[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami rayon bələdiyyəsinin sədri ilə Dövlət Xidməti arasında narazılıq -Məhkəməyə üz tutdu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Nizami rayon bələdiyyəsinin sədri Vüqar Quliyev barəsində inzibati iş başlayıb.
Əldə etdiyimiz məlumata görə, dövlət xidməti bələdiyyə sədrinə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ittiham irəli sürüb və onun cərimələnməsini qərara alıb.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Vüqar Quliyevin konkret hansı məbləğdə cərimələnməsi bəlli deyil. Məlum olan odur ki, bələdiyyə sədri dövlət xidmətinin qərarından narazıdır.
Məlumatda bildirilir ki, Vüqar Quliyev cərimə qərarı ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Nigar Qədirlinin icraatındadır.(Qaynarinfo)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi -İLGİNC

Ötən ilin dekabr ayında Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin hazırda həbsdə olan keçmiş müdiri Rüfət Haciyevə 30 min manat rüşvət verməkdə adı hallanan Sevil Allahverdiyeva Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.
Məlumata görə, əvvəllər, indi direktor təyin edildiyi Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi olan Sevil Allahverdiyevanın Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda həbsdə olan Rüfət Haciyevə bu təyinat üçün 30 min manat vəsait verdiyi iddia edilirdi.Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də o zaman onun sözügedən məktəbə direktor təyin edilməsi baş tutmamışdı.

Məktəbin pedaqoji kollektivi Sevil Allahverdiyevanın təhsil ocağına rəhbər təyin edilməsinə etiraz edərək bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirmiş, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırmışdılar. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda söz vermişdilər.
Ötən ay bu qalmaqallarda adı hallanan Sevil Allahverdiyeva müvafiq əmrlə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

Məlumata görə, onun bu təyinatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər şəxslərindən birinin sayəsində baş tutub.(7times.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Salayev villasına 158 minlik lift istədi: Başına iş açdı - TƏFƏRRÜAT


Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

Bu iş üzrə zərərçəkmişlərdən biri keçmiş deputat Hacı Salayevdir. O, hazırda bizneslə məşğuldur. İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.

O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Nəticədə fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib. “Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb. T.Nəcəfov sözügedən vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da “Azərterminalkompleks”ə 390 min manat ziyan vurub.

Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.

Təqsirləndirilən şəxs eks-deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulu ələ keçirib.

Qeyd olunan əməllərinə görə, T.Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. Müttəhim Nəcəfov özünü təqsirli bilməyib.

Prosesin davamında Hacı Salayevə hüquq xidməti göstərən Balağa Zərbəliyev şahid qismində ifadə verib.

Şahid ifadəsində Hacı Salayevlə birlikdə çalışdıqlarını deyib. Hüquqşünas deyib ki, sabiq deputata məxsus H.Cavid küçəsindəki fərdi yaşayış evinə Almaniya istehsalı olan 630 kq lift quraşdırması ilə bağlı “Gerlift Group” MMC-nin direktoru Tural Nəcəfovla müqavilə bağlanılıb. O, pulların verilməsində özünün də iştirak etdiyini deyib.

B.Zərbəliyev sabiq millət vəkilinin hazırda ölkə xaricində olduğunu əlavə edib. Prosesə sədrlik edən hakim Rasim Sadıxov zərərçəkmişin məhkəmədə iştirakının vacib olduğunu şahidin diqqətinə çatdırıb.

Proses aprelin 23-də davam edəcək.

Qeyd edək ki, zərərçəkmiş Hacı Salayevin qardaşı general-mayor Baba Salayev FHN Akademiyasının rəisi, oğlu Turqut Salayev isə FHN-in əməliyyat- istintaq idarəsinin rəisidir.(“Qafqazinfo”)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeron təhsili SİLKƏLƏNİR: Daha bir məktəbdə yoxlamalar aparıldı... - BU DƏFƏ...


Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə yoxlamalara başlanıb.Bakupost.az –ın məlumatına görə, Əsgərova Rübabə Sahib qızının direktoru olduğu 33 nömrəli məktəbdə yoxlamaların aparılmasına səbəb çoxsaylı şikayətlərin olduğu göstərilir.
2 gündür davam edən yoxlamalar zamanı çoxsaylı qanun pozuntuları, o cümlədən "ölü canlar", şagirdlərin aylığa buraxılmaları və müəllimlərin adına qanunsuz əlavə dərslərin və dərnəklərin yazılması ilə bağlı ciddi maliyyə pozuntusu faktları aşkar edilib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABB kartı ilə alış-veriş edib peşman oldu - MÜRACİƏT

“Azərbaycan Beynəlxalq Bankı” təssüflər olsun ki, yeniliklər edəcəyik deyib kartı daha da bərbadlaşdırır.

Tribunainfo.az xəbər verir ki, bu barədə bank müştərisi Emin Nəsibov yazıb. O bildirib ki, ABB kartı ilə alış-veriş etdiyinə peşman olub:
ABB kartı ilə alış-veriş edib peşman oldu - MÜRACİƏT

“ABB, bütün cashbaklatı azaltdınız, anladıq. Amma bütün ödənişlər 1 faiz keşbek siyahısından çıxarmısız. Belə olan halda heç kim nə bürünc, nə gümüş, nə qızıl missiyasını tamamlaya bilməz və kiməsə sərf eləməz.
Bu gün 500 manata yaxın alış-veriş etmişəm, amma bütün ödənişlər 1 faiz keçbeki yox imiş. ABB kartından istifadə etdiyimə görə bu gün peşman oldum. Bunu nəzərə alsanız, yaxşı olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fars-molla rejimindən Azərbaycan Bayrağı QADAĞASI - milli fəallar həbs edildi

İranın molla rejimi stadionda Azərbaycan bayrağı qaldıran milli fəalları həbs edib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, dünən Təbrizin Səhənd stadionunda “Traktor”un azarkeşləri Azərbaycan bayrağı qaldırıblar:

"Güneyli soydaşlarımızdan daxil olan məlumata görə, molla rejimi buna görə kütləvi həbslərə start verib. Oyundan sonra təhlükəsizlik qüvvələri xeyli sayda azarkeşi həbs edib. Ey fars-molla rejimi, bu həbslərlə Azərbaycan xalqının milli mücadilə əzmini qıra bilməyəcəksən!"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın müasir quldarı Ceyhun Cəlilov öz könüllü “kölə”lərini necə istismar edir? - BU NƏDİ BELƏ?!

Karl Marksın sözlərinə inansaq, insanoğlu ibtibadi icma quruluşundan sonra quldarlıq sisteminə qədəm qoymuşdur. Bir insanın başqa birini istismarı üzərində inşa olunan bu quruluşda qul quldarın xüsusi mülkiyyəti sayılırdı. Quldar istəsə öz köləsini pulsuz işlədər, onu acından öldürər və ya sata bilərdi.

Zaman keçdikcə, qul əməyinin faydalı olmadığını anlayan mülkədarlar bu sistemdən könüllü şəkildə imtina etdilər. Çünki istismar olunan zümrənin pulla həvəsləndirərək daha yaxşı məhsuldarlıq əldə edildiyini anladılar.

Bununla belə, quldarlıq münasibətlərinin tamamilə ləğv olunduğunu söyləmək də çətindir. Beynəlxalq Əmək Təşkilatı, Azad Səyahət və Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci ilin sentyabrında birgə hazırladıqları hesabata görə, hazırda dünyada 50 milyondan çox qul yaşayır. Onların böyük əksəriyyəti isə öz yurd-yuvalarından didərgin düşüb xarici ölkələrə sığınanlardır.

Hesabatda müasir qullar iki sinifə bölünür: zorla işlədilənlər və zorla evləndirilənlər. Sözsüz ki, “zorla işlədilənlər” deyərkən təkcə silah və dəyənək altında işləməyə məcbur edilmək nəzərdə tutulmur. Müxtəlif şirin vədlərlə insanları özünə müftə işlətmək də elə qul-quldar münasibətlərinə şamil oluna bilər.

İlk baxışdan Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan MR-də kölələrin olmadığı görülür. Fəqət iş darlığı ucbatından dövlət orqanlarından asılı vəziyyətə salınan vətəndaşların şirin vədlə işə cəlb olunması və görülən işin müqabilində onlara 5 quruş pul verilməməsi də istismarın müasir və bəlkə də ən ağır formasıdır. Nədən ki, klassik quldarlar heç olmasa şəxsi mülkiyyətləri hesab etdikləri qulların (yəni əmək alətlərinin) sıradan çıxmaması üçün onlara bir qarın çörək verirdilərsə, müasir quldarların belə bir qayğısı da yoxdur. Zira onlar düşünürlər ki, bir qul acından ölərsə ölsün, nə çoxdur məmləkətdə başqa qul. Mütləq birini tapıb, yenə şirin vədlərlə onları acından ölənədək işlədə biləcəklər.

Vaxtilə Naxçıvan MR quldarlığının baş ağası Vasif Talıbov həzrətləri əhalini məcburi iməcliklər adlı zorla işləməyə məcbur edirdi. “Xan” həzrətləri vəzifəsini “canişin” əfəndiyə verib istirahətə çəkiləndə Muxtar Respublika əhalisi xeyli sevinmişdi. Naxçıvanda artıq məcburi iməclik kimi qul əməyinin yığışdırılacağını düşünüb xoşbəxt gələcəyin xəyallarını qururdular. Amma necə deyərlər, sən saydığını say, gör, “canişin” əfəndi nə sayır?

“Canişin” əfəndi hakimiyyəti təhvil götürəndən sonra iməclik kimi məcburi iş ənənəsinə nəinki son qoyulmadı, əskinə, o, müasir texnologiya ilə yeniləşdirildi. Ən gözəl texnologiya isə vətəndaşları şirin vədlərlə aldadıb müftə işə cəlb etmək idi.

Müasir qulluğun adını da cazibədar seçmişdilər – könüllülük. Görünür, müasir quldarlar klassik sələflərindən daha ailcənabdlrlar. Onlar istismar etdikləri canlı mülkiyyətlərinin ruhuna toxunmağın yaxşı nəticələnməyəcəyini Spartak üsyanlardan görüb, lazımi dərslər alıblar. Məhz bu səbəbdən də rəsmən zorla əməyə cəlb olunmağın acı mahiyyətini ört-basdır etmək üçün onun adlandırılmasında antoniminə üstünlük veriblər.

Naxçıvandan bir valideynin Ovqat.com-a yazdığı məktubdan belə anlaşılır ki, Muxtar Respublikanın Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov “könüllü quldarlıq” metodlarından səmərəli istifadə edən ən bacarıqlı kadrlardandır. Özü də onun “könüllü kölələri” adi insanlar da deyil. Hər biri universitetə 400-dən yuxarı balla girən və oranı yüksək nəticə ilə bitirən savadlı gənclərdir. Bir sözlə, Naxçıvanın müasir quldarlığı bu sahədə də sələflərindən öyrəndiklərini transformasiya etməyin yollarını tapıblar; antik Roma quldarlığında qullar qladiator döyüşlərində bir-birini qıraraq ən güclüləri yaşamaq haqqı qazanırdılarsa, müasir Naxçıvan kölələri intellekt yarışından qalib çıxmağı bacarmalıdırlar. Əks halda, başda “canişin” əfəndinin, ayaqda onun ən fərasətli naziri Ceyhun Cəlilovun “könüllü köləsi” olmaq hüququ qazana bilməzlər.

Daha çox şərhə yol vermədən Naxçıvandan aldığımız məktubu nöqtə-vergülünə toxunmadan yayımlayırıq:

“Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov insanları yenə aldadıb. Noyabr ayında könüllülük lahiyəsi elan etdi. Könüllülük üçün nə qədər şərt qoşdu. Universitet imtahanında 400-dən yuxarı bal toplayanları çağırdı.

Mənim qızım 460 bal toplamışdı, çağırdılar, imtahan etdilər və o imtahandanda 15+ nəticə yazaraq keçdi. 25 könüllünü noyabr ayından yığdı, onlara yalan vədlər verdi. Dedi ki, 2 ay könüllü kimi pulsuz fəaliyyət göstərin 2 ay sonra sizi imtahan edib əmək haqqı ödənilməklə işə götürəciyik.

Artıq bu müsabiqədən 6 ay keçir, heç nə demirlər bizə. Qızımı və onun həmkarlarını pulsuz işlədib idarənin işlərini gördürdülər. Sonra da yeni açılmış vətəndaş qəbulunda düz 5 saat ayaq üstdə gedib gələn vətəndaşları qarşılamaq üçün orda saxladırlar.

Qızımın körpə uşağı var, hər gün uşağını evdə qoyub rayondan uzaq yolu gedib-gəlirdi. Müftə hamballıq edirdi ki, eybi yox, 2 ayın sonunda işə götürəcək amma artıq aprel ayı olub heç nə demirlər. Qızım kimi 25 nəfər gəncin əməyini istismar edir Ceyhun Cəlilov”.
Qısası, Beynəlxalq Əmək Təşkilatı, Azad Səyahət və Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci ilin sentyabrında birgə hazırladıqları hesabatda qeyd olunan 50 milyon kölədən ən azı 25-i Naxçıvan MR Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilova aid imiş. İnsafən, pis nəticə deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DEPUTAT AĞALAR VƏLİYEVİN OĞLU GÜRCÜSTANDA TORPAQ ALDI - 50 milyon dollarlıq iki bina tikəcək -FOTOFAKT


"Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb".

Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Feysbuk-dakı səhifəsində yazıb.

Cavanşir Həsənli yazır ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon dollar olmaqla layihələndirilib və təsdiq edilib: "Məlumat üçün qeyd edim ki, Pərviz Vəliyev Gürcüstanda qeydiyyatdan keçmiş CRYSTAL BUILDİNG LTD-nin 50 faiz payçısıdır".(Yenixeber.org)

DEPUTAT AĞALAR VƏLİYEVİN OĞLU GÜRCÜSTANDA TORPAQ ALDI - 50 milyon dollarlıq iki bina tikəcək -FOTOFAKTDEPUTAT AĞALAR VƏLİYEVİN OĞLU GÜRCÜSTANDA TORPAQ ALDI - 50 milyon dollarlıq iki bina tikəcək -FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövlud Çavuşoğlu: Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır

Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır.

Bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bölgədə inteqrasiya olmağa ehtiyacı olan ölkə Ermənistandır:

"Biz onsuz da Azərbaycanla bir çox layihələrlə birgə çalışırıq. Bundan sonra da çalışacağıq. Ancaq bir çox beynəlxalq layihələrdən kənarda qalan Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO