[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`GƏTİR-GÖTÜR` biznesi kimin marağında idi ki... - “Wolt Azerbaijan” NƏDƏN HƏDƏF OLDU?


Avqustun 15-də “Wolt Azerbaijan” Qida Təhlükəsizliyi Agentliyinin pozuntulara görə şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatını təkzib edib.

“Tətbiqimiz aktivdir və müştərilər normal qaydada sifarişlərini verə bilərlər. Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə gəlincə, ”Wolt" heç bir qanun pozuntusu olmadan fəaliyyət göstərir və bu, məhkəmənin qərarı ilə təsdiqlənir. “Wolt AZƏRBAYCAN” MMC-nin fəaliyyətində qanun pozuntularının aşkarlanması ilə bağlı məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.

Təəssüflər olsun ki, agentlik şirkətimizə təzyiq göstərmək məqsədilə bizim reputasiyamıza xələl gətirən natamam və qeyri-dəqiq məlumatların yayılması yolunu tutub", - deyə məlumatda vurğulanıb.

Doğrudan da, son iki gündə şirkətin sifariş icraçıları öz nəqliyyat vasitələri ilə yollardan əvvəlki qaydada işləyiblər. Yada salaq ki, AQTA “Wolt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktlarının aşkarlandığını açıqlayıb.

Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Qanuna zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Eyni zamanda MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

“10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənc üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya bağlamaq qərarı ağlabatan bir addım kimi görünmür”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, AQTA digər əlaqədar dövlət qurumları və “Wolt”la birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi.

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, heç bir halda iş yerlərinin bağlanması çıxış yolu deyil. Ekspert deyib ki, qanun pozuntularının aradan qaldırılması üçün radikal qərar qəbul etmədən öncə bütün mümkün tədbirləri görməyə çalışmaq lazımdır: “İş yerlərinin bağlanmasının qəti əleyhinəyəm. Kuryerlik çətinliyi çox olan sahədir. Kimi ailəsini dolandırmaq, kimi də tələbə olduğu üçün kuryerlik edir. Bu günün reallığı çərçivəsində ən dəhşətli xəbər hansısa müəssisənin və ya xidmətin bağlanması, ən qiymətli xəbər isə hansısa müəssisənin açılmasıdır (milli təhlükəsizlik və hərbi xəbərlər istisna). "Wolt"u bağlamaq niyyəti pis xəbərdir. Avqustun sonuna kimi Quba şəhərində 500 min dollarlıq sərmayəli şokolad fabriki açılacaq. Hələ gələcəkdə bu zavodun genişləndirilməsinə daha 10 milyon dollar sərmayə qoyulacağı bildirilir. Bu xəbər mətbuatda hansısa müğənninin itinin ad günündən daha az işıqlandırıldı. Amma bu ciddi xəbər idi. Burada yüzlərlə insanın gələcəkdə işlə təminat məsələsi vardı. “Butterfly effect” nəzəriyyəsi boşuna yaranmayıb. Bir fabrikin işi doğru qurularsa və maneələr olmazsa, “butterfly effect”lə digər rayonlara və sahələrə müsbət təsirini göstərər. Burada fabrikin işlədiyi zaman xammal təchizatına yaranan tələb rayonda kənd təsərrüfatının inkişafına, bu isə digər sahələrə stimul verə bilər. Nəzərə alsaq ki, prioritet sahə olan kənd təsərrüfatının (k/t) ÜDM-də payı çox az olduğundan hər adi kimi görünən məqam k/t üçün vacibdir. Əlqərəz, açılan bir müəssisə həm təcrübəyə, həm sahəyə, həm məşğulluğa, həm dolayı sahələrə və həm də buradan evinə çörək aparan insanların həyatına ciddi qatqılar verər, amma müəssisə bağlanarsa, bunların əksi olar. Bütün təsirlənən sahələrin “suyu” quruyar. Bu isə yüzlərlə, minlərlə insanın xəyallarını və ümidlərini öldürür. Bu heç də obrazlı ifadə deyil. Hər ay evinə 5 manat pul aparan adama “sənin iş yerin bağlandı” və ya “sən ixtisara düşdün” deyəndə adamın ilk düşündüyü nə olur? Evlidirsə, “uşağıma axşam nə aparacam”, - deyə beyni quruyur, subaydırsa, evlənmək üçün qurduğu xəyalları. Buna görə də iş yerlərinin bağlanmaması üçün bütün mümkün tədbirlərə əl atmaq lazımdır.

Bir müəssisə açılanda isə xəyallar da çiçək açır, ümidlər də. Elə buna görə də ölkə rəhbərliyinin də ən vacib tapşırıqlarından biri məhz ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Odur ki, iş yeri yaradan hər kəs həm ölkə üçün, həm iqtisadiyyat, həm də insanlıq üçün qiymətlidir, istər o böyük investor olsun, istər kiçik sahibkar, istərsə də kiçik bir kənd bələdiyyəsi".

Xatırladaq ki, “Wolt” 2014-cü ildə Finlandiyanın paytaxtı Helsinkidə yaradılıb, hazırda 23 ölkədə, 120-dən çox şəhərdə fəaliyyət göstərir. Şirkətin 40 mindən artıq kuryerı var və onların işi 15 min restoranı əhatə edir. Azərbaycan bazarına “Wolt” 2019-cu ildən daxil olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA-nın da öz TENDER KRALI var... - QANUN-MANUN HƏRLƏMİRLƏR...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Dövlət Satınalmaları haqqında” Qanunu pozub. Bu sözləri iqtisadçı Allahverdi Aydın bildirib. Onun sözlərinə görə, son 3 ildə AQTA-nın keçirdiyi və ümumi dəyəri 600 min manata yaxın olan 6 tenderin qalibi “Duohıve” MMC (VÖEN – 1503672811) adlı şirkət olub: “Şirkət təsis olunan zaman (2017-ci il) rəhbəri Rəşad Xalıqov adlı şəxs olub. Bu şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub. Sektor müdiri olan kimi “Duohıve” MMC AQTA-nın informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub. Bəs qanun nə deyir?

“Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub”.

Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub.

Onu da bildirək ki, 2017-ci ildə “Duohıve” MMC-yə, 2020-ci ildə isə AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektoruna rəhbərlik edən Rəşad Xalıqov “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2007-2012-ci illərdə bakalavriat və 2012-2013-cü illərdə magistratura səviyyələri üzrə Fransada “Université de Franche-Comté Besançon” ali təhsil müəssisəsindən məzun olub. Xalıqov hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsini icra edir.

Diqqət çəkən məqamlardan biri də odur ki, açıq internet resurslarında “Duohıve” MMC ilə bağlı olan azsaylı məlumatlardan biri AQTA sədri Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzlinin rəhbərlik etdiyi “İPE Group” MMC-yə məxsus “rahatyasam.az” saytının bu şirkət tərəfindən hazırlamasıdır. //cumhuriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"8 gündür işləməyə qoymurlar, uşaqlarım çörək gözləyir" - NARAZILIQ VAR!

Kuryerlər “Sezam” şirkətindən gömrük bəyannaməsi ala bilmirlər deyə şikayətçidirlər. Onlar avqustun 1-dən qüvvəyə minən qanuna əsasən öz mopedləri üçün qeydiyyat nişanı almalıdırlar. Ancaq buradan sözügedən sənədi onlara vermədiklərini iddia edirlər. Səbəbini isə, şikayətçilər də bilmirlər. Müraciətləri zamanı vətəndaşları rəhbərlik qarşılamır, adi işçilər də bu barədə məlumatlı olmadıqlarını bildirirlər. Buna görə də, vətəndaşlar polis yoxlayan zaman problem yaşayır, cərimə olunma ilə bağlı xəbərdarlıq olunurlar. Müəssisədən öz nəqliyyat vasitələrini aldıqları zaman əldə etdikləri “alqı-satqı” müqaviləsini rəsmi sənəd kimi göstərməkləri tövsiyə olunur. Ancaq bu, məsələni həll etmir.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Notarius sistemində dayı-bacıoğlu qaydaları... - BU NƏDİ BELƏ?

Biz təkrar-təkrar yazmağa məcburuq ki, ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar. Bu gün sorğu keçirsək, vətəndaşların əksəriyyəti bilmir ki, notariusun işi, funksiyası nədir..?
Ona görə də, cəmiyyətin ciddi hüquqi maarifçiliyə ehtiyacı var. Məhz buna görə də məcbur olub, təkrar-təkrar notariusların funksiyalarını qısaca yazırıq:
Əqdləri və Etibarnamələri təsdiq edir; Miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; Şəxsin sağ olması faktını təsdiq edir; Şəxsin müəyyən yerdə olması faktının təsdiq edir; Şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; Fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir; Öhdəliyin icra predmetini saxlanmağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; İcra qeydlərini aparır; Veksellərə protestləri tərtib edir; Çeklərin ödənilmək üçün təqdim edilməsi və çeklərin ödənilmədiyini təsdiq edir; Sənədləri saxlanmaq üçün qəbul edir; Dəniz protestlərini tərtib edir; Sübutları təmin edir.
Yəni bu boyda səlahiyyət verilmiş notariuslar artıq böyük cinayət əməllərinin ortağına çevriliblər. Belə notariuslardan biri də Nərimanovdakı 21 SAYLI NOTARİAT KONTORU-dur. Xüsusi notarius: Kərimov Daxil Fazil oğludur. Telefon: (012) 567-60-20; Ünvan: Nərimanov rayonu, Təbriz küçəsi 227d. Məlumat üçün qeyd edək ki, Kərimov Daxil Fazil oğlu Şirvan şəhərində yerləşən Dövlət notariusunun sabiq müdiri olub və bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlu isə onun köməkçisi işləyib.
Daxil Kərimov Nərimanov 21 saylı notariusa müdir gələrkən bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlunu Şirvan notariusa müdir təyin etdirib. Sanki notariuslar bunlar üçün ailə şirkətidir. Deməli, Daxil Kərimov cinayət yolu ilə qazandığı pulların hesabına Bakıda, Hacıqabulda mülklərə, Cəlilabadda torpaq sahələrinə sahib olub. İndi isə Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına məhkəmə hakimi olmaq istəyir. Və deyir ki, hakimlərin nəyi məndən artıqdır..?
Bütün bunlar azmış kimi Daxil Kərimov həm də maklerlik edir, kimlərisə işə düzəldir, kimlərəsə vəzifə, söz verir, hakim işləyən dostu Qurbanın əli ilə kimlərisə həbs etdirir, kimlərisə həbsdən azad etdirir…
Sözün qısası, Daxil Kərimov yanına gələnlərə cır səslə “Nəyin var? Nə verə bilərsən” deməkdən başqa söz bilmir… Bir sözlə, Daxil Kərimov üçün saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etmək adi işə, normaya çevrilib. Yəni vətəndaşların hüquqlarını qorumalı olan Daxil Kərimov kimi notaruslar cinayətkar şəbəkə yaradıblar. Təsəvvür edirsiniz, Daxil Kərimov 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürərək gənc ailəni evsiz qoyur.
Beləsi haqqında deyirlər ki, EVİN BAŞINA UÇSUN... Təsəvvür edirsiniz, məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin. Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.
Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə də deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm… Bəs görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimov haqqında nə düşünür?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan təhsilində FETÖ `ZİRVƏ`Sİ... - İLGİNC İDDİALAR...


ZİRVƏ hazırlıq kursunun təsisçisi və direktoru Rahib İmrahimov aztəminatlı ailələrin uşaqlarına dərs keçir, yoxsa..?
Biz hələ müstəqil Azərbaycan dövlətinin vətəndaşı deyil, sovet vətəndaşı olduğumuz dönəmdə, yəni 1990-cı ildə Fətullah Güləni tanıdıq. Bilməyənlər üçün qeyd edək ki, 1990-cı ilin Qanlı Yanvarında sovet qoşunları Bakıda qanlı genosid törətdi və xeyli sayda soydaşlarımızı qanına qəltan elədi.
Təəssüf ki, o zaman bizim səsimizə səs verən tapılmadı. Ulu Öndərimiz o zaman həyatını riskə ataraq Moskvada iclas keçirdi və dünyaya bu qanlı hadisəni bəyan elədi. Bu zamanlar hamının gözü dikilmişdi dünyaya... Amma dünyanın gözləri kor, qulaqları isə kar olaraq qalırdı...
Belə məqamda heç kimin tanımadığı Fətullah Gülən adında birisi televizorda göz yaşı axıdıb, ağlayıb-sıtqıyıb, başına-gözünə döyərək 20 Yanvar şəhidlərindən danışmağa başaldı.
Sözün düzü, o zaman hamımıza təsəlli olan bu olayı sonralar analiz edəndə Fətullah Gülənin ARTİSTLİYİ açıq-aşkar hiss olunurdu. Və beləcə 1 ildən sonra SSRİ dağıldı...
Fətullah Gülənin emissarları Bakıya ayaq açdı. Beləcə heç kimin hiss eləmədiyi tərzdə Bakıda və bəzi bölgələrdə Fətullah Gülənin liseyləri, kursları, ali məktəbləri işə düşdü. Bu o zaman çoxlarına adi hadisə kimi gələ bilərdi. Amma Fətullah Gülən bu məqsədlə yüz milyonlarla pul buraxmışdı. Və məqsəd məktəblər vasitəsilə özünün gələcək davamçılarını hazırlamaq idi.
Sözün qısası, Azərbaycanda bu istiqamətdə qısa zamanda xeyli təhsil ocaqları, hazırlıq kursları yaranmağa başaldı.
Belə FETÖ ocaqlarından biri də ZİRVƏ hazırlıq kurslarıdır. Hazırlıq kursu ilə ümumi tanışlıq üçün qurumun www.zirve.edu.az saytına daxil olaraq bəzi məlumatlara nəzər salırıq. Çoxları elə bilir ki, Zirvə hazırlıq kursu ancaq şagirdləri ali məktəblərə hazırlayır. Amma qurumun saytında qeyd olunur ki, burada Abituriyent hazırlığı, Məktəbəqədər hazırlıq, Təkmilləşdirmə, MİQ hazırlığı, Magistr hazırlığı, Xarici dil hazırlığı, YÖS hazırlığı, Liseylərə hazırlıq, Kompüter hazırığı kursları fəaliyyət göstərir.
Yəni söhbət adi bir hazırlıq kurslarından getmir. Üstəlik Zirvə kursunun, az qala, hər qəsəbədə, Bakıda, Sumqayıtda, Tovuzda və başqa bölgələrdə filialları fəaliyyət göstərir. Yəqin oxucuda aydın təsəvvür yarandı ki, ZİRVƏ kursu dövlətimizin bütün ərazisində öz təhsil şəbəkəsini qurub. Zirvə Kurslarının Təsisçisi - Direktoru isə Rahib İmrahimovdur.
Biz heç kimin fəaliyyətinə kölgə salmaq fikrində deyilik. Amma qardaş Türkiyədə baş verənlər bizi gənc dövlət olaraq həmişə düşündürməlidir. Amerikada oturub böyük bir casus şəbəkəsi quran Fətullah Gülən də ilk işlərini təhsil sahəsindən başlamışdır. Və Fətullah Gülən deyirdi ki, mən Türkiyədə kasıb balalarına sahib çıxacağam, onların yüksək təhsil almasına dəstək olacağam.
Bizi qınamayın, eyni fikirlərə ZİRVƏ kurslarının saytında da rast gəlirik. “Zirvə Kursları "Ürəklər gülsün" layihəsinə qoşulub, aztəminatlı ailələrin övladlarına təmənnasız dərs keçir və s... İstər-istəməz eyni dəst-xətt yada düşür... Bir daha təkrar edirik ki, bizim kiminsə fəaliyyətinə kölgə salmaq fikirimiz yoxdur, bizi bu məsələdə dövlətimizin gələcəyi düşündürür... Və heç kimə sirr deyil ki, FETÖ layihəsi Azərbaycanda az qala təhsil sahəsinin bütün orqanlarına yerimişdi...
Neçə-neçə ali məktəbdə FETÖ-nün nümayəndələri fəaliyyət göstərir. Biz əsas mövzudan kənara çıxmaq istəmirik, amma yazmağa məcburuq ki, FETÖ-nün nümayəndələri təkcə təhsil müəssisələrində deyil, nazirliklərdə, komitələrdə mövcuddur. Bir zamanlar, Kənd Təsərrüfatı Nazirliyində kimlərin FETÖ-yə qulluq etməsindən də danışılırdı. Yəni ZİRVƏ kurslarının nümayəndələri elə bilməsin ki, məqsədimiz ZİRVƏ ilə bağlıdır. Bu çox geniş mövzudur. Və bu məsələdə çox ayıq-sayıq olmalıyıq. Və biz də bir Azərbaycan dövləti olaraq Türkiyəyə VƏFA BORCUMUZU verməliyik.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, ZİRVƏ kurslarının təsisçisi və direktoru Rahib İmrahimov baldızı Rita xanımı və digər yaxın qohumlarını, dostlarını quruma işə qəbul edərək, sanki ailə şirkəti, ailə məktəbi yaradıblar. Yuxarıda qeyd etdiyimiz kimi bu “AİLƏ MƏKTƏBİ”nin nümayəndələri yaşadıqları ərazidə yeniyetmələri, gəncləri başlarına yığıb dini mövzularda təlimlər keçirlər, kimlərisə təbliğ edirlər, onları məktəblərə pulsuz hazırlaşdırırlar... Bir sözlə, əsl FETÖ metodları...
Biz ZİRVƏ rəhbərliyinin özəl həyatına qarışmırıq, Kürdəmir yolunda həyat yoldaşı Humay xanımla avtoqəza keçirib salamat qalmalarından və s. bəhs etmirik. Bizi ancaq dövlətimizin gələcəyi maraqlandırır.
Məlumdur ki, son vaxtlar hüquq-mühafizə orqanlarımız ölkəmizdəki FETÖ-çulara qarşı ciddi əməliyyatlar keçirib. Biz demirik ki, ZİRVƏ kurslarının rəhbəri Rahib İmrahimov FETÖ-çudur, amma bizə elə gəlir ki, ZİRVƏ kursları da ciddi nəzarətə götürülməli və orada yoxlamalar aparılmalıdır.
P. S. Zirvə kurslarının rəhbəri Rahib İmrahimov nədənsə özünü məşhur türk kinosundakı Kimsəsiz Doğan obrazında görür. Bu haqda geniş araşdırmamız olacaq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekologiyanı ciddi şəkildə pozan zavod barədə xəbər var – Video
Bir neçə gün öncə Yeni Salyan şossesi, Jurnalist şəhərciyinin yanında fəaliyyət göstərən ətrafa “ölüm saçan” beton zavodu haqqında Analoq.az video yayımlamışdı.

Yayılan video ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən saytımıza bildirilib ki , zavod barədə tezliklə tədbir görüləcək .
Ekologiyanı ciddi şəkildə pozan zavod barədə xəbər var – Video

Onu da qeyd edək ki , zavod birinci videodan sonra fəaliyyətində olan nöqsanları aradan qaldırmaq əvəzinə fəaliyyətini daha da gücləndirib . Ölüm saçan zəhərli tüstünü ətrafda yaşayan sakinlərdən əsirgəmir. Mövzunu davam etdirəcəyik.
https://vt.tiktok.com/ZSLboRMLS/

Analoq.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
16 yaşlı doğma qızını ərəb Veysələ 100 minə satan ata… - Azərbaycan vətəndaşı olan Elnarə Prezidentə müraciət etdi…


İnsan Alverinə qarşı Mübarizə İdarəsi hara baxır..? Biz bir media olaraq bir neçə gün əvvəl konkret olaraq Azərbaycan vətəndaşı olan bir qadının – əslən İmişlidən olan, 1977-ci il təvəllüdlü Darviq Elnarə Parış qızının başına gələnlər əsasında yazı dərc etdik.
Qısa xatırlatma üçün qeyd edək ki, Elnarə İmişlinin Gövhərli kəndində anadan olub, birinci evliliyindən 2 övladı var, sonra boşanıb, Bakıda yaşayıb, məcbur olub övladlarını 2 saylı Uşaq evinə verib və özü “Dialoq” firmasının köməkliyi ilə Türkiyədə işə düzəlib. Burada aldığı 1200 dollar qazancla Bakıda bankda hesab açıb, pullar yatırıb və Binəqədidə torpaq sahibi olub.
Sonra Birləşmiş Ərəb Əmirliyində işə düzəlib və orada ərəb olan Basemlə tanış olub. Və onunla ailə qurmalı olub. Sonda Basemlə birlikdə Bakıya qayıdıblar. Onların nikahından 2 övladları -qızı və oğlu dünyaya gəlib. Bakıya qayıtdıqdan sonra Elnarə və həyat yoldaşı Basem müxtəlif yerlərdə çalışıblar. Məsələn, Basem Elnarənin tikinti sahəsində çalışan qardaşlarının yanında işləyib. Elnarə özü isə bankda olan pullarını xırda tikinti biznesinə yönəldib və nəticədə binaların birindən mənzil alıb, özü üçün restoran açıb və orada çalışıb. Evləri, maşınları olub.
Bir gün Basem Elnarəyə gecə klublarında çalışacağını, böyük pullara sahib olacağını deyib. Sözün qısası, Elnarənin dediklərindən bəlli olur ki, əri Basem Darviş Neftçilərdə yerləşən "X Life" gecə klubunda işləyib, orada Zeynəb Quliyeva ilə tanış olub və hər ikisi fahişə biznesinə girişiblər.
Belə ki, Zeynəb Quliyeva cavan qızlar, Basem Dərviş pullu ərəb turistlər taparaq onları görüşüdürüb pullar qazanıblar.
Sözün qısası, Elnarənin dediklərindən belə başa düşdük ki, ərəb Basemlə 18 illik ailə münasibətləri dağılmağa başlayıb. Və Zeynəb Quliyeva ilə Basem Dərvişin qurduğu oyunların nəticəsində Elnarə ömrü boyu qazandığı mülklərini, evlərini, maşınlarını, qızıl-zinət əşyalarını itirib, daha doğrusu, hamısını Basem Dərviş ələ keçirib.
İndi Elnarə qalıb çıxılmaz vəziyyətdə. Və deyir ki, indi də Basem Dərviş ikimizin izdivacından olan 16 yaşlı qızımızı ərəb Veysələ 100 minə satmaq istəyir. Elnarə deyir ki, dəfələrlə onu bu yoldan çəkindirməyə çalışmışam, amma Basem deyir ki, nə olsun qızım az yaşlıdır, iki ildən sonra kəbin kəsdirəcəklər… amma mən 100 min qazanacağam…
Sözün qısası, Elnarənin dediklərindən belə aydın oldu ki, Basem Dərviş və Zeynəb Quliyeva gecə klublarında fahişə satmaqla milyonçuya çevilriblər. Elnarə qorxur ki, Basem Dərviş 16 yaşlı qızını oğurlayıb ərəb Veysələ sata bilər. Elnarə həm də bu il ilk dəfə məktəbə gedəcək oğlundan da nigarandır. Düşünür ki, Basem ona təzyiq üçün uşağı oğurlaya bilər. Ona görə də, Azərbaycan vətəndaşı olan Elnarə Parış qızı üzünü cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya tutaraq onlardan İMDAD diləyir, uşaqlarının və özünün gələcək təhlükəsizliyinə təminat istəyir.
Yeri gəlmişkən, Elnarə Parış qızı onu da bildirdi ki, EXTRA gecə klubunda çalışan, Basemin dostu Dilsuz Dəmirçiyev həbsxanadan çıxıb və yenidən Basemlə, Zeynəblə iş birliyi qurmağa başlayıblar.
P. S. Elnarə xanım haray çəkir ki, əri Basem ərəb olduğu üçün ailəsini oranın qanunları ilə idarə edir. Amma bizim qanunlarımızda 16 yaşlı qızı məcburən Veysəl adlı ərəb şeyxinə ərə vermək yoxdur. Hüquq Mühafizə Orqanlarını Azərbaycan xanımı olan Elnarəni ərəb Basemin təzyiqlərindən xilas etməyi xahiş edirik.
Sabahnews.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astarada tamam... başçı məşğuldur: BƏS BƏLƏDİYYƏ? - Sakinlər GİLEY EDİR

Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərinin əhalisi 20 min nəfərə çatır. Yayda bu şəhərdə əlavə turistlər də olur.

"Mərkəzdə bir ayaqyolu var"

Astara şəhər sakini, ictimai fəal Asən Həşimli deyir ki, əhalinin artmasına baxmayaraq, illərlə həllini gözləyən problemləri çoxdur. Onun deməsinə görə, şəhərdə sovetdənqalma kanalizasiya sistemi dağılıb: "Yenisini tikmək barədə söhbətlər getsə də, hələlik, ortada ciddi iş görülmür. Şəhərin heç yerində içməli su yerləri yoxdur. Mərkəzdə bir ayaqyolu var, o da pis vəziyyətdədir. Çox vaxtı şəhərdə yığılıb qalan zibilləri vaxtında daşımırlar".
Astarada tamam... başçı məşğuldur: BƏS BƏLƏDİYYƏ? - Sakinlər GİLEY EDİR

Şəhərdə zibillərin atıldığı ərazinin hasarı yoxdur. İnəklər zibillikdə eşələnirdilər. Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, külək onların yaşadığı evlərə tərəf əsəndə üfunət iyindən və tüstüdən həyətdə qalmaq olmur: "Tüstü bizi boğur, üfunət iyindən bezmişik. Zibilxananı yaşayış yerindən uzaqda yerləşdirmək lazımdır. Heç olmasa, buranı hasara alsınlar. Elə vaxtlar olur, qarğalar orada dolaşır. Gecələr çaqqallar zibilxanaya daraşırlar. Xəstəlikdir".

"İnəklər kanala yaxın durmurlar"
Söhbətə başqa bir yerli sakin də qoşulur: "Külək zibili göyə qaldırır, ətrafa səpir. Orada nə istəsən var. Siçan basıb oranı. Əhaliyə ziyandır".

Astaranın Əhəd Muxtar küçəsində sakinlər zibili ərazidən keçən kanala atırlar. Sakinlərdən biri Mikayıl Əhmədov zibillərə görə kanal suyunun çirkləndiyini söyləyir: "Yaxınlıqda otlayan inəklər adətən kanal suyu içirdilər. İndi kanala yaxın durmurlar, su həddindən artıq çirklənib. Burada yaşayanlara dəfələrlə demişəm ki, zibili kanala atmayın. Deyirlər ki, kanala atmayaq bəs nə edək? Bura şəhərin küçələrindən biridir. Kənd yolu burdan yaxşıdır".

Astara Gömrük Məntəqəsinin qarşısında vəziyyət bir qədər fərqlidir. Amma orada da şikayət eşidilir: "Balaca maşınlar var, evləri gəzib zibil yığırlar, buna görə pul alırlar. Gətirib həmin zibilləri bura tökürlər. Bunun hesabına xəstəxanaya gedən yolun üstündə həmişə qalaqlanmış zibil olur".

"Hasar nəzərdə tutulub"
Rayon Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyindən isə deyirlər ki, şəhərdə zibillər vaxtında daşınır: "Qaldı mərkəzi zibilxanaya, ora üçün hasar nəzərdə tutulub. Utilizasiya ilə bağlı heç nə deyə bilmərik. İcra hakimiyyəti aparatına müraciət edin".

Astara şəhər icra nümayəndəliyindən isə bildirirlər ki, onlara əhalidən bu məsələlərlə bağlı şikayət daxil olmayıb.

AzadlıqRadiosu ©
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..


Bu yaxınlarda Göyçay rayon Çərəkə kənd sakini Akif Əhmədovun redaksiyamıza müraciəti ilə bağlı saytımızda yazı dərc olunmuşdu.Ürək agrıdıcı hadisə ilə üzləşmişdik.

Agrı -acı içində qıvrılan bir insanın başına gələn faciə adamı sarsıtmaya bilmir.
Akif Əhmədov Göyçay rayon xəstəxanasının cərrahı Famil həkimdən şikayət eləmişdi.Yazırdı ki, bir müddət əvvəl qarnında ugursuz əməliyyat aparıb.İndi təkrar əməliyyat edib saglamlığını bərpa etmək istəyir.Lakin Famil həkim səhvini boynuna almaq istəmir, əməliyyat üçün vəsait lazımdır.Baş çəkdiyi respublika klinikalarında bunun çətin əməliyyat olduğu bildirilib.
Çarəsiz qalan A.Əhmədov həkimin səhvini sübut etmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət etməli olub.Elə ən qəribə hadisə ilə də burada rastlaşıb.Onu ekspertizadan keçirib rayonun hüquq -mühafizə orqanlarna da daşdan keçən rəy göndəriblər ki, şikayətçi Akif Əhmədov haqlıdır, onun səhhətində yaranan problem qarnında aparılmış tibbi əməliyyatın nəticəsində yaranıb., günahkar həkimdir.
Şərəf və ləyaqətini böhtan atmaqla ləkələmiş hesab etdiyi Akif Əhmədovu məhkəməyə vermiş Famil həkim rəyə etirazını bildirib, yenidən ekspertiza keçirilməsi ilə bağlı müraciət edib,Bu dəfə Eksperiza Birliyi başqa bir rəy verib.(?)
Rəydə Akif Əhmədovun səhhətindəki problemin tibbi əməliyyat nəticəsində baş verə bilməsi ehtimal olunur.Bu xəbər şikayətçini şoka salır.O, yenidən Ekspertiza Birliyinə yollanır, niyə ikili rəy verildiyini soruşur.Akif Əhmədova cavab verən, qəbul edən səlahiyyətli bir şəxs tapılmır.O, Səhiyyə Nazirliyinə yollanır.Oradan onu yenidən Ekspertiza Birliyinə göndərirlər.Bu dəfə Birliyin direktor müavini Ziya müəllim onu qəbul edir.Səhv etdiklərini,onun haqlı olduğunu, məsələni böyüməməyi, rfih mətbuata açıqlama verməməyi, rayon hüquq -mühafizə orqanlarnkarlndan göndəriş alıb yenidən ekspertizadan keçməsini ona təklif edir.O da rayona gəlir lakin prokurorluğun əməkdaşı Nicat müəllim ona göndəriş verməkdən imtina edib
Redaksiyamızdan onunla əlaqə saxlayıb niyə şikayətçiyə ikinci göndəriş verilmir,sualına cavabı Akif Əhmədova verilən cavabın eyni oldu.
Əvvəla şikayətçi bir dəfə onlara müraciət edib, ikincisi Famil həkimin istəyi ilə baş tutub.
Həqiqətin üzə çıxması üçün və prokurorluq da bunda maraqlıdırsa , tərəddüd etmədən şikayətçiyə göndəriş verilməlidir.Bi necə yanaşmadır görəsən?
Üstəlik o bildirir ki, rayona qayıtdıqdan sonra, ona təzyiq edib göstərdikləri sənədə qol çəkdirmək istəyiblər ki,işi məhkəməyə göndərsinlər .İmza atmadıgına görə döyüldüyünü bildirir

Akif Əhmədov hesab edir ki, Ekspertiza Birliyinin direktor müavini Ziya müəllim ona qarşı səmimi olmayan mövqe tutmaqdadır.Deyir ki,özlərini günahkar hesab edən kəs, həmin ikinci rəyi verənlər haqda lazımi tədbir görər,onu beləcə başdan eləməzdi.A.Əhmədovun vəziyyəti gündən günə pisləşir.Başına bir iş gəlsə axırı nə olacaq? Bu işin məsuliyyəti kimin boynuna yazılacaq?
Yəqin ki, tezliklə məsələyə aydınlıq gətirən tapılar... //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fındıqçılıqla məşğul olan fermerlər ÇƏTİN VƏZİYYƏTDƏ – Məhsuldarlıq az, qiymətlər ucuz...


“Bu il təbiətin şıltaqlığı, dolunun düşməsi təsərrüfalara ciddi ziyan vurdu. O cümlədən fındıq təsərrüfatlarında vəziyyət ürəkaçan deyil. Bu sahədə fəaliyyət göstərən fermerlərin satdığı məhsulun qiyməti az da olsa, inflyasiyaya uyğundur və özü-özünü indeksasiya edir. Yəni, bu məhsulu satan sahibkar ən azı qazandığı pula digər məhsul ala bilir”.

DİA.AZ bildirir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib.

Ekspert bildirir ki, son illərdə fındığın ucuzlaşması bu sahənin inkişafına mənfi təsir göstərib.

“Bir neçə il əvvəl kiloqramı 4-5 manata satılan fındığı bu gün sahibkar 2-3 manata sata bilmir. Ötən il də qiymət aşağı düşdü. Yəni əksinə fındığın qiymətində hər hansı artım olmur. Bunun da bir sıra ciddi səbəbləri var. Ümumilikdə isə fındıqçılıqla bağlı vəziyyət digər kənd təsərrüfatı sahələrindən daha ağırdır”.

Kənd təsərüffatı üzrə ekspert Vahid Məhərrəmov da bildirib ki, fındıq sahələrinin çoxalması, eyni zamanda daxili tələbatın, alıcılıq qabiliyyətinin aşağı olması qiymətin ucuz olmasının əsas səbəbidir:

“Tələbi artıran amil heç də təklifin artması deyil. Bütün hallarda ölkə əhalisinin alıcılıq qabiliyyətinin artımı ilə tələbat, qiymət arta bilər. Ölkə əhalisinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşüb. Yəni, gərək fındığin alıcısı olsun ki, qiyməti artsın.

Son illərdə fındıqçılığın inkişafı ilə bağlı sahələr genişləndirilir ki, bununla da məhsuldarlıq aşağı düşür, istehsalda azalma yaranır. Dünya bazarında son 4-5 ildə fındığın qiyməti 2 dəfədən çox ucuzlaşıb. Əvvəllər də biz deyirdik ki, fındıqçılığı inkişaf etdirmək intensiv yolla olmalıdır. Sahələri genişləndirməklə ekstensiv yolla deyil”.

Ekspertin sözlərinə görə hələlik, bu məhsulun qiymətinin artması gözlənilmir:

“Rəqabət mühiti olsa, çox sahibkar fındığın daha dərin emalı ilə məşğul olar və o sahədən daha çox qazanc əldə edər. Bu məhsulun xaricə ixrac olunması əslində qiymətə təsir etməlidir”.

Vahid Məhərrəmov qiymətlərin aşağı olmasının fermerlərə mənfi təsir etdiyini də diqqətə çatdırıb.

Ekspert onu da vurğulayıb ki, bu sahəyə dövlət tərəfindən nəzarət olunmalıdır:

“Kənd Təsərrüfatı Nazirliyi fermerlərin problemi ilə maraqlanmalı, istehsalın neçəyə başa gəlməsini hesablamalıdır”.

Qeyd edək ki, Azərbaycan fındıqçılıq sahəsində ixtisaslaşmış ölkələrdən biri hesab olunur. Dünyada fındıq istehsalına görə ölkəmiz 5-ci sırada qərarlaşıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO