[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Sərəncamı Elşad Həsənovun UMRUNDA DA DEYİL... - BU NƏDİ BELƏ?

Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və həmin iclasda Prezident İlham Əliyev paytaxt Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Ölkə rəhbəri tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu da vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkəmizin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət daha da artırlacaq.

Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur. Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə Eldar Əzizov qeyd edir ki, “Son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, bəzi icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və hətta onlar qanunsuz tikintilərin geniş vüsət almasına şərait də yaradırlar”.
Prezidentin Sərəncamı Elşad Həsənovun UMRUNDA DA DEYİL... - BU NƏDİ BELƏ?
Prezidentin Sərəncamı Elşad Həsənovun UMRUNDA DA DEYİL... - BU NƏDİ BELƏ?
Prezidentin Sərəncamı Elşad Həsənovun UMRUNDA DA DEYİL... - BU NƏDİ BELƏ?
Prezidentin Sərəncamı Elşad Həsənovun UMRUNDA DA DEYİL... - BU NƏDİ BELƏ?

Bütün bunlara baxmayaraq, bu gün də Bakı şəhəri, Yasamal rayonu ərzisində həyata keçirilən tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək olduqca müşkül məsələdir. Məsələn, adicə bir faktı qeyd edək ki, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi 6 e ilə Əli bəy Hüseynzadə küçəsinin kəsişməsində yerləşən obyektin sahibi Teymurov Fəxrəddin İbrahim oğlu Deryaz.az-ın əməkdaşına verdiyi açıqlamasında qeyd edir ki, “Obyektimizin zirzəmisində başqa bir obyekt fəaliyyət göstərir. Həmin obyektin sahibi xeyli vaxtdır ki, bizim obyektə məxsus giriş qapısının 2 metr hissəsini zəbt etmiş və orada özləri üçün əlavə sahə yaratmışlar. Bundan əlavə, obyektimizin giriş qapısını 3 metr hündürlüyündə dəmir konstruksiya ilə də bağlamışdır. Belə bir qanunsuzluq işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Prokurorluğuna,Yasamal Rayon Prokurorluğuna və aidiyyatı üzrə digər dövlət qurumlarına həm yazılı, həm də şifahi formada şikayətlərimizi çatdırsaq da, təəssüflər olsun ki, indiyə kimi bu yöndə lazımi tədbir görülməmişdir.
Qeyd edim ki, bizim obyektin zirzəmisindəki obyekt sahibinin atdığı addımların varlığı səbəbindən, obyektimizin giriş qapısı tamamilə bağlanmışdır, ümumi görüntü məhdudlaşdırılmışdır, binanın ön hissəsinin görüntüsü də bağlanmışdır. Bundan əlavə, həmin obyektin sahibi binanın çöl hissəsində, hansı ki, piyadaların gəlib-keçdikləri səkinin 2 metr hissəsini də zəbt etmişdir. Ümumiyyətlə, layihə planında zirzəmidəki obyektə dair giriş qapısı nəzərdə tutulmayıb. Faktdır ki, görülən işlərə dair heç bir rəsmi sənəd yoxdur və bunların hamısı qeyri-qanuni işlərdir. Bəli, ünvanladığımız şikayətimizlə bağlı əraziyə baş çəkən Yasamal RİH Aparatının Əhməd adlı əməkdaşı da, görülən işlərin qeyri-qanuni işlər olduğunu bildirdi. Hal-hazırda obyek sahibi qeyri-qanuni tikinti işlərini davam etdirməkdədir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əməkdaşı da görülən işlərin qeyri-qanuni olduğunu, bu haqda Yasamal RİH Aparatı tərəfindən lazımi tədbirlərin görəcəyini vurğulasa da, hələ də həmin obyektin sahibinə bir kimsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır”. Bu da bir çox şübhələrin baş qaldırmasına yollar açır.

Bütün bunlar onu söyləməyə əsas verir ki, cənab Elşad Həsənovun icra başçısı olduğu Yasamal rayonu ərazisində, ələlxüsus Zivər bəy Əhmədbəyov küçəsi ilə Əli bəy Hüseynzadə küçəsinin kəsişməsində qanunsuz tikinti işlərinin davam etdirilməsi, həmçinin bəzi vəzifə sahiblərinin şəxsi maraqların təmin olunması, bu gün də Yasamal RİH Aparatının əməkdaşları üçün daha əhəmiyyətli addım hesab olunur.
Yasamal rayon İcra Hakimiyyətinin açıqlamasında bildirmişdi ki, qonşu, şikayətçi ilə ya razılaşmalı, ya da quraşdırdığı dəmir konstruksiyanı sökməlidir. Əks təqdirdə tikinti dayandırılacaq. Təssüf ki, cənab başçının dediyi sözlərdən bir həftə keçməsinə baxmayaraq nə qonşu, şikayətçi ilə barışıb, nə də ki, dəmir konstruksiya sökülüb. Əksinə, təmir- tikinti işləri davam etdirilir. Belə yerdə deyirlər ki, torbada pişik var.
Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn tələblərə lazımi səviyyədə əməl olunardı. Deməli, ….

Mövzuya qayıdacağıq.
Deryaz.az



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Milli Kitabxanasına asılqanlar və qarderoblar alınır - 738 min AZN-ə


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "BİLGƏ QRUP" QSC olub. Tərəflər arasında 736.704,21 AZN-lik müqavilə imzalanıb.

Müqaviləyə əsasəb Azərbaycan milli kitabxanası (Qarderob) divar boyu açıq rəfli asılqan, Radiator üzlüklü asılqanlı dolab, dəmirayaqlı asılqan və.s avadanlıqlarla təmin olunmalıdır.

Bildirək ki, nizamanamə kapitalı 2000 AZN olan "BİLGƏ QRUP" QSC-nin qanuni təsmilçisi ELVİN İSMAYILOV SAHİB OĞLUdur.

Xatırladaq ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Kərim Tahirovdur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Masazırda gölü qurudub sənədsiz evlər tikən “Gold House” icra başçısı ilə necə anlaşıb? - Dövlət qurumları qanunsuzluqları görməkdə niyə çətinlik çəkir

Şəhərsalma və Arxitektura Komitəsi Masazırda baş verənlərə niyə göz yumur?

Abşeron rayon Masazır qəsəbəsi göl adlanan ərazidə dayanmadan sənədsiz həyət evlərinin tikintisi davam edir.

Ötən həftə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən zibilli göl deyilən ərazinin doldurularaq yerində sənədsiz evlərin tikilməsi ilə bağlı oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, tikinti işlərini Elçin, Xəyal və Səyyab adlı maklerlər həyata keçirir.

Ərazidəki gölü müxtəlif zibil vasitələri ilə dolduran maklerlər, tikinti üçün heç bir icazə sənədlərinin olmamasına baxmayaraq, tikinti işlərini rahat şəkildə davam etdirirlər.

Əldə etdiyimiz məlumata görə göl adlanan ərazidə tikilən yüzlərlə həyət evinin tikintisinə “icazə” Abşeron rayon İcra Hakimiyyətindən verilib. Tikinti həyata keçirən maklerlərin hər ev üçün İcra Hakimiyyətinə sahə və hündürlüyündən asılı olaraq 2500-4000 manat arası vəsait ödədiyi bildirilir.

Dərc edilən yazıdan sonra həmin ərazidə tikinti işləri görən “Gold House” Masazir adlı bir şirkətin rəhbəri Elçin adlı şəxs redaksiyamıza zəng edərək məsələyə münasibət bildirdi.
Masazırda gölü qurudub sənədsiz evlər tikən “Gold House” icra başçısı ilə necə anlaşıb? - Dövlət qurumları qanunsuzluqları görməkdə niyə çətinlik çəkir
Masazırda gölü qurudub sənədsiz evlər tikən “Gold House” icra başçısı ilə necə anlaşıb? - Dövlət qurumları qanunsuzluqları görməkdə niyə çətinlik çəkir

“Gold House” Masazir şirkətinin sahibi Elçin adlı şəxsin açıqlamasında deyilir: “Biz kanalzasiya sularının axdığı və üfunət iyi verən gölü dolduraraq tikinti işi görürük. Bu işimizə görə hər kəs bizə təşəkkürünü bildirir. Çünki çirkab içində olan ərazidə yeni evlər tikərək vətəndaşlara xidmət edirik.

Ərazidə evlərin tikilməsi üçün dövlət qurumlarının rəsmi icazəsinin olmadığını Elçin adlı şəxsə bildirdikdə isə o qeyd etdi ki, “heç bir tikinti icazəsiz tikilə bilməz, sənədimiz olmasa da, cavabdeh olan qurumdan icazə alırıq”.

İş adamı “cavabdeh olan qurumun” hansı qurum olduğunu isə bildirmədi.

AzFakt.com-un əldə etdiyi məlumatda qeyd edilir ki, ərazidə tikinti işləri həyata keçirən maklerlər Abşeron rayon İcra hakimiyyəti ilə “anlaşıblar”.

Məhz Elçin adlı iş adamınında cavabdeh qurum dedikdə Abşeron icra hakimiyyətini nəzərdə tutduğunu deyə bilərik.

Hazırda ərazidə 300-ə yaxın ev tikilib və tikinti işləri sürətlə davam edir.

Ərazidə tikilən yüzlərlə evlərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xəbəri yoxdur. Yəni tikinti işləri Abşeron rayon icra Hakimiyyətinin “icazəsi” ilə gizli həhata keçirilir.

AzFakt.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nahid Bağırovun rəhbəri olduğu rayondan XƏBƏRİ VARMI?.. - Görünəni odur ki...


…Hər dəfə Qəbələ, yaxud Şəki istiqamətində səfər edəndə, adətən, Muğanlı-İsmayıllı yoluna üstünlük verirdim. Lakin ötən ilin dekabrında Şəkidə olarkən güclü qar yağdı. Odur ki, o vaxt Qəbələ-İsmayıllı yolunun təhlükəli ola biləcəyini nəzərə alaraq Bakıya dönərkən Ağsu yolu ilə gələsi oldum. Girdimançayı keçəndən bir qədər sonra yolun solunda illər öncə qoyulmuş və artıq rəngi tam olaraq soluxmuş lövhə diqqətimi cəlb etdi. Rənginin solması bir yana, lövhə üzərindəki “Yaxşı yol” yazısındakı iki sözün 3 hərfi yoxa çıxmışdır (fotoşəkil təqdim olunur).

İsmayıllı və Ağsu rayonlarının sərhədini bildirən bu lövhənin bu halı məni xeyli təəccübləndirdisə də, çox dərinə getmədim. Düşündüm ki, ismayıllılar yəqin ki, bunu görüncə tezliklə əncam edərlər.

***

…O vaxtdan 9 ay sonra yenidən Şəki tərəfə yolum düşəsi oldu. Muğanlı-İsmayıllı yolunda geniş yenidənqurma işləri getdiyini nəzərə alaraq bu dəfə də Ağsu yolu ilə gedəsi oldum.

Ağsunu keçib Girdimançaya yaxınlaşanda yuxarıda barəsində söz açdığım lövhənin digər üzü, yəni əks tərəfi diqqətimi cəlb etdi. Əfsuslar olsun ki, orada da “İsmayıllı rayonu” sözündəki “y” hərfi yerində yox idi (fotoşəkil təqdim olunur). İki gün sonra geri dönəndə lövhənin yanında dayanaraq onun hər iki tərəfinin fotosunu çəkdim. Fotolardan göründüyü kimi, 9 ay ərzində heç nə dəyişməyib. Yenə həmin soluxmuş lövhə və iki üzündəki xoş olmayan mənzərə.
Nahid Bağırovun rəhbəri olduğu rayondan XƏBƏRİ VARMI?.. - Görünəni odur ki...

Maraqlıdır, kifayət qədər intensiv hərəkətin olduğu bu magistral yolda o tərəfə, bu tərəfə gedənlər, görəsən, bərbad halda olan həmin lövhəni təkrar-təkrar görürkən nə düşünürlər? Mən hələ əcnəbi qonaqları demirəm. Bu biabırçılıqdır! Bu mənzərəni görənlər kimi və ya kimləri qınayırlar? Yəni, İsmayıllı rayon rəhbərliyinin bundan xəbəri yoxdur?! Yəni, bunu onlara irad tutan da olmayıb?! Mən əminliklə deyə bilərəm ki, İsmayıllı-Muğanlı yolu yenidən qurulmaqda olduğundan ən azı son bir ilə yaxındır ismayıllılar, təbii ki, həm də rayon rəhbərləri mütləq şəkildə Qaraməryəm-Ağsu-Muğanlı yolundan istifadə edirlər və bu gün də istifadə etməkdədirlər. Necə ola bilər ki, həftədə bir neçə dəfə Bakıya gəlib-getdiyi deyilən icra başçısı Nahid Bağırov özü həmin lövhənin bu halını görmür??? Bəs onun onun müavinləri, rayonun digər məsul vəzifə sahibləri o acınacaqlı mənzərəni görmürlərmi?! Bəs həmin yola nəzarət edən, o yoldan istifadə edən digər məmurlar necə?! Ötən bir ilə yaxın müddət ərzində xidməti işi ilə bağlı o yoldan ötərək İsmayıllı rayonuna ezamiyyətə gedən məmurlar da bunu görməyiblər?!
Nahid Bağırovun rəhbəri olduğu rayondan XƏBƏRİ VARMI?.. - Görünəni odur ki...

Birdə ki, bu boyda aşkar ayıblı lövhəni görməyənlər İsmayıllıdakı ətaləti, məmur özbaşınalığını, rayon rəhbərlərinin insanların gündəlik qayğı və problemlərinə olan biganə və sayğısız münasibətini haradan görəsidirlər?! Şəxsən mən o düşüncədəyəm ki, rayonun girişindəki tanıtım lövhəsi əgər bu vəziyyətdədirsə, indi görün, İsmayıllının özü nə gündədir?! Çox güman ki, hər dəfə o lövhəni bu vəziyyətdə görənlər də elə bu düşüncədədirlər.

***

Bu qeydləri oxuyan ismayıllılar nə düşünəcəklər bilmirəm, amma şəxsən mən çox narahatam ki, vəziyyət bu cür davam edərsə, lövhədəki digər hərflər də bir-bir yoxa çıxacaq, beləliklə də “İsmayıllı rayonu” özü tam olaraq gözdən itəcək…

Asif MƏRZİLİ

P.S.Düşünürəm ki, ötən 9-10 ay ərzində bu mənzərəni sadəcə seyr edən icra başçısı və onun komandası tədbir görmək istəməyibsə, mən bu yazını cənab Prezidentin və Prezident Administrasiyasının rayonları kurasiya edən aidiyyəti şöbə müdirinin tvitter səhifəsinə yerləşdirim. İnanıram ki, bundan sonra həm İsmayıllının adından yoxa çıxmış həmin hərflər yerinə qayıdacaq, həm də İsmayıllının idarəçiliyindəki məmur məsuliyyəti…

P.P.S.Yeri gəlmişkən, icra başçısı Nahid Bağırovu da qınamalı deyil… Bir ildən çoxdur başı fermer Teyyub Abdullayevlə məhkəmə çəkişməsinə qarışıb və fermeri ikinci mövsümdür taxıl əkməyə qoymur. İş məhkəmədədir və artıq icra başçısı 4-cü dəfədir məhkəmədə fermerə uduzur. Və gülməli, bəlkə də ağlamalıdır ki, o boyda başçı məhkəmə qərarına əsasən, özünün taxıl əkinini qadağalayan qanunsuz və əsassız sərəncamını özü də ləğv edib… Qısası, fermerin problemini həll etməli olan başçı özü fermerə problemlər yaşatmaqdadır... //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllıda NƏ İŞLƏR ÇEVRİLİR: Özü yeyir, başçını hədəf göstərir... - İLGİNC FAKTLAR


Təxminən üç ay əvvəl İsmayıllı rayonunda yerli Suvarma Sistemləri İdarəsinin (SSİ) tabeliyində olan Aşıqbayramlı kəndi ərazisindəki su anbarının SSİ rəisi Elşad Quliyev tərəfindən həm də gəlir gətirən istirahət mərkəzi kimi istifadə olunmasından, orada özü üçün balıqçılıq təsərrüfatı yaratmasından, ərazidə bəndin üstündə besedkalar qoydurmaqla çay, pivə və sair şeylər satdırmasından yazmışdıq.
İsmayıllıda NƏ İŞLƏR ÇEVRİLİR: Özü yeyir, başçını hədəf göstərir... - İLGİNC FAKTLAR

Bildirmişdik ki, bəndin üstündən avtomobil yolunun olmasına baxmayaraq, həmin yoldan istifadə etməyə qadağan qoyulub və bu səbəblə bəndin girişinə mühafizə postu qoyulub.

Bu mövzuda qələmə aldığımız ötən məqalədə o da qeyd olunurdu ki, Elşad Quliyev bir qrup savadsız idmançını qabağa verməklə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub. Sitat: “Belə ki, həmin göldən həmişə insanlar “atma qırmaq” deyilən vasitə ilə balıq tutublar. İndi isə təzə rəis köhnə bazara yeni qayda gətirib. Əraziyə gələn ətraf kənd və İsmayıllı sakinləri balıq tutmağa buraxılmır, hətta idmançılar tərəfindən döyülərək yola salınır. Baş verən özbaşınalıqlara həm rayon polisi, həm prokurorluğu göz yumur. Rəis Elşad Quliyevin idmançılardan ibarət bandası göldə sintetik tor ataraq balıqları kütləvi şəkildə tutub satır, hətta bu məqsədlə Elşad Quliyev idmançılar üçün motorlu qayıq da alıb verib, hansı ki, belə su anbarlarında motorlu qayıqdan istifadə qanunla qadağan olunub və qayıq idarə etmək üçün su polisinin razılığı və sürücülük vəsiqəsi tələb olunur. Rəis Elşad Quliyev isə ölkə qanunlarını saya salmadan öz biznesini genişləndirməkdə davam edir”.

Sonradan Elşad Quliyev mətbuata belə bir informasiya ötürdü ki, guya İsmayıllı RİH-nin başçısı cənab Nahid Bağırov onun rəis təyin olunduğu qısa müddət ərzində gördüyü təqdirəlayiq işlərdən xəbərdar olub, su anbarında ümumi durumun müsbətə doğru dəyişdiyini görüb və belə bir tapşırığını verib ki, yaxın ərazidə yaşayan sakinlərin, şəhid ailəsi üzvlərinin, qazilərin, müharibə veteranlarının və imtiyaz sahibi olan digər şəxslərin isti yay günlərində rahat istirahət etmələri üçün, Aşıqbayramlı kəndi ərazisindəki su anbarının yaxınlığında istirahət mərkəzi inşa olunsun və ümumi işlərə nəzarəti Elşad Quliyev həyata keçirsin. Bir sözlə, Elşad Quliyev istirahət mərkəzinin inşası təşəbbüsünün məhz başçıdan gəldiyini ictimai rəyə sızdıraraq dolayısı ilə oradan gələn gəlirlərin də başçıya çatdığına eyham vurub. Həmçinin Elşad Quliyev yazdırıb ki, bəs bu ünvanda isti çay, kofe və dondurma satılır, hər hansı spirtli içkidən söhbət gedə bilməz.
Ola bilsin ki, Elşad Quliyevin “vur” dediyi idmançıların arasında Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailəsi üzvləri vardır. Elə qurulan besedkaların qonaqları, eləcə də torla balıq tutdurduğu şəxslərin arasında da bu kateqoriuyadan olan adamlar az deyil. Amma bu, Elşad Quliyevin qanunsuzluğa rəvac verməsinə heç də haqq qazandırmır.
Elşad Quliyevlə bu dəfəki telefon təmasımız İsmayıllı SSİ-nin balansında olan, bir müddət əvvəl kəsilərək oğurlanmış dəmir su borularının aqibəti barədə oldu. İdarə rəisi fakt barədə polisə xəbər verildiyi və məsələnin hələ də prokurorluqda araşdırıldığını söylədi. Amma oğruların tutulub-tutulmaması, hansısa cəza tədbiri görülüb-görülməməsi barədə heç nə demədi, bunu hüquq-mühafizə və cinayət təqibi orqanlarından soruşmağımızı tövsiyə etdi. Daha sonra mühəndis Tərlan Gərayevə zəng vurub eyni sualları verdik. T.Gərayev cəmi dörd aydır işlədiyini, son vaxtlar isə cərrahi əməliyyata məruz qaldığı üçün bir müddət işə çıxmadığını deyərək, məlumatsız olduğunu dedi. Həm də bildirdi ki, indi idarədə işi dəmir borularla deyil, torpaq və beton kanallarla bağlıdır.

Qeyd edək ki, boruların kəsildiyini, hətta bir çoxunun kənarda atılmış vəziyyətdə qaldığını əks etdirən video-görüntülər əlimizdədir. Boruların aralarında köhnə, paslı olanlar da az deyil. Ola bilsin ki, oğurlanmış borular köhnəlmə, sıradan çıxma səbəbindən yeniləri ilə əvəz olunmaları barədə qərar qəbul edilmiş olsun və hətta yenilənmə prosesi başlamılş da olsun. Amma bu o demək deyil ki, onlar mühafizə olunmalı deyildilər. Əvəzlənmə məqsədiylə çıxarılsaydılar belə, atılmalı deyildilər. Onları metal qəbulu sexlərinə aktla satıb pulunu idarənin hesabına mədaxil etmək olardı. Yeri gəlmişkən, nəhəng diametrli həmin boruların kəsilib aparılması xəlvət görülməsi mümkün iş deyil; qaynaq vasitəsilə kəsilən boruları qaldırmaq üçün ekskovator, daşımaq üçünsə iri yük maşınları işləyib. Maraqlı nüans həm də odur ki, mühəndis Gərayev hazırki vəzifəsinə təyin olunmazdan əvvəl bir müddət işsiz, qazancsız qalıbmış, daha əvvəl isə 25 il metallurgiya sahəsində işləyib, yəni, dəmirin “dilini”, qiymətini yaxşı bilir. Düşündürücüdür, deyilmi?
İbrahim Hümbətov //azerinfo.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir müavininin atasına qarşı 13 milyonluq DƏLƏDUZLUQ


Rusiya energetika nazirinin müavininin atasına qarşı 13 milyon rubldan çox (təxminən 234 min manat) dələduzluq edilib.

Zəng edən şəxs özünü Mərkəzi Bankının əməkdaşı kimi təqdim edərək naməlum şəxslərin onun bank hesabına daxil olmağa çalışdığını bildirib.

İddialara görə, pulu qorumaq üçün cinayətkar onların çıxarılaraq FSB əməkdaşına təhvil verilməsini təklif edib. O, “bank işçisi”nin verdiyi məlumata görə, Mərkəzi Banka pul köçürməli olub. Beləliklə, təqaüdçü 12 milyon rubldan çox pul itirib.

Fırıldaqçılar onu telefonunu uzaqdan idarə etmək üçün proqram yükləməyə inandırdıqdan sonra təqaüdçü daha bir milyon rubl itirib.

Lent.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Körpələrimiz görün, kimlərə əmanətdir? - İTTİHAM VAR!

Uşaq bağçaları, körpələr evi problemi uzun illərdir ki, davam edir. Təkcə bir faktı qeyd edək ki, uşaq bağçaları və körpələr evində çalışan müəllimələrin, müdirələrin çoxunun ali təhsili, bəzilərinin isə ümumiyyətlə, orta ixtisas təhsili yoxdur. Belə olan halda məktəbəqədər körpələri məktəblərə necə hazırlamaq olar..?
Biz hətta uzun müddət uşaq bağçaları və körpələr evinin icra hakimiyyətlərinə tabe etdirilməsindən sonra yaranan xeyli sayda problemləri demirik. Ümumiyyətlə, rüşvət və korrupsiya hətta uşaq bağçalarına və körpələr evinə də yol açıb. Uşaq bağçalarının, körpələr evinin müdirləri, tərbiyəçilər, dayələr dövlətin uşaqlar üçün ayırdığı ərzaq və qidaları mənimsəyirlər.
Bu hələ harasıdır..? Uşaq bağçalarında, körpələr evində “ölü canlar” kimi xeyli sayda tərbiyəçi, dayə, gözətçi kağız üzərində fəaliyyət göstərir, yəni onların adı işdə getsə də, özləri işə gəlmir və onların əmək haqqlarını bağça müdirləri alıb mənimsəyirlər.
Dəfələrlə canlı videomateriallarda uşaq bağçalarında körpələrin incidilməsinin, hətta döyülməsinin şahidi olmuşuq.
Paytaxt Bakının böyük rayonlarından biri olan Yasamal rayonunda da 50-dən artıq uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Yasamal Rayon İcra Hakimiyyətinin saytındakı Yasamal rayonunda yerləşən məktəbəqədər uşaq müəssisələrinin 54 №-li körpələr evi – uşaq bağçası da var. İnşaatçılar pr.40 ünvanında yerləşən bu uşaq bağçasına Sultanova Gülnarə Fəxrəddin qızı rəhbərlik edir.
Ümumiyyətlə, bu körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı dəfələrlə sosial şəbəkədə yazıblar, valideynlər şikayət ediblər. Bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılması burada adi hal alıb. Bundan başqa faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsi də ciddi araşdırılmalıdır.
Bəli, Gülnarə Sultanova uşaq bağçasını özünün şəxsi obyektinə çevirib. Bu azmış kimi Gülnarə Sultanova əlavə 3-4 uşaq bağçasına da “ağbirçəklik” edir... Bu məqamda Gülnarə Sultanovanın özəl həyatına toxunmadan qeyd etmək istəyirik ki, uşaq bağçaları, körpələr evi həm də TƏLİM-TƏRBİYƏ məkanıdır. Gülnarə Sultanova kimilərin burada çalışması məqsədəuyğun deyil. Yəqin söz sahibi nə demək istədiyimizi başa düşəcək...
Şikayətçilər deyir ki, Gülnarə Sultanova ancaq bir söz bilir: “Bağçada boş yer yoxdur...” Amma pulu görən kimi hansısa sirli qüvvə uşaq bağçasında bir dəqiqəyə yer boşaldır, ya da yeni yer açır...
Gülnarə Sultanova həm də maklerlik edir, uşaq bağçalarının ərazisinin satılıb-alınmasında iştirak edir... Yəni bu adam üçün pul hər şey deməkdir...
Bütün bunlar azmış kimi redaksiyamıza daxil olan bir məlumat xeyli təəccübümüzə səbəb oldu. Deməli, Gülnarə Sultanova və onun bina tikən mərhum həyat yoldaşı bağçanın ərazisini zəbt edərək orada hündürmərtəbəli bina tikiblər. Bu, başqa yazının mövzusudur. Bu hələ harasıdır..?
Deməli, Gülnarə Sultanova həm də talış separatçısı, ölkəmizə qarşı xaricdən təbliğat apara-apara dünyasını dəyişən Əlikram Hümbətovun qohumu imiş...
İndi söz Bakı Şəhər Təhsil İdarəsinindir. Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kraun ko” şirkəti kombaynçıların haqqını vermir… - NARAZILIQ VAR!

Füzuli, Beyləqan və Ağcabədi ərazisində taxıl tədarükü ilə məşğul olan “Kraun ko-R” MMC şirkəti işlətdiyi 20 yaxın işçilərin, kombaynerlərin pulunu vermir. Beyləqanlı şikayətçilər bizimlə söhbətdə bildirillər ki, onlar taxıl biçini vaxtı şirkətə məxsus ərazidə taxıl və arpa bicini ilə məşğul olublar. Lakin aylardır ki, onlar öz haqlarını ala bilmirlər. Onlar hər dəfə pullarını tələb etdikdə, şirkətin məsul şəxsləri olan Hətəm və Şakir adlı şəxslər müxtəlif bəhanələrlə vədlər verərək, vaxt qazanır, nəticədə yenə də pullarını vermirlər.
RealMedia.az xəbər verir ki, artıq əməyi istismar olunan kombaynerlər üzləşdiklər problemlərdən dolayı aidiyyəti qurumlara müraciət etmək zorunda qalıblar.
Şikayətçilər qeyd edirlər ki, bu günləridə onlar “Kraun ko” şirkətinin Beyləqanda (Haramıda) yerləşən ofisinə gedərək pullarını tələb ediblər. Şirkətdən isə onlara hər dəfə olduğu kimi bu dəfədə həftə içi pullarının veriləcəyinə vəd verilib.
Qeyd edək ki, “Kraun ko-R” MMC Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan ən böyük şirkətlərdən biridir.
İddialarla bağlı yazıda adı keçən şirkətin mövqeyini dinləməyə və dərc etməyə hazırıam.
Realmedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda xidmət edən tibb heyətinə ezamiyyət pulları verilmir… - NARAZILIQ VAR!


Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlov Qarabağda – ön xəttə xidmət edən tibb heyətinə ezamiyyə haqqlarının ödənilməsinə əməlli başlı əngəl yaratdığı boldirilir.
Bildirilir k, Vüqar Mürsəlov Qarabağda xidmət edən, Bakıya “Papanın Hospitalı”na xəstə (əsgər) daşıyan tibb heyətinə ezamiyyə haqqlarının verilməsini məqbul hesab etmir və buna görə də onalrın ezamiyyə vərəqələrinə möhür vurmur. Yalnız sürücülərə ezamiyyə haqqları ödənilir.
Mənbə iddia edir ki, Qarabağda yerləşən tibb məntəqələrindən Mərkəzi Klinik Hospitalına təxliyə olunan xəstələri gətirən tibb heyətinə ezamiyyə haqqı ödənilmir. Əksinə, ezam olunan şəxslərin (tibb heyətinin) qaldıqları hər günə görə maaşlarından 10 manat pul tutulur. Əgər xidməti vəzifəsini yerinə yetirərək hospitala xəstə aparan tibb heyəti (tibb bacısı, həkim və sair) 3 günlük ezam olunubsa, bu o deməkdir ki, ayın sonunda 30 manat onların maaşlarından tutulur. Bu da ön xəttə xidmət edən tibb məntəqələri heyəti tərəfindən haqlı narazılıqla qarşılanır.
Mənbə bildirir ki, artıq “Papanin hospitalı”nın adı gələndə hər kəs başını götürüb hərbi hissədən uzaqlaşır. Heç kim Mərkəzi Klinik Hospitalına xəstə aparmaq istəmir.
Bildirilir ki, tibb hissə rəisi V. Mürsəlov bunu qəsdən və qərəzli şəkildə edir.
Qeyd edək ki, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyə haqqı ezam olunan (göndərilən) işçilərə verilən gündəlik, xərc vəsaitidir.
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə “Maqro Construction Azerbaijan” şirkəti Vergidən necə YAYINIR? -VİDEO/FOTOLAR
Müasir dövrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti – su təchizatı sahəsində dövlət siyasətini həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.
Hər kəs yaxşı bilir ki, bundan əvvəl Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı dövlət büdcəsindən “Azəraqrartikinti” ASC-yə 450 mln manat vəsait ayrılmışdır.Bu günə kimi görülən işlərin keyfiyyətsizliyindən həm Gəncə sakinləri narazılıq edirdi həm də ölkə mediası davamlı olaraq “Azəraqrartikinti” ASC-ni tənqid edirdi.
Bu ilin avqust ayından “Azərsu” ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması bağlı tenderinin qalibi olaraq “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsinin seçildiyini elan etmişdir.
Bildirmək istəyirik ki, Gəncənin su və kanalizasiya sisteminin yenilənməsinə 50 mln manat vəsait xərclənəcək.Amma şirkətin əsas işçi korpusu sayılan azərbaycan vətəndaşlarının əmək hüquqları pozulmaqla yanaşı həm də onlar “qul” kim istismar edirlər.
Bu haqda Dünyanınsəsi.Az saytına bir qrup şəxs tərəfindən şikayət daxil olub.
Şikayətşilər qeyd edir ki, sözügedən şirkət onlarla əmək müqaviləsi bağlasada elə olur ki,əməkhaqları 4-5 ay ləngidərək vermirlər.
Şirkət tərəfindən vətəndaşlarımızla yanaşı həm də bağlanmış müqavilələr əsasında istifadə olunan texniki vasitələrdə 8 saat əvəzinə 12 saat-a çalışdırılır.Bu hal da öz-zlüyündə həm qüvvədə olan Əmək Qanunvericiliyi haqqında olan qanunun müvafiq maddələrinə zidd olmaqla yanaşı həm də küllü miqdar Vergidən yayınmaya gətirib çıxarılması deməkdir.
İşçilər onu da qeyd edirlər ki, “Maqro Construction” MMC-nin yerli nümayəndəsi sayılan İbrahim adlı şəxsə dəfələrlə müraciət etsəkdə gündə bizə bir yalan danışmaqla vaxtı uzadır.
Şirkətin işçiləri bildirirlər ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərində heç bir təcürbəsi olmayan mütəxəssislər toplusundan ibarətdir.
Belə ki, çəkilən boru xətləri lahiyəyə görə borunun alt hissəsi müəyyən texnikalar vasitəsi ilə torpaq qatı bərkidilməli və borular basdırılarkən üst qatları yumşaq qum materialı ilə örtülməlidir.Amma bu şirkət işləri tez başa vurub lahiyyəyə ayrılmış olan vəsaiti həzmraberdən tez keçirmək üçün əllərinə gələn daş-kəsək materialları ilə örtürlər.Buda gələcəkdə çəkilən boru kəmərlərinin qısa zaman kəsiyində zədələnməsinə zəmin yaratmış olur.Həmdə yeni çəkilən boru xəttlərinin üzərləri düzgün asfalt qatı əlavə edilməyəndə yağış və yeraltı qrunt suları təsirindən dağılmaya səbəb olur.Gorəsən yeni nəzərdə tutulmuş olan bu lahiyəyə sifarişçi olan “Azərsu” ASC -nin nəzarət etməli olan maddi məsul şəxsi hara baxır.Şəhər daxilində kilometrlərlə qazılmış yollarda və quyularda işçilərin texniki təhlükəsizliyinə niyə riayət edilmir? Halbuki quyular konusvari qazılmalı, yan səthlərində torpaq uçqunlarının qarşısını almaq üçün təhlükəszilik lövhələrindən istifadə edilməlidir.Amma bu texniki tələblər nəzərə alınmadan “basməmmədi” işlər aparılır.Bu sadalanan faktlar həm şirkəti vergidən yayındırır, hə də xeyli miqdar korrupsiya yolu ilə qazanc əldə edilməsinə gətirib çıxarır.
Gəncədə “Maqro Construction Azerbaijan” şirkəti Vergidən necə YAYINIR? -VİDEO/FOTOLAR
Gəncədə “Maqro Construction Azerbaijan” şirkəti Vergidən necə YAYINIR? -VİDEO/FOTOLAR
Gəncədə “Maqro Construction Azerbaijan” şirkəti Vergidən necə YAYINIR? -VİDEO/FOTOLAR
Redaksiya olaraq inanırıq ki,qısa zaman kəsiyində yuxarıda qeyd edilən xeyli miqdar vergidən yayınma, işçilərin kütləvi şəkildə hüquqlarının pozulması faktlarını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tərəfindən araşdırılaraq nəzarətə götürüləcəkdir..
Səsləndirilən iddia ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
“Maqro Construction” MMC -nin çəkdiyi su xətlərinin videosunu təqdim edirik:

Dünyanınsəsi.Az

Video My Webpage

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO