[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
165 ailə və dövlət bir dələduzun əlində qalıb... - MÜRACİƏT


Bakının Yeni Günəşli ərazisində tikintisi yarımçıq qalan, sahibi dələduzluğa görə həbs edilən "Sahil - S İnşaat" MTK-ya məxsus binasının sakinləri yeni bir cəncəl və ciddi problemlə üzləşiblər. Sakinlər indi də kredit ödənişi etmək üçün maliyyə arayışlarını əldə edə bilmir. Bununla bağlı Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlərin sözlərinə görə, bu məsələyə dövlətin müdaxiləsi olmasa, vətəndaşlara köməklik göstərilməsi probpem həllini tapmayacaq. "Çünki şirkətin dələduz əməllərinə görə həbsdə olan rəhbəri Taley Alaverdiyev ödənişlərlə bağlı qəbzlərə imza atmır, möhür vurmur. Bu adam istintaq altında olduğu dövrdə biz ödənişləri edirdik, sonra göndərilirdi, o da təsdiqləyirdi, sonra həmin vəsaitlə binanın tikinti işləri görülürdü, liftlər quraşdırılırdı. İndisə şirkətin sahibi qol çəkməkdən imtina edir, biz də qeyri-müəyyən vəziyyətdə qalmışıq, binadakı işləri tamamlaya bilmirik. Bu günlərdə Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət etdik, oradan cavab verildi ki, istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib. Yəni Taley Alaverdiyev istintaq altında deyil, hər arayışlara möhür vurmaqdan imtina edir. Deyir ki, vətəndaşlar məni həbs etdirib, acığa qol çəkməyəcəm. Beləcə, 165 ailənin illərdir ki, çəkdiyi əziyyətin üstünə daha bir problem gəlib"- deyə şikayətçilər prezidentə və baş prokurora müraciətdə üzləşdikləri çətinliyi qeyd ediblər. Onlar dövlət başçısından və baş prokurordan bu məsələnin yoluna qoyulması üçün xahiş ediblər: "Taley Alaverdiyev dələduzluğa görə həbs edilsə də, faktiki şirkətin sənədləri ona aiddir, səlahiyyət sahibidir. Biz də ondan asılı vəziyyətə düşmüşük. Nəyə görə belə olmalıdır ? Bu adam fırıldaq edibsə, cinayətə yol veribsə, onun MTK üzərindəki səlahiyyətlərinə xitam verilməlidir. Bəs, dövlət vətəndaşa hansı şəraitdə kömək etmək üçündür? Biz kimdən dəstək gözləməliyik? Bu şəxs Azərbaycan vətəndaşıdır, Azərbaycan qanunları ilə mühakimə olunursa, biz gedib başqa dövlətə müraciət etməli deyilik ki?! Onun dələduzluğu ucbatından onsuz da mənzillərimizə köçə bilmirik, indi öz gücümüz hesabına işləri tamamlamaq istəyirik, amma dövlət bizi bir dələduzdan asılı vəziyyətə salıb. Həbsdə də adam dövlətə , vətəndaşlara, qanunlara meydan oxuyur. Ona görə bu işlə Prezident Administrasiyası, Baş Prokurorluq, məhkəmə sistemi təcili məşğul olmalıdır. Biz artıq bilmirik ki, Taley Alaverdiyev arayışlara qol çəksin. Bu adama belə çıxır ki, qanunların, dövlətin gücü çatmır? Bəs, dövlət vətəndaşa nə zaman yardım edir? Bizə cavab verilir ki, bu dələduzun şirkət üzərində səlahiyyət hüquqları qalır deyə ondan asılı vəziyyətdəsiz. Təsəvvür edin ki, həbsdə olan dələduz orada belə qanunlardan əleyhimizə istifadə edir. Bu nə məhkəmə-hüquq sistemidir? Bu nə yanaşmadır? 165 ailə lift qoydurub binada normal yaşayışını təmin edə bilmir, bir cinayətkar isə dövlət orqanları qarşısında "at oynadır". Ona görə cənab Prezidentə və hörmətli Baş prokurora ümidimizi bağlamışıq. Biz dövlətin ali rəhbərliyinə və ali qanunlarına inanırıq. İnanırıq ki, illərdir yaşadığımız bu müsibətlərə, bitməyən problemlərə dövlətin iradəsi nəticəsində kökündən son qoyulacaq. Faktiki 165 ailə bir dələduzun əlində qalıb və bizi yalnız dövlət rəhbərliyi bu cinayətkarın cəngindən xilas edə bilər. Dövlət bu şirkəti nəzarətə götürsün, himayə etsin, cinayətkar şəxsin səlahiyyətlərinə xitam verilsin, o, MTK üzərində hüquqlardan məhrum olunsun, binadakı işlər ya rəsmi şəkildə sakinlərin kollektiv idarəçiliyinə verilsin, ya dövlət özü himayə edib problemlərə son qoysun. Ümid edirik ki, bizim müraciətimiz eşidiləcək, cənab Prezident və hörmətli Kamran Əliyev səsimizə səs verəcək".
Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: “Unibank”da AÇIQ TALAN - Vətəndaşların əmanətləri ƏLƏ KEÇİRİLİB


Azərbaycanda fəaliyyət göstərən kommesiya banklarının filiallarında vətəndaşlara məxsus əmanətlərin mənimslənilməsi halları hələ də qalmaqdadır.

Qeyd edək ki, bankarın müxtəlif filiallarına rəhbərlik edən şəxslər oradakı əmanətləri talan edir.

Təbii ki, sonu həbslərlə yekunlaşsa da nəticədə vətəndaş illərlə əziyyət çəkməli olur.

DİA.AZ bildirir ki, Gununsesi.info-ya daxil olan bir xəbərdə eyni halın “Unibank”da baş verdiyi deyilir.

Məlumata görə, bankın Yasamal və bir neçə rayondakı filialında belə hallar baş verib. Bildirilir ki, bank rəhbərliyi olayın ictimailəşməməsi üçün əmanətləri mənimsənilən vətəndaşlardan möhlət istəyib.

Məsələ ilə bağlı adıçəkilən bankdan münasibət öyrənmək cəhdlərimiz baş tutmayıb.

Xatırladaq ki, buna bənzər olay bir neçə il əvvəl “Texnikabank”ın Binəqədi filialında Zal Yusifovun rəhbərliyi ilə baş vermişdi. Banka əmanət qoyan onlarla müştərinin milyonlarla vəsaiti Zal Yusifov və onun oğlu tərəfindən talan edilmişdi.

Hər iki ata-oğul buna görə uzun illər həbsə məhkum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan gömrüyündə VƏTƏNDAŞ ÇİLƏSİ: Hər şey DAHA BETƏR OLUB... - KİM(LƏR) VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİR?


Naxçıvanda hakimiyyət dəyişikliyindən sonra yerli sakinlər bəzi müsbət dəyişikliklərə ümidlənmişdi. Gözləntilərdən biri də, sərt gömrük qaydalarının yumuşaltmaqla, əhalinin maddi rifahını yaxşılaşdırmağa şərait yaradılması idi. Lakin, bu ümidlər bəzi sahələrdə olduğu kimi gömrüklərdə də özünü doğrultmadı. Məsələn, Sədərək keçid məntəqəsində qadağa üstünə qadağa tətbiq olunur, əhaliyə əvvəlkindən də az ərzaq keçirməyə icazə verilir.

Əvvəllər Türkiyədən adambaşına ayda iki dəfə 30 kilo istənilən növ ərzaq keçirməyə imkan verilirdisə, indi Sədərək gömrüyü bunu bir dəfəyə endirib. Üstülək, bu məhsulların hərəsindən hansı miqdarda gətirmək qaydasını da gömrük təyin edir. Artıq gətirilən mallar anbara vurulur, buna etiraz edənləri isə, polis tutub aparır. Onlar qaydaları pozmaq adı ilə ya 15 sutkalıq həbsə göndərilir, ya da cərimə olunurlar.

Xalqxeber.az bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib.

Şərur rayon sakini Nizami Mehdiyev deyir ki, bir şüşə qarğıdalı yağına görə, 7 sutkalıq həbs cəzası alıb:

“Ötən ay Türkiyədən gəlirdim. Yeni qoyulan qaydalardan xəbərim yox idi. Gətirdiyim malların içərisində iki ədəd 2 litrlik qarğıdalı yağı var idi. Gömrükdə dedilər ki, yağın biri anbara vurulmalıdır. Bildirdim ki, ailəm böyükdür, ev üçün almışam. Mümkün olmadı. Mən qanuni əsaslar tələb etdim. Onlar heç bir əsas göstərə bilmədikdə, aramızda mübahisə yarandı. Sonra Sədərək Rayon Plis Şöbəsinin əməkdaşlarını çağırdılar. Onlar məni tutub, Sədərək Rayon Məhkəməsinə apardılar. Məhkəmə mənə 7 sutqalıq inzibati həbs qərarı çıxardı. Əvvəllər belə şey yox idi. Uzaqbaşı malı əlindən alıb, çaya atırdılar”.

Digər rayon sakini Fizuli Rəhimov isə iki kiloqram toyuğa görə 150 manat cərimələndiyini deyir:

“Ərzaqları töküb tərəziyə qoydular. Gətirdiyim toyuq əti iki kilo artıq gəldi. Dedilər anbara vurulmalıdır, aparmaq olmaz. Xarab olacağını bildirib, etiraz etdim. Polis gəldi və məni 100 manat cərimələdilər. Dedilər ki, hara istəyirsən get, şikayət elə, tapşırıq yuxarıdan gəlib. ”

Şikayətçi bildirir edib ki, əsas qadağalar gündəlik tələbat olan ərzaq məhsullarına tətbiq olunur. Zəruri olmayan malların çəkisi artıq olanda bir o qədər də üzərinə getmirlər. Sakinlər hesab edir ki, bu qadağalar monopoliyaya görədir.

Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Məntəqəsi ilə əlaqə saxladıq. Mənqəqədən tətbiq olunan qadağaları təsdiqləsələr də, vətəndaşların həbs və cərimə olunmaları ilə bağlı iddialara cavab vermək istəmədilər. Bu iddialara Sədərək Rayon Pols Şöbəsindən də cavab ala bilmədik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İnvest-Az” ÇÖKÜR: öz aktivlərindən istifadə edə bilməyib - GƏLİRLİYİ AZALIB

“İnvest-Az”ın əməliyyat mənfəəti 1 il ərzində 40,16 faiz azalıb.

DİA.AZ Kommersant.az-a istinadla xəbər verir ki, “İnvest-Az”ın gəlirləri 4 milyon 960 min manat, xərcləri isə 4 milyon 108 min manat olduğuna görə əməliyyat mənfəəti 851 min manat olub. Bu isə 2021-ci ilin sonu ilə müqayisədə 572 min manat və ya 40,16 faiz azdır.

Mənfəət vergisini 127 min manat artıraraq 441 min manata yüksəldən şirkət il ərzində xalis mənfəətini 1 milyon 589 min manata yüksəldib. Amma buna baxmayaraq “İnvest-Az” əlində olan aktivlərin faiz gəlirliyini (ROA) faiz nisbətilə 68,10 faiz azaldıb. Belə ki, 2022-ci ilin sonunda 5,83 faiz olan ROA göstəricisi 2021-ci ilin sonunda 8,56 faiz olub.

“İnvest-Az”ın kapitalından istifadəsi (ROE) 1,18 faiz artaraq 33,51 faiz olub.

“İnvest-Az”ın gəlirləri 4 milyon 960 min manat, xərcləri isə 4 milyon 108 min manat olduğuna görə əməliyyat mənfəəti 851 min manat olub. Bu isə 2021-ci ilin sonu ilə müqayisədə 572 min manat azdır.

Mənfəət vergisini 127 min manat artıraraq 441 min manata yüksəldən şirkət il ərzində xalis mənfəətini 1 milyon 589 min manata yüksəldib. Amma buna baxmayaraq “İnvest-Az” əlində olan aktivlərin faiz gəlirliyini (ROA) faiz nisbətilə 68,10 faiz azaldıb. Belə ki, 2022-ci ilin sonunda 5,83 faiz olan ROA göstəricisi 2021-ci ilin sonunda 8,56 faiz olub.

“İnvest-Az”ın kapitalından istifadəsi (ROE) 1,18 faiz artaraq 33,51 faiz olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqil Babayevin işi üzrə verilən ittiham MƏHKƏMƏDƏ TƏSDİQİNİ TAPMIR


"ŞaurmaN1" restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə proseslərində ona verilmiş ittiham təsdiqini tapmır.

Hurriyyet.az xəbər verir ki, məntiqə uymayan ən gülünc ifadəsi ilə seçilən “zərərçəkən” Anar Aslanov isə təhsilli hüquqşünas olduğu təqdirdə Aqil Babayevin evindən pullarının oğurlandığı gün “Aqil Babayevin evinə gecə saat 23:50-də santexnik kimi kran dəyişməsi üçün getdiyini”, “istintaqda verdiyi ifadəsində isə Aqil Babayevin güya ona 306 min borclu olduğu halda evindən 520 min manat pul götürdüyünü”, “Pakdad restoran sahibi Babaşov Ş.A-ya 200 min dollar borclu olduğu təqdirdə isə güya Aqil Babayevə kasıb ailələr üçün bina tikdirməsinə görə külli miqdarda pul verdiyini” bildirmişdir. Digər “zərəçəkən” Xəyal Mustafayev “Tələbə vaxtından 20 min manat zəkat verdiyini”, “zərəçəkən” Əli Quliyev kirayədə yaşaya-yaşaya 14 min 400 manat zəkat verdiyini və digər “zərərçəkənlər” də maddi durumları kifayət qədər yaxşı olmadıqlarına baxmayaraq zəkatı mütləq şəkildə verdiklərini məhkəməyə bildirirlər.
Bundan əlavə, şikayətçilərin sözlərinə görə, Aqil Babayevin onları İmam Mehdi adı ilə aldatması və inandırmasına səbəb kimi “zərərçəkən” Aydın Niftəliyev “Aqil Babayevin onu havaya qaldırmasını, tonqalın üzərində əyləşib qanadlar çıxarmasını”, “zərərçəkən” Polad Mustafayev “Ayı bölməsini, səmada möcüzələr göstərməsini”, “zərərçəkən” Azər İslamov “Səmada, qiblədə Aqil Babayevin üzünü görməsini”, “zərərçəkən” Ömər Qurbanov “Ağacların səcdə etməsini, Aqil B. yanında Cəbrayıl mələyi görməsini”, “zərərçəkən” Natiq Sadıqov “Onu ovsunlamasını”, “zərərçəkən” Bəruz Kave “Aqil Babayevin onun yuxularına müdaxilə etməsini”, “zərərçəkən” Faiq Abdullayev “Cənnətdən bir neçə sot torpaq almasını”, “zərərçəkən” Elmar Orucov “Günahlarının pulnan sıfırlanmasını, evinin qara güvvələrdən təmizlənməsi üçün 40 min manat verməsini”, “zərərçəkən” Ramil Seyidov “Futbolda imamlığını tanınmasını”, “zərərçəkən” Fuad Məmmədov “Ərəblərin belə bilmədiyi suallara Aqil Babayevin cavab verə bilməsini” və s. göstərək dəlil və sübut olmadan onlardan hansısa uydurulmuş məbləğdə pul almalarını deyirlər.
Bütün bu ifadələrdən göründüyü kimi, Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərəçəkən” şəxslər hansısa qüvvələr himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıb yormaqla məşğuldular.
Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olurlar.
Xatırladaq ki, Aqil Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını-pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir. Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Hurriyyet.az
Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Kristal Abşeron` TƏFTİŞ OLUNACAQMI? - Narazılıqlar boğaza qədər, amma...


“Kristal Abşeron” şirkətinin tikdiyi “Qobu park 2″ layihəsində binalardan birinin əyilməsi keyfiyyətsizliyi və səhlənkarlığı üzə çıxardı”. Bunu Tribunainfo.az-a prezidentliyə keçmiş namizəd, müstəqil siyasətçi Fuad Əliyev söyləyib. Ekspertin sözlərinə görə, sözügedən tikinti firması ilə bağlı komissiya təşkil edilməlidir. F.Əliyev Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə Nəzarət İdarəsinin yoxlamalar aparmalı olduğunu vurğulayıb: “Söhbət hər yerdə reklamı gedən, insanlara hərtərəfli vəd verən bir şirkətdən gedir. Vətəndaşlar da inanır, güvənir ki, aldıqları mənzillər keyfiyyətli tikilib. Axı hansı kanalı açırsan, “Kristal Abşeron” reklamı görürsən. Bəs, bu necə olur ki, özünü təriflədən şirkətin tikdiyi bina əyilir və aşma təhlükəsi yaranır? Deməli, insanlar aldadılıb, verdikləri pullarla keyfiyyətli iş görülməyib, vəsaitlər ciblərə axıb. Ona görə şirkətin tikdiyi digər binaların keyfiyyəti araşdırılmalıdır. Bizim haqqımız çatır ki, vətəndaşların üzləşdiyi belə problemləri ictimailəşdirək, dövlətin nəzərinə çatdıraq. Dövlət tikinti şirkətlərinə nəzarəti gücləndirməlidir”.

F.Əliyev hesab edir ki, “Kristal Abşeron” binasının əyilməsi insanlarda şirkətə inamı, etimadı sarsıda bilər: “Bu fakt həm də orada yaşayanların həyatına riskdir. Onlar təhlükə ilə qarşılaşıblar. Biz eşitmişik ki, istismar müddəti bitən, qəzalı bina aşma təhlükəsi ilə üzləşə bilər, burada isə tərsinədir, yeni tikilmiş bina əyilib. Hər halda adıçəkilən şirkətin gördüyü işlərə nəzarət mexanizmi güclənməlidir”.

Bununla bağlı deputat Aqil Məmmədov da çağırış edib. O, pravda.az-a deyib ki, Qobu park – 2” yaşayış kompleksində 16 saylı binanın aşma təhlükəsi ilə üz-üzə qalması, əlbəttə, yaxşı hal deyil. “Heç birimiz vətəndaşların belə hallarla üzləşməsini istəməzdik. Lakin belə hadisə baş veribsə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirməlidirlər. Həmin binada bundan sonra yaşayışın davam etdirilməsinin mümkün olub-olmadığı barədə rəylərini bildirməlidirlər və buna uyğun təcili, operativ qaydada addım atılmalıdır. Təhlükə varsa, aidiyyatı qurumlar vəziyyətə səhlənkar yanaşmamalıdırlar. Qeyri-mütəxəssislərin analizlərinə uyğun fikir söyləməyi düzgün qəbul etmirəm. Türkiyədə baş vermiş hadisələr hər bir ölkə üçün siqnal olmalıdır. Tikinti şirkətləri qarşısında məsuliyyət qoyulmalıdır ki, gələcəkdə pis hal baş verməmiş problemlərin aradan qaldırılması üçün əllərindən gələni etsinlər” – Milli Məclisin deputatı bildirib.
Deputat bildirib ki, “Qobu park-2” yaşayış kompleksindəki 16 saylı bina sakinlərinin təhlükə altında qalmasında binanı inşa edən “Kristal Abşeron” şirkəti birbaşa məsuliyyət daşıyır: “Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarəti tikinti başa çatana qədər deyil. Tikintinin yüksək keyfiyyətlə başa çatmasında Fövqəladə Hallar Nazirliyinin də rəyi olmalıdır. Çünki neçə metr məsafədən yuxarı bina tikilirsə, FHN-nin rəyi göstərilməlidir. Bu gün “Qobu park-2”də fövqəladə vəziyyət yaranıbsa, insanlar üçün təhlükə varsa, FHN münasibət bildirməlidir. Belə də olmalıdır. Əlbəttə ki, binanı tikən “Kristal Abşeron” şirkəti də tam məsuliyyət daşımalıdır. Araşdırdıqdan, müvafiq qurumlar binanın tikintisində çatışmazlıqlarla bağlı bütün məsələləri ortaya çıxardıqdan sonra, təbii, mütləq şəkildə “Kristal Abşeron” cavab verməli olacaq ki, niyə belə hal baş verib? İnsanların həyatı üçün niyə təhlükə yaranıb? Əlbəttə, bu, çox ciddi məsələdir. İnşaat şirkətləri bu günə qədər binaları necə tikiblər, özləri bilərlər. Amma son zamanlar baş verən hadisələri nəzərə alaraq məsuliyyətli davranmaları barədə özləri özlərinə hesabat verməlidirlər. Çünki o binalarda yaşayan insan olacaq. Orada körpə uşaqlar, ahıl insanlar, xəstə qadınlar da yaşayır. Onların yaşayışı üçün lazımi şəraitin qurulması tikinti şirkətlərindən asılıdır. Kim təminat verir ki, sabah zəlzələ ola bilməz? Bütün aidiyyəti qurumlar – tikintini təsdiqləyən, razılıq verən, torpaq sahəsi ayıran qurumlar hamısı məsuliyyət daşıyır. Sabah hadisə baş verəndə istintaq işi aparılacaq. İstintaqın nəticəsində hər şey məlum olacaq ki, günhakar kimdir? Şirkət nələri yerinə yetirməyib ki, belə hal baş verib?”

Deputat Razi Nurullayev də demokrat.az-a “Kristal Abşeron” şirkətinin binalarının keyfiyyətsiz olduğunu vurğulayıb (dia.az-dan QEYD: Razi Nurullayev sonradan bu açıqlamasından imtina edib):
“Bəzi binalar insanların rahatlığı üçün lazım olan keyfiyyətlərə malik deyil. Təbii ki, iş adamı daha çox qazanmaq istəyir, buna görə onu günahlandırmaq olmaz. Çünki iş adamının pulunu alıblar və göz yumublar ki, get, nə edirsən et, təki mənim pulumu ver. Ona görə də, bəzi binalar çox gözəl şəkildə rəngli görünsə də, çox gözəl infrastrukturla əhatə olunsa da, əslində keyfiyyətsizdir. Yəni, şəkillərdə yaşıllıqların içərisində piyada keçidləri, velosiped dayanacaqları və zolaqları, xoşbəxt gülən qadınlar, uşaqlar, nənələr, babalarla əhatə olunub. Amma həmin binaya gedirsən və görürsən ki, bina bərbad gündədir. O şəkildəkindən əsər-əlamət yoxdur. Binanın “podyez”ləri təmirsiz, liftlər pis gündə, yaşıllıq sahələri isə məhv edilib. Əlavə olaraq da, digər rahatlıqlar da yoxdur”.
Onu da demək lazımdır ki, Kristal Abşeron” və təmirdən öncə kafel, oboy, daxili qapıların seçilməsi üçün müştərini ofisə dəvət edir. Amma seçim azdır. Məsələn, kafellərin rəngi məhduddur. Binalarda mənzillərin hamam və tualetləri demək olar ki, eyni dizaynda təmir olunur. Adətən, hamam və tualetin təmiri müştərinin fikri öyrənilmədən öncədən aparılır. Otaq qapıları 1 çeşiddə və 2 rəngdədir: ağ və qəhvəyi. Hamam-tualetdən başqa, otaqlara (qonaq, yataq və mətbəx) şüşəli qapı quraşdırılır. Siz şüşəsiz qapı istəsəniz, bu, mümkün deyil. Böyük məbləğdə pul ödəyib mənzil almağınıza baxmayaraq, şirkət bu istəyinizi təmin etmir və “Müştərinin hər istəyini təmin edə bilmərik” cavabı verilir. Şirkət 1 çeşiddə parket təklif edir.
Siz divarlarda xüsusilə çərçivələr, tavanda alçipandan işləmələr, spotların quraşdırılmasını və s. istəsəniz əlavə ödəniş olunmalıdır.
Şirkət mətbəxdə mebelarxası kafeli vurmur. Mənzil sahibi kafeli özü almalı və ustanın zəhmət haqqısını ödəməlidir.
Elektrik, TV, İnternet “yuvaları” ev sahibinin istədiyi yerlərdə olmaya bilər. Əlavə yerlərdə “razetkaların” qoyulması əlavə ödənişdir.
Şirkətin ustalarının mənzili keyfiyyətli təmir edib-etməyəcəyi başqa bir narahatlıqdır. 3-5 ildən sonra oboyun, kafelin, parketin qopub-qopmayacağı bilinmir. Artıq sosial şəbəkələrdə sakinlərin etirazlarına rast gəlinir.

Mənzillərdə təmirin çox da səliqəli aparılmadığı diqqəti cəlb edir. Ümumiyyətlə, “Kristal Abşeron” və “Xəzər İnşaat”ın binalarındakı təmirli mənzillər bir-birlərinə çox bənzəyir. İnsan özünü yataqxana şəraitində hiss edir.

Bazar qiymətləri ilə müqayisə etdikdə, “Kristal Abşeron” və “Xəzər İnşaat” 1 kvadrat metrin təmiri üçün təxminən 250-350 AZN ödəniş alır. Mənzil sahibi bu qiymətlərə özü mənzili ürəyi istədiyi kimi təmir etdirə bilər.

Bir mərtəbədə 7-10 mənzil olmasına qarşı, binada sərnişinlər üçün 1 lift quraşdırılır. Bu, gələcəkdə düşüb-qalxmaqda çətinlik yarada bilər. Qeyd edək ki, artıq bir çox şirkətlər 2 sərnişin, 1 yük lifti quraşdırırlar.

Mənzil sahibi damafon almaq üçün əlavə ödəniş etməlidir. Bir çox tikinti şirkətləri kimi “Kristal Abşeron” və “Xəzər İnşaat” da mənzillərin sahələrini çöldən-çölə hesablayır. Yəni, qonşu divarların, şaxtanın tutduğu sahə üçün də alıcı ödəniş edir.

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafada binəva kəndçi neynəsin? - GİLEY

Toxumçu fermer Nəsibov Adil Museyib oğlu Ağstafa DAİM-in direktoru Ramiz İmanovdan, Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarovdan şikayətçidir.
Toxumçu fermer tərəfindən Faktinfo.az saytına göndərilən məlumatda deyilir:

"2008-ci ildən toxumçu fermerəm. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində arpa-buğda əkmişəm. Bu illər ərzində aqrotexniki normalara əməl etməklə, yüksək məhsuldarlıq əldə etmişəm. Mənə 2022-ci ilin payız əkini üçün noyabr ayında KTN tərəfindən "qırmızı gül" buğda sortu olan 6 ton elit toxum verilib. Öz hesabıma isə Samux rayon Toxumçuluq Təsərrüfatı İdarəsindən 12 ton "qırmızı gül" R1 sortu olan buğda toxumu alıb, 200 hektar torpağa səpmişəm. Eləcə də, əkdiyim 200 hektar torpağın dövlət aktını, toxumun ilkin sənədlərini Ağstafa DAİM-də Tovuz Regional Mərkəzinin nümayəndəliyinə vermişəm. Daha sonra 200 hektar buğda əkininin sənədinin bir nüsxəsini özümdə saxlamaqla, Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarova da təqdim etmişəm. Hazırda portala 200 hektar əkin sahəsinin 22 hektarı vurulub, 178 hektar buğda əkini qeydiyyata alınmayıb. Beləliklə, toxumçu fermer kimi əkdiyim 200 hektar ərazinin 178 hektarına görə veriləcək subsidiyadan, eləcə də məhsul subsidiyasından məhrum edilmişəm. Bəlkə bilmirəm, halal haqqım olan 200 hektar əkinin qeydiyyatına görə, Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov, mərkəzin Ağstafa DAİM-də oturan nümayəndəsinə rüşvət verməliyəmmiş? Əgər, təmənnaları yox idisə, 200 hektar buğda sahəsi üçün qanuna müvafiq verilməli subsidiya nədən zəhmətimin qarşılığında mənə verilməsin ki?

Deyə bilərlər ki, elektron sistemdə şəxsi kabinetimə bəyan verməli idim. Yəni, əkin bəyanını sistemdə şəxsi kabinetimə oturtmalı idim. Bununla da qeydiyyat aparılmalı idi. Yaxşı, əgər mən şəxsi kabinetimdə bəyanı sistemə oturtmamışdımsa, (digər tərəfdən bunu etməyə də bilərəm, çünki 200 hektar buğda əkininin rəsmi sənədlərini Tovuz Regional Mərkəzinə təqdim etmişəm) hardan alıb yazıblar 22 hektarı? Bunu texniki səhv bilirlərsə, yazaydılar 222 hektar. Niyə 200 hektarı 22 hektar kimi qeyd edirdilər ki? Tutaq ki, mən yazıb oxuya bilmirəm, mənim sənədim doğru, düzgün sistemə vurulmamalıdır?! Axı, Ağstafa DAİM-də EKTİS otağında 4-5 şəxs bu iş üçün ayrılıb! Onlar nə işlə məşğuldurlar? Digər tərəfdən, kağız formasında Tovuz Regional Mərkəzinə sənədim qəbul olunub, Ədalət Yadigarov da sənədin bir surətini Bakıya baş idarəyə təqdim edib. Yəni, hamısı eyni vaxtda səhv edə bilərdilər, bir düşünsünlər.

Bu yazıqlar normal bir uyğunluq olmasını da unudublar. Mənə KTN tərəfindən 6 ton elit "qırmızı gül" buğda sortu verilib. Bu toxum 30 hektar əkin sahəsinə səpilməsi üçün nəzərdə tutulub. Bəs sabah nazirlikdə bir ağıllı tapılmaz ki, desin: "Sizə 6 ton elit "qırmızı gül" buğda sortu verilib ki, toxumu 30 hektar əkin sahəsinə səpin. Siz isə bunu 22 hektar torpağa səpmisiniz. Neynəmisiz, elit "qırmızı gül" buğda sortu olan toxumun qalan hissəsini, toyuq-cücəyə yedirtmisiz?"

Deməzlərmi? Deyərlər! Bu məntiq özü belə mənə qarşı qərəzin göstəricisi deyilmi?! Bu o anlama gəlmirmi ki, toxumçu fermer kimi buğda əkdiyim 200 hektar ərazinin 178 hektarını qeydiyyata almamaqla məni "bankrot" etmək istəyirlər?! Bəlkə bazara yeni toxumçu "fermer" çıxartmaq fikrləri var?

Ötən il əkdiyim sahədən 180 ton toxum satmışam, 15 ton toxumu öz torpaq ərazimə səpməyə saxlamışam. Mən bölgədə strateji məhsul hesab edilən buğdanın istehsalı ilə məşğul olan barmaqla sayılacaq fermerlərdənəm. Bunlar mənə sağol deməkdənsə, maneə və əngəl törədirlər. Ağstafa DAİM-dəkilər məsuliyyəti boynundan atır, eyni yanaşmanı Ədalət Yadigarov sərgiləyir. Hər il 40-45 sentiner məhsul əldə edən toxumçu fermerin bu il Tovuz Regional Mərkəzi 200 hektar elit və R1 repreduksiyalı əkinini nədən qeydiyyata almayıb,sualının Ədalət Yadigarova verilməsi üçün ölkə rəhbərliyinə, digər dövlət orqanlarına müraciət etmişəm."

Məsələyə münasibət öyrənmək üçün Ağstafa DAİM-in direktoru Ramiz İmanovla əlaqə saxlanılıb. Ramiz İmanov yaranmış problemin Tovuz Regional Mərkəzinə və mərkəzin Ağstafa DAİM-də yerləşən nümayəndələrinə aid olduğunu bildirib. Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov isə yaranmış problemi toxumçu fermer Nəsibov Adil Museyib oğlunun özü ilə əlaqələndirib. Direktor bildirib ki, fermerin şəxsi kabineti var. Sənədləri düzdürsə, fermer elektron sistem üzərindən şəxsi kabinetində əkin bəyanını göstərməli idi. O səbəbdən də onun əkdiyi taxıl sahəsinin 22 hektarının qeydiyyatı aparılıb. Bizlik deyil, heç bir məsuliyyətimiz yoxdur, -deyə o, bildirib.

FAKTİNFO.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Günün qoroskopu: Hər bir şəraitdən xeyrinizə istifadə edə biləcəksiniz.

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç - günə başlayarkən diqqətli və səliqəli olun. Xırda detallara, əhəmiyyətsiz faktlara fikir verin. Diqqətsizlik, ətraf aləmdən təcrid olunmağınız, hadisələrə barmaqarası, laqeydliklə baxmağınız isə sizə həm işdə, həm şəxsi həyatınızda ciddi problemlər yarada bilər.

Buğa - maraqlı tanışınız peyda ola bilər. Bu gün sizi geyiminizə görə deyil, ağlınıza görə qarşılayırlar, odur ki, onu gizlətməyin mənası yoxdur. Axşama doğru işləri unudub istirahət etmək istəyəcəksiniz. Narahat olmayın, sizə qoşulmaq istəyənlər tez tapılacaq. Əsas məsələ odur ki, bu işdə canfəşanlıq etməyəsiniz.

Əkizlər - gün istədiyiniz kimi başlamır. Ailənizdəki ab-hava heç xoşagələn deyil. Daim kiminləsə mübahisə edir və savaşırsınız. Anlaşılmazlıqlar artır. Sizin ümidinizi puç edən dostlarınızla da aranız dəyə bilər. Özünüzün haqlı olduğunuzu sübut etmək üçün sərt müzakirələr açmalı olacaqsınız.

Xərçəng - gün xoş olacaq. Həm peşəkar, həm şəxsi problemlərinizin həlli üçün şərait yaranır. Sevdiyiniz insanla münasibətləriniz düzəlir. Bir çox yaxşı insanlara kömək edə biləcəksiniz.

Şir - gzünüzü itirməyin - şəraitdən öz xeyrinizə istifadə edə biləcəksiniz. Mürəkkəb məsələlərin həlli üçün ən yaxşı vaxt isə günün ortasıdır. Diqqətinizi toplayaraq işləri səliqə ilə başa çatdıra biləcəksiniz. Axşama doğru yaxınlarınızla ünsiyyətdə problemləriniz yarana bilər.

Qız - yaman tələsirsiniz, bu səbəbdən bir çox problemləriniz olacaq. Ətrafında qadınlar olan Əqrəblər isə daha çox çətinliklə üzləşəcəklər: bu gün zərif cins nümayəndələri ilə ünsiyyət bu bürcün nümayəndələrinə heç məsləhət deyil. Yeni tanışlarınızla dil tapmaq çətin olacaq, onlarda elə də xoş olmayan təəssürat yaradacaqsınız.

Tərəzi - bütün bu çətinliklərə baxmayaraq, ən yaxşı keyfiyyətlərinizi göstərə biləcəksiniz. Özünüzü ağayana, layiqli apacaq, köməyə ehtiyacı olanlara yardım əli uzadacaq, öz prinsiplərinizə sadiq qalaraq kimsənin sizi idarə etməsinə şərait yaratmayacaqsınız.

Əqrəb - populyarlıq, diqqət, kompliment, qarşı cins tərəfindən böyük maraq arusundaydınız? Sevinin, bu gün həmin arzularınız gerçəkləşir. Əgər arzulamırdınızsa, o zaman sizinlə tanış olmaq istəyən insan ordusu ilə qarşılaşmağa hazır olun. Hətta sizin kinayələriniz də bu gün onlara təsir etməyəcək.

Oxatan -səhər çağı faydalı işlə, özü də çoxlu insanın əhatəsində məşğul olmağınız məsləhətdir. Təşkilatçılıq qabiliyyətləriniz güclənir, ömründə qapısının kandarından o yana addım belə atmayanlar bu gün sizin ardınızca dünyanın qurtaracağınadək getməyə hazırdırlar. Romantik görüşlər üçün əla vaxtdır.

Oğlaq - o qədər xoş sürprizləriniz olacaq ki! Hər bir şəraitdən xeyrinizə istifadə edə biləcəksiniz. Yeni eşqə düşməyiniz, yaxud da əvvəlki münasibətinizi təzələməyiniz və ya möhkəmlətməyiniz mümkündür. Oğlaqlar bu gün yaxınları, ailələri üçün əllərindən gələni əsirgəmirlər. Uşaqlarla ünsiyyət çox xoş olacaq.

Dolça - günün ilk yarısı az danışıb, daha çox gücü qulaqlarınıza verin, xüsusilə də həmsöhbətiniz qadınlardırsa. O qədər də etibarlı olmayan mənbədən bu gün çox qiymətli məlumat alacaqsınız. Sizin üçün çox cazibədar birindən bu gün maraqlı təklif də ala bilərsiniz

Balıqlar - yaxınlarınızı tələsdirməyin. Hadisələr istədiyinizdən daha ləng inkişaf edir, amma bununla barışmalısınız. Axşama doğru yaradıcı potensialınız artacaq. Yeni ideyalarınız peyda olacaq. Ancaq bir çətinlik var - emosional durumunuz sabit deyil, boş işlərə görə məyus olur, yaxınlarınızdan küsür və özünüzə inamınızı itirirsiniz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhməd İsmayılov: “Vergi Məcəlləsinə dəyişiklik mediamızın iqtisadi müstəqilliyini gücləndirəcək”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov APA-ya bildirib ki, bu qərar cənab İlham Əliyevin ölkə mediasına göstərdiyi diqqətin bariz nümunəsidir.

“İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Dövlətin medianın inkişafına dəstək strategiyasından bu sahə ilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azad etmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir”,- deyə Əhməd İsmayılov bildirib.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsi mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin media ictimaiyyəti adından diqqət və qayğısına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”, - deyə Əhməd İsmayılov bildirib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO