[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR - ETİRAZ VAR!


Göyçay rayon 106 Peşə Liseyinin yataqxanasında məskunlaşan bir qrup şəxs video müraciət edərək məhz ölkə başçısı cənab İlham Əliyevdən kömək istəyirlər.

Onların DİA.AZ-a bildirdiyinə görə, dəfələrlə rayonda fəaliyyət göstərən aidiyyəti qurumlara öz etirazlarını bildirsələr də, problemləri həll olunmur ki, olunmur. "Azərsu" ASC Göyçay Su Kanal İdarəsi (Kazım adlı cavabdeh) vətəndaşlara büdcədə vəsait olmadığını, ona görə də köməklik göstərə bilməyəcəklərini deyirlər. Üstəlik bina Elm və Təhsil Nazirliyinin balansında olduğu üçün, nazirliyə müraciət etmək lazım olduğunu tövsiyə edirlər. Həmçinin, Göyçay "Şəhər Təsərrüfatı Birliyi"nin Mənzil Sahəsi də qəzalı durumda olan yataqxana qətiyyən təmir işləri aparmaq istəmir. Halbuki binanın kanalizasiya sistemi yararsız vəziyyətdədir. Bir sözlə, məsuliyyətdən yayınmaq məqsədilə hər bir idarə cavabdehliyi digər qurumun üzərinə atmaqdadır.

Eyni zamanda sakinlər deyir ki, onlar Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin də qəbulunda olublar. İcra başçısı problemin həlli istiqamətində öz tapşırığını versə də, Göyçay Su Kanal İdarəsi yataqxana sakinlərinə nə su verir, nə də ki, binanın divarlarını rütubətli və nəmişlik içərisində saxlayan dərilmiş kanalizasiya borularının təmir olunmasına köməklik göstərirlər...

Daha ətraflı videoda:

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalist icra başçısı ilə ÇƏKİŞMƏDƏ - Baş prokurorluğa TƏŞƏKKÜR ETDİ


Dünən qeyd etdiyim kimi, Beyləqan rayon icra hakimiyyəti başçısı və ayrı-ayrı vəzifəli şəxslər barədə müraciətim əsasında açılmış cinayət işi ilə bağlı Prezident İlham Əliyevə etdiyim son müraciətimlə əlaqədar olaraq bu gün Baş Prokurorluq yanında KQMBİ dəvət edilmişdim. Dəvətlə bağlı bu günləri həmin ünvanda oldum. "Antikorrupsiya" idarəsində məni İdarənin istintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Cahangirov yüksək ehtiramla qəbul etdi və istintaq işinin yekun nəticələri ilə bağlı məni ətraflı şəkildə məlumatlandırdı. Yeri gəlmişkən qeyd etməliyəm ki, cinayət işi üzrə istintaq mərhələsindən məlumatsız idim və prosesin gedişi barədə konkret bilgiyə sahib deyildim.
Bu gün isə Baş prokuror Kamran Əliyevin şəxsən göstərişi ilə mən KQMBİ dəvət olunaraq istintaq prosesinin nəticələri barədə bilgiləndirilidim. Öncəliklə hörmətli Baş prokuror Kamran Əliyevə və məni qəbul edib işin hallarıni mənə ətraflı şəkildə izah edən KQMBİ-nin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Cahangirova dərin təşəkkürümü bildirirəm. Əslində əvvəlcədən bir jurnalist olaraq Baş prokuror Kamran Əliyevə etdiyim müraciətimə həssaslıqla yanaşılacağına, ərizəmdə qeyd etdiyim korrupsiya cinayətlərini ehtiva edən bütün elementlərin ciddi şəkildə araşdırılacağına cinayət işinin materiallarında adı keçən vəzifəli şəxslər barədə hüquq müstəvisində tədbirlər görüləcəyinə əmin idim. Belə də oldu. Əminliyini özünü doğrultdu. Hər kəs etdiyi əmələ görə öz layiqli cəzasını aldı.Bir daha ölkənin Baş prokurorluğuna və əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm.
İşin təfərrüatları barədə isə bir qədər sonra geniş yazacam. Bircə onu deyə bilərəm ki, Baş prokurorluq yanında KQMBİ tərəfindən açılmış cinayət işi üzrə 1 milyon manata yaxın pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Ramin Məhəmmədoğlu
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-nin tutduğu gömrük generalları AZADLIĞA BURAXILDI


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalları Ehtiram Xəlilov və Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov azadlığa buraxılıb.

Məhkəmə onların barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb.

Qərara əsasən, generallar ev dustaqlığına buraxılıb.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur? - ARAŞDIRMA


İsveçrənin ən məşhur və etibarlı banklarından sayılan "Credit Suisse"də Ermənistanın yüzlərlə vətəndaşının hesabları aşkarlanıb. Həmin hesabların arasında məxfi olanlara yatırılan pulların izi Ermənistanın sabiq, habelə, indiki rəhbərliyinə gedib çıxır. Maraqlıdır ki, məhz bu hesablara astronomik məbləğdə pullar yatırılandan sonra Ermənistanın hakimiyyət dairələrində aşkar anti-Rusiya ritorikası güclənib.

Sürix, "Paradelplatz" meydanı. Böyüklüyünə və nüfuzuna görə UBS-dən sonra İsveçrənin ikinci bank konqlameratı sayılan "Credit Suisse Group" bankının mənzil-qərargahının yerləşdiyi bina.

2011-ci ildən etibarən qlobal bank sistemində ən əhəmiyyətli banklardan birinə çevrilən "Credit Suisse"də yüz minlərlə insanın, şirkətin və təşkilatın hesabları, az qala trilyonlarla dollar vəsait var.

O pullarla hesabların arasında Ermənistanın 500 vətəndaşına təqribən 400 bank hesabı məxsusdur.

Hesabların total əksəriyyəti iş adamları və şirkətlərin vəsaitinin toplandığı akkauntlar olsa da, bəzi hesablar məxfidir.

Ermənistanın sabiq dövlət başçısı Armen Sarqsyan və onun bacısı Karine Sarqsyanın hesabları kimi.

A.Sarqsyan hələ Ermənistanın Britaniyadakı səfiri postunda çalışanda onun sözügedən bankdakı hesabında ən azı 10 milyon İsveçrə frankı vardı.

Anonim mənbə Ermənistan vətəndaşlarının, xüsusilə də bu ölkənin rəhbərliyinin gizli hesabları barədə məlumatlar verməyə razılaşıb.

Armen Sarqsyanın 2016-cı ilədək fəaliyyətdə olmuş hesabından o, sürəkli istifadə edib. Lakin sonradan o, bəhs etdiyimiz hesabı qapadaraq ofşor zonasında qeydə alınmış şirkətlərin adına rəsmiləşdirilmiş daha 3 hesab açıb.

İsveçrə banklarından birində hesab açmaq və həmin hesaba pul yatırmaq, təbii ki, cinayət deyil. Amma bu maliyyə vəsaitini vergilərdən yayındırmaq, gizlətmək, çoxsaylı ofşor şirkətlərin hesablarına paylayaraq iz itirməyə çalışmaq cinayətdir.

Armen Sarqsyan 2018-ci ilin aprelin 18-də Ermənistan prezidenti postuna seçiləndən sonra həmin hesablar barədə heç bir məlumat verməyib, heç nə olmayıbmış kimi davranıb.

O, 2022-ci ilin yanvarın 23-də qəflətən vəzifəsindən istefa verəndən sonra da "Credit Suisse"dəki hesabları barədə açıqlama verməyib, maliyyə vəsaitini bəyan etməyib.

Üstəlik, o, Sent-Kit və Nevis adalarının vətəndaşlıq pasportu da daşıdığından, gizli hesabların bir qisminin o pasportla rəsmiləşdirildiyi də istisna deyil.

Belə ki, Ermənistanda 2011-ci ilin mayın 26-da qəbul olunmuş "İctimai qulluq haqqında" qanuna və Ermənistan hökumətinin 2011-ci ilin dekabrın 15-i tarixli 1819 saylı qərarına görə, A.Sarqsyan əmlakı və maliyyə vəsaiti barədə vergi bəyannaməsi təqdim edəndə "cəmi" 8 milyon ABŞ dollarına malik olduğunu yazmışdı.

Sonralar, A.Sarqsyan Ermənistanın dövlət başçısı olanda həmin məbləğ kağız üzərində fasiləsiz azalıb. Halbuki, reallıqda məbləğ onlarla yox, yüzlərlə dəfə artıb. Artımın mənşəyi, yüz milyonlarla dolların sonradan milyardlarla dollara, daha dəqiq olsaq, 8,4 milyard dollara çevrilməsi barədə isə A.Sarqsyan susub.

Süküt indi də davam edir.

Qanunsuz gəlirləri, sirli milyardları və bank hesabları barədə sualları cavablamaqdan boyun qaçıran A.Sarqsyan sadəcə bildirib ki, Ermənistanın Britaniyadakı səfiri vəzifəsini tamamilə ödənişsiz əsaslarla ("pro-bono") icra edib, üstəlik "öz şəxsi vəsaitini sərf edib": "Vəzifəli şəxslərin belə hallarda gəlir və vergi bəyannamələri təqdim etməli olmaları barədə dəqiq qaydalar yoxdur. Ermənistanın digər "pro-bono" işləmiş vəzifəli şəxsləri də bəyannamələr verməmişdilər".

"Credit Suisse" bankında A.Sarqsyanın 3 hesabının olması artıq dəqiq faktdır.

Bu bankda 1997-ci ildə Ermənistan vətəndaşı Nina Minasyanın adına da hesab açılıb və ilkin vəsait qismində ora 10 milyon İsveçrə frankı yatırılıb.

Adi prosedur sayıla bilər, lakin həmin dönəmdə N.Minyasanın, sənədlərə görə, 14 yaşı vardı.

14 yaşlı erməni qızın 10 milyon İsveçrə frankını necə və hansı yollarla əldə etməsi suallar doğurur. Lakin məbləğin mənşəyi barədə heç bir açıqlama verilməyib.

Hazırda N.Minasyanın hesabında 106 milyon İsveçrə frankı var.

Nina Minasyan real insandır. O, Ermənistandakı "VivaCell-MTC" mobil rabitə şirkətində 2014-cü ilədək çalışıb, sonra İrəvanı tərk edərək İsveçrəyə yollanıb.

Nina Minasyan indi də İsveçrədə yaşayır.

Maraqlı olan onun atasının adıdır: "Robert".

Nina Minasyanın adına hesab 1997-ci ilin mart ayında açılıb.

Robert Köçəryan 1997-ci ilin martında Ermənistanın baş naziri "təyin" edilib.

Nina Minasyanın böyük oğlunun adının Sedrak olduğu vurğulanır.

Robert Köçəryanın atasının adı Sedrakdır.

Ən nəhayət, Robert Köçəryanın hələ 1981-ci ildə Əsgəran sakini Tosxik Gevorkovna Zakaryanla (rəsmən ərə gedəndən sonra Tsoxik Minasyan olub) qeyri-rəsmi nikahda yaşadığı deyilirdi.

106 milyon İsveçrə frankı çox "qəribə" şəkildə, "təsadüfən" oğluna Robert Köçəryanın atasının adını verən, sənədlərdə isə özünün atasının adı "Robert" göstərilən Nina Minasyanın yalnız bir hesabda olan vəsaitidir.

Belə hesabların minimum 8 olduğu, həmin hesablarda təxminən 12 milyard İsveçrə frankının akkumulyasiya edildiyi iddia olunur.

Ninanın anası Tsoxikə gəldikdə isə o, 22 il Ermənistan Dövlət Əmlak Komitəsində çalışıb, 2021-ci ilədək daxil audit şöbəsinə rəhbərlik edib. İki il əvvəl işdən çıxan T.Zakaryan Ermənistanı tərk edib.

Nina və anası indi İsveçrənin Bern şəhərində yaşayırlar.

"Təsadüf"ə baxın ki, Robert Köçəryanın Avropa İttifaqı ölkələrindəki şirkətlərindən 8-i məhz Bern şəhərində rəsmi qeydiyyatdan keçirilib və o şirkətlərdən də 4-nün idarə heyətinin sədri kağız üzərində "Z.Minassian" kimi göstərilmiş şəxsdir.

Jurnalist fəaliyyətinə İrəvandakı "Dpryutyun" qəzetində başlayan, sonralar "Lragir", "Lragir-or", "Molorak" qəzetlərində çalışan, "Oragir" qəzetini yaradıb baş redaktor olan Nikol Paşinyan indi transparentlikdən, korrupsiya ilə mübarizədən, ləyaqətdən və şərəfdən danışmağı çox sevir.

Lakin 2004-cü ilin noyabrında İrəvanın mərkəzində, N.Paşinyanın baş redaktor olduğu "Haykakan Jamanak" qəzetinin redaksiyasının yaxınlığında onun avtomobilinin partladılmasını ermənilər unutmayıblar.

Paşinyan bu partlayışda Ermənistanın ən zəngin iş adamlarından biri, "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyanı suçlamışdı.

Sarukyan da ittihamları rədd etmişdi.

"Ulaq Dado" ləqəbi ilə tanınan Q.Sarukyan, halbuki, gerçəkdən də Paşinyana nifrət edirdi, indi də belədir.

Buna rəğmən o, Ermənistanın kurort şəhəri sayılan Saxkadzorda (əsl adı Dərəçiçəkdir - müəl.) 4 hektar ərazidə ağacları kəsərək villa inşa etdirmişdi və bundan xəbər tutaraq oliqarxı "kompromat"la şantaj etmiş N.Paşinyana 50 min dollar verməyə razılaşmışdı.

Məbləğ N.Paşinyanın İsveçrədəki hesabına köçürülmüşdü.

Həmin hesabda sonrakı illərdə, daha doğrusu, 2013-cü ilədək təqribən 16,5 milyon İsveçrə frankı toplandı.

2013-cü ildə hesab qapadıldı, əvəzində müxtəlif şəxslərin şirkətlərin adlarına 12 bank hesabı açıldı.

Təqribi hesablamalara görə, sözügedən hesablarda hazırda 9 milyard dollara yaxın vəsait var və son transfer isə 123,2 milyon dollar olub. Transfer təqribən 71 şirkətin ödənişləri, köçürmələri və tədiyyələri qismində rəsmiləşdirilərək sonradan 13 şirkətin hesablarına yatırılıb.

Bəhs olunan şirkətlərin istisnasız olaraq hamısı ofşor bölgələrində rəsmi qeydiyyata alınmış strukturlardır.

Bundan başqa, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İsveçrə "Credit Suisse" bankındakı şəxsi hesabına 1 milyon dollar köçürməsi ilə bağlı sənədlər də var.

Pul köçürməsi elektron şəkildə həyata keçirilib.

A.Akopyan dəfələrlə İsveçrədə səfərdə olub və nəzərə alsaq ki, Nikol Paşinyanın müxtəlif adlarla rəsmiləşdirdiyi şirkətlərin də hesablarının çoxu məz bu ölkədəki banklardadır - qanunauyğunluqları sezmək çətin deyil.

Nikol Paşinyanın bank hesablarına ən son transferlərdən sonra Ermənistanın baş nazirinin ritorikasının dəyişməsi, onun açıqlamalarında aqressiya və sərtliyin artması da "təsadüf" sayıla bilər.

Ermənistan hakimiyyətinin rəhbərinin məhz yeni maliyyə köçürməsindən sonra xarici siyasət kursunda zahirən də olsa, dəyişkliklər etməyə başlamasının tam əlaqəli proseslər, bir-birini tamamlayan hadisələr olmasıı iddia etmirik.

Lakin Ermənistan hakimiyyətinin mahiyyəti dəyişməzdir: ölkəni idarə edənlər həmişə merkantil maraqlarını ermənilərin mənafelərindən üstün tutublar.

İrəvanda iqtidarlar dəyişsə də, təməl içgüdüyə çevrilmiş tamah ünsürü stabildir.

Elçin Alıoğlu
Trend
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın yolunda ekoaksiyanın 97-ci GÜNÜ


Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 97 gündür davam edir.

Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Şuşada hazırda az dumanlı hava şəraiti müşahidə olunur.

Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda məmurlar BELƏ YEYİR... - BU DA FAKT!!!


Tovuz Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyində əhalinin mənzil-kommunal xidmətlərinə tələbatının tam ödənilməsi, balansında olan mənzil-kommunal sahələri, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin olunması kimi vəzifələr unudulub. Xidməti ərazisinin sanitar təmizliyini tabeliyindəki sahələrin gücü ilə təmin etmək, xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının daşınmasını təşkil etmək, əsaslı tikinti və təmir sahəsində Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması vəziyyəti bərbaddır. Zibil yeşikləri lazımı yerlərə qoyulmur və yeşiklərə nəzarət edilmir. Konteynerləri kim hara istəyir, ora da sürüyüb qoyur.

Park və xiyabanlarda yaşıllığının qorunub saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi və digər funksiyaların həyata keçirilməsi də qeyri-qənaətbəxşdir. Hətta bir müddət əvvəl MKTİB-nin öz işçisi tərəfindən Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında söyüd ağacının “şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri” adı altında icazəsiz kəsildiyi, işçinin cərimə edildiyi, eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verildiyi də məlumdur. Söz gəzirdi ki, işçi ağacı özbaşına deyil, rəhbərliyin göstərişi ilə kəsibmiş ki, yeri obyektaltı istifadə üçün satılsın.

Tovuz Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyi rəis Zöhrab Əhmədovun şəxsi kommersiya şirkətinə çevrilib. Burada külli miqdarda vəsait mənimsənilir. Belə ki, MKTİB Tovuz rayonu üzrə əhali sektoru üzrə 3500, qeyri — əhali sektorunda isə 350 — 400 şəxsə xidmət göstərir. Mühasibatlıqda şəffaflıq təmin olunmur, “qara mühasibatlıq” tam gücü ilə işləyir. Sahədə xaos hökm sürür. Əhalidən zibil pulu 3 manatdan, qeyri — əhali qrupundan isə 10 — 20 manat arası yığılır. Yığılan vəsaitin dəqiq mühasibatlığı aparılmır.

Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Deryaz.az
Tovuzda məmurlar BELƏ YEYİR... - BU DA FAKT!!!
Tovuzda məmurlar BELƏ YEYİR... - BU DA FAKT!!!
Tovuzda məmurlar BELƏ YEYİR... - BU DA FAKT!!!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gündən Azərbaycanda 9 günlük Novruz tətili başlayır


Bu gündən Novruz bayramı ilə əlaqədar bayram tətili başlayır.

Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektor Fuad Hacıyev və ATEF rəhbəri Talıb Əlixanbəyovun adı SAXTA YOLLA MİS ALQI-SATQISINDA HALLANIR - İLGİNC İDDİALAR...

Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Cəbrayıl rayonu, Çələbilər kəndindən məcburi köçkün, hazırda Binəqədi rayonu, Şosse 7, döngə 9 ünvanında məskunlaşmış Minayə Ələkbər qızı Beydullayeva qəyyumluğunda olan nəvəsi Qabil Əli oğlu Əliyevin 2020-2021-ci il tarixlərində özünün xəbəri olmadan oxuduğu təhsil müəssisəsinin - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və onun biznes ortağı olan ATEF MMC-nin direktoru Talıb Əlixanbəyovun cinayət əməllərinə məruz qaldığını bildirib.

Belə ki, nəvəsinin 2018-2022-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsində təhsil aldığını deyən şikayətçinin sözlərinə görə, Qabil Əliyevin xəbəri olmadan qeyd olunan universitetin rəhbəri Fuad Hacıyev tərəfindən onun adına qeyri-qanuni şəkildə 8 alış aktı ilə 186 min manat dəyərində 21 ton 956 kq mis satılıb: "Nəvəm universitetdə təhsil aldığı müddətdə heç bir işlə məşğul olmayıb. Lakin özünün xəbəri olmadan oxuduğu təhsil müəssisəsinin rəhbəri Fuad Hacıyev və onun biznes ortağı olan ATEF MMC-nin rəhbəri Talıb Əlixanbəyovun həyata keçirdiyi saxta biznes maraqlarının qurbanına çevrilib. Onu da qeyd edim ki, Fuad Hacıyevlə Talıb Əlixanbəyov öz adamları vasitəsiylə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin adlarına onların xəbəri olmadan, müxtəlif vaxtlarda alış aktları ilə külli miqdarda mis alqı-satqısı həyata keçiriblər. Onların bu çirkin əməlləri necə həyata keçirmələri barədə sonradan bizə məlum olub ki, nəvəm Qabil Əliyevin oxuduğu qrupun "starısta"sı Məmməd Nəsib oğlu Nəsibov tərəfindən tələbələrin şəxsiyyət vəsiqələri yığılaraq dekanlığa verilib. Dekanlıqdan isə şəxsiyyət vəsiqələri ATEF MMC-nin maliyyə şöbəsinə göndərilib ki, saxta yolla mis alqı-satqısı həyata keçirilsin".

Məsələdən 11.06.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri Vüsal Qarayev tərəfindən nəvəsi Qabil Əliyevin adına vergi borcu ilə bağlı gələn məktubdan sonra xəbər tutduqlarını vurğulayan Minayə Beydullayeva qeyd edib ki, üzləşdikləri problemlə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və ATEF MMC-nin rəhbəri Talıb Əlixanbəyova, həmçinin müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsələr də indiyədək bu barədə heç bir tədbir görülməyib: "Bir məsələni də deyim ki, Fuad Hacıyev və Talıb Əlixanbəyovun rəhbərlik etdikləri qurumlarda böyük maliyyə saxtakarlıqları mövcuddur. Bizə məlum olan odur ki, onların əməliyyatları tələbələrin xəbəri olmadan həyata keçirməkdə məqsədləri 200 min manatlıq alqı-satqını keçməmək və 18 faiz ƏDV-dən yayınmaq olub. Həmçinin, onu da nəzərinizə çatdırım ki, məsələ ilə bağlı adını çəkdiyim hər iki şəxsin qəbuluna gedib görüşmək istəsək də onlar müxtəlif bəhanələrlə görüşdən yayınıblar. Bu cinayət əməli ilə bağlı aidiyyatı dövlət qurumlarına teleqram və şikayət ərizələri ünvanlasaq da, heç bir tutarlı nəticə əldə olunmayıb. Bu işlə bağlı Respublika Prokurorluğunun Baş İstintaq İdarəsindən çağırılaraq izahatımız alınıb. Lakin bunun üzərindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq, işi aparan Məhərrəm adlı müstəntiq tərəfindən heç bir qanuni tədbir görülməyib".

Beləliklə, Minayə Beydullayeva "Hürriyyət" vasitəsiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova və ombudsman Səbinə Əliyevaya müraciət edərək, onlardan məsələnin ciddi şəkildə araşdırılmasını, nəvəsi Qabil Əliyevin xəbəri olmadan onun adından istifadə etmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və ATEF MMC-nin rəhbəri Talıb Əlixanbəyovun qanunamüvafiq formada cəzalandırılmasını, hüquqlarının bərpası ilə əlaqədar göstəriş verilməsini xahiş edib.

"Hürriyyət"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zakir Fərəcov – bir oliqarxın çöküşü: İcra başçısının cinayət dosyesi

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrünün araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.

Bu arada mediada yer alan digər bir iddiaya görə, Sumqayıtdan seçilən və adının çəkilməsini istəməyən deputatın sözlərinə görə, icra başçısından vətəndaş narazılığını əks etdirən şikayətlər onlara da daxil olur. Millət vəkili deyib ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub: “Həmin şikayətlər ətrafında araşdırmalar başlanılıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da həbs edilən digər icra başçılarının taleyi gözləyəcək”.

Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son dövrlər ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. 2015-ci ildə Z.Fərəcov Sumqayıt şəhərinə icra başçısı gələndə çoxları ümid edirdi ki, bundan sonra hər şey yaxşı olacaq, yeni iş yerləri açılacaq, zavodlar, fabriklər işləyəcək, işsizlikdən əziyyət çəkən əhali iş taparaq ailəsini dolandırmağa imkanları olacaq.

Təəssüf ki, bu belə olmadı. Doğrudur, şəhərin girişi və əsas küçələr xeyli abadlaşdırıldı, dəniz kənarında yeni bulvar salındı, plansız da olsa hündürmərtəbəli binaların tikintisi sürətləndi, amma, nəyin hesabına? Bəli, inanılmaz olsa da, bu bir faktdır ki, son üç ildə Z.Fərəcov bu gənclik şəhərinin inkişafı üçün prezidentin ehtiyat fondundan nə az, nə çox, düz 50 milyon manatdan çox vəsait aldı. Bu azmış kimi, 2-3 qat ondan artıq pul da müdafiəsiz sahibkarlardan zorla alındı. Sumqayıtlılar haqlı olaraq deyirlər ki, bu pula yeni və gözəl bir şəhər də salmaq olardı.

Bir neçə gün öncə isə Sumqayıtda Qarabağ Qaziləri ilə bağlı yaranmış problem haqda məlumat verən tanınmış publisist-yazar, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu Z.Fərəcov haqqında “Sumqayıtın Elmar Vəliyev”i ifadəsini işlətmişdi. Elə eyni mənbə bu günlərdə yazır: “Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov 3 dekabr Beynəlxalq Əlillər günündə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsib!

“Sumqayıtın “Elmar Vəliyev”i Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günüdə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsdi! Pul adamın gözünü elə tutub ki, ağsaqqal, qarasaqal da eşitmir! Bu gün özlərinin təklif etdiyi 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobuslarını çıxarıbdır!”Bütün baş verənlər, Sumqayıta rəhbərlik edən şəxs haqqında geniş məlumat zərurəti yaradır. Doğurdanmı paytaxtın 30 km-də yeni “Elmar Vəliyev” yetişir? Bu yazımızda cumhuriyyet.az olaraq bu günədək mətbuatda yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında Zakir Fərəcov portretini cızmağa çalışacayıq. Beləliklə,

Rəsmi tərcümeyi hal

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

Zakir Fərəcovu vəzifələrə aparan güc

Rəsmi qeydlərə nəzər yetirəndə Zakir Fərəcovun xoşbəxt anlarının 1999-cu ildən başlamış olduğunu görürük. Sumqayıtın bələdiyyə sədri olan şəxsin 6 il sonar icra başçısı təyin olunmasını təsadüf adlandırmaq sadəlövhlük olar.

Təbii ki, Zakir Fərəcovun Sumqayıt şəhər bələdiyyəsinin sədri olduğu illərdəki fəaliyyəti də buna əsas vermir. Çünki, cumhuriyyet.az olaraq həmin dövrü araşdırdıqda görürük ki, bu şəxs bələdiyyə sədri olarkən Sumqayıtda qanunsuz yolla satdığı torpaqların mübahisəsi hələ də bitməyib. Bununla yanaşı sədr kimi rüşvəti birbaşa özü qəbul edənlərdən biri olaraq Fərəcovun şəhərdə qohumlarından başqa yaxşılıq etdiyi kimsəyə rast olmaq mümkün hal deyil.
Bələdiyyə sədri olarkən Sumqayıtda insanların problemlərinə biganə qalmaqla diqqət çəkən şəxsin sonradan İcra başçısı kimi mühüm bir vəzifəyə təyin olunmasına bir sıra səbəblər göstərilirdi. Xüsusən də onun bir çox qruplaşmalara bağlı olması fikri daha yayğın idi.

“Ehtiyat fondu” olan icra başçısı

Nəticədə arxasında böyük güc tapan Zakir Fərəcov rəqiblərini qabaqlayaraq ilk addımını atmış oldu. 2005-ci ildə Abşeron icra hakimiyyətinin başçısı təyin olunan bu şəxs rayonda qanundan kənar qərarları və tapşırıqları həyata keçirməkdə çətinlik çəkmədi. Hətta bəzi şikayətçilərlə kriminal aləmə xas olan dillə danışan Fərəcovun uzaq keçmişindəki adətlər də Abşeronda yada salındı. İcra başçısının torpaqların satışı zamanı kütləvi rüşvət toplama əməliyyatı rayon sakinlərinin etirazına səbəb olsada narazılıq edənlər ən qəddar yolla susduruldu.

Bundan başqa iri və xırda oyektlərin sahiblərini hər ay müxtəlif tədbirlər adı ilə icra hakimiyyətinə çağıran Zakir Fərəcov tələblərini irəli sürürdü. Bu tələblər obyektlərin ölçüsündən asılı olaraq icra başçısının “ehtiyyat fonduna” və ya şəxsi büdcəsinə müxtəlif məbləğdə pulların ödənilməsindən ibarət idi. Etiraz edən və ya “yoxdur” deyən obyekt sahibi gəlir yerini bağlamalı, icra başçısının istəyini yerinə yetirənə qədər fəaliyyət göstərməməli idi. Məhz müxtəlif qanunsuz yollarla istəyinə çatan Zakir Fərəcovu çox əsəbləşdirənlər daha ağır cəzaya məruz qalırdılar.

Fərəcovun adı keçən kriminal olaylar

Maraqlıdır ki, bu araşdırma zamanı cumhuriyyet.az olaraq mediada icra başçısının adı hallanan bir çox kriminal olayların da yer aldığı ortaya çıxdı. Bu sırada Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimlinin statistikasını müəyyən ixtısarla diqqətinizə çatdırırıq:

Binəqədi məmurları polisdə, Binə bələdiyyə sədri həbsdə: “Havadarları, çoxlu sayda torpaqlar, mülklər bağışladığı iqtidar sahiblərinin dəstəyi ilə Zakir Fərəcovun törətdiyi əməllərin, özbaşınalıqların sayı hesabı yoxdur.
Bir müddət öncə onun Novxanı ilə Sumqayıt arasında törətdiyi qoçuluq da çoxlarının yadından çıxmayıb. Novxanı ilə Sumqayıt ərazisinin dənizkənarı hissəsinin yanındakı çimərlik ərazisini tam ələ keçirmək məqsədi ilə Z.Fərəcov burada “ Sumqayıt “ yazılan guşə yaratmış , bununla da Binəqədi rayon ərazisini faktiki zəbt etmişdir. Buna imkan vermək istəməyən Binəqədi icra hakimiyyətinin sabiq rəhbərliyi “Sumqayıt” yazılan lövhəni oradan çıxarmış, özünün qanuni ərazisini bərpa etmək istəmişdir. Z.Fərəcovun tapşırığı ilə hadisə yerində olan Binəqədi icra hakimiyyəti başçısının müavini, işçilər zorla maşına basılaraq Sumqayıt şəhər polis idarəsinə aparılmış, bir müddət orada həbs edilmişlər.

Başqa bir misal: Z.Fərəcov Binə bələdiyyə sədri (əslində, bu ərazi Sabunçu rayonunun ərazisidir) Babaxana qarşı iddia irəli sürmüş, pul istəmiş, o da verməmiş, hətta, Z.Fərəcovu təhqir etmişdir. Buna cavab olaraq Z.Fərəcov müxtəlif bəhanələrlə onu şərlərək tutdurmuş və o hal-hazırda da zindandadır.

Daha bir ölüm: Əvvəllər, yəni, sovetlər dönəmində komsomolun birinci katibi olmuş, sonra isə Qobu qoyunçuluq sovxozunun direktoru işləmiş Balağa adlı şəxs də Z.Fərəcovun qəzəbinə tuş gəlmişdir. Tələb edilən pulu vermək istəməyən Balağa şərlənərək həbs edilmiş, uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkmiş, çıxdıqdan bir az sonra isə dünyasını dəyişmişdir.

Fərəcovla “razborka”ya qalxan məmur: 3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər. İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.

Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır. İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir. Bir çox hallarda olduğu kimi,bu hadisədə də humanizm prinsipləri arxa plana atılmış, keçmiş milli təhlükəsizlik nazirliyinin rəhbərliyi öz qəddarlığını bütün gücü ilə nümayiş etdirmişdir. Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir. Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir.

Bayram Şərifov intiharı: Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır. Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır. Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir. Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir. Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə , o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır. Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır. Xırdalan parkının içərisində vaxtilə B.Şərifova məxsus olan kafe də artıq sökülmüş, yerində müasir tipli 3 mərtəbəli kafe tikilmişdir ki, bu obyektin də kimə qazanc gətirdiyi aydındır.
Daha bir qətlin tarixçəsi və Elgiz adlı bacıoğlu

8 iyun 2015-ci ildə Azərbaycanda amansız qətl hadisəsi baş verdi. Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirildilər, izi itirmək üçün evi yandırmışdılar. Ölkə mediasında bu dəhşətli qətllə bağlı geniş məlumatlar yer aldıb. Mediada, Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başladı.
Qatil Fədai Hüseynovu Z.Fərəcovla bağlayan bir çox tellərin varlığı da bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoymuş oldu. Həmin olayla bağlı mediada səslənən iddiaları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib. Fədail və Vüqar qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub.

Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxıldı. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini davam etdirdi, əvvəlcə Abşeronda, indi isə Sumqayıtda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir.

Sumqayıtda yayılan qohumluq şəbəkəsi

Onu da bildirək ki, E.Fərəcov Sumqayıtda səlahiyyət sahibi olan yeganə qohum deyil. Belə ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla Sumqayıt şəhər icra hakimiyyəti başçısının keçmiş müavini, hazırda Ərazi maliyyə müfəttişliyinin rəisi vəzifəsində çalışan Akif Zeynallı qudadırlar. Onun İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfir işləyən oğlu Əkrəm Zeynallı Sumqayıt şəhər icra hakiminin böyük qızı ilə evlidir.
Zakir Fərəcovu həm də Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyevlə qohumluq telləri birləşdirir. Belə ki, Zakir Fərəcovun ortancıl qızı Cəmil Quliyevin oğlunun həyat yoldaşıdır.
Mərkəzi bazarın və “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və hazırda Bakıi şəhəri Nərimanov rayon əmək müfəttişliyi idarəsinin rəisi işləyən Aqşin Əsədov Sumqayıt şəhəricra hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəisi işləmiş, hazırda isə millət vəkli olan Nazim Fərəcovun qızı ilə ailə həyatı qurub.

Məmur balalarının davasından “NORF” sularınadək

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtdakı geniş biznes şəbəkəsi haqda da mediada ilginc məlumatlar yer alıb. Bununla bağlı yazıda deyilir: “İllərdir ki, Zakir Fərəcov Sumqayıtda biznes fəaliyyətilə məşğuldur və obyektlərinin əksəriyyəti də yaxın qohumlarının adınadır. Fərəcovların Sumqayıtdakı biznes imperiyasına daxil olan daha bir müəssisə Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcovun patronluğu ilə çalışan “Ruslan-S MMC” dir. Qeyd edək ki, adıçəkilən MMC Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşir. Müəssisə əsasən şirəli içkilər istehsalı ilə məşğuldur və həmin məhsullar “NORF” markası altında satışa buraxılır. “NORF” adının açılışı isə məhsulun Fərəcovlara bağlılığını bir daha təsdiqləyir. İddialara görə “NORF” məhz bu sözlərin baş hərflərinin cəmindən yaranıb: “NAZİM OĞLU RUSLAN FƏRƏCOV”

Bildirək ki, Z.Fərəcovun qardaşıoğlu Ruslan Fərəcovun adı mediada daha bir olayda da hallandırılıb. 2010-cu ilin sentyabrında yayılan xəbəri cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabrın 11-də axşam saat 22 radələrində Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında kütləvi dava düşüb. Hadisənin şahidlərinin “Yeni Müsavat”a verdiyi məlumata görə, savaş öncə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun oğlu Emin Həsənovla Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin müdiri Nazim Fərəcovun oğlu Ruslan Fərəcov arasında başlayıb.

Şahidlərin deməsinə görə, onlar qız üstündə “razborka” ediblər və bir-birilərinə silah çəkiblər. Onların yanındakı adamlar məmur övladlarını tərk-silah etsələr də, bu dəfə onlar avtomobillərində gəzdirdikləri “dubinka” ilə bir-birilərinə hücum çəkiblər. Bundan sonra hər iki tərəfdən olan gənclər davaya qoşulublar və kütləvi vuruşma başlayıb”.

Büdcə pulları və Sumqayıt idarələrinə qoyulan tələb

Ötən müddət ərzində Sumqayıtda abadlıq işlərinin aparılması üçün büdcədən xeyli miqdarda pul ayrılıb. 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrılmışdı. 15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrılmışdı. 03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılmışdı. Amma…

Sumqayıt gimnaziyası 6 blok, “İstedad” liseyi 6 blok, Texniki və təbiət elmləri üzrə lisey 6, “Təfəkkür” 6 blok öz vəsaiti hesabına təmir etməlidir.Eyni zamanda bağçalar 4 blokları təmirə etməlidir. Bu, Z.Fərəcovun ilk belə göstərişi deyil. Ötən tədris ilində məktəblər 3 min manatdan Sumqayıt bulvarının yenidənqurulması üçün vermişdilər. Ümumiyyətlə, Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. Nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir.

Sahibkarlara milyonlarla borc

Gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb. Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir.

Onu da bildirək ki, Hümbət Məmmədxanov əslən Qubadandır. Uzun illərdir Sumqayıtda yaşayır. Onun Zakir Fərəcovla qohumluq əlaqəsinə malik olduğu barədə deyilənlər ki, real deyil. Ona görə ki, Fərəcovla Məmmədxanov arasında heç bir qohumluq əlaqəsi yoxdur. Hərçənd DTX və ya Baş Prokurorluq Hümbət Məmmədxanovla bağlı araşdırma apararsa, daha ciddi faktları ortaya çıxara bilər. Elə sahibkarlar da sözügedən dövlət qurumlarından adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını istəyirlər. Bunun üçün lazım olan sənədləri də təqdim etməyə hazır olduqlarını bildiriblər.

Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, bu yaxınlarda jurnalist Şəfəq Ağacan yazısında qeyd edib ki, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”…

Aztoday.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO