[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboy icra hakimiyyətinin ŞÜBHƏLİ TENDERİ... - TƏFƏRRÜAT

Goranboy Rayon İcra Hakimiyyətinin "Goranboy şəhəri, Cəfər Cabbarlı, Rövşən Mustafayev, Yahuzər Bayramov, Salahəddin Civəzadə, Rəsul Rza küçələrində, Heydər Əliyev prospektində, “Goranboy rayonu” lövhəsinin tikintisində, Şəhidlər xiyabanı və Heydər Əliyev mərkəzinin qarşısında abadlıq işləri" ilə bağlı elan etdiyi tender başa çatıb.

DİA.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "GÖYGÖL TİKİNTİ" MMC olub. Tərəflər arasında 364.774,29 AZN-lik müqavilə imzalanıb.

Tenderə əsasən Bort daşlarının sökülməsi: beton əsas üzərində, Çalovunun tutumu 0,5 m3-ə qədər olan ekskavatorla yüklənən inşaat tullantısı: Yükləmə, Özüboşaldan avtomobil Kamaz 66115,2011 15t daşınma məsafəsi, İnşaat işləri üçün təbii qum (210 m(3)), Yonma daşdan üzlüklərin sökülməsi və.s kimi işlər görülməlidir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "GÖYGÖL TİKİNTİ" MMC-nin qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD OĞLUdur.

Xatırladaq ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizaminin icra başçısı Bədəl Bədəlova BATA BİLMİR? - MÜRACİƏT

"Sizə bu məktubu bir qrup Nizami rayon sakini adından yazırıq. Şikayətimiz isə Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlovdandır. Rayounumuzun NZS adlanan hissəsində, Babək prospektində hektarlarla torpaq sahəsi Bədəl Bədəlov tərəfindən zəbt olunub. Illər uzunudur davam edən işğal prosesi nəticəsində bu ərazidə - Neft Şirkətinin balansında olan bu torpaqlarda bütöv bir şəhər salınıb. Bu şəhərin “memarı” isə Bədəl Bədəlovdur". Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.
Nizaminin icra başçısı Bədəl Bədəlova BATA BİLMİR? - MÜRACİƏT

Müraciət müəllifləri daha sonra yazır: "Nizami rayonunun NZS ərazisində hektarlarla torpaq sahəsini “işğal edən” cütlük bu illər ərzində həmin torparlarda hər biri 1,5-2 sot ərazini əhatə etməklə minlərlə ev inşa edib, bu evlərin satışından milyonlarla manat vəsait əldə edib. Halbuki, biz sadə vətəndaşlar özümüzün, övladlarımızın mənzilə, həyətyanı əraziyə olan ehtiyacımızı təmin etmək üçün yarım sot torpaq tapa bilmirik. Bu məqsədlə dəfərlə icra hakimiyyəti və bələdiyyəyə müraciət etsək də, bizə bildirirlər ki, balansımızda rayon sakinlərinə verə biləcəyimiz torpaq sahəsi yoxdur.

Soruşanda ki, bəs niyə NZS-dəki torpaq sahəsindən rayon sakinlərinə 1 sot da olsun torpaq verilmir, İqlar adlı yetkili bildirir ki, o torpaqlar bizim yox, Dövlət Neft Şirkətinin balansındadır və bu torpaqların aqibətinə Bədəl Bədəlov qərar verir.

Artıq neçə ildir ki, Bədəl Bədəlov Nizami rayonu ərazisindəki neft torpaqlarını işğal etmək, bu torpaqlarda fərdi yaşayış evləri tikərək satmaqla məşğuldur. Onun şəxsi ambisiyaları isə Nizami rayon sakinlərini evsiz-eşiksiz qoyur. İş o yerə çatıb ki, dədə-babadan NZS ərazisində yaşayan insanlar belə övladları, nəvələri üçün rayon ərazisindən 1 sot torpaq tapa bilmir.

Neft torpaqlarının zəbt edilməsində bu torpaqların qoprunmasına cavabdeh olan Bədəl Bədəlovun yaxıdnan iştirakı isə xüsusilə təəssüf doğurur. Uzun illər Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi neft torpaqlarının kütləvi zəbtini həyata keçirən Bədəl Bədəlov, bu gün də həmin torpaqlar üzərində şəxsi biznesini davam etdirməkdədir.

Biz bütün əlaqədar dövlət qurumlarından xahiş edirik ki, Bədəl Bədəlovun Nizami rayonu ərazisindəki özbaşınalığına, qeyri-qanuni biznesinə son qoysun. NZS-dəki neft torpaqlarını zəbt olunmasının qarşısını alınsın, bu torpaqlarda inşa edilən tikililər sökülsün. Nizami rayon sakinlərinə məxsus torpaqlardan onların istifadəsinə şərait yaradılsın.

Ümid edirik ki, bu müraciətimiz öz bəhrəsini verəcək və uzun illərdir ki, davam edən bu problem nəhayət ki, öz həllini tapacaq".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq....
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rauf Vəliyev Prezidentin tapşırığına niyə əməl etmir? - Müharibə iştirakçısını "yararsız" hesab edən ASCO

Aylar öncə Vətən müharibəsi iştirakçısı Məmmədov Samran Rəffaq oğlu Publika.az-a müraciət edərək ixtisası üzrə iş tapa bilmədiyini vurğulamışdı.

Samran Məmmədov 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecindən “Gəmilərin təmiri” ixtisası üzrə məzun olub. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, onun üçün iş tapmaq müşkülə çevrilib.

Samran Məmmədov 44 günlük Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hazırda çətin durumda olan Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bir neçə dəfə müraciət edib. Lakin onun müraciətinə baxılmadığını bildirib. Lakin Publika.az bu məsələni ictimailəşdirəndən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirdilər ki, müharibə iştirakçısının problemi nəzarətə götürüləcək.

Samran Məmmədov bildirib ki, həmin yazıdan sonra onunla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dan əlaqə saxlayıblar və müəyyən sənədləri toplayaraq idarəyə gəlməsini tələb ediblər. Samran sənədləri toplayaraq idarəyə gedib:

“Danışarkən mənə "medalların vəsiqəsini götür" demişdilər. Heç bir imtahandan söz açılmamışdı. Sənədləri toplayıb, getdim. Amma heç vəsiqələrə baxan da olmadı, mənə 100 sual verdilər. Cəmi 33 sualı düz yazdım. təbii ki, hazırlıqsız olmağım bunun əsas səbəbi idi. Onlara dedim ki, məktəbi 2018-də bitirmişəm, üstündən 5 il keçib. Həmçinin müharibə görmüşəm. Bütün bu olanlardan sonra 33 düz cavab yazmışamsa, bu, yaxşı nəticə sayılmalıdır. Ora imtahan ediləcəyimdən xəbərsiz, heç bir hazırlıq görmədən getmişdim. Lakin bildirdilər ki, sizin nəticəniz aşağıdır, biz sizi işə götürə bilmərik”.
Rauf Vəliyev Prezidentin tapşırığına niyə əməl etmir? - Müharibə iştirakçısını "yararsız" hesab edən ASCO

Vətən müharibəsində iştirak edən gənclərin məşğulluq məsələləri, peşə qabiliyyətinin təkmilləşdirilməsi ölkə rəhbərinin də diqqətindədir.

Prezident İlham Əliyev 2022-ci il fevralın 18-də yeni təyin olunan icra başçılarını qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluğu məsələsinə toxunub. Dövlət başçısı bəyan edib ki, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir:

“Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”, - dövlət başçısı qeyd edib.
Rauf Vəliyev Prezidentin tapşırığına niyə əməl etmir? - Müharibə iştirakçısını "yararsız" hesab edən ASCO

Maraqlıdır, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Prezidentin tapşırığına belə əməl edir? Müharibəyə aparılarkən yararlı olan bir gənc, ixtisasına uyğun olaraq fəhlə işi istəyəndə yarasız olur?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) də Vətən müharibəsində şanlı tarix yazan Şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin işlə təminatı daim diqqətdə saxlayır:

"İndiyədək bu kateqoriyadan olan 138 nəfər ASCO-da işlə təmin olunub. Onlarin hər biri mövcud vakansiyanın tələblərinə uyğun gəldikləri üçün işə götürülüb. Ümumiyyətlə, ASCO-da Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin və bu müharibədə iştirak etmiş qəhrəmanlarımızın müraciətlərinə baxılması üçün Komissiya fəaliyyət göstərir. Komissiyanın əsas məqsədi şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarının müraciətini araşdırmaq və müvafiq qaydada cavablandırmaq, problemlərinin həlli istiqamətində tədbirlər görmək, onların sosial rifahlarının yaxşılaşdırılmasını daha səmərəli təşkil etməkdən ibarətdir".

M.Mehdiyev qeyd edib ki, sözügedən Komissiya tərəfindən Məmmədov Samran Rəffaq oğlunun da işə qəbul üçün müraciətinə müvafiq qaydada baxılıb:

"Onun üçün növbədənkənar işə qəbul imtahanı təşkil edilib. Lakin təəssüflər olsun ki, onun imtahanda göstərdiyi nəticə müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olmayıb".

Vəssalam. Bəs Prezidentin tövsiyəsi necə olsun? Axı cənab Prezident göstəriş verib ki, müharibə iştirakçılarının peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. ASCO bu yöndə Samrana hansı dəstəyi göstərib? Heç bir dəstək olmayıb, sadəcə "yararsızsan" deyib yola salıblar.

Üstəlik, mətbuat xidmətinin rəhbəri Publika.az-ı bu məsələni gündəmdə saxladığı üçün də ittiham edib: "O müharibə iştirakçısı sizin qohumunuzdur ki, bu məsələni gündəmdə saxlayırsınız?"

Bildiririk ki, Samran Məmmədov Publika.az-ın heç bir əməkdaşının qohumu deyil. Amma həm də hamımızın qohumudur. Vətən uğrunda vuruşmuş hər bir şəxs hamının qohumu olmalıdır. Ümid edirik ki, nə vaxtsa bunu ASCO rəhbərliyi də anlayar. Ona da ümid edirik ki, Prezidentin tövsiyə və tapşırıqlarına başdansovdu yanaşan qurumun rəhbər şəxslərinə də "gözün üstə qaşın var" deyən tapılar. //Publika.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruhulla Axundovun nəvəsinin qanını KİM BATIRIB? - Məhkəmə hakimi İTTİHAM OLUNUR

04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Ömərov Vaqif Zakir oğlu sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakı şəhəri Nizami rayonu, H..Əliyev prospekti 119 ünvanda yolu keçən piyada Axundov Ruhulla Rufiq oğlunu vurub. Qarşı tərəfdən gələn Quliyev Səftər Əziz oğlu isə idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili ilə yolda yıxılaraq arxası üstündə qalan piyada Ruhulla Axundovun üzərindən keçib. Səftərin maşını həmçinin “Khazar LX” markalı başqa avtomobili də vurub sürücüsünə yüngül xəsarət yetirib. Bundan başqa, zəncirvari qəza nəticəsində yolda olan “Rexton”, “Volksvagen Polo” və “Azsamand” markalı maşınlar da əzilmişlər.
Amma nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrlik etdiyi 15 noyabr 2022-ci il tarixli məhkəmə elə qərara gəlmişdir ki, piyadanın ölümünə ona sağ kənar güzgüsü ilə toxunan və yalnız yerə yıxılmasına səbəb olan birinci maşın səbəb olub, yıxıldığı yerdə üstündən keçən ikinci maşın deyil. Bununla da toqquşan avtomobillər arasında ən bahalısı olan “Porsche”nin (digərləri firma maşınlarıdır) sürücüsü Quliyev Səftər Əziz oğlunun “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar 5 noyabr 2021-ci il tarixdə elan edilmiş Amnistiyaya düşməsi təmin edilib. Maraqlıdır ki, toqquşan maşınların sahiblərinə də, zərərçəkmiş qismində tanınan ölmüş piyadanın bacısına da dəyən ziyanlar pul ifadəsi ilə təqsirkarlar tərəfindən ödənilmiş, bir-birlərinə qarşı şikayət və tələbləri olmamışdır. Bundan başqa, Ömərov Vaqif Zakir oğlunun hərəkətlərində isə cəzasını yüngülləşdirici hallar “tapılmış”, guya Ömərov Rusiyada aldığı sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək lazım olduğunu bilməmişdir. Həmçinin, ”müəyyən olunmuşdur ki”, Ruhulla Axundov həmin yerdə yeraltı piyada keçidi olsa da, yolu piyada keçidi olmayan yerdən keçmişdir. Bütün bunlar azmış kimi, məhkəmə-kimya tədqiqatı Ruhulla Axundovun qanında güclü dərəcəli alkoqol sərxoşluğuna uyğun gələn etil spirit “aşkar” edib.
Ruhulla Axundovun nəvəsinin qanını KİM BATIRIB? - Məhkəmə hakimi İTTİHAM OLUNUR

Son nəticədə məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 263.1.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Ömərov Vaqif Zakir oğluna iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Halbuki, həmin maddənin sanksiyasında cəza növünün son həddi səkkiz ildir. Amma yox, törətdiyi əməldən səmimi peşman olan Vaqif Ömərov hadisədən sonra polislərə qoşularaq meyiti morqa da aparmışdır və bu xüsusat hakim Siyavuş Hacıyevin hökmündə yüngülləşdirici hallardan biri kimi vurğulanmışdır. Ən nəhayət, mərhum Ruhulla Axundovun hüquqi varisi kimi onun bacısı tanınmışdır ki, o da qardaşının ölümünün səbəbkarları ilə barışmış, onların ziyan əvəzi olaraq ödədikləri kompensasiya ilə qane olmuşdur. Halbuki, Ruhulla Axundovla vətəndaş nikahı ilə yaşayan həyat yoldaşının hüquqi varisliyə iddiası rəsmi dövlət nikahı olmaması səbəbindən hakim tərəfindən qəbul edilməmişdir.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən və demək olar ki, qanı batırılan şəxs XX əsrdə yaşamış görkəmli alim, siyasi və dövlət xadimi Ruhulla Axundovun nəvəsidir. Tarixi bilənlərə məlumdur ki, Ruhulla Axundov 1925-1926-cı illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi olmuş, Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlamış, latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olmuşdur. Ruhulla Axundov və həyat yoldaşı Stalin repressiyasına məruz qalaraq güllələnmiş, bir oğlu Fərid II dünya savaşında döyüşərək həlak olmuşdur. Bir sözlə, bu soyadı daşıyanlara sadə ölüm yaraşmırdı, amma bu, Ruhulla Rufiq oğlunun başına gəldi. O da məlumdur ki, ötən əsrin 30-cu illərindəki repressiya dövründə “xalq düşmənlərini” Stalin özü güllələmirdi, bunu hər millətin “sapı özündən olan baltalarının” əli ilə həyata keçirirdi. Kim bilir, indi Ruhulla Rufiq oğlu Axundovun qanını batıranların zatını-kökünü axtarsaq, bəlkə də məlum olar ki, Ruhulla Əli oğlu Axundovun ayağının altını qazıb güllələtdirən mərdimazarlar bəlkə də külli miqdarda rüşvət alıb bu qərarı verənlərin babalarıdır. Ümidvarıq ki, əlaqədar orqanlar lazımi ölçü götürərək tezliklə Siyavuş Hacıyev kimi hakimləri cəzalandıracaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
'Bazarstore'da halal-haram məsələsi... - BU NƏDİ BELƏ?

"'Bazarstore'da az öncə vitrində "Manqalüstü" sosislərin bu qiymətə görüb aldım. Kassada ödənişi etdim və marketdən çıxdım. Nəsə amma çıxılan puldan ürəyimdə xal qaldı ki , elə bil çox oldu..." DİA.AZ bildirir ki, bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ruslan Abbasov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Çekə baxıram, elə 13.49 manatdan qoyublar... Qayıtdım marketə, kassirə bildirdim. Deyir, dəqiq bu sosislərdir endirimdə gördüyünüz? Ərinmədim, şəklini çəkdim, gətirib göstərdim.

Nəysə, bir bəy əməkdaş yaxınlaşdı, vəzifəlilərindən idi deyəsən, hiss olunurdu da ki yeni işçidir. Hər şey bir yana, mənə verdiyi izaha baxın: deyir bunlar deyil endirimdə olan. Bu halaldır deyir, endirimdə olan haram idi o da bitib...

Ciddidən yəni "Halal nemət 1000 bərəkət"in "haram" adı ilə buraxdığı sosislər var?.. Lap elə tutalım ki var, mən müştəri vitrinə baxıb bunu necə müəyyən edim ki siz haramı endirimə salmısız? Məncə bu işdə "Bazarstore"un maxinasiyası var. İstənilən halda diqqətli olaq..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq... 1
'Bazarstore'da halal-haram məsələsi... - BU NƏDİ BELƏ?
'Bazarstore'da halal-haram məsələsi... - BU NƏDİ BELƏ?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhəd Abıyev bu rayona icra başçısı göndərilir? - Özünün də arzusudur...

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.

DİA.AZ-ın Pravda.az-a istinadən xəbərinə görə, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyev əvəzləyəcək.

Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.

Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.

Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
”Fikrət Qafarov məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə…” - ETİRAZ

Bir ay öncə Prezidentin sərəncamı ilə Azərbaycanda cəzaçəkmə yerlərini idarə edən dövlət qurumunun – Penitensiar Xidmətin (PX) rəhbərliyində dəyişikliklər edildi. Ədliyyə general-mayoru Ceyhun Həsənov ədliyyə nazirinin müavini, eyni zamanda Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edildi və əvvəllər həmin idarənin əməliyyat rejiminin rəisi vəzifəsində çalışmış Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edildi. Məlumat üçün bildirək ki, Ədliyyə polkovniki Mirsaleh Seyidov 2016-cı ildən penitensiar sistemdə əməliyyat-rejim işinə rəhbərlik edib, böyük agenturaya və hər koloniyada işçilərin davranışı və işlərin vəziyyəti barədə məxfi məlumatlara malikdir. Şübhəsiz ki, qazanılan təcrübə və toplanmış məlumatlar yeni rəisə kömək edəcək. İctimai rəydə də M.Seyidovun penitensiar sistemdə müsbət nəticələr əldə edəcəyinə inam böyükdür. Ancaq sözügedən idarə ilə bağlı digər bir təyinat əks fikirlərə yol açır. Belə ki, bu günlərdə

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilib. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəisi vəzifəsinə Fikrət Qafarov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləyib. Məsələ burasındadır ki, F.Qafarov rəsi işlədiyi bütün cəzaçəkmə müəssisələrində qəddarlığı ilə tanınıb və “işgəncə kralı” kimi ad çıxarıb. F.Qafarovun bu günədək fəaliyyəti haqda yüzlərcə şikayət məktubundan məlumatlı olan mənbə deyir: ““Artıq biz buna öyrəşmişik. Cinayətkar, qatil hərəkətlərinə yol verən həbsxana rəisləri ya başqa müəssisəyə göndərilir, ya yüksək vəzifəyə göndərilir, ya da təqaüdlə cəzalandırılır. Bütün bu hallar məhbus və məhbus yaxınlarının həbsxanada baş verən problemlər barədə şikayət və müraciətlər araşdırılıb, ərizəçiyə cavab vermək üçün məhz ondan şikayət olunan həbsxana rəisinə göndərilməsinin nəticəsidir. Çox təəssüflər olsun ki, məhbus və yaxınlarının Ədliyyə Nazirliyinə, Penitensiar Xidməti İdarəsinə, Ombudsmana, hətta Dövlət Başçısına, əlaqədar dövlət strukturlarına müraciət və şikayətləri də eyni ilə araşdırılması üçün həmin cinayətkar həbsxana rəisinə göndərir. Rəis də artıq hazır saxladığı şablon, saxta ittihamlarla işgəncələrə məruz qoyduğu məhbusun şikayətinə cavab verir. Fikrət Qafarov da öz fəaliyyətində eyni üsuldan istifadə edib. Əgər həbsxana rəisinin kobud qanun pozuntuları və digər cinayət tərkibli hərəkətlərini məhz həmin rəisi araşdıracaqsa, istər Ədliyyə Nazirliyində, istərsə də Pentensiar Xidmətdə, ən ağrılısı isə Ombudsmanın yüzlərlə yüksək maaşla vəzifəyə təyin olunan təhqiqtçıları, müstəntiqləri və digər hüquq-mühafizə orqanlarının işçiləri nəyə görə dövlətdən ən yüksək maaş alaraq, vəzifə sahibi olurlar”

Adının çəkilməsini istəməyən başqa bir məhbus yaxını isə deyir: “Fikrət Qafarov qanun çərçivəsində vəzifə səlahiyyətlərinin icrasına yox, məhz xüsusi göstərişlə məhbusları qəddar işgəncələrlə özünəqəsd vəziyyətinə təhrik etməyə, saxlanma şəraitindən şikayət edən məhbuslara qarşı amansız olmaq tapşırığını icra etmək üçün təyin olunduğunun şahidi olduq. Tabeliyində olan həbsxana personalından istifadə edərək, məhbuslar barəsində, utanıb-çəkinmədən saxta ittihamlar tərtib etmək peşəsinin sahibi, çoxsaylı məhbus və məhbus yaxınlarının Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə faktlarla edilən müraciətlərə bu günə kimi Penitensiar Xidmətindən tamamilə həqiqətə uyqun olmayan saxta cavablar almışıq. Fikrət Qafarov qanuna müvafiq qaydada məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə, ayrı-ayrı cəzaçəkmə müəssisəsini qaydaya salmaq üçün rəis göndərilməsi biz məhbus yaxınlarını dəhşətə gətirirdi. İndi isə onun Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilməsi o təəsüratı yaradır ki, , Fikrət Qafarovun xüsusi işgəncə metodları artıq bütünı cəzaçəkmə müəssisələrin daha səmərəli istifadə olunaraq, çox məhbuslara qənim kəsiləcək. Qobustan həbsxanasında ağır şəraitdə saxlanılan imkansız məhbusların şəraitini daha dözümsüz edən həbsxana rəisi Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə bütün müraciətlər nəticəsiz qalaraq, ona gözün üstə qaşın var deyən olmadı. Məsuliyyətə cəlb edilməsi əvəzinə, ona səlahiyyətindən sui-istifadə edərək, məhbuslara qarşı qəddarlıqlarını davam etdirməyə şərait yaradılıb. Bu səbəbdən məhbus yaxınları olaraq Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirik. Müraciətimizdə həbsxana rəisi Fikrət Qafarovun barəsində heç olmasa bir dəfə də olsun qanun çərçivəsində tədbir görməlməməsi, məhbuslara qarşı qeyri-insani qəddarlıqların davam etdirilməsinin qarşısının almaq üçün tədbir görülməsinə kömək etməsini xahiş edirik” //aztoday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“OBA Market” aldatdığı müştərilərə hədiyyə təklif edir - BU DA FAKT!!!


“Veysəloğlu” Şirkətlər Qrupunun marketlər şəbəkəsi olan “OBA Market” MMC 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Ötən ilin iyulundan MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə “Veysəloğlu”nun öz kadrı olan maliyyəçi Natəvan İbrahimova irəli çəkilib.
“OBA Market” barəsində dəfələrlə müvafiq qurumlar tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokollar tərtib edilib. Belə protokollardan biri hal-hazırda baxılması üçün verildiyi Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılır.
Şirkətin əliəyri siyasəti ilə bağlı internet informasiya məkanında yetərincə şikayət və iradlar, tənqidi fikirlər vardır. Məsələn, Bildir.az saytında internet istifadəçilərinin “OBA Market”dən gileylərini ifadə edən bu kimi şərhləri qalmaqdadır.
Əbdüləli Müslümzadə, 11 iyul 2023-cü il: “Salam, terminaldan ödəniş edərkən , qəbzdə olan məbləğdən 4 AZN çox vurulub terminalda, ola bilsin səhvən vurulub, bunu ƏDV vurarkən bildim, bu məsələ ilə bağlı hara yaxınlaşmalıyam? Alış - veriş etdiyim filialdan uzaq qalıram, yoxsa, özlərinə müraciət edərdim”.
Elvin Rustemov, 18 aprel 2023-cü il: “Göyçay şəhərinin mərkəzində olan “OBAS Market” bütün marketlərdə havayı olan paketləri fürsətdən isdifadə edib 3 qəpik hesab edirlər. Vallah, belə də olmaz daa”.
Kazım Ağayev, 1 aprel 2021-ci il: “OBA Market”də qiymətlər ucuz olsa da, məhsulların keyfiyyəti çox aşağıdır, neçə dəfə vaxtı keçmiş məhsulla qarşılaşmışam”.
Bu günlərdə bu sətirlərin müəllifi də “OBA Market”in xidmətindəki yumşaq ifadə ilə desək, qüsurları ilə rastlaşıb. “OBA RETAİL CHAİN” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 40 B ünvanda fəaliyyət göstərən mağazasında vitrində qiyməti 0,99 AZN yazılmış led lampasının qiymətinin kassirin verdiyi qəbzdə 1,95 AZN qeyd edildiyini evə gedəndən sonra aşkarladım. Sonra OBA marketlər şəbəkəsinin məsul işçisi Hikmət Əliyevin telefonunu öyrənib whatsapp vasitəsilə səsli mesajlaşdım. Mağaza Hikmət Əliyev ola bilsin həmin malın qiymətinin vaxtilə endirimdə olduğunu, amma endirim kampaniyası bitdikdən sonra yeni qiyməti əks etdirən elanın asılmadığını təxmin etdiyini bildirdi.

Sonra isə aradakı təxminən 1,0 AZN (bir manat) qiymət fərqinin əvəzində narazı müştəriyə nəsə hədiyyə edə biləcəklərini təklif etdi. Ən nəhayət, ehtimal bildirdi ki, müştəri led lampaların modellərini səhv sala bilər, müvafiq olaraq fərqli modellərin qiymətləri də fərqli olmalıdır.
Təbii ki, Hikmət Əliyevin ortaya qoyduğu arqumentlər bütün hallarda tutarlı deyil. Məsələn, satılan məhsulun qiyməti endirimdə olubsa, kampaniya dayanandan sonra rəfdə qiyməti göstərən elanlar niyə vaxtında dəyişdirilməməlidir? İkincisi, tutaq ki, Hikmət Əliyev narazılığını ifadə edən müştəriyə maddi güzəşt etməyə hazırdır, bəs elə isə aldadıldığından xəbəri olmayan müştərilərin mənafeyini kim qoruyacaq? Üçüncüsü, ucuz model led lampalarının qiyməti üstündə göstərilirsə, bahalı model malın qiyməti niyə gizlədilməlidir?
Mövzuya qayıdacağıq. //azerinfo.info//
“OBA Market” aldatdığı müştərilərə hədiyyə təklif edir - BU DA FAKT!!!
“OBA Market” aldatdığı müştərilərə hədiyyə təklif edir - BU DA FAKT!!!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azay Quliyevin fəaliyyəti ARAŞDIRILACAQMI? - İTTİHAM VAR...

Asan yolla pul əldə etmək kimi xarab təfəkkür camaatın beyninə həkk olunub.
Bir təşkilat qeydiyyatdan keçirim, agentlikdən qrant alım.
Bu ölkədə də hər şey xahiş, mən ölüm - sən ölümlə aşır . Ordan - burdan bir layihə cürlüyür ( güneylilər demiş) agentliyə xod axtarır.
Bu təfəkkürlü insanlar başa düşmürlər ki, verilən qrant bir ictimai əhəmiyyət daşımalıdır.
3 xəbər portalında məlumat yaya bilmir, hətta press reliz i belə ona buna minnətə düşürlər. Bu hələ şükürlüsu . Eləsi var it dəftərində adı yoxdur, harda tədbir keçirilib və sair.
Maşallah, hamının da bir titulu var. Deputatlarla qarışıq salırsan.
At - eşşək təşkilatının dövlətə, cəmiyyətə, insanlara yararı olmayan qondarma layihələrinə niyə ölkənin milyonları verilməlidir?
Dövlət qurumları monitorinq aparmalıdır. Əgər illərdir müxtəlif sahələr üzrə maliyyələşən layihələr nəticə vermirsə, istiqaməti dəyişməlidir.
Azay Quliyev , Aygun Aliyeva sizlərə və daha yuxarılara müraciətlə bildirirəm.
Qərbi Azərbaycan məsələsi yönündə Şimali Makedoniya, Bosniyada tədbirlərin həyata keçirilməsi ölkənin hansı maraqlarına zidd sayıldı.
Heç bir ictimai əhəmiyyəti olmayan onlarla layihəyə illərdir qrant ayırırsınız.
Amma ictimai -siyasi, beynəlxalq əhəmiyyət daşıyan layihəni sorğu sualsiz rədd edirsiz.
Hansısa mantyorun, saç ustasının yazısına qiymət verirsiniz.
Bir ömür təcrübəni, 365 gün bu ölkəyə təmənnasız çalışan təşkilatlara qarşı açıq təxribat edərək, incik salmaqdasiniz.
Baxın, budur ölkəmizin reallığı ...

DİA.AZ

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO