[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Paşa Holdinq` deputatın şirkətinin VURDUĞU ZİYANI ÜSTÜNƏ GÖTÜRDÜ - `KRİSTAL ABŞERON` FACİƏSİ...


2023-cü ildə PAŞA Holding öz cari strateji dövrünün son ilinə daxil olub. Hazırda şirkətin prioritetlərindən biri 2024-2026-cı illəri əhatə edəcək yeni strategiyanın hazırlanmasıdır. Cari strateji dövrdə olduğu kimi, növbəti dövrdə də İnsan Kapitalının inkişafı, Korporativ Sosial Məsuliyyət (KSM) və İnnovasiyaların PAŞA Holding-in diqqət mərkəzində olması gözlənilir. Hazırda şirkətin KSM strategiyası çoxşaxəlidir, səhiyyə, təhsil, mədəni irs və ətraf mühitin qorunması kimi digər sahələri əhatə edir. Bu sahələrə aid layihələr arasında “Əsl gələcək”, “SabirArt”, “Rəqəmsal dövlət”, “Bağlı Vətən”, “Təmiz sahil”, “Yaşıl dünya”, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “Şəhid ailələrinin uşaqlarına psixoloji yardım”, “Ana-sahibkar”, “Qəhrəman övladlarıyıq”, “Autizmli uşaqlara adaptasiya dəstəyi”, “Əlaçı” və bu kimi onlarla digər layihə mövcuddur.

Bütün dünyanı təşvişə salan “COVID-19” pandemiyası zamanı da PAŞA Holding sosial məsuliyyətini dərk edərək çağırışlara cavab verən ilk şirkətlərdən oldu. Belə ki, “COVID-19” pandemiyasının ən şiddətli dönəmində PAŞA Holding tərəfindən modul tipli xəstəxanaların inşası, xarici ölkələrdən həkimlərin ölkəmizə cəlb olunması, eləcə də koronavirusla mübarizə fonduna dəstəyin göstərilməsi kimi fəaliyyətlər icra edilib. PAŞA Holding eyni zamanda Qarabağda infrastruktur obyektlərinin, eləcə də ekoloji durumun bərpası prosesində də iştirak etməkdədir. Şirkətin dəstəyi ilə hazırda Şuşa, Zəngilan və Ağdamda məscidlərin bərpası və yeni infrastruktur obyektlərinin inşası həyata keçirilir. Eyni zamanda, İkinci Qarabağ Müharibəsi iştirakçılarına, eləcə də qazi və şəhid ailələrinə dəstəyin göstərilməsi şirkətin diqqət mərkəzindədir.

Bununla yanaşı, KSM strategiyası çərçivəsində PAŞA Holding bir neçə il öncə məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu-2” yaşayış kompleksinin inşasına maliyyə dəstəyi göstərib. Belə ki, “Kristal Abşeron” MTK şirkəti tərəfindən icra olunan bu layihədə PAŞA Holding maliyyə sponsoru kimi çıxış edib və inşa prosesinə nə işçi qüvvəsi, nə də texniki avadanlıq təminatçısı kimi cəlb edilməyib. Buna baxmayaraq, PAŞA Holding müvafiq strukturlardan edilən müraciətləri nəzərə alaraq kompleksdə son günlər müşahidə olunan çətinliklərin həll olunmasına bir daha dəstək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, PAŞA Holding eyni zamanda çoxsaylı məktəb və baxçaların da tikintisini maliyyələşdirməkdədir. Bundan əlavə, şirkət əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş yaradıcılıq mərkəzinin inşa edilməsinin maliyyələşdirilməsində də iştirak edib. Holdinq həmçinin, gündəlik əsnada yardım məqsədilə daxil olan fərdi müraciətlər əsasında da yardıma ehtiyacı olan şəxslərə dəstək olmağa davam etməkdədir. (Dia.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeron səhiyyəsində Azər İsmayılovun “islahatı” – Diabet xəstələri dərmanlarını niyə ala bilmir?


Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dəyişilsə də, burada xidmət səbiyyəsi dəyişməyib, əksinə, yeni direktorun apardığı bəzi dəyişiklər insanların işini daha da çətinləşdirib.

DİA.AZ bildirir ki, bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata görə Azər İsmayılov Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edildikdən sonra ilk işi qeydiyyat şöbəsinin yerini dəyişmək olub:

“Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor gəldikdən bir müddət sonra qeydiyyat yerini dəyişdi. Əvvəllər qeydiyyat sırası 5-6 cərgə üzrə olardısa indi xəstəxanaya gələn insanlar bir cərgədə dayanır. Nizam-intizamsızlıq, sıxlıq olur. Bura gələn insanlar əyləncəyə gələn gənclər deyil ki, uzun müddət ayaq üstə dayana bilsinlər. Əksəriyyəti xəstə adamlardı, belə sıxlıqda cərgədə dayanan sağlam adam da hansısa xəstəlik tapa bilər.”-deyə, yazırlar.

Abşeron RMX-da ödənişli xidmətlər üçün alınan pulların 1-2 saatdan bir hansısa mülki şəxs tərəfindən toplandığı deyilir:

“Abşeron Rayon Mərkəzi Xəstəxanasında bəzi xidmətlər ödənişlidir. Bu xəstəxana elə bil “sağlamlıq arayışı” satmaqla məşğuldur. Bir sağlamlıq arayışı 40 manata verilir. Ödənişləri 1-2 saatdan bir gəlib insanların gözü qarşısında yığıb aparırlar. Sanki, o pullar iş gününün sonunadək xidmət göstərənlərin seyfində qalsa kimlərsə oğurlayacaq”.

Abşeronda xəstəxanasında diabet xəstələrinə dərman preparatlarının vaxtlı-vaxtında verilmədiyi vurğulanır:

“Diabet xəstələri üçün dövlət təminatı ilə verilən dərman preparatları və digər tibbi ləvazimatlar da düzgün qaydada verilmir. Dərman almağa gələndə bəzən rayon poliklinikasından bizə dərmanların qurtardığı deyilir. Məcbur qalıb həmin dərmanları apteklərdən pul ilə alırıq. Halbuki qeydiyyatda olan hər bir diabet xəstəsi üçün dövlət büdcəsi hesabına dərman və digər tibbi ləvazimatlar alınır. Amma bu dərman və ləvazimatlar hara yoxa çıxır bilmirik. Bütün bunlar azmış kimi, bu yaxınlarda poliklinikada fəaliyyət göstərən endokrinoloqların yerinin dəyişdirilməsi də xeyli diabet xəstəsini daha acınacaqlı duruma salıb. Rayonun ən ucqar kəndlərindən Xırdalana dərman dərman almağa gələn şəkər xəstələri geriyə dərmansız qayıdır”.-deyə, şikayət məktubunda qeyd edirlər.

Şikayətçilər yazır: “Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovdan xahiş edirik, əgər görüntü naminə yox, həqiqətən də yenilik etmək, TƏBİB rəhbərliyinin ona olan etimadını doğrultmaq istəyirsə Abşeron rayonunda olan diabet xəstələrinin siyahılanması işini aparsın. Əksəriyyəti yaşlı olan, yeriməyi belə bacara bilməyən insanların süründürməçiliyinə son qoysun. Abşeron rayonu çox böyük rayondur. Elə diabet xəstələri var ki, dərmanlarını almağa 3-4 avtobus dəyişərək gəlirlər. Rayonun hər bir kəndində tibb məntəqəsi, laboratoriya var. Olmazmı bu insanlar dərmanlarını yaşadıqları yerdə, yaxud ona daha yaxın olan dövlətin tibb müəssisələrindən alsınlar. Axı Azərbaycanın ən ucqar rayonlarında bu sistem var”.

Qeyd edək ki, Azər İsmayılov ötən ilin dekabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

TƏBİB xəbərə mövqe bildirməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO


Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.

“Qaynarinfo” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O, yaxın günlərdə işinin icrasına başlayacaq.

Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru olub.
Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdam Dövlət Sosial-İqtisadi Kolleci adlı BAZAR... - NAZİRİN NƏZƏRİNƏ...


Azərbaycanda təhsil sistemində korrupsiya hallarının aradan qaldırılması istiqamətində son zamanlar ciddi tədbirlər görülməkdədir.

Təhsil sistemində aparılan struktur və kadr dəyişiklikləri və eyni zamanda hüquqi mühafizə orqanlarının təhsil müəssisələrində apardıqları əməliyyatlar korrupsiya və rüşvət hallarının aradan qalxmasına müəyyən mənada müsbət təsir edir.

Bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Ağdam Musiqi Kollecində keçirdiyi xüsusi əməliyyat bir daha təhsil müəssisələrində olan acınacaqlı vəziyyəti ortaya qoymuş oldu.

Qlobal.az xəbər saytının əldə etdiyi məlumatda iddia edilir ki, korrupsiya və rüşvət hallarının geniş yayıldığı təhsil müəssisələrindən biri də Ağdam Dövlət Sosial-İqtisadi Kollecidir.

Məlumatda son illər dövlətin kollecin təmirinə ayırdığı vəsaitlərin təyinatı üzrə xərclənmədiyi vurğulanır.

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kolleci həm texniki bazasına, həm də təhsil səviyyəsinə görə respublikada ən geridə qalan kolleclərdəndir.

Saytımıza verilən məlumatda dövlətin kollecin təmirinə ayırdığı vəsaitin satınalma yolu ilə mənimsənildiyi, görüntü olaraq isə bir-iki vedrə emulsiya alınıb divara yaxıldığı iddia edilir.

Ağdam Dövlət Sosial-İqtisadi Kollecindən iddialara mövqe öyrənə bilmədik.

Mövzunu diqqətimizdə saxlayacağıq. /Qlobal.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Depozit Mərkəzinə yeni rəhbər təyin edilib - ƏMR


Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin edilib.

"APA-Economics"in MDM-dən əldə etdiyi məlumata görə, Mərkəzi Bankın daxili audit departamentinin direktoru Elçin Əlizadə Müşahidə Şurasının sədri seçilib. O, bu vəzifədə Əli Əhmədovu əvəz edib.

Bundan əlavə, Mərkəzi Bankın kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova isə MDM-in Müşahidə Şurasının sədr müavini seçilib.

Qeyd edək ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası həmçinin iki üzvdən - Nadir Babazadə və Elçin Məmmədovdən ibarətdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda MƏDƏNİ TƏNƏZZÜL - İLGİNC İDDİALAR...


"Yazıb sizə bildirirəm ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən işdən çıxarılacağından ciddi şəkildə təşvişə düşüb. Məhz buna görədə Rəşad Əliyev müavini İlham Əhmədovla birlikdə internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə bağlı olan bir çox neqativ məlumatları sildirməklə məşğuldur". Bu barədə DİA.AZ-a ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra yazır: "Hörmətli, dia.az, bu hələ harasıdr? Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, fesbok və instaqram sosial şəbəkələrində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib.

Bildirim ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrində Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində nöqsanlar aşkar edilmiş və tədbirlər görüşlmüşdür. Mədəniyyət nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində hüquq mühafizə orqanlarına göndərilən 11 müraciət və regional idarələrə edilmiş xəbərdarlıqlar “Şiddətli töhmət” siyahısında Sumqayıt Regional Mədəniyyət İdarəsinin adı çıxarıld. Bunun səbəbi isə Rəşad Əliyevin keçmiş nazir Anar Kərimovun komandasındakı himayədarlarının kömək etməsi olub. Məhz sabiq nazirin komandasında olan «himayədarın» köməkliyi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsində aşkarlanan nöqsanlar və bununla bağlı görülmüş tədbirlər gizlədildi, ictimaiətə açıqlanmadı. Ancaq digər Regional idarələrində aşkarlanmış nöqsanlarla bağlı nazirlik hüquq mühavizə orqanlarına müraciət etdi. Qeyd edirəm ki, hazırda Rəşad Əliyevin Mədəniyyət Nazirliyindəki himayədarlarının bir hissəsi hələdə vəzifə başında qalmaqdadırlar. Və bu himayədarlara ümid edən Rəşad Əliyev vəzifəsini qorumaq daha doğrusu nazirlikdə vəzifə sahibinə çevrilmək istəyir. Qeyd edirəm ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində aparılan yoxlama nəticəsində ciddi şəkildə nöqsanlar aşkarlanmış. Məhz Palatanın açıqlayacağı nöqsanlardan sonra vəzifəsini itirmək təhlükəsini görən Rəşad Əliyev himayədarlarının köməkliyi ilə iş yerini dəyişmək istəyir. Ancaq nazir əvəzi Adil Kərimlinin regional idarələrində apardığı islahatların Sumqayıt Regional Mədəniyyət İdarəsinəədə çatacağı gün yaxınlardarı. Və Rəşad Əliyev bunu bildiyi üçün ciddi şəkildə təşvişə düşüb".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası


Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və yaxın ətrafının başı üzərindəki “qara bulud”lar hələ çəkilməyib. Ötən il dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verən Naxçıvan “xan”ı onu və ailə üzvlərini gözləyən təhlükəni tam dəf edə bilməyib.

“Yeni Sabah” Vasif Talıbov mandatını və azadlığını qoruya bilsə də, ailə üzvləri bu təhlükədən tam olaraq sığortalanmayıblar. Atasından əvvəl tutduğu vəzifədən könüllü şəkildə imtina edən Seymur Talıbovun həbs təhlükəsi ilə üzləşdiyi bildirildi.

Qeyd edək ki, Talıbovların süqutuna kimi Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor postunu tutan Seymur Talıbov bir müddət əvvəl ölkəni tərk edib. Sabiq prorektorun Dubayda olduğuna dair məlumatlar var. Yaxın ətrafı gənc Talıbovun ailə biznesini idarə etmək üçün Dubaya yollandığını bildirsə də, bunun əksini iddia edənlər də var.

Vasif Talıbovun “vurulmasından” sonra ailənin düşdüyü situasiyanı göz önündə canlandıran bəzi müşahidəçilər Seymur Talıbovun Dubaya işgüzar məqsədlə səfər etdiyinə inanmırlar. Onların qənaətinə görə Talıbovların sonbeşiyi olan Seymur gələcək təhlükədən yayınmaq üçün Dubaya qaçmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Qurumun ciddi pozuntular aşkarlayacağı heç kimdə şübhə doğurmur.

Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, universitetdə yoxlamaların aparılacağı ilə bağlı Seymur Talıbovdan əvvəldən məlumat olub. Hesablama Palatası onun bir çox qanunsuz əməllərinin üstünü açacağını başa düşən keçmiş prorektor vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görüb.

Mənbə Seymur Talıbovun taleyi ilə bağlı qərarın yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.

“Yeni Sabah”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın bu ölkə ilə quru sərhədi açılır


Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması ilə bağlı xəbərlər yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı (https://rus.ghn.ge/) ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Saytda dərc edilən xəbərdə qeyd edilib ki, mayın 1-i tarixində Azərbayan və Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan quru sərhədlərini 2020-ci ilin yaz aylarından bəri bağlayıb.

Xatırladaq ki, COVID-19-la bağlı məhdudiyyətlər 2023-cü il mayın 1-dək qüvvədə olacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO