[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda futbol matçından sonra azarkeş bıçaqlandı


Misli Premyer Liqasının 20-ci turunda bu gün keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb.

"Kəpəz" klubundan "Report"a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın olimpiya çempionu HƏBS EDİLDİ

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin quldurluq və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb.

O ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub. Bildirib ki, bir müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

"Report"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AFFA onları futboldan ömürlük kənarlaşdırdı


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bu barədə qurumun saytında məlumat dərc olunub.

Məlumata görə, 2 futbolçu futboldan ömürlük kənarlaşdırılıb. Bunlar MOİK-in üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyevdir. Onlar danışılmış oyunlarda iştiraka görə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçi" komandalarının da şərəfini qoruyub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağ”da Şahruddin şoku


“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq.

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Çelsi” ukraynalı futbolçunu alıb


"Çelsi" futbol klubu "Şaxtyor"un ukraynalı yarımmüdafiəçisi Mixail Mudriklə müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərəflər arasında 8,5 il müddətinə müqavilə bağlanıb. O, yeni klubunda 15 nömrəli formanı geyinəcək.

Daha əvvəl mətbuatda "Çelsi"nin Mixail Mudrik üçün 70+30 milyon avro ödəyəcəyi xəbəri yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zidanı təhqir edən Fransa Futbol Federasiyası rəhbəri vəzifəsindən kənarlaşdırıldı


Fransa Futbol Federasiyasının (FFF) rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

FFF İcraiyyə Komitəsi federasiyanın yoxlamasının nəticələri dərc olunana qədər Noel Le Qreni vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.

Təşkilatın vitse-prezidenti vəzifəsini icra edən Filip Diallo Fransa Futbol Federasiyasının prezidenti səlahiyyətlərini icra edəcək.

Xatırladaq ki, Le Qre Zinəddin Zidan haqqında dediyi sözlərə görə tənqid olunmuşdu. Həmçinin keçmiş FFF əməkdaşları onu nalayiq davranışda ittiham ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gün Vüqar Həşimovun anım günüdür


Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.

Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xanti-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.

Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyində bədxassəli şişə (xərçəng) görə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrossmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib.

Növbəti illərdə də bu turnir keçirilməyə davam edib.

2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 23-də Bakıda beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan səkkizinci superturnirin təntənəli bağlanış mərasimi olub. Turnirdə 25,5 xalla özbəkistanlı Nodirbek Abdusattorov birinci olub. Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov kuboku Özbəkistan şahmatçısı Nodirbek Abdusattorova təqdim edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ayaz Quliyev: “Azərbaycan millisində oynaya bilərəm”


“Azərbaycan millisində oynaya bilərəm”.

Bunu Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev "RB Sport"a müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün sadəcə, anlaşmaq və yığmada çıxış edəcəyinə dair razılıq vermək lazımdır: “Gələcəkdə Rusiya yığmasında yox, bu məhz bu komandada oynayacağımı istisna etmirəm. Amma indi bu barədə 100% əminliklə danışmaq mümkün deyil. Çünki özüm də dəqiq bilmirəm. Keçidimi birbaşa təfərrüatı ilə müzakirə etməyiblər, mənimlə şəxsən görüşməyiblər”.

O, Azərbaycan millisinin formasını geyinməkdə heç vaxt imtina etmədiyini söyləyib: “Bu fikir daim beynimdədir. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi. Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını CƏZALANDIRDI


AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.

Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 matçlıq diskvalifikasiya olunub.

“Neftçi”nin üzvü Aslan Şirinovun cəzası daha ağır olub. O, “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb. Şirinov ardından hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.

Bundan başqa, “ağ-qaralar”dan Bəhruz Qurbanlı həmin görüşdə qırmızı vərəqə aldığı üçün 2, “Qəbələ”nin oyunçusu Ravil Qafarov isə 1 matçlıq cəzaya məruz qalıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pele ilə vida mərasimi “Santos”un stadionunda keçiriləcək – YENİLƏNİB


Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi ona doğma olan “Santos” futbol klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda keçiriləcək.

Mərasimin gün yarım davam edəcəyi gözlənilir. Pelenin cənazəsi olan tabutun 1956-cı ilin noyabrında “Santos” ilə debüt etdiyi meydanın ortasına qoyulması planlaşdırılır.

Onunla vidalaşmaq istəyənlər 1 və 2 nömrəli qapılardan stadiona buraxılacaq və 7 nömrəli qapıdan çıxacaqlar. Tabutun qarşısında dayanmaq qadağan olunacaq.

00:34

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin ölümünə səbəb daxili orqanların çoxsaylı çatışmazlığı olub.

Bu barədə onun vəfat etdiyi Albert Eynşteyn klinikasının rəsmi bülletenində məlumat verilib.

Bildirilib ki, orqanların çatışmazlığı bağırsaq xərçənginin mənfi dinamikası nəticəsində yaranıb.

Klinikanın mətbuat xidməti keçmiş futbolçunun ailəsinə və sevimli Futbol Kralının itkisinə görə kədərlənənlərin hamısına başsağlığı verib.

23:05

Braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.

Onun uzun müddət bağırsaq xərçəngindən müalicə olunduğu bildirilmişdi.

Son həftələrdə koronavirusa yoluxan futbolçunun səhhəti daha da ağırlaşmışdı.

Peşəkar karyerası ərzində Pele 1363 matçda 1281 qol vurub, o cümlədən "Santos"un heyətində 1116 oyunda 1091, millidə isə 92 oyunda 77 qol vurub ki, bu da dünya rekordudur.

Mənbə: TASS

XƏBƏR LENTİ

11:11

Martda 14 gün iş olmayacaq

10:52

Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında ÖZBAŞINALIQ - NARAZILIQ VAR!

10:18

Vasif Talıbovun oğlu Qarabağ Qazisinin obyektini necə ələ keçirib... - VİDEOMÜRACİƏT

09:53

LİLLİ `ARAZ`... - İTTİHAM VAR!

09:35

Laçın yolunda son durum - Aksiyanın 53-cü günü

08:23

Bu gün Gənclər Günüdür

23:32

İrandan səfirliyə hücum edən terrorçu ilə bağlı anlaşılmaz qərar

23:16

MTN generalının cəzası AZALDILDI

22:39

Zakir Həsənov Türkiyəyə getdi

22:24

Azərbaycanda məktəb direktoru HƏBS EDİLDİ

22:15

Prezident Anlaşma Memorandumunu təsdiqlədi

18:53

Təltif edilən gənclərin adları açıqlandı - Siyahı

18:37

Hava ilə bağlı - Xəbərdarlıq

18:25

İlham Əliyev bir qrup gənci mükafatlandırdı - SİYAHI

17:55

Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir?

17:27

Prezident Bəhruz Məmmədovu sədr müavini TƏYİN ETDİ

16:53

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

14:46

"Evimi `Azərlotoreya` YIXDI..." - Dövlət BUNA SUSMALI DEYİL...

14:30

Vasif Talıbovun qudası Fazil Ələkbərov istintaqa dəvət olunub - Polkovnikdən AÇIQLAMA

14:12

"İran polisi tərəfindən hər hansı ciddi tədbir görülməyib" - İlham Əliyev

13:47

Vahid Ələkbərov bir aya 2,5 milyard dollar qazanıb

13:10

Yerində olmayan başçı: VİDADİ İSAYEV... - Sözün bütün mənalarında yerində deyil...

12:46

Aydın Talıbov öz təsərrüfatını Vasif talıbovdan AYIRA BİLDİMİ?.. - İLGİNC İDDİALAR...

12:01

DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanıldı

11:38

Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək

11:25

Türkiyəli deputatların testi pozitiv çıxdı - Prezident onlayn görüşdü

11:16

ADAU-DA BAŞ VERƏN SON OLAYLAR VƏ HƏBSLƏR - Özbaşınalıq, qohumbazlıq və sairə...

10:48

İmişlidə vətəndaşın başına OYUN AÇIBLAR - MÜRACİƏT

10:02

Zərdab səhiyyəsində AİLƏ PODRATI... - Nəticəsi də belə olur...

09:44

“Aqroservis” ASC-nin təmirinə ayırdığı vəsaitlə yeni NƏ QƏDƏR HASAR ÇƏKMƏK OLAR?

09:05

Laçın yolundakı aksiyanın 52-ci GÜNÜ

08:57

Rövnəq Abdullayevin oğlunun Londonda 22 milyon dollarlıq mənzili aşkarlanıb

08:54

Deputat oğlunun Londondakı şirkətinin aktivləri 4,8 milyona ÇATIB

08:35

“Veysəloğlu” şirkəti kimindir: Aydın, yoxsa Vasif Talıbovun..? - Vasif Talıbov olmasaydı...Aydın Talıbov kim idi..?