[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ŞOUbaz icra başçısı Vəfa Şərifova aşiq olub?


Məlum olduğu kimi müğənni Vəfa Şərifova İsmayıllı rayonunda konsert keçirib. Dia-az.info xəbər verir ki, səhnədən tamaşaçıların arasına enən Şərifova üçün izdiham yaranıb. Kütləni kənardan izləyən rayonun icra başçısı Nahid Bağırovun buna reaksiyaları sosial şəbəkələrdə gündəm olub. Onun bu anları isə vəttəndaşlarımızın diqqətindən qaçmayıb.

Elə deyəsən, bu MƏHRƏM anlar “yuxarıların” da nəzərindən yayınmayıb.

Bu barədə dia-az.info-nun əldə etdiyi bilgilərdən aydın olur ki, məlum görüntüləri səbəbindən Nahid Bağırov tənbeh olunub və… Mənbənin söylədikləri:

“Nahid Bağırov əyaləttdə olsa da, siyasi təsiretmə rıçaqlarına çıxışı olan ttək-tük başçılardan biri idi. İndi isə bu olay onun nüfuzuna çox ciddi zərbə vurdu”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rövşən Nəcəf rəsmən AFFA prezidentliyinə namizəd oldu

AFFA Prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.

Modern.az milli assosiasiyanın saytına istinadən xəbər verir ki, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Röya terrorun baş verdiyi zalda 2 dəqiqə sonra səhnəyə çıxacaqmış - Özü açıqladı

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə bu dəqiqəyə qədər 40 nəfərin həlak olduğu, 130 nəfərin xəsarət aldığı bildirilir.

Terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

Xalq artisti Röya Ayxan hadisədən dərhal sonra video paylaşıb. O, instaqram səhifəsində bildirib ki, teraktdan 2 dəqiqə sonra səhnəyə çıxması planlaşırılıbmış. Ona çoxsaylı zənglərin gəldiyini deyən Röya həyəcanını gizlədə bilməyib.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Qeyd edək ki, hazırda əraziyə xüsusi təyinatlılar cəlb edilib. “Vegas Hall”da insanlar təxliyyə edilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Baku Digital" MMC-yə inzibati xəta protokolu - TƏRTİB EDİLİB

"Baku Digital" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Röya konsert verməyin daşını atsın” - ÇAĞIRIŞ

Xalq artisti Röya Ayxanın Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş tutacaq konserti terror aktı nəticəsində təxirə düşdü.

Moderator.az xəbər verir ki, tanınmış aparıcı Fira Cəlilova sosial şəbəkəsində hesabında qeyd edib: “Röya konsert vermək istəyəndə #Covid başladı. Sonra konsert vermək istəyəndə #Müharibə başladı. Türkiyyədə konsert vermək istəyəndə #Zəlzələ oldu. Bakı Konqres Mərkəzində konsert vermək istəyəndə də səhv etmirəmsə #Şəhidlər -imiz oldu. İndi də Moskvada konsert…

Məncə Röya konsert verməyin daşın atsın.”

“Röya konsert verməyin daşını atsın” - ÇAĞIRIŞ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Crocus City Hall”da terrorda şübhəli bilinən şəxslərin qaçdığı avtomobil Ukrayna ilə sərhəddə saxlanılıb - FOTO

“Crocus City Hall”da terror aktı törətmək şübhəli bilinən şəxslərin qaçdıqları avtomobil Ukrayna ilə sərhəd Bryansk vilayətində saxlanılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, terrorda şübhəli bilinən şəxslərin qaçdığı avtomobilin saxlanmasının təfərrüatları barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat yayıb.

Onun yazdığına görə, terrorda şübhəli bilinən şəxslərin olduğu ağ rəngli “Renault” Bryansk vilayətinin Karaçinsk rayonunun Xatsun kəndi ərazisində saxlanılıb. Terrorçulardan bir nəfərinin hadisə yerinə saxlanıldığı, digərinin isə bir qədər sonra yaxalandığı bildirilib. Qalan şübhəli şəxslərin isə meşədə gizləndiyi qeyd olunub.

Onların avtomobilindən “PM” markalı tapança, “AKM” avtomatı, güllə daraqları Tacikistan vətəndaşının pasportu aşkarlanıb.

Qeyd olunub ki, terrorda şübhəli bilinən şəxslər sərhəd Bryansk vilayətindən Ukrayna tərəfə keçməyi planlaşdırıblar.

“Baza” Teleqram kanalı Bryanskda saxlanılan şəxslərdən Muxammadsobir Fayzovun fotosunu yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İş başındakı başçı ilə həbsdəki başçı arasında FƏRQ... - NƏDƏNSƏ GÖZƏ DƏYMİR...

Yazıya Şəmkir rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş İcra başçısı Alimpaşa Məmmədovun 24 noyabr 2022-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilmiş prosesdə prokuror müttəhimin barəsində açıqladığı ittihamları bir daha xatırlatmaqla başlamaq istərdik.

İttihama görə, Alimpaşa Məmmədov 2014-2022 ci illərdə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qailibi olmuş bir çox şirkətlərdən rüşvət alıb. Şəmkir rayonunun abadlıq işlərinə, Şəmkir şəhər Mənzil istismar kontorunun balansında olmayan fərdi yaşayış evlərinin dam örtüyünün sərf edilməsinə yüz minlərlə manat dövlət vəsaiti rəsmiləşdirilib.

İttihama görə, Alimpaşa Məmmədov eləcə də Şəmkir rayon Mədəniyyət və Turizm, Gəncələr və İdman İdarəsi, Şəmkir rayon Mərkəzi Xəstəxaması, Şəmkir rayon Təhsil Şöbəsi, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı, Təzəkənd, Düyərli, Çənlibel, Əliyaqublu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan Şəmkir şəhərində yerləşən çoxmənzili binaların təmiri, şəhər, qəsəbə, kənd əraziləri üzrə nümayəndəliklərdə görlən işərə görə Alimpaşa Məmmədov icra başçısı olduğu dövrdə ümumilikdə 6.804.613,62 manat ələ keçirdiyi məlum olub.

Bu qəsəbələrin arasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin də adı keçir. Alimpaşa Məmmədov 2016-cı ildə Dəllər qəsəbəsi, Nərimanov küçəsi 4 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 17.521 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 3 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 18.271 manat rüşvət alıb. Dəllər qəsəbəsi, Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə tenderdə qalib gəlməsi üçün 10 117 manat, həmin qəsəbənin Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə gorə, 17.436 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 5 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 15.831 manat, “Qərb TT” MMC tərəfindən Dəllər qəsəbəsi Nərimanov küçəsi 2 saylı binada yerinə yetirilmiş təmir-tıkıntı işlərinə görə həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 20.681 manat rüşvət alıb. 2017-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş ”SAF SERVİS” MMC tərəfindən Dəllər qəsəbəsi, M. Hüseynzadə küçəsi 9, Dəllər qəsəbəsi M. Rahim küçəsi 11a Dəllər qəsəbəsi, M Rahim küçəsi 13a və Dəllər qəsəbəsi. M. Rahim küçəsi 15 saylı binalarda əsaslı və carı təmir işlərinin görülməsinə görə MMC-nin sahibindən rüşvət alıb.

Aktualinfo.org Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən son illər keçirilmiş satınalmalar ətrafında yeni araşdırmalar aparıb.Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dəllər qəsəbə nümayəndəliyi 2023-cü ildə iki satınalma keçirib.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 21.548,81 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanmışdır.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 53.249,73 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2023-cü il tarixdə açıqlanmışdır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, cəmi iki il əvvəl yaradılmasına baxmayaraq “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin ancaq oktyabr – noyabr aylarında müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı lotlar üzrə keçirilmiş 36 satınalma prosedurunun qalibi seçilib. Respublikanın ayrı ayrı yerlərində tenderlər udan bu MMC-nin eyni vaxtda bu kimi işləri hansı işçi qüvvəsi ilə həyata keçirməsi elə özü şübhə doğurur.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci ildə də Sarıtəpə kəndində mövcud fərdi yaşayış evlərinin damlarının cari təmiri üzrə daha bir kotirovka sorğusu keçirib. Bu prosedurda isə “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 32.857,8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 23.12.2022-cü il tarixdə açıqlanmışdır.

Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci ildə də bir satınalma keçirib. Mənzil fondunun əsaslı təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “”BAKU BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 48.497,28 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.08.2021-ci il tarixdə açıqlanmışdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 23.12.2022-ci il tarixdən 26.12.2023-cü il tarixə qədər, yəni bir il ərzində Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınmasına ümumi olaraq 107 655 manat dövlət vəsaiti xərcləyib. Bu da görülən işlərin ehtimal olunan qiymətinin düzgün müəyyən edilmədiyinə, qiymətlərin süni şəkildə şişirdilməsinə və bir sıra qanun pozuntularına yol açmasına əsaslı şübhələr yaradır.

Rəsmi mənbələrdən, “Xalq qəzeti”ndə verilmiş elanlardan məlum oldu ki, Dəllər qəsəbə nümayəndəliyi 2017-ci ildən bəri hər il Sarıtəpə kəndində dam ötüklərinin dəyişdirilməsinə vəsait ayırır. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda 2020-ci ildə bir tenderin ləğv edildiyi göstərilir. Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə kəndə binaların dam örtüyünün yenilənməsinə ötən ildən başlanılıb və 10-15 fərdi yaşayış evinin damı yenilənib. Buradan belə çıxır ki, Alimpaşa Məmmədovun başçılığı dövründə Sarıtəpə kəndində dam örtüklərinin dəyişdirilməsinə ayrılan pullar formal olub, vəsaitin böyük hissəsi mənimsənilib.

Qeyd edək ki, hazırda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdi. O, Prezident İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə təyin olunub. Görsənən odur ki, Rəşad Tağıyev də sələfi Alimpaşa Məmmədov kimi dövlət vəsaitlərini qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində təmir işləri adı altında təyinatından kənarlaşdırır.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhərsalma və Arxitektura Komitəsinin “Az Graft Construction” sevgisi: milyonlar tenderlə yeyilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” ilə əlaqədar satınalma müqaviləsi imzalayıb. Ümumi dəyəri 2 milyon 155 min 417 manat 77 qəpik olan satınalma müqaviləsi “Az Graft Construction” MMC (VÖEN – 6200389011) ilə bağlanıb.
Qeyd edək ki, “Az Graft Construction” MMC-nin qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. Şirkətin hüquqi ünvanı “Laçın rayonu Taxta körpü”dür. 1 000 manat nizamnamə kapitalı olan şirkət 6 avqust 2019-cu ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, “Az Graft Construction” MMC dövlət qeydiyatına alındıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən və dəyəri milyonlarla manat olan çoxsaylı tenderlərdə qalib olub.
Hətta şirkətin 2021-ci ildə dövlət büdcəsinə 100 min manata yaxın vergi borcu olsa da, tender müsabiqələrində qalib olub.
Sonuncu satınalma müqaviləsi isə bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1-ci maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Məsələ ilə bağlı cumhuriyyrt.az olaraq bildirək ki, bu «AZ GRAFT CONSTRUCTION» MMC-nin ərazilərin yenidən qurulması işləri üzrə yaxın dövrdə əldə etdiyi 8-ci böyük tenderdir. Bu tenderlərin hamısı üzrə sifarişçi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qurumu olan «Ərazi Tikinti-Planlaşdirma Mərkəzi»dir. Tenderlərin heç biri dövlət satınalmalarının vahid portalında elan edilməyib.

«AZ GRAFT CONSTRUCTION» MMC (VÖEN: 6200389011) bu tenderlər üzrə ümumilikdə 20 milyondan artıq sifariş alıb.

Bunlar aşağıdakılardır:

1. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması – 25.05.2022 – 4 000 000 manat.

2. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması – 09.02.2022 – 3500 000 manat.

3. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması – 21.10.2021 – 3 118 700 manat.

4. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri – 2 244 369 manat.

5. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Düşmən təcavüzü nəticəsində Füzuli, Cəbrayıl və Tərtər (1-ci hissə) rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin ilkin tikintisi, təmiri və bərpası işləri”nin yerinə yetirilməsi üzrə Satınalma müqaviləsi – 3 387 525 manat.

6. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə müqaviləsi – 3 500 000 manat.

7. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması
cumhuriyyet.net
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölənlərin sayı 82 nəfərə çatdı - Yenilənib


Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

Naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.

“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir.

Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

***

“112” teleqram kanalının məlumatına görə, hücum zamanı 40 nəfər həlak olub, daha 130 nəfər isə yaralanıb.

***

Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı nəticəsində 40 nəfərin həlak olmasını təsdiq edib.

Bildirilir ki, hazırda 100-dən çox şəxsin yaralandığı məlumdur.

***

“Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində yaralananların sayı 146 nəfərə yüksəlib.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərin sayı isə hələlik dəyişməyib.

***

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayının artacağı istisna edilmir.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.(Tass)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO