[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat nazirliyə etiraz edib İctimai şuradan istefa VERDİ

Millət vəkili Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlüyündən istefa verib.

Bu barədə deputat öz feysbuk səhifəsində bildirib.

Etibar Əliyev istefa səbəbini bu cür açıqlayıb:

"Bu gün Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi "WhatsApp" yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirilməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi "yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür" fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti "İctimai iştirakçılıq haqqında qanun"un fəlsəfəsinə ziddir. Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü.

Bir məsələni də qeyd edim ki, Emin Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada fəaliyyətimi qeyri-mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda satılan bu qəndlər zərərli imiş...


Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq” MMC-nin istehsal müdiri məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Tağıyev (ad-soyad şərtidir) malın keyfiyyətinə dair istehlakçıları aldatmaqla təqsirləndirilib.

Belə ki, şirkətin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulub.

Bu addım qəndin ağardılmasına hesablanılıb.

Adiyyəti dövlət qurumlar tərəfindən şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 13-cü kilometrdə yerləşən anbarında aparılan yoxlamalar nəticəsində 33.243,81 manat dəyərində “Oman”, “Əla
keyfiyyətli kəllə qənd” və “Bolluq” markası ilə müxtəlif çəkidə qablaşdırılmış qəndlər aşkarlanıb.

Qeyd edək ki, qəndin tərkibində kükürd dioksidin normadan artıq olması
insan sağlamlığı üçün riskli hesab olunur. Belə ki, qeyd olunan maddə insan orqanizmində tənəffüs yollarının disfunksiyasına, həmçinin mədə-bağırsaq pozğunluqlarına səbəb olur.

Məhkəmə istehsalat müdirinin 7 min manat cərimələyib. Bundan başqa, o, 1 il ay müddətində dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan etimad tədbirlərinə əməl etmir - Ceyhun Bayramov


Ermənistan sərhədi təsadüfən keçmiş hərbçilərin geri qaytarılması barədə etimad quruculuğu tədbirlərinə əməl etmir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan dövlət katibi kardinal Pietro Parolin ilə görüşündə deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir Ehsan Zahidovu yola saldı

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bu gün təqaüdə göndərilib.

Bu gün keçirilən kollegiya iclasında DİN rəhbərliyi Ehsan Zahidovla xatirə fotosu çəkdirib, onu yola salıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Access Bank” yenə də EV YIXIR... - EV TİKMİR...

“Access Bank” bir ailənin beş üzvünü yaşadıqları mənzildən çıxarır.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, bank bir ailə ilə bağlı məhkəmədə iddia qaldırıb. Gülmalıyev Tapdıq, onun həyat yoldaşı Gülmalıyeva Şövkət və onların övladları Tapdıqlı Üzeyir, Tapdıqlı Tamara, Tapdıqlı İlqarın birgə yaşadığı mənzil əllərindən alınır.

İşə hakim Pərviz Əhmədovun sədrliyi ilə baxılacaq. Tərəflər arasında ilk proses 2 avqust tarixində baş tutacaq.

İşin mahiyyəti mənzil mübahisələri, mənzildən çıxarılmadır. //Tribunainfo.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DSX-də NƏ BAŞ VERİR: Nə qədər intihar olar? - Elçin Quliyevin NƏZƏRİNƏ


Xəbər verdiyimiz kimi, Naxçıvandakı N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, jurnalist Allahverdi Aydın 2022-ci ildən etibarən DSX-nin hərbi qulluqçuları arasında qeyri-döyüş şəraitində baş verən ölüm hallarının statistikasını çıxarıb.

“Sizcə, bu ölümlər normaldır, yoxsa Dövlət Sərhəd Xidmətində (DSX) nəsə qeyri-adi hadisələr baş verir?

10.07.2023 – DSX-nin əsgəri Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

17.06.2023 – DSX-nin baş çavuşu Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

10.06.2023 – DSX-nin kiçik giziri Rahil Rahib oğlu Əhmədov odlu silahdan atəş açmaqla özünü öldürüb.

23.04.2023 – DSX-nin giziri Məmmədov Sakit Şahbaz oğlu özünü asaraq öldürüb.

12.02.2023 – DSX-nin əsgəri Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən ölüb (xəstə şəxs niyə əsgərlikdə olur?).

01.12.2022 – DSX-nin əsgəri Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

16.05.2022 – DSX-nin baş çavuşu Şirəliyev Canmirzə Çingiz oğlu özünü asaraq öldürüb.

11.05.2022 – DSX-nin giziri Əlizadə Tərlan Rafiq oğlu özünü asaraq öldürüb.

22.01.2022 – DSX-nin əsgəri (matros) Rzaquliyev Ramiz Xəqani oğlu özünü hospitalın damından ataraq öldürüb”, - jurnalist özünün Feysbuk hesabında yazıb.

Qeyd edək ki, son il yarım ərzində baş verən 9 ölüm halından 8-i intihar hadisəsidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KTN-də əcaib-qəraib işlər... - İlham Süleymanov MÜƏMMASI...


Biz bir media olaraq dəfələrlə bəyan etmişik ki, gənclərin irəli çəkilməsini, yüksək vəzifələrə təyin olunmasını dəstəkləyirik. Ancaq nəzərə almaq lazımdır ki, dövlət idarəçiliyi savadla bərabər peşəkarlıq, təcrübə tələb edir. Yaxın keçmişimizdə, yəni sovet dövründə bir kadr komsomolda, partiyada uzun təcrübə keçəndən sonra vəzifəyə təyin edilirdi.
Digər vacib məsələ isə yüksək vəzifəyə təyin olunan kadrın ixtisas məsələsidir. Axı, idman müəllimi prokuror ola bilmədiyi kimi aqronom da pedoqoq ola bilməz. Tarix müəllimini baytar təyin etmək, yaxud ədəbiyyat müəllimini ekoloq təyin etmək absurd məsələdir.
Bir neçə gün öncə araşdırma zamanı deputatlarımızdan birinin avtobioqrafiyasına nəzər salası olduq. Xanım deputat Saratov Dövlət Universitetinin tarix fakültəsini bitirb və bitirən ildə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində işə düzəlib, sonra İdman Naziliyində məsləhətçi, daha sonra deputat seçilib. Axı, tarix müəllimi Torpaq şöbəsində necə inspektor işləyə bilər, yaxud İdman Nazirliyində necə məsləhət verə bilər..?
Dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyar yazırdı: Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar. Volterin əlindən qələmini al, Ona kamança ver, de: "Bir hava çal." Kim bilir, bəlkə də alar, çalardı. Fəqət bəşəriyyət onsuz qalardı.
Bəli, hər bir kadr bacardığı yerdə faydalıdır. Bütün bunları yazmaqda məqsədimiz odur ki, gənc kadrların yüksək vəzifəyə təyinatında ixtisas, peşə, təcrübə mütləq nəzərə alınmalıdır. Bir neçə gün öncə gənc kadrlarımızdan birinin yüksək mükafat alması diqqətimizi cəlb etdi və qeyri-ixtiyari onun barəsində xırda bir araşdırma aparmalı olduq. Söhbət “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən İlham Süleymanovdan gedir.
Birincisi, bu cavan, 35 yaşlı insan nə yatdı ki, nə yuxu görə... İlham Süleymanov nə vaxt dövlətə qulluq elədi və hansı sahələrdə..?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 10 iyul 1986-cı ildə anadan olub. 2004-cü ildə 15 nömrəli məktəbi biirib. 2004-2008-ci illərdə BDU-da təhsil alıb. Vəssəlam. Bu adamın ixtisası nədir..? Necə yəni 2004-2008-ci illərdə BDU-da təhsil alıb..? Bu adam tarix müəllimidir, kitabxanaçıdır, hüquq təhsili alıb, yoxsa şərqşünasdır..?
İkincisi, bu adam vətən qarşısında öz borcunu yerinə yetiribmi, hərbi qulluqda olubmu..? Araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Yaxşı bu adam 2008-ci ildə BDU-nu bitirib, bəs 4 il harada olub, hansı sahədə çalışıb..?
Sonra bəlli olur ki, İlham Süleymanov 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyində çalışır. İlham Süleymanov hazırda Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və Insan Resursları şöbəsinin müdir müavinidir.
Fikir verdinizmi ELM...TƏHSİL şöbəsi... Kənd Təsərrüfatı Nazirliyində fizika, riyaziyyat, yaxud filologiya elmindən söhbət getmir ee...heyvandarlıq...bitkiçilik...baramaçılıq...elmindən söhbət gedə bilər. BDU-da belə bir fakültə varmı, cənablar..? Bu adam əgər Aqrar Akademiyasını bitirmiş olsaydı... başa düşərdik. Bəli, belə düşünürük ki, işi iş bilənə tapşırmaq lazımdır.... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
4 polis polkovnikinə general-mayor rütbəsi VERİLDİ


Daxili işlər orqanlarının 4 əməkdaşa ali xüsusi rütbə verilib.

Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir məmnunluqla qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirən cənab Prezidentin sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 38 əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göynən əlləşənlərin YERDƏKİ FIRILDAĞI... - Aerokosmik Agentliyinin ərazisi işbazlara satılıb


Azərbaycanda doxsanıncı illərin əvvəllərində hökm sürən xaos, dövlət nəzarətsizliyi infrastruktura, ekologiyaya ciddi zərbə vurdu. Ölkədə yaranmış xaosdan istifadə edən bəzi şəxslər dövlət mülkiyyətində olan inventarları, fabrik və zavodlara aid əraziləri satışa çıxardılar. Təəssüflər olsun ki, belə acınacaqlı məqamlara günümüzdə də rast gəlinir.

AzFakt.com xəbər verir ki, iddialara görə ərazisi satılan zavodlardan biri də Binəqədi rayonunda yerləşən Milli Aerokosmik Agentliyinin ərazisidir.

Bir neçə il öncə böyük əhəmiyyətə malik zavodun ərazisinin iş adamlarına satıldığı, hazırda həmin ərazidə yaşayış binalarının tikildiyi bildirilir.

AaFakt.com-un google-maps sistemindən əldə etdiyi məlumatda da zavodun ərazisində tikinti işlərinin aparıldığı açıq-aydın görünür.

Araşdırmamız zamanı məlum oldu ki, ərazidə tikilən yaşayış binalarının tikintisi artıq yekunlaşmaq üzrədir.

Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur.

Agentlik Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. //AzFakt.com//
Göynən əlləşənlərin YERDƏKİ FIRILDAĞI... - Aerokosmik Agentliyinin ərazisi işbazlara satılıb
Göynən əlləşənlərin YERDƏKİ FIRILDAĞI... - Aerokosmik Agentliyinin ərazisi işbazlara satılıb
Göynən əlləşənlərin YERDƏKİ FIRILDAĞI... - Aerokosmik Agentliyinin ərazisi işbazlara satılıb

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO