[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı


Sabah Ramazan ayının 23-cü günüdür.

Sabah imsak vaxtı saat 04:55, iftar isə 19:21-dədir.

İmsak duası:

“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astarada dəhşət: Bir ailənin üç üzvü yanaraq ÖLDÜLƏR


Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.

Dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun 201-ci kilometrliyində, Astara rayonunun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iritonnajlı yük avtomobili yol kənarında hərəkətsiz olub. Astara rayonunun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək iritonnajlı avtomobilin altına girib.

Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Elman qızı Əliyeva avtomobildə yanaraq ölüblər.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Astara rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi, nazirliyin Cənub regional mərkəzinin xilasetmə qurumunun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (Azərtac)

***

21:17

Astara rayonunda dəhşətli yol qəzası olub.

Hadisə axşam saatlarında Ələt-Astara magistralının Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı minik avtomobili iri tonnajlı "DAF" markalı yük avtomobilinın altına girib. "BMW" markalı minik avtomobilində ölənlər var. Hazırda onlar yük avtomobilinin altından çıxarılır.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?

"Başıbəlalı" Sabunçunun "başındakı bəlalar" kimlərə sərvət yedirir, kimlərə dəhşət yaşadır.

Dəfələrlə Sabunçu rayonunun müxtəlif ərazilərində aparılan qanunsuz tikintilər barəsində məlumatlar və görüntülər yayımlamışdıq. Həmçinin küçələrin bərbad vəziyyətdə olmasından da mövzu əsnasında bəhs etmişdik.

Bu dəfə isə haqqında danışdığımız o, keçilməz küçələrdən birinin hələ günəşli havada, yağış yağmadan öncəki halının görüntülərini təqdim edirik.
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?
Sabunçunun AĞLAMALI HALI... - Camaat dərdini KİMƏ DESİN?

Bəli, elə bu küçə də neft şirkətinə məxsus ərazidə qanunsuz tikintisi aparılan 3 mərtəbəli iaşə obyektinin olduğu həmin küçədir - ömrünü vətən uğruna qurban verən general-mayor Qambay Vəzirov küçəsi.

Deyəsən, icra hakimiyyətləri şəhidlərin ailələrinə, qazilərə, veteranlara qarşı necə laqeyddirlərsə, şəhidlərin, dahi şəxsiyyətlərin adını daşıyan küçələrə də eyni ögey münasibəti bəsləyirlər.

Yeri gəlmişkən, göndərdiyimiz rəsmi sorğulara bugünə qədər də cavab verməyən Sabunçu Rayon İcra Hakimiyyəti bu dəfə də sosial şəbəkədə şərh bölməsində "açıqlama" verib. Bildirilir ki, ötən yazımızda qeyd etdiyimiz "Yeni məhəllə" adlandırılan ərazidəki evlər tam qanunidir.

O, zaman sual yaranır, əgər aparılan tikintilər həqiqətən qanunidirsə, bəs orada yaşayan sakinlər niyə rəsmi çıxarışlarının olmadığını deyirlər? Hətta, sakinlərin sözlərinə görə həmin ərazidə yaşayan heç kimin evinin və torpağının rəsmi sənədi yoxdur.

Daha bir sual da ondan ibarətdir ki, sözügedən ərazidə tikintilərin aparılmasına icazə verən qanun, əhalinin rahat yaşaya bilməsi üçün yaxınlıqdakı böyük zibillik poliqonu - antisanitariya, yüksək gərginlikli elektrik xətləri, eləcə də bərbad vəziyyətdə olan küçələri niyə nəzərə almayıb?

Bundan əlavə, Kürdəxanı qəsəbəsində - kənd təsərrüfatı təyinatlı ərazilərdə aparılan tikintilərə icazəni hansı qanun verib?

Qeyd edək ki, növbəti yazımızda Kürdəxanı qəsəbəsində təsərrüfat sahələrində tikilən yaşayış evlərinin görüntülərini təqdim edəcəyik.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AZENCO”da ixtisarlar davam edir: işdən çıxarılanlar şirkəti məhkəməyə verdi - TƏFƏRRÜAT

“AZENCO”da ixtisarlar davam edir.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin daha bir əməkdaşı işdən çıxarılıb.

Belə ki, vəzifəsindən azad edilən Məmmədov Akif Əli oğlu Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib. A.Məmmədov işə bərpa olunması və işdən çıxarıldığı müddətə görə əməkhaqqı tələbi irəli sürüb.

Məhkəmə işi hakim Sahibə Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

Hakim iddianı təmin edərsə, “AZENCO” keçmiş əməkdaşını işə bərpa etməyə və onun əməkhaqqını ödəməyə məcbur olacaq.

Qeyd edək ki, bundan əvvəl şirkətin işdən çıxarılan daha iki əməkdaşı da ötən həftə “AZENCO” barədə məhkəməyə müraciət ediblər. Atabəy Hacıəliyev və Əlipaşa Əliyev də işdən haqsız yerə çıxarıldıqlarını bildirib və işə bərpa olunmaları, eləcə də əməkhaqlarının ödənilməsi üçün tələb irəli sürüblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəfər Qurbanov ADAU-da bir mənbədən yeyib-içir, bir mənbə ilə də hara gəldi uçur - İLGİNC FAKTLAR

Azərbaycan Dövlət Aqrar Universiteti ADAU ilə Türk Hava Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender müsabiqəsinə yekun vurması və “TÜRK HAVA YOLLARI ANONİM ORTAKLIĞI”NIN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ ilə 252.100 manat məbləğində satınalma müqaviləsinin bağladığını dövlət satınalmalarının vahid internet portalında 28.03.2024-cü il tarixdə bu müqavilə üzrə satınalma prosuduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir açıqlaması verib.

Açıq tendr bir mənbədən satınalma metodu ilə keçirildiyindən şərtlər toplusunda aviabiletlərin hansı məqsədlərlə alındığı barədə məlumat yoxdu. Yalnız tenderin 27.03.2024-cü il tarixdən başlayıb 31.12.2024-c il tarixdə bitməsi barədə məlumat var. Bir də qalib şirkət “TÜRK HAVA YOLLARI ANONİM ORTAKLIĞI”NIN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ-nin deyil Gəncə nümayəndəliyidir. VÖEN-də belə göstərilir. Maraqlıdır Azərbaycan Dövlət Aqrar Universiteti 252 min manatlıq aviabileti nə üçün alır. “Türk Hava Yolları”nın rəsmi internet səhifəsində Gəncə -Ankara biznes-klass uçuş biletinin qiyməti 930 manatdan başlayaraq 1487 manata qədərdir. Ekonom biletlərin qiyməti isə 474 manatdan başlayaraq 822 manata qədər dəyişir. Gəncə -İstanbul biznes-klass uçuş biletinin qiyməti 734 manatdan başlayaraq 1500 manata qədər dəyişir. Ekonom biletlərin qiyməti isə 298 manatdan başlayaraq müxtəlif qiymətlərə aviabiletlər almaq olar. Pegasus Airlines Türkiyə aviokompaniyasından isə Gəncədən Ankara və ya İstambula daha ucuz qiymətlərlə uçuş biletləri əldə etmək olar. Azərbaycan Dövlət Aqrar Universitetinin burada yol verdiyi qeyri müəyyənlik nələrdən ibarətdir. Əvvəlcə gəlin qanunda bir mənbədən satınalma metodunun hansı hallarda istifadə olunmasına icazə verildiyinə nəzər salaq. Satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda. Göründüyü kimi Azərbaycan Dövlət Aqrar Universiteti satınalmanın təşkili zamanı ciddi qanun pozuntusuna yol verib. Birincisi- bir mənbədən satınalma metodu o halda tətbiq edilir ki, alınan mallar yalnız hər hansı konkret malgöndərəndə yaxud da, onların əvəzedicisi və alternativi olmufr. Məlum olduğu kimi “Türk Hava Yolları” alternativi olmayan bir kompaniya deyil və onun kimi yüzlərlə aviakompaniya mövcuddur. İkincisi- təcili tələbat yarandıqda. Maraqlıdır Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili tələbatdır? İstisna etmirik. Vaxtı əvvəlcədən müəyyən olnmuş hər hansı bir beynəlxalq tədbirlərə aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə qiymətlər xeyli aşağı ola bilər. Belə olan təqdirdə Dövlət Aqrar Universiteti 252.100 manata ən azı 350 -400 bilet bron etmiş olur. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. Bunlar da bir mənbədən satınalma medodu ilə keçirilib. Bu mütəxəssislər 2019-2023-cü illər ücün Azərbaycan Respublikasında alı təhsil sisteminin deynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunan tədbirlərə dəvət alıblar. Şərtə görə müqavilənin başlanma tarixi 13.02.2024-cü il, bitmə tarixi isə 13.04.2024-cü ilə müəyən edilib. Türk mütəxəsislərə bağlanan 26 satınalma müqaviləsinin ümumi dəyəri 333 879 manat təşkil edib. Aqrar Universiteti tərəfindən aviabiletlərin alınmasına ayrılan vəsait bu tədbir üçün ola bilərmi? Mütəxəsislərin 13.02.2024-cü ildən 13.04.2024-cü ilə qədər təşkil olunan tədbirlərə dəvətini götürsək, xeyir. Axı Universiteti aviabiletləri alınmasını ilin sonuna qədər nəzərdə tutub. Bəs onda Aqrar Universiteti 252.100 manata sifariş etdiyi aviabilətləri hansı məqsədlərlə alır? Niyə açıqlanmayıb? Dövlət sirridi? Azərbaycan Dövlət Aqrar Universiteti 2019-2023-cü illər ücün Azərbaycan Respublikasında alı təhsil sisteminin deynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində iki satınalma müqaviləsi də yerli mütəəsislərlə bağlayıb. Onlarda biri Quliyeva Lamiyədir ki, Azərbaycan Dövlət Aqrar Universiteti “Bitki mühafizəsi” kafedrasının dosent əvəzi çalışır. Onunla 35.625 manatlıq müqavilə bağlanıb. Digəri də Azərbaycan Dövlət Aqrar Universiteti-Ege Universiteti ikili diplom proqramının üzvü Həsən Abbasovdur ki, onunla da 17.812,5 manatlıq müqavilə bağlanıb. Burada hər iki şəxsin VÖEN-i əvəzinə Dövlət Aqrar Universitetinin VÖEN-i göstərilib. Azərbaycan Dövlət Aqrar Universiteti bir mənbədən satınalma metodu ilə bir tender keçirib. Fiziki şəxs Xalıqverdiyev Rasim Bəhram oğlu ilə 87.471 manat məbləğində bağlanan bu satınalma müqaviləsi 12.01.2024-cü ildə dərc edilib. Amma 18.12.2023-cü ildə başlayıb 18.12.2024-cü il tarixdə bitəcək. Amma nə alınır, nə iş görülür bəlli deyil.

Göründüyü kimi Azərbaycan Dövlət Aqrar Universiteti hər şeyi bir mənbədən alır. Əslində Universitet deyil, ali təhsil müəssisəsinin rəhbərliyidi bunu edən. Bu Prezident İlham Əliyev Sərəncam ilə 31 avqust 2023-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilmiş Zəfər Qurbanovdu. Göründüyü kimi sözügedən vəzifədə heç bir ildir oturmayan Zəfər Qurbanov Aqrar Universitetidə hər şeyi bir mənbədən həll edir. Bir mənbədən yeyir, içir, bir mənbə ilə də hara gəldi üçür…
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı

Aprelin 2-də AFFA-nın növbəti Konfransı keçiriləcək.

Tədbir saat 10:00-da başlayacaq.

Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı, AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi daxildir.

Xatırladaq ki, AFFA-nın prezidenti vəzifəsinə yeganə namizəd SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir - Ailəsi yenidən məhkəməyə üz tutdu

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ailə üzvləri Baş Prokurorluğu məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, Vidadi Zeynalovun övladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb.

İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. İddialara görə, məhkəmə çəkişməsi əmlak məsələsi ilə bağlıdır. İş hakim Pərviz Məmmədovun icraatındadır.

Vidadi Zeynalovun ailəsi bundan əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə vermişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, həbs qoyulmuş 43 milyon manat dəyərində əmkalını geri istəyir.

Məlumata görə, o, bu prosesi də uduzub. Lakin görünür ki, Zeynalov geri çəkilmək niyyətində deyil. Ona görə də bu dəfə Baş Prokurorluğun özünü məhkəməyə verib.

Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, 2019-cu ilin mart ayında azadlığa buraxılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndi, Ağdərə və Xocalıda yeni xidməti yaradılır - Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
 
Fərmanla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır.
 
"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib.
 
Müəyyən edilir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
 
3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
 
3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
 
3.4. Xidmətin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;
 
3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
 
4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
 
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
 
4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
 
4.1.2. idarəetmə orqanlarının yaradılması;
 
4.1.3. Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
 
4.1.4. Xidmətin yenidən təşkili və ləğvi;
 
4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
 
4.2. Xidmətə:
 
4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;
 
4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
 
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
5.1. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
 
6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;
 
6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
 
7. Xidmət:
 
7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
 
7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
 
7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TAİM DOLANDIRICILIĞI. İlkin Həsənov SAXTAKARLIĞI. Müəllimlər üstündən həyata keçirilən OYUN... -ŞİKAYƏTLƏR

Görünür ki, əsas yeyinti yeri metodikadır. İxtisası heç kim dəyişə bilmir. Əllərindən gələn ancaq sualları tamam qəribə, anormal hala gətirməkdir. Amma metodika əsl yeyinti yeridir. Hər il yeni qiymətləndirmə çərçivəsi, hər il yeni kitab... İlkin Həsənov da, nədənsə, qiymətləndirmə çərçivəsinə tam uyğun kitab nəşr etdirir. Yerli bazara müraciət etdikdə görürük ki, "TAİM-in çıxartdığı kitabdan düşür imtahan" sözlərini hər kəs əzbərləyib. Sözsüz ki, reklamlara və deyilənlərə üstünlük versək TAİM yazıbmış kimi bir "görüntü" çıxır ortaya.
Yaxşı, düşünək ki, yazıb və həqiqətən suallar ordan düşür.

1. Kurikulumun çoxu terminlərdir. Bildiyiniz kimi terminlər hərfi tərcümə edilmir. O zaman hansı terminin sas götürüldüyünü necə bilək? ARTİ tərcümə əsasında terminlərin hansını qəbul etdiyini bildirmir və TAİM-lə eyni suallar ortaya çıxır. Səbəb?.

2. Yazılan mövzular düzgündürmü?
Məsələn, etik davranış qaydalarında 9 prinsip olduğu halda niyə 8 yazılır? Səhvdir!

3. Terminlərin təsvirində 4 termin olduğu halda keçən illə bu il arasında ayrı-ayrı yazılıb. Məzmun standartı və əsas standart çıxarılıb. Təhsil Proqramından çıxarılmamış olan bir sistemlilik niyə müəllimlər üçün çıxarılmalıdır? Nəticə etibarilə məzmunu standartlaşdırarkən sistemlilik yaratmaq üçün məzmun xətti, əsas standart, alt standart və ümumi təlim nəticələrindən istifadə olunur. Burdakı izah sisteminin pozulması müəllimlərin daha rahat şəkildə proqramla işləməsinə problem yaradır.

4. Bundan əlavə, ilk kitabda summativ qiymətləndirmənin aparılmasını əsas standarta, sonrakı kitabda məzmun standartına, sonrakı kitabda isə alt standarta aid etdilər.

5. Mövzulara diqqət yetirdikdə yanlışlıqları da rahatlıqla görürük. Onlayn tədris sinxron, asinxron və hibrid olunmaqla təsnif olunursa, bu ilki kitablarında nədənsə dəyişiklik ediblər. Həm əyani, həm də onlayn şəkildə aparıldığını və müxtəlif formatlarda təqdim olunduğu bildirirlər. İnsanları aldadırlarsa, cinayət işi açılsın. Yox oyun oynamaq deyə xüsusiyyətləri varsa, niyə insanları aldadırlar?

6. Qiymətləndirmə meyarlarının çıxarılmasında qiymətləndirmə zamanı necə meyar çıxarılır öyrədilmir. Ətrafında fırlanır amma öyrətmirlər. Yəni BİZDƏN ASILI OLUN. Sərbəst olmayın ki, sizi idarə edə bilək və çoxlu pullar qazanaq.

7. Yerləşdirmə qiymətləndirməsi, likert üsulu və s kimi qiymətləndirmə anıayışlarına yer verilmir, üstəlik qiymətləndirmə zamanı hansı qiymətəndirmədən necə istifadə edilməsi hələ də sual altındadır.

8. Kompetensiyalar haqqında əvvəlki kitabda bir cür məlumat yazılmışdı, indi dəyişiblər. Niyə? Altdan mənbə də yazılıb. Səbəbi öyrənə bilərikmi? Əvvəlki kitabda yalandan mənbələr son səhifədə göstərilmişdir? Onda cinayət işi açılsın bizdə görək. Saxtakarlıq necə cəzalandırılır.

9. Öyrənmə modelləri salınıb amma içərisində çoxlu səhvlər var. Nə də olsa, heç kim bilmir öyrənmə modeli nədir?!. İstədiyiniz kimi yazın. Onsuz da suallar ordan hazırlanır camaatı "qoyun" yerinə rahatlıqla qoya bilərsiniz.

10. Daniel Qoulman əvvəlki illərdə 4 komponentə ayrılmışdı, bu il isə 5 komponentə ayrılıb. Bu professor dünyada olmadığına görə qərarın dəyişə bilməz. Bəs niyə müəllimləri bu qədər alçaldırlar?

11. Problem əsaslı təlim modelində keçənilki kitabla indiki kitab arasında çoxlu fərqlər var.

12. Oyun əsaslı təlim modeli köklü şəkildə dəyişdirilib. Əvvəl oyunlarla kəskin fərqli olduğu vurğulanan model artıq oyunları da öz sahəsinə daxil edib. Əvvəlki kitabda sadəcə olaraq platformalar üzərindən həyata keçirilən oyunları bu təlim modelinə aid edirdilərsə, indi qərarlarını dəyişiblər. Ölkə metodikasını belə SAVADSIZ bir kursa HƏVALƏ EDİBLƏR.

13. Diferensial təlimdən birdən- birə öyrənmə mühiti komponentini çıxardılar.

14. Təhsildə bərabər imkanların yaradılması tələbi ilə İnkluzivlik tələbini qarışdırdılar və bunu MİQ İMTAHANINDA ETDİLƏR. HALBUKİ ÖZ KİTABLARINA EYNİ SUALLARIN CAVABLARI TƏHSİLDƏ BƏRABƏR İMKANLARIN YARADILMASI İDİ. ÖZ YAZDIQLARININ ZİDDİNƏ GEDİRLƏR. TƏKİ PUL QAZANSINLAR.

15. Sual tiplərini və modellərini dəyişib heç kimə məlumat vermirlər. Nədənsə TAİM ancaq müdavimlərinə verir və sürpriz!!! İmtahanda da həmin model olur. Bu ayrı-seçkilik, bu iyrənc siyasət nəyə əsaslanır? ARTİ özünü satır ya ETN?

16. Müəllim-şagird münasibətləri və təşkili haqqında lazım olan bütün məlumatlar yerləşdirilmir, amma imtahanda soruşurlar. Belə çıxır ki, müəllimlər münəccim olmalıdır. Maraqlıdır, heç olmasa münəccimliyə layiq maaş verilə.
TAİM DOLANDIRICILIĞI. İlkin Həsənov SAXTAKARLIĞI. Müəllimlər üstündən həyata keçirilən OYUN...
TAİM DOLANDIRICILIĞI. İlkin Həsənov SAXTAKARLIĞI. Müəllimlər üstündən həyata keçirilən OYUN... -ŞİKAYƏTLƏR

BU NÜMUNƏLƏRİ DAHA DA ARTIRMAQ OLAR!

Formal şəkildə keçirilmiş imtahan, mənbəsi olmayan kitab, kitabı olmayan qiymətləndirmə çərçivəsi...

Yaxşı keçən il o boyda izdiham oldu. Cinayət işi niyə açılmadı. Bunkerlər hamısı niyə işdən çıxarılmadı?
Eşqi bəy çıxdı lazımsız bir nitq söylədi. Niyə onu vəzifədən çıxarıb ayıb olsun demək yerinə daha yüksək vəzifəyə verdilər?
Hamı ETN və ARTİ-nin haqsız olduğunu bildiyi halda, hamı izahlarda belə iyrənclikləri gördüyü halda niyə heç bir ədalət danışılmadı. Niyə ədalət bərpa edilmədi. Niyə bütün başçıları və bu iyrənc siyasətin rəhbərlərini işdən çıxarmadılar.
Bəs hanı ədalət, hanı şəffaflıq, hanı demokratiya...

İnanın ki, problem təhsil proqramında deyil, təhsilin siyasətindədir. Nə qədər ki, ədalət deyil, GÜC ÖZ SÖZÜNÜ DEYƏCƏK. BELƏ bədbəxt millət olmağa davam edəcəyik. Təhsilimizi kökündən məhv edəcəklər. Bizləri hardan vurmaq lazımdır bilirlər. Elə özümüzkülər, VƏTƏN XAİNLƏRİ axrıımıza çıxacaq...(Tehsilmedia.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur

Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur
Yevlax rayon icra başçısı Anar Tağıyev rayonda şəhid ailərinin iştirak etdiyi tədbirlərə şəxsən özü qatılmır, müavini Xaliq Əliyevi göndərir.

Ovqat.com-un məlumatına görə, hərbi ekspert, AYB və AJB-nin üzvü, yazıçı Natiq Əlisoy bu fikirdədir.

Hərbi ekspert Dialoq.az-da dərc olunan “Rayon rəhbəri soyqırım qurbanlarının anım tədbirinə gəlməyib. Maraqlı araşdırma...” sərlövləli yazısında bu təsbitini dilə gətirib.
Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur

Məqalədə deyilir:

“Yevlax şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə anım tədbiri keçirilib.
Anım tədbirində Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı, rayon Ağsaqqallar Şurası, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri və idarə müəssisələrin rəhbərləri iştirak ediblər. Bu barədə Yevlax Rayon İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Təəssüf doğuran məqam ondan ibarətdir ki, keçirilən anım tədbirinə rayon icra hakimiyyətinin başçısı gəlməyib.
Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur

Qeyd edək ki, eyni analoji görüntü bir ay içində ikinci dəfədir ki, müşahidə edilir. Belə ki, bundan əvvəl də Yevlax rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ictimai tənqiddən sonra Şəhid ailələri üçün təşkil olunan tədbirə Yevlax rayon icra hakimiyyətinin başçısı gəlməmişdi. 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə olduğu kimi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə də Şəhid ailələri ilə görüşə rayon icra hakimiyyətinin başçısı yox, onun müavini Xaliq Əliyev gəlmişdi. Maraqlıdır, görəsən hörmətli Anar müəllim nə üçün Şəhidlərimizlə əlaqəli olan tədbirlərə bu qədər soyuq yanaşır? Hesab edirəm ki, bu kimi əhəmiyyətli tədbirə gəlməmək böyük siyasi səhvdir.
Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin 31 Mart-Azərbaycanlıların Soyqırımı ilə bağlı tarixi çıxışı:

Maraqlıdır, bir rayon rəhbəri belə bir tədbirə nə üçün gəlməsin? Qısa araşdırma və gəlinən ilkin qənaətlər:

1. Ola bilər ki, ya etdiyimiz əsaslı, sübutlu tənqidlərə və göstərdiyimiz ictimai iradlara baxmayaraq yenə də Yevlax rayon icra hakimiyyətinin başçısı hörmətli Anar Tağıyev Şəhid ailələri, qazilər və veteranlara olan soyuq münasibətini davam etməkdə israrlıdır;
Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur

2. Ya da ki, hörmətli Anar müəllim Yevlax rayonunda monotonluqdan yorulub, özü üçün hansısa xəyali digər siyasi post axtarışındadır və bu səbəbdən də öz yerinə tədbirlərə müavini hörmətli Xaliq müəllimi göndər ki, indidən hazır olsun;

3. Ola da bilər ki, elə bir üzürlü səbəb var ki, bizlər bilmirik və s.

Əlbəttə, bunlar bizim ehtimallarımız olsa da, reallıq ondan ibarətdir ki, Şəhidlərimizlə, qazilərimizlə bağlı və digər əhəmiyyətli rayon tədbirlərində rayon rəhbərini rayon ictimaiyyəti arasında görməyəndə vətəndaş olaraq insanın içində çox suallar yaranır...”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO