[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəşad Əliyev vəzifəsindən çıxarılır? - İdarə rəisi Adil Kərimlinin islahatlarından təşvişə düşüb?


Son günlər Mədəniyyət Nazirliyində ciddi şəkildə islahatlara start verilib. Nazirin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli keçmiş nazir Anar Kərimovun kadrlarını tutduqları vəzifədən uzaqlaşdırmaqla məşğuldur. Nazirlik içində aparılan islahatlar artıq Regional Mədəniyyət İdarələrinə də çatıb. Buna misal olaraq Adil Kərimlinin son 1 ayda 3 idarə rəisini işdən çıxartmasını deyə bilərik. İşdən çıxarılan idarə rəisləri sabiq nazir Anar Kərimov tərəfindən vəzifəyə təyin edilən şəxslərdir.

Məlumata görə Adil Kərimlinin Mədəniyyət Nazirliyində apardığı islahatlar davam edəcək və digər regional idarə rəisləridə vəzifələri ilə vidalaşacaqlar.
Xalqxəbər.az-a daxil olan məlumata görə işdən çıxarılacaq idarə rəislərindən biri də Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevdir. Haqqında müəyyən müsbət xəbərlər dolaşmasına baxmayaraq Rəşad Əliyevin sabiq nazir Anar Kərimovun əsas kadrlarından biri olduğu deyilir.
Məlumata görə Rəşad Əliyev nazir əvəzi Adil Kərimlinin apardığı islahatlardan ciddi şəkildə təşvişə düşüb. Bu barədə bir neçə gün öncə ölkə mətbuatında dərc edilən məlumatlarda qeyd edilmişdi. Həmin məlumatlarda vurğulanırdı ki, "Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini İlham Əhmədov internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında daha çox müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, "Facebook" və "Instagram" sosial şəbəkələrinində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib".
Bildirək ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində audit yoxlamalar aparılıb. Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra açıqlanacaq.
Daha bir məlumatda bildirilir ki, Rəşad Əliyevin yerinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin yüksək vəzifəli işçilərindən biri rəis keçmək niyyətindədir.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
XalqXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadın başçısı da narazılıq yaradır... - İTTİHAM VAR!

Cəlilabadda məmur özbaşınalıqları davam edir. Bu barədə DOSYE.ORG-a rayon sakinləri məlumat verib. Xatırladaq ki, bir müddət öncə məlumat vermişdik ki, dövlətin balansında olan örüş sahələri artıq satışa çıxarılıb. Rayonun Qarağac kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlasalarda, necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.

Ötən yazılarımnızda bildirmişdik ki, Hamarqışlaq kənd icra nümayindəsi Mədət Nəzərov örüş sahəsini kənd sakinlərin birinə satıb. DOSYE.ORG-a məlumat verən kənd sakinlərinin sözlərinə görə mətbuatda tənqidi məqalə yayımlandıqdan sonra İqtisadiyyat Nazirliyinin məsül şəxsləri əraziyə baxış keçirərək faktın tam şahidi olmuşdurlar.

Məsələ burasındadır ki, Cəlilabad RİH başçısı Rafiq Cəlilov icra nümayindəsinın qanunsuz əməlləri barədə rayon prokurorluğuna məlumat vermək əvəzinə, onu müdafiə etməkdən belə çəkinmir. Məhz bu səbəbdən rayon sakinlərinin narazılıqları pik həddə çatmışdır.

Ölkə başçısı cənab İlham Əliyev Cəlilabad rayonuna R. Cəlilovu icra başçısı təyin edəndə ona öz tövsüyələrini verməklə yanaşı, həm də rayon sakinlərinin problemləri istiqamətində işlər körməyini tapşırmışdır. Lakin “kupça kralı” ləqəbini qazanan R. Cəlilov, prezidentin tapşırıqlarını arxa plana ataraq, öz şəxsi mənafeyini güdməklə kifayət qədər narazılıqlar yaradıb. Əlbətdə ki, bu cür narazılıqlar heç də bir mənalı qarşılanmır. Rayon sakinləri ölkə başçısından və digər dövlət qurumlardan kömək istəyir…

Məsələ diqqətimizdədir və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.OEG
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov Sabirabadda vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprel ayının 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək.
Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, bəzi yerlərdə arabir 35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tender adı ilə aldığı 240 mini kazinoda uduzan şəxslə bağlı QƏRAR


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mövsüm Mövsümovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayətinə təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Mövsümov Mövsüm Vaqif oğlu barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

İttihama görə, Mövsüm Mövsümov Nabil Quliyevə Şəki şəhərində tikiləcək, smeta dəyəri 6 200 000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı keçiriləcək tender müsabiqəsində zərərçəkmişin yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxsiyyəti istintaqa bəlli olmayan tanışının vasitəsi ilə qalib etdirəcəyi barədə yalandan vəd verib. Mövsüm zərərçəkmişi aldadaraq 1 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində “Təməl” yaşayış kompleksinin zirzəmisində onun ümumilikdə 240 000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə iclasında Mövsüm Mövsümov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini deyib.

O, qeyd edib ki, mobil telefon vasitəsilə kazino oyunu oynadığından Nabildən götürdüyü puldan təxminən 10 000 min manatını həmin gün uduzub: “Sonrakı günlərdə yenə də kazino oynamağa davam etdim. Pulların hamısını yenə uduzdum. Təxminən 43-44 min ABŞ dolları pul qaldı. Bundan sonra Ukraynaya getdim. Ukraynaya getdikdən sonra qərara gəldim ki, əlimdə qalan pulla iş qurub qazanıb Nabilin pulunu qaytarım. Əvvəllər ABŞ-ın Nyu-York ştatında uzun illər yaşadığımdan orada yaşayan tanışım İlqara 28 000 ABŞ dolları pul göndərdim ki, oradan xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin və “Sekond Hand” mağazalarına paylamaqla satım. İlqar ABŞ-da xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başladı. 28 may 2021-ci il tarixdə Ukraynanın Rovno vilayət polis idarəsinə imiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanıldım və məlum oldu ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən barəmdə axtarış elan edilib. Təxminən 6 ay Ukraynanın Rovno vilayətində İstintaq Təcrİdxanasında saxlanıldıqdan sonra Bakı şəhərinə köçürüldüm”.Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BİBAIRÇILIQ: İcra başçısı bu evin sökülməsinə görə də, pul istəyir - Vallah, gözləri doymur...


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 11 avqust 2022-ci il tarixdə imzaladığı Sərəncam əsasında Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu və bu şəxs daşıdığı vəzifəsini yerinə yetirməyə başladıqdan təqribən üç-dörd gün sonra, rayonun Çobankənd, Novoivanovka, Şahdağ və Novosaratovka kəndlərindən olan şəhid ailələri, ağsaqqallar və s. ilə görüşlər keçirir, DQ müharibəsində qəhrəmancasına həlak olan şəxslərin məzarlarını ziyarət edir.
BİBAIRÇILIQ: İcra başçısı bu evin sökülməsinə görə də, pul istəyir - Vallah, gözləri doymur...

Hətta o, Çobankənd və Novosaratovka kəndlərində şəhidlərin xatirə bulaqlarında aparılan tikinti işləri ilə də tanış olur. Bir sözlə, bu şəxs ilk gündən başlayaraq özünü geniş ictimaiyyətə işgüzar vəzifə sahibi deyə təqdim etməyə çalışdı. Amma, həftələr, aylar, bir sözlə müəyyən vaxt keçdikdən sonra Orxan Mürsəlovun hansı idarəçilik qabiliyyətinə, hansı yanaşma tərzinə malik olması əksəriyyətə bəlli oldu. Baxmayaraq ki, o, 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunduqdan bir müddət sonra, rayonun “prestijnı” sahələrində müəyyən kadr dəyişiklikləri həyata keçirildi. Çox keçmədi ki, bu yöndə həyata keçirilən dəyişikliklər dalğası Kommunal Müsəssisələri Kombinatına da çatdı.

Unutmaq olmaz ki, ötən bir neçə il ərzində bu dövlət qurumuna rəhbərlik edən Əkbər Kazımov çalışdığı işində məsuliyyətli şəxs olaraq tanınsa da, Orxan Mürsəlovun vəzifə sahiblərinin başı üzərində dolaşan “qara kabusu” bu şəxsdən də yan keçmədi. Belə bir səbəbdən də, Kommunal Müsəssisələri Kombinatına rəhbərlik edən Əkbər Kazımov daşıdığı vəzifəsinə “əlvida” deməli oldu. Yəni, bu vəzifə sahibi də RİH başçısının gücverən qəzəbinə “tuş gəldi”. Elə ki, bu məsələ ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaq qərarına gəldik və qarşı tərəfin mövqeyini öyrənmək istədik. O halda Əkbər Kazımov “Bəli, “kamxoz”un müdiri vəzifəsində qalmağım üçün məndən 30 min manat rüşvət istədilər. Qeyd olunan məbləği düzüb-qoşa bilmədiyimdən məni işdən çıxartdılar ” cavabını verdi. ( Əkbər Kazımovun dedikləri barədə redaksiyamızda səs yazısı da var) Rayon ərazisində yayılan bəzi söz-söhbətlərə görə, hal-hazırda rəhbərlik səviyyəsində həmin vəzifəyə iki nəfər namizəd var.

Gədəbəydə söz sahibi olan vəzifə sahibləri kimlərdir?

Diqqəti cəlbedən hallardan biri də odur ki, Orxan Mürsəlov RİH-nin başçısı vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlarda özü üçün 190 min manata son model, qara rəngli, dövlət nömrə nişanı 99- AA- 982 “Land Cruiser” markalı maşın alır. Elə ki, maşın söhbəti ilə bağlı Deryaz.az saytında tənqidi məqalə yayımlanır, o halda o, həmin maşını Şəmkir rayonu ərazisində gizlətdirir. Dolaşan başqa bir söz-söhbətlərdə o da bildirilir ki, Gədəbəy RİH Aparatında vəzifə sahibi olan bir neçə nəfər şəxs, yəni Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qılıcov Nizaməddin İmran oğlu əsas söz sahibi olan şəxslər hesab olunurlar. Yəni, hal-hazırda kimi vəzifədən çıxartmaq, kimi vəzifədə saxlamaq, kimi hansı vəzifəyə təyin etmək, hətta hansı şəxsə qarşı yanaşmanı necə tənzimləmək və s. kimi addımları atmaq, məhz bu iki nəfər şəxsin məsləhəti ilə həyata keçirildiyi söylənilir. Bir sözlə, iddia olunur ki, bu şəxslər rayona aid kəşfiyyat məlumatlarını, lazımi informasiyaları, əhəmiyyətli, yaxud da əhəmiyyətsiz xəbərləri Orxan Mürsəlova çatdırırlar və daim özlərini RİH başçısının yanında “şirin” edirlər.

İcra başçısı sahibkara “dirsək göstərir”

Bir müddət bundan öncə Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov rayonun Saratovka kəndinin girişində, hansı ki, DQ müharibəsi veteranı və uzun illər ərzində sahiblkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevin mərkəzi yoldan bir qədər aralı məsafədə üstüstə yığdığı beton piltələr olan yerə gedir və ondan piltələrin yol kənarından götürülməsini tələb edir. Az sonra RİH-nin başçısı, hansı ki, onunla görüşdə iştirak edən şəxslərin yanında Nazim Əliyevə “Beton piltələrini yol kənarından yığışdır, bu torpaq mənimdir” deməyi də unutmur. O halda Nazim Əliyev “cənab Başçı, beton piltələr mənimdir və mən sahibkaram. Bu torpaq sizin necə ola bilər? Axı, vaxtilə bu torpaq uğrunda vuruşan, odun-alovun içindən keçən, DQ müharibəsi veteranı adını daşıyan mənəm” desə də, son anda o, nəyəsə nail ola bilmir. Bəli, həmin vaxt Nazim Əliyev dərk edir ki, RİH-nin başçısı Orxan Mürsəlov beton piltələrin yol kənarından götürülməsində israrlıdır. Belə bir səbəbdən də o, beton piltələri yol kənarından götürməyə məcbur olur. Baş verən bu cür olayların fonunda Gədəbəy RİH-nin başçısı, hansı ki, müharibə veteranı adını daşıyan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə “Bəlkə də, sən öz-özlüyündə fikirləşirsən ki, Başçı təzədir və “qazlı gəlib”. Yox, heç də elə fikirləşmə” deyir. Belə bir yanaşmadan sonra Nazim Əliyev RİH-nin başçısına “Siz mənimlə prinsipallıq aparırsınız. Əgər beton piltələr ərazinin gözəlliyinə xələl gətirirsə, o halda sual oluna bilər ki, nəyə görə Heydər Əliyev adına Parkın qarşısındakı “butka”nın götürülməsi ilə bağlı lazımi tapşırığınızı vermirsiniz? Axı, həmin “butka” siz icra başçısı təyin olunduqdan sonra qoyulub” deyir. Hələ bunlar harasıdır? Rayon rəhbərliyinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı bəslədiyi “xor münasibət”, bu gün də özünü göstərməkdədir. Məsələn, hal-hazırda Gədəbəyin müxtəlif ərazilərində neçə-neçə balıq gölləri var və həmin göllərlə bağlı bir kimsədən heç bir hüquqi sənəd tələb olunmur. Amma, Saratovka kəndinin girişində, hansı ki, bir kimsəyə heç bir maneçiliyi olmayan ərazidə Nazim Əliyevin yaratmaq istədiyi balıq gölünə, bu gün də rayonun rəhbərliyi sərəncam vermir. Bu da onu göstərir ki, Orxan Mürsəlov rayon ərazisində sahibkarlığın inkişaf etdirilməsinin qarşısını alır və o, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları saya salmır. Gədəbəy RİH başçısının bu cür yanaşmasına baxmayaraq, son illər möhtərəm Prezident İlham Əliyev cənabları sahibkarlarla keçirdiyi görüşlər zamanı, sahibkarlığın inkişaf etdirilməsini ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır və hər zaman bəyan edir ki, sahibkarlığın inkişafı üçün lazımi səviyyədə dəstək göstərilməlidir. O halda sual oluna bilər ki, görəsən hansı əsasla ölkə rəhbərinin bu cür yanaşmasına qarşı Gədəbəy RİH başçısı səviyyəsində zidd mövqe ortaya qoyulur? Bəlkə, Orxan Mürsəlov özünü ölkə rəhbərinin daşıdığı vəzifədən üstün vəzifə sahibi hesab etdiyindən o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevi “gözümçıxdıya” salmaqdan ləzzət alır? Ola bilər?

Rayon rəhbərliyi icra nümayəndəsinə və bələdiyyə sədrinə “əxlaq dərsi” keçib

Diqqəti bir məqama da yönəldək ki, bir müddət bundan öncə Gədəbəy RİH-nin başçısı sakinlərlə keçirilən görüşdə Saratovka kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə “Siz mənim səviyyəmə qalxa bilməzsiniz, mən də sizin səviyyənizə düşə bilmərəm” deyib hər iki vəzifə sahibinə qarşı, məhz belə bir yanaşmasını sərgiləyir. Amma, onu da unutmaq olmaz ki, Orxan Mürsəlov 1986-cı il təvəllüdlüdür və söylənilənlərə görə o, indiyə kimi bir neçə dəfə ailə həyatı qursa da, bu gün subaydır. Baxmayaraq ki, hal-hazırda bu şəxs yüz min nəfərdən çox insanın yaşadığı bir rayona rəhbərlik edir və keçirilən görüş zamanı o, Saratovka kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə həm əxlaqdan, həm də mənəviyyatdan “dərs keçir”. Bax budur faciə, budur hər kəsi düşündürən məqam!

Orxan Mürsəlovun tapşırığı kənd icra nümayəndəsini çıxılmaz duruma salıb

Onu da qeyd edək ki, DQ müharibəsi veteranı, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev, rayonun Saratovka kəndində, hansı ki, Məmmədhüseyn Quludan aldığı fərdi yaşayış evinə, bu gün də mavi qaz boru xətti çəkdirə bilmir. Baxmayaraq ki, bu şəxs ötən 30 il ərzində həmin evdə yaşamış və yaxın bir-iki ildə o, həmin evi Nazim Əliyevə satmışdır. Elə ki, Nazim Əliyev həmin evə mavi qaz boru xətti çəkdirmək istəyir, o halda ondan kənd icra nümayəndəliyindən və bələdiyyədən alınmalı olan arayışı tələb edirlər. Qeyd olunan arayışın verilməməsi üçün isə, RİH-nin başçısı Saratovka kənd icra nümayəndəsinə və bələdiyyəyə lazımi tapşırığını verib. Belə bir səbəbdəndir ki, Nazim Əliyev evinə qaz çəkdirə bilmir

Gədəbəydə ağacəkmə kompaniyası 500 manata “qurban verildi”

Bir neçə gün bundan öncə iş adamı Nazim Əliyevin şəxsi vəsaiti hesabına Saratovka kəndinə gedən yolun kənarında həyata keçirilən ağacəkmə kompaniyasına, səndemə kənd icra nümayəndəsi Elvin Məmmədovda “xüsusi allergiya” baş qaldırır. Yəni, bu şəxs iş adamının həyata keçirdiyi xeyirxahlıq missiyasına qısqanclıq hissi ilə yanaşdığından, ehtimal etmək olar ki, icra nümayəndəsi Gədəbəyin bugünkü “şahənşahı”ndan rəsmən icazə aldıqdan sonra əməli addımını atır. Belə ki, Elvin Məmmədov əkilmiş ağacların hamısını kökündən çıxartdırır və onları birnöv sahibkara gözdağı edir. Səndemə vəzifə baxımından “kiçik şahənşah” adına sahib olan bu şəxsin belə bir addımını atmasına səbəb, istədiyi 500 manat pulun ona çatmaması olur. Yəni, Elvin Məmmədov ağacəkmə kompaniyasına başlayan Nazim Əliyevdən ilk əvvəl 500 manat rüşvət istəyir. O halda iş adamı icra nümayəndəsinə “Axı, balıq gölü yaradılarkən xeyir-dua verib sən məndən 500 manat bir, daha sonra 500-də bir pul aldın. İndi nə istəyirsən?” deyir. Belə bir cavabdan sonra Elvin Məmmədov iş adamına “İndi idarəçilikdə vəziyyət dəyişib. Sən rayonun bəzi vəzifə sahiblərini də razı salmalısan.

Əgər aranızda razılıq əldə olunmazsa, o halda ağaclar kökündən çıxarılacaq”. Bəli, əslində bu belə də olur və əkilmiş bütün ağaclar, bu ilin 23 martında günün ikinci hissəsində kökündən çıxarılır. Unutmaq olmaz ki, bu gün də ölkə rəhbəri yaşıllıqların əkilməsi və qorunması yöndə lazımi tapşırıqlarını verir, Saratovka kənd icra nümayəndəsi və rayonun rəhbərliyində olan digər vəzifə sahibləri isə, verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, məhz düşünüb-daşındıqları addımlarını atmaqda davam edirlər. Diqqəti o məqama da yönəldək ki, indiyə kimi möhtərəm Prezident İlham Əliyevlə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçiriblər. Atılan addımların nəticəsi olaraq onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınıb. Belə olan halda sual oluna bilər ki, görəsən Orxan Mürsəlovun rəhbərlik etdiyi Gədəbəy rayonunda ağacəkmə kompaniyasına “qənim kəsilmə”nin kökündə hansı amillər durur? Odur ki, həm düşünməyə, həm də bir qədər götür-qoy etməyə ehtiyac var.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamız davam edəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ZƏRDABDA İNTİHAR: “Mən ona `get özünü yandır` deməmişəm" - İdarə rəisindən AÇIQLAMA

"Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da".

Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov rayonun Çallı kənd sakini Əkbər Əhmədovun su probleminə görə özünü yandırmasına münasibət bildirib.

Əhliman Kərimov Abzas Media-ya deyib ki, Əhmədovun suya borcu olduğuna görə ona su verilməyib:

“Vətəndaş şikayət edib ki, su verin. Mən də işçidən soruşmuşam ki, su niyə verilməyib? Dedilər, suya borcu var, növbəlilik əsasında verilir. O da deyib ki, borcu ödəməyəcəm. Onun nəsə əsəblərində problem var, mən belə hesab edirəm. Ona deyilib ki, borcun ödəsin, sonra su veriləcək. Mən ona "get özünü yandır" deməmişəm, belə söhbət olmayıb. Bunu heç bir ağıllı adam deməz, nəyinki mən".

Ə. Kərimov əlavə edib ki, kənd sakini özünü yandıran zaman o, ərazidə olmayıb:

"Mən idarədə olmamışam. O özünü idarənin həyətində, kənarda yandırıb, kabinetdə yox. Prokurorluq bu hadisəni araşdırır, qalan məlumatları da onlardan öyrənə bilərsiniz”.

İdarə rəisi bildirib ki, ölkədə su qıtlığı var, su ancaq növbə ilə verilir.

Əkbər Əhmədovun qardaşı Süleyman Əhmədov isə idarə rəisinin dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

“Orada o qədər millət olub. Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da". Bilmirəm suya borcu olub, ya yox. Amma suya borcu olanda su verilmir? Qardaşımın dolanışığı təkcə taxıl sahəsinin hesabına idi".

S.Əhmədov deyib ki, qardaşının vəziyyəti ağırdır, həkimlər sağalacağına zəmanət vermirlər. Onun sözlərinə görə, qardaşı 4-cü dərəcəli yanıq xəsarətləri alıb, bədənin 80%-i yanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Abzas Media-ya bildirilib ki, hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq cinayət işinin açılıb-açılmamasına qərar veriləcək.

Martın 27-də Zərdabın Çallı kənd sakini Əkbər Əhmədov 2 hektarlıq taxıl sahəsinə suyun verilmədiyinə görə Zərdan rayon Suvarma Sistemləri İdarəsinə gedib. Burada yaranan mübahisədən sonra özünü yandırıb. //Abzas Media//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəhman Qədirzadənin YÜKSƏLİŞ ARZUSU... - İLGİNC İDDİALAR...


Bir müddət əvvəl Şəki rayonun Baş Göynük kəndinə gedən körpünün dağılma təhlükəsi ilə üzbəüz qalması barədə araşdırma yazısı vermişdik. Burada əsas diqqət 2019-cu ildən tam qəzalı vəziyyətə düşən Şəki rayonun Baş Göynük kəndinə gedən körpünün dağılma təhlükəsinin aradan qaldırılması vurğulanmışdır. Çox təəssüflər olsun ki, 143 nəfər kənd sakinlərinin imzaladığı və yuxarı orqanlara problemin təcili həll edilməsi ilə bağlı müraciəti bu günədək aidiyyatı orqanlar tərəfindən qulaqardına vurulur. Məsələ tərəfimizdən kəskin olaraq yenidən qaldırıldıqdan sonar isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Yol İstismar İdarəsi körpünün çuxurlar və çatlar əmələ gələn hissəsinin 2.5 kub m həcmdə asphalt material göndərməklə səpilməsini təşkil etmişdir. Kənardan baxdıqda körpü yolunun yamaqlı olsa da, kosmetik təmir edilməsi təsəvvürü yaranır. Amma reallıqda bu “maskirovka” əslində ləng partlayacaq minaya bənzətmək olar.

Qeyd edək ki, Şəki ilə müqayisədə ölkənin bütün regionlarında respublikanın yol infrastrukturu tamaimlə yeni, nisbətən göz oxşayan görkəm almasını vurğulamaq olar. Əsasən də turizm zonası hesab edilən Şamaxı, Qax, Zaqatala, Quba, Qusar, Xaçmazda da belədir, Lənkəran, Astara, Masallıda da, Balakəndə də. Respublikanın həmin və digər rayonlarındakı kəndlərarası və kənddaxili yollar adamın ruhunu oxşayır, qəlbə rahatlıq, zövq verir, xoş əhval duyursan. Ancaq Şəki şəhərdaxili yolları barədə (şəhərin özünə aparan magistral yoldan başqa) bunu demək mümkün deyil. Şəkinin özündə də, kəndlərarası və kəndlərdaxili yollar da çox az istisnalarla qətiyyən xoşagələn deyildir, narahatlıq, ikrah doğurur. Bəli, “Yol mədəniyyətdir” kəlamı yalnız Şəkidə keçərli deyil. Baxmayaraq ki, şəhərin yolları su və kanalizasiya xəttlərinin çəkilməsindən sonra əsaslı təmirlərə məruz qalmışdır.

Son vaxtlar bir-neçə foto-fraqmentdə Şəkinin özünün şəhərarası bəzi yollarının da yamaq-salxaq, çala-çuxur olduğunu gördükdə bir daha inanmalı olursan ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi üçün qədim tarixə malik, Azərbaycanın tarixi mədədniyyətini az çox özündə bu günümüzədək saxlayan, turizmin əsas marşrut xəttinin üstündə yerləşən Şəki şəhəri yol infrastrukturu məsələləri onun “siyahısında” ya heç yoxdur, ya da ki ən son plandadır.

“Şin çayı” üzərindəki körpünün bir hissəsi. Fevral 2023-cü il çəkilmiş bu şəkil özlüyündə çox qaranlıq məsələlərin üstünə işıq sala bilər. Belə ki, körpü istismara 2005-ci ildə verilib. Amma şəkillərdən və videolardan da göründüyü kimi artıq dağılmaq üzrədir və hər an uça bilər. Məlum olduğu kimi Şin daşqınların tez-tez baş verdiyi bir çaydır. Xüsusən də yaz aylarında dağlardan gələn sel suları Şin çayının daşmasına, sakinlərin təsərrüfatına ziyan vurur. Belə olan halda sözügedən körpünün tikintisi zamanı nə üçün bu kimi təhlükələr nəzərə alınmayıb? Şəki rayonunun 6 böyük kəndinə yol aparan, 20 mindən çox sakinin istifadə etdiyi bu körpü niyə birtərəfli inşa olunub? Əldə etdiyimiz məlumatlara görə körpünün tikintintisinə heç də az pul ayrılmayıb. “Körpü-Bina-Tikinti” MMC-nin tikdiyi bu körpüyə ayrılan pulların böyük hissəsinin vaxtı ilə “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutmuş, hazırda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov və uzun müddət Baş nazirin müavini olmuş Abid Şərifov arasında bölüşdürülmüşdür.

Bəs görəsən digər rayonlardan fərqli olaraq tarixi Şəkinin yollarının, körpülərinin get-gedə yaxşılaşması əvəzinə, sürətlə yararsız vəziyyətə düşməsinin səbəbinin 12 saylı “Şəki Yol İstismar İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə bir ildir ki, rəhbər təyin edilən tarix müəllimi cənab Rəhman Qədirzadə bu yöndə nə kimi işlər görməyi planlaşdırır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Rəhman Qədirzadə 2009-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin Şəki, Oğuz və Qəbələ rayonlarında xidmət göstərdiyi 20 saylı zona şöbəsi müdiri olub. Onu yaxından tanıyanların sözlərinə görə burada əlilərə dövlət tərəfindən olunan yardımların çoxunu şəxsi məqsədləri üçün istifadə edib. Daha sonra Rəhman Qədirzadə 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri olub. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilmiş Rəhman Hümmətovun vasitəçiliyi ilə Şəki şəhəri Nəqliyyat Departamentinə rəis təyin edilib. Bu təyinat qısa zaman içində Şəkidə narazılıqlara səbəb olub. Buna görə də Rəhman Hümmətov onu təcili Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsinə gətirib. Məlumatlara görə onlar həm qohum, həm də sinif yoldaşı olublar. Şəki sakinlərinin verdiyi məlumata görə artıq Rəhman Qədirzadənin AAYDA sədrinin müavini vəzifəsinə çəkilməsi gözlənilir. Yol infrastrukturundan xəbəri olmayan, ixtisasca tarix müəllimi olan bir şəxsin bu kimi vəzifələrin başına yüksəlməsi heç də təsadüf olmadığını göstərir. Yəni nazir müavini Rəhman Hümmətovun sağ əlinin daim sinif yoldaşı Rəhman Qədirzadənin çiynində olduğunu təsdiqləyir.

Dövrü mətbuatın yazdığına görə Rəhman Qədirzadə Oğuz şəhərinin ən perspektivli, qaynar yerində, mərkəzində – Heydər Əliyev prospektində ticarət mərkəzi inşa etdirmişdir. Keçmiş DSK sədrinin tikdirdiyi ticarət mərkəzi 2 mərtəbəlidir. Ticarət mərkəzinin ümumi sahəsi min kvadrat metrə yaxın, qiymətinin isə yarım milyon manat civarında olduğu deyilir.

Qeyd etdiyimiz kimi 2022-ci ildə Rəhman müəllim sinif yoldaşı və qohumu olan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun AAYDA –nin İdarə heyətinin sədri Saleh Məmmədova birbaşa göstərişi nəticəsində Rəhman Qədirzadə 12 saylı “Şəki Yol İstismar” MMC-yə rəis təyin edilmişdir. Təbii ki, S.Məmmədov da birbaşa nəqliyyat sahəsinə kurasiyalıq edən nazir müavinin göstərişini müzakirə belə etmədən həyata keçirmişdir. Sonradan əldə etdiyimiz məlumatlardan aydın olur ki, Şəkinin yol və körpü dərdi təkcə Rəhman müəllimlik deyil. Buraya Saleh Məmmədova yaxın bir şəxs təyin edilmiş olsaydı, onda Şəkinin kəndarası yollarının təmir tikintisinə pullar ayrılardı. O pulların da müəyyən hissəsi yolların yamanmasına sərf olunar, qalanı isə AAYDA rəhbərliyinə qaytarılardı. Yaxud da inanmaq olmaz ki, yeni yolların salınması məqsədilə də təsdiq edilmiş layihələrə pul ayrılmasında AAYDA rəhbərliyi süründürməçiliyə yol versin və yaxud bürokratiyaya cürət etsin. Axı Rəhman müəllimin arxasında duran məmur onun sinif yoldaşı və qohumu olan Dursunun nazir müavini olan oğludur. Bəs o zaman nə baş verir ki, Rəhman Qədirzadə səlahiyyətindən qanuni formada istifadə edərək idarəsinin balansında olan yolların və körpülərin saxlanması və əsaslı təmirində maraqlı olmasın? Hələlik bu sirrin səbəbi bizlərə aydın olmasa da, orası bəllidir ki, hörmətli Rəhman müəllim sıradan elə də aciz bir dövlət məmuru, ya da qanundan qorxan bir vətəndaş deyildir. Amma hər nə olursa, olan qədim tarixə malik Şəkiyə və onun sakinlərinə olur.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO