[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
GÖZLƏNİLƏN OLDU: Şahin Bağırov İSTEFAYA ÇAĞRILDI - DGK-nin ləğvi gündəmdə...


"İllərdir dediyimiz kimi, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının heç bir mənası yoxdur. Dünyada çox nadir ölkələr var ki, Gömrük Komitəsi müstəqil qurumdur, onlardan biri də Rusiyadır. Ümumiyyətlə, bizim gömrük orqanlarının mahiyyəti, strukturu, hərbi rütbələri, fəlsəfəsi Rusiyadan köçürülüb. Bundan imtina etmək zamanıdır, özünü doğrultmadı, doğrultmağı da mümkün deyil. Çünki şimal qunşumuz öz dövlət orqanlarını tarixən biznesi əzmək üzərinə inşa edib". DİA.AZ xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspert hesab edir ki, gömrük orqanlarının ayrıca istintaq qurumunun olması da absurddur: "Ona görə də Gömrük Komitəsi ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin nəzdində kiçik bir departament kimi fəaliyyət göstərməli, əsas işi daxili istehsalçını qorumaq üçün konsepsiya hazırlamaqdan, statistik göstəriciləri toplayıb təhlil etməkdən ibarət olmalıdır. Müstəqillikdən üzü bəri iş adamlarının, biznesin ən zəhləsi getdiyi, onlara ən çox mane olan, rüşvət və korrupsiya yuvasına çevrilmiş, mahiyyəti ancaq iri məmur biznesini qorumaq olan Gömrük Komitəsidir. Komitəni nazirliklərdən birinə birləşdirmək azdır, həm də fəlsəfəsi dəyişməlidir. Bu orqanlarda çalışanlar anlamalıdırlar ki, onların fəaliyyətinin əsas istiqaməti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil, ölkədə tuman-köynək istehsalına dəstək verməkdir. Nə qədər ki, yerli istehsal yoxdur, gömrük orqanları gözəgörünməz, ürəkbulandırmaz olmalıdırlar. İstehsal sahələri yaranandan sonra daxili istehsalçını qorumaq üçün ağıllı tarif, rüsum siyasəti olmalıdır. Yerli istehsal isə o zaman yaranacaq ki, ölkədə normal biznes mühiti, investisiyaların qorunması mexanizmləri və nəhayət, ədalətli məhkəmə sistemi olacaq".

Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Mikayılovun bu kadrından xəbəri varmı? - İLGİNC İDDİALAR...


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) tabeçiliyində olan Viləşçay Su Anbarı Masallı rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1986-cı ildə tikilmişdir. Qeyd edək ki, su anbarının həcmi 46,0 mln. m³, torpaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur.

Rusif Kərimov 2 ildir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun sərəncamı ilə bu idarəyə rəis təyin edilib. 2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində calışmış Rusif Kərimovun təyinatı ilk vaxtlar fermerlər tərəfindən razılıqla qarşılansa da bu uzun sürmədi. İndi Rusif Kərimov özündən əvvəlki rəislərin ölənlərinə rəhmət oxutdurur.

Onu da qeyd edək ki, bu su anbarları regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Yəni dövlət bu sahəyə milyonlarla vəsait qoyur ki, fermerlər bundan istifadə edərək ölkədə ərzaq bolluğu yaratsın, qiymətlər ucuzlaşsın və s... Amma məmurlar bu milyonları mənimsəyərək ölkədə ərzaq qıtlığı yaradır, süni qiymət artımına rəvac verirlər.

Fermerlərə suyu neçəyə, hansı qiymətə satmaqları daha ciddi problemdir. Axı, dövlət öz vəsaitini ayırıb ki, fermerlərə ucuz qiymətə şərait yaradılsın. Amma rəis Rusif Kərimovun öz qimətləri var. Masallı fermerləri onun əlindən qan aglayır.

Bütün bunlar azmış kimi Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitlər mənimsənilir. İdarəyə ayrılan avadanlıqlar kimlərəsə icarəyə verilir, hər il külli miqdarda dəyəri olan yanacaq silinərək mənimsənilir. Hidrotexniki qurğuların təmiri adı altında dövlət vəsaiti silinir.

Bir sözlə, idarədə yoxlama aparılsa maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında küllü miqdarda dövlət vəsaiti mənimsənilməsi üzə cıxar.

Biz anbardakı balıq biznesi və ən dəhşətlisi anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə faktları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //milletinsesi.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`RR Constructions` rəsmən QOÇULUQ EDİR - Vətəndaş ÇARƏSİZ DURUMDA


Sakinlərlə razılaşa bilməyən tikinti şirkəti söküntüyə hazırlaşır. Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, “Kubinka” kimi tanınan ərazidə sakinlər evlərini sökmək istəyən tikinti şirkəti ilə problemlər yaşayırlar. Onlar şirkətin təkliflərini uyğun hesab etmirlər. "RR Constructions"sakinlərlə razılaşa bilməsə də, hazırlıqlara artıq başlayıb, ərazini hasara alıb. Sakinlər şirkətin təklifini hüquqlarının pozuntusu kimi şərh edirlər. "RR Constructions"dan isə məsələ ilə bağlı cavab almaq mümkün olmayıb.

Daha ətraflı aşağıdakı videoda:

Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Viləşçay Su anbarı İstismarı idarəsinin rəisinin öz qiymətləri var - Masallı fermerləri qan aglayır


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) tabeçiliyində olan Viləşçay Su Anbarı Masallı rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1986-cı ildə tikilmişdir. Qeyd edək ki, su anbarının həcmi 46,0 mln. m³, torpaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur.

Rusif Kərimov 2 ildir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun sərəncamı ilə bu idarəyə rəis təyin edilib. 2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində calışmış Rusif Kərimovun təyinatı ilk vaxtlar fermerlər tərəfindən razılıqla qarşılansa da bu uzun sürmədi. İndi Rusif Kərimov özündən əvvəlki rəislərin ölənlərinə rəhmət oxutdurur.

Onu da qeyd edək ki, bu su anbarları regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Yəni dövlət bu sahəyə milyonlarla vəsait qoyur ki, fermerlər bundan istifadə edərək ölkədə ərzaq bolluğu yaratsın, qiymətlər ucuzlaşsın və s... Amma məmurlar bu milyonları mənimsəyərək ölkədə ərzaq qıtlığı yaradır, süni qiymət artımına rəvac verirlər.

Fermerlərə suyu neçəyə, hansı qiymətə satmaqları daha ciddi problemdir. Axı, dövlət öz vəsaitini ayırıb ki, fermerlərə ucuz qiymətə şərait yaradılsın. Amma rəis Rusif Kərimovun öz qimətləri var. Masallı fermerləri onun əlindən qan aglayır.

Bütün bunlar azmış kimi Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitlər mənimsənilir. İdarəyə ayrılan avadanlıqlar kimlərəsə icarəyə verilir, hər il külli miqdarda dəyəri olan yanacaq silinərək mənimsənilir. Hidrotexniki qurğuların təmiri adı altında dövlət vəsaiti silinir.

Bir sözlə, idarədə yoxlama aparılsa maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında küllü miqdarda dövlət vəsaiti mənimsənilməsi üzə cıxar.

Biz anbardakı balıq biznesi və ən dəhşətlisi anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə faktları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.milletinsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azərlotoreya`nı `yuxarı`da KİM HİMAYƏ EDİR? - Yoxsa belə özbaşınalıq olmaz...


Azərbaycanda rəsmi QUMAR BİZNESİ ŞƏBƏKƏSİ hesab olunan "Azərlotoreya"nın kasıbların son qəpik-quruşuna göz dikməsi bir faktdır. Hər halda, hansısa imkanlı şəxsin və yaxud da vəzifə başında olan məmurun hər gün axşam işdən evə gedərkən "Azərlotoreya"nın hansısa qumarını oynadığını nə görən olub, nə də eşidən... Günlük gəliri 10-20 manat arası olan binəva fəhlə zümrəsidir ki, bu cür yollarla qazanacağına, birdən-birə varlanacağına ümid edir ki, bu da "Azərlotoreya" kimi qumar şəbəkələrinin işinə yarayır.

Hər halda, bu kimi hallarda dövlətin gərəkən qurumlarının müdaxiləsi vacibdir, şərtdir. Çünki dövlət və oinun hüquq-mühafizə orqanlarının başlıca vəzifəsi ölkə vətəndaşlarının məhz bu kimi dələduzluq torundan müdafiə olunmasıdır.

Məlumdur ki, Azərbaycanda rəsmi QUMAR BİZNESİNƏ nəzarəti öz əlinə götürən və bununla da “Azərlotereya” ASC-nin idarəetməsinə nəzarət edən Türkiyənin “Demirören Holding” şirkətidir.

Bu şirkətin qardaş Türkiyədəki əməlləri ilə bağlı KİV-də yetərincə informasiyalar paylaşılıb. Elə Azərbaycandakı əməllərindən də son günlər yetərincə yazılmaqdadır...

Amma görünəni odur ki, rəsmi qurumlar, qəni bu işi araşdırmalı olan dövlət qurumlarımız “Demirören Holding” qarşısında rəsmən əl-qolu bağlı vəziyyətdədir. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə olduqca ilginc faktları açıqlayıb. Aydın olur ki, məhz "yuxarıda" bəlli bir qrup bu gün “Demirören Holding”in Azərbaycanda rəsmi qumar biznesini yönəltməsini aşkar şəkildə himayə etməkdədir.

Bu barədə geniş araşdırma yazımızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Məsələ ilə bağlı Millitv.AZ olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gündən Ramazan ayı başlayır


Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.

Bu il Ramazan ayının başlanması martın 23-nə təsadüf edir.

Təqvimə əsasən, Əhya gecələri 9 aprel (Ramazanın 18-ci günü), 11 aprel (Ramazanın 20-ci günü), 13 aprel (Ramazanın 22-ci günü) və 17 aprelə (Ramazanın 26-cı günü) təsadüf edəcək.

Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq


Sabah saat 08:00-dan martın 24-ü saat 22:00–a qədər Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazan bayramı ilə bağlı neçə qeyri-iş günü olacaq? - TƏQVİM


Aprel ayında Ramazan bayramı münasibətilə 4 gün qeyri-iş günü olacaq.

Belə ki, aprel ayının 21, 22-də Ramazan bayramı qeyd olunacaq. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel istirahət günüdür. Beləliklə də, aprel ayında 12 gün qeyri-iş günü olacaq.
Ramazan bayramı ilə bağlı neçə qeyri-iş günü olacaq? - TƏQVİM


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR


Ovçuların məhsulları xalqın sağlamlığına vurulan zərərli maddələrlə istehsal edilir..?

Bu gün ölkəmizdə özəl sektorda kifayət qədər fəaliyyət göstərən müəssisələr, firmalar , şirkətlər və ət -toyuq , süd məhsulları istehsal edən fabriklər zavodlar vardır . Dövlətimiz tərəfindən sahibkarlara böyük diqqət ayrılır və hər cür maddi - mənəvi - hüquqi yardım göstərilərək beynəlxalq stantdartların tələblərinə uyğun dahada inkiş etməsinə şərait yaradılır . Bu günkü bazar iqtisadiyyatında azad rəqabət ən önəmli şərtlərdən biridir. Dövlət qayğısı görən müəssisələrdən bir yalnız mediada özünü tərif etdirməklə qayğını səmərəli istifadə etdiyinə işarə vermək istəyərək əsas qurumları nəzarət istiqamətini dəyişməyə nail olmaq istəyir
Bir müddət əvvəl media orqanlarında yayılan məlumatlar göründüyü qədər Ovçular ət və ət məhsulları MMC-nin rəhbərliyini heç də narahat etmir. Belə ki məsələ ilə bağlı apardığımız araşdırma və əldə etdiyimiz məlumatlardanda aydın olur ki, Azərbaycan Qida Təhlükəsizliyi Ağentliyindən adı çəkilən MMC-nin himayədarı varmış. Məsələ ilə bağlı MMC tərəfindən media orqanlarına açıqlama verilməməsinində səbəbi dövlət qurumu hesb edilən təşkilat tərəfindən qorxusunun olmamasıdır. Azərbaycan Respublikasının Prezidentinin dəfələrlə dövlət qurumlarına verdiyi tövsiyələr və göstərişlər göründüyü qədər agentliyin heçdə rəhbərliyinin diqqətinə alınmayıb. Ölkə rəhbərinin təlimatlarını icra etməyən AQTA daxili nizamnamələrinə əsasən bütün istehsalat müəsisələri yoxlanılmalı olduğu halda Ovçular MMC heç cürə müəssisə daxilinə buraxılmır. Qaydalara əsasən AQTA əməkdaşları istehsalat zamanı yoxlama aparmalı olduğu halda müəssisənin çölündə qalaraq MMC-nin əməkdaşlarının verdiyi nümunələr əsasında yoxlama aparır. Bu isə Müəssisənin istəklərinə xidmət göstərmək anlayışını qəti olaraq ortaya qoyur.
"Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR

UluTv.info: Ovçular MMC-nin keçmiş əməkdaşının redaksiyamıza verdiyi məlumata görə, şirkət əhalinin sağlamlığını düşünmədən gəlir məqsədi ilə məhsulun daxilində zəhərli maddələrin olduğunu bildiyi halda qaydalardan kənar istehsalatla məşğul olmaqdadırlar. Məsələyə dəfələrlə müdaxilə etsədə bunun qarşısını ala bilmədiyin deyən əməkdaş sonda işindən olub. Xalqın sağlamlığı hər bir istehsalçının öncəlik prioriteti olması gərəksədə göründüyü qədər əmədaşdan başqa rəhbər strukturdan heç kəsi narahat etməyib. Pul qazanmaq hər bir şəxsin qoyduğu vəsaitdən əldə etmək istədiyi şeydir. Amma xalqı zəhərləməklə gəlir əldə etməyə meyili olmaq və xalqın genefonduna vurulan zərərin miqdarını hesablamadan genetiklə oynamaq isə ən böyük cinayət hesab edilir. Dünya miqyasında Ovçularda baş verən heç bir hall hələ müşahidə edilməyib. Beynəlxalq standartlardan kənarlaşan və milli dəyərlərimizi heçə sayan Ovçular MMC-nin rəhbərliyi məsələ ilə bağlı açıqlama təqdim etməyidə özünə borc bilmir. İstelakçıları aldatması azmış kimi istehsal edilmiş məhsulun saxlama müddəti keçdiyinə görə daxili yeniden emal edilməsi düzgün deyil. Bu halın mövcudluğu istehlakçını aldatmaq hesab edilir. Mənbənin verdiyi məlumata görə, bu maddə ət məhsullarına vurulma səbəbi məhsulun uzun müddət xarab olmamasına şərait yaratması ilə yanaşı onun dahada keyfiətli olmasını təmin edir. Lakin məhsulun üzərindəki müddət qeyd edildiyi gün bitdikdə məhsul yenidən emala verilməməlidir. Məhsulun üzərinə qoyulan istifadə müddəti həmin kimyəvi məhsula görə müəyyən edilir. Müddət bitdikdə məhsul tamamiilə yararsız hesab edilməklə yanaşı qoyulan qaydalara əsasən məhsul məhv edilməlidir. Amma Ovçular MMC-nin istesalında geri qaytarılmış mallar məhv edilmədən yenidən yeni məhsulla birləşdirilir və istesalata verilir. Həmin müddəti bitmiş məhsulun daxilində olan zəhərli maddələr isə müddəti bitdiyindən artıq zərərli toksinlər ifraz edərək insan genetikasına zərər verir. Maddənin daha sonralar törədə biləcəyi fəsadların tam olaraq heçkəsə məlum deyil. Ən əsası isə insan sağlamlığına həmin nitrit maddəsinin heç bir xeyrinin olmamasıdır, zərərindən başqa.
"Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR

UluTv.info: İddiayada ümumi neqativlərə görə etiraz edən işçi işindən azad edilib. Hətta Covid-19 xəstəliyinə tutulan əməkdaş Blütein təqdim etməsinə baxmayaraq təhqir edilib və öz xoşu ilə işdən azad edilməsi barədə ərizə yazmadığı təqdirdə onu 70c maddəsi ilə işdən çıxarılacağı ilədə öncədən hədələnib. Bütün bu məsələlərin subutunun mediaya təqdim edən mənbə bütün baş verən qanunsuzluqların hər birini detallı şəkildə izah etmişdir.
Ovçular MMC-nin rəhbəri Səməd Cəfərov məsələ ilə bağlı 3 aydır verilən media sorğulara cavab verməkdən yayınmaqdadır. Bəzi media qurumları Ovçular MMC-nin rəhbəri Səməd Cəfərovun susqunluğuna bir anlam verə bilmədiyindən artıq məsələnin aydınlaşması üçün Baş prokurorluğa sorğular verib. Zavod daxilində yoxlamaların aparılması məqsədi ilə Prokurorluqdan köməklik gözləyən media qrumları tezliklə buna müsbət cavab alacaqlarınada əmindirlər. İddiaların əsasız olmadığını bilsəkdə bunu rəsmi sənədlərlə təsdiqə yetirilməsi bir media qurumuna ədalət prinsiplərinin qorunması naminə vacibdir.
MƏSƏLƏ İLƏ BAĞLI ARAŞDIRMAMIZ DAVAM EDİR..
İDDİALLARA QARŞI TƏRƏFİN MÖVQEYN DƏRC ETMƏYƏ HAZIRIQ.

ULUTV.İNFO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının bu addımı tənqid edildi - FOTOLAR


Novruz bayramı ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Şəhid ailələri, Qarabağ qaziləri və veteranları, eləcə də aztəminatlı ailələrlə görüş keçirib və 500 nəfərdən çox sakin bayram sovqatları ilə təmin olunublar.

İcra başçısının bunu reklam etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bildirilib ki, RİH aztəminatlı ailələrə diqqət göstərməlidir, amma bunu reklam etmək, insanların əlində sovqat qutusu olan zaman şəklinin çəkilməsi yolverilməzdir. Qeyd olunub ki, şəkillər çəkilibsə belə, insanların üzü düşməməlidir.

Tənqidlərlə əlaqədar RİH-lə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb.Pravda.az

İcra başçısının bu addımı tənqid edildi - FOTOLAR
İcra başçısının bu addımı tənqid edildi - FOTOLAR
İcra başçısının bu addımı tənqid edildi - FOTOLAR

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO