[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağ” çempion!

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

Buna “Qarabağ” sona 8 tur qalmış nail olub.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür.

Sabah imsak vaxtı saat 05:00, iftar isə 19:18-dədir.

İmsak duası:

“Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin”.

Tərcüməsi:
“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mayda Əfv gözlənilir - Beş gün sonra iclasdır


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının builki ilk iclasının vaxtı məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, komissiyanın üzvləri aprelin 3-də toplaşaraq müraciətlərə baxılması prosesinə start verəcəklər.

İclasların aprel ayından etibarən intensiv keçəcəyi və mayda Əfv sərəncamının imzalanacağı gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Ölkəmizdə ən çox sifariş qəbul edən şirkətlərdən biri yemək xidməti təqdim edən şirkətlərdir. FED.az 2023-cü ildən günümzədək yemək xidməti sahəsində keçirlən tenderlərin qaliblərini araşdırıb.

Tender yolu ilə 2023-cü ildən indiyənədək müxtəlif şirkətlər tərəfindən toplamda 117 487 541 AZN dəyərində yemək xidməti sifarişi qəbul olunub. Bu tenderlerin 105 188 937 manatı ve ya 90 faizi Tehsil Nazirliyinin payına düşür.

Qeyd edilən zaman kəsiyində sayca ən çox sifariş qəbul edən şirkət "Tais İkf" MMC olub. Adı çəkilən şirkət 39 milyon 102 min AZN dəyərində 3 tenderi (Təhsil Nazirliyindən) udub.

Məbləğə nəzər yetirdikdə isə maksimum dəyərdə sifarişi "El-Oba" QSC şirkəti alıb. Şirkət nə az nə çox 43 981 650 AZN dəyərində 2 tenderin (Təhsil Nazirliyindən) qalibi seçilib.

Digər şirkətlərdən “Məişət İst” MMC, “Sabko” MMC, “Gulay-Food” MMC və “Seaport Catering” MMC şirkətləri dəyəri milyon manatdan yuxarı olan tenderləri udublar.

Adı çəkilən şirkətlərdən başqa 1 fiziki şəxs Ziyafət İsa Oğlu Fərzəliyev 2 müxtəlif quruma yemək xidməti təqdim edərək 3 766 258 AZN qazanıb.

5 şirkət yemək xidməti sahəsi üzrə milyon manatdan aşağı olan tenderlərini qalibi olub.

Qeyd edək ki, “El-Oba” QSC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, ev 6 ünvanında yerləşir.

“Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.

Qeyd edək ki, “Məişət İst” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.

Qeyd edək ki, “Sabko” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Amil Sadıqov Telman oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5 ünvanında yerləşir.

Qeyd edək ki, “Gulay-Food” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 1 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Əlisoy Hüseyn oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Əzim Əzimzadə, ev 5, m. 3 ünvanında yerləşir.

Qeyd edək ki, “Seaport Catering” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 325 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Həsənov Rizvan oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr., ev 528 məhəllə, ev V, m. 25 ünvanında yerləşir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb.

Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib.

Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir.

Son günlər, konkret 20 gün ərzində sözügedən dolayda minlərlə ağac kəsilib. İddia edilir ki, ağaclar yerli ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə məhv edilib.

İddiaya görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi meşələri məhv etdirməklə biznes maraqlarını həyata keçirməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu ilin yanvar ayında da Cəlilabad rayonun Göytəpə şəhərinin meşələrində nadir ağac cinslərindən olan ağaclar kəsilib. Həmin hadisədə də günahkar kimi yerli ekologiya idarələrinin əməkdaşlarının adı çəkilib.
Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Məlumatda bildirilir ki, Fuad Nəcəfli Rza Talıbovu qəbul etməyib, Ali Məclisdə indi əsas səlahiyyətli şəxs olan Anar İbrahimovla görüşməyi tövsiyə edib. Rza Talıbov da Ali Məclis sədrinin müavini Anar İbrahimovun qəbulunda olub. Onun hansı məsələni müzakirə etmək üçün Ali Məclisə gəldiyi barədə məlumat verilmir.

Sayt yazır ki, görünür, Rza Talıbov məhz atasının razılığı ilə belə bir görüş istəyib, böyük ehtimalla, məqsədi hansısa məsələnin müzakirəsi olub.

Qeyd edək ki, son zamanlar Talıbovlara münasibətin bir qədər yumşaldığı, Naxçıvandakı bir sıra obyektlərin, daşınmaz əmlakların Talıbovlara qaytarıldığı, onların muxtar respublikanı tərk etmələrinə qoyulmuş qeyri-rəsmi qadağanın götürüldüyü bildirilir. “Təsadüfi deyil ki, Vasif Talıbov istefaya göndəriləndən sonra ilk dəfə xaricə buraxılıb - Novruz tətili günlərini öz əyan-əşrəfi ilə birlikdə Türkiyədə keçirib”, - deyə sayt iddia edir.

“Yeni Müsavat”ın Naxçıvandakı mənbələri də Vasif Talıbovun Novruz tətili günlərində Türkiyədə olduğunu təsdiqləyib, ona İstanbul şəhərinə müalicəyə getmək üçün izn verildiyini qeyd edib. Bildirilir ki, Vasif Talıbov vəzifədən uzaqlaşdırılandan sonra onun əmlakları, varidatı siyahılaşdırılıb, “milliləşdirilməsi” üçün ardıcıl addımlar atılır. Kimsəyə sirr deyil ki, Talıbov 30 ilə yaxın “xan”lığı dövründə olduqca böyük, inanılmaz dərəcədə geniş, az qala sərhədsiz sərvət toplaya bilib. İndi isə həmin əmlakların əldə saxlamaq qayğıları Vasif Talıbovu xəstəhal duruma gətirib. Daha onun telefon zənglərinə “buyurun, cənab sədr” cavabı bir tərəfə, heç cavab verən də yoxdur. “Xan”ın Naxçıvandakı imarətində bütün günü var-gəl etdiyi, tez-tez özünün irili-xırdalı fotoportretləri olan böyük bir otağa girib diqqətlə özünün əkslərinə baxdığı da gələn məlumatlardan biridir.

Qeyd olunur ki, Vasif Talıbov vəzifədə olarkən həmin portretlər dövlət idarə və təşkilatlarında, irili-xırdalı mağazalarda yuxarı başdan asılıbmış. Vasif Talıbov vəzifədən çıxarılandan sonra oğlu Rza Talıbov mümkün olan hər yerdən - idarə, təşkilat, mağazalardan atasının bər-bəzəkli çərçivəli portretlərini yığıb və imarətlərinə gətirib. Portretlərin sayı o qədər çox olub ki, imarətlərinin iri bir otağını onların saxlanılması üçün ayırıblar. Həmin otaq Vasif Talıbovun tez-tez baş çəkdiyi guşəyə çevrilib. İşsiz qalan Vasif Talıbovun hər gün bir neçə saatını həmin otaqda keçirməsi, özünün portretlərinə baxıb fikrə daldığı xəbəri var. Vəzifəsizliyin Vasif Talıbovun durumuna çox pis təsir etdiyi, bu səbəbdən ona İstanbula müalicə üçün getməyə icazə verildiyi bildirilir.

Onun oğlu Rza Talıbovun xəbər etmədən Ali Məclisə getməsi məsələsinə gəlincə, mənbəmiz bu məlumatı da təsdiqləyir. Belə ehtimal var ki, Rza Talıbov əmlak məsələləri ilə bağlı məhkəmə davalarına görə Ali Məclisdə olub. Qeyd olunur ki, hazırda Naxçıvan məhkəmələrində Vasif Talıbov və onun komandasına daxil olan vəzifəli şəxslərə qarşı 30-a yaxın iddia var. Cavabdehlər sırasında Rza Talıbovun özünün də olduğu qeyd edilir.

Talıbovlara qarşı iddiaları Naxçıvandan olan, vaxtilə Vasif Talıbovun göstərişi ilə biznesləri, əmlakları əllərindən alınan, özləri Naxçıvandan didərgin salınan iş adamları qaldırıb. Vasif Talıbov Ali Məclis sədri olduğu dönəmdə vəzifəsindən sui-istifadə edərək iş adamlarının sənədli-sübutlu əmlaklarını - istehsal müəssisələrini, bazalarını, bazarlarını, restoranlarını, mağazalarını qanunsuz olaraq əllərindən alıb. Həmin əmlakların dağıdılması üçün icra başçılarına göstərişlər verib. İcra başçıları da göstərişin qanunsuz olduğunu bilə-bilə əmlakları buldozerin qabağına verib yerlə bir ediblər. Hətta elə sahibkarlar var ki, onların əmlakı dağıdılandan sonra Vasif Talıbovun göstərişi ilə onlardan xarabazara çevrilmiş əmlaklarının qalıqlarının daşınması haqqı da tələb olunub, alınıb. İş adamlarına deyiblər ki, əmlakının dağıdılması zamanı əmələ gələn qalaq-qalaq zibilin daşınması üçün pul ödəməlidir. Vasif Talıbovun təqiblərinə tuş gəlməmək üçün sahibkarlar qanunsuz olaraq dağıdılmış əmlaklarına görə icra başçılarına 100-200 min dollar zibil daşıma haqqı da ödəməli olublar.

Bundan başqa, iddia olunur ki, Vasif Talıbov sahibkarların əmlaklarını dağıdandan sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sahibkarlıq obyektlərinə dair arxivini də məhv etdirib. O zaman bu addım sahibkarların əllərində olan, dağıdılmış əmlaklarına dair sənədlərin kötüksüz, saxta olmasını ortaya qoymaq üçün atılıb. Vurğulanır ki, bu gün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində Vasif Talıbov və şəriklərinə məxsus şirkətlərə daxil obyektlərin sənədlərindən savayı hər hansı bir iş adamına məxsus obyektin sənədinin kötüyü yoxdur.

Qeyd edək ki, Talıbovların və onlara yaxın şəxslərin Naxçıvanda həyata keçirdikləri tikinti işləri, tender layihələri bir müddətdir dövlət tərəfindən ciddi araşdırılır. Bu səbəbdən Naxçıvanda keçmiş hakimiyyətə bağlı olan şirkətlərin tikinti işləri dayandırılmışdı. Amma bu da muxtar respublikada işsizliyin artmasına səbəb olmuşdu. Talıbovların, onların şəriklərinin sabotaja bərabər addımları da diqqətdən kənar qalmayıb. Yaxınlarda Talıbovların yeni və daha əhatəli bir dalğanın ağuşuna tuş gələcəkləri ehtimalı da böyükdür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb.

Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, işə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd edilib. Dia-az.info xəbər verir ki, yayılan xəbərlə bağlı Manset.az Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasında xəbəri təkzib edib.

“Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır.”

Qeyd edək ki, Ramiz Mehdiyevin cərimə olunduğu və bu cəriməni vaxtında ödəmədiyinə görə məhkəməyə verildiyi bildirilmişdi.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

NUH.az informasiya Agentliyinin Baş redaktoru Kamran Məhərrəmli Ədliyyə naziri cənab Fərid Əhmədova müraciət edib. Dia-az.info həmin müraciəti olduğu kimi təqdim edir:

"Cənab nazir! Azərbaycan cəmiyyəti Sizi yüksək təhsilli, təcrübəli kadr , eyni zamanda ləyaqətli insan kimi tanıyır. Və cəmiyyətimiz ümid edir ki, Siz möhtərəm Prezidentimizin etimadını doğruldacaq, ədliyyə sistemindəki mövcud olan neqativ hallara son qoyacaqsınız.

Cənab nazir ! Ədliyyə sistemində ən böyük problemlərdən biri Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində baş verən qanunsuz əməllər və rüşvət hallarıdır.

Konkret olaraq Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində baş verən qanunsuz əməllər barədə, daha dəqiq desək, şöbənin icra məmuru Vidadi Dadaşovun əməlləri barədə tədbir görməyinizi istəyirik.

Belə ki, icra məmuru Vidadi Dadaşovun qanunsuz əməlləri Ədliyyə Nazirliyi üçün ləkədir.

Vidadi Dadaşov heç bir əsas olmadan iş adamının ölkədən çıxışına qadağa qoyub. Vidadi Dadaşov unudur ki, cənab Prezidentimiz deyib: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.

Cənab nazir ! Vidadi Dadaşov iş adamının ölkədən çıxışına məhdudiyyət qoymaq üçün Xaçmaz rayon məhkəməsinə müraciət edib. Məhkəmə isə heç bir əsas olmadığı üçün onun müraciətini rədd etmişdir. Xaçmaz rayon məhkəməsinin haqlı qərarını Sumqayıt Apelyasiya Məhkəməsi qüvvədə saxlamışdır. Buna baxmayaraq Vidadi Dadaşov ikinci dəfə iş adamına məhdudiyyət qoymaq üçün müraciət etmişdir.

Vidadi Dadaşovun öz şəxsi marağı üçün etdiyi bu əməl məhkəmə-hüquq sistemini ələ salmaq kimidir.

Vidadi Dadaşova kim səlahiyyət verib ki, məhkəmə qərarlarına belə hörmətsiz yanaşsın ?

Vidadi Dadşovun ikinci müraciəti ilə bağlı aprelin 1-də Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafarlının sədrliyi ilə yenidən iş adamına məhdudiyyət qoyulması məsələsinə baxacaq.

Ümid edirik ki, hakim bir dəfə hüquqi veilmiş işə ikinci dəfə əks qərar çıxartmayacaq və Vidadi Dadaşov kimi icra məmurlarının məhkəmə-hüquq sistemini ələ salmasına yol verməyəcək.

Cənab nazir !

Məlumat üçün qeyd edək ki, Vidadi Dadaşov özünü tələbkarlardan birinin nümayəndəsi Sevil Hacıyevanın vəkili kimi aparır. Yuxarıda qeyd etdiyimiz kimi Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasının təqdimatı əsasında məhkəmə qərarı ilə vəkillik sistemindən qovulub, onun vəkil kimi fəaliyyətinə xitam verilib.

Onu da qeyd edək ki, Vidadi Dadaşov 27 noyabr 2023-cü il tarixdə akt tərtib edib ki, torpaq mütəxəssisi olmadan torpağın bölgüsü mümkün deyil.

Belə ki, tələbkar Sevil Hacıyeva mənşəyi bilinməyən MMC-nin rəyi əsasında torpağın bölünməsini tələb etdikdə icra məmuru Vidadi Dadaşov həmin sənədin hüquq müəyyənedici sənəd olmadığını və bu barədə Nizami rayon məhkəməsinin qərarı olduğunu əsas göstərərək prosesi təxirə salmışdır. Həmin gün Vidadi Dadaşov torpaq sahəsinin koordinatları ilə bağlı Sumqayıt Apelyasiya məhkəməsində mübahisə getdiyini və həmin məsələ bitənədək işi icra edə bilməyəcəyini qeyd etmişdir. ( Bununla bağlı video material da var ).

Sonradan, 31.01.2024 tarixdə dedikərinin tam əksinə olaraq ( bu barədə akt var ) mənşəyi bəlli olmayan MMC-nin sənədinə əsaslanıb, Apelyasiya Məhkıməsinin qərarını gözləmədən və ən əsası müvafiq dövlət orqanı mütəxəssisinin iştirakı olmadan özbaşına torpaq sahəsinin bölgüsünə cəhd etmişdir.

Cənab nazir !

Xaçmaz rayon icra şöbəsinin məmuru Vidadi Dadaşov öz şəxsi marağına görə, qısa müddətdə bir-birinə zidd olan qərarlar çıxardır, məhkəmə-hüquq sistemini sanki ələ salır.

Vidadi Dadaşov bütün qanunsuz əməllərini belə əsaslandırır: “ Bunlar İlqar Cəfərovun tapşırığıdır”.

Söhbət Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərovdan gedir.

Cənab nazir!

Ümid edirik ki, Vidadi Ddaşov kimi öz şəxsi marağına görə Ədliyyə Nazirliyinin nüfuzunu aşağılayan məmurlar barəsində tədbir görəcəkssiniz".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Məlum olduğu kimi Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra paytaxtda aparılan abadlıq-quruculuq işlərini bir neçə nəfərə məxsus şirkət həyata keçirir. İqtisadi məsələlər üzrə ekspertlər şərhlərində qeyd edirlər ki, korrupsiya hallarına ən çox abadlıq-quruculuq, təmir-0tikinti işlərinin həyata keçirilməsi zamanı yol verilir. Ekspertlər də qeyd edir ki, ölkəmizdə keçirilən tenderlərin çoxu formal xarakter daşıyır. Çox vaxt tender layihələri barədə məlumat ictimaiyyətə heç açıqlanmır, nə KİV, nə də ki, internet saytları vasitəsilə elan edilir. Bir də görürsən ki, hər hansı bir şirkət, hər hansı bir tenderin qalibi elan edilib. Tərəflərin bir-birini necə tapması da beləcə sirr olaraq qalır. Həyata keçirilən tenderlərin siyahısını nəzər saldıqda eyni şəxs və şirkətlərin təkrar-təkrar qalib elan edildiyini görmək olar. Nizamnamə kapitalı 10 manat, işçilərinin sayı bir nəfərdən ibarət olan şirkət necə tenderin qalibi elan edilir?

Görəsən Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bu kimi məsəslələr də müzakirəyə çıxarılıbmı? Hesab edirik ki, müzakirəyə çıxarılası ən mühühm məsələ məhz bu olmalıdır. Çünki, Bakı şəhər İcra Hakimiyyətinə tabeli Mənzil-Kommunal Təsərrüfatı Birlikləri korrupsiya və talançılığa məhz bu sahədə yol verirlər. Götürək elə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tabeli Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsini. İdarə dövlət satınalmalarının vahid internet portalında 2023-cü ildə alınacaq zəruri malların və xidmətlərin satınalma planları açıqlayıb. Satınalma planlarına 3 açıq tender və 1 təkliflər sorğusu daxil edilib.

Amma Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 2 açıq tender üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlanıb. Müxtəlif təyinatlı hissələrin satın alınması üzrə “EVEREST-2022” MMC ilə 51.734,74 manat məbləğində satınalma müqaviləsi 19.12.2023-cü il tarixdə bağlanmışdır. Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınması üzrə “KONEKS CONSTRUCTİON” MMC ilə 544.912,78 manat məbləğində satınalma müqaviləsi 19.12.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir.

İdarənin satınalma planlarına daxil etdiyi Kommunal Təsərrüfatı İdarəsinin müvafiq hesabından yeni nasos və qurğuların satın alınması üzrə ( 14.12.2023 -cü il), layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə (06.06.2023-cü il) dövlət satınalmalarının vahid internet portalında iddiaçılara elektron (E-tender) dəvət elanı verilmişdir. Amma bu satınalma prosedurlarının nəticələri dövlət satınalmalarının vahid internet portalında qanunla müəyyən edilmiş qaydada açıqlanmamışdır.

Apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KONEKS CONSTRUCTİON” MMC ilə ümumi dəyəri 888 427 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

MMC müxtəlif dövrlərdə öz qanuni təmsilçisini bir neçə dəfə dəyişib. İlk qanuni təmsilçisi Xurşudov Samir Azad oğlu olsa da, daha sonra təmsilçilik Osmanlı Vahid Cuma oğlu və Fərzəliyev Mehdi Məhəmmədəli oğluna keçib. Açıq mənbələrdə Mehdi Fərzəliyev barəsində hər hansı məlumat yoxdur. Araşdırmamız zamanı məlum oldu ki, yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir-tikinti işləri də aparırmış. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var.

Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi iddiaçılara açıq tenderlərdə iştirak üçün heç bir elektron (E-tender) dəvət elanı verilməmişdir. Amma keçirilmiş satınalma prosedurunun nəticələri açıqlanıb.

Maraqlıdır, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası 2022-2023-cü illərdə açıq tenderlərin keçirilməsi barədə iddiaçılara elektron (E-tender) dəvət elan verməmişsə, satınalmaları necə keçirmişdir?

Satınalmalar üzrə iddiaçılara elektron (E-tender) dəvət elanı verilməmişsə bu açıq tenderlərin qalibi necə müəyyən edilib? Yəni, qalib olan şirkət hardan bilib ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi belə bir tender keçirir?

Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş bu məlumatlardanda göründüyü kimi Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin keçirdiyi tenderlərdə şəffaflıqdan söhbət gedə bilməz. Əldə etdiyimiz məlumatlara görə, hazırda Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə 2020-ci ildə rəhbərliyə gətirilmiş Anar Qalayev nəzarət edir.

Qeyd edək ki, Anar Qalayev son 4 ildə Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə rəhbərliyə gətirilmiş üçüncü şəxsdir. Deyilənlərə görə o Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə yaxınlığı ilə tanınır. Apardığımız araşdırmalar zamanı öyrəndiklərimiz onu göstərir ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində rəis dəyişsə də, köhnə qaydalar qalmaqdadır. Tenderlərdə qalib yenə də fərqli adları olan, amma bir nəfər tərəfindən idarə olunan əvvəlki şirkətlərdir.

Anar Qalayev də həmin şirkətlərin sahibləri ilə dil tapıb əvvəlki qaydada rayon ərazisində asfalt örtüyünün təmir işlərinin satınalınmasına, məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işlərinə, abadlaşdırma xidmətlərinə, xüsusi geyımlərin alınmasına, mal-materialların alınmasına, mənzil fondunun təmiri və bir çox digər satınalmalara ayrılmış dövlət vəsitlərindən pay götürür. Elə son iki ildə Anar Qalayevin rəhbərliyi altında keçirilmiş bir çox açıq tenderin təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməməsi də bunları təsdiq edir.

Odur ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təklif edirik. BŞİH-də paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə daha bir müşavirə çağırın və Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayevin fəaliyyətini də müzakirəyə çıxarın.(Aktualinfo.org)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda yerləşən tabe müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri barədə ortaya çox faktlar çıxdı. Heç iki il keçməmiş vəzifəsindən azad edilmiş Anar Kərimov da mədəniyyət idarələrində baş verənlərin qarşısını ala bilmədi. 2023-cü ilin aprelində Mədəniyyət naziri təyin edilmiş Adil Kərimli isə hələ sabiq nazirlərin korrupsioner kadrlarını incələməkdədir.

Redaksiyamıza verilən məlumatlara görə yoxlanılması gərəkən mədəniyyət müəssisələrindən biri Şəki Uşaq İncəsənət Məktəbi, incələnməsi gərəkən sabiq kadrlardan biri də sözügedən məktəbin direktoru Eldar Rəcəbovdur.

Məlumatlara görə Şəki Uşaq İncəsənət Məktəbində artıq uzun illərdir ki, dövlət əmlakı mənimsənilməkdə, korrupsiya hallarına yol verilməkdədir. Belə ki, Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov külli miqdarda dövlət əmlakını mənimsəyərək özünə böyük sərvət yığmışdır. Onun sərvətinin həddi hesabı yoxdur. Hazırda Şəki şəhərində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində, Şəki Dram Teatrı ilə üzbəüz 4 ədəd mağazası və Şəki şəhərinin müxtəlif yerlərində 6 ədəd mənzili mövcuddur. Nəzərinizə çatdıraq ki, hazırda Şəki şəhərində mənzillərin qiyməti o qədər bahalaşıb ki, Bakı şəhəri ilə eyni qiymətədir.

Verilən məlumatlarda Şəki Uşaq İncəsənət Məktəbinin təxmini 30 otağı olmasına baxmayaraq orada 200-ə yaxın müəllim işlədiyi bildirilir. Həmşinin qeyd olunur ki, belə hesabla hər otağa 6 müəllim düşür. Şəki Uşaq İncəsənət Məktəbinin direktoru dərs saatlarını sənəd üzərində elə mahir bölür ki, dünyanın ən mahir riyaziyatçısı belə ona qibtə edər. Bu qədər müləllimin də balaca məktəbdə işləməsinin bir səbəbi var. Eldar Rəcəbovun pul hərisliyi. Eldar Rəcəbovun iştahı o qədər güclüdür ki, gözü doymur. Dərs saatlarını xırda-xırda parçalayaraq pul alaraq balaca bir məktəbə o qədər müəllim doldurmuşdur ki, müəllimlər heç iş yoldaşlarını belə tanımırlar. 200 müəllimdən ən azı 50-si heç məktəbin yolunu belə tanımır. Belə ki, onlar xalq arasındakı deyimlə “ölü can”lardır. Onlar staj xatirinə pul verərək işə girir və onların kartları daima Eldar Rəcəbovda olur. Eldar Rəcəbov həmin müəllimlərin kartlarını özündə saxlayır və hər dəfə əmək haqqı vurulanda bankomatdan həmin karlardakı əmək haqqını çıxarır. Belə olmasaydı Eldar Rəcəbov 650 manat əmək haqqı ilə özünə 2022-ci il istehsalı olan 55 -763 ağ “Prado” markalı 85 min manat qiyməti olan avtomobil ala bilərdimi?

Bütün bunları yoxlamaq elə də çətin deyil. Belə ki, bu illər ərzində həmin məktəbdə işləyən müəllimlərin əmək haqqı kartlarının bankomatdan alınması zamanı kartı kimin istifadə etməsi barədə sorğu verilsə bankomatda mövcud kamerada çəkilən şəkillərdən bunu asanlıqla müəyyən etmək olar.

Uşaq İncəsənət Məktəbi haqqında verilən məlumatlarda həmçinin qeyd edilir ki, Eldar Rəcəbov oğlunu da işlədiyi məktəbə müəllim kimi işə götürərək staji az olmasına baxmayaraq ona çoxlu dərs saatı yazmışdır. Belə ki, onun hazırda 24 saat dərsi var, halbu ki, 20-30 il stajı olan müəllimlərin bu qədər dərs stajı yoxdur. Demək olar ki, oğlu Araz heç məktəbə gəlmir də. Hazırda Eldar Rəcəbovun oğlu ona məxsus yuxarıda qeyd edilən mağzaları işlədir.

Eldar Rəcəbov oğlu ilə də kifayətlənməyib qohumlarına da məktəbdə iş verib. Həmçinin həmin məktəbdə onun qaynı Arzu müəllim və onun oğlu Orxan müıllim də işəyir. Onların özləri də demək olar ki, məktəbdə şəkərbura kimi ildə bir iki dəfə görsənirlər.

Qeyd edək ki, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Verilən məlumatlarda həmçinin qeyd olunur ki, Mədəniyyət Nazirliyindən dəfələrlə Şəki Regional Mədəniyyət İdarəsinə məktub ünvanlanaraq yaxın qohumların işdən azad edilməsi və ya yerlərinin dəyişdirilməsi tələb olunub. Buna baxmayaraq Eldar Rəcəbov hal-hazıradək oğlunu və digər yaxın qohumlarını işdən azad etməmişdir. Hətta bir neçə ilə öncə Şəki Regonal Mədəniyyət İdarəsinin sabiq müdiri Milvari Zeynalova ilə buna görə aralarında söz söhbət olmuşdur. Həmin vaxt Milvari Zeynalova qanunun tələbinə əsasən Eldar Rəcəbovdan oğlunu işdən azad etməyini tələb etməsinə baxmayaraq Eldar Rəcəbov təkidlə oğlunu işdən azad etməmişdir.

Verilən məlumatda o da vurğulanır ki, Eldar Rəcəbov vaxtı ilə çalışdığı məktəbdən qeyri etik, obrazlı ifadə etsək, Mirələmov sayağı əməllərinə görə işdən çıxarılıb. Bir müddət Şəkidəki musiqi məktəblərinin birində çalışdıqdan sonra Uşaq İncəsənət Məktəbinə birbaşa direktor təyin olub.

Məktəbin kollektivindən bildirilənlərə görə hər il məktəbdən 3-4 müəllim təqaüdə çıxmağına baxmayaraq köhnə müəllimlərin dərs saatları artırılmır, həmin dərs saatlarını Eldar Rəcəbov öz bildiyi kimi özünə yaxın şəxlsərə paylayır.

Şəki sakinlərinin dediklərinə görə hər dəfə məktəbə şagird qəbul olunanda onlardan pullar yığılır. Əsasən də rəqs, rəssamlıq və fano dərslərinə uşaqlar qəbul edilərkən onlardan kifayət qədər yüksək məbləğlər alınır. Belə ki, həmin ixtisaslara maraq daha çoxdur.

Bundan əlavə həmin məktəbdə həmçinin seçki məntəqəsi yerləşir və Eldar Rəcəbov seçki məntəqəsinin sədridir. Eldar Rəcəbov bütün seşkilər ərəfəsində qohumlarını müşahidəçi kimi yazdıraraq buradan da xeyli pul qazanır.

Qeyd edək ki, Şəki şəhər uşaq incəsənət məktəbi rəsmi olaraq 1938-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə bir çox musiqiçilərin, mədəniyyət işçilərinin yetişməsində böyük rolu olmuşdur. Hal-hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə siniflər fəaliyyət göstərir. Həmin ixtisaslar üzrə məktəbdə 473 nəfər şagird təhsil alır. Onların musiqi savadına yiyələnməsi işi ilə 178 nəfər müəllim məşğul olur.Bunlar da incəsənət məktəbi haqqında olan rəsmi məlumatlardı.
Ümid edək ki, gənc Mədəniyyət naziri Adil Kərimli bir əyalət mədəniyyət müəssisəsində baş verən bu kimi hallara biganə qalmayacaq, araşdırılmasını təmin edəcək, daha bir rəsmi məlumat da Şəki Uşaq İncəsənət Məktəbində aparılacaq yoxlamalardan sonra yayılacaq.(Aktualinfo.org)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO