[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rafail Quliyev vəzifəsindən azad edildi


Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev vəzifəsindən azad edilib.

Bununla bağlı nazir Məcnun Məmmədov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.

Aparat rəhbəri vəzifəsinə isə təyinat olmayıb.

AMİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Məclis Prezident və xanımını TƏBRİK ETDİ

Milli Məclis 15 iyun Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən xüsusi iclasında çıxış edib.

Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc başçı indidən padşahlığa başlayıb... - "Qəbuluna gedirəm, özü gəlmir...”


“2007-ci ildə atam və nənəm Neftçalanın Heydər Əliyev prospekti 19C ünvanında mənim adıma 138 kvadratmetr torpaq sahəsi alıblar. İllərdir ki, yerli icra hakimiyyəti mənə öz torpağımda obyekt tikməyə icazə vermir”.

Bunu Meydan TV-yə Neftçala sakini Vasif Məcidzadə deyir.

Onun sözlərinə görə, torpağın bütün sənədləri qaydasında olsa da, bir ildir ki, icra başçısı Mirhəsən Seyidovun qəbuluna düşə bilmir: “Ərazinin çıxarışı var, tikintinin layihəsi də hazırdır. Lakin başçı sərəncam vermir və səbəbini də əsaslandıran yoxdur. Torpağım elə bir yerdədir ki, sağımda da, solumda da obyektlər var. Birinci və sonuncu dəfə 2021-ci ildə icra başçısı Mirhəsən Seyidovun qəbulunda olmuşam. Məni xeyli sorğu-suala tutandan sonra demişdi ki, sənədlərinə baxılacaq, qanunsuz olsa, prokurorluğa verəcəyik. Üzərindən bir həftə keçəndən sonra məktub gəldi ki, torpaq sahəsinə görə dövlətə 15 il ərzində üst-üstə yığılmış 650 manat torpaqpulu borcu var. Borcu ödədim, üzərindən iki il keçib, yenə də sərəncam verilməyib. Üstəlik də, başçının qəbuluna düşə bilmirəm”.

“Həftənin beşinci günləri guya vətəndaşlarla görüş keçirirlər. Ora gedirəm, başçı özü orada olmur. Müavinləri, köməkçiləri vətəndaşlarla görüşürlər. Şikayətlərə də qulaq asıb, yalandan “həll olunacaq” deyirlər. Camaatı yola verirlər. Sonuncu dəfə bu ilin mayında icra hakimiyyətinə getdim, yenə də başçı özü orada yox idi. Necə əsəbləşdimsə, əlimi zərbə ilə divara vurdum, barmağım sındı. Xəstəxanaya getdim, barmağıma gips qoyuldu”, – deyə o bildirib.

Vasif Məcidzadə çıxış yolu tapmadığını və hara müraciət edəcəyini bilmir: “Mənə icra başçısı ilə görüş verilmir. Hamı da bir ağızdan deyir ki, sən orada pulsuz obyekt tikə bilməyəcəksən. Mən dərdimi kimə deməliyəm? Su idarəsinə, yoxsa işıq idarəsinə? Bundan öncəki icra başçısı İsmayıl Vəliyev də məni belə incitdi. Konkret pul istədi, vermədim. Tikə bilmədim. Deyəsən, bu da elə eyni yolla gedir. Eşitmişəm ki, guya icra başçısı tikinti işləri üçün altı min manata yaxın pul istəyir”.

Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə deyir ki, qeyri-yaşayış binasının tikintisi üçün yerli icra hakimiyyətlərinə deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək lazımdır: “İlk növbədə baxmaq lazımdır ki, vətəndaşın torpağı hansı kateqoriyaya aiddir. Bəzən görürsən ki, vətəndaşlar səhv sala bilir. Ola bilər ki, yolun bir tərəfində olan torpaq sahibkarlıq, qarşı tərəf isə kənd təsərrüfatı təyinatlı ola bilər. İkinci məsələ isə bütün hallarda vətəndaş icra hakimiyyətinə müraciət etməməlidir”.

“Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron qaydada da müraciət edilməlidir. Komitədə müraciət əsasında təqdim edilən sənədlərə baxıldıqdan sonra icazə verilir. Əgər icazə verilərsə, bundan sonra yerli icra hakimiyyəti ona dair sərəncam verə bilir”, – deyə o bildirib. Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elmi Cərrahiyə Mərkəzindən 327 minlik ŞÜBHƏLİ TENDER – Qalib şirkətin sahibi KİMDİR?


Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi “Maşın və avadanlıqların satın alınması” üçün bu ilin aprelin 20-də başladığı açıq tenderin nəticələrini və qalibi açıqlanıb.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 327 min 852 manat olan tenderin qalibi “Supplimed” MMC (VÖEN - 3300484411) olub.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Mərkəz üçün 2 ədəd müxtəlif markalı kondisioner, 2 ədəd 15 kq-lıq paltaryuyan, 4 ədəd dörd gözlü elektrik plitəsi, 2 ədəd “A3” və “A4” formatlı printer, 3 ədəd skan aparatı, 1 ədəd komputer monitoru, 2 ədəd komputer, 1 ədəd 2,5 ton qaldırma gücü olan transpalet, 2 ədəd otbiçən, 1 ədəd kompressor, 1 ədəd dtolüstü telefon və 1 ədəd komputer-toçoqrafiya cihazı satın alacaq.

Qeyd edək ki, internet resurslarında MMC barəsində heç bir məlumat əldə etmək mümkün deyil. Hətta şirkətin yaranma vaxtı, hüquqi və vaktiki ünvanı və rəhbərliyi barəsində məlumata rast gəlmədik.

Bununla belə, şirkətin adı bir neçə qaranlıq və şübhəli tenderlərdə hallandırılır.

Belə ki, şirkət Masallı Rayon Mərkəzi Xəstəxanasının həyata keçirdiyi və Tender Komissiyasının rəsmi “etender.gov.az” saytında belə olmayan şübhəli tenderdə qalib gələn 9 şirkətdən biri olub və “Maşın və avadanlıqların satın alınması” ilə bağlı 2021-ci ilin 20 sentyabrında, 19 noyabrında və 31 dekabrında keçirdiyi tenderlərin qalibi olub və ümumi dəyəri 34 min 456 manat olan müqaviləyə imza atıb.

Maraqlı burasındadır ki, şirkət həmin il Sabirabad Rayon Mərkəzi Xəstəxanasının da şübhəli olan və maliyyə dəyəri 1 milyon 76 min 935 manat təşkil edən tenderində də iştirak edib. Qalib olduqdan sonra isə “Maşın və avadanlıqların satın alınması” ilə bağlı maliyyə məbləği 34 min 951 manatlıq satınalma müqaviləsinə imza atıb.

Şirkət 2022-ci ilin oktyabrın 7-də İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rentgen və digər diaqnostik vasitələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderdə qalib olub və aralarında 3,018 milyon manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Elmi Cərrahiyə Mərkəzindən 327 minlik ŞÜBHƏLİ TENDER – Qalib şirkətin sahibi KİMDİR?

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafanın AXSAQ TƏHSİLİ... - İTTİHAM VAR!

Bir ara mediada Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun qohumbazlığı barədə də davamlı məlumatlar yayıldı. Bildirilirdi ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşı Təhminə Zeynalovadan başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardı ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçiriblər.

Lakin bugünkü yazıda ehtiva olunan məsələ belə düşünməyə əsas verir ki, Mədət Zeynalovun arvadı o hədiyyəni haqq etməsə belə, yenə də qane olası əhvalda deyil. Həyat yoldaşının pozulmuş ovqatını düzəltmək üçün bəlkə hələlik “əməkdar müəllim” fəxri adı yetərli ola, ya olmaya.

“Deryaz.az” saytının sadiq oxucuları, eləcə də Ağstafa rayon təhsil ictimaiyyəti yaxşı xatırlayarlar ki, bir ara Mədət Zeynalovun öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satdığı barədə məlumat dolaşdı. Bax, yəqin elə Mədət Zeynalovun öz katibəsinə bunca dərin (!) diqqət və qayğı göstərməsi Təhminə xanımın qəlbində şübhə toxumu səpmişdi.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, bu günlərdə Təhminə Zeynalova qısqanclıq zəminində ərinin katibəsi ilə telefon mübahisəsi edib, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər. Təhqirlərə məruz qalan Afaq idarədə səsini başına atıb. Səs küyə qonşu otaqlardan əməkdaşlar katibənin başına yığılıblar. Bunu eşidən Afaqın əri Bayram Mustafayev də məsələni ayırd etmək üçün Mədət Zeynalovun üstünə yeriyib və şöbə müdirinin and-amanından sonra təklif edib ki, katibənin otağını müdir kabinetindən aralıda yerləşdirsin. Deyilənə görə, qalmaqal hətta icra başçısının da qulağına çatıb.

Təbii ki, Mədət Zeynalov bu məsələdə həddindən artıq ehtiyatlı olmalıdır; çünki Afaq Mustafayeva katibə olaraq onun demək olar ki, bütün maxinasiyalarından, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərindən xəbərdardır. Odur ki, müdir həmişə katibəsinə müstəsna səlahiyyətlər verib; məsələn, birinci siniflərə qeydiyyat məsələsində valideynlərdən təmənna ummasına göz yumub.

Ümumiyyətlə, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korruptiv siyasəti, vəzifələri və dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirməsi, qohumbazlığı barədə dəfələrlə KİV-də, o cümlədən “Deryaz.az” saytında tənqidi yazılar dərc olunub, hətta şöbə müdirinin korruptiv şərtlərinə boyun əyməyən məktəb direktorlarını, Yenigün, Qacaq Kərəm, Həsən su kənd orta məktəblərinin və yeni təyin olunan məktəb direktorlarını müəllimlərin əli ilə “ifşaedici” səs yazıları yaydıraraq “zərərsizləşdirməsinə” dair məlumatlar yayılıb. Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova (M.Məmmədova M.Zeynalovun özünə də dərs deyib) ilə məktəbin müəlliməsi (deyilənə görə iki illik kurs bitirib) Vüsalə Məmmədova arasında məlum səs yazısı qalmaqalını buna əyani misal göstərmək olar.

Elə indi də aktualdır ki, Mədət Zeynalov məktəb direktorlarına “haqq” qoyub, Regional Təhsil İdarəsi rəhbərliyinə çatdırdığını deyir. “İpə-sapa yatmayan” məktəb direktorlarının barəsində isə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova yalan məlumatlar ötürür. Təbiət etibarilə mərdimazar adam olmayan cənab Seymur Orucov bəlkə də Mədət Zeynalovun ötürdüyü hər donosa inanmazdı. Amma Mədətə bu məsələlərdə İcra Hakimiyyətinin məsul işçisi, başçının çox inandığı vəzifəli şəxslərdən başçının müavini Lalə Eyyubova kömək edir, təhsil müdirinin sözünə qüvvət verir, tələ qurduqları məktəb direktorunu quyuya salmaq üçün yoxlama komissiyasının təşkil edilməsinə nail olur.

Məqalədə qeyd olunan faktlara aydınlıq gətirmək üçün Mədəd müəllimə zəng vurub səsləndirilən ittihamlara mövqeyini bildirməsini xahiş etdik. Cənəb Zeynalov qol qoyduğu bu qədər nöqsanları görməzlikdən gələrək yazdığımız mesajda bir hərfin səhvini kişi göydə tutub bizi bizdə nöqsan tapdı. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryyaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı FƏRMAN


Prezident İlham Əliyev "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

Fərmanda deyilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaradıb

Bununla belə, ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyri-yaşayış təyinatlı binaların inşa edilməsi həmin tikililərin dayanıqlıq və möhkəmlik baxımından etibarlılığının qiymətləndirilməsini, üzərində mülkiyyət hüquqlarının tanınmasını və iqtisadi dövriyyəyə cəlbini çətinləşdirmişdir.

Sənəddə daha sonra deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:

1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir;

1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir;

1.1.3. Nazirlik:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 15 (on beş) iş günü müddətində qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda isə, həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;

2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərir;

1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir;

1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:

1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;

3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir;

1.3. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət edən şəxs müraciətinə bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasında göstərilən layihəni əlavə edir;

1.4. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir:

1.4.1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra;

1.4.2. bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə tərəfindən həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra;

1.5. bu Fərmanın 1.4-cü bəndində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsi tələbi qeyri-yaşayış binasının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyi hallara şamil edilmir;

1.6. bu Fərmanın məqsədləri üçün qeyri-yaşayış binasının yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur;

1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir;

1.8. şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir;

1.9. qeyri-yaşayış binasının sifarişçisi (sahibi) bu Fərmanın 1.1.3-cü yarımbəndinin 2-ci abzasına əsasən göndərilən rəydə göstərilmiş çatışmazlıqları aradan qaldırdıqda, bu Fərmanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Nazirliyə müraciət edə bilər.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinə əsasən müayinə edilən və barəsində məlumatlar uçota alınmaq üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət reyestrinə daxil edilməsi mexanizminin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təkmilləşdirilməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;

3.2. bu Fərmana uyğun olaraq tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

3.3. mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab suların yığılacağı tikili və qurğulara dair tələblərin müəyyənləşdirilməsini bir ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını nəzarətdə saxlasın və Xidmətin qaldırdığı vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin etsin;

3.5. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən və 2026-cı il iyunun 1-dək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının torpaq, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı həmin qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təşkil etsin;

3.6. bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aşağıdakıları təmin etsinlər:

4.1. istismara icazə verildiyi gündən 3 (üç) iş günü müddətində həmin icazənin və qeyri-yaşayış binasının layihəsinin elektron nüsxəsinin Xidmətə və bu Fərmanın 6-cı hissəsinin birinci abzasında nəzərdə tutulan qurumlara göndərilməsini;

4.2. istismarına icazə verilmiş qeyri-yaşayış binalarının siyahısının rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 (üç) iş günü müddətində bu barədə məlumatı həmin siyahıya daxil edərək onun mütəmadi yenilənməsini;

4.3. Nazirliyin və Xidmətin sorğusu əsasında qeyri-yaşayış binalarının müayinəsi və yerləşdiyi torpaq sahəsinin müəyyən olunması ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 (üç) iş günü müddətində elektron formada təqdim olunmasını.

5. Xidmət:

5.1. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin;

5.2. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin;

5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan vəsatətə torpaq sahəsinin sərhədlərini və onların döngə nöqtələrinin koordinatlarını əks etdirən yerquruluşu planını əlavə etsin.

6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq:

6.1. Nazirliyin müraciəti əsasında 5 (beş) iş günü müddətində qeyri-yaşayış binalarının mühəndis-kommunikasiya sistemlərinin istismara hazırlıq baxımından müayinə olunmasını və nəticəsi barədə Nazirliyə məlumat verilməsini təmin etsinlər;

6.2. sifarişçinin (sahibin) müraciəti əsasında və onun vəsaiti hesabına istismarına icazə verildiyi gündən iki ay müddətində qeyri-yaşayış binalarının su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etsinlər.

7. Bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonalarında və torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşən qeyri-yaşayış binalarının (tikilmiş və tikintisi başa çatmayan) inventarlaşdırılması aşağıdakı qaydada təmin edilsin:

7.1. mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər Xidmətin sorğusu əsasında üç ay müddətində, bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonaları və torpaq sahələri, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqları barədə cari vəziyyətə uyğun məlumatları elektron qaydada Xidmətə təqdim etsinlər;

7.2. Xidmət 2026-cı il iyunun 1-dək bu Fərmanın 7.1-ci bəndində göstərilən məlumatlar əsasında bu Fərmanın 7-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş qeyri-yaşayış binalarını (tikilmiş və tikintisi başa çatmayan) müəyyən edərək, onların inventarlaşdırılmasını, həmçinin invertarlaşdırmanın nəticəsi olaraq qeyri-yaşayış binaları barəsində formalaşan məlumatların Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritələrinə daxil edilməsini təmin etsin.

8. Nazirlik, Komitə, Xidmət və müvafiq yerli icra hakimiyyəti orqanları tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün bu Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin etsinlər".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərişıq” ASC-də açıq tenderlər niyə gizli şəkildə keçirilir? – III yazı


Aktualinfo.org ötən həftə “Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılmaları ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir hissəsini oxuculara açıqlamış, araşdırmalardan sonra mövzuya yenidən qayıdacağını bildirmişdi.

Qeyd edək ki, MMC-nin müraciətindən sonra apardığımız ətraflı araşdırmada “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən tender prosedurlarının təşkili zamanı çox ciddi qanun pozuntularına yol verildiyi məlum oldu. Belə ki, qanunvericiliyə görə satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır; Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.

“Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalında 30.09.2021-ci il tarixdə 2022-ci ildə satın alınacaq malların (işlərin və xidmətlərin ) adı, həcmi, miqdarı və ölçüsü ilə bərabər satınalma üsulu da açıqlanıb. “Azərişıq” ASC 2022-ci ildə satınalma planlarına dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox 2910 Açıq Tender daxil edərək keçirilməsini planlaşdırıb. Lakin apardığımız araşdırma zamanı dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC tərəfindən 2022-ci ildə cəmi 24 açıq tender üzrə bağlanılmış müqavilələr barədə məlumatlara rast gəldik. Bəs qalan tenderlər necə olub? Keçirilibsə nəticəsi niyə açıqlanmayıb? Keçirilməyibsə, baş tutmayıbsa, ləğv olunubsa səbəbləri açıqlanmada nə üçün bildiriş verilməyib?

Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası satınalma planlarına daxil etdiyi Açıq Tenderlərin böyük əksəriyyətini qanunla müəyyən edilmiş qaydada təşkil etməmiş, tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə də tender prosedurunun nəticələri barədə qanunda nəzərdə tutulmuş qaydada ictimaiyyətə heç bir açıqlama verməmişdir. Elə “Azərişıq” ASC tərəfindən elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması məqsədi ilə keçirilmiş açıq tendrdə olduğu kimi. Xatırladaq ki, ilkin mərhələdə bu tenderin qalibi “Vedi construction” olsa da ASC-nin Tender Komissiyası müxtəlif bəhanələr uyduraraq sözügedən MMC-ni tenderdən kənarlaşdırmışdır. Bir daha xatırlatmaq istərdik ki, sözügedən açıq tenderdə zərflərin açılması üzrə 09.03.2023-ci il tarxli iclas protokolunda göstərilir. Müsabiqədə toplam 4 iddiaçı iştirak etmişdir. İddiaçıların təqdim etdiyi qiymətlər aşağıdakılardır.

“AS TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 208 698.04 AZN

“AZELEKTRO SERVICE CO” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 264 759.01 AZN,

“FUGA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 299 757.32 AZN,

“VEDİ CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti: 1 681 278.70 AZN,

Tender komissiyası tenderin әsas şәrtlәr toplusunda göstәrilmiş tәkliflәrin qüvvәdә olma müddәtinin bitmәsinә 10 bank günü qalanadәk qiymәtlәndirmәni bitirәrәk qәrar qәbul etsin.

Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-nin təklif etdiyi ən aşağı qiyməti sərfəli hesab etməyərək daha baha qiymətlər təklif edən şirkətlərdən birini seçib. Hansı ki, zərflər paketinin açılmasından 3 ay keçməsinə baxmayaraq nə tenderin qalibi, nə də ayrılmış məbləğ barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yerləşdirilməyib.

Xatırladaq ki, ötən yazıda bunların hamısının 2020-ci ilin yanvar ayından Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmasından sonra baş verdiyini yazmışdıq.Bizə verilən ən son məlumatlara görə, bu işlərin başında sədrin tələbə yoldaşı olmuş Kamil Hüseynovla bərabər daha bir neçə nəfərin də durduğu söylənilir. Onlardan biri “Azərişıq” ASC-də mühüm vəzifə tutan, Tender Komissiyasının sədri Uğur Babayevdir ki, açıq mənbələrdə barəsində məlumat yoxdu. Amma söylənilənlərə görə sədrin ən yaxın adamlarından biri olduğuna görə məhz onu Tender Komissiyasının sədri seçdirib, yəni təyin edib. Digəri isə “Azərişıq” ASC-nin layihələrin idarə olunması və maddi texniki təchizat İdarəsinin rəisi İdrak Ələkbərov. Bu o, İdrak Ələkbərovdu ki, hələ 2009-cu ildə keçmiş İqtisadi inkişaf nazirliyinin Antiinhisar Xidməti Departamentinin üç məmurunun Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzlərinin sahiblərindən rüşvət almaq üstündə həbs edilənlər arasında olub. Sonradan məhkəmənin qərarı ilə şərti cəza alıb və bir müddət işsiz qaldıqdan sonra Vüqar Əhmədovun vasitəçiliyi ilə “Azərişıq” ASC-də ən mühüm vəzifələrin başına gətirilib. Bu dostların keçmişdə gördüyü işlər barədə elektron mediada kifayət qədər geniş məlumat var. Bu dostlar son illər “Azərişıq” ASC-nin keçirdiyi tenderlərdə özlərinə yaxın olan şirkətləri qalib çıxarır və bu yolla külli miqdarda dövlət vəsaitlərini təyinatından kənarlaşdırırlar.

Ötən yazılarda qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, 2021-2022-ci illərdə “Azərişıq” ASC bölgələrdə və işğaldan azad olunmuş rayonlarda Paylayıcı Elektrik Şəbəkələrin yenidən qurulması işlərəinə milyonlarla manat dövlət vəsaiti ayırmışdır. Bu barədə 2022-ci ilin satınalma planlarına daxil edilmiş tenderlərdə açıq göstərir. Bu məqsədlə qurumun keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərdə qaliblər ancaq “Mix Pro”, “İtsoil”, “İtes Company”, “Enerji Construction”, “İnterqas”, “ŞansConstruction”, “Smart Energy Services” kimi MMC-lər olmuşdur. Hansı ki, bu şirkətlərin özünün maddi texniki bazası və iş təcrübəsi sual altındadır. Yəni bu MMC-lərin əksəriyyəti iş görməkdən daha çox ayrılan dövlət vəsaitlərinin təyinatından kənara çıxarılması işlərini həyata keçirmələri barədə kifayət qədər geniş məlumatlar var.

Göründüyü kimi “Vedi construction” MMC-nin iddiaçı olduğu tendrdə “Azərişıq” ASC-nin Tender Komissiyasının yol verdiyi ciddi qanun pozuntularını araşdırdıqda, digər tenderlərdə daha da çoxlu qanun pozuntularına yol verildiyi üzə çıxdı. Əgər bir tenderin keçirilməsində bu qədər qanunsuzluqlara yol verilirsə, onda ASC-nin illik satınalma planlarına daxil etdiyi, müxtəlif mal materialların və xidmətlərin satın alınması ilə bağlı təşkil etdiyi yüzlərlə tender prosedurlarında görün nə qədər qanun pozuntularına yol verilir. Araşdırdıqda o da məlum olur ki, “Azərişıq” ASC-də dövlət vəsaitlərindən səmərəli, qənaətlə istifadə etmək əvəzinə, talan edilməsinə üstünlük verilir. Həm də tenderlərin adı açıq olmasına baxmayaraq, gizlin şəkildə keçirilməsinə daha çox üstünlük verilir.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şükür Astanovun YOL XANƏDANI... - Dövlətin vəzifəsi bunun DƏDƏ MALI İMİŞ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı Yol İstismar İdarəsinin sabiq rəisi, həmişə “doğrunun bağrını yarmaq üçün ucadan bağıran”, onu tənqid edən jurnalistləri məhkəməyə verən Şükür Astanov idarə rəhbərliyindən gedəndən sonra öz yerinə bacısı oğlu Zülfüqar Xəlilovu təyin etdirdi. Bununla da Şükür bəy özünə məxsus, oğlunun adına təsis etdiyi “ORİON – E” MMC-nin də 6 saylı Yol İstismar İdarəsi ilə korruptiv işbirliyini davamlı, əbədi və dönməz etməyə çalışdı.

Qohumbazlıq əsaslı korrupsiyanın bariz təzahürü olan bu müəssisələr tandeminin işi yolun davamlı və keyfiyyətli olmasına yox, dövlət vəsaitini necə mənimsəməyə hesablanıb. Bunu Agentliyin sədri cənab Saleh Məmmədov yaxşı görür və nədənsə Şükür Astanovun yaxın qohumlarının yolun keyfiyyətindən oğurlamalarının qarşısını almaq istəmir.

Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə bildirir ki, 6 saylı Yol İstismarı İdarəsinin və podratçı şirkət “ORİON”-E MMC — nin Beyləqan rayonu Saru-Su kənd yollarını təmir adı ilə bərbad hala salmaları barədə mediada çoxdandır ki, video-materialların müşayiəti ilə məlumatlar yayılır. Sakinlər bildirirlər ki, MMC kənd üçün üstü bəzək, altı təzək bir yol çəkib. Belə ki, yol infrastrukturu prosesi həyata keçirilərkən yolun alt qatı qaşınıb (firezlənib) götürülür və bərkitmə işi aparıldıqdan sonra, şeben, çınqıl, qravil və sair komponentlərdən istifadə olunduqdan sonra üzərindən 12-15 sm asfalt qoyulur. Yol tikintisi zamanı yuxarıda qeyd edilən komponentlər ona görə vurulur ki, yolda çökmə olmasın. Lakin AAYDA-nın sevimli “ORİON-E” MMC-si yolun alt qatına şebel, qrabil, çınqıl (bərk materialdan) deyil, onların yerinə yerli ekosistemə zərər vurmaqla yaxın ərazidən qaşıtdıraraq daşıdığı torpaqdan istifadə edir. Hansı ki, yol infrastrukturu prosesi zamanı torpaqdan istifadə edilmir.

Bildirilir ki, eyni əliəyriliklərə Biləsuvar rayonunun Bağbanlar kəndinin yolunun çəkilişində də qol qoyulub. Şübhəsiz, məhz həmin qanunsuz mənimsənilmiş dövlət vəsaitinin hesabınadır ki, Şükür özü 550 min manata sonuncu model “Range Rover”, oğlu isə 200 min manatlıq “Pikap” avtomobilləri alıblar.

Haqlı sual doğur: 10 milyonluq ölkədə Şükür Astanovun işini davam etdirməyə onun oğlundan və bacısı oğlundan daha bacarıqlı mütəxəssislər tapılmırdılarmı?

P.S. Bu yaxınlarda əməkdaşımız İmişlidə olarkən Şükür Astanova məxsus olan asfalt zavodunun ətrafa buraxdığı qara tüstünün videosunu çəkib. Növbəti sayımızda həmin videonu və mövzunu davam etdirəcəyik

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İsmayıllı Tikinti 27” MMC-nin keyfiyyətsiz betonu vətəndaşı ziyana salıb - VİDEO

İş adamı Azad Əliyev dəymiş ziyanı ödəməkdəm imtina edir

İsmayıılı rayonunda fəaliyyət göstərən “İsmayıllı Tikinti 27” MMC-nin sahibi iş adamı Azad Əliyev Vüsal Həsənova keyfiyyətsiz beton satmaqla onu ziyana salıb. Məsələ ilə bağlı şikayətçi olan Vüsal Həsənov saytımıza bildirdi ki, təsadüfən Bakıda restoranların birində Azad Əliyevin dostu Məmməd Əhmədsoyun oğlu Səfər Əhmədsoyla tanış oldum və söhbət əsnasında atasının beton zavodu olduğunu bildirdi. Vüsal Həsənov Qəbələ rayonunda fərdi ev tikidiyini Səfər Əhmədsoya bildirdikdə isə, o atasının beton zavodu olduğunu və dostu Azad Əliyevə məxsus “İsmayıllı Tikinti 27” MMC-dən ona beton alıb verə biləcəyini bildirib.
“İsmayıllı Tikinti 27” MMC-nin keyfiyyətsiz betonu vətəndaşı ziyana salıb - VİDEO

Şikayətçi qeyd edir ki, razılaşmaya görə aldığım betonun pulunun bir hissəsi töküldüyü vaxt, bir hissəsi isə avqust ayında verilməli idi. Müqavilədə isə “İsmayıllı Tikinti 27” MMC-nin 400 marka beton verəcəyi qeyd edilib.

Vüsal Həsənov bildirir ki, evin dam hissəsinə istifadə olunan beton quruduqdan sonra ovulub tökülməyə başlayıb. Məsələni araşdırdıqda isə məlum olub ki, hətta “İsmayıllı Tikinti 27” MMC tərəfindən daha önvə satılan betonlar belə müqavilə şərtlərində yazıldığı kimi 400 marka deyil, 350 markadır və sonuncu verilən beton isə istifadəyə tam yararsızdır. Həmçinin satılan betonun ucuz başa gəlməsi üçün gilli çay daşından istifadə olunub və ölçü çox gəlməsi üçün suyunu normal qaydasından dəfələrlə artıq əlavə ediblər.

Şikayətçi beton tökülmə ərəfəsində problemlə bağlı “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi ilə əlaqə yaradıb və Azad Əliyev ona bildirib ki, "narahatçılığa əsas yoxdur,betonu tökün əgər hər hansı bir problem olarsa bütün ziyanı qarşılayacaq".
“İsmayıllı Tikinti 27” MMC-nin keyfiyyətsiz betonu vətəndaşı ziyana salıb - VİDEO

Vüsal Həsənov qeyd edir ki, yaranmış problemdən sonra “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar. Keyfiyyətsiz beton satışı ilə məşğul olan Azad Əliyev açıq şəkildə bildirir ki, "mən heç kəsdən qorxmuram, hara şikayət edirsən elə...".

AzFkt.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO