[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar


Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” münasibətilə təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb.

Yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

Tədbirdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və müxalifət nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. Bundan öncəki ildə də iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırmışdı.(Qafqazinfo)
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar




[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.

Həlledici matçda "Azərreyl” "Abşeron”la üz-üzə gəlib. Bakı İdman Sarayındakı qarşılaşma "Azərreyl”in 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Azərreyl” 2023/2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

Qeyd edək ki, ötən gün "Azərreyl”in kişilərdən ibarət komandası finalda "Murov Az Terminal”ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.

Əlavə edək ki, qadınların Yüksək Liqasında bürünc medalları "Gəncə”yə 3:0 hesabı ilə qalib gələn "Murov Az Terminal” əldə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Xəbər verdiyimiz kimi, “Qobu Park-3” yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib.

Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib.

Eyni zamanda, hadisə yerindən “İctimai” TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında “bir balaca” fərq yarandığı üçün bərkitmə işləri aparılır: “Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır”.

Onu da xatırladaq ki, bundan əvvəl eyni problem “Qobu Park-1” və “Qobu Park-2” yaşayış massivində də yaşanıb. “Qobu Park-3”-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdi\Sonxeber.az

Yenicag.az-a açıqlamasında yeni tikilən yaşayış binalarının təhlükəsizlik baxımından nə qədər dözümlü olduğu ilə bağlı fikirlərini səsləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc deyib ki, hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın.

Onun sözlərinə görə, əgər lazımi qurumlar və strukturlar öz vəzifəsini qanunauyğun şəkildə icra edərsə, mənfi hallarla qarşılaşma ehtimalı ən aza endirilə bilər.

“Ölkəmizin seysmik zonada yerləşdiyini nəzərə alsaq, yaşayış binalarında yaşana biləcək hər hansı təhlükə yüzlərlə, bəlkə də minlərlə insanın həyatı bahasına başa gələ bilər. Yaxın müddət ərzində seysmikliyin artacağına dair proqnozlar mövcuddur. Belə olduğu təqdirdə, çoxmərtəbəli binaların dözümlülüyünə diqqət daha çox artırılmalıdır. Həmçinin indiyə qədər müəyyən səhvlər varsa, mütləq aradan qaldırılmalıdır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, sözügedən məsələlərin araşdırılması və qarşısının alınması üçün bir neçə dəfə komissiyanın yaradılması barədə təkliflər irəli sürülüb:

“Aidiyyatı qurumlarla yanaşı ictimaiyyət nümayəndələrindən təşkil olunacağı bu komissiya mənfi tendensiyaların qarşısını ala bilər. Tikinti üzrə qurumlar heç bir halda qayda pozuntusuna göz yummamalıdır. Yerindəcə həmin tikintiyə rəhbərlik edən şəxs cəzalandırılmalıdır”.

O, barəsində danışılan problemlərin bir çox zaman tikinti materiallarının keyfiyyətsizliyi, eyni zamanda, mühəndis-layihə işlərinin lazımi tələbləri qarşılamadığı hallarda baş verdiyini vurğulayıb:

“Hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın. Ən azından qardaş Türkiyənin yaşadığı acı praktika bizlər üçün nümunə olmalıdır. Lazımi tədbirlər görülməzsə, çox təəssüf ki, həmin taleyi biz də gözləyirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bu taksi şirkəti bağlanır

Azərbaycanda taksi şirkətlərindən olan “Uklon” fəaliyyətini dayandırıb.

Şirkət tərəfindən bununla bağlı həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərilib.

Məlumatda 30 apel 2024-cü ildən etibarən Uklon avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyətini dayandıracağı qeyd olunub.

Qeyd edək ki, “Uklon” ötən ilin mayında fəaliyyətə başlamışdı.
Azərbaycanda bu taksi şirkəti bağlanırAzərbaycanda bu taksi şirkəti bağlanır


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən - aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rayonların birindən gəlirmiş və bu zaman Səbail rayonunda yerləşən BŞBGİ-nə də baş çəkmək barədə qəfil qərar verib. Amma əsl həngamə bundan sonra başlayıb. Komitə sədri təxminən 5 dəqiqə “şlaqbaum”da gözləməli olub, postda adam olmadığına görə “şlaqbaum”u açan olmayıb. Bundan sonra sədrin sürücüsü maşından düşməyə məcbur olub və daha sonra sədrin həyətə daxil olması mümkün olub.

Bu barədə Azsiyaset.az-a saytına daxil olan məlumatlarda bildirilir.

Qeyd olunur ki, Ş.Bağırovun bir neçə dəqiqə İdarəyə daxil ola bilməməsi ciddi gərginlik yaradıb. Növbəçi hissənin rəisi yerində olmayıb. Hətta gömrük işçilərinin əksəriyyəti sədri tanımayıb:

“İlk olaraq, Şahin Bağırov birinci mərtəbədə maliyyə şöbəsinə daxil olub, maliyyə inspektorlarına suallar ünvanlayıb, amma ona cavab verə bilməyiblər. Daha sonra İdarənin rəisi Elmir Ramazanova Komitə sədrinin orada olduğunu deyiblər. Ş.Bağırov Elmir Ramazanovu danlayıb, İdarədəki özbaşınalıqları sərt tənqid edib, insanların narazı qaldığını, incildiyini bildirib və bundan sonra əsəbi şəkildə çıxıb gedib”.

Sədr gedəndən sonra BŞBGİ-nin rəisi Elmir Ramazov əl-ayağa düşüb və insanlara yaxınlaşaraq problemlərinin olub-olmadığını soruşub.

Redaksiya bildirir ki, bu faktın özü BŞGİ-də özbaşınalıqların, qanunsuzluqların hökm sürdüyünün göstəricisidir.

Əldə olunan məlumata görə, BŞBGİ-nin növbəi hissənin rəisi işdən çıxarılıb və yerinə yeni rəis təyin edilib. Yəni, E.Ramazanovun səriştəsizliyinə və idarədəki özbaşınalıqlara görə yalnız növbəçi hissə rəisi cəzalandırılaraq işdən çıxarılıb.

Azsiyaset.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Bu ilin I rübündə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Xatırladaq ki, bu il Qarabağ və Şərqi Zəngəzura büdcədə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Yanvar-mart aylarında bunun 31,9 %-i xərclənib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

"Deməli, belə.... Gömrük bağlamanı saxlayıb. Sadə bir xətaya görə: bağlamanın qiymətini dollar yerinə "tl" yazmışıq..." Dia-az.info bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Məmmədova soyadlı istifadəçi bildirib.
Narazı vətəndaş daha sonra yazır: "Təəssüf ki, qiyməti indi düzəltmək, vəziyyəti xilas etmir.
Lakin yenə də bağlamanı götürmək istəyirik. Karqonun brokeri isə deyir ki, bağlamanın saxlanc haqqı 1 günə görə 10 azndir, 20 azn də borker olaraq mənim haqqım.
Yəni nə qədər gülməli olsa da, 15 dollarlıq bir bağlamaya görə 30 azn ödəməliyik...
Daha münasib qiymətə həll etmək mümkün deyilmi? Başqa brokerlər də belə bahaçıldır?"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb direktoru həmin qadından 300 min alıbmış

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-cı il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Samirə Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub. O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.

Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək 6 min alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 7 il həbs cəzası verilib. Bundan başqa, S.Əkbərovaya qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Xeyli müəddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov küçəsində fəaliyyət göstərən 271 №li tam orta məktəbdə baş verən qalmaqalları, narazılıqları, dedi-qoduları və s-ni. sanki ölkəmizin təhsil sahəsində baş verən biabırçılıqlar içərisində ən yaddaqalan hadisələrdən biri hesab etmək olar. Bu təhsil müəssisəsi ilə bağlı YouTube kanallarında yayımlananlara da diqqət yetirməklə, məhz Səbinə xanım Qasımovanın rəhbərlik etdiyi 271 №li tam orta məktəbdə formalaşan ab-havanın varlığına lazımi qiyməti vermək olar.
EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Qeyd edək ki, 1985-ci ildən fəaliyyət göstərdiyi qeyd olunan bu məktəbdə yaşananlarla bağlı, bir neçə gün bundan öncə deryaz.az xəbər portalının redaksiyasına da xeyli məlumatlar daxil olmuşdur. Daxil olan məlumatlar sırasında məktəbin direktoru ilə ibtidai sinif müəlliməsi Bağırova Səltənət Zahid qızı arasında davam edən çəkişmələr daha çox diqqəti cəlb etməkdədir. Bəli, ötən yazımızda da qeyd etmişdik ki, ibtidai sinif müəlliməsi Səltənət Bağırova 29 avqust 2023-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanında iştirak edir və həmin vaxt o, 40 imtahan balı, 21 müsabiqə balı toplayır. Buna baxmayaraq, ötən ilin sentyabrından Səltənət Bağırova öz ixtisası üzrə, yəni ibtidai sinif müəlliməsi işləyə bilmir. Onun bu gün ibtidai siniflərə yalnız musiqi dərsindən və texnologiya fənnindən dərs keçdiyi bildirilir. Baxmayaraq ki, Səltənət Bağırovanın adı ştat cədvəlində ibtidai-sinif müəlliməsi olaraq rəsmləşdirilib və onun adına ibtidai-sinif müəlliməsi olaraq əməkhaqqı da yazılır. O halda sual oluna bilər ki, sertifikasiya imtahanında 40 imtahan balı, 21 müsabiqə balı, yəni üstüstə 61 bal toplayan müəllimənin bu cür rəzil duruma salınmasına səbəb nədir? Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, məktəbin elə müəllimləri var ki, onlar sertifikasiya imtahanında cəmi 28-32 bal toplasalar da, direktor həmin müəllimləri siniflə təmin edib. Üstüstə 61 bal toplayan Səltənət Bağırova isə, bir neçə ildir ki, sinifsiz qalıb.
EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR
EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR


Onu da qeyd edək ki, beş il bundan əvvəl direktorun təlim-tərbiyə işləri üzrə müavini Ofeliya Arazova Səltənət Bağırovaya “Bilirsənmi, sinif müəllimlərini valideyinlər seçirlər. Hələ ki, valideyinlər səninlə bağlı müraciət etməyiblər, əgər pul verərsənsə, o halda sənə də sinif düzüb qoşa bilərəm” deyir. Belə olan halda Səltənət Bağırova məcbur olub Ofeliya Arazovaya 5 (beş) min manat rüşvət verildiyi bildirilir. Pul veriləndən sonra guya ki, valideyinlər seçim edirlər və onlar Səltənət Bağırovanı da “seçirlər” . O, iki il ibtidai sinif müəlliməsi işləsə də, iki ildən sonra valideyinlər onu yenidən “seçmirlər”. Artıq 3 (üç) ildir ki, Səltənət Bağırova ibtidai sinif şagirdlərinə yalnız texnologiya fənnindən və musiqidən dərs keçməklə məşğul olur. 2023-cü ilin sentyabr ayında Səltənət Bağırova bilir ki, ona nə sinif, nə də ki, normal dərs saatı verməyəcəklər. Həmin vaxt Ofeliya Arazova ona “mən direktora nə deyim?”. Həmin vaxt Səltənət Bağırova bir daha məcbur olub Ofeliya Arazovaya 600 manat pul verir. Bunun qarşılığında isə ona nə sinif, nə də ki, normal dərs saatı vermirlər. Verilən pulu isə müavin direktorla öz arasında bölür. Söz yox ki, istər 5 min manat, istərsə də 600 manat pulun verilməsi söz-söhbəti Səltənət Bağırova tərəfindən redaksiyamıza çatdırılan məlumatlardır.
EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

271 №li tam orta məktəbdə baş verən biabırçılıqlardan biri də, hansı ki, müəllimlərin sertifikasiya imtahanında iştirak edən və cəmi 28 bal toplayan Sahilə müəllimənin dərs keçdiyi 4-cü sinifin, təqribən iki ay bundan əvvəl dağıdılması olur. Düşündürücü hal odur ki, bu gün həmin sinif yoxdur və şagirdlər digər siniflərə köçürülsələr də, rəsmi sənədlərdə dağıdılmış sinif fəaliyyət göstərən sinif kimi rəsmləşdirilir. Yəni, dağıdılmış sinifə aid əmək haqqı yazılır və əldə olunan pullar da mənimsənilir. Bu məktəbdə 7-ci saatın dərsləri və əlavə məşğələlər keçilmir. Dərs saatlarını və məşğələləri direktor özünə yaxın bildiyi müəllimlətin adlarına yazır. Həmin dərs saatlarına və məşğələlərə görə alınan pulları, müəllimlər sonradan direktora çatdırırlar. Məktəbin dörd nəfər ibtidai sinif müəlliməsi sertifikasiya imtahanından keçə bilməsələr də, onlar iki “oklad” dəsrs saatı ilə təmin olunublar. 61 bal toplayan Səltənət Bağırovaya isə, normal dəsr saatı verilmir. Səbəb?

Bir faktı da qeyd edək ki, ötən il “Müəllimlər günü” ilə bağlı məktəbin valideyin komitəsi pul yığır. Həmin vaxt İranə Babayeva adlı valideyin pul yığılmasına qəti etirazını bildirir və o, pul vermir. Çox keçmir ki, İranə Babayeva hiss edir ki, həm onun özünə qarşı, həm də məktəbli övladına qarşı münasibət çox dəyişib. O, bu il də “Müəllimlər günü” ilə bağlı valideyin komitəsinə pul verməkdən imtina edir. İranə Babayevanın belə bir yanaşmasından sonra, 271 №li tam orta məktəbin rəhbərliyində təmsil olunan Təranə Məhəmmədova ilə, onun arasında əməlli-başlıca insident yaşanır. Hətta, məktəbin koridorunda tərəflər arasında baş verən qarşıdurmalar YouTube kanallarında da yayımlanır.

Bu gün ölkə gündəmində 271 №li tam orta məktəbin adının daha çox hallanmasına səbəb olan amillərdən biri də, məktəbin 10-11-ci sinif şagirdlərindən tam əksəriyyətinin sinif üzü tanımamaları olur. Digər tərəfdən, bu məktəbdə iki nəfər şəxsin adı (etika naminə ad çəkmirik) stat cədvəlində xadimə olaraq rəsmləşdirilsə də, əslində həmin şəxslərin ikisi də məktəbdə laborant vəzifəsində çalışırlar. Unutmaq olmaz ki, bütün bunlar əvvəlcədən məktəbin direktoru Səbinə xanım Qasımova ilə razılaşdırılır. Deməli, bu təhsil müəssisəsində baş verən hər cür qanunsuzluq əməllərinin kökündə, birbaşa rəhbərliyin maddi maraqlarının təmin olunması əsas rol oynayır.

Qeyd edək ki, redaksiyamıza bu yöndə məlumatlar daxil olduqdan sonra, direktor Səbinə xanımla əlaqə saxlayıb, ondan məsələlərə münasibətini öyrənmək istəsək də, bu yöndə istəyimizə heç cür nail ola bilmədik. Hətta daxil olan məlumatlar əsasında hazırladığımız sualları, bu təhsil müəssisəsinin elektron poçtuna və Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərib cavablandırılmasını xahiş etsək də, təəssüflər olsun ki, məktəb rəhbərliyi tərəfindən suallarımız cavablandırılmadı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi redaksiyamıza başdansovdu cavab verib və həmin cavabı olduğu kimi dərc edirik. Ümid edirik ki, aidiyyəti dövlət qurumları, ələlxüsus Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbər şəxsləri, 271 nömrəli tam orta məktəbdə yaşanan problemlərin araşdırılması üçün, aiddiyyəti üzrə müvafiq tapşırıqlarını verəcəklər. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Məktəbin məlumatı:

«2021-2022-ci tədris ilində 271 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səltənət Bağırovanın sinfində şagird sayı 12 nəfərə endiyi üçün həmin sinif bağlanıb. 29 avqust 2023-cü ildə müəllim təkrar sertifikasiyadan keçdiyinə görə 2024-2025-ci tədris ili üçün ona sinif açılmasının nəzərdə tutulması ilə bağlı məlumat verilib. Birinci sinfə qeydiyyatın elektron sistem vasitəsilə həyata keçirildiyinə və valideynlərin müəllim seçimini öz istəklərinə uyğun apardıqlarına görə onlar icma arasında daha nüfuzlu olan müəllimlərə üstünlük verirlər. S.Bağırova valideynlər tərəfindən I sinfə qeydiyyat zamanı müəllim seçimində ona üstünlük verilməyəcəyini təxmin edərək məktəb rəhbərliyinə “mənə sinif verməlisiniz…” — deyərək hədə-qorxu gəlir və adekvat olmayan alternativ təsir vasitələrinə (bir sıra media orqanlarında məktəbin nüfuzuna xələl gətirən çıxışlar etmək və məktəb rəhbərliyinin şərəf və ləyaqətini alçaltmaq) əl atır. S.Bağırovaya I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparıldığı və bu prosesə məktəbin heç bir müdaxiləsi olmadığı dəfələrlə izah olunsa da, təəssüflər olsun ki, o yenə də eyni müraciətlərə davam edir».

Hörmətli oxucular! Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən cavabla bağlı ortaya belə bir sual çıxır ki, görəsən səbəb nə olur ki, sertifikasiya imtahanında iştirak edib 40 imtahan balı, 21 müsabiqə balı toplayan Səltənət Bağırovaya sinif verilmir, amma sertifikasiya imtahanında iştirak edən və cəmi 28-32 bal toplayan müəllimlər isə, rəhbərlik tərəfindən siniflə təmin olunurlar. Əgər valideyinlər müəllim seçimini özləri edəcəkdirlərsə sertifikasiya oyunu nəyə lazım idi. Buna nə ad vermək olar?

P.S. Hörmətli oxucular! 271 №li tam orta məktəbdə baş verən və hər kəsi şoka sala biləcək digər biabırçılıqların varlığını, yaxın günlərdə diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditlərinin həcmi kəskin artıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin vaxtında geri qaytarılmayan kreditləri 6 milyon 550 min manat olub. Bu məbləğin 77%-ni və ya 4 milyon 973 min dollarını problemli kreditlər təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin problemli kreditləri builki göstəricidən 2,4 dəfə az olub. Belə ki, ötən ilin ilk rübündə bankın problemli kreditləri 2 milyon 114 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.
Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO