[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım


“Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı zamanı zərərçəkənlərə yardım üçün Müslüm Maqomayev Fonduna 100 milyon (1,8 milyon AZN) rubl köçürüb.

Bu barədə şirkətin saytında məlumat verilib.

Bildirilib ki, vəsait xəsarət alanların ailələrinə müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclarını ödəmək üçün yönəldilib.

Şirkət həmçinin qeyd edib ki, Müslüm Maqomayev Fondu həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün vəsait toplamağa başlayıb.

Yaxın vaxtlarda ianə toplanışında iştirak etmək istəyənlərin müraciətlərinə baxılması üçün “Çağrı mərkəzi” fəaliyyətə başlayacaq və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar fondun internet saytında dərc olunacaq.

Məlumata görə, artıq bir çox sənət adamları, Ağalarovlar ailəsinin dostları və şirkətin biznes tərəfdaşları öz töhfələrini verəcəklərini bildiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli orta məktəbin direktoru və ona havadarlıq edən, Abşeron-Xızı Regional İdarəyə rəhbər təyin olunmuş İlhamə Abdullayeva barəsində redaksiyamıza olunan müraciət əsasında aparılan araşdırmanın nəticələri aşağıdakı kimi olmuşdur və nəticələr tədbir görülməsi üçün Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Elm və Təhsil Naziri Emin Əmrullayevə, Baş Prokuror Kamran Əliyevə Baş redaktor Pənah Azər tərəfindən göndərilib.

Araşdırma 1: Məlum olmuşdur ki, Abşeron-Xızı Regional İdarəyə rəhbər təyin olunmuş İlhamə Abdullayeva Bakı şəhər 116 nömrəli orta məktəbdə direktor vəzifəsində işləmiş, qohumu ( xala nəvəsi, - Akstafada doğulsa belə ) Gülnaz Kərimovanı Xırdalan şəhər 2 nömrəli orta məktəbə, xalası qızı Arifə Balakişiyevanı Bakı şəhəri 44 nömrəli orta məktəbdən Xırdalan şəhər 1 nömrəli orta məktəbə, həmyerlisi və qohumu Səkinə Abbasovanı isə Qobu qəsəbə orta məktəbindən son dəbdəbə ilə, yüksək səviyyədə tikilmiş və 2022-cü ildə yeni istifadəyə verilmiş Saray qəsəbə 2 nömrəli orta məktəbədirektor təyinatı aldırtmışdır ( sonuncular barədə araşdırmalarımız davam edir ).
Gülnaz Kərimova əvvəl işlədiyi, şagird kontingenti təxminən 1400 ( min dörd yüz ) nəfərə yaxın olan Bakı şəhəri Xətai rayonu 116 saylı məktəbə direktor vəzifəsinə təyin olunana qədər həmin məktəbin Bakı şəhərindəki məktəblər sırasındakı reytinqi 10-cu yerdə olmuşdur.
Gülnaz Kərimova 116 nömrəli məktəbdə direktor vəzifəsində işlədiyi müddətdə məktəbin reytinqi 69-cu yerə düşmüşdür. Belə olduğu halda hansı xidmətlərinə görə İlhamə Abdullayeva qohumu Gülnaz Kərimovanı Respublikada ən çox şagird kontingenti (6300 şagird və 430 müəllim) və müəllim heyyəti olan Xırdalan şəhər 2 nömrəli orta məktəbə direktor gətizdirtmişdir. Nəzərə alaq ki, adı çəkilən məktəbdə təşkilatçılıq qabiliyyəti olan, məktəb direktorluğuna imtahandan keçmiş ali-təhsilli və elmi dərəcəsi olan bacarıqlı və işgüzr kadrlar yetərincədir.
Sual olunur, İlhamə Abdullayevanın marağı nə olub ki, məktəbin TARİFAKASİYASINI işləməyi bacarmayan bir adamı özünün tabeliyində olan məktəbə direktor təyinatı aldırtdırıb?
İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Araşdırma 2: Gülnaz Kərimova 2 nömrəli tam orta məktəbin təhfil-təslim aktından sonra əvvəlki direktor səlahiyyətlərini icra edən Nərgiz İsmayılovanın vaxtında 41 761(qırx bir min yeddi yüz altmış bir) manat invertar əşyaların çatışmamazlığının üstünü bağlamışdır.
Məktəb kollektivinin etdiyi şikayət Elm və Təhsil Nazirliyinin AUDİT və Daxili Nəzarət şöbəsi( DNŞ ) şöbəsi tərəfindən yoxlanmalı olduğu halda İlhamə Abdullayeva bu yoxlamanı regionun özünə yaxın əməkdaşları tərəfindən səthi və bayağı yoxlatmış və mənimsənilmiş, talanmış dövlət əmlakının üstünü ört-basdır etmişdir. Bu cinayət faktorudur. Yoxlamanın nəticələri Elm və Təhsil Nazirliyindən, eyni zamanda hüquq-mühafizə orqanlarından bilərəkdən gizlədilmişdir.

Sual: İlhamə Abdullayeva ilə Gülnaz Kərimovanın həmin cinayətin gizlədilməsində marağı nə olub? Həmən 41 761(qırx bir min yeddi yüz altmış bir) manat pul vəsaitini mənimsəmiş Nərgiz İsmayılova bu günə qədər öz vəzifəsindədir. Maraq???

Araşdırma 3: Araşdırmalarımızdan məlum olmuşdur ki, 2022 - ci ilin noyabr ayında məktəb direktoru Gülnaz Kərimova 5 iş günü işdə olmadığı halda bütün ayı özünə əmək haqqı hesablatdırıb və bu qanunsuzluğu öz imza və möhürü ilə təsdiq etmişdir. Onun bu hərəkəti Az. Res. C.M-nin 308-ci və 309-cu maddəsi ilə “Vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə öz həllini tapmalıdır. Lakin İlhamə Abdullayeva tərəfindən məktəb direktoru barəsində heç bir tədbir görülməyib?

Araşdırma 4 : 2022-ci ilin dekabr ayında “Ümrə” ziyarətinə gedən Nahidə Abbasovaya məktəb direktoru Gülnaz Kərimova tərəfindən qanunsuz icazə verilmiş və onun iş günləri qeyd edilmişdir. Məktəb direktoru barədə İlhamə Abdullayeva məlumatlı olsa da tərəfindən heç bir tədbir görülməyib.

Araşdırma 5: Məlum olmuşdur ki, 2022-2023 cü tədris ilində təxminən 47 şagird qeyri qanuni yollarla məktəbi bitirərək attestat alıb və bunlar heç də şifahi salamla ötüşməyib. Adının çəkilməsini istəməyən “N” adlı valideyn bildirdi ki, bu hörmətin müqabilində Gülnaza 1000 manat pul ödəyib. Belə olduğu halda şagird hesabına görə Gülnaz Kərimovanın cibinə gedəcək məbləği hesablamaq sadə vətəndaş üçün belə çətin olmaz ( 47 x 1000 = ? ).

Araşdırma 6: Niyə məktəbdə şagirdlərin davamiyyətinə direktor yox, texniki işçilər nəzarət edir?

Araşdırma 7: Məktəbin futbol meydançası Orxan adlı şəxsə saat 9-00-dan axşam saat 18-00- a qədər nə məqsədlə və hansı əsaslarla icarəyə verilib?

Araşdırma 8: Müəlimlərin işə davamiyyəti məktəb rəhbərliyi tərəfindən yox, Gülnaz Kərimovanın kuryer kimi saxladığı texniki işçilər tərəfindən həyata keçirilir? Hansı qanunla və maraq?

Araşdırma 9: Gülnaz Kərimovaya hansı yüksəlişlərinə və bir illik nailiyyətlərinə görə İlhamə Abdullayeva tərəfindən Xırdalanda yeni tikilmiş 11 nömrəli tam orta məktəb filal olaraq həvalə edilib?

Araşdırma 10: Gülnaz Kərimova özünün istirahət xoşluğu üçün məktəbi qeyri qanuni 5 günlük iş rejiminə keçirib. Nəzərə alsaq ki, məktəbdə irili xırdalı (sinif otaqlarının tutumu çox xırdadır) 89 sinif otağı olduğu halda məktəbin 204 sinif komplekti mövcuddur. Həmçinin, bu sinif komplektlərinin 27 sinfi yəni, ibtidai rus bölməsi Xırdalan şəhər 3 nömrəli məktəbdə təhsil alır. Belə məlum olur ki, Xırdalan 2 nömrəli məktəbdə 177 sinif komplektləşdirilib. Birinci növbədə 89 sinif otağına qarşılıq olaraq 89 sinif komplekti, ikinci növbədə isə 88 sinif komplekti daxil olur. Maraqlıdır, bölünən saatlar necə olur? Mövcud qaydalara uyğun olaraq 1- ci növbə dərslər saat 8 tamamda başlayıb 13:50 bitir, ikinci növbə saat 13:55 də başlayıb axşam saat 19:40 da bitir. Nəzərə alsaq ki, məktəbin həyətində sahibsiz itlər insanlara hücum edir, bunun insan həyatı üçün nə qədər təhlükəli olmağı və verəcəyi fəsadlar qaçılmazdır. Əlavə edim ki, məktəbin 5 günlük olması barədə pedaqoji şurada iştirak edən müəllimlər və texniki işçilərin heç biri rəsmi dövlətsənədi ilə tanış olmayıblar və həmən sənədlərə də imza atılmayıb.(BakuNews)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın 18-ci gününün DUASI

Martın 28-i Ramazan ayının 18-ci günüdür.

Sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir.

İmsak duası:

“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”.

Tərcüməsi:

“İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Terrorun qarşısı alındı, icra başçısının da həyatı xilas oldu, bəs bundan sonra nə etməliyik?

Martın 25-də yayılan rəsmi məlumatlarda göstərilir ki, Bəhruz Əskərov adlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının həyatına sui-qəsd etmək məqsədi ilə planlar qurub. Amma görülən çevik tədbirlər sayəsində sui-qəsdi həyata keçirə bilməyib və o, həbs olunub.
Bu hadisə ilk növbədə Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin 2018-ci ildə güllələnməsi hadisəsini xatırladır. T.Qaraşov da güllələnə bilməzdimi? Bilərdi, ortada nümunə var. Heç şübhəsiz, qonşu ölkələrdə baş verən terror hadisələri fonunda və indiki həssas bir dönəmdə sui-qəsdin qarşısının alınması təqdirolunası haldır.
Eyni zamanda düşünürəm ki, T.Qaraşova qarşı hazırlanan sui-qəsd planının araşdırılması təkcə hüquqi müstəvidə deyil, Gəncə və Lənkəran şəhərlərindəki real vəziyyət paralel şəkildə təhlil olunmaqla, ideoloji müstəvidə də öz həllini tapmalıdır.
- Hər iki şəhərdə narkoticarət və narkomaniya tuğyan eləyir.
- Hər iki şəhər milli-dini ideoloji cəhətdən dərin boşluqdadır, üfüqlər görünmür. İdeoloji boşluqların doldurulması istiqamətində heç bir addım atılmayıb.
- Hər iki şəhərdə insanların fərdi şəkildə mərkəzdənqaçma meylləri güclənib.
- Ölkəmizdən xarici ölkələrə üz tutan şəxslərin böyük bir faizini də Lənkəran sakinləri təşkil edir. İnsanların paytaxta olan ümidlərini alt-üst edən şəhər rəhbərliyi həmin vətəndaşlar üçün xaricə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Bu baxımdan, xaricə köç edən şəxslərin müxtəlif qrupların təsir dairəsinə düşməsi də təsadüf deyil.
- Hər iki şəhər ölkədə aparılan islahatlardan tamamilə kənarda qalıb.
- Hər iki şəhərdə sosial problemlər, işsizlik günbəgün dərinləşir.
- Hər iki şəhərdə kriminal durumun səviyyəsi artmaqdadır.
Düşünürəm ki, aidiyyatı dövlət qurumları Lənkəranda təkcə terrorun - səs-küylü böyük bir cinayət hadisəsinin qarşısını almayıb, həm də T.Qaraşovun həyatını xilas edib. O, dövlətə minnətdar olmalıdır. T.Qaraşovun yerli saytlara açıqlamasında Dövlət başçısına və xüsusi xidmət orqanlarına təşəkkür etməsi də yaxşı haldır.
Bəs, 1996-cı ildən icra başçısı vəzifəsində çalışan (Kürdəmir, Cəlilabad, Neftçala, Astara), 12 ildir Lənkəran kimi strateji şəhərə rəhbərlik edən 65 yaşlı T.Qaraşovun özü yola salınmalı deyilmi? Heç olmasa, özü bu barədə düşünürmü?
Lənkəran ölkəmizin ən vacib və həssas nöqtələrindən biridir. B.Əskərov adlı şəxsin məhz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd planı hazırlaması da təsadüf deyil. Koordinat dəqiq seçilib: narazı əhali, pik həddə çatan radikallıq, işsizlik, məmur özbaşınalığı, icra başçısının yarıtmaz fəaliyyəti və s.
Ölkə və hədəflər dəyişib, çoxvektorlu planlar icra etməyə məcburuq, ölkəmiz indi daxildə deyil, həm də regionda və qlobal aləmdə əhəmiyyətli subyektə çevrilib. Belə olan halda strateji əhəmiyyət daşıyan və yuxarıda sadaladığım problemlərdən əziyyət çəkən bir şəhərə T.Qaraşov kimi problemli və "klassik" məmur necə rəhbərlik edə bilər?!
Daha çevik, şəhəri, bölgəni tanıyan, ümumən ölkənin problemlərini və hədəflərini dərindən bilən şəxs onu əvəz etməlidir.

Samir Feyruzov
Azsiyasət.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə buraxılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Kamran Əliyev uzun illər BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu sahədə böyük xidmətləri olan Kamran Əliyev daha sonra YPX Şöbəsinin rəisi olub. Bir neçə ildir ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. Onun 60 yaşı tamam olub.(Avtosfer)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov fevral ayının 14-də keçirilən ağacəkmə aksiyasında mətbuata verdiyi açıqlamada bu ilin sonuna qədər ölkə ərazisində 5 milyon ağacın əkilməsinin planlaşdırıldığını bildirib.
Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Nazir müavini Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından sonra kütləvi ağacəkmə aksiyalarına başlanıldığını vurğulayıb: “Artıq fevral ayının əvvəllərindən başlayaraq həm Abşeron yarımadasında, həm də ölkəmizin digər ərazilərində bu cür ağacəkmə aksiyalarının keçirilməsinə start verilib. Bu aksiyalarda təkcə ETSN və onun yerli qurumları deyil, həmçinin aidiyyəti dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının da iştirakı təmin olunur”.
Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Təbii ki, Prezident İlham Əliyevin göstərişlərindən sonra ekologiya və təbii sərvətlər nazirliyinin təşkil etdiyi bu ağacəkmə aksiyası təqdirəlayiq haldır. Amma bir maraqlı sual da çıxır ortaya. Bəs ekologiya və təbii sərvətlər nazirliyi ölkə ərazisində aparılan kütləvi ağackəsmə kompaniyasına nə vaxt son qoyacaq?

Aktualinfo.org təkcə 2023-cü ildə meşələtəmizdə olan ” yaşıl terror”la bağlı kifayət qədər geniş və təkzib olunmamış məlumatlar yayıb və bu işin başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun durduğunu açıqlayıb. Şəki rayonundan, elə nazir müavini Vüqar Kərimovun doğulduğu kənddən redaksiyamıza verilən son məlumatlar da bunu təsdiqləyir.
Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Redaksiyamıza adının çəkilməsini istəməyən Şəki şəhər sakini tərəfindən Kiş çayı ətrafında baş vermiş ekoloji cinayət faktları ilə bağlı video, foto sənədlərə əsaslanan müraciət göndərmişdir. Müraciətdə qeyd edilir ki, məşhur iş adamı Lətifov Tehran Sabir oğlu tərəfindən Şəki şəhərinin yuxarı hissəsində “Marxal” istirahət Mərkəzi ətrafında olan və Ekologiya və Təbii Sərvətlər Nazirliyin balansında olan üç böyük meşə fondu ərazisini icarə adı altında zəbt etmişdir. Məsələ barəsində 1 həftə öncə ETSN-nin qaynar xəttinə zəng edərək Kiş çayı ətrafında yerləşən və Şəki şəhərini sel təhlükəsindən qorumaq üçün hələ Sovetlər dövründə salınmış küknar meşəliyinin, çay yatağındakı meşə cinsli çoxsaylı müxtəlif diametrli ağacların böyük ərazidə ağır texnikanın köməkliyilə kürünərək yerində istirahət mərkəzi tikilməsi üçün yer hazırlanmışdır. Verilən məlumata görə T.Lətifov Kiş çayının sol sahilində yerləşən “Sərin ada” restoran yerini iki kürəkəni üçün sənədləşdirmiş və burada yerləşən müxtəlif ağacların 28 ədədini yer səviyyəsində, qalan 76 ədəd ağacı isə 3 metr hündürlükdə tam budatmışdır ki, növbəti ili ağaclar quruyaraq məhv olsun. Digər 3-cü sahə olan və “Zip Line” kanatlı istirahət mərkəzinə çatmamış, yolun sol hissəsində, Kiş çayının isə sağ sahil hisəsində yerləşən hektarlarla salınmış küknar meşəsinin də az bir hissəsini ( təxminən 1 ha) ETSN ilə 5 il öncə rəsmi icarə müqaviləsi bağlayaraq hər ili burada olan 25-35 sm diametrli şam ağaclarını kəsib məhv etməklə məşğuldur ki, burada da qanunsuz tikinti işləri aparıb evciklər, mətbəx, gözətçi sahəsi, restoran və çay üzərindən kanat tikib istifadəyə versin. Meşə ərazisinə də çoxsaylı mişar daşları, qum, şeben və s. Tikinti materialları töküb işə başlamışdır. Təqdim edilən videolarda da qeyd edilənlər video və foto görüntülərlə təsdiqini tapır. Şəki sakini hər üç meşə fondu ərazisində aparılan kütləvi ağac kəsintilərinin ümüumi sayının 1400 ədəd olduğunu və nazirliyin yerli Ekologiya İdarəsi əməkdaşları olan Şəmsəddin və Kamranla apardığı monitorinq nəticəsində ETSN əməkdaşları da faktları yerində baxış keçirərək təsdiq etmişlər. Verdikləri rəsmi məlumatda aydın olur ki, bütün bu kəsilən qiymətli ağaclara görə sahibkar T.Lətifova 700 manat cərimə aktı tərtib edilmişdir. Şikayətçinin iştirakı ilə keçirilən monitorinq zamanı həmin meşə dolayına nəzarət edən meşəbəyi də təsdiq etmişdir ki, küknar meşəsi əvvəlki Ekologiya İdarəsinin müdiri olmuş Yusifov Namiq dövründə verilmiş və ağacların da hamısı o dövrdə kəsilmişdir. Yəni, təzəcə kəsilən ağaclar hələlik yoxdur. O da məlum olmuşdur ki, ETSN nazir müavini cənab Vüqar Kərimli də məhz bu ərazinin 1 km-də yerləşən Kiş kəndində anadan olmuşdur. Və tez tez bu ərazilərə səfər edərək baş vermiş ekoloji cinayətlərin şahidi olmuşdur. Amma nə fayda. Çünki onun Namiq Yusifovla bir həmyerli kimi olan dostluq münasibətlərinə görə bu ərazilər imkanlı iş adamlarına şapka müqabilində icarəyə verilir. Nəticədə sahibkar verdiyinin əvəzini çıxarmaq üçün müqavilədə qeyd edilən sahədən dəflərlə çox ərazini qanunsuz zəbt edir və qanunsuz tikinti işlərinə başlayır. Ən önəmli məslə isə Kiş çay yatağındakı ağacların kütləvi kəsilməsi nəticəsində orta əsrlər şəhəri olan Şəkini sel təhlükəsilə üz üzə qoyurlar. Güman edirik ki, Fövqəladə Hallar Nazirliyi, Su və Meliorasiya Dövlət Agentliyi dağıdıcı çay hesab edilən Kişın fəlakəti baş verməmiş bu istiqamətdə təcili və təxirəsalınmaz tədbirlər görəcəkdir. //Aktualinfo.org//

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...


Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

Yenixeber.org: Haqlı olaraq iki gündür sosial şəbəkələrdə bu absurd qiymət siyasətinə etiraz edilir. Və haqlı olaraq ADY rəhbərliyinin, birbaşa qurumun yeni sədri Rövşən Rüstəmovun təklifi ilə tərtib olunan bu prays-listin ölkə başçısına qarşı sabotajdan başqa bir niyyət daşımadığını deyənlər var. Çünki 24 saat avtomobili bir yerdə park etmək üçün 30 manat qiymət müəyyən etməyə başqa bir səbəb tapmaq mümkün deyil. Bunu nə iqtisadi, nə sosial məntiqlə əsaslandırmaq olmaz. Açıq-aydın insanların cibinə girmək, onları narazı elektorata çevirmək istiqamətində atılan addımdır. Bəs səbəb nədir? Bu, bəlli deyil.

Azərbaycanda “yeni gələn gedənə rəhmət oxutdurub” məsəli bu gün də özü təsdiqini tapmaqdadır. Cavid Qurbanovun atasına rəhmət. Qurbanov bu boyda “islahat” həyata keçirməyə cəsarət etməmişdi. İndi ölkə doludur məmurların obyektləri ilə. Bu da oldu Rövşən Rüstəmovun obyekti...

Elə bu məqamda bəlli oldu ki, Qış Parkı ərazisindəki parkinqdə də qiymətlər qaldırılıb. İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə bu məsələyə reaksiya verib. Bildirib ki, “Qış Parkı” adlanan ərazinin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avto-dayanacaq var, şəhərin mərkəzi olduğuna görə logistik olaraq sərfəli yerdədir.

Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, maşınlara insanlar qapalı parkinqdə saxlaya bilərlər, piyada mərkəzdə hərəkət edə bilərlər. İndi məmur tayfası “Qış Parkındakı” yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170% artırlar - əslində əksinə olmalı, gün ərzində çalışanların orada park etməsini stimullaşdırmalı idilər.

Ümumiyyətlə, son zamanlar “Davosun Azərbaycan uşaqları” avtomobil, parkinq məsələsində ciddi aktivləşiblər, ard-ardına absurd qərarlar qəbul edib, bunu “insan üçün şəhər”, kimi cəlbedici şüarlarla ört-basdır edirlər. Əslində onların dərdi insan deyil, onlar məhz insansız şəhər, insansız dünya istəyirlər, arzulayırlar ki, insanlar doğmasın, artmasın, istəyirlər ki, insan hər addımda asılı vəziyyətə düşsün, nəzarətdə qalsın, öz kimliyini və azadlığını könüllü şəkildə təhvil versin. “Pandemiya” zamanı və ondan sonra “Davosun uşaqları” dünyada, elə bizdə də aktivləşiblər, anti-insan, anti-azadlıq gündəliyini sırımağa çalışırlar.

Daha bir məsələ odur ki, Qış parkını da, yeraltı dayanacağı da Dövlət tikib, mənim-vətəndaşın pulu, vergiləri ilə inşa edib, indi AYNA adlı geydirmə bir quruma veriblər, onlar da istədikləri tarifi müəyyən edir. Yəni, mənim pulumla tikilən dayanacaqdan, məndən yenə pul almaqla qazanırlar – absurddur. Ora özəl yer deyil, özəl sektorun investisiyası ilə tikilməyib, ölkədə kommunal xidmətlərin qiyməti artmayıb, yaxşı, nə baş verib ki, AYNA özündən qiymət icad edir?! Məndən pul yığır ki, AYNA-nın rəhbərliyi minlərlə manat maaş, mükafat alsınlar, özlərinə xarici səfərlər təşkil etsinlər?!

Yüz dəfə demişik – vətəndaş olaraq parkinqə pul verməyə hazırıq, amma o vəsaiti vətəndaşın seçdiyi Mer institutuna ödəyək, seçkili Mer institutu yaransın, şəhər təsərrüfatı ayrı-ayrı qalstuklu qlamur müəllimlərin deyil də, vətəndaşın seçdiyi orqan, Böyük Şəhər Bələdiyyəsinin əlində olsun, biz də bilək ki, pulu kimə və niyə ödəyirik.(Yenisabah.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Elçin Səfəralı oğlu Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir. Elçin Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

“Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyim məbləğə görə vurmurlar. Hər dəfə belə edirlər. Başqa yerdə eyni məbləğə yanacaq doldururam, bilirəm ki, xətt harada dayanmalıdır. Bunlar isə hər dəfə mənə “atırlar”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli bildirib.

Sosial şəbəkə hesabında bu haqda yazan sənətçi yanacaqdoldurma məntəqəsində hər dəfə aldadıldığını iddia edib:

“Özü də elə danışırlar ki, sanki borcum var. Deyir, sürün-sürün, bizim şlanqımız qısadır, çatmır. Elə bir yerə aparır ki, artıq yanacaqdoldurma məntəqəsindən çıxıram və heç bir monitoru görmürəm. 7-8 dəfə bu hal təkrarlanıb.

Maşından enib monitora baxmağa utanıram. Bir dəfə əsəbi vəziyyətimə düşdü. Utanmadan rahat bir şəkildə işçiyə dedim ki, verdiyim məbləğə uyğun vurmasan, dava salacağam. Hər dəfə burada məni aldadırlar. Mən key deyiləm, sadəcə abır-həya edirəm. Bundan istifadə etməyin. Gərək, hər dəfə mən bunu xatırladım sizə ki, saxtakarlıq etməyəsiniz?! Bilmirəm, bunlar tək xanımlara belə edirlər, yoxsa hər kəsə. Buranın adını çəkmirəm. Amma növbəti dəfə, yenə təkrarlansa, onları rəzil edəcəyəm!”
Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...


Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 88-də yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Rəsulov Abduləli Əhmədəli oğlu10,giriş 7, tərəfindən öölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident və Müzəffər Ali Baş Komandan! Mən, bir ailənin məmur bacı qardaşlarından ibarət mütəşəkkil dəstənin dələduzluq toruna düşərək külli-miqdarda maddi ziyana düşdüyümə görə 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili kimi Sizə və aidiyyatı üzrə dövlət strukturu rəhbərlərinə şikayət etməyə məcbur olmuşam. Belə ki, 2-3 il əvvəl Şəkidə tanıdığım Paşayev Surxay mənə işlədiyi KOBİA-nın xəttilə qum karyerim üçün müxtəlif avadanlıqların təşkil edilməsinə köməklik göstərmək vədi etmişdi. Sonra mənə məxsus olan “Qızıl qaya” restoranına məxsus torpaq sahəsinin sənədləşməsinə də söz vermişdir. Razılaşdığımı görüb təklif etdi ki, gəl bu restoranı qardaşım Arazın qaynım Qüdrətin adına birbaşa rəsmiləşdirək əvəzinə isə Bakıda Prezident Aparatı yanında, “Təzə bəy” hamamının qarşısında olan və qiyməti 250000 manat olan 3 otqalı mənzil və Oğuz şossesinin kənarında yerləşənvə dəyəri 200000 manat olan 1 ha torpaq sahəsilə dəyişərik. Razılaşdıq. Az sonra Surxay ( əvvəllər KOBİA-nın Şəki Regional İdarəsinin müdiri olmuş) bildirdi ki, bəs doğma bacısı Hicran Paşayeva və Araz Paşayevlər hər ikisi Təhsil Nazirliyində yüksək vəzifələrdə çalışırlar. Onlar xəbər veriblər ki, Nazirlikdən Şəki Regional Təhsil Şöbəsinə ayrılmış 11 ədəd vacant iş yerləri vardır ki, onlar üçün pulu olan adamlar tapsın. O mənim yanımda bu barədə dəfələrlə bacısı Hicran xanımın köməkçisi Nigar xanımla və qardaşı Arazla bu barədə tez tez danışır və müzakirələr edirdilər.Və mənə də işin real olduğunu bildirdi. Mən “Qızıl qaya” restoranı ilə Suraxyın qaynı Qüdrətlə olacaq mübadilə sövdələşməsinin xatirinə belə adamlar tapmağa söz verdim . Nigar xanımın Surxayın votsap nömrəsinə göndərdiyi vacant yerlərin siyahısı, əmək haqqı cədvəlini 2023-cü ilin fevralın 13-də göndərmişdi. ( sənədlər əlavə edilir) Həmin ilin 17 martında isə Təhsil Nazirliyindən Nigar xanım tapdığımız adamlardan yığılan pulların köçürülməsi üçün Surxayın votsap nömrəsinə 17 mart 2023-də özünə məxsus Leo bank kartının 4098584465839999 nömrəsinin fotosunu da göndərmişdir. Bundan sonra mən Şəkidə olan tanışlarımın razılığı ilə onların sənədlərini də Surxaya verdim O da Təhsil Nazirliyinə göndərdi. Bundan sonra Surxay Şəkidə 11 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutlan imtahandan bu 11 nəfəri keçirib 11 aprel 2023-də də əmrlərini verdirməli idi. CVə bunun üçün 11 nəfərin adına Təhsil Nazirliyində yazılmış imtahan buraxılış vərəqələrini göstərdi. Sonra Surxay dedi ki, 11 nəfərin hamısı imtahandan uğurla keçib. Mən də danışlan kimi yığılan 54800 manat pulu verdim Surxaya . 10 gün sonra isə Surxayın Şəkidə yaşayan atası Nadir Paşayev əvvəlcə tanışı Vidadini və Surxayı mənim yanıma göndərib ki, nə qədər borc var? Surxay da şifahi dedi və Vidadi də siyahını yazıb getdilər. Səhəri gün Vidadi mənim yanıma gəlib dedi ki, daha o pul verən adamların işləri düzəlməyəcək. Və sonra Surxayın atası mənə zəng etdi ki, gəl evdə görüşək. Getdim. Evdə oğlu Araz , anası və özü vardı. Nadir mənə dedi ki, səndən əvvəl bura gələn və iş üçün 15000 manat verən Vidadi verdiyi pulu bağışladı ki, biz şikayət verməyək. İndi sən də 11 nəfərdən alıb Surxaya verdiyin ( 54000 manatı) pulları bağışlamasın prokurorluğa şikayət edəcəyik ki, oğlumu aldadıb pul veriblər. Razılaşmadım. 30 dəqiqə sonra Şəki rayon Prokurorluğundan prokuror köməkçisi Mazan adlı şəxs zəng edib prokurorluğa gəlməyimi istədi. Getdim. Prokuror köməkçisi Mazanın otağında Nadir və Surxay vardı. Otağa daxıl olan kimi Nadir məni şantaj etməyə başladı ki, bu adam məni və ailə üzvlərimi öldürməklə hədələyir. Dərhal gizli sövdələşmə ilə mənə qarşı qurulan teatrı başa düşdüm. Mazan mənə dedi ki, camaatdan yığılan rüşvət pullaerını geri qaytarmaq lazımdır. Dedim ki, Arazın qardaşı qoy tapsın versin. 2 saatdan sonra isə məni Şəki Polis Şöbəsinin istintaq şöbəsi rəisi Şaiq müəllim çağırdı. Orada da Araz Surxay və Nadir vardı. Məlum oldu ki, Bakıdan gələn Araz istəmir ki, onun adı dələduzluq işlərində hallansın. Onun adından yığılan pullara görə çox narahatdır. Müstəntiq Şaiq Surxaydan soruşanda ki, nə qədər pul almısan. Cavab Verdi ki, 34400 AZN, sonra müstəntiq mənə dedi ki, qalan 22400 manatı da sən Abduləli ödəməlisən ki, məsləni bağlayaq. İş məhkəməyə getməsin. Sonra əlavə etdi ki, əgər 22400 manat pul qayıtmasa o zaman pul verən əsas da xanımları bura dəvət edib izahat alacağıq ki, kimə nə qədər rüşvət veribdir və nəyə görə veriblər. Mən Paşayevlər ailəsinin əvvəlcədən hazırladıqlaerı tora düşdüyümü anladım. Və xanımların polisə gəlib izahat vermələrinin yaxşı səslənməməsi üçün məcbur olub Unibankdan kredit götürüb gətirib adamlara payladım. Halbuki, Surxay 11 nəfər üçün Təhsil Nazirliyinə hər adam üçün çatacaq 2000 manat, Şəki Regional Təhsil İdarəsinə çatacaq 1500 manatın cəmi hesabını etiraf etmişdir. Qalan və özü xərclədiyi pulları isə mənim ödəməyimə nail oldular. Nadir, Surxay və Araz ailə üzvlərinin mənim etimadımdan süi-istifadə edərək Təhsil Nazirliyinin ayırdığı 11 vakant yer üçün Surxay vasitəsilə aldıqları 54800 manat pulu dələduzluq yolu ilə tam mənimsəmək üçün bacısı Hicran və qardaşı Araz işləri baş tutmadığına görə ( bizə məlum olmayan səbəblərdən) ataları Nadir vasitəsilə şikayət verilərək ( qabaqgəlmişdik edərək) dəstə halında mənimsədikləri 22400 manat pulu polis və prokurorluğa sifarişli şikayətlə zərəçəkmişlərə mənim hesabıma ödətdirmişlər. Halbuki, yığılan pulların hamısı Surxaty vasitəsilə TN-nin məsul işçiləri olan bacıs Hicranın köməkçisi Nigarın bank kartına köçürülməsklə və qardaşı Arazla əlbir olaraq mənimsəmişlər. çox təəssüflər olsun ki, Şəki rayon Prokurorluöunda Paşayevlərdən ibarət ailə üzvləri olan TN-nin dövlət məmurlarının qulluq mövqelərindən süi-istifadə halları, vəzifə saxtakarlığı, sənəd saxtakarlıqları və dələduzluq cinayətləri araşdırlmamaış, işi dərhal polis şöbəsinə yönəldərək cinayəti araşdırmadan, mənə 22400 mant pul ödətdirməklə ört basdır etməyə çalışmışlar. Halbuki yığılan pulların hamısını sənədlə Surxaya vermişdim.

Cənab Prezident və cənab Baş prokuror! Sizlərdən çox xahiş edirəm ki, əvvəlcədən mənə qarşı bu vəzifəli Paşayev ailə üzvlərinin həyata keçirdikləri dələduzluq əməlləri sayəsində 22400 manat zərər vurduqlarına görə maddi ziyanın mənə ödənilməsi və dələduz dəstənin əməllərinə hüquqi qiymətin verilməsinə göstəriş verəsiniz".(dia-az.info)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO