[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın altıncı günü: İmsak, iftar vaxtları


Sabah Ramazan ayının altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 28-də imsak vaxtı saat 05:05-də, iftar vaxtı isə 19:14-dədir.

Martın 28-i üçün namaz vaxtları:
Ramazanın altıncı günü: İmsak, iftar vaxtları

Altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: “İlahi, öz minnət və qüdrətinlə məni bu gün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həmzə Yusif Şotlandiyanın ilk müsəlman lideri oldu


Böyük Britaniyanın ən böyük siyasi partiyalarından birinin ilk müsəlman lideri olan Pakistan əsilli Həmzə Yusif Şotlandiyada keçirilən seçkilərdə özünün yaxın müttəfiqi Nikola Sturgeonu geridə qoyaraq, Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri seçilib.

Şotlandiya Milli Partiyasının müsəlman lideri jurnalistlərə müsahibəsində etnik azlığın nümayəndəsi kimi öz təcrübəsindən azsaylı xalqların maraqlarını qorumaq istiqamətində istifadə edəcəyini deyib.

Valideynləri Pakistandan mühacirət etmiş və Qlazqoda böyüyən Həmzə Yusif 2011-ci ildə Şotlandiya parlamentinə ilk dəfə seçilərkən ingilis və urdu dillərində and içib və hökumətin ilk müsəlman üzvü olub. O, tərəfdarları ilə birlikdə SNP-nin Şotlandiyanın müstəqilliyinə dəstək siyasi kursunu davam etdirib. Böyük Britaniya hökumətinin yeni referenduma qarşı çıxmasına və Ali Məhkəmənin uğursuzluğuna baxmayaraq, H.Yusif bazar ertəsi söylədiyi qələbə nitqində müstəqillik əldə edəcəyini vəd edib.

Martın 28-də Şotlandiya parlamenti SNP-nin lideri seçilən Həmzə Yusifi ölkənin birinci naziri postuna təsdiq edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlər Kabineti ölkədə üsyan yetişdirir: - "Quru sərhədlərin bağlı qalması..."


Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması” ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Lakin əsas məsələlərdən biri olan quru sərhədlərin açılması qərarda öz əksini tapmayıb.

DİA.AZ bildirir ki, yenicag.az-a açıqlama verən iqisadçı, keçmiş millət vəkili Nazim Bəydəmirli bunu Nazirlər Kabinetinin yarıtmaz fəaliyyəti kimi dəyərləndirib.

Qeyd edək ki, quru yolların bağlı qalması ölkəyə iqtisadi, tarizm və digər bir çox yöndən mənfi təsirini göstərir.

Daha ətraflı videonu təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gold Transport" MMC - Məhkəməlik oldu


"Gold Transport" MMC barəsində protokol hazırlanıb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Quba Rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 10.00 AZN olan şirkətin qanuni təmsilçisi, İlyas Məmmədov Ağamməd oğludur. 22.08.2017-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Quba rayonu, Barlı qəsəbəsidir.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda daha bir tanınmış tiktoker saxlanıldı


“TikTok” sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan və daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.

Gürcüstandan ölkəyə qayıdan tiktoker hava limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb.
Xatırladaq ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub.

Azxeber.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan əbədi bədbəxtliyə doğru: Əliyev-Paşinyan görüşü olacaqmı? - TƏHLİL


Cənubi Qafqazın perspektiv xəritələrində Ermənistanın coğrafi cəhətdən dar bir nöqtəyə yerləşdirilməsi gözlənilir. Hər halda, Ermənistan Qərbə yol alıb yüz illərlə qidalandığı Rusiyadan qaçdıqca onun üzərindəki qara buludlar sıxlaşır.

Rusiya Ermənistanı cəza stulunda oturtmaq istəyən planın müəllifidir, lakin əlində yüz illərdir saxladığı erməni kartını da yerə qoymaqdan çəkinmir.

Ya zəlzələdən, ya da vəlvələdən, Rusiya Ermənistanla bağlı işi “icraat”a götürüb və İrəvanın Qərbə istiqamətlənən siyasətini əridib yox etmək üçün məşqlər edir.

Rusiyanın həyəcan siqnalı ilə “döyüşə hazır vəziyyətə” gətirilməsini Azərbaycan da diqqətlə izləyir.

Rusiyanın qurduğu oyunun bu hissəsində kadrlar bir qədər dəyişilir. Çünki Azərbaycanın Ermənistan qarşısındakı tələb və şərtləri tarixi-siyasi kontekstlə yanaşı, hərbi-siyasi və strateji məna yükünə malikdir.

Azərbaycanın şərtlər həcmi Ermənistan üçün böyük təzyiqlərdir. Azərbaycan Ermənistanın bir daha işğal siyasətinə başlamaması üçün həmin təzyiq alətlərini işə salmaqda haqlıdır, çünki ortaya revanşizmə qarşı öldürücü və layiqli cavablar çıxmasa, İrəvan yenidən köhnə düşüncələrə dalaraq qisasa hazırlaşar.

Qərbə gəlincə, o, bəzi sürüşkənlikləri çıxmaq şərtilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma mərhələsinə öz töhfəsini əsirgəmir. Ancaq Qərb, Cənubi Qafqaz səhnəsində Rusiya ilə bərabər baş rol almaq üçün çox məsafə qət etməlidir.

Qərbin hərbi-siyasi gücü olan NATO hələ istədiyi nöqtəyə çatana qədər Türkiyənin gücündən istifadə edir.

Burada rollar qarışır, Türkiyə NATO üzvü kimi Cənubi Qafqazda əsas aktora çevrilir, ancaq maraqlıdır ki, bu meylini Rusiya ilə birgə əməkdaşlıqla inkişaf etdirir.

Azərbaycan isə bütün tərəflərə - həm Rusiyaya, həm NATO-ya, həm Çinə sərfəli bir dövlətdir və bunun dozasını artırmaq üçün strateji gedişlərini şaxələndirir. Cənubi Qafqaz teatrının digər dövləti Gürcüstan da aşağı-yuxarı seçimini edib və üstəgəl hökumət Rusiya ilə gərginləşən münasibətlərdə maraqlı deyil.

Ortada qalan Ermənistandır, bütün bunlar Ermənistan üçün pis xəbərlərdir. Artıq nə erməni diasporu, nə də Ermənistana havadar olanlar bu reallıqları köklü dəyişikliyə məruz qoya bilirlər, çünki bombanın fitili artıq alışıb.

Ermənistan diplomatiyası son bir ildə Azərbaycanla sülh sazişinin imzalanmasını yubada bilib, belə gecikmələr region üzərindəki manipulyasiyaları və təhlükəsizlik mühitinin zədələnməsi ehtimallarını artırır.

Ermənistanın qlobal oyunçuların regiondakı çəkişməsindən sui-istifadə edib sülh prosesini tormozlamaq istəkləri onun bədbəxtliyini gətirir.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə gözlənilən mümkün görüşə həmin bədbəxtlik gətirəcək tezislərlə getmək məcburiyyəti ilə qarşı-qarşıyadır.

Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə yeni nöqtələrə nəzarəti bərpa etdikdən sonra İrəvanın, onsuz da, az olan manipulyasiya imkanları tamamilə yoxa çıxır. Çünki bunun bir ucu sərhəddəki müəyyən əməliyyatlara gedib çıxır, ən azından, Laçın yolunun son nöqtəsində nəzarət postunun qoyulması halını misal çəkə bilərik.

Hələlik Azərbaycan rəsmi şəkildə Qarabağdakı son hərbi hərəkətliliyin tərifini göstərən termin işlətməyib. Əldə edilən yeni qazanclar antiterror əməliyyatlarının nəticəsidirmi? Zamanla detallar və nəticələr açıqlanar, lakin bilinən budur ki, Azərbaycan məqsədləri naminə istənilən addımı atmaqda inadkardır.

Bu inadkarlıq Rusiya ilə Azərbaycan arasında da gərginlik yaradır, hərçənd ki, bunun sönməyən alov kimi qalacağı real görünmür.

Ermənistan özünü Rusiyanın təşəbbüsü ilə keçiriləcək görüşlərdən uzaq tutmağa çalışır, Bakı üçün bunun o qədər də əhəmiyyəti yoxdur, təki Brüssel formatı fayda versin.

Lakin Ermənistanın Moskva mərkəzli danışıqlardan yayınması Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatların icrasında İrəvanın üzərinə düşən məsuliyyəti sual altına qoyur. Belə bir tərz Azərbaycanla Rusiya üçün müştərək maraqlar formalaşdırır.

Maraqlı budur ki, Ermənistan Brüssel platformasından da qaçır, məqsəd Azərbaycanın şərtlərini qəbul etməmək üçün presedent formalaşdırmaq və əlavə vaxt qazanmaqdır.

Ancaq müzakirələrin növbəti mərhələsinin təşkili gec-tez baş tutacaq, çünki hələ də sülhə olan ümidlər tamamilə ərşə çəkilməyib. Amma bir sual aktualdır: bu görüş Qarabağ və sərhəddə hansısa hərbi toqquşmadan sonra olacaq, yoxsa əvvəl?

İstənilən halda, düşünmək olar ki, Azərbaycan və Ermənistan liderlərinin ehtimal edilən görüşünün astanasında Bakı fərqli nəticələr üçün də çalışa bilər.

Bundan sonra danışıqların növbəti raundunun keçirilməsi daha çox Ermənistanın sərgilədiyi mövqedən asılı olaraq qalacaq.

Oxu.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“BalBadəm”də baş verən neqativ hallar… - Filialların açılışında iştirak edən Aygünə, Ədalətə, Röyaya və s böyük məbləğdə pul ödəyən “BalBadəm”…


“BalBadəm” Kulinariya mərkəzi dövlətə nə qədər vergi ödəyir..?
Azərbaycanda son onilliklərdə müşahidə etdiyimiz 2 məsələni uzlaşdırmaq və nəticə çıxartmaq istəyirik.
Deməli, Bakıda küçələrin o üzünə, bu üzünə nəzər salırsan, hər iki tərəfdə 10 metrdən bir APTEK və apteklərdə isə alıcı növbəsi... Bir küçədə bu qədər APTEK-mi olar..? Deməli, tələbat var də... İndi ikinci məsələyə nəzər salaq. Küçənin o üzü, bü üzü ictimai-iaşə müəssisələri, şirniyyat sexləri, kulinariya, biskvit və s. Adam məəttəl qalır ki, yan-yana kulinariya sexləri özləri üçün müştəriləri necə yığır...?
Adamın yadına bir-birinə söykənən göydələn binalar düşür... Nə isə əsas mövzudan kənara çıxmayaq...
Deməli, APTEK-lərlə, şirniyyat və KULİNARİYA məsələsini əbəs yerə tutuşdurmadıq. Birində insanlara qida, o birində isə dərman yedizdirirlər. Əgər qidalar keyfiyyətli olsaydı, insanların dərman-dəvaya bu qədər ehtiyacı olmazdı...
İnsanlarımıza bəh-bəhlə, reklamla qida, şirniyyat, biskvit yedirən şirkətlərdən biri də “BalBadəm” adlı şirniyyat və kulinariya şəbəkəsidir. Demək olar ki, hər gün “BalBadəm”in yeni filiallarının açılması ilə bağlı elanları oxuyuruq. Özü də bu filialların çoxu metrostansiyaların çıxışlarına yaxın, yəni “xodovoy” yerlərdə açılır. Biz hələ “BalBadəm”in öz məhsullarını necə bəh-bəhlə reklam etməsini demirik.
Təsəvvür edirsiniz, “BabBadəm”in filiallarının açılışında Xalq artistləri Aygün Kazımova, Ədalət Şükürov, Röya və digər sənət aləminin tanınmış simaları yer alır. Bu adamlar toylara neçə min manata gedir, görəsən, bu tanınmış müğənnilərin açılışda iştirak etməsinə “BalBadəm”in sahibi neçə yüz min manat ödəyir..? Ümumiyyətlə, adi bir şirniyyat və kulinariya mərkəzində bu qədər pul haradandır..?
İndi bir cəsarətli oğul lazımdır ki, “Balbadəm” Kulinariya mərkəzinin dövlətə neçə manat vergi ödədiyini və real satış dövrüiyyəsini hesablayıb ortaya qoysun. Onda məlum olacaq ki, Aygün Kazımovaya, Ədalət Şükürova, Röyaya və s ödənilən pulun yanında dövlətə ödənilən vergi qəpik-quruşdur.
Biz hələ bu qədər filialları, işçiləri, kuryerləri olan mərkəzin əmək müqavilələrindən, əmək haqqının necə ödənilməsindən, sosial ödənişlərdən necə yayınmasından və s danışmırıq. Özünü Azərbaycanın şirniyyat brendi hesab edən “BalBadem Kulinariya evi” təkcə Novruz bayramında vərəndaşlara satdığı şəkərbura, paxlava, badambura kimi bir çox milli şirniyyatlarımızın keyfiyyətinə niyə Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA ) nəzarət etmir..? Bu hələ harasıdır..?
“BalBadəm“ Şirniyyat və Kulinariya Evi onlayn qaydada yemək sifarişlərini yerinə yetirir. Və evlərə, ofislərə, şəhər kənarındakı bağ evlərinə, ümumiyyətlə, paytaxtın bütün istiqamətlərindəki məkanlara internet vasitəsilə yeməkləri, qidaları çatdırır. “BalBadəm” 100 manat məbləğdən artıq yemək sifariş edən müştərilərinə bonus olaraq 1kq Maraş dondurması və yaxud 1 kq fistıqlı türk paxlavası hədiyyə edir. “BalBadəm” istənilən vaxt şəhərdənkənar bağ evləri, Mərdəkan, Novxanı, Şüvəlan və digər ərazilərdə yaşayan müştərilər üçün isti yeməkləri sifarişçilərə pulsuz çatdırmağa söz verir. Amma...
Əmması odur ki, müştərilərin bir çoxu şirniyyatın və yeməklərin keyfiyyətindən şikayətçidir. Amma əsas məsələ bu qədər ticarət dövriyyəsinə malik olan Kulinariya evinin vergidən yayınması, vətəndaşlara aldıqları malın dəyərində çeklərin verilməməsidir. Yəqin ki, müvafiq dövlət qurumları qeyd etdiyimiz məsələləri ciddi araşdıracaqlar. Bizi izləyin. Gundelik-baku.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UNİVERSİTETDƏKİ BİABIRÇILQLARA NƏ VAXT SON QOYULACAQ?


Azfakt.az-ın elektron poçtuna GDU-nun professor-müəllim heyəti adından Sahib Tofiq oğlu Hüseynov tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidentinə, Elm və Təhsil Nazirinə, Baş Prokurora, Gəncə Şəhərİcra Hakimiyyətinin Başçısına ünvanlanmış müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi veririk:
“Cənab Prezident!
Bizim müraciət etmədiyimiz orqan, təşkilat qalmayıb. Heç bir şikayətə
məhəl qoyan yoxdur. Saytlar və sosial şəbəkələr bizim müraciətimizlə doludur,
yazılar gedəndən sonra pul verib əlaqə yarada bildikləri saytlardan bu yazıları
sildirirlər. Gəncə Dövlət Universitetində özbaşınalıq, anarxiya baş alıb gedir.
Əvvəla, respublikada bəlkə də yeganə təşkilatdır ki, rəhbərinin qəbul günü yoxdur.
Rektor qəbul günlərini ləğv edib, heç kimi qəbul etmir. Rektor işə gəlib gedən
zaman yanında gəzən mühafizəçilər insanları aralayır ki, burda durmayın, rektor
keçəcək. Dekanlar, kafedra müdirləri rektorun üzünü tədbirdən tədbirə görür.
Universiteti əslində erməni əsilli Vasif Həsənov idarə edir. Bu şəxs layihə adı
altında Fransaya baş vurub Hollandiyadan çıxır. Bu layihələrdən universitet
kollektivi indiyə kimi heç bir xeyir görməyib. Bu layihələr pul silmək, pul yemək
üçün bir vasitədir.
Rektor Yusif Yusibov Vasif Həsənovu "İnnovasiyalar departamenti"nə
direktor təyin edib. Görəsən, bu innovasiyalar departamenti tədrisdə hansı
innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı
mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə
keçirilən test imtahanlarını rektorun arzu etdiyi formada yönəldərək
saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməkdən ibarətdir. Digər xidməti
isə layihə adı altında pul silməkdir.
Vasif Həsənov həm də "İnformatika" kafedrasının müəllimidir. Bu şəxs
bütün tədris ili boyunca xarici ölkələrdə gəzir, onun dərslərini digər müəllimlər
qrupları birləşdirib keçir. Hətta universitetdə olduğu zaman da bu şəxs dərs keçmir.
Vasif Həsənovun hələ bu günə qədər dərs keçdiyini bir universitet əməkdaşı
belə görməyib. Amma universitetin sabiq rektoru, professor Yadigar Əliyev bir
günlüyünə Ali Attestasiya Komissiyasının iclasına getmişdi. Rektor Yusif
Yusibov Elmi Şurada kafedra müdirinə qışqırdı ki, mənə deməmiş gedib. Onun
bir günlük maaşı kəsilməlidir. Sual olunur, əcəba erməni əsilli Vasif Həsənov
bütün günü xarici ölkələrdədir, dərs də keçmir. Bəs onun maaşı niyə kəsilmir?
Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov yataq xəstəsidir, Mahizər
Hacıyeva, Əliqulu Quliyevin universitetdə müəllimə işləyən qızı Mətanət Quliyeva
aylarla universitetə gəlmir. Bu şəxslərin dərsləri başqa adamlar, laborantlar
tərəfindən keçilir. Bəs bunların niyə maaşı tutulmur???
Vasif Həsənovun heç bir dərs vəsaiti, elmi məqaləsi, metodik vəsaiti
olmasa belə Yusif Yusibov onu elmi şurada həyasızcasına dosent seçdirmiş və
şura üzvlərini buna səs verməyə məcbur etmişdir. Amma universitetin digər
əməkdaşlarından tələb edir ki, dosent əvəzi keçmək üçün THOMSON REUTERS
tərəfindən indekslənən jurnallarda 3 ədəd elmi məqalə, dərs vəsaiti, metodik
vəsait, nüfuzlu jurnallarda 10-dan artıq elmi məqalə və s. olmalıdır. THOMSON
REUTERS tərəfindən indekslənən jurnallarda 1 ədəd məqalə çap etdirmək üçün
500-800 dollar pul vəsaiti tələb olunur. Onu da qeyd edək ki, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası baş müəllim və
dosent keçmək üçün bu tələbləri qoymur. Bu tələblər Yusif Yusibov tərəfindən
pul qazanmaq üçün müəyyənləşdirilmişdir. Prorektor Şahin Xurşudova 3000-
5000 manat pul verəndən sonra bu tələblər arxa plana keçir. Maraqlıdır ki,
müəllimlərə baş müəllim, dosent kimi elmi adların verilməsi üçün yaradılmış
komissiyaya özünün heç bir elmi əsəri olmadan dosent adı verilən, erməni
əsilli Vasif Həsənov rəhbərlik edir.
Vasif Həsənov bu günlərdə öz adından "İnformatikanın əsasları və
informasiya texnologiyaları" adlı dərs vəsaiti yazdırıb. Bu dərs vəsaiti
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mətləb Nuruş oğlu Əlizadə
tərəfindən yazılıb. Bu kitabın bir sətirindən belə Vasif Həsənovun xəbəri
yoxdur. Vasifin xalası Gülmirə Verdiyeva işlədiyi "İnformatika" kafedrasının
əməkdaşlarını hal-hazırki kafedra müdiri İlqar Cabbarovun üstünə qaldırır,
həmişə kafedra müdirini intriqalara çəkir. Gülmira Verdiyeva da dosent adı alsa
da işlədiyi kafedranın profilinə uyğun fənlərdən tam xəbərsizdir, belə adamın
dosent olması həmin elmi adın nüfuzuna xələl gətirir. Vasif Həsənov isə
Universitet Elmi Şurasında hesabat verərkən, öz hesabatından kənara çıxıb, çıxış
edərək kafedra müdiri İlqar Cabbarovu dolayı yolla tənqid edir, kafedrada
tutulan testlərin səhv, keçilən dərslərin mühazirə və testlərinin düzgün olmadığını
və kafedra müdirinin kafedranı idarə edə bilmədiyini bildirir. Səbəb birdir.
Bunlar kafedranı parçaladıb, Vasif Həsənovun erməni əsilli xalası Gülmirə
Verdiyevanı kafedra müdiri seçdirmək istəyidir. Gülmirə Verdiyeva da pul
müqabilində öz adına həmin Mətləb Nuruş oğlu Əlizadəyə "Kompüter qrafikası"
adlı dərs vəsaiti yazdırıb. Bu dərs vəsaitinin bir cümləsindən belə bunun xəbəri
yoxdur. Bu qardaşların xalaları, bacıları, həyat yoldaşları hamısı rektor tərəfindən
universitetə işə götürülüb.
Vasif Həsənov iclaslarda danışanda onun nə danışdığını özündən başqa
başa düşən yoxdur. Azərbaycan dilində normal danışa bilməyən erməni əsilli
Vasif Həsənov tədris ili boyunca layihə adı altında Fransadakı dayılarının
yanından İtaliyaya, Yunanıstana və s. gəzir, yalandan bir iki söz əzbərləyib blum
taksonomiyası və s. kollektivə meydan oxuyur. Bir soruşan yoxdur ki,
"İnnovasiyalar departamenti" nin rəhbəri kimi universitetdə hansı texnologiyanı
gətirmisən, hansı yeniliyi tətbiq etmisən, universitet kollektivi hansı yeniliyindən
səmərə qazanıb???? Qeyd etdiyimiz kimi kompüterlə imtahan götürmək, bu
maxinasiyalara rəhbərlik edib rektora rüşvət yığmaq...
Rektor Vasif Həsənova və özünün yaxın ətrafına elmi şurada müzakirə
edimədən, elmi şuranın adından yazılmış saxta bir qərarla 2000 manatdan
yuxarı maaş verir. Amma dosentlər 700 manat, baş müəllimlər isə 400 manat,
laborantlar 280-300 manat civarında maaş alır. Novruz bayramı münasibəti ilə
digər universitetlərin rəhbərləri 200-500 manat arası bayram hədiyyəsi kimi
pul verdi. Yusif Yusibov isə təxminən 30 manat pul verdi. Özü elmi şurada
çıxış edərək dedi ki, universitetin bir aylıq büdcəsi 17 milyondur. Bunun 6-7
milyonu guya maaşa gedir. Sual olunur, qalan vəsaitin taleyi necə olur? Bu
vəsait saxta təmir və guya avadanlıq alınması adı altında talan olunur. Universitet
laboratoriyalarının avadanlıqlarının əksəriyyəti sovetlər dönəmindən qalma
avadanlıqlardır.
Cənab Prezident, Siz dəfələrlə maaşlrı qaldırmısız, amma rektor
(universitet özü-özünü maliyyələşdirir) 2020-ci ilin sonundan bizim maaşları
qaldırmır, dolana bilmirik. Vasif Həsənovun, onun arvadının, Elsevər Nağıyevin,
İsmayıl İsmayılovun, Pərviz Adıgözəlovun dərslərini o, bu birləşdirib keçir.
Amma rektor müəllimləri məcburi olaraq 12 saatdan artıq işlədir, yerində
olmayanda camaatın qəpik quruşuna göz tikir. Həftənin şənbə günləri iş günü
olmasa da dekan və kafedra müdirlərini məcburi olaraq işdə saxlayır.
Avtozavod qəsəbəsində saxladığı, ailəsini dağitdığı öz kafedrasının
müəllimi Zəhra Əliyevaya villa tikir. Universitetdə heç kimlə hesablaşmır,
yalnız Vasifə atasına göstərmədiyi hörməti göstərir. Yerevanda bir azərbaycanlı
qalmayıb. Amma erməni əsilli bu Vasifin bütün nəsli-kökü universitetdə vəzifə
daşıyır. Rektorun bütün amalı puldur, gündə bir adam tapıb 7000-8000 manata
işə götürürlər. Universitetin təsərrüfat hissəsi Mənzil-Kommunal idarəsini
xatırladır. Bir binada nə qədər bağban olar, nə qədər mühafizəçi, nə qədər
süpürgəçi olar??? Bunların çoxunun kartı rektor və prorektorun cibindədir.
Rektor Keyfiyyətin Təminatı Mərkəzi yaradıb, İsmayıl İsmayılovu ora
rəhbər təyin edib. Bu şəxs ixtisasca tarixçidir, hələ dosent belə deyil. Həmin
şöbəyə də bir neçə elmi dərəcəsi belə olmayan, savadsız cavan qızları işə
götürüblər. Bunlar isə gedib professorun,dosentin dərsində oturur, qıçını qıçının
üstə qoyub professorun, dosentin dərslərini yoxlayır, onlara irad bildirir və
nəticədə otaqdan biabırcasına qovulurlar. Bu şöbənin işi əsasən ilin əvvəlindən
sonuna qədər əllərində bir dəftər kafedra-kafedra gəzib işçilərin işə davamiyyətini
yoxlamaqdır.
Bir neçə il bundan qabaq rektor ailəsinə sataşdığı müəllimənin əri
tərəfindın universitetin qabağında vəhşicəsinə döyüldüyü üçün rektor idmançı
şəxslərdən ibarət "mühafizə xidməti" yaradıb. Universitetin nəzdində yaradılmış
İdman klubunun rəhbəri, magistr təhsili belə olmayan,7-ci sinif şagirdi
səviyyəsində biliyi və dünyagörüşü olan, "İdman klubu"nda masaj və fitnes
şöbəsi yaradan, bura ətrafdan müxtəlif qadınları dəvət edib əxlaqsızlıq yuvası
yaradan Xaqani Umudovu həm də "Mühafizə xidməti"nə rəis təyin edib. Xaqani
Umudov isə gün ərzində bir neçə dəfə əlində dəftər işçilərin və tələbələrin
davamiyyətini yoxlayır. Xaqani Umudov digər prorektorların, universitetin baş
müşavirinin işinə belə müdaxilə edir, dekanlara və kafedra müdirlərinə göstəriş
verir. Universitetdə Xaqani Umudovdan sonra prorektor 70-dən çox yaşı olan
Gülsüm Fətəliyeva, sonra İsmayıl İsmayılovun adamları, sonra prorektor Şahin
Xurşudovun adamları əlində dəftər gəlib yoxlama aparır. Bu vəzifə daşıyanların
bir-birinə inamı belə yoxdur. Nəticədə dərs və iş prosesi tamam pozulur.
Rektorun əməllərinə də Maliyyə Nazirliyinin Aparat Rəhbəri işləyən
qardaşı Cavanşir Yusibov, eləcə də Ceyhun Bayramov havadarlıq edir.
Cənab Prezident, xahiş edirik, tədbir görün, bu rüşvətxor, puldan doymayan,
camaatı, universitetin vəzifəli şəxslərini belə özünə sığışdırıb qəbul etməyən,
onlara sağır gözündə baxan bu rektoru, eləcə də onun erməni əsilli yaxın
adamlarını bu universitetdən rədd edin. Görün bunlar nə gündədir ki,
universitetin əməkdaşı olan saxladığı müəlliməni götürüb bir neçə il bundan
qabaq Bodruma kefə getmişdi, videolar var.
Şikayətlərimizə baxılmır, nə qədər müraciət etmək olar, nə qədər yazmaq
olar, tədbir görülmür, rektor deyir ki, hər dəfə yazanda şəhər prokuroru 5000
manatımızı alır, yaman rüşvətxordur. Ona görə də kollektivdən bir 20 nəfərin
birlikdə gedib rektorun iş otağında qapısını mismarlamaqdan başqa əlacımız
qalmır. Bax onda bu əsil sensasiya olacaq... Azfakt.az
Qarşı tərəfi də dinləməyə hazırıq
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki tanınmış şirkət arasında məhkəmə çəkişməsi - “Azpetrol” “Altis Qrup"a maddi ziyan vurub?


Neft məhsullarının pərakəndə və topdan satışını həyata keçirən "Azpetrol LTD” MMC məhkəməyə verilib.

İddiaçı "Altis Qrup of Kompani” MMC-dir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti maddi ziyanın ödənilməsindən ibarətdir.

"Azpetrol LTD” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 779106.70 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Ceyhun Əhməd oğludur. O, həm də şirkətin Baş direktoru vəzifəsini daşıyır. Ceyhun Məmmədov bu vəzifəyə 2015-ci ildə təyin edilib. Bundan əvvəl isə şirkətdə müxtəlif vəzifələrdə çalışıb.

"Azpetrol LTD” MMC vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olub. Şirkətin sahibi kimi onun qardaşı Rafiq Əliyev tanınıb. 2005-ci ildə Fərhad Əliyev və qardaşı dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Daha sonra müxtəlif cinayətlərdə təqsirli bilinən Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ildə sabiq nazir və qardaşı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Fərhad Əliyev həbs olunduqdan sonra "Azpetrol” şirkəti əlindən çıxıb.

"Altis Qrup of Kompani” MMC-yə gəlincə, şirkət 11 aprel 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 307 143 AZN olan şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğludur. Onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. "Altis Qrup of Kompani” MMC şüşə emalı ilə məşğuldur.Qaynarinfo

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...