[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Nizami rayon hərbi komissarı müayinə kağızını cırıb atdı ki, "turp kimisən" - ÖZBAŞINALIQ!

Abdullayev Paşa Ramiz oğlu 2001-ci il təvəllüddür. O, oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon hərbi komissarlığında müayinədən keçib. Anaxeber.info bildirir ki, Paşa Abdullayev həkim müayinəsində olarkən ondan səhhətində hansı şikayətlərinin olub-olmaması soruşulub. O da təzyiq problemindən əziyyət çəkdiyini bildirib. Əlavə edib ki, xüsusən gecələr təzyiq onu narahat edir. Həkim də müayinə kağızı yazaraq təkrar müayinədən keçməyi tapşırıb ki, konkret diaqnoz qoyulsun və təkrar müayinəyə gəlsin. Paşa Abdullayevin sözlərinə görə, bir qədər sonra hərbi komissar özü gəlib və soruşub ki, bu müayinə kağızına səbəb nədir. O da deyib ki, təzyiq problemindən çox əziyyət çəkir, qıcolma halları var. Lakin hərbi komissar onu ətraflı dinləmədən, təkrar müayinənin nəticəsini gözləmədən, təzyiq, qıcolma hallarından əziyyət çəkdiyinə qulaq asmadan həkimin verdiyi kağızı cırıb atıb və deyib ki, "turp kimisən", yəni sağlam bir adamsan, oktyabrın 2-də hərbi hissəyə göndəriləcəksən. P.Abdullayev hərbi komissarın bu hərəkətini anlaşılmaz hesab edir. O, komissarın nə üçün müayinəsiz belə qərar verdiyini qəbul etmir. Ona görə də Dövlət Xidmətinin yeni rəhbərliyindən bu məsələnin nəzarətə götürülməsini xahiş edir. Narazı qalan çağırışçı qeyd edir ki, təkrar müayinə aparılsın, nəticə məlum olsun, ondan sonra əsgərliyə aparılıb-aparılmayacağı müəyyən oluna bilər.

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranlı professor Bakıda xəstələrə narkotik tərkibli dərman verirmiş


Bakıda yerləşən İran Klinikasının ortoped həkimi, tibb elmləri üzrə professor Seıf Bargihı Tohıd Rahman ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

İranlı həkim narkotik tərkibli vasitələri və digər güclü təsiredici dərmanları gömrük postunda bəyan etmədən Bakıya gətirib.

Professor hava limanında yoxlama zamanı gömrükçülər tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) 234.2 (narkotik əldə etmə, hazırlama, satma) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində Bakıdan çıxması qadağan edilməsi şərti ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Anket məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Tehran Universitetinin professoru, həmçinin FİFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında (“İran klinikası”) ortoped həkim kimi işləyir. Professor hər ay 7-10 gün ərzində Azərbaycana gələrək, “İran klinikası”nda xəstələri müayinə və müalicə edib.

Seıf Bargihı Tohıd Rahman məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib.

O, ifadəsində narkotik tərkibli vasitələri və dərmanları müalicə məqsədilə tətbiq etdiyini bildirib: “Həmin dərmanları mənə Tehranda olarkən xeyriyyə məqsədilə vermişdilər. Bakıya gələndə isə həmin dərmanları burada ehtiyacı olan xəstələrə verməyi düşünərək özümlə götürdüm. Bakıdakı pasiyentlərimdən birində “Parkinson” xəstəliyinin əlamətləri var idi. Həmin dərmanlar da ona müsbət təsir edirdi. Qiyməti də elə baha olmadığına görə heç pul da almırdım. Bir müddət sonra pasiyentin vəziyyəti ilə bağlı iranlı tanış həkimlə söhbət etdim. Tövsiyə etdi ki, bundan sonra nisbətən yüngül təsirli dərman vasitələrindən istifadə olunmalıdır. Dediyim kimi, xanım pasiyentin maddi imkanı olmadığından digər dərmanları da mən alıb gətirməli oldum. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirmişəm. Yeganə məqsədim xəstələrə yardım edərək həkim kimi məndən razı qalmaları olub”.

İttiham olunan professor Azərbaycanda olduğu müddətdə dörd yüzdən çox xəstəni təmənnasız müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətcə müalicə və müayinə etməyi davam etdirdiyini nəzərə alaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edib.

Hökmə əsasən Seıf Bargihı Tohıd Rahman 10 min manat cərimə cəzasına məhkum edilib. Professor cəriməni ödəyən kimi dərhal ölkəsinə qayıdıb.Qafqazinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sədərək” bazarı yağışdan ziyan görən sahibkarlara kompensasiya ödəmək istəmir - AXI NİYƏ?!


Bir neçə gün əvvəl, yağan yağış səbəbindən suyun altında qalan Sədərək bazarında sahibkarlara külli miqdarda ziyanın dəyməsini sözügedən ticarət mərkəzinin rəsmiləri də etiraf edib. Bazardan Azinforum.az-a göndərilən açıqlamada bildirilirdi ki, gəkəcək yağışlardan sığortalanmaq üçün rəhbərlik əlavə tədbirlər görür, yeni su nasosları alır, arxları təmizləyir. İronik də olsa, belə sual yaranır: cəbablar, nə tez ayılıbsınız?
Elə həmin cavabda bazar adından qeyd olunurdu ki, ziyan dəyən sahibkarlara kompensasiyaların verilməsinə başlanacaq. Bazardakı sahibkarlar isə deyir ki, yağışın vurduğu ziyana görə heç kimə kompensasiya verməyiblər. Bəs bu məsələ necə həllini tapmalıdır? Söhbət etdiyimiz İqtisadçı ekspertlər və hüqşunaslar bildirir ki, ticarət mərkəzi hər bir sahibkarla fərdi müqavilə imzalamalı və sahibkarlara dəyən ziyan hüquqi çərçivədə öz həllini tapmalıdır. Adıçəkilən ticarət mərkəzləri ilə sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsasının olmadığı üçün, buna görə də sahibkarlar dəymiş ziyana görə heç nə tələb edə bilmir. Bu gün Sədərək ticarət mərkəzi nəinki Azərbaycan, bütövlükdə Qafqazın ən böyük ticarət mərkəzidir.
Orada həm icarəyə çalışanlardan, həm də vaxtilə mülkiyyətçi kimi hər hansı bir ticarət sahəsini əldə edən şəxslərdən böyük məbləğlərdə icarə haqqı yığılır. Həmin ticarət mərkəzləri ilə orada fəaliyyət göstərən sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsası yoxdur. Yəni həmin ticarət mərkəzlərində hərc-mərclik baş alıb gedir. Həm vergidən yayınma halları, həm də əsassız yığmalar çoxdur. Bu halların baş verməsində məsuliyyət bilavasitə ticarət mərkəzinin öhdəliyinə düşür. Çünki əgər onlar icarə haqqı yığırlarsa, bütün təhlükəsizliyi təmin etməlidirlər ki, sahibkarlar xoşagəlməz hallarla qarşılaşmasınlar. Buna həm yanğın, həm subasma, həm də digər təhlükəsizlik məsələləri daxildir. Yaxşı olardı ki, münasibətlər hüquqi çərçivədə həll edilsin və hər bir sahibkarla fərdi müqavilə bağlansın. Bundan əlavə hər kəsin öhdəliyi və vəzifəsi müəyyənləşməlidir. Bu cür hallar baş verdikdə sahibkar da o müqaviləyə istinad edərək məhkəmə və ya digər vasitələrlə öz hüquqi haqqını tələb edə bilər. Təəssüflər olsun ki, bu gün o proseslər getmir, sahibkarların da hüququ pozulur və heç nə tələb edə bilmirlər.
Sədərək ticarət mərkəzində digər hüquq pozuntuları da var. Məsələn, elə insanlar var ki, 2009-cu ildən külli miqdarda vəsait verib mağaza alıb. Müqavilələrin çoxunda ticarət sahələrinin özəlləşdirilməsi və həmin mağazaların çıxarışlarının sahibkarlara təqdim ediləcəyi yazılsa da , bu təmin edilmir. Məsələnin üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də bu, baş verməyib”.
Azinforum.az olaraq qeyd edirik ki, bazarda ciddi şəkildə vergidən yayınma, kağız üzərindən ƏDV satılması halları da yaşanır. Bu prosesdə xüsusilə də bazardakı Karqo manopolyasını əllərində saxlayan, ölkəyə mal idxal edən şirkətlərin rolu böyükdür. Bu barədə bir qədər sonra…

Azinforum.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeron Təhsil İdarəsindən Mehriban Əliyevaya şikayət edildi... - Rusdilli uşağımız rus bölməsinə götürülmür...


Abşeron - Xızı Regional Təhsil İdarəsindən (RTİ) rusdilli uşaq Babaxanov Əlixan Babaxan oğlunun rus bölməsinə qəbul edilməməsinə görə I Vitse-Prezident Mehriban Əliyevaya şikayət olunub. Anaxeber.info bildirir ki, Əlixanın ailəsi rus dilində sərbəst danışan övladlarının Abşeronda hər hansı məktəbdə rus sektoruna qəbul edilməməsi ilə bağlı Mehriban Əliyevadan kömək istəyib. Valideynlərin sözlərinə görə, Əlixan qabiliyyət imtahanından guya keçə bilmədiyi üçün rus dilində təhsil almaq imkanından məhrum edilib. Onlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin bu problemlə bağlı arqumentsiz bir açıqlama yaydığını xatırladaraq bildirirlər ki, Əlixanın rus bölməsində oxumaqdan məhrum edilməsinin əsası yoxdur. Hətta Əlixanın rus dilində necə rahat və sərbəst danışa bildiyini təsdiqləyən video çıxış da sosial şəbəkəyə yerləşdirilib. Həmin çıxışdan da görünür ki, balaca Əlixan rus dilini yaxşı bilir. Digər tərəfdən, rusdilli bir uşaq hansı sektorda təhsil almalıdır? Axı bunun alternativi yoxdur. Çünki Əlixan Azərbaycan dilində yaxşı bilmir. Ailəsi bütün bu faktları əsas gətirərək Mehriban Əliyevadan bu məsələyə diqqət göstərməsini xahiş edirlər: "Əziz Mehriban xanım, siz həmişə vətəndaşların müraciətlərinə həssaslıqla reaksiya verirsiniz, həllinə kömək edirsiniz. Əlixanın məktəbə getməsinə sayılı günlər qalıb, amma biz onu rus dili bölməsinə yerləşdirə bilmirik. Uşaq rusdillidir, amma qabiliyyət imtahanını bəhanə gətirirlər. Yaxşı, deyək ki, elədir, bəs rusdilli uşaq hansı sektorda təhsil almalıdır? Bizə Abşeron regiomal təhsil idarəsi kömək etmir. Ona görə də pənahımız Sizsiniz.
Hörmətli Mehriban xanım, Azərbaycanda rus dilinə xüsusi hörmət və ehtiram var. Yüzlərlə ailə övladının rus dilində təhsil almasını istəyir. Biz də Əlixanın məktəbə ilk addımlarını atmasını səbirsizliklə gözləyirik, bütün birincilərin valideynləri kimi...Ancaq gördüyünüz kimi, bizi ölkəmizdə təhsil almaq hüququndan məhrum ediblər, qanunu pozublar. Bu, Təhsil haqqında qanuna qarşı getməkdir. Odur ki, sizdən kömək gözləyirik, bizi və Əlixanı sevindirin"

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN-də HAVAYI MAAŞ ALAN İDARƏ MÜDİRİ... - İntiqam Nazaralıyevi kim işdən çıxaracaq?..


Tovuz Regional Meşə Təsərrufatı Mərkəzi 3 rayonu — Ağstafa, Qazax və Tovuz rayonlarını əhatə edir. Müəssisənin balansında region üzrə 41229 ha meşə fondu vardır. Bundan 30609 ha Tovuzda , 6603 ha Qazaxda, 4033 ha Ağstafada mövcuddur. Qazax rayonuna məxsus olan meşə massivivnin 2224 hektarı mənfur ermənilər tərəfindən işğal olunmuş və vəhşicəsinə meşələr məhv edilir. “Öz” işğalçılarımız da az deyil. Bu yazıda onlardan bəhs edəcəyik.

Bir il əvvələ qədər Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinə rəhbərlik edən Məhəmməd Tağıyev üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal — qoyun sürülərinin lövbər salmasına, hətta kotejlərin tikilməsinə, yay mövsümündə meşələrdə heç də yüngül konstruksiyalı olmayan müqaviləsiz ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsinə şərait yaratmışdı.

Məsələ burasıdır ki, qol qoyduğu qanunsuzluqlara görə vəzifəsindən qovulandan sonra da Məhəmməd Tağıyevdən miras qalan problemlər təbiətsevərləri narahat etməkdədir. Təxminən ondan az əvvəl Ağstafa rayon İskra meşəbəyliyinin meşəbəyi Adil Nazaraliyev də vəzifəsindən sui-istifadə etdiyi üçün görəvdən alınmışdı. Lakin əlbəttə ki, Adil bəy meşədə qanunsuz otardığı özünə məxsus böyük mal-qara sürüsünü, qoyun-quzusunu başlı-başına buraxa bilməzdi. Odur ki, hansı yollasa çarə qılıb oğlu İntiqamı öz yerinə meşəbəyi təyin elətdirməyə müvəffəq oldu. Nə Məhəmməd Tağıyev, nə də başqa heç kəs ortaya belə bir sual qoymadı ki, “ay balam, nə fikirləşirsiz, atası qanunsuzluqlara rəvac veribsə, ondan tərbiyə almış balası necə olacaq?”

Hərçənd, Nazaraliyev İntiqam Adil oğlunun Ağstafa rayon İskra meşəbəyliyində rəhbər vəzifəyə təyin olunandan sonra ümumiyyətlə işə çıxmadığı deyilir. Onunçün elə atasının heyvan-qarasının meşədə otarılmasına icazə verilməsi kifayət edib ki, meşəbəyi vəzifəsinə görə aldığı maaşı da Məhəmməd Tağıyevə peşkəş eləsin, gününü də Ağstafa şəhərinin mərkəzindəki özünə məxsus yağdəyişmə sexində keçirsin.

ETSN-də HAVAYI MAAŞ ALAN İDARƏ MÜDİRİ...

Redaksiyamıza daxil olan məlumat üzrə araşdırma aparmaq məqsədilə yollandığımız Ağstafa rayonunda İntiqam bəylə görüşməyə müvəffəq olduq. Boynuna aldı ki, həqiqətən də meşəbəyi vəzifəsində işə çıxmayıb, yalnız ötən müddət ərzində cəmi iki dəfə təcili işə getməli olub — o da meşə yanğını baş verəndə.

Elə olan halda sual meydana çıxır: Bəs Məhəmməd Tağıyevdən sonrakı ötən bir il ərzində İntiqam Nazaraliyevin məvacibini kim yeyib? İstər-istəməz ilk ağıla gələn şəxs Məhəmməd Tağıyevi əvəzləmiş hazırki direktor Şəmil bəy gəlir. O da sabiq direktor müavini kimi elə də “uzaq adam” olmadığı üçün təxmin etməkdə haqlı olarıq ki, “mətbəxdə-qazanda bişən” şeylərdən xəbərdar imiş. Hərçənd, bizimlə görüşündə tam yox, qismən etiraf etdi: İntiqamın işə çıxmadığını bnilirmiş, hətta guya bu halın yolverilməzliyi barədə məsələ də qaldırıb. Ancaq İntiqam Nazaralıyevi kim işdən çıxaracaq? Onun 1 il, 2 ay ərzində işə çıxmayıb yalnız “ayda bir yol, həftədə bir yol” tabelə qol çəkməsinə göz yuman yuxarı vəzifəli şəxslərmi?

Baxaq görək, aylar, illər uzunu işləmədiyi halda dövlətdən aldığı haqq etmədiyi məvacibi yeyən (yedizdirən) Adil Nazaralıyevin və bütün bunlara göz yuman vəzifəli şəxslər barədə ETSN və prokurorluq hansı tədbiri görəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhməd Vəliyevin "Muğanbank"ı yenidən məhkəmə qarşısında


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi aqreqat istehsalat birliyi Bakı Cihazqayırma Zavodu ilə "Muğanbank" ASC arasında çəkişmə davam edir.

İş hazırda apellyasiya mərhələsindədir.

Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti

Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrdir.

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Rasim Gözəlovdur. O Azərbaycan Aşihara Karate Federasiyasının prezidenti kimi də fəaliyyət göstərir.

Xaırkadaq ki. "Muğanbank" ASC sabiq, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin biznesinə daxildir. “Muğan Bank”ın Müşahidə Şurasının yeni sədri Ə.Vəliyevin oğlu Munir Vəliyevdir.(AMİA.AZ )
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Baku Medical Plaza” da ÖZBAŞINA QALIB... - FOTOFAKT


“Baku Medical Plaza” piyada səkisini və avtomobil yolunu zəbt edib. Klinika uzun müddətdir ki, səkini avtopark kimi istifadə edir.

Tribunainfo.az yazır ki, Süleyman Rüstəm küçəsində acınacaqlı vəziyyət yaşanır. Bu problemi isə sözügedən klinika yaradıb. Klinikanın işçiləri avtomibllərini heç bir qanuni icazə olmadan piyada səkisində saxlayırlar. “Baku Meeical Plaza”nın xidməti maşınlarının həmişə səkidə park edildiyi deyilir. Bu azmış kimi klinikanın təcili yardım maşınları da yol kənarında park edilir. Bu səbəbdən yol daralıb və avtomobillərin hərəkətində problem yaranıb.
“Baku Medical Plaza” da ÖZBAŞINA QALIB... - FOTOFAKT

“Baku Medical Plaza”nın binanın arçısında yeni bina inşa edildiyi üçün küçədə vəziyyət daha da pisdir. Nə piyadaların hərəkəti üçün, nə də abtomobillərin hərəkəti üçün yer qalmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dubay arzuları suya düşən Feyziyev qardaşlarının ailələr dağıdan otel biznesinə kimlər havadarlıq edir? - İLGİNC İDDİALAR...


Məlum olduğu kimi, məşhur "Clear" hotelin sabibi kimi tanınan Fəxrəddin Feyziyevə qarşı 2 milyondan çox dələduzluqda ittiham olunan Elşən İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması 3 ay əvvəl yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda oxunan hökmə əsasən, Elşən İsmayılov xeyli miqdarda ziyan vurmaqla dələduz etməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edildi. E.İsmayılov təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir.
İttihamda deyilir ki, Elşən İsmayılov Fəxrəddin Feyziyevə Dubayda iş quracağı vədi verərək ondan 2.3 milyon manat alıb. O, sonradan vədinə əməl etməyib. Bundan başqa E.İsmayılov başqa bir şəxsə də eyni vəd verərək 1,5 milyon manat ələ keçirib.
Elşən İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mediada yayılmış məlumatlara görə, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıda “Clear” və “İron” hotellərin sahibi olublar. Qardaşlar 90-cı illərdə İrana qırmızı civə satışını həyata keçirməklə yüksək gəlir əldə ediblər. Onlar 20 il əvvəl MTN tərəfindən tutulub, lakin qısa müddətdə azadlığa buraxılıblar.
Hər dəfə Bakıda keçiriləcək beynəlxalq miqyaslı tədbirlər başlamazdan əvvəl paytaxtdakı otel və restoranların əcnəbi qonaqları qarşılamağa nə dərəcədə hazır olduğu barədə təsəvvürləri dəqiqləşdirmək üçün aparılan monitorinqlər göstərir ki, Binəqədi r-nu, Dərnəgül qəsəbəsi-108 ünvanda yerləşən “Clear Hotel” turistlərdə ölkəmiz barədə mənfi təəssürat formalaşdıracaq. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dörd ulduz kateqoriyası, müvafiq icazə sənədi, yəni lisenziya verilən “Clear” hoteli Nazirliyin müəyyən etdiyi standartlardan kənar fəaliyyət göstərir. Yüksək rütbəli şəxs (və ya şəxslər) tərəfindən himayə edildiyi heç kimdə şübhə doğurmayan bu hotel yüngül həyat tərzi keçirən xanımlar üçün ən təhlükəsiz fəaliyyət məkanına çevrilib.
Oteldə qiymətlər otaqların şərait və səviyyəsinə görə dəyişir. Ən ucuz otağın bir günlük qiyməti 60 manatdan başlayır. Qiymətə yalnız səhər yeməyi daxildir. Müştəri hoteldə 3, yaxud 4 saat qalmaq istəyirsə, yenə eyni məbləği ödəməlidir. Lüks otaqların bir gecəlik qiyməti isə 120 manatdan başlayır. Hotelin müştəriləri adətən qızları özləri ilə gətirirlər. Buna baxmayaraq, əxlaqsızlıq yuvasına çevrilən obyektin bəzi işçiləri müştərilərə zakazla qız gətirə bilirlər. Gün ərzində yüzlərlə müştərinin gəldiyi bu obyektin sahibi qadın alverindən külli miqdarda gəlir əldə etsə də, həmin vəsaitlərdən dövlətə doğru-dürüst vergi ödəhildiyinin düşünmək sadəlövhlük olardı. Amma nədənsə hoteldə mövcud olan vergidən yayınma hallarına aidiyyəti qurumlar tərəfindən göz yumulur. Əks halda, Feyziyevlərin üzünü Dubaya çevirən milyonları olmazdı.
“Clear”-ın fəaliyyətini heç bir müdaxilə olmadan davam etdirməsi həm fahişəliyə qurşanan qadınların sayının artmasına, həm də subay gənclərimizin mənəviyyatının pozulmasına gətirib çıxarır. Həyat yoldaşından ayrılan və ya əri ölən xanımların da çoxunun əyri yola düşmələri məhz bu oteldən başlayıb.
Burada Azərbaycanın əyalətlərindən gənc qızların cinsi istismara cəlb edildiyi, hətta Gürcüstandan saxta pasportla erməni fahişələrinin sifarişlə gətirildiyi barədə söz gəzirdi ki, bu da araşdırılması vacib məsələlərdəndir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə bu öplkələrədn qaçıb Azərbaycana gələn qadınların “Clear”da xidmət göstərdikləri deyilir.
Otelin sahibkarları Fikrət və Fəxrəddin qardaşlarının isə kriminal aləmlə sıx bağlılıqları haqda kifayət qədər məlumatlar vardır. Onların adı hətta bir ara uran (atom enerjisinin hasil edildiyi kimyəvi maddə) alverində də hallanırdı. Oteldə müşətrilərin və onlara xidmət göstərənlərin təhlükəsizliyinin təmininə o qədər zəmanət verilir ki, hətta vəzifəli şəxslər də “dincəlmək” üçün çox vaxt məhz buranı seçirlər. 2012-ci ilin oktyabrında polisin keçirdiyi reyd zamanı burada yaxalananlar arasında məmurlar da vardı. Lakin konfidensiallıq xatirinə onların haqqında məlumatlar qorundu. Təəssüf ki, o reyd axırıncı oldu.
İbrahim Hümbətov //azeinfo.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcbari Tibbi Sığorta Agentliyi MİLYONLARI HAVAYA SOVURUR... - İLGİNC FAKTLAR


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə 19.04.2023-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və 05.09.2023-cü il tarixdə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63 manat məbləğində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlayıb.

Qeyd edək ki, bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “Referans Pharmaceuticals” MMC arasında ilk satınalma müqaviləsi deyil. Buna qədər də Dövlət Agentliyi dərman vasitələrinin satın alınması üzrə keçirdiyi tenderlərdə hər il “Referans Pharmaceuticals” MMC-yə on milyonlarla manatdan çox dövlət sifarişi verib. Maraqlıdır, hər il dövlət büdcəsindən on milyonlarla vəsait alan “Referans Pharmaceuticals” MMC kimə məxsusdur?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “REFERANS PHARMACEUTICALS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.10.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.MİRƏLİ QAŞQAY, ev 76, qanuni təmsilçisinin isə Əliyev Abbas Famil oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə Heydərov İqbal Qəhrəman oğlu tərəfindən təsis edilib. Bəs Heydərov İqbal Qəhrəman oğlu kimdir?

Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda Heydərov İqbal Qəhrəman oğlunun 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatını tapdıq. Lakin çoxlu axtarışlarımıza baxmayaraq Heydərov İqbal Qəhrəman oğlunun hər hansı bir elmi dərəcəsinin olması barədə heç bir məlumat tapa bilmədik. Amma bunları tapdıq.

Elektron media tərəfindən 13 yanvar 2016-ci il tarıxində Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.

Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.

“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokurorluğun 2016-cı ildə yaydığı məlumatlarda İqbal Heydərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldırdığı bildirilir.

Düzdür “Novo Vita P” MMC artıq fəaliyyətini dayandırıb. Amma “Referans Pharmaceuticals” MMC-nin qanuni təmsilçisi Əliyev Abbas Famil oğlu olsa da kim zəmanət verə bilər ki, İqbal Heydərov təsisçilik hüququnu özündə saxlamır və illər əvvəl olduğu kimi, ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətini süni surətdə dəfələrlə artırmır, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlamır, qara mühasibatlığın aparılmasına dair kitablar tutmur, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin rəsmilərinə “otkat” vermir?

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sumqayıt Çörək” zavodu TƏHLÜKƏ SAÇIR... - AQTA hara baxır?


Sumqayıtda çörəyin içindən bit çıxıb.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə görüntünü sosial şəbəkələrdə bloger Saleh Nəsirov paylaşıb.

Məlumatı blogerlə bölüşən şəxsin sözlərinə görə, işdə onlara verilən zavod çörəyinin içindən ikinci dəfədir ki, böcək çıxır. O, unun ələnmədiyini ehtimal edib.
“Sumqayıt Çörək” zavodu TƏHLÜKƏ SAÇIR... - AQTA hara baxır?

Şəxs harada çalışdığını açıqlamasa da, bütün Sumqayıtın zavod çörəyindən istifadə etdiyini vurğulayıb.

Qeyd edək ki, buna bənzər mənzərə iyulun 10-da da baş verib. Sumqayıt sakinləri iddia edirlər ki, son günlər müxtəlif marketlərdən aldıqları, “Sumqayıt Çörək” zavodunda istehsal olunan çörəklərin içində ölü böcəklər tapılır.

Sözügedən zavodla hələki əlaqə yarada bilmədik...

Mövzunu diqqətdə saxlayacağıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO