[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib.

Dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.

Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd edib ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib.

Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olunub, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib.

Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.

Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edilib, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Fənərbağça” rəsmən etiraz etdi: “Türk futbolu adına tarixi skandaldır”

“Fənərbağça” – “Trabzonspor” matçında Trezegeyə tüpürdüyü iddia edilən Samet Akaydının cəzalandırılmasına İstanbul təmsilçisi kəskin etirazını bildirib.
Klub məsələ ilə bağlı rəsmi saytları vasitəsilə bəyanat yayıb. “Fənərbağça” tərəfi açıqlaamsında futbolçunun tüpürmədiyini və bunun açıq-aşkar şəkildə videotəkrarda göründüyü bildirilib.

“TFF Hüquq Məsləhətçiliyinin futbolçumuz Samet Akaydının belə hərəkət etməməsinin açıq şəkildə sübuta yetirilməsinə baxmayaraq, sosial mediada manipulyasiya olaraq yayımlanan videogürüntüyə görə yaranan təsəvvür nəticəsində, onu Peşəkar Futbol İntizam Şurasına yönləndirməsi Türkiyə futbolu üçün tarixi skandaldır.
Bu, rahat və mehriban şəraitdə keçən qarşılaşmada Trabzonda doğulmuş, “Trabzonspor”da böyümüş və millimizin formasını geyinmiş futbolçunun heç bir oyunda yer almayan qeyri-real gündəm əsasında ictimaiyyətin böhtan atmasının və TFF-nin “Fənərbağça”ya baxışının ən açıq göstəricisidir.
“Fənərbağça” İdman Klubu olaraq başda bu qərarı imzalayan TFF Hüquq Məsləhətçiliyi başda olmaqla, Federasiyanın “çətiri” altında çalışan hər bir məmuru bu qanunsuzluğun dərhal həll olunmasına çağırırıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanda Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb

Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb.

Onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham edilirlər.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundovun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Mənbə: News.am
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Əliyev Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək. “Qafqazinfo” xəbər verir ki, qitə birinciliyində Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Əliabbas Rzazadə 57 kq çəkidə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

65 kq-da yarışan Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) görüşündə üstün olan tərəflə güləşəcək.
3 qat Avropa çempionu, 70 kq çəkidə mübarizə aparan Hacı Əliyev isə təsnifat mərhələsində italiyalı Canluka Talamo ilə görüşəcək.
79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa Ağır Atletika Federasiyası bayrağımızın yandırılmasını PİSLƏDİ


Avropa Ağır Atletika Federasiyası (EWF) aprelin 14-də İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Avropa Ağır Atletika Federasiyası 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyir.

EWF bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və “Fair Play”-in universal prinsiplərinə hücum hesab edir.

EWF bu hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə öz qəti mövqeyini bildirib və yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib. EWF daimi olaraq Azərbaycan Respublikasından olan nümayəndə heyətinin yanında olub, idmançılar, məşqçilər və rəsmi şəxslərlə tam həmrəyliyini və dəstəyini ifadə edib.

EWF hesab edir ki, bu hadisə təcrid olunmuş hadisədir və Təşkilat Komitəsindən təcili olaraq tələb olunan əlavə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək.

Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin müsabiqəni tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq. Nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik.

EWF hadisəyə baş verənlər kontekstində əlavə tədbirlərin görülməsini nəzərdən keçirəcək.

EWF rəhbərliyi komandalar üçün bütün təhlükəsizlik şərtlərinin yerinə yetirilməsini təmin etmək üçün nümayəndə heyətləri yola düşənə qədər bu Çempionatlar çərçivəsində həyata keçirilən bütün tədbirlərdə iştirak edəcək.

EWF Azərbaycan Komandası və Federasiya ilə həmrəy olaraq qalır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvandakı Azərbaycan idmançıları vətənə qayıdır - Rəsmi


Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib.

Buna səbəb ötən gün baş tutan açılış mərasimində Azərbaycan bayrağının yandırılmasıdır.

“Aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.

Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.

Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.

Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.

Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”, - birgə məlumatda vurğulanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Atletlərimiz sabah İrəvanda qüvvələrini sınayacaqlar


Azərbaycan ağır atletlərinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, körpü üzərinə ilk olaraq Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.

67 kq çəkidə yarışacaq İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, 102 kq-dakı Əli Şükürlü aprelin 22-də çıxış edəcək.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub” - Avstriyada Qurban Qurbanov barədə yazdılar


Eyni komandanı ən uzun müddət çalışdıran məşqçilərin siyahısı açıqlanıb.

Avstriyanın “Laola1” portalının tərtib etdiyi 25 nəfərlik siyahıda (yalnız əsas liqadan 3-cü liqaya qədər olan çempionatlarda və hazırda işə davam edən mütəxəssislər - red.) “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı da yer alıb. 50 yaşlı mütəxəssis beşinci pillədədir.

“Sadəcə, toxunulmaz olan əfsanələr var. Məsələn, “Qarabağ”da Qurban Qurbanov. O, 1992-ci ilin sentyabrında Azərbaycan millisinin ilk beynəlxalq oyununda meydanda olub. 2006-cı ilə qədər yığma komandada çıxış edib və indi də qol sayına görə millidə əlçatmazdır. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub. Onun komandası hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına kimi Qurbanov həm də Azərbaycan yığmasına rəhbərlik edib”, - deyə mütəxəssis barədə qeyd olunub.

Siyahının ilk pilləsində 1982-ci ildən İtaliyanın “Virtus Verona” klubunun baş məşqçisi və sahibi Luici Freskodur. İlk “3-lük”də Stiven Bakster (“Krusayder”, Şimali İrlandiya, 2005-ci ildən) və Suet-Fai Li (“Uinq Yi”, Honkonq, 2006-cı ildən) də yer alıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dünya çempionu təcavüzdə günahlandırılır


Argentina millisinin və "Sevilya"nın müdafiəçisi Qonzalo Montiel cinsi təcavüzdə günahlandırılır.

“Qafqazinfo” “Marca”ya istinadən xəbər verir ki, iddia edilən hadisə 2019-cu il yanvarın 1-də Argentinanın La Matanza şəhərində futbolçunun ad günündə baş verib və bir qrup şəxs tərəfindən törədilən cinsi təcavüz kimi qiymətləndirilir.

Zərərçəkmişin vəkilinin sözlərinə görə, o, hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqdan sonra futbolçunun ətrafı tərəfindən hədələr alıb.

Montiel Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində qızıl medala sahib çıxıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin erməni idmançıya 8 il əvvəlki jesti yenidən gündəm oldu - Video


Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himninin İrəvanda fitə basılması müzakirələrə səbəb olub.

Bütün idman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ayağa qalxır və ehtiram göstərir.

Ermənilər isə əksini ediblər. Onların bu hərəkəti təkcə Azərbaycan və Türkiyədə deyil, bütün idman ictimaiyyətində tənqidlə qarşılanıb.

Bu məqamda sosial şəbəkələrdə 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb.

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu.

Qeyd edək ki, İrəvanda baş tutan görüşdə ermənilər Türkiyə himnini fitə bassa da, Türkiyədə baş tutacaq oyunda yerli azarkeşlər Ermənistan himninə ehtiram göstərəcəklərini bildiriblər.

XƏBƏR LENTİ

22:26

İsmayıllıda məktəb şagirdi intihara cəhd ETDİ

22:12

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

21:28

Azərbaycanla Ermənistan sülhün astanasındadır - Ceyhun Bayramov

21:17

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi dəyişdi

20:55

Daşkəsən və Ağdam istiqamətində mövqelərimiz atəşə TUTULDU

20:46

İlham Əliyev bu şəxsləri “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI

18:10

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ELAN EDİLDİ

17:57

"İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı QƏRAR VERİLDİ

17:36

Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

17:11

Daha bir məktəbdə rüşvət qalmaqalı: `Məcburuq, direktorun ad günüdür...` - SƏS YAZISI

16:31

İlham Əliyev nazirliyin yeni binasının açılışını etdi - FOTOLAR

11:13

Deputatın şirkəti Heydər Əliyev adına parkda ağacları kəsib – Video

10:47

“Xoca-Həsən İKF” MMC-yə qarşı iddia

10:17

`Bakı Sağlamlıq Mərkəzi` ÖLÜM MƏRKƏZİNƏ ÇEVRLİB... - İTTİHAM VAR!

09:52

İşçisi də Zeynalov kimidir... QOÇULUQ EDİR! - NARAZILIQ VAR!

08:11

'UniBank' yenə də NARAZILIQ YARADIR... - Vətəndaş NƏ ETSİN...

07:37

“Ən bahalı klipləri zamanında mən çəkdirmişəm, qiyməti 14 min dollar idi”

23:19

Ərdoğan üçün kəsilən xatirə pulu qonaqlara hədiyyə edilib - FOTO

22:58

İlham Əliyev Paşinyan, Sinan Oğan və bir sıra şəxslərlə görüşüb - FOTO

17:55

Zaqatala da ekologiya ya vurulan ziyan – KİMDİ CAVABDEH

16:50

Prezident və xanımı Türkiyəyə səfər etdi - VİDEO

16:32

Ərdoğan and içdi - Video

14:56

"Azəralüminium"dan "Khazar Trading Company" şirkətinə 212 minlik sifariş - TENDER NƏTİCƏSİ

14:29

"Həftədə bir neçə dəfə, yarım gün internetin verilişində fasilə yaranır..." - GİLEY

13:50

Bəs deyirdilər, bağ belə, bostan bel... AZAL PUL QIRIR: NOOLDU BƏS? - Kasıb imişlər...

13:30

Prezident İsraillə bağlı olan sazişi təsdiqlədi

13:11

`RabitəBank`ın müştəriləri DİQQƏTLİ OLSUNLAR... - ÇAĞIRIŞ

12:45

Qarabağ veteranı məmurların qurbanına çevrilib - AXI NİYƏ?!

11:47

Mövqelərimiz yenə atəşə tutulur

11:34

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim..." - NARAZILIQ VAR!

10:58

Deyəsən, buralar ÖZBAŞINA QALIB... - Prezidentə müraciət olundu

10:30

Buralar rəsmən DÜŞMƏN 'OBA'SIDIR... - Millətin qəsdinə durublar?

19:22

​​​​​​​Kənd tibb məntəqələrindəki ACINACAQLI DURUM – TƏBİB “problem yoxdur” deyir,

18:53

Məmməd Mahmudov “pojarnı” binasını boşaldıb, ayı 3 min manata məhbuslara icarəyə verir… - ÖZBAŞINALIQ!