[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"5 ildir müraciət etmişəm, amma..." - GİLEY

Tərtər rayonu, Cəmilli kənd sakini Məmmədov Fərid Müzadil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 5 ildir müraciət etdiyi müvafiq qurumdan cavab ala bilmir:

“Mən, Məmmədov Fərid Müzadil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

5 ildir ki, müraciət etdiyim qurumdan mənə cavab gəlmir. Bütün sənədlərimin düz olmasına baxmayaraq, dövlət tərəfindən kasıblara ayrılan mal-qara mənə verilmir.

Ailəliyəm, 2 uşaq sahibiyəm, maddi cəhətdən çox sıxıntı çəkirik. Cənab prezident tapşırıq verib ki, kasıb ailələlərə mal-heyvan verilsin, amma vermirlər. Tək mənə yox, bir neçə ailəyə vermirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayonunun Kolanı kənd üzrə səlahiyyətli nümayəndəsi Ağamoğlan müəllim (Ağamoğlan İsmayılov- red.) məni aldadaraq, dövlət tərəfindən ayrılan iribuynuzlu heyvanı vermir. Bu insan 5 ildir mənim başıma oyun açır. 1 həftə əvvəl yenidən qəbuluna getdim, sual verdim ki, bu heyvan mənə düşür, düşmür? Dedi ki, “düşür, gözlə”. Cavab verdim ki, “5 ildir gözləyirəm, artıq nə qədər gözləməliyəm?! Başqa yerlərə, prezidentə məktub yazıb sizdən şikayət edəcəyəm”, - dedim. Mənə dedi ki, “kimə istəyirsən, get şikayət et, vermirəm, vaxtı çatanda verəcəm”.

Tərtər rayonunun icra başçısı və ikinci müavini tapşırıq versə də, Ağamoğlan müəllim mənim və ailəmin haqqı olan iribuynuzlu heyvanları bizə vermir. Ailəmi dolandıra bilmirəm, imkanım çox zəifdir, bu heyvanlara çox ehtiyacım var. Ağamoğlan müəllim məni təhqir edərək otaqdan qovur.

Sizin redaksiyadan xahiş edirəm ki, mənim şikayətimi lazımi orqanlara çatdırasınız”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq İdarəsinin səlahiyyətli nümayəndəsi Ağamoğlan İsmayılovla əlaqə saxladıq. O bildirdi ki, şikayətçinin heç bir iddiasını qəbul etmir: “Bəli, həmin şəxs qəbulda olub, biz də ona bildirmişik ki, gözləməlisiniz. Ümumiyyətlə, hər bir vətəndaş sistemdə öz məlumatlarını görə bilər. Əgər vətəndaş portaldan istifadə qaydasını bilmirsə, o zaman bizə müraciət edir, biz də portala baxıb onun ballarını deyirik. Şikayətçinin hal-hazırda 107 balı var… Qəbulda olan zaman biz ona başa salmışıq ki, balınız tam çatmır. Növbədənkənar müraciət etmək istədiyini dəfələrlə desə də, mümkün olmadığını demişik”. //Hurriyyet.az/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aptekdə çaytikanı adı altında günəbaxan yağı SATILIRMIŞ


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Agentlik əməkdaşları Gəncə şəhəri, Atatürk pr., ev 237/7 ünvanında yerləşən “Şəfa-Farm” firmasına məxsus aptekdə keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıb. Baxış zamanı “SEL” MMC tərəfindən istehsal olunan “UM” və “Şəfa” əmtəə nişanlı bitki mənşəli çaytikanı yağının qablaşdırılmasında həqiqətə uyğun olmayan məlumatların göstərildiyi, məhsulun saxlanma müddətinin normativ sənəddə 12 ay göstərilməsinə baxmayaraq etiket məlumatında 3 il qeyd olunduğu, eyni zamanda məhsulun istifadə təlimatları haqqında məlumatların qeyd olunduğu içlik vərəqələri ilə təmin edilmədiyi məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticələrinə əsasən satışı həyata keçirilən bitki mənşəli yağın çaytikanı deyil, günəbaxan yağı olması müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, adıçəkilən bitki məhsulunun satışının dayandırılması ilə bağlı qərar qəbul edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“McDonalds” övladlarımızı zəhərləyir - Niyə yerli və sağlam qidalar olmasın?!


“Nədir, bizdə çörəyi yarıya bölüb bu iki yarıya bir tikə ət, kartof və kahı qoya bilmirlər?”.

“McDonald's” Belarus bazarını tərk edəndən sonra Aleksandr Lukaşenkonun dediyi bu sözlərdə haqlı olduğu ortadadır. Doğrudan da, çörəyi yarıya bölüb arasına bir tikə ət, kartof və kahı qoyan, bunu baha qiymətə brend kimi insanlara satan “McDonald's”ın fəaliyyəti suallar doğurur.

O sual da yaranır ki, Azərbaycanda bunu edə biləcək şirkətlər yoxdurmu?

Təbii ki var. Azərbaycan mətbəxi kifayət qədər zəngindir, həm də “McDonald's”dan daha dadlı və keyfiyyətli menyu təqdim edə biləcək qədər bacarıqlı insanlarımız var. Nə üçün Azərbayca insanı “McDonald's”ın keyfiyyətsiz və QMO məhsulları bazara hakimdir.

“McDonald's” insanlara nə təklif edir? Karto-free, burger (çörəyin arasına ət və kahı qoyurlar), o cümlədən, bütün mağazalarda satılan içkilər. Amma kartof-freeni başqa yerdə daha ucuz ala biləcəyiniz halda, “McDonald's”da bunun iki-üç qatına satılır. Bir nəfərin qidalanması ən azı 10 manat və daha baha qiymətə başa gəlir. Misal üçün, kartof-free 3 manatdan, adi içkilər 2 manatdan bahadır. Burgerləri və salatları da 5 manata yaxındır. Amma problem təkcə qiymətlərlə bağlı yox, həm də keyfiyyətlə bağlıdır.

“McDonald's”ın yeməkləri genetik modifikasiya olunmuş (GMO) ərzaqdan və konservləşdirilmiş məhsullardan hazırlanır.

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov mediaya açıqlamasında bildirir ki, “McDonald's”da ətlərin mənşəyi məlum deyil:

“Burada ətlər taxta kimi möhkəm bir əşyadır. Böyük ehtimalla bu süni, naməlum ət növüdür. Daha sonra onlar xüsusi avadanlıqla şişirdilib istifadə edilir. Həmçinin kartofları, souslarının da əksəriyyəti GMO) mallardır”.

Bu yeməklər insanlarda sonsuzluq, qan xərçəngi, vərəm kimi ağır xəstəlikləri yaradır. Ən pisi isə odur ki, “McDonald's”da qidalanmağı adətən uşaqlar sevir və insanlarımız övladları ilə bu müəssisəyə üz tuturlar. Bu da təkcə sağlamlığımızı yox, həm də ölkənin genefondunu zədələyən, gələcək üçün indidən problem yaradan amildir.

Bu gün dünyanın onlarla ölkəsi “McDonald's”dan ya imtina edib, ya da sonradan fəaliyyətini dayandırıb. Bu ölkələrin siyahısını da təqdim edə bilərik. Albaniya, Əlcəzair, Anqola, Banqladeş, Barbados, Bermud adaları, Butan, Boliviya, Botsvana, Burkina Faso, Burundi, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Komor adaları, Konqo, Cibuti, Dominika, Ekvatorial Qvineya, Eritreya, Efiopiya, Qabon, Qambiya, Qana, Qrenada, Qvineya, Qvineya-Bisau, Haiti, İslandiya, İran, İraq, Əfqanıstan, Fil Dişi Sahili, Yamayka, Keniya, , Kiribati, Qırğızıstan, Laos, Makedoniya, Madaqaskar, Malavi, Maldiv adaları, Mali, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mikroneziya, Monqolustan, Monteneqro, Mozambik, Myanma (Birma), Namibiya, Nauru, Nepal, Niger, Nigeriya, Simali Koreya, Palau, Papua Yeni Qvineya, Ruanda, Seneqal, Seyşel adaları, Solomon adaları, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tacikistan, Tonqa, Türkmənistan, Uqanda, Özbəkistan, Vatikan, Yəmən, Zimbabve və s. Son iki ildə “McDonald's” Rusiya və Belarus bazarından da çıxıb.

Bu ölkələr adətən öz mətbəxlərinə uyğun “fast-food” hazırlayırlar və daha keyfiyyətli, həm də münasib başa gəlir.

O zaman Azərbaycanda niyə həm cibimizə, həm canımıza ziyanlı olan “McDonald's”ın fəaliyyəti müzakirə edilməməlidir. Bu şirkət təkcə sağlamlığımıza və büdcəmizə ziyan vurmur, həm də Azərbaycanın haqlı məsələlərində də yaxasını kənara çəkir, yaxud əleyhimizə çıxır. 44 günlük Vətən müharibəsində “McDonald's” Azərbaycana heç bir dəstək vermədi və bunu belə əsaslandırırdılar ki, guya bunlar “milli məsələlərə” qarışmırlar. Amma Rusiya-Ukrayna müharibəsinə görə Rusiya bazarını tərk etməklə yalan danışdıqlarını, ikilistandart mövqe sərgilədiklərini nümayiş etdirdilər. Yəni məsələ Ermənistan olanda “McDonald's” “neytral” olur, amma Ukrayna olanda mövqe sərgiləyir. Bunun özü belə “McDonald's”ın Azərbaycan bazarından fəaliyyətini müzakirə mövzusuna çevirməyə yetərlidir.

“McDonald's”ın keyfiyyətsiz, genofondumuzu zədələyən məhsullarındansa, öz şirkətlərimizə şərait yaradılmalıdır. Bunun həm yerli istehsalı gücləndirə, həm də daha təmiz, sağlam, keyfiyyətli qidlanmanı təmin edə bilərik. Dünyanın müxtəlif ölkələri artıq öz yerli brendlərini yaratmaq haqda düşünürlər. Azərbaycanın da bunu etməsinin zamanıdır.

Demokrat.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!


Binəqədi rayonu Xocəsən qəsəbəsindən "Xocəsən" metrostansiyası istiqamətində hərəkət edən 155 saylı marşrut avtobusunun dayanacağı sökülüb.

DİA.AZ bildirir ki, bu barədə ərazidə yaşayan sakinlər məlumat veriblər. Xocəsəndə şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən “Yeni yaşayış” massivinin yeganə avtobus dayanacağı üçün ayrılmış ərazisi martın 5-i marşrut avtobusunun xəttə buraxılmasından sonra genişlənib. Genişlənərkən ərazidəki dayanacaq götürülüb, kənara atılıb, dayanacağın əvəzinə Azərbaycan bayrağı dirəklə yerə bərkidilib. Hazırda həmin dayanacağın əvəzində sadəcə bayraq var.

Yaz yağışları mövsümünün başlayacağını olduğunu nəzərə alsaq, dayanacaqda avtobus gözləyən sakinlər- şəhid ailələri, Qarabağ əlillərinin durumunu anlamaq çətin deyil. Oğlunu vətən uğrunda şəhid verib bayrağa sığınan sakinlər dayanacaqda da günəşdən və yağışdan qorunmaq üçün bayrağın ümidinə qalıblar.

Bakı Nəqliyyat Agentliyi yaşayış massivinə ayrıca marşrut avtobusu ayırdıqdan sonra yolun genişləndirilməsi ilə məşğul olan qurumun bir aya yaxın müddətdə kənara atdığı dayanacağın aqibəti isə kimsəni maraqlandırmır.

Hər halda yolun genişləndirilməsi dövlət qurumu tərəfindən həyata keçirilib, deməli, qiyməti bəlkə də on minlərlə manat olan dayanacağın sökülərək lazımsız əşya kimi kənara atılması da onların əməyinin məhsuludur. //cebhe.info//
ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın altıncı günü: İmsak, iftar vaxtları


Sabah Ramazan ayının altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 28-də imsak vaxtı saat 05:05-də, iftar vaxtı isə 19:14-dədir.

Martın 28-i üçün namaz vaxtları:
Ramazanın altıncı günü: İmsak, iftar vaxtları

Altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: “İlahi, öz minnət və qüdrətinlə məni bu gün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“BalBadəm”də baş verən neqativ hallar… - Filialların açılışında iştirak edən Aygünə, Ədalətə, Röyaya və s böyük məbləğdə pul ödəyən “BalBadəm”…


“BalBadəm” Kulinariya mərkəzi dövlətə nə qədər vergi ödəyir..?
Azərbaycanda son onilliklərdə müşahidə etdiyimiz 2 məsələni uzlaşdırmaq və nəticə çıxartmaq istəyirik.
Deməli, Bakıda küçələrin o üzünə, bu üzünə nəzər salırsan, hər iki tərəfdə 10 metrdən bir APTEK və apteklərdə isə alıcı növbəsi... Bir küçədə bu qədər APTEK-mi olar..? Deməli, tələbat var də... İndi ikinci məsələyə nəzər salaq. Küçənin o üzü, bü üzü ictimai-iaşə müəssisələri, şirniyyat sexləri, kulinariya, biskvit və s. Adam məəttəl qalır ki, yan-yana kulinariya sexləri özləri üçün müştəriləri necə yığır...?
Adamın yadına bir-birinə söykənən göydələn binalar düşür... Nə isə əsas mövzudan kənara çıxmayaq...
Deməli, APTEK-lərlə, şirniyyat və KULİNARİYA məsələsini əbəs yerə tutuşdurmadıq. Birində insanlara qida, o birində isə dərman yedizdirirlər. Əgər qidalar keyfiyyətli olsaydı, insanların dərman-dəvaya bu qədər ehtiyacı olmazdı...
İnsanlarımıza bəh-bəhlə, reklamla qida, şirniyyat, biskvit yedirən şirkətlərdən biri də “BalBadəm” adlı şirniyyat və kulinariya şəbəkəsidir. Demək olar ki, hər gün “BalBadəm”in yeni filiallarının açılması ilə bağlı elanları oxuyuruq. Özü də bu filialların çoxu metrostansiyaların çıxışlarına yaxın, yəni “xodovoy” yerlərdə açılır. Biz hələ “BalBadəm”in öz məhsullarını necə bəh-bəhlə reklam etməsini demirik.
Təsəvvür edirsiniz, “BabBadəm”in filiallarının açılışında Xalq artistləri Aygün Kazımova, Ədalət Şükürov, Röya və digər sənət aləminin tanınmış simaları yer alır. Bu adamlar toylara neçə min manata gedir, görəsən, bu tanınmış müğənnilərin açılışda iştirak etməsinə “BalBadəm”in sahibi neçə yüz min manat ödəyir..? Ümumiyyətlə, adi bir şirniyyat və kulinariya mərkəzində bu qədər pul haradandır..?
İndi bir cəsarətli oğul lazımdır ki, “Balbadəm” Kulinariya mərkəzinin dövlətə neçə manat vergi ödədiyini və real satış dövrüiyyəsini hesablayıb ortaya qoysun. Onda məlum olacaq ki, Aygün Kazımovaya, Ədalət Şükürova, Röyaya və s ödənilən pulun yanında dövlətə ödənilən vergi qəpik-quruşdur.
Biz hələ bu qədər filialları, işçiləri, kuryerləri olan mərkəzin əmək müqavilələrindən, əmək haqqının necə ödənilməsindən, sosial ödənişlərdən necə yayınmasından və s danışmırıq. Özünü Azərbaycanın şirniyyat brendi hesab edən “BalBadem Kulinariya evi” təkcə Novruz bayramında vərəndaşlara satdığı şəkərbura, paxlava, badambura kimi bir çox milli şirniyyatlarımızın keyfiyyətinə niyə Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA ) nəzarət etmir..? Bu hələ harasıdır..?
“BalBadəm“ Şirniyyat və Kulinariya Evi onlayn qaydada yemək sifarişlərini yerinə yetirir. Və evlərə, ofislərə, şəhər kənarındakı bağ evlərinə, ümumiyyətlə, paytaxtın bütün istiqamətlərindəki məkanlara internet vasitəsilə yeməkləri, qidaları çatdırır. “BalBadəm” 100 manat məbləğdən artıq yemək sifariş edən müştərilərinə bonus olaraq 1kq Maraş dondurması və yaxud 1 kq fistıqlı türk paxlavası hədiyyə edir. “BalBadəm” istənilən vaxt şəhərdənkənar bağ evləri, Mərdəkan, Novxanı, Şüvəlan və digər ərazilərdə yaşayan müştərilər üçün isti yeməkləri sifarişçilərə pulsuz çatdırmağa söz verir. Amma...
Əmması odur ki, müştərilərin bir çoxu şirniyyatın və yeməklərin keyfiyyətindən şikayətçidir. Amma əsas məsələ bu qədər ticarət dövriyyəsinə malik olan Kulinariya evinin vergidən yayınması, vətəndaşlara aldıqları malın dəyərində çeklərin verilməməsidir. Yəqin ki, müvafiq dövlət qurumları qeyd etdiyimiz məsələləri ciddi araşdıracaqlar. Bizi izləyin. Gundelik-baku.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UNİVERSİTETDƏKİ BİABIRÇILQLARA NƏ VAXT SON QOYULACAQ?


Azfakt.az-ın elektron poçtuna GDU-nun professor-müəllim heyəti adından Sahib Tofiq oğlu Hüseynov tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidentinə, Elm və Təhsil Nazirinə, Baş Prokurora, Gəncə Şəhərİcra Hakimiyyətinin Başçısına ünvanlanmış müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi veririk:
“Cənab Prezident!
Bizim müraciət etmədiyimiz orqan, təşkilat qalmayıb. Heç bir şikayətə
məhəl qoyan yoxdur. Saytlar və sosial şəbəkələr bizim müraciətimizlə doludur,
yazılar gedəndən sonra pul verib əlaqə yarada bildikləri saytlardan bu yazıları
sildirirlər. Gəncə Dövlət Universitetində özbaşınalıq, anarxiya baş alıb gedir.
Əvvəla, respublikada bəlkə də yeganə təşkilatdır ki, rəhbərinin qəbul günü yoxdur.
Rektor qəbul günlərini ləğv edib, heç kimi qəbul etmir. Rektor işə gəlib gedən
zaman yanında gəzən mühafizəçilər insanları aralayır ki, burda durmayın, rektor
keçəcək. Dekanlar, kafedra müdirləri rektorun üzünü tədbirdən tədbirə görür.
Universiteti əslində erməni əsilli Vasif Həsənov idarə edir. Bu şəxs layihə adı
altında Fransaya baş vurub Hollandiyadan çıxır. Bu layihələrdən universitet
kollektivi indiyə kimi heç bir xeyir görməyib. Bu layihələr pul silmək, pul yemək
üçün bir vasitədir.
Rektor Yusif Yusibov Vasif Həsənovu "İnnovasiyalar departamenti"nə
direktor təyin edib. Görəsən, bu innovasiyalar departamenti tədrisdə hansı
innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı
mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə
keçirilən test imtahanlarını rektorun arzu etdiyi formada yönəldərək
saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməkdən ibarətdir. Digər xidməti
isə layihə adı altında pul silməkdir.
Vasif Həsənov həm də "İnformatika" kafedrasının müəllimidir. Bu şəxs
bütün tədris ili boyunca xarici ölkələrdə gəzir, onun dərslərini digər müəllimlər
qrupları birləşdirib keçir. Hətta universitetdə olduğu zaman da bu şəxs dərs keçmir.
Vasif Həsənovun hələ bu günə qədər dərs keçdiyini bir universitet əməkdaşı
belə görməyib. Amma universitetin sabiq rektoru, professor Yadigar Əliyev bir
günlüyünə Ali Attestasiya Komissiyasının iclasına getmişdi. Rektor Yusif
Yusibov Elmi Şurada kafedra müdirinə qışqırdı ki, mənə deməmiş gedib. Onun
bir günlük maaşı kəsilməlidir. Sual olunur, əcəba erməni əsilli Vasif Həsənov
bütün günü xarici ölkələrdədir, dərs də keçmir. Bəs onun maaşı niyə kəsilmir?
Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov yataq xəstəsidir, Mahizər
Hacıyeva, Əliqulu Quliyevin universitetdə müəllimə işləyən qızı Mətanət Quliyeva
aylarla universitetə gəlmir. Bu şəxslərin dərsləri başqa adamlar, laborantlar
tərəfindən keçilir. Bəs bunların niyə maaşı tutulmur???
Vasif Həsənovun heç bir dərs vəsaiti, elmi məqaləsi, metodik vəsaiti
olmasa belə Yusif Yusibov onu elmi şurada həyasızcasına dosent seçdirmiş və
şura üzvlərini buna səs verməyə məcbur etmişdir. Amma universitetin digər
əməkdaşlarından tələb edir ki, dosent əvəzi keçmək üçün THOMSON REUTERS
tərəfindən indekslənən jurnallarda 3 ədəd elmi məqalə, dərs vəsaiti, metodik
vəsait, nüfuzlu jurnallarda 10-dan artıq elmi məqalə və s. olmalıdır. THOMSON
REUTERS tərəfindən indekslənən jurnallarda 1 ədəd məqalə çap etdirmək üçün
500-800 dollar pul vəsaiti tələb olunur. Onu da qeyd edək ki, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası baş müəllim və
dosent keçmək üçün bu tələbləri qoymur. Bu tələblər Yusif Yusibov tərəfindən
pul qazanmaq üçün müəyyənləşdirilmişdir. Prorektor Şahin Xurşudova 3000-
5000 manat pul verəndən sonra bu tələblər arxa plana keçir. Maraqlıdır ki,
müəllimlərə baş müəllim, dosent kimi elmi adların verilməsi üçün yaradılmış
komissiyaya özünün heç bir elmi əsəri olmadan dosent adı verilən, erməni
əsilli Vasif Həsənov rəhbərlik edir.
Vasif Həsənov bu günlərdə öz adından "İnformatikanın əsasları və
informasiya texnologiyaları" adlı dərs vəsaiti yazdırıb. Bu dərs vəsaiti
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mətləb Nuruş oğlu Əlizadə
tərəfindən yazılıb. Bu kitabın bir sətirindən belə Vasif Həsənovun xəbəri
yoxdur. Vasifin xalası Gülmirə Verdiyeva işlədiyi "İnformatika" kafedrasının
əməkdaşlarını hal-hazırki kafedra müdiri İlqar Cabbarovun üstünə qaldırır,
həmişə kafedra müdirini intriqalara çəkir. Gülmira Verdiyeva da dosent adı alsa
da işlədiyi kafedranın profilinə uyğun fənlərdən tam xəbərsizdir, belə adamın
dosent olması həmin elmi adın nüfuzuna xələl gətirir. Vasif Həsənov isə
Universitet Elmi Şurasında hesabat verərkən, öz hesabatından kənara çıxıb, çıxış
edərək kafedra müdiri İlqar Cabbarovu dolayı yolla tənqid edir, kafedrada
tutulan testlərin səhv, keçilən dərslərin mühazirə və testlərinin düzgün olmadığını
və kafedra müdirinin kafedranı idarə edə bilmədiyini bildirir. Səbəb birdir.
Bunlar kafedranı parçaladıb, Vasif Həsənovun erməni əsilli xalası Gülmirə
Verdiyevanı kafedra müdiri seçdirmək istəyidir. Gülmirə Verdiyeva da pul
müqabilində öz adına həmin Mətləb Nuruş oğlu Əlizadəyə "Kompüter qrafikası"
adlı dərs vəsaiti yazdırıb. Bu dərs vəsaitinin bir cümləsindən belə bunun xəbəri
yoxdur. Bu qardaşların xalaları, bacıları, həyat yoldaşları hamısı rektor tərəfindən
universitetə işə götürülüb.
Vasif Həsənov iclaslarda danışanda onun nə danışdığını özündən başqa
başa düşən yoxdur. Azərbaycan dilində normal danışa bilməyən erməni əsilli
Vasif Həsənov tədris ili boyunca layihə adı altında Fransadakı dayılarının
yanından İtaliyaya, Yunanıstana və s. gəzir, yalandan bir iki söz əzbərləyib blum
taksonomiyası və s. kollektivə meydan oxuyur. Bir soruşan yoxdur ki,
"İnnovasiyalar departamenti" nin rəhbəri kimi universitetdə hansı texnologiyanı
gətirmisən, hansı yeniliyi tətbiq etmisən, universitet kollektivi hansı yeniliyindən
səmərə qazanıb???? Qeyd etdiyimiz kimi kompüterlə imtahan götürmək, bu
maxinasiyalara rəhbərlik edib rektora rüşvət yığmaq...
Rektor Vasif Həsənova və özünün yaxın ətrafına elmi şurada müzakirə
edimədən, elmi şuranın adından yazılmış saxta bir qərarla 2000 manatdan
yuxarı maaş verir. Amma dosentlər 700 manat, baş müəllimlər isə 400 manat,
laborantlar 280-300 manat civarında maaş alır. Novruz bayramı münasibəti ilə
digər universitetlərin rəhbərləri 200-500 manat arası bayram hədiyyəsi kimi
pul verdi. Yusif Yusibov isə təxminən 30 manat pul verdi. Özü elmi şurada
çıxış edərək dedi ki, universitetin bir aylıq büdcəsi 17 milyondur. Bunun 6-7
milyonu guya maaşa gedir. Sual olunur, qalan vəsaitin taleyi necə olur? Bu
vəsait saxta təmir və guya avadanlıq alınması adı altında talan olunur. Universitet
laboratoriyalarının avadanlıqlarının əksəriyyəti sovetlər dönəmindən qalma
avadanlıqlardır.
Cənab Prezident, Siz dəfələrlə maaşlrı qaldırmısız, amma rektor
(universitet özü-özünü maliyyələşdirir) 2020-ci ilin sonundan bizim maaşları
qaldırmır, dolana bilmirik. Vasif Həsənovun, onun arvadının, Elsevər Nağıyevin,
İsmayıl İsmayılovun, Pərviz Adıgözəlovun dərslərini o, bu birləşdirib keçir.
Amma rektor müəllimləri məcburi olaraq 12 saatdan artıq işlədir, yerində
olmayanda camaatın qəpik quruşuna göz tikir. Həftənin şənbə günləri iş günü
olmasa da dekan və kafedra müdirlərini məcburi olaraq işdə saxlayır.
Avtozavod qəsəbəsində saxladığı, ailəsini dağitdığı öz kafedrasının
müəllimi Zəhra Əliyevaya villa tikir. Universitetdə heç kimlə hesablaşmır,
yalnız Vasifə atasına göstərmədiyi hörməti göstərir. Yerevanda bir azərbaycanlı
qalmayıb. Amma erməni əsilli bu Vasifin bütün nəsli-kökü universitetdə vəzifə
daşıyır. Rektorun bütün amalı puldur, gündə bir adam tapıb 7000-8000 manata
işə götürürlər. Universitetin təsərrüfat hissəsi Mənzil-Kommunal idarəsini
xatırladır. Bir binada nə qədər bağban olar, nə qədər mühafizəçi, nə qədər
süpürgəçi olar??? Bunların çoxunun kartı rektor və prorektorun cibindədir.
Rektor Keyfiyyətin Təminatı Mərkəzi yaradıb, İsmayıl İsmayılovu ora
rəhbər təyin edib. Bu şəxs ixtisasca tarixçidir, hələ dosent belə deyil. Həmin
şöbəyə də bir neçə elmi dərəcəsi belə olmayan, savadsız cavan qızları işə
götürüblər. Bunlar isə gedib professorun,dosentin dərsində oturur, qıçını qıçının
üstə qoyub professorun, dosentin dərslərini yoxlayır, onlara irad bildirir və
nəticədə otaqdan biabırcasına qovulurlar. Bu şöbənin işi əsasən ilin əvvəlindən
sonuna qədər əllərində bir dəftər kafedra-kafedra gəzib işçilərin işə davamiyyətini
yoxlamaqdır.
Bir neçə il bundan qabaq rektor ailəsinə sataşdığı müəllimənin əri
tərəfindın universitetin qabağında vəhşicəsinə döyüldüyü üçün rektor idmançı
şəxslərdən ibarət "mühafizə xidməti" yaradıb. Universitetin nəzdində yaradılmış
İdman klubunun rəhbəri, magistr təhsili belə olmayan,7-ci sinif şagirdi
səviyyəsində biliyi və dünyagörüşü olan, "İdman klubu"nda masaj və fitnes
şöbəsi yaradan, bura ətrafdan müxtəlif qadınları dəvət edib əxlaqsızlıq yuvası
yaradan Xaqani Umudovu həm də "Mühafizə xidməti"nə rəis təyin edib. Xaqani
Umudov isə gün ərzində bir neçə dəfə əlində dəftər işçilərin və tələbələrin
davamiyyətini yoxlayır. Xaqani Umudov digər prorektorların, universitetin baş
müşavirinin işinə belə müdaxilə edir, dekanlara və kafedra müdirlərinə göstəriş
verir. Universitetdə Xaqani Umudovdan sonra prorektor 70-dən çox yaşı olan
Gülsüm Fətəliyeva, sonra İsmayıl İsmayılovun adamları, sonra prorektor Şahin
Xurşudovun adamları əlində dəftər gəlib yoxlama aparır. Bu vəzifə daşıyanların
bir-birinə inamı belə yoxdur. Nəticədə dərs və iş prosesi tamam pozulur.
Rektorun əməllərinə də Maliyyə Nazirliyinin Aparat Rəhbəri işləyən
qardaşı Cavanşir Yusibov, eləcə də Ceyhun Bayramov havadarlıq edir.
Cənab Prezident, xahiş edirik, tədbir görün, bu rüşvətxor, puldan doymayan,
camaatı, universitetin vəzifəli şəxslərini belə özünə sığışdırıb qəbul etməyən,
onlara sağır gözündə baxan bu rektoru, eləcə də onun erməni əsilli yaxın
adamlarını bu universitetdən rədd edin. Görün bunlar nə gündədir ki,
universitetin əməkdaşı olan saxladığı müəlliməni götürüb bir neçə il bundan
qabaq Bodruma kefə getmişdi, videolar var.
Şikayətlərimizə baxılmır, nə qədər müraciət etmək olar, nə qədər yazmaq
olar, tədbir görülmür, rektor deyir ki, hər dəfə yazanda şəhər prokuroru 5000
manatımızı alır, yaman rüşvətxordur. Ona görə də kollektivdən bir 20 nəfərin
birlikdə gedib rektorun iş otağında qapısını mismarlamaqdan başqa əlacımız
qalmır. Bax onda bu əsil sensasiya olacaq... Azfakt.az
Qarşı tərəfi də dinləməyə hazırıq
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil müəssisəsi ilə “Baku Steel Company” arasında ƏMLAK DAVASI


“Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

"Baku Oksford Skul" Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyəti “Baku Steel Company”ə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - əmlak tələbi ilə bağlıdır.

Kommersiya mübahisəsi hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.Bakıvaxtı.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

Bank BTB"nin rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb. Rövşən Fərhad-zadə MŞ-yə yeni üzv seçilib.

Bu barədə "APA-Economics"in sorğusuna əsasən bankdan bildirilib. Məlumata görə, İdarə Heyətinin (İH) sədri Emil Rzayev də vəzifəsindən ayrılıb. İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov İH sədrinin əvəzedicisi vəzifəsinə təyin edilib.

Bundan əlavə, Bankın İdarə Heyətinin üzvləri Rauf Qurbanov və Zaur Yusifov İdarə Heyəti sədrinin müavinləri təyin edilib.

Xatırladaq ki, "Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.
Ətraflı

Qeyd edək ki, uzun illərdir mətbuatda "BTB Bank”ın əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasında direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.

İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Onu da bildirək ki, "Bank BTB” ASC-nin əsas səhmdarı olan Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan "Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.

Demokrat.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO