə tenderin qalibi olması müəyyən şübhələrə yol açır. Bizi izləyin. //Aktualinfo.org//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalın başçısına söz kar eləmir... - bəlkə dümsükləyəsiniz...

Deyəsən, özünü cəzasızlıq mühitində hiss edən Yasamal rayonu İH-nin başçısı Elşad Həsənov mövcud durumdan daha da həvəslənib. Hər halda görünəni və aydın olanı budur.

DİA.AZ olaraq keçən günlərdə Yasamaldakı acınacaqlı durumdan - səkilərin ayrı-ayrı işbazlara satılmasından və bütün bunların vətəndaşları narahat etməsindən yazmışdıq. Çifayda? Elşad Həsənov cənabları nəinki dərs çıxarmır, əksinə... daha da nümayişkaranə formada fəaliyyətini davam etdirərək GÖZ ÇIXARIR...

Biz isə dia.az olaraq başçının hansı əhvalda və təfəkkürdə olmasını nəzərə almadan yenə də bu qəbildən olan vətəndaş gileyini təqdim edirik. Ümid edərək ki, daha da yuxarıda oturanlar Elşad Həsənov kimi düşünmürlər...

Bu da vətəndaşın özü tərəfindən hazırladığı video-giley:

Sonda: Bütün bunlardan aydın olur ki, Yasamalın başçısına söz kar eləmir... O zaman yuxarıda oturan cənablar, Elşad Həsənovu DÜMSÜKLƏYİN... Bəlkə özünə gələ...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mövzu diqqətimizdədir...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO